Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2241/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpa sahəsinə dair texniki pasportun və plan ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarı ilə 160 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindən ayrılmış 5576 nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatının tamamlanaraq həmin torpaq sahəsinin texniki pasportu və plan ölçüsünün hazırlanaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-926/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarı ilə 160 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindən ayrılmış 5576 nömrəli bağ sahəsinə iddiaçının mərhum atası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd olunan qərar icraya yönəldilmiş, cavabdeh tərəfindən İddiaçı **********15 saylı, xx.xx.2023-cü il tarixli çıxarış verilmiş, lakin yenə həmin tarixli məktubla torpaq sahəsinə texniki pasportun və plan ölçünün verilməsindən imtina olunmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqlarının təsbit edilməsi üçün müvafiq sənədlərin verilməsi cavabdeh tərəfindən lazımınca yerinə yetirilməmiş, bunun nəticəsində onun qanunla qorunan mənafelərinə ziyan vurulmuşdur. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında qeyd etmişdir ki, araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman iddiaçının nümayəndəsi digər fiziki şəxsin istifadəsində olan ümumi hasar daxilindəki ərazini göstərmiş və 5576 saylı bağ sahəsinin burada yerləşdiyini bildirmişdir. Bu səbəbdən sözegedən torpaq sahəsinə daxil olub texniki baxış keçirmək və plan ölçünü tərtib etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan bağ sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Hazırkı iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-926/2023 nömrəli qərarı ilə İddiaçı idia tələbi təmin edilmiş, Bakı şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarı ilə 160 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindən ayrılmış 5576 nömrəli bağ sahəsinə iddiaçının mərhum atası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ qeydə alınmaqla, bu barədə ona xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. İşdən görünür ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi nəticəsində mülkiyyət hüququ qeydə alınmış 5576 saylı bağ sahəsinə dair plan ölçünün tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubunda sözügedən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyini bildirməklə, tərəflər arasında razılaşdırılmış bölgü sxemi və torpaq sahəsinin ayrıca hasarlanması aparıldıqdan sonra plan ölçünün tərtib edilməsi məsələsinə baxılacağını bildirmişdir. İddiaçı hazırda cavabdehin bu iminasını mübahisələndirərək, mülkiyyətində olan torpaq sahəsinə texniki pasport və plan ölçünün verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, birincisi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun (bundan sonra – Qanun) 10.2.3-cü maddəsinə əsasən texniki pasport torpaq sahəsi deyil, onun üzərində yerləşən yerləşən bina, qurğu, tikili və digər daşınmaz əmlak obyektlərinə (onların tərkib hissələrinin) münasibətdə tərtib edilir. İddiaçıya məxsus çıxarışdan görünür ki, onun mülkiyyət hüququ yalnız 0.12 ha torpaq sahəsinə münasibətdə qeydə alınmış, həmin sahə üzərində hər hansı bir daşınmaz əmlakın yerləşməsi göstərilməmişdir. Həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Qanunun 10-cu maddəsinə əsasən: - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. İstinad olunan normalardan görünür ki, şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilk əvvəl onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilir, daha sonra isə hüququ qeydə alınaraq bu barədə şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. İşin yuxarıda qeyd olunan hallarına əsasən iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-926/2023 nömrəli qərarı əsasında qeydə alınsa da, həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, plan və ölçü çıxarış verilən torpaq sahəsinin identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən texniki sənəd olmaqla, çıxarışla birlikdə vahid sənəd kimi qiymətləndirilməlidir. Buna görə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə Çıxarış verilirsə, həmin çıxarışı verən cavabdeh eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakı eyniləşdirən plan-ölçü sənədinin verilməsini də təmin etməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1138/2023 saylı qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı plan və ölçünün tərtib edilməsi də, həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3alahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2241/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2241/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver