Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2269/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. xx.xx.2024-cü ildə iddiaçının 60 yaşı tamam olmuş və həmin tarixdən qanunvericiliklə müəyyən edilmiş əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün ümumi və güzəştli iş stajı mövcuddur. Beləki, iddiaçının işlədiyi əvvəlki dövr, ali təhsil aldığı dövr və xx.xx.1990-cı il tarixdən hal-hazıradək Bakı Tütün Kombinatında (hazırkı "xxxx" ASC-də ) işlədiyi dövr nəzərə alınsa belə ümumi iş stajı 43 il 6 aydır. Bakı Tütün Kombinatında (hazırkı "xxxx" ASC-də ) işlədiyi güzəştli iş stajı isə 22 il 9 ay 8 gündür. Bu halları təsdiq edən müvafiq sənədlər aşağıdakılardır: ali təhsil haqqında diplom və Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2024-cü il tarixli arxiv arayışı; iddiaçının əmək kitabçası; "xxxx"ASC-nin ümumi və güzəştli şərtlərlə iş stajına dair xx.xx.2024-cü il tarixli arayışı; iddiaçının işlədiyi növbə rəisi vəzifəsinin zərərli peşə kateqoriyasına aid olmasına dair "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışı. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 6 ay 7 gün) olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir və iddiaçının işlədiyi növbə rəisi vəzifəsi Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda yoxdur. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. İnzibati orqan iddiaçının müraciətindən imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərini və iddiaçının təqdim etdiyi sənədlərdə, xüsusi ilə əmək kitabçasındakı ümumi və güzəştli iş staj illərini nəzərə almamışdır. Cavabdeh iddiaçının böyük usta vəzifəsində işlədiyi iş stajını bilərəkdən nəzərə almamışdır və usta vəzifəsində çalışdığı iş stajını düzgün hesablamamışdır. İddia ərizəsinə əlavə edilmiş AZE0145936 nömrəli əmək kitabçasından və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən halhazıradək Bakı Tütün Kombinatında (hazırkı "xxxx" ASC-də ) işləyir. İddiaçının əmək kitabçasında öz əksini tapan usta və böyük usta vəzifəsində işlədiyi dövrlər aşağıdakı kimidir. 1) Qeyd 11.xx.xx.1994 ildən -xx.xx.1995 ilədək 2 №-li siqaret sexdə usta–1 il 1 ay 14 gün; 2) Qeyd 13.xx.xx.1996 ildən xx.xx.1996 ilədək 2 №-li siqaret sexdə usta–4ay 19 gün; 3) Qeyd 14.xx.xx.1996 ildən -xx.xx.1999 ilədək 1 №-li siqaret sexdə böyük usta–3 il 1 ay 18 gün; 4) Qeyd 17. xx.xx.1999 ildən - xx.xx.2009 ilədək tütün sexdə usta–10 il 2 ay 10 gün; Cavabdeh orqan öz imtinasında güzəştli iş stajının 11 il 6 ay 7 gün olduğunu qeyd edərək, yalnız iddiaçının xx.xx.1994 - xx.xx.1995 il, xx.xx.1996-xx.xx.1996 il üzrə usta işlədiyi dövrü düzgün qeyd etməklə kifayətlənərək, iddiaçının xx.xx.1996 ildən-xx.xx.1999 ilədək 1 №-li siqaret sexdə böyük usta işlədiyi 3 il 1 ay 18 gün iş güzəştli iş stajını ümumiyyətlə görməzdən gəlmişdir. Eyni zamanda iddiaçının xx.xx.1999 ildən - xx.xx.2009 ilədək tütün sexdə usta kimi işlədiyi 10 il 2 ay 14 gün güzəştli iş stajını bilərəkdən təhrif edərək müvafiq sənədlərdə olmayan tarixlər qeyd etməklə qanunsuzluğa yol vermişdir. İddiaçının tütün sexində usta və böyük usta kimi güzəştli iş stajı14 il 10 ay 1 gündür. İşin digər hallarından asılı olmayaraq qeyd edilən faktlar iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət etməklə yanaşı cavabdehin imtinasının qanunsuzluğunu açıqaşkar sübut edir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli stajı olması tələb edilir. 2) Cavabdeh iddiaçının növbə rəisi (usta)vəzifəsində işlədiyi 7 il 11 ay iş stajını da qanunsuz olaraq güzəştli iş stajı kimi qəbul etməyib. İşin faktiki hallarından, cavabdehə təqdim edilən "xxxx" ASC-nin ümumi və güzəştli şərtlərlə iş stajına dair xx.xx.2024-cü il tarixli arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi müəssisə daxili struktur tənzimlənməsinə uyğun olaraq tütün sexinin usta vəzifəsinin adını dəyişdirərək “növbə rəisi” adlandırmışdır. Dəyişiklikdən sonra sexlərdəki usta vəzifələri növbə rəisi adlandırılmaqla müəssisədə hər hansı usta vəzifəsi olmamışdır. Usta və ya böyük usta vəzifəsinin yerinə yetirdiyi bütün işləri, icra etdiyi əmək funksiyaları eyni ilə növbə rəisləri icra etmişdir və bu hal hazırda da davam edir. Bununla bağlı müəssisə arayışda xüsusi qeydlər də aparmışdır. Buna baxmayaraq cavabdeh növbəti qanunsuzluğa yol verərək iddiaçının növbə rəisi (usta) işlədiyi 7 il 11 ay güzəştli iş stajını da qanunsuz olaraq nəzərə almamışdır. İddiaçının usta və böyük usta kimi işlədiyi güzəştli iş stajı 14 il 10 ay 1 gün olduğu və bununla bağlı təkzib edilməz sübutlar olduğu üçün, iddiaçının növbə rəisi kimi işlədiyi iş stajı ilə bağlı əlavə araşdırma aparılmasına ehtiyac olmasa da, cavabdehin bu halla da bağlı qanunsuz hərəkətləri göz qabağındadır. İddiaçının hazırda 22 il 9 ay 8 gün güzəştli iş stajı var və həmin güzəştli iş stajına daxil olan növbə rəisi kimi işlədiyi iş stajını nəzərə almasaq belə, onun xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə qanunsuz olaraq imtina etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçıya dair "xxxx" şirkətinin 21 iyun 2024-cü il tarixli 113 nömrəli və 31 iyul 2024-cü il tarixli 122 nömrəli arayışlarında onun xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1996-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində siqaret sexində usta və böyük usta, xx.xx.2009-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində isə növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda usta və böyük usta vəzifələrində işlədiyi müddətdə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin işlədiyi növbə rəisi vəzifəsi sözügedən Siyahının 27.5.1-ci yarımbəndində nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin vəzifə yuxarıda qeyd olunan 122 nömrəli arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifəyə də uyğun deyil. Bu səbəbdən də sözügedən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (xx.xx.1999-xx.xx.2007- ci il, xx.xx.2007- xx.xx.2008-ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. İş materiallarında əsasən, iddiaçının qanunvericiliyin tələb olunan şərtlərdən biri (3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə) ödənilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin Arxivinin 25 aprel 2024-cü il tarixli, 3-22- 23/2-H-63-xx-xx/2024 nömrəli arayışından görünür ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq İddiaçı həqiqətən 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “k/t-nın mexanikləşdirilməsi” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş (əmr № 581, xx.xx.1982-ci il) və 1987-ci ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr № 605, xx.xx.1987-ci il). İddiaçı tərəfindən müvafiq diplom məhkəməyə təqdim edilmişdir. İddiaçıya məxsus AZE seriyalı ******* №-li əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Engels adına kolxoza üzv qəbul edilmişdir. xx.xx.1982-ci ildən 1987-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Engels adına kolxozda mexanik işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Yevlax MTT və MİBnin 12 nömrəli anbarda fəhlə, xx.xx.1990-cu ildən xx.xx.1993-cü ilədək Qırmızı Oktyabr adına Bakı Tütün kombinatının yarpaq tütünü anbarında yükləyici vəzifəsində, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü ilədək yarpaq tütünü anbarında anbardar vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək 2 nömrəli siqaret sexində anbardar vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 2 nömrəli siqaret sexində usta vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 3 nömrəli siqaret sexində texnoloq vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 2 nömrəli siqaret sexində usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 1 nömrəli siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək “Reynolds Tobacco-Baku” 1 nömrəli siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək Tütün sexində usta vəzifəsində xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək İstehsalat Departamentinin Tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək İstehsalat Departamentinin Tütün sexinin rəisi vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək “X3” MMC-də X4 Departamentinin elektronçu vəzifəsində çalışmışdır. xx.xx.2024-cü ildə İstehsalat Departamentinin Tütün Emalı sexinə sex rəisi vəzifəsinə keçirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 113 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1990-cu ildən xx.xx.1993-cü ilədək Qırmızı Oktyabr adına Bakı Tütün kombinatının Yarpaq tütünü anbarında yükləyici vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək Yarpaq tütünü anbarında anbardar vəzifəsində, xx.xx.1994cü ildən xx.xx.1994-cü ilədək 2 nömrəli Siqaret sexində anbardar vəzifəsində, xx.xx.1994cü ildən xx.xx.1995-ci ilədək 2 nömrəli Siqaret sexində usta vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək 3 nömrəli Siqaret sexində texnoloq vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 2 nömrəli Siqaret sexində usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək 1 nömrəli Siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək “Reynolds Tobacco-Baku” 1 nömrəli Siqaret sexində böyük usta vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək Tütün sexində usta vəzifəsində xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək Tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək İstehsalat Departamentinin Tütün sexində növbə rəisi (usta) vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək İstehsalat Departamentinin Tütün sexinin rəisi vəzifəsində çalışmışdır. İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.1994 xx.xx.1995 ( 1 il 1 ay 14 gün ), xx.xx.1996 - xx.xx.1996 ( 4 ay 19 gün ), xx.xx.1996 xx.xx.1999 ( 3 il 1 ay 18 gün ), xx.xx.1999 - xx.xx.2009 (10 il 2 ay 10 gün), xx.xx.2009 xx.xx.2017 ( 7 il 6 ay 21 gün ), xx.xx.2017 - xx.xx.2017 (4 ay 16 gün) olmaqla ümumilikdə 22 il 9 ay 8 gün güzəştli şərtlərlə iş stajı və xx.xx.2024-cü il tarixədək ümumilikdə 36 il 2 ay 8 gün iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “2 nömrəli Siyahısının XXİİ “Yeyinti sənayesi” bölməsinin 2240500b—23187 “tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar” bəndlərində nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 və tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarım bölməsi üzrə usta, böyük usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. 01 noyabr 1996-cı il tarixində “R.J.Reynolds Tobacco-Baku” X7 Cəmiyyəti yaranmışdır. 15 iyul 1999-cu ildə isə “R.J.Reynolds Tobacco-Baku” ləğv edilib, Bakı Tütün kombinatının bazasında "xxxx" X8 Cəmiyyəti yaradılıb. 16 fevral 2000-ci il tarixindən "xxxx" ATSC "xxxx" ATSC adlandırılıb. 01 iyun 2002-ci il tarixindən etibarən isə "xxxx" ATSC "xxxx" ASC adlandırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə ünvanlanmış 16 iyul 2024cü il tarixli, 3-17-1/2-H-165833/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" şirkətinin ona dair 21 iyun 2024-cü il tarixli 113 nömrəli arayışında xx.xx.2009- xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində həmin sexdə növbə rəisi vəzifəsində işlədiyi vəzifə sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajın 12 il 6 aydan az (11 il 6 ay 7 gün (xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1999-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2007-ci ilin iyul, 2008-ci ilin oktyabr ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (2ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları onun iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ASC tərəfindən verilmiş 122 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də, xx.xx.2009 - xx.xx.2017-ci il tarixdən xx.xx.2017 xx.xx.2017-ci il tarixədək “X5” ASC-nin İstehsalat Departamentinin Tütün sexində növbə rəisi vəzifəsində işləyib. Sturuktur dəyişikliyi ilə əlaqədar olaraq usta vəzifəsi növbə rəisi vəzifəsi ilə əvəz olunub. Növbə rəisi usta və ya böyük ustalar kimi zərərli peşə kateqoriyasına aiddir. Növbə rəisi də usta və ya böyük ustaların icra etdiyi əmək funksiyalarını yerinə yetirir və onların əmək funksiyalarında heç bir fərq yoxdur. Məhkəmənin müvafiq sorğusuna əsasən, "xxxx" ASC tərəfindən verilmiş 141 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Həsənov X2 və Tütün sexində xx.xx.1994- xx.xx.1995-ci il tarixdən xx.xx.1996-xx.xx.2009-cu il tarixədək usta, böyük usta vəzifəsində işləmişdir. İddiaçı Siqaret və Tütün sexindəki usta, böyük usta (tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar) vəzifə funksiyaları aşağıdakılardır: Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. Yarpaq tütünlərin çeşidlənməsinə nəzarət etməlidir. Yarpaq tütünlərinin nəmləndirilməsinə, doğranılmasına və qurudulmasma nəzarət etməlidir. Doğranmış tütünün qablaşdırılmasma nəzarət etməlidir. Siqaretin və papirosun doldurulmasına və qutulara düzülməsinə nəzarət etməlidir. Pnevmatik qurğularla siqaret maşınlarının fasiləsiz doğranmış tütünlə təmin edilməsinə nəzarət etməlidir. İşçilərin iş yerlərinə və sahələrə yerləşdirməli, istehsal edilən məhsulları yüksək keyfiyyətdə normaya uyğun istehsalını təşkil etməlidir. Verilən gündəlik planı yerinə yetirmək üçün avadanlıqların tam gücü ilə işləməsinə nəzarət etməlidir İstehsal prosesində yaranan maneələri qabaqcıl tədbirlərlə aradan qaldırmalıdır. İşçilərdən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafızənin qaydalarına tam riayət olunmasını tələb etməlidir. Tütün, siqaret, papiros məmulatlarının (məhsulunun) qablaşdırılması, qutulara doldurulması və düzülməsi işlərinin icrasını həyata keçirməlidir. Qablaşdırma, doldurma və düzülüş proseslərində istifadə edilən avadanlıq və qurğuların işinə birbaşa nəzarət etməlidir. İşçilərin iş bölgüsünü aparmalı və onların fəaliyyətinə nəzarət etməlidir. Şöbənin fəaliyyətinə aid digər məsələləri həll etməlidir. Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. İddiaçı usta, böyük usta (tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nm təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının b) yarım bölməsinə (mütəxəssislər) aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarım bölməsi üzrə usta, böyük usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. İddiaçı usta və böyük usta vəzifəsində işlədiyi illərə əsasən xx.xx.1994 - xx.xx.1995 (1 il 1 ay 13 gün), xx.xx.1996-xx.xx.1996 (4 ay 19 gün), xx.xx.1996-xx.xx.1999 ( 3 il 1 ay 18 gün ), xx.xx.1999 -xx.xx.2009 (10 il 2 ay 10 gün) olmaqla ümumlikdə 14 il 10 ay olmaqla güzəştli şərtlərlə iş stajı mövcuddur. Əlavə olaraq, İddiaçı işlədiyi “növbə rəisi” vəzifəsi (peşəsi) də yuxarıda qeyd edilən “tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar” peşəsi (vəzifəsi) eyni olmaqla yanaşı həmin peşə üçün nəzərdə tutulmuş əmək funksiyalarının icrasını həyata keçirir.
Tətbiq edilən hüquq.
8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.
9. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Bölmə 27. Yeyinti sənayesi 27.5.1. Tütün istehsalı b) mütəxəssislər tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar
Məhkəmənin mövqeyi:
10. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
11. “Əmək Pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir:1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.
12. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir.
13. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-ci il təvəllüdlü iddiaçının xx.xx.2024-ci il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir.
14. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
15. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı)
16. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq ümumi iş stajına da daxil edilməlidir.
17. Belə ki, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir.
18. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ümumi stajı mübahisəli hal deyildir və onun ümumi stajı 25 ildən çoxdur.
19. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20.-ci bəndinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
20. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının zərərli əmək şəraitində işləməsi halı mübahisələndirməsə də, iddiaçının güzəştli stajının 12 il 06 aydan az olduğunu (tütün və siqarət sexində növbə rəisi vəzifəsində işlədiyi xx.xx.2009xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlərin güzəştli staj olmadığını)bildirir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssidə işlədiyi bütün işlərin, peşələrin,vəzifələrin, o cümlədən cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi- tütün və siqarət sexində növbə rəisi vəzifəsi -zərərli əmək şəraitində işləməsini və güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir.
21. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi və güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir.
22. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
23. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1961cı il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
26. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
28. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova