Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-227/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməməsi barədə qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Ağcabədi rayon X8 Bölməsində Müstəntiq vəzifəsində xidmət etdiyi zaman yol-nəqliyyat hadisəsi nəticəsində hər iki budun sağda orta, solda arxa və aşağı 1/3-nin açıq çox qəlpəli yerinidəyişən sınıqları, sol daban sümüyünün qapalı-qəlpəli, az yerini dəyişən sınığı, hər iki aşıq sümüyü boynunun çoxqəlpəli qapalı yerdəyişən sınıqları, travmatik şok ikinci dərəcə olmaqla ağır dərəcəli bədən xəsarətləri almışdır. Bununla bağlı xx.xx.2011-ci il tarixdən 2014-cü ilin sonunadək yataq xəstəsi olmuş və üç il ərzində səkkiz dəfə cərrahi əməliyyat keçirmişdir. Lakin buna baxmayaraq sağlamlığı bərpa olunmamışdır. 2013-cü ildə DİN-nin Xüsusi Həkim Komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı üçün DİO-da xidmətə yarasız olmağı ilə bağlı qərar qəbul edilmiş və xidmətdən xaric edilmişdir. 2013-cü ildə 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən ona hər iki bud sümüyünün orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedluyar osteositezdən əməliyyatdan sağ bud sümüyünün orta 1/3, sol bud sümüyünün aşağı 1/3 qeyri düzgün bitişmiş sınığı, kontraktura diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra 2014-2015-ci və 2016-cı illərdə müayinələrdən keçmiş və eyni diaqnoz ilə əlliyi müəyyən edilmişdir. Halhazırda ilkin təyin olunmuş diaqnozla yanaşı sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan və getativ əlamətlərlə keçən funksional pozğunluqlarla yanaşı sağ diz oynağındada kontraktura yaranmışdır, lakin 2021-ci ilin may ayında növbəti müyinə vaxtı əlillik dayandırılmış, növbəti müainələrdən keçərək forma 88 və digər sənədləri elektron qaydada Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etsə də bir il keçdikdən sonra əlillik əlaməti təyin edilməməsinə dair qərar qəbul edilmişdir. Əlillik əlaməti təyin edilməməsinə dair qərarda diaqnoz bud sümüyü cisminin sınığı, hər iki bud sümüklərinin orta 1/3-nin qapalı qəlpəli, sol daban sümüyünün sınıqlarına görə aparılmış ekstramedluyar osteositez əməliyyatlarından sonrakı, sağ bud sümyünün bitişmiş sümüyü, sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığı, sol diz oynağının bükücü açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması göstərilmişdir. Lakin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X10 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 X4 Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/625 saylı arayışına əsasən - hər iki bud sümyünün 1/3-nin qeyri düzgün bitişmiş sınığı, hər iki bud sümüyünün postravmatik deformasiyası, hər iki diz oynağınmn postravmatik 3-4 mərhələdə deformasiyaedici arterozu, hər iki diz oynağının kəskin kontrakturası bükmə 110 dərəcə, açma 150 sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı, sol aşıq daban oynağının arterozu, hər iki aşıq sümüyünün qeyri düzgün bitişmiş sınığı, hər iki aşıq baldır oynağının 3-4 mərhələ deformasiyaedici arterozu, hər iki aşıq baldır oynağının kəskin kontrakturası, bükmə 100, açma 85. Hər iki aşağı ətrafların funksianal pozğunluqları, yerişin məhdudlaşması, axsama, dayaq hərəkət funksiyasının pozulması, ağrı sindiromu diaqnozu qoyulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X10 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X11 X4 Ortopediya İnstitutunun müayinələrdən sonra verilmiş diaqnozu ilə Azərbaycan Respublikası Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin heç bir müayinə aparmadan vermiş olduğu diaqnozda və həmin diaqnoz əsasında əlilliyin təyin edilməməsi barədə qərarında göstərilənlərlə kəskin ziddiyyətlər vardır. İddiaçının almış olduğu xəsartlər daimidir və müddət keçməklə aradan qalxan, əlavə müayinələr nəticəsində aradan qalxan xəsarətlər deyildir. Bu səbəbdəbdə 2013-cü ildən təyin edilmiş ikinci dərəcəli əlilik 2021-ci il tarixinə kimi dəyişdirilməmişdir. Səhhətində hər hansi bir dəyişkənlik olmamış əksinə əməliyyatlardan sonra yaranmış travmalar dahada kəskinləşmiş və sağ dis oynağındada kontarktura yaranmışdır ki. bu X4 Ortopediya İnstitutunun qarayışında və Tibbi sosial Ekspert Komissiyasının qərarında öz əksini tapmışdır, yəni 2013-cü ildə ikinci qrup əlillik üçün təyin edilmiş diaqnoz (xəstəliyim) dahada ağırlaşmışdır. Hərəkəti məhduddur, adi yerişlərlə gəzməkdə belə çətinlik çəkir, hər iki ayaqlarında kəskin ağrılar olur, uzun müddət ayaq üstə dayana bilmir, güclü külək olanda hərəkət edə bilmir, yalnız ortopedik ayaqqabılar geyinir, diz oynaqları qatlanmadığı üçün sinir sistemi pozulub və gecə yuxu yata bilmir. İddiaçı qeyd edir ki, növbəti müayinənin tarixi xx.xx.2021-ci il tarix olduğundan əlilliklə bağlı aldığı müavinət dyandırılmış, növbəti müayinələrdən keçdikdən sonra 2021-ci ilin may ayında sənədlərini elektron qaydada Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsədə 2022-ci ilin fevral ayında təxminən 1 ildən sonra əyani müayinəyə çağırılmışdır və hər hansi bir müayinə edilmədən şifahi sorğu sual əsasında ona təyin edilmiş əliliyin növbəti dəfə təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfin iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarı qanunsuzdur və heç bir əsası yoxdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, əlillik təyin edilməməsi qanunsuz hesab edilməli və əlilliyin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı onu da qeyd edtmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.2-ci maddəsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarınından da göründüyü kimi əlilliyim ümumiyyətlə müddətsiz olmalı idi və kəsilməməli idi. Məhkəmənin e-2-1(112)-7282/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nə göndərilmişdir. Məhkəmənin e-2-1(112)-907/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nə göndərilmişdir. Bakı İnzibati Məhkəməsini xx.xx.2023-cü il tarixli e-2-1(112)-907/2022 saylı qəardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Məhkəmənin e-2-1(112)-907/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “İddiaçı 2021-ci ilin may ayından əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1 saylı Tibbi-sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinədə olmuş və hər iki bud sümükləri orta 1/3 qapalı qəlpəli, sol daban sümüyünin sınıqalarına görə aparılan eksrtamedulyar osteosintezdən əməliyyatdan sağ bud sümüyünün orta 1/3 solbud sümüyünün aşağı 1/3 qeyri düzgün bitişmiş sınığı. Kontraktura diaqnozu qoyulmuş və həmin diaqnoz əsasında iddiaçıya ikinci dərəcə əlilik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı dair Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Əlillik” altsistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. - Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdə ilkin müayinədə olmuş X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyünün sınığı => S72.3- Bud süm...; Diaqnozun mətni: hər iki bud sümüyü orta, sol daban sümüyünün sınıqlarına görə aparılan ekstramedulyar osteosintezdən sağ bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Sol diz oynağının bükücü açıcı, sağ diz oynağını bükükü kontrakturası. Sol aşağı 3 sm qısalığı. Meyar: ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə təkrar müayinədə olmuş X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyünün sınığı => S72.3- Bud süm...; Diaqnozun mətni: hər iki bud sümüyü orta 1/3 qapali qəlpəli, sol daban sümüyünin siniqalarina görə aparilan eksrtamedulyar osteosintezdən əməliyyatdan sağ bud sümüyünün orta 1/3 solbud sümüyünün aşağı 1/3 qeyri düzgün bitişmiş sınığı. Kontraktura. Meyar: ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı qiymətləndirmə məlumatlarından görünür ki, “Müayinə tarixi: xx.xx.2021- ci il; Akt N: xxxxxxx0005; Müvəqqəti əmək qabiliyyətini itirməmişdir. X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyünün sınığı => S72.3- Bud süm...; Diaqnozun mətni: Bud sümüyü cisminin (diafızinin) sınığı. Hər iki bud sümüklərinin orta 1/3-nin qapalı-qəlpəli, sol daban sümüyünün sınıqlarına görə (2011) aparılmış ekstramedulyar osteosintez əməliyyatından sonrakı sağ bud sümüyünün bitişmiş sınığı, sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığı kobud döyənəkli yerdəyişən bitişmiş sınığı, sol diz oynağının bükücü- açıcı, sağ diz oynağının bükücü kontrakturası, sol aşağı ətrafın 3sm qısalığı və ətrafda funksiyanın pozulması. Meyar: imtina edilir. - Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, o, həmin tarixdə İnstitutda komissiya tərəfindən müəyinə olynmuşdur. Diaqnoz: Hər iki bud sümüyünün orta 1/3-nin kobud döyənəkli yerdəyişən bitişmiş sınığı. Hər iki bud sümüyünün postravmatik qövsvari Varus deformasiyası. Hər iki diz oynağının postravmatik İİİ-İV mərhələ deformasiyaedici artrozu. Hər iki oynağın kəskin kontrakturası (bükmə-110°, açma- 150°). Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı. Sol aşıq-daban oynağının ankilozu. Hər iki aşıq sümüyünün qeyri düzgün bitişmiş sınığı. Hər iki aşıq-baldır oynağının İİİ-İV mərhələ deformasiya edici arttrozu. Hər iki aşıq-baldır oynağının kəskin kontrakturası (bükmə-100°, açma- 85°). Hər iki aşağı ətrafın funksiya pozğunluğu.Yerişin pozulması. Axşama. Dayaq-hərəkət funksiyasının pozulması. Ağrı sindromu. S72.3; M21.8; S92.1; M26.7; M24.5; M84.0; S92.0; M17.; M84.1; M19; R26.0; R26.2; R26.8. - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ xx.xx.2023-cü il tarixli T 223/2023 nömrəli(canlı şəxsin ekspertizası) ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozlar onun xx.xx.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edir, yəni o, hazırda da həmin xəstliklərdən əziyyət çəkir. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikasi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, bildirilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin 4399003AAAPD nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə tibbi sənədlərinə baxış keçirilməklə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********0 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir: Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 24 nömrəli Şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədə “Hər iki bud sümüklərinin: orta 1/3-nin qapalı-qəlpəli. sol daban sümyünün sınıqlarına görə(2011) aparılmış eksiramedulyar osteosintez əməliyyatlarından sonrakı saq bud sümüyünün bitişmiş sınığı, sol bud sümyünün qeyri düzgün bitişmiş sınığı, sol diz oynağının bükücüacıcı saq diz oynağının bükücü konturakturaları. sol aşağı ətrafın 3 sm qısalığı və ətrafda funksiyanın pozulması ilə” diaonozlu travmanın səbəb əlaqəsi “Travma DİO-da xidmət keçmə dövründə alınmışdır kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri dız oynağında və topuqlarında hərəkət məhdudluğundan ibarətdir. Müayinə zamanı bildirdilr ki, dizi qatlanmır. Əyani müayinədə hər iki bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, sümük toxumasının tamlığının oynaqlarda hərəkət funksiyasının pozulmaması müşahidə olundu. Aşağı ətraf əzələlərində atrofiya yoxdur. Əyani müayinənin nəticələrinə əsasən İddiaçı hal hazırkı vəziyyəti əlilк təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudlığunun müəyyən olunması meyarlarına dair Əsasnamədə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olması haqqında” xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyi “Azərbaycan X4 Ortopediya İnstitutu” X11 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İ. Nağıyev xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “X4 Ortopediya İnstitutu” X11də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873-2023 saylı, xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyri düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə-ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası lll-İV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü ildə qərardada uyğun olaraq İ. Nağıyevin sağlamlıq vəziyyətinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11inin tərtib etdiyi T 223/2023 saylı ekspert rəyində İ. Nağıyevin əililik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozların onun barəsində xx.xx.2022-ci il tarixdə X4 Ortopediya İnstitutunda komisiyya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozarla eynilik təşkil edilməsi, yəni onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Qeyd edirik ki, İddiaçı sağlamlıq vəziyyətin təyin olnmasına dair xx.xx.2022-ci il tarixli, **********/625 saylı və xx.xx.2023-cü il tarixli, ********** AB9873-2023 saylı Arayışlarında hər iki aşıq-badır oynağının ankilozu (kəskin kontrakturası) diaqnozu qoyulmuş və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.40 bəndinin tələbinə uyğundur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 1 ünvanında qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessusal Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Göründüyü kimi, iddiaçı barədə müvafiq arayış xx.xx.2021-ci il tarixində tərtib edilərək aidiyyəti üzrə göndərilmiş və onun əlilliyi həmin tarixdə yenidən qiymətləndirilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunmasına dair məsələlər həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas verir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan X4 Ortopediya İnstitutu” X11 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı xəstəlik vəziyyətinin təyin edilməsi ilə bağlı “X4 Ortopediya İnstitutu” X11də yenidən müayinə olunmuş və onun barəsində ********** AB9873-2023 saylı, xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Arayışda hər iki bud sümüyünün orta 1/3-ə sınıqdan sonrakı kobud döyənəyi və qeyri düzgün bitişmiş sınıq və varus deformasiyası, bud çanaq oynaqlarının kontrakturası İV dərəcə-ankilozu. Hər iki diz oynaqlarının post travmatik artrozu (ankilozu). Hərəkət məhdudluğu və yerişin pozulması. Hər iki aşıq-baldır oynaqlarının qeyri-düzgün bitişmiş sınığından sonrakı kontrakturası lll-İV mərhələ ankilozu, hərəkət və dayaq funksiyasının pozulması. Sol aşıq aşağı ətrafın gödəkliyi 3-4 sm müyyən edilmişdir... Qeyd edirik ki, İddiaçı sağlamlıq vəziyyətin təyin olnmasına dair xx.xx.2022-ci il tarixli, **********/625 saylı və xx.xx.2023-cü il tarixli, ********** AB9873-2023 saylı Arayışlarında hər iki aşıq-badır oynağının ankilozu (kəskin kontrakturası) diaqnozu qoyulmuş və həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.40-cı bəndinin tələbinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ xx.xx.2023-cü il tarixli T 223/2023 nömrəli (canlı şəxsin ekspertizası) ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş Forma № 088 göndərişlərində qeyd olunan diaqnozlar onun xx.xx.2022-ci il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı müəyyən edilmiş diaqnozlarla eynilik təşkil edir, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi, Azərbaycan X4 Ortopediya İnstitutu tərəfindən iddiaçının xəstəlik diaqnozu “hər iki aşıq-badır oynağının ankilozu (kəskin kontrakturası)” olaraq müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçının xəstəlik diaqnozu həmin vaxt qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.6-cı bəndinə (hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6)) uyğun olduğu müəyyən olunur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya 2013-cu ildə ilk dəfə əlillik dərəcəsi təyin olunarkən xəstəlik diaqnozu hazırkı xəstəlik diaqnozu ilə eynilik təşkil etmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş xəstəlik diaqnozu hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda da müəyyən edilmişdir. Belə ki, həmin “Meyarlar”ın 13.4.40-cı bəndində hər iki aşıq-baldır oynağının ankilozu xəstəliyi əlilliyin təyin olunmasına əsas verən xəstəlik kimi müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta X10nin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta X10nin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta X10 ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3.-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müvafiq həkim komissiyasının qərarına əsasən ömürlük, yəni bərpası mümkün olmayan xəsarətlər aldığı müəyyən edildiyindən, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə əvvəl əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev