Məhkəmə qərarları › İş №e-2-1(112)-2281/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2281/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2281/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.03.2021-ci il tarixli, **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 09.03.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270300 nömrəli qərar qəbul etmişdir. Qərarda 2020-ci il üçün 93,993.52 manat mənfəət vergisi hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, təqdim etdiyi bəyannamənin 218-ci (ümumi gəlirlər) sətrində göstərilən 857,249.38 manat məbləğ 200,000.00 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 469,967.60 manat güzəşt hüququndan hüquqi şəxsin mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edilə bilməz. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan DVX-nin X3 Baş İdarəsinin 18.05.2021-ci il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.03.2021-ci il tarixli **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edildiyini, cəmiyyət tərəfindən 09.04.2021-ci il tarixdə 2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin 857,249.38 (200,000.00 manatdan çox) manat olduğunu, cəmiyyətin 17.09.2019-cu il tarixdən dövlət qeydiyyatına alındığını, cəmiyyətin 2020-ci il üçün mikro sahibkarlıq subyektinə aid edilmədiyini nəzərə alaraq cəmiyyətin 10.03.2021-ci il tarixli inzibati şikayəti təmin edilməməlidir. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının 13.08..2021-ci il tarixli qərarı ilə DVX-nin X3 Baş İdarəsinin 18.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin hüquqi əsasları aşağıdakı kimidir: Cavabdeh orqanın gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə bildiririk ki, 2020-ci il üzrə iddiaçı "xxxx" ASC sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro sahibkar kateqoriyasına aiddir və belə olan halda o, VM-in 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdir. Belə ki, AR NK-nın 21.12.2018-ci il tarixli 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilmək üçün sahibkarın işçi sayı 10 nəfərə qədər, illik gəliri isə 200.000.00 manata qədər olmalıdır. Həmin Qərarın 4-cü qeydinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09.02.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, DVX tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlara görə 01.01.2020-ci il vəziyyətinə "xxxx" ASC mikro sahibkarlıq subyekti kateqoriyasına aid edilir. AR VM-in 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Yuxarıda qeyd edilən normaları və faktları ümumiləşdirsək bu nəticəyə gəlmək olur ki, iddiaçının mikro sahibkar olaraq 2020-ci il üzrə əldə etdiyi mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Çünki onun 2019-cu ildə ümumi gəliri 146,906.95 manat, işçilərin orta sayı isə 6 nəfər olmuşdur. Bu fakt da müvafiq orqanın verdiyi arayış ilə öz təsdiqini tapır. İddiaçı ilə cavabdeh arasında mübahisə 2020-ci il üzrə mənfəət bəyan edilərkən hansı dövrdə əldə edilmiş mənfəətə görə verginin hesablanmasıdır. Cavabdeh hesab edir ki, 2020-ci il üzrə mənfəət əsasında hesablanmalıdır. Lakin yuxarıda qeyd etdiyimiz normaların tələblərindən görünür ki, 2020-ci il üzrə mənfəət vergisi 2019-cu ilin mənfəəti əsasında müəyyən edilməlidir. Belə ki, AR NK-nın 21.12.2018-ci il tarixli 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 4-cü qeydinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi AR İN yanında DVX və AR ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. “İl ərzində dəyişilməz qalır” ifadəsi aydındır ki, keçmiş ili nəzərdə tuta bilməz və həmin məlumatlar hesabat verilən il üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən yanaşsaq, bu məsələ ilə bağlı cavabdeh diskresion səlahiyyətlərindən istifadə edərək iddiaçının sahibkarlıq kateqoriyasını müəyyən edə bilməz, çünki sahibkarlıq subyektlərinin bölgüsünün müəyyən edilməsi müvafiq normativ hüquqi aktla Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. Həmin orqanın təqdim etdiyi sənədlər isə iddiaçının 2020-ci il üzrə mikro sahibkar kateqoriyasına aid olduğunu təsdiq edir. Beləliklə 2020-ci il üzrə iddiaçı "xxxx" ASC sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro sahibkar kateqoriyasına aiddir və VM-in 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdir. Bununla bağlı olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.03.2021-ci il tarixli **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. AR VM-in 3.8-ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. AR VM-in 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. AR VM-in 62.1-ci maddəsinə görə, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İnzibati şikayətlə bağlı aşağıdakı aktlar qəbul edilmişdir: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 09.03.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********270300 nömrəli qərar qəbul etmişdir. Qərarda 2020-ci il üçün 93,993.52 manat mənfəət vergisi hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, təqdim etdiyiniz bəyannamənin 218-ci (ümumi gəlirlər) sətrində göstərilən 857,249.38 manat məbləğ 200,000.00 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 469,967.60 manat güzəşt hüququndan hüquqi şəxsin mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edilə bilməz. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan DVX-nin X3 Baş İdarəsinin 18.05.2021-ci il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09.03.2021-ci il tarixli **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edildiyini, cəmiyyət tərəfindən 09.04.2021-ci il tarixdə 2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin 857,249.38 (200,000.00 manatdan çox) manat olduğunu, cəmiyyətin 17.09.2019-cu il tarixdən dövlət qeydiyyatına alındığını, cəmiyyətin 2020-ci il üçün mikro sahibkarlıq subyektinə aid edilmədiyini nəzərə alaraq cəmiyyətin 10.03.2021-ci il tarixli inzibati şikayəti təmin edilməməlidir. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının 13.08..2021-ci il tarixli qərarı ilə DVX-nin X3 Baş İdarəsinin 18.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçının ərizəsi əsasənda məhkəmənin 09.02.2022-ci il tarixli qərardadı ilə 26.05.2021-ci il tarixli **********484600 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir. Tələbin dəyişdirilməsi onunla əsaslandıırlmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı 09.03.2021-ci il tarixli, **********270300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məlum olmuşdur ki, mübahisələndirilən qərar 26.05.2021-ci il tarixli **********484600 nömrəli başqa bir qərarla ləğv edilmişdir. 26.05.2021-ci il tarixli, **********484600 nömrəli qərar məzmun etibarilə 09.03.2021-ci il tarixli, **********270300 nömrəli qərarla tamamilə eynidir və iddia ərizəsində qeyd edilən mübahisəni əhatə edir. Belə ki, hər iki qərar arasındakı yeganə fərq onların nömrəsi və tarixidir. Digər bütün hallar, hətta borcun məbləği belə dəyişdirilməmişdir. Həmin borc məbləğinin necə yaranması və iddiaçının onunla nəyə görə razılaşmaması iddia ərizəsində təfsilatlı şəkildə qeyd edilmişdir. Belə olan halda hesab edilir ki, iddianın əsasını dəyişdirmədən iddia tələbinin dəyişdirilməsi zəruridir.

4. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə yuxarı inzibati orqan tərəfindən qəbul edilmiş qərarda ifadə edilən mövqeni müdafiə etdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

6. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Məhkəmə bununla bağlı iddiaçının dəlillərini qəbul edir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

13. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilmiş hallar və mübahisənin yaranma əsası

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26.05.2021-ci il tarixli, **********484600 nömrəli qərarı ilə iddiaçı "xxxx" ASC-yə əlavə 93.993,52 manat vergi məbləği hesablanmaqla - 55.623,15 manat artıq ödəməsi nəzərə alınmaqla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 38.370,37 manat vergi məbləği müəyyən edilmiş edilmişdir. Həmin qərar 09.03.2021-ci il tarixli, **********270300 nömrəli qərarla eyni məzmunludur.

15. Yuxarı inzibati orqan inzibati şikayəti təmin etməkdən o əsasla imtina etmişdir ki, 2020ci il mənfəət vergisi bəyannaməsi üzrə bəyannamənin 218-ci “Ümumi gəlirlər” sətrində göstərilən 857.249,38 manat məbləğ 200.000,0 manatdan yuxarı olduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahiblkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi olan 469.967,6 manat güzəşt hüququndan hüquqi şəxsin mikro sahibkarlıq subyekti ola bilmədiyindən istifadə edə bilməz məzmunda uyğunsuzluq yaranmışdır.

16. İddiaçının 2020-ci ildə 857.249,38 manat gəlirinin olması mübahisələndirilmir. Həmin gəlirin 626.623,46 manat hissəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdir. İddiaçı həmin mənfəətin 75 faizi olan 469.967,6 manata mikro sahibkar subyekti kimi güzəşt hüququnun tətbiq edilməsini tələb edir. Lakin vergi orqanı həmin dəlili qəbul etməyərək 469.967,6 manat mənfəətə 20% olmaqla əlavə 93.993,52 manat vergi məbləği hesablayıb.

17. Mübahisə iddiaçının 2020-ci ildə mikro sahibkar subyekti olması və mikro sahibkar subyekti kimi Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən vergi güzəştindən istifadə etməsi ilə bağlıdır.

18. İddiaçı Dövlət Statistika Komitəsinin arayışa istinad edərək 01.01.2020-ci il tarixə kateqoriyasının mikro sahibkarlıq subyekti olmasına əsaslanır və hesabat ilinin dövriyyəsindən (faktiki rəqəmlərdən) asılı olmayaraq həmin kateqoriyanın il ərzində dəyişilməz olduğunu iddia edir və həmin kateqoriyaya (mikro sahibkar kimi) aid güzəştlərdən istifadə hüququnun olduğunu bildirir. İddiaçı mövqeyini əsaslandırmaq üçün peşəkar hüquq və mühasibatlıq şirkətinə müraciət etmiş, ona iddia tələbinin əsasına uyğun məsləhət verilmişdir.

İV. Məhkəmənin mövqeyi

19. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır

20. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən, işçilərinin orta siyahı sayı 1 – 10 (nəfər), illik gəliri (ig) ig ≤ 200 (min manat) sahibkarlar mikro sahibkar kateqoriyasına; işçilərinin orta siyahı sayı 11 – 50, illik gəliri 200 < ig ≤ 3 000 (min manat) sahibkarlar mikro sahibkar kateqoriyasına və s. olmaqla aid edilir (İşçi sayına və gəlirlərinə müvafiq olaraq orta və iri sahibkar kateqoriyaları müəyyən edilir). Həmin qərarın qeyd hissəsinin 4-cü bəndinə əsasən, Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

21. Məhkəmə qeyd edir ki, sahibkarlıq subyektlərinin bölgüsünü müəyyən eləməkdə əsas məqsəd onlara yönələn dövlət siyasətini differensasiya etmək, o cümlədən dövlət dəstəyi və güzəştlərdən istifadə imkanı yaratmaqdır. Bu məsələ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 4-1-ci maddənin 3-cü hissəsində də xüsusi olaraq qeyd edilib. Mikro sahibkarların digər sahibkarlıq subyektlərindən əsas vergi fərqi (güzəşti) 1) mənfəət vergisində 75 faiz güzəşt (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi) və 2) əmlak vergisindən azad olmadır (Vergi Məcəlləsinin 199.14-cü maddəsi). Başqa cari məsələlərdə də bəzi fərqli rejim tətbiq olunur. Ancaq mənfəət vergisi və əmlak vergisi elə vergi növüdür ki onların bəyannaməsi illik verilir. Belə ki, Vergi Məcəlləsinin 149.2-ci maddəyə görə mənfəət vergisinin bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına verilməlidir (həmçinin qeyd edilməlidir ki, hesabat ili yaxud vergi dövrü dedikdə təqvim ili nəzərdə tutulur). Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Eyni qayda əmlak vergisinə də aiddir. Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir (Vergi Məcəlləsinin 201.5-ci maddəsi). Həmçinin Vergi Məcəlləsinin 10-cu fəslində hüquqi şəxslərin mənfəət vergisinə aid olan dəqiqləşdirləcək məsələlər var. Bu baxımdan il ərzində (əvvəlində, ortasında, sonunda) dövriyyəni dəqiq bilmək həm mümkün olmur, həm də praktik əhəmiyyət kəsb etmir. Belə ki, bir çox sənədlərin əldə olunması, yoxlanması, üzləşdirilməsi zərurəti yarana bilir ki, bu da hesabat ilindən sonra (yəni il başa çatdıqdan sonra) mümkündür. Bir çox sənədlər (qaimə-faktura, kassa çekləri) yoxlana bilər. Bəzən isə mənfəət vergisinin düzgün hesablanmaması problemləri ola bilir. Yəni bu vergi hesablanan, təhlil edilən, həm də ən çox mümkün yayınma halları olan vergi növü hesab oluna bilər. İllik bəyannamənin verilməsi o anlama gəlmir ki, hesablanmış vergi də bəyannamə ilə eyni vaxtda ödənilir. Vergi ödəmə mənbəyində, yaxud əvvəlki ilin göstəricilərinə uyğun olaraq rüblük (əmlak vergisi bu cür ödənilir) əsasında ödənə bilir, amma növbəti ilin martında illik bəyannamə veriləndə bu dəqiqləşdiriləcək, vergi məbləği artıq da ödənilmiş ola və qaytarıla bilər.

22. X8 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X8 Məhkəməsinin qərarı ərizə 52884/09, 20.02.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X5 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

23. Odur ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı da Vergi Məcəlləsinin bu tələbinə uyğun olaraq hazırlanıb. Yəni bəyannamə hesabat ilindən sonrakı növbəti ilin mart ayının 31-nə qədər Dövlət Vergi Xidmətinə verilir (bu, Vergi Məcəlləsində əks olunub), aprel ayının 20-nə qədər də Dövlət Vergi Xidməti məlumatı Dövlət Statistika Komitəsinə ötürür (həmin müddətdə məlumatların emal edilməsi məqsədilə). İşçi sayı ilə bağlı məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olduğu üçün bu məsələ Dövlət Statistika Komitəsinə həvalə edilib. Həmin məlumatlar əsasında Dövlət Statistika Komitəsi mayın 10-dək hansı bölgüyə aid olma məsələsini həll edir (sırf Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatları əsasında). Komitənin funksiyası sadəcə məlumatları toplayıb ümumiləşdirməkdən ibarətdir. Qərarın qeydinin 4-cü hissəsində “Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və “il ərzində dəyişməz qalır” ifadəsi də ona dəlalət edir ki, yəni artıq yeni hesabat çıxana qədər (növbəti ilin may ayının 10-dək) onu Dövlət Statistika Komitəsinin aid etdiyi bölgüdəki sahibkarlıq subyekti kimi qəbul edəcəyik, yəni həmin tarixə əsas yoxdur ki dəyişilsin (bu hələ daha sonrakı gələn il dəqiqləşəcək), həm də buna ehtiyac yoxdur (həmin vergilər illik hesablandığından). Əgər həmin ildə dövriyyə yüksək olacaqsa sonrakı ildə eyni qaydada Dövlət Vergi Xidməti yoxlayacaq və dövriyyəni real rəqəmlə ifadə etməklə onun əsasında da vergiləri hesablayacaq (yaxud azadolmaları tətbiq edəcəkdir) və bunun əsasında da yeni məlumatı Dövlət Statistika Komitəsinə təsbit üçün ötürəcəkdir. Dövlət Statistika Komitəsi də bunun əsasında yeni meyar müəyyən edəcək (əgər dəyişiklik olubsa). Yəni, son nəticədə sahibkarlıq subyektinin statusu (meyarı) hesabat ilinin dövriyyəsindən (faktiki rəqəmlərdən) müəyyənləşir və subyekt hansı meyara düşürsə o əsasda da vergi rejimi müəyyən edilir və hesablanır. Əks yanaşma hesabat ilinin dövriyyəsinə (faktiki rəqəmlərlə) görə oxşar vəziyyətdə olan sahibkarlıq subyektlərinə münasibətdə (məsələn 200 < ig ≤ 3 000 olan kiçik sahibkarlara) fərqli yanaşmaya (həmin kiçik sahibkarlardan birinə mikro sahibkar subyektinə aid olan güzəştdən istifadə imkanı) və ya hesabat ilinin dövriyyəsinə (faktiki rəqəmlərlə) görə oxşar vəziyyətdə olmayan sahibkarlıq subyektlərinə münasibətdə (ig ≤ 200 olan mikro sahibkar və 200 < ig ≤3 000 olan kiçik sahibkarlara) eyni yanaşmaya (həmin kiçik sahibkara mikro sahibkar subyektinə aid olan güzəştdən istifadə imkanı) səbəb ola bilər ki, qeyd edilən yanaşmanın ağlabatan əsaslandırması yoxdur, bu da sahibkarlıq subyektlərinə münasibətdə ayrı-seçkiliyə səbəb ola bilər. Odur ki, həmin yanaşma sahibkarlıq subyektlərinə yönələn dövlət siyasətini differensasiya etmək, o cümlədən dövlət dəstəyi və güzəştlərdən istifadə imkanı yaratmaqla bağlı qanunun qarşıya qoyduğu məqsədə uyğun hesab edilə bilməz.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar