Məhkəmə qərarları › İş №e-2-1(112)-2281/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2281/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2281/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X8 kаtibliyi, iddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini хаhiş еtmişdir.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, 27 sentyabr 2020-ci il tarixində İİ Qarabağ müharibəsi (Vətən Müharibəsi) başlayarkən o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsinin maddi texniki-təminat şöbəsinin mənzil-istismar xidməti rəisi vəzifəsində xidmət etmişdir. Müharibə dövründə həm N nömrəli hərbi hissənin, həm də digər hərbi hissələrin Kəlbəcər və Daşkəsən rayonlarının ərazisində yerləşən bölmələrinin maddi texniki-təminatı üzrə komandanlıq tərəfindən ona verilmiş tapşırıqları icra etmişdir. Müharibə qurtardıqdan sonra müharibə veteranı adı verilməsi üçün hərbi hissə komandanlığı tərəfindən cavabdehə müharibədə iştirak edən hərbi qulluqçuların siyahısı göndərilərkən onun və maddi texniki-təminat üzrə komandanlıq tərəfindən verilmiş tapşırıqları icra edən bəzi hərbi qulluqçular yaddan çıxdığı üçün həmin siyahıya daxil edilməmişdi. Bundan sonra müraciətləri əsasında aparılmış araşdırma nəticəsində onların da müharibə zamanı maddi texniki-təminat üzrə komandanlıq tərəfindən verilmiş tapşırıqları icra etmələri müəyyən edildiyindən müharibə veteranı adı verilməsi üçün əlavə olaraq cavabdehə onların da adlarını olan siyahı göndərilmişdir. Cavabdeh həmin siyahıda olan hərbi qulluqçuların demək olar ki, hamısına müharibə veteranı adı versə də ona müharibə veteranı adı verməkdən imtina etmişdir. Bu barədə cavabdeh tərəfindən rəsmi olaraq ona hər hansı bir cavab verilməsə də, komandanlıq tərəfindən ona verilmiş məlumatda cavabdehin müharibə veteranı adı verməkdən imtina etdiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır və onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarına əsasən müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə komandirinin madditexniki təminat üzrə müavini-maddi texniki təminat şöbəsinin (Q4) rəisi polkovnik Xalid Məmmədov xx.xx.2021-ci il tarixli 1141 nömrəli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aparılan Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin arxa komanda məntəqəsinin tərkibində olan N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) mənzil-istismar xidməti rəisi kapitan İddiaçı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə madditexniki təminat üzrə N və N nömrəli hərbi hissələrinin şəxsi heyətinin daşınması, təminatının yoxlanması, zədələnmiş və sıradan çıxmış avtomobil və zirehli tank texnikalarının daşınması və döyüş mövqelərindən təxliyyəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirdiyini bildirərək N nömrəli hərbi hissə tərəfindən tərtib olunan “Vətən” müharibəsi iştirakçıları siyahısına kapitan İddiaçı adının əlavə olunması üçün köməklik göstərməsini xahiş etmişdir. N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-maddi texniki təminat şöbəsinin (Q4) rəisi polkovnik Xalid Məmmədovun xx.xx.2021-ci il tarixli 1141 nömrəli raportu əsasında aparılmış araşdırma nəticəsində kapitan İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin əmri ilə Göygöl rayonunda yerləşən N nömrəli hərbi hissədə və Daşkəsən rayonunda yerləşən N nömrəli hərbi hissədə olduğu, tapşırıqların icrası təcili olduğu üçün ezamiyyət biletlərinin yazılmadığı və həmin bölgələrə hərbi hissədən ayrılmış texnika ilə getdiyi müəyyən edilmişdir. Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxlərə o şərtlə “müharibə veterani’ adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində yerinə yetirmiş olsunlar. Materiallardan görünür ki, iddiaçı Göygöl və Daşkəsən rayonlarında tapşırıqları yerinə yetirmiş, onun olduğu Göygöl və Daşkəsən rayonları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil edilməmişdir. Bundan başqa iş materialında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin N nömrəli hərbi hissəyə göndərmiş olduğu xx.xx.2023-cü il tarixli 4/3-843 nömrəli məktubunda kapitan İddiaçı döyüş əməliyyatları bitdikdən (xx.xx.2020) sonra Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının tələblərinə uyğun olmadığına görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veterani’ adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməməsi göstərilmişdir. Bununla da iş materialında olan müvafiq sənədlərdən müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatları bitdikdən sonra Kəlbəcər rayonuna ezamiyyətə göndərildiyi üçün İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İddiaçının Vətən müharibəsi iştirakçılarının siyahısına salınması barədə raport N nömrəli hərbi hissənin komandirinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya veteran adının və vəsiqəsinin verilməsi məsələsinə müvafiq qaydada bıxıldıqdan sonra iddiaçının müraciətini cavablandırmışdır.

6. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə, iddiаçının nümayəndəsi və vəkilinin izahat və çıxışını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

İş materiallarında olan:

N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini – maddi texniki təminat şöbəsinin rəisi Xaliq Məmmədovun N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin arxa komanda məntəqəsinin tərkibində olan aşağıda adları göstərilən hərbi qulluqçular (...9. Kapitan İddiaçı , N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) mənzil istismar xidməti rəisi) maddi-texniki təminat üzrə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə N və N nömrəli hərbi hissələrin, N nömrəli hərbi hissənin istiqamətində gedən döyüşlərdə 181, 706, 777, 707, 379, 196, 283, 286, 287, 065, N və N nömrəli hərbi hissələrin təminatı ilə əlaqədar olaraq Cəbrayıl, Qubadlı, Fizuli, Laçın, Şuşa, Xocavənd və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə şəxsi heyətin danışması, təminatın yoxlanılması, zədələnmiş və sıradan çıxmış avtomobil və zirehli tank texnikalarının daşınması və döyüş mövqelərindən təxliyyəsi zamanı döyüş tapşırıqlarını yerinə yetiriblər. N nömrəli hərbi hissə tərəfindən tərtib olunan “Vətən” müharibəsi iştirakçıları siyahısına adlarının əlavə olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. 1. X1 - N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini – maddi texniki təminat şöbəsinin (Q4) rəisi, 2. Palkovnik-leytenant X9 - N nömrəli hərbi hissənin maddi texniki təminat şöbəsi (Q4) rəsinin qərargahın fəaliyyətinin planlaşdırılması üzrə müavini, 3. Palkovnik-leytenant X15 - N nömrəli hərbi hissənin maddi texniki təminat şöbəsi (Q4) rəsinin baş köməkçisi-aket-artilleriya silahları xidməti rəisi, 4. Palkovnikleytenant X5 - N nömrəli hərbi hissənin maddi texniki təminat şöbəsinin (Q4) zirehli tank xidməti rəisi, 5. Palkovnik-leytenant X6 - N nömrəli hərbi hissənin maddi texniki təminat şöbəsinin (Q4) avtomobil xidməti rəisi, 6. Palkovnik-leytenant X11 - N nömrəli hərbi hissənin maddi texniki təminat şöbəsinin (Q4) yanacaq xidməti rəisi, 7. X7, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) zirehli tank xidməti rəisinin köməkçisi, 8. X3, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) avtomobil xidməti rəisinin köməkçisi, 9. Kapitan İddiaçı, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) mənzil istismar xidməti rəisi, 10. MAHHXHQ çavuş X18, N nömrəli hərbi hissənin maddi-texniki təminat şöbəsinin (Q4) kərgüzar-operatoru. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər altsistemindən statusun yoxlanılması” elektron çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini – maddi texniki təminat şöbəsinin rəisi Xaliq Məmmədovun N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2021-ci il tarixli raportundakı siyahıda adları qeyd edilən diğər hərbi qulluqçulara (X17, X15, X11, X16, X6) müharibə veteranı statusu verilmiş və “Vətən müharibəsi veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyinatı haqqında məlumat”dan görünür ki, həmin hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidenti təqaüdü təyin edilmişdir. N saylı hərbi hissənin N nömrəli, xx.xx.2021-ci il tarixli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edərək yüksək peşəkarlıq, şücayət və şəxsi qəhrəmanlıq göstərmiş hərbi qulluqçuların Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali Baş Komandanının Sərəncamı Azərbaycan Respublikasl Müdafiə nazirinin əmri ilə təltif olunmaları üçün N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdən seçilmiş namizədlərin adlı siyahısı onların ünvanlarına gösdərilmişdir. (Adlı siyahı: № 314. N nömrəli hərbi hissə, Kapitan İddiaçı, döyüş əməliyyatları zamanı təminat və təchizatın vaxtında və düzgün təmin edərək yüksək peşakarlıq göstərdiyinə görə) İ-5359 №-li Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli etirazına qoşma kimi əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 412-843 nömrəli N nörməli hərbi hissəyə ünvanlanmış məktubundan müəyyən olunur ki, təqdim olunmuş sənədlərdə kapitan İddiaçı döyüş əməliyyatları bitdikdən (xx.xx.2020-ci il tarixdən) sonra Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 nömrəli Qərarının tələblərinə uyğun olmadığına görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 169 nömrəli arayışından görünür ki, İddiaçı, 2020-ci ilin sentyabr ayının 27-dən 2020-ci il noyabr ayının 10-dək aparılmış döyüş əməliyyatlarında N nömrəli hərbi hissə, tabeçiliyində olan hərbi hissələr və bölmələrin Kəlbəcər rayonunda maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun

- 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; - 2.0.2-ci maddəsinə görə, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; - 2.0.3-ci maddəsinə əsasən, ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;

10. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun

- 2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

11. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun

- 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən:

- Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;( Birinci hissəsinin onuncu abzas). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ( Birinci hissəsinin onbirinci abzas) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər

13. Cavabdeh iddiaçıya müharibə veteranı adının verilməsindən imtinanın və iddiaya dair etirazının əsası kimi – iddiaçının Göygöl və Daşkəsən rayonlarında tapşırıqları yerinə etirdiyi, onun olduğu Göygöl və Daşkəsən rayonları “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə daxil edilmədiyi və onun döyüş əməliyyatları bitdikdən (xx.xx.2020) sonra Kəlbəcər rayonuna komanda məntəqəsinə ezamiyyətə göndərilməsi qeyd edilmişdir.

14. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ayarışından görünür ki, İddiaçı, 2020-ci ilin sentyabr ayının 27-dən 2020-ci il noyabr ayının 10-dək aparılmış döyüş əməliyyatlarında N nömrəli hərbi hissə, tabeçiliyində olan hərbi hissələr və bölmələrin Kəlbəcər rayonunda maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir və buna görə də “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının Medalı ilə təltif edilmişdir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti əsasında araşdırmanı tam, obyektiv və hərtərəfli aparmamış, iddiaçının xeyrinə olan halların nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin

- 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi adının verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir.

18. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar