Məhkəmə qərarları › İş №e-2-1(112)-2304/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2304/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2304/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, İddiaçı 1 sentyabr 1966-cı il tarixdə doğulmuşdur. 1983cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstituna (indiki Azərbaycan Neft və Sənaye Universiteti) qəbul olmuşdur. 1984 – 1987-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 12 sentyabr 1990-cı il tarixdə M.Əzizbəyov adına Azneftkimya Birliyinin “Şelf-2” X3rğusuna gənc mütəxəssis kimi 4-cü dərəcəli buruq avadanlığına xidmət edən “elektrik montyoru” vəzifəsinə işə qəbul edilmiş və bu sahədə 12 oktyabr 1998-ci il tarixədək, yəni bu qurumda 8 il 1 ay müddətində “elektrik montyoru” vəzifəsində çalışmışdır. Qeyd olunan müəssisədə çalışdığı zaman yeni yaradılmış "xxxx" MMC şirkətinin “İstiqlal” qurğusunda 21 iyul 1998-ci il tarixdə “takelajçı” işinə qəbul edilmiş, 28 mart 2000-ci il tarixədək bu işdə çalışmış, 29 mart 2000-ci il tarixdə qeyd olunan müəssisədə “kran üzrə operatorun köməkçisi” vəzifəsinə, 30 avqust 2000-ci il tarixdə isə, "xxxx" vəzifəsinə keçirilmişdir. Müəssisədəki “İstiqlal” qurğusunda “takelajçı” vəzifəsində 1 il 8 ay iş stajına malik olmuşdur. “İstiqlal” qurğusunda “kran üzrə operatorun köməkçisi” vəzifəsində 5 ay müddətində, "xxxx" vəzifəsində isə 1 il 2 ay 8 gün iş stajı toplamışdır. 8 noyabr 2001-ci il tarixdən etibarən Müəssisənin “Dədə Qorqud” qazma qurğusunda “elektrik” vəzifəsinə, 24 yanvar 2009-cu il tarixdə “böyük elektrik” vəzifəsinə keçirilmişdir. Hal-hazırda müəssisədə “böyük elektrik” vəzifəsində çalışır. İcra etdiyi “elektrik” vəzifəsi əvvəllər adlandırılan elektrik montyorun vəzifəsinin eynisidir. Hazırda müəssisədə “elektrik montyoru” yox, elektrik kimi rəsmiləşdirilir. Əslində elektrik, elektrik montyorun funksiyalarının eynisidir. Eyni iş icra olunur. Qeyd olunanları nəzərə alaraq, 1 oktyabr 2018-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. Əyani təhsil aldığı dövr ümumi iş stajına daxil olduğundan, 1983-cü ilin sentyabrından hesablanmaqla, ümumi əmək iş stajı 1 sentyabr 2018-ci il tarixdə 35 il olmuşdur. Hətta əyani təhsil aldığı dövr və hərbi xidmət illəri nəzərə alınmadığı halda, 12 sentyabr 1990-cı ildən hesablanmaqla 1 sentyabr 2018-ci il tarixə, yəni 52 yaşı tamam olan vaxt ümumi iş stajı 27 il 11 ay 18 gün olmuşdur. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi, 12 sentyabr 1990-cı il tarixdən 12 oktyabr 1998-ci il tarixədək cəmi 8 il 1 ay müddətində Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahının “X” bölməsinin 1100000а – 11590 yarımbəndin təsiri altına düşən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən “elektrik montyoru” vəzifəsində çalışmışdır. 21 iyul 1998-ci il tarixdən 28 mart 2000-ci il tarixədək "xxxx" şirkətində “İstiqlal” qurğusunda “takelajçı” vəzifəsində 8 ay müddətində çalışmışdır. 29 mart 2000-ci il tarixdən 29 avqust 2000-ci il tarixədək “İstiqlal” qurğusunda operatorun köməkçisi vəzifəsində 5 ay müddətində işləmişdir. 30 avqust 2000-ci il tarixdən 7 noyabr 2001-ci il tarixədək “İstiqlal” qurğusunda "xxxx" vəzifəsində 1il 2 ay işləmişdir. 8 noyabr 2001-ci il tarixdən 23 yanvar 2009-cu il tarixədək “Dədə Qorqud” qurğusunda “elektrik” vəzifəsində çalışmaqla, əmək fəaliyyətini davam etdirmişdir. 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər “elektrik” vəzifəsində iş stajı 4 il 2 ay təşkil edir. İcra etdiyi iş 1990 – 1998-ci illərdə icra etdiyi “elektrik montyoru” vəzifəsi ilə eyni funksiya daşıyır. Beləliklə “operator” vəzifəsi 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 15866 yarım bəndin təsiri altına düşür. Çünki kran operatoru quyuların əsaslı təmiri işlərini icra edir. Bundan əlavə 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Dədə Qorqud” qurğusunda çalışdığı “elektrik” vəzifəsi Azərbaycan dilinin qaydalarına uyğun olaraq sənədlərdə 2000-ci ildən sonra müəssisədə “elektrik montyoru” deyil, “elektrik” vəzifəsi kimi yazıldığından, qaydalara uyğun olaraq əmrlərdə və əmək kitabçalarda “elektrik montyoru” sözü “elektrik” kimi qeyd edilmişdir. Bu dövrdəki “elektrik” vəzifəsi Nazirlər Kabinetinin 23 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X” bölməsinin 1100000a – 13590, 1100000a – 19838, 1100000a – 19861 yarım bəndlərin təsiri altına düşür. Bu dövr üçün güzəştli şərtlərlə iş stajı 4 il 2 ay təşkil edir. Hətta "xxxx", “takelajçı” fəhlə işləri üzrə stajı nəzərə alınmadan “elektrik” vəzifəsi üzrə güzəştli iş stajı 12 il 3 ay (8 il bir ay + 4 il iki ay) təşkil edir. Buna baxmayaraq, iddiaçının yaşa görə güzəştli pensiya təminatı barədə müraciətinə cavabdeh təşkilat 14 avqust 2021ci il tarixdə 8 iyul 2021-ci il tarixli məktubu ona təqdim edərək yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. İmtina məktubunda aşağıdakılar göstərilir: DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26 aprel 2021-ci il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 ii 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi iş staiı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filiala təqdim edilmiş 12 sentyabr 1990-cı il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında və “X5” LTD-nin 25 dejabr 2020-ci il tarixli DDG-012-2020 nömrəli arayışında qeyd olunan 29 mart 2000-ci il tarixdən 1 yanvar 2006cı il tarixədək olan dövr ərzində onun işlədiyi kran üzrə operator və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2Л iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı’nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun (ərizəçinin) güzəştli iş stajı 10 ildən az (7 il 5 ay 11 gün (1 may 1991-ci il tarixdən 12 oktyabr 1998-ci il tarixədək olan dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı imtina ilə razılaşmadığından, qanunvericiliyə uyğun olaraq yuxarı icra orqanı hesab edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24 avqust 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Hazırkı vaxtadək ərizəyə hər hansı bir cavab verilməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 9.1, 9.8-ci maddələrinə, İPM-in 1, 2.2, 33, 35, 38-ci maddələrinə əsaslanaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassız və qanuna zidd olduğundan rədd edilməlidir. İddiaçı 31 avqust 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunun 90.2-ci maddəsinə əsasən isə normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. İddiaçının Mərkəzi Filialda ona dair mövcud olan sənədlərində onun 29 mart 2000-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr ərzində “X5” LTD-də kran üzrə operator və elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi kran üzrə operator və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az (7 il 5 ay 11 gün (1 may 1991-ci il tarixdən 12 oktyabr 1998-ci il tarixədək olan dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərlənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Təqdim olunmuş əmək kitabçası, digər sənədlər və tərəflərin dəlilləri əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1 sentyabr 1966-cı il tarixdə doğulmuşdir, 1983 – 2005-ci illərdə (1 yanvar 2006-cı il tarixədək) onun ali təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ümumilikdə 20 ildən artıq müddət təşkil edir. İddiaçı həmin dövrdə 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməsini də nəzərə alaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı 1 may 1991-ci il tarixdən 12 oktyabr 1998-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləsə də, onun 29 mart 2000-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “X5” LTD-də işlədiyi kran üzrə operator və elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində nəzərdə tutulmamadığından, həmin dövr güzəştli iş stajına aid deyil və onun güzəştli iş stajı 10 ildən az (7 il 5 ay 11 gün) təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahsələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İş materiallarında olan "xxxx" şirkətinin məhkəmənin müvafiq sorğusuna cavab olaraq 11 fevral 2022-ci il tarixli CDC-İst-004 nömrəli məktubunda aşağıdakılar bildirilir: - İsayev X1 X10 şirkətində 1998-ci ildən 28 mart 2000-ci il tarixədək “İstiqlal” qazma qurğusunda takelajçı, yəni fəhlə (buruqlarda yüklərin daşınması, sıralanması, imləklənməsi və s.) vəzifəsində 1 il 8 ay (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən 1 saylı siyahı, X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), kod – 1100000a - a) fəhlələr). “İstiqlal” qurğusunda 29 mart 2000-ci il tarixdən 8 noyabr 2001-ci il tarixədək kran operatoru və kran operatorun köməkçisi – qaldırıcı maşinist funksiyalarını (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı siyahının X bölməsi, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), Kod – 1100000a - 14012) 1 il 6 ay 8 gün işləmiş və 8 noyabr 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək 4 il 2 ay müddətində elektrik montyoru peşəsində işkəmişdir (Kod – 1100000a - 19861). Beləliklə, İddiaçı X6 Ltd şirkətində yuxarıda qeyd olunan güzəştli sahələrdə 1 yanvar 2006-cı il tarixədək müddətdə güzəştli iş stajı 15 il 1 ay 14 gün təşkil edir. İş materiallarənda olan ARDNŞ (SOCAR) X8 Trestinin 12 yanvar 2021-ci il tarixli arxiv arayışında aşağıdakılar bildirilir: - 1 sentyabr 1966-cı il təvəllüdlü İddiaçı 12 sentyabr 1990-cı il tarixdən (Əmr № 219-k, 10 sentyabr 1990-cı il) 12 oktyabr 1998-ci il tarixədək (Əmr № 98k, 15 oktyabr 1998-ci il) “Xəzərqazmaneftqazsənaye” İB-nin Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X9 İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İB-nin 10 mart 1993-cü il 78 saylı əmrinə əsasən 1 aprel 1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İB-nin Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X9 İdarəsinin adı dəyişdirilərək X2 Qazma İdarəsi adlandırılmışdır. SOCAR-ın (ARDNŞ) 28 saylı 8 aprel 2003-cü il tarixli və “Azneft“ İB-nin strukturunun təkmilləşdirilməsi haqqında 16 aprel 2003-cü il tarixli saylı əmrləri ilə X2 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı" X9 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın 12 mart 2007-ci il tarixli 51 saylı və 14 mart 2007-ci il tarixli 60 saylı əmrləri ilə “X8” Tresti yaradılmışdır və “Bayıl Limanı" X9 İdarəsi Trestin tabeliyinə verilmişdir. SOCAR-ın 6 iyun 2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” X9 İdarəsinin adı dəyişdirilərək “Xəzər" X9 İdarəsi adlandırılmışdır. SOCARın 8 avqust 2012-ci il tarixli 101 saylı və “X8” Trestinin strukturunun təkmilləşdirilməsi haqqında 18 avqust 2012-ci il tarixli 82 saylı əmrlərinə əsasən “Xəzər” X9 İdarəsi ləğv olunmuş və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın 27 dekabr 2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil" Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid" İstehsalat Bölümü kimi fəaliyyət göstərir. Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X9 İdarəsində 12 sentyabr 1990-cı il tarixdən 1 may 1991-ci il tarixədək “Şelf-2” X3rğusuna 4-cü dərəcəli buruq avadanlığına xidmət edən elektrik montyoru peşəsində (Əmr № 219-k, 10 sentyabr 1990-cı il), 1 may 1991-ci il tarixdən 5 aprel 1992-ci il tarixədək “Şelf-2” X3rğusuna 5-ci buruğ avadanlığına xidmət edən elektrik montyoru peşəsində (Əmr № 82-k, 1 may 1991-ci il), 5 aprel 1992-ci tarixdən 1 iyun 1993-cü il tarixədək “Şelf-5” X3rğusuna elektrik avadanlıqları üzrə mexanik vəzifəsində (Əmr № 38k, 10 aprel 1992-ci il), 1 iyun 1993-cü il tarixdən 1 iyul 1996-cı il tarixədək “Şelf-5” X3rğusuna elektrik avadanlıqları üzrə böyük mexanik vəzifəsində (Əmr № 92-k, 24 iyun 1993-cü il), 1 iyul 1996-cı il tarixdən 12 oktyabr 1998-ci il tarixədək “Şelf- 5” X3rğusuna elektrik avadanlıqları üzrə mexanik vəzifəsində (Əmr № 65k, 10 oktyabr 1996-cı il) işləmiş, 12 oktyabr 1998-ci il tarixdən işdən azad olunmuşdur (əmr № 98k, 15 oktyabr 1998-ci il). İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 27 yanvar 2021-ci il tarixli 01-428 nömrəli arxiv arayışında aşağıdakılar qeyd olunur: - M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq bildirir ki, İddiaçı 1983-ci ildə Energetika fakültəsinin “Elektrik stansiyaları” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. (Əmr: № 012/789. 29.08.1983-cü il). İddiaçı 1984-cü ildə İİ-ci kursdan həqiqi hərbi xidmətə çağırılmışdır. (Əmr № 012/1151, 19.10.1984-cü il) və 1987-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa olmuşdur. (Əmr № 02/729, 17.06.1987-ci il) İddiaçı 1990-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr; № 02/1030, 27.07.1990-cı il). Diplom УВ-1 № 10538 seriyalı diplom verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində quyuları yoxlama üzrə qaldırıcıların maşinistləri peşəsi 1100000a – 14019 kodu, bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşəsi 1100000a – 19861 kodu, buruqlara xidmət üzrə elektrik montyorları 1100000a – 19838 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında mövcud qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Onun ali təhsil və hərbi xidmət dövrü Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sosial sığorta stajına daxildir. Bu səbəbdən də iddiaçının 2006-cı ilin 1 yanvar tarixinə 20 ildən artıq sosial sığorta stjı toplanmış olur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının 12 oktyabr 1998-ci il tarixədən sonrakı dövrdə güzəştli şərtlərlə yaşa görə mək pensiyası hüuquq verən peşələrdə iş stajıdır, həmin tarixədək onun müvafiq stajının 7 il 5 ay 11 gün toplanması mübahisələndirilmir. Lakin işdə olan arayış və digər sənədlərdən məlum olur ki, iddiaçının 2006-cı ilədək “eletrik montyoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulmuş peşələrə aid olduğundan, o, ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajına malik sayılır. Mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 52 yaşdan (1 sentyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar