Məhkəmə qərarları › İş №e-2-1(112)-2326/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2326/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2326/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İddiaçı 1 fevral 1988-ci il tarixdən 8 iyun 1995-ci il tarixədək “XXİİ qurultay” adına Bakı X5 1 saylı Texnoloji sexinin 102 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru və texnoloji qurğu əməliyyatçısı peşələrində işləmişdir. 8 iyun 1995-ci il tarixdən 3 mart 2015-ci il tarixədək “Azərneftyağ” X5 1 saylı Yağ istehsalının 1 saylı texnoloji sexinin əmtəə bölməsində rəis vəzifəsində işləmişdir. 4 aprel 2017-ci il tarixdən hal-hazıradək H.Əliyev adına X6 19 nömrəli texnoloji sahədə reagent və əmtəə bölməsinin rəisi vəzifəsində çalışır. X5 SOCAR**********80020123X00149 saylı 8 iyul 2019-cu il tarixli arxiv arayışı ilə iddiaçıya bildirilmişdir ki, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməri qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10.5-ci bəndinə əsasən “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. H.Əliyev adına X7 tərəfindən zərərli iş şəraiti haqqında 30 iyun 2022-ci il tarixdə SOCARDownstream**********01B00007 saylı arayış verilmişdir. Arayışda göstərilir ki, İddiaçı aşağıda göstərilən dövrlərdə (1 fevral 1988-ci il tarixdən hal-hazıradək) qeyd olunan zərərli peşə və vəzifədə çalışmışdır. Arayışda həmçinin qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a – 16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi H.Əliyev adına X6 mövcud ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı peşəsi ilə eynilik təşkil edir. Zavodun mövcud ştat cədvəlində olan reagent və əmtəə bölməsinin rəisi vəzifəsinin reagentin rəisi hissəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10.5 bəndi ilə təsdiq edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə 5 iyul 2022-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə təqdim etmişdir. Lakin cavabdeh 4 avqust 2022-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina etmişdir. İmtina məktubunda göstərilir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) texnoloji sexlərin rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş sənədlərdə onun (ərizəçinin) 8 iyun 1995-ci il tarixdən 3 mart 2015-ci il tarixədək olan dövr ərzində “Azərneftyağ” NEZ-in 1 saylı yağ istehsalının 1 saylı texnoloji sexində sexin əmtəə bölməsində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sexin əmtəə bölməsində rəis vəzifəsi yuxarıda qeyd olunan texnoloji sexlərin rəisləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 10 ildən az (7 il 4 ay 7 gün: 1988 – 1995-ci illər) təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin ona güzəştli şərtlərlə pensiya təyinatından imtinası əsassızdır. X5 8 iyul 2019-cu il tarixli arxiv arayışında göstərilir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarla təsdiqlənmiş Siyahının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən onun (iddiaçının) zərərli iş şəraitində işləsi müəyyən edilmişdir. Odur ki, onun 8 iyun 1995-ci il tarixdən hal-hazıradək tutduğu vəzifə zərəli iş şəraitinə aiddir, bu isə o deməkdir ki, zərərli iş şəraitində işləməsi ilə bağlı güzəştli iş stajı 33 ildən artıqdır. Bu da, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsasdır. Cavabdehin imtinası isə tam əsassızdır. Göstərilənlərə əsslanaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı 4 iyul 2022-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun 8 iyun 1995-ci il tarixdən 3 mart 2015-ci il tarixədək olan dövrdə “Azərneftyağ” NEZin 1 saylı yağ istehsalının 1 saylı texnoloji sexində işlədiyi rəis vəzifəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan müddəalarına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) texnoloji sexlərin rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi sənədlərdə 8 iyun 1995-ci il tarixdən 3 mart 2015-ci il tarixədək dövr ərzində “Azərneftyağ” NEZ-in 1 saylı yağ istehsalının 1 saylı texnoloji sexində sexin əmtəə bölməsində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun 1995 – 2015-ci illərdə işlədiyi sexin əmtəə bölməsinin rəisi vəzifəsi yuxarıda qeyd olunan texnoloji sexlərin rəisləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 4 ay 7 gün (1988 – 1995ci ilər üzrə) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı xx xxxxx 1967-ci il tarixdə doğulmuşdur, 15 iyul 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hazırda da işləyir. O, 1 fevral 1988-ci il tarixdən 8 iyun 1995-ci il tarixədək “XXİİ qurultay” adına Bakı X5 1 saylı Texnoloji sexinin 102 saylı texnoloji qurğusunda texnoloji qurğu operatoru və texnoloji qurğu əməliyyatçısı, 8 iyun 1995-ci il tarixdən 3 mart 2015-ci il tarixədək “Azərneftyağ” X5 1 saylı Yağ istehsalının 1 saylı texnoloji sexinin əmtəə bölməsində rəis vəzifəsində işləmişdir və 4 aprel 2017-ci il tarixdən hal-hazıradək H.Əliyev adına X6 19 nömrəli texnoloji sahədə reagent və əmtəə bölməsinin rəisi vəzifəsində çalışır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajının toplanmamışdır. Cavabdehin mövqeyinə görə onun 1995 – 2015-ci illərdə işlədiyi sexin əmtəə bölməsinin rəisi vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə sayılmır. İddiaçı hazırda «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsaslanaraq, cavabdehin imtinasını mübahisələndirir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsinin 10.5-ci (10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bəndində istehsalatda – neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə istehsalatda fəhlələr, rəhbərlər və mütəxəssislər (növbə rəisləri, qurğu rəisləri, qurğu rəislərinin müavinləri, sahə rəisləri, texnoloji sex rəisləri və onların müavinləri, mühəndislər (növbəli məşğul olanlar), ustalar, böyük ustalar, avadanlığın təmiri üzrə ustalar, mexaniklər, böyük mexaniklər) nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəməyə müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Əliyev adına X4 daxil olmuş 31 iyul 2023-cü il tarixli 14-2-27/2-1507/2023 saylı məktubda aşağıdakılar qeyd olunur: - X7 tərəfindən İddiaçı verilmiş 08 iyul 2019-cu il tarixli SOCAR**********80020123X00149 nömrəli arayış ilə 31 mart 2023-cü il tarixli 14-2-27/2- 511/2023 nömrəli arayış arasında mövcud olan ziddiyyətlə bağlı bildirilir ki, 2019-cu il tarixli arayışda texniki səhvə yol verildiyindən, 31 mart 2023-cü il tarixli 14-2-27/2-511/2023 nömrəli arayışda qeyd edilən məlumatların nəzərə alınması məhkəmədən xahiş olunur. Belə ki, İddiaçı 8 iyun 1995-ci il tarixdən 3 mart 2015-ci il tarixədək “Azərneftyağ” X5 1 saylı Yağ istehsalının 1 saylı texnoloji sexinin əmtəə bölməsində işlədiyi rəis vəzifəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən zərərli iş şəraitinə aid edilməmişdir. Bundan başqa, İddiaçı 4 aprel 2017-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək 19 nömrəli texnoloji sahənin reagent və əmtəə bölməsində rəis vəzifəsində işləmişdir. X5 mövcud ştat cədvəlində olan reagent və əmtəə bölməsinin rəisi vəzifəsinin reagentin rəisi hissəsi hissəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10.5 bəndi ilə təsdiq olunmuş sahə rəisi vəzifəsi ilə eynilik təşkil edir. Məhkəmənin qənaəti belədir ki, İddiaçı işlədiyi “texnoloji sexin əmtəə bölməsinin rəisi” və “texnoloji sexin reagent və əmtəə bölməsinin rəisi” vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığından, onun 1995 – 2015-ci illərdə, eləcə də 2017-ci ildən hazıradək işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə sayılmır və bu səbəbdən də onun 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajı toplanmır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Belə olan halda, məhkəmə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinasını qanuna zidd saymır və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirmir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar