Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2328/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC) “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 140,6 kv.m olan 31 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş, tamamlamaabadlıq işləri bina sakinlərinin təsis etdikləri "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Hazırda həmin çoxmərtəbəli yaşayış binası "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin idarəetməsindədir. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 140,6 kvm ölçüsündə 3 otaqlı 31 saylı mənzil mənimlə "xxxx" MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 22 aprel 2010-cu il tarixli müqavilə əsasında podratçı "xxxx" MMC tərəfindən inşa edilərək iddiaçıya verilmiş, əvəzində isə onun tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 113.183 (bir yüz on üç min bir yüz səksən üç) manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 22 aprel 2010-cu il tarixli müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə iddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 140,6 kv.m ölçüsündə 3 otaqlı, 31 saylı mənzilin tikilib ona təhvil verilməsi, əvəzində iddiaçı tərəfindən mənzilin dəyərinin "xxxx" MMC-yə ödənilməsi məqsədilə bağlanmışdır. AXU № 2 saylı 22 aprel 2010-cu il tarixli kassa mədaxil orderinə əsasən 113183 (bir yüz on üç min bir yüz səksən üç) manat pul ödənilmişdir. «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binaları komplekslərinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş 246 saylı, 09 dekabr 2019cu il tarixli icazədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına sözügedən Fərmanın icrası qaydasında icazə verilmişdir. Eyni zamanda həmin Fərmanın 5-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 5.2. istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binaları komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə təmin etsin. Fərmanın 5, 5.2-ci bəndlərinin tələblərinə görə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində 210 kv.m ölçüsündə 4 otaqlı 46 saylı mənzili üzərində mülkiyyət hüququ isə hüquq sahibinin, yəni iddiaçının müraciəti əsasında qanunla müəyyən edilmiş müddətdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki 140,6 kv.m ölçüsündə 3 otaqlı 31 saylı üzərində mənim mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsinin təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu **********36 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti) göstərildiyini, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 31 saylı mənzilə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyini, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisinin hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dvölət qeydiyyatının aparıla biləcəyini bildirərək mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, həmin çoxmərtəbəli yaşayış binasının hər bir yaşayış və qeyri-yaşayış sahəsinə dair bütün müqavilələr vətəndaşlarla "xxxx" MMC arasında bağlanmışdır. Binanın yaşayış və qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK ilə bağlanmış hər hansı müqavilə yoxdur, olmamışdır. O cümlədən iddiaçının mənzilinə dair «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 22 aprel 2010-cu il tarixli müqavilə də onunla "xxxx" MMC arasında bağlanmış və həmin mənzilə dair hər hansı başqa şəxslər arasında, yaxud "xxxx" MTK ilə hər hansı başqa şəxs arasında, yaxud "xxxx" MMC ilə hər hansı başqa şəxs arasında bağlanmış və qüvvədə olan müqavilə yoxdur. "xxxx" MTK sözügedən binanı inşa etməmiş və hətta həmin bina inşa edilib tamamlandıqdan sonra binanın təhvil verilməsində, istismarına icazə alınmasında hər hansı formada iştirak belə etməmişdir. Bina yuxarıda da qeyd edildiyi kimi bina sakinlərinin təsis etdikləri "xxxx" MMMC tərəfindən aidiyyəti dövlət qurumlarına aidiyyəti sənədlər təqdim edildikdən sonra «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası qaydasında təhvil verilmiş və istismarına icazə alınmışdır. Sadəcə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, 17+mansarda mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı "xxxx" MTK-nın adına verildiyindən, binanın inşaat pasportu və digər tikinti və layihələndirmə sənədləri "xxxx" MTK-nın adına olduğundan binanın istismarına icazə sənədində də müvafiq olaraq "xxxx" MTK-nın adı qeyd edilmişdir. Lakin bina faktiki olaraq bina sakinlərinin təsis etdikləri "xxxx" MMMC tərəfindən təhvil verildiyindən icazə sənədində haqlı olaraq "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin adı da qeyd edilmişdir. Binanın "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Çünki binanın bütün yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMC ilə sakinlər arasında bağlanmış müqavilələr əsasında sakinlərin ödədikləri vəsait hesabına "xxxx" MMC tərəfindən inşa edilərək sakinlərə verilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayş sahəsinə mülkiyyət hüququ əldə edir. Təsadüfi deyildir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında inşa edilmiş çöxmərtəbəli yaşayış binasının mənzilləri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmamış və həmin qərardadla iddiaçıya qanunvericiliklə mənzil-tikinti kooperativinin deyil, onun üzvlərinin pay haqqını tam ödəməsi ilə onların yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiklərinin nəzərdə tutulduğu izah edilmişdir. Bundan sonra "xxxx" MTK təşkilatı hüquqi formasını dəyişdirərək MMC olmuşdur. Lakin yaranmış vəziyyətdə binanın mənzillərinin üzərində "xxxx" MMC-nin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da mümkün deyildir. Çünki, binanın hər bir yaşayış və qeyri-yaşayış sahəsinə dair hər bir yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr vardır və həmin müqavilələr hazırda qüvvədədir. Digər tərəfdən binanın mənzillərinə görə "xxxx" MTK-nın hüquqi varisi "xxxx" MMC ilə notarial qaydada təsdiq olunacaq yeni müqavilələrin bağlanması da mümkün deyildir. Çünki bu baş verərsə, əvvəla mənzili binanın podratçısı "xxxx" MMC-dən əvəzli olaraq almış mənzil sahibi eyni, yəni öz mənzilini "xxxx" MMC-dən yenidən və təkrar olaraq əvəzini ödəməklə, lakin bu dəfə "xxxx" MMC-yə deyil, "xxxx" MMC-yə ödəməklə əldə etməlidir ki, bu da mənzil sahibinə olduqca böyük zərərin vurulması, "xxxx" MMC-nin isə əsassız varlanması ilə nəticələ bilər. Bu da qanunsuz olar. Digər tərəfdən iddiaçının mənzilinə dair mövcud olan yeganə müqavilə onunla "xxxx" MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 22 aprel 2010-cu il tarixli müqavilədir ki, həmin müqavilə qüvvədədir, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən heç vaxt mübahisələndirilməmiş, hər hansı məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, ləğv edilməmişdir. Məhz həmin müqavilə əsasında mənzilin 100% dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş və məhz həmin müqavilə əsasında mənzil hal-hazırda da iddiaçının sahibliyində və istifadəsindədir. Odur ki, göstərilənlər əsasında iddiaçı hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki 140,6 kvm ölçüsündə 3 otaqlı 31 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+mansarda) yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 140,6 kv.m olan 31 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" MMC "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında inşa edilmiş yaşayış binasının 31 saylı mənzilinə dair müraciətə əlavə olunmuş sənəd "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Mənzilin sənəd üzrə ölçüsü 140.6 kv.m olsa da, faktiki ölçüsü isə 133.9 kv.m. təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+mansarda) yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 140,6 kv.m olan 31 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" MMC "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında inşa edilmiş yaşayış binasının 31 saylı mənzilinə dair müraciətə əlavə olunmuş sənəd "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Mənzilin sənəd üzrə ölçüsü 140.6 kv.m olsa da, faktiki ölçüsü isə 133.9 kv.m. təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 133,9 kv.metr olan 31 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslərin nümayəndələri hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********436 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən inşa edilmiş yaşayış binasının 31 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti) göstərildiyi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 31 saylı mənzilə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyi, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisinin hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatının aparıla biləcəyi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 31 saylı mənzilə dair sənədlərin "xxxx" MMC tərəfindən təsdiq edildiyi bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, podratçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı, 31 №li, 140,6 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini və sonuncu mənzili qəbul edib haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiymətinin 113183 manat olmaqla dəyişməz olaraq müəyyən edilmişdir. -"xxxx" MMC-nin rəhbəri və baş mühasibi tərəfindən təsdiq edilən xx.xx.2010-cu il tarixli kassa mədaxil orderi qəbzinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli müqavilə üzrə 113.183,00 AZN məbləğində pulu ödəmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunan xx.xx.2019-cu il tarixli, 246№li icazə sənədindən görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, "xxxx" MTK-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı və digərləri iş üzrə məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməklə) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən mənzillər üzərində (hazırkı iddia ərizəsində sözügedən mənzil də daxil olmaqla) hüquqlarının daşınmaz əmlakın dövlət rüeyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-800/2021 saylı qətnaməsinə əsasən, "xxxx" MMC ilə X3 arasında xx.xx.2014-cü tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 140,6 kv.m olan 31 №-li mənzilə dair 130№-li müqavilə və onun əsasında xx.xx.2014-cü il tarixdə verilmiş 163№-li kassa mədaxil orderinin etibarsız hesab edilməsi, X1 həmin mənzildən çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 140,6 kv.m olan, 31 №-li mənzilə sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin naturada ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi qərara alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-800/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə qəbul edilən xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə görə isə mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Sadalanan normaları hazırkı mübahisəyə tətbiq edərək məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və imtina edilməsi əsasları qanunvericilikdə konkret göstərilmişdir. Qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-800/2021 saylı qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə dair "xxxx" MMC ilə imzaladığı 2010-cu ilin aprel ayında imzaladığı müqavilənin qanuniliyi, mötəbərliyi, o cümlədən iddiaçının həmin mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır. Bağlanmış müqavilə tərəflərin necə adlandırmasından asılı olmayaraq hüquqi təbiətinə görə podrat müqaviləsidir. İddiaçı həmin müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödəmiş, mənzilin yerləşdiyi binanın tikintisi başa çatdırılmış və istismarına icazə verilmişdir. Həmin müqavilə hazırda da ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və bu inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. Qeyd olunanlara əsasən, iddiaçı Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Odur ki, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. O da qeyd olunmalıdır ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzillərin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədi Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilən normanı hazırkı iddia növünə uyğunlaşdırmış formada tətbiq edərək məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı faktiki xarakterli hərəkətin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 133,9 kv.metr olan 31 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət, sahəsi 133,9 kv.metr olan 31 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2328/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2328/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver