Məhkəmə qərarları › İş №e-2-1(112)-2328/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2328/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2328/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Məmməd oğlu və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbədə yerləşən 111 nömrəli 2 otaqlı mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhər, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbədə yerləşən 111 nömrəli 2 otaqlı mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının “X14” MMC ilə 26 avqust 2005-ci ildə tərəflər arasında bağlanmış kooperativ tərəfindən inşa edilmiş Nəsimi rayon,Həsən Əliyev kücəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3cü girişində 3-cü mərtəbədə yerləşən 111 N-li 2 otaqlı mənzil üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi üçün cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma ve Arxitektura Komitəsi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "X14" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 4də inşa edilmiş çoxmərtəbəli yaşayış binaları ve bütün qeyri-yaşayış sahələri "xxxx" MTK-ya verilməsi qət edilmişdir. Lakin təqdim edilmiş qeyd olunan mənzilə dair hüquqmüeyyenedici sənədlər - xx.xx.2022-ci il tarixli maliyyə arayışı və müqavilə "X14" MMC tərəfindən təsdiq edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı “X14” MMC- lə 26 avqust 2005-ci il tarixində müqailə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqvilə şərtlərinə əsasən “ X14” MMC tərəfindən inşa edilən Bakı şəhəri,Nəsimi rayon, Həsən Əliyev kücəsində 1061-ci məhəllədə tikilmiş yaşayış binasının 08 korpusundakı 111 N-li 2 otaqlı mənzilin dəyərinin tam olaraq nəzərdə tutulmuş 31000 (otuz bir min ) ABŞ dolları məbləğində pul tam ödənilərək mənzil alınmışdır. Bu günə qədər də həmin mənzildə yaşayır.Cavabdehin özünün də göstərdiyi kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma ve Arxitektura Komitəsi tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “X14” Məhdud Məsuliyyətli Cəmiyyətidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki,iddiaçının təqdim etdiyi sənədlər əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) deyil, “X14” MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müqavilə təqdim edilmişdir. Qeyd olunanlarla yanaşı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 4də inşa edilmiş çoxmərtəbəli yaşayış binaları və bütün qeyri-yaşayış sahələri "xxxx" MTK-ya verilməsi qət edilmişdir. Lakin təqdim edilmiş qeyd olunan mənzilə dair sənədlər – xx.xx.2022-ci il tarixli maliyyə arayışı və müqavilə “X14” MMC tərəfindən təsdiq edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasındaiştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməiddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsininizahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İş materiallarında olan:

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-H-0752-8/2023 **********68 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 4də inşa edilmiş çoxmərtəbəli yaşayış binaları və bütün qeyri-yaşayış sahələri "xxxx" MTK-ya verilməsi qət edilmişdir. Lakin tərəfinizdən təqdim edilmiş qeyd olunan mənzilə dair hüquqmüəyyənedici sənədlər - xx.xx.2022-ci il tarixli maliyyə arayışı və müqavilə “X14” MMC tərəfindən təsdiq edilmişdir. Kooperativ binada mənzil tikintisi haqqında 26 avqust 2005-ci il tarixli müqaviləyə əsasən, “X14” Mənzil-Tikinti Kooperativi, sonralar “kooperativ” adlanan, kooperativin nizamnaməsinə əsasən hərəkət edən, onun sədri şəxsində bir tərəfdən və ünvan 5 ünvanda yaşayan, sonralar “payçı” adlanan vətəndaş İddiaçı olmaqla, “Kooperativ” Bakı şəhəri Nəsimi rayonu, H.Əliyev küçəsi 1061-co məhəllədə yerləşən “X14” MTK-nın tikilməkdə olan binaların Vİİİ korpusundakı 111 nömrəli mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzili haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. “X14” MMC-nin 45 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının Vİİİ korpusundakı 111 nömrəli, 2 otaqlı mənzilin tam haqqını ödənilib. Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 1061-ci məhəllə ünvanında yerləşən 3 girişli, 8-ci binanın 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən 111 nömrəli, 2 otaqlı plan sxemi “X14” MMC tərəfindən tərtib edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-2066/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsinə ( iddiaçı "xxxx" MTK-nın cavabdehlər X2 və “X14” MMC-yə, habelə maraqlı şəxslər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi və DƏDRX Bakı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsinə dair” əsasən, iddia tələbinin təmin edilməsi, “X14” MMC arasında 20 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, 1061-ci məhəllədə 1,437 ha və 0,33 ha və Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 131 saylı, 04 may 2005-ci il tarixli sərəncamı ilə “X14” MTK tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin küçəsi asrasında hissəsində (Gəncə bazar – yarmarkasının və avtomobil dayanacağının yerində) 80Ş0x120,0 metr ölçüdə torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binaları və bütün qeyri-yaşayış sahələri "xxxx" MTK-ya verilməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 16 yanvar 2024-cü tarixli, **********473200 nömrəli “müraciətin cavablandırılması barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, cənubi Nərimanov meydanı, ev 9, mənzil 13; üzvləri “X14” MMC, X3, X9, X4, X5, Vəli-zadə Nazim Nadir oğludur. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-4905/2024 **********05 nömrəli “Qeyd olunan ünvana dair sənədlərin surətlərinin verilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, ünvan 9 ünvanında inşa edilmiş (“X14” MTK və ya “X14” MMC) 1, 2, 3, 4, 5, 6, 7, 8 saylı yaşayış binalarının istismara icazə sənədi idarəyə təqdim edilmişdir. 8 saylı binanın layihəsi istisna olmaqla digər binalara aid layihələr elektron qaydada idarəyə daxil olmuşdur.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

6. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən:

-112.1.mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.2. bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən:

- 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKRin vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarına əsasən iddiaçıda ona məxsus olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədləri mövcuddur, belə ki, “X14” Mənzil-Tikinti Kooperativi Bakı şəhər, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbədə yerləşən 111 nömrəli 2 otaqlı mənzi X1 təhvil vermiş, mənzilin yerləşdiyi bina istismara qəbul edilmişdir və iddiaçı tərəfindən mənzilin pay dəyəri tam ödənilmişdir və həmin sənədlər cavabdehə təqdim edilmişdir. İddiaçının həmin mənzil üzrə borcun olmaması mənzilin “X14” MMC tərəfindən verilmiş arayış təsdiq edir. Cavabdehin etirazının əsasını təşkil edən hal (Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2066/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ünvan 4də inşa edilmiş çoxmərtəbəli yaşayış binaları və bütün qeyri-yaşayış sahələri "xxxx" MTK-ya verilməsi qət edilmiş, iddiaçıya isə “X14” MTK tərəfindən xx.xx.2023-cü il tarixli müqavilənin verilməsi) iddiaçınn mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativinin və kooperativinin üzvü olan ““X14” MMC arasında mövcud olan mübahisələrdə iddiaçı tərəf deyildir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-2066/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsindən göünür ki, məhkəmə tərəfindən müəyyən edilmiş haldır ki, Bakı şəhəri, Ak.H.Əliyev küç., 1061-ci məhəllədə 1,437 ha və 0,33 ha torpaq sahəsində “X14” MTK-nın hüquqi varisi olan “X14” MMC-nin vəsaiti hesabına həyata keçirildiyindən, “X14” MMC "xxxx" MTK-nın təsisçi üzvlərindən olduğu üçün və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən titkilmiş binaların sərəncam hüququ "xxxx" MTK-nın sərəncamın və istifadəsinə verilməsi qərara alınmışdır. Odur ki,cavabdehin etirazında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir.

9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

-52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhər, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbədə yerləşən 111 nömrəli 2 otaqlı mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаtiPrоsеssuаl Məcəlləsinin 2,34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı adına Bakı şəhər, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 1061-ci məhəllədə tikilmiş 3 girişli 8-ci yaşayış binasının 3-cü girişində 3-cü mərtəbədə yerləşən 111 nömrəli 2 otaqlı mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar