Məhkəmə qərarları › İş №e-2-1(112)-2329/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2329/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2329/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ iddiaçıya xüsusi mülkiyyət hüquqi ilə məxsus ünvan 1 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi üzərinə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 3M-206 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 571 nömrəli reyestr kitabının 54083 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı idarəsində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ipoteka saxlayan X3 xeyrinə dövlət qeydiyyatına alınmış ipotekanın ləğv edilməsi və həmin torpaq sahəsinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi üzərinə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 3M-206 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 571 nömrəli reyestr kitabının 54083 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı idarəsində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ipoteka saxlayan X3 xeyrinə dövlət qeydiyyatına alınmış ipotekanın ləğv edilməsi və həmin torpaq sahəsinin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X6 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi(bundan sonra - 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 571 nömrəli reyestr kitabının 54083 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların dövlət qeydiyyatı idarəsində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 3M-205 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən «borc verən» X6 tərəfindən «borc alan» İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarılmaq şərti ilə 14200 (on dörd min iki yüz) manat faizsiz borc pul verilmişdir. Həmin notariat kontorunda təsdiq edilmiş 3M-206 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən «ipoteka qoyan» İddiaçı özünə tam xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan torpaq sahəsini 3M-205 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2018-ci il tarixədək ipoteka saxlayan X3 xeyrinə ipoteka ilə yüklü edilməsinə razılaşmışdır. İpoteka predmeti olan həmin torpaq sahəsini tərəflər 100000 (bir yüz min) manat məbləğində qiymətləndirmişlər. Yuxarıda göstərilən ünvandakı torpaq sahəsi cavabdeh inzibati orqan olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 571 nömrəli reyestr kitabının 54083 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı idarəsində daşınmaz əmlakın dövlər reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2018-ci il tarixədək ipoteka saxlayan X3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra və Probsiya Şöbəsi tərəfindən cavabdeh inzibati orqan 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 17038-249533/2018-4-7F nömrəli xx.xx.2018-ci il tarixli məktubundan aydın olur ki, Bakı şəhəri 50 saylı notariat kontorunun 2143 saylı xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən, ünvan 2 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilməlidir. Ona görə də həmin torpaq sahəsindən ibarət əmlakın özgəninkiləşdirilməməsi ilə bağlı qeydiyyat aparılmasına göstəriş verilməsi xahiş olunmuşdur. X1 Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətində bildirilir ki, borclu İddiaçı tərəfindən ona olan borc tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələbi və iddiası yoxdur. Ona görə də icra işinin icraatına xitam verilməsini və İddiaçı adına olan torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş edir. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, borclu İddiaçı 14200 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq, X1 xeyrinə ödənilməsinə dair icra sənədi borclu İddiaçı tərəfindən tam şəkildə təmin edildiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1492/2020-008 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-581/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin təqdimatı təmin edilərərk, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-24/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 53 ünvanda yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, surəti işdə olan X1 xx.xx.2022-ci il tarixli ərizəsinə görə borclu İddiaçı tərəfindən borc tamamilə ödənilmişdir. Tələbkarın borcluya qarşı heç bir tələbi və iddiası yoxdur. Ona görə də icra işinə xitam verilməsi və İddiaçı adına olan torpaq sahəsinin üzərindən həbsin götürülməsi xahiş edilmişdir. Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1492/2020-008 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədi tam icra olunduğundan və icra sənədi üzrə icraata xitam verildiyindən, borclu İddiaçı tam xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 53 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədəmüvafiqdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən cavabdeh inzibati orqan 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 1608-/17 nömrəli xx.xx.2022-ci il tarixli məktubda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1492/2020-008 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 53 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubda bildirilir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-581/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə icra olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 53 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Cavabdeh inzibati orqan 1 saylı BakıƏrazi İdarəsi tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli e82113/20/17 nömrəli məktubu nəzərə alınaraq, ünvan 2nin üzərinə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 17038- 249533/2018-4-7F nömrəli xx.xx.2018-ci il tarixli məktubu əsasında qoyulmuş qadağa götürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-İ-0082-8/2023 **********27 nömrəli məktubunda bildirilir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət qeydiyyatının ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı İdarəyə rəsmi qaydada daxil olduğu təqdirdə, ərizənizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Beləliklə, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən borc verən X2 aldığı 14200 manat faizsiz borcun tamamilə qaytarılmasına, bununla bağlı X1 yazılı ərizəsində ona qarşı heç bir tələbinin və iddiasının olmadığını bildirməsinə, bu əsasla da icra sənədi üzrə başlanmış icraata icra məmuru tərəfindən xitam verilmsi barədə qərar qəbul edilməsinə baxmayaraq, aldığı borcun qaytarılmasının təminatı qismində xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan X3 xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış adıçəkilən torpaq sahəsi üzərində yüklülüyün ləğv edilməsi barədə iddiaçının ərizəsi əsassız olaraq cavabdeh tərəfindən təmin edilməmişdir.

4. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizəyə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məktub ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Tarif Şurasının müvafiq qərarına əsasən ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

İİ. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan 9 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışda qeyd edilmişdir ki, ünvan 9 ünvanında yerləşən torpaq sahəsi -hüququ yüklü edilən şəxs İddiaçı, xeyrinə hüququ yüklü edilən – X4r. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə borclu xx.xx.1962-ci ildə Füzuli rayonunda anadan olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 53 ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-581/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)-24/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 53 ünvanında yerləşən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-5423/2023 **********23 nömrəli Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli e82113/20/17 nömrəli məktubu nəzərə alınaraq ünvan 9nin üzərinə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 17038- 249533/2018-4-7F nömrəli, xx.xx.2018-ci il tarixli məktubu əsasında qoyulmuş qadağa götürülmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-İ-008-8/2023 **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra işinin surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1492/2020-008 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1492/2020-008 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır; qərarda qeyd edilmişdir ki, icra sənədi üzrə borclu İddiaçı 14200 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İV. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. 20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir.

9.Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.

10 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

11. İşin faktiki hallarına əsasən, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 3M-205 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən«borc verən» X6 tərəfindən «borc alan» İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarılmaq şərti ilə 14200 (on dörd min iki yüz) manat faizsiz borc pul verilmiş və həmin notariat kontorunda təsdiq edilmiş 3M-206 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən «ipoteka qoyan» İddiaçı özünə tam xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan torpaq sahəsini 3M-205 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2018-ci il tarixədək ipoteka saxlayan X3 xeyrinə ipoteka ilə yüklü edilməsinə razılaşmışdır. İş materiallarından görünür ki, kredit borcu borcalan tərəfindən tam ödənilmişdir. İddiaçı cavabdehdən mübahisəli ünvanın yüklülüyün qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməsini xahiş etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının əmlakının üzərində olan ipoteka yüklüyünün götürülməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin həmin hissədə də imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə aktlarından da görünür ki, kredit borcu borcalan tərəfindən tam ödənildiyi üçün icra məmuru tərəfindən təqdim verilmiş və mübahisəli əmlak üzərindən həbs götürülmüşdür.

13. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xüsusi mülkiyyət hüquqi ilə məxsus ünvan 1 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi üzərinə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 3M-206 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 571 nömrəli reyestr kitabının 54083 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı idarəsində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ipoteka saxlayan X3 xeyrinə dövlət qeydiyyatına alınmış ipotekanın ləğv edilməsi və həmin torpaq sahəsinin yüklülükdən azad edilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

17. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyət hüquqi ilə məxsus ünvan 1 ünvanında yerləşən, 0.0428 ha ölçüdə olan yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi üzərinə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 3M-206 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 571 nömrəli reyestr kitabının 54083 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların dövlət qeydiyyatı idarəsində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ipoteka saxlayan X3 xeyrinə dövlət qeydiyyatına alınmış ipotekanın ləğv edilməsi və həmin torpaq sahəsinin yüklülükdən azad edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar