Məhkəmə qərarları › İş №e-2-1(112)-2330/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2330/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2330/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********151416 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair "məsuliyyətə cəlb etmə" haqqında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi" haqqında **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək müəssisəyə qarşı "məsuliyyətə cəlb etmə" haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmiş və müəssisə öz normal iş rejiminə qayıtmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2022-ci ilin yanvar ayında vergi məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktına əsasən səyyar vergi yoxlamasının aparılmasını təmin etmiş və həmin yoxlama aktı üzrə qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar aşağıdakı göstərilən səbəblərdən ləğv edilməlidir. Səyyar vergi yoxlamasının təyin olunması üçün heç bir əsas olmadığı üçün vergi orqanı tərəfindən tərtib edilmiş yoxlama aktı və qərar ciddi prosessual hüquq normalarının pozulması ilə həyata keçirildiyindən tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-654/2022 saylı xx.xx.2022ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılan yoxlamalar üzrə hesablanmış məbləğ tamamilə ləğv olunmuş, müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər olan dövrü üzrə aparılan yoxlamada da, ləğv olunmuş eyni məbləğ hesablanmış, əlavə digər illərə görə heç bir hesablama aparılmamışdır. Bu da özlüyündə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv olunduğundan aparılan hesablama və eyni miqdarda yenidən vergi hesablanması sadəcə olaraq absurd və yuxarı vergi orqanının müəssisə ilə bağlı şəxsi ixtilafından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmaq, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hüquqi aktlarm qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə olan dövrə şamil edilə bilməz. Vergi orqanının bu cür fəaliyyətinin məqsədi açıq-aşkar xarici investisiyanın Azərbaycana axının qarşısının alınmasından ibarətdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cü maddəsi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********151416 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair "məsuliyyətə cəlb etmə" haqqında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi" haqqında **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək, müəssisəyə qarşı "məsuliyyətə cəlb etmə" haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmiş və müəssisə öz normal iş rejiminə qayıtmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2022-ci ilin yanvar ayında vergi məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktına əsasən səyyar vergi yoxlamasının aparılmasını təmin etmiş və həmin yoxlama aktı üzrə qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 38.3.6cı maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması keçirilir. Vergi Məcəlləsinin 85.4-cı maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Göründüyü kimi hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı əsasən iddiaçıda növbədənkənar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********162386 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2023-cü il tarixli **********162454 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2023-cü il tarixli **********494200 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********175531 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. Vergi ödəyicisinin gəlirləri yoxlanılan dövr ərzində Respublika ərazisində fəaliyyət göstərən vergi ödəyicilərinin (“AK PETROLEUM İNDUSTRİAL COMPANY" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" ASC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və digər vergi ödəyiciləri) sifarişləri ilə müxtəlif növ işlərin görülməsi və xidmətlərin göstərilməsi, avtomobil ehtiyat hissələrinin satışı, daşınma xidməti ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və digər vergi ödəyiciləri), iaşə xidməti ("xxxx" MMC), məsləhət xidməti ("xxxx" MMC), reklam xidməti ("xxxx" MMC), təmir xidməti (ARKOZ QAZAX SEMENT ZAVODU" MMC), müxtəlif fiziki və hüquqi şəxslərə beton, sement, atsep və müxtəlif təyinatlı malların satışı, torpaq və tikinti işləri (AKKORD SƏNAYE TİKİNTİ İNVESTİSİYA KORPORASİYASİ" ASC, "POLAT YOL YAPİ SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ"nin Azərbaycan Respublikasındakı filialı və digər vergi ödəyiciləri), texniki nəqliyyat vasitələrinin icarəsindən “POLAT YOL YAPİ SANAYİ VE TİCARET ANONİM ŞİRKET”inin Azərbaycan Respublikasındakı filialı) formalaşmışdır. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği müvafiq qaydada olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən 2016-2021-ci illər üzrə mənfəət vergisi üzrə bəyannamələrində, 2016-ci il üzrə ildə gəlirləri 35 825 136,26 manat, xərcləri isə 35 772 258,86 manat, 2017-ci il üzrə ildə gəlirləri 44 674 770,35 manat, xərcləri isə 48 378 939,88 manat, 2018-ci il üzrə ildə vergi ödəyicisinin gəlirləri 29 623 243,9 manat, xərcləri isə 36 257 761,51 manat, 2019-cu il üzrə ildə vergi ödəyicisinin gəlirləri 8 145 017,7 manat, xərcləri isə 8 070 333,13 manat, 2020-ci il üzrə ildə vergi ödəyicisinin gəlirləri 137 115,19 manat, xərcləri isə 292 973,49 manat olmaqla təqdim edilmişdir. 2021-ci il üzrə ildə vergi ödəyicisi mənfəət vergisi bəyannaməsini təqdim etməmişdir. Vergi ödəyicisi aparılmış səyyar vergi yoxlaması zamanı vergi uçot bazasında təqdim etdiyi bəyannamələrə əsasən göstərdiyi gəlirlər və gəlirlərlə bağlı xərc sənədlərini vergi orqanı tərəfindən edilən bütün müraciətlərə baxmayaraq vergi orqanına təqdim etməmiş, vergi hesablaması üçün zəruri sənədlərin Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə məhkəmə qərarı əsasında axtarış-götürmə istintaq hərəkəti zamanı götürüldüyünü bildirmişdir. Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən götürülən həmin sənədlər vergi ödəyicisinin qeydiyyatda olduğu 14 saylı Ərazi Vergilər İdarəsinə təhvil verildiyindən, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin dövlət vergi müfəttişi Qasımov Həmid ilqar oğlu tərəfindən Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsindən təhvil alınmış sənədlər Təhvil-təslim aktı ilə 14 saylı Ərazi Vergilər İdarəsindən götürülmüşdür. Lakin sənədlərin araşdırılması zamanı götürülmüş sənədlərdə və elektron fayllarda vergi ödəyicisinin vergi uçot bazasında əldə etdiyi gəlirlərlə bağlı (təqdim etdiyi mallar, gördüyü işlər və göstərdiyi xidmətlər üzrə) Forma 2-lər, qəbul təhvil aktları, mal materialın hərəkəti cədvəlləri, göstərilmiş xidmətlər üzrə mal material sərfiyyatı cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər məlumatların aşkar edilmədiyi müəyyən olundu. Vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən sənədlərin yoxlamaya təqdim etməməsi səbəbindən, həmçinin Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığından vergi orqanının ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüquq vardır. Vergi Məcəlləsinin 67.2ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yarandığından yoxlama zamanı anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi məqsədilə müvafiq struktura müraciət olunmuş və cavab olaraq anoloji fəaliyyətlə məşğul olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC (VÖEN: **********), "X4" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) oxşar fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin "xxxx" MMC-nin həmin vergi ödəyiciləri ilə müqayisədə fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin fərqli olması səbəbindən qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməsi mümkün olmamışdır. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinn 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi ödəyicisi vergi uçot bazasında bəyan edilən gəlirlər (ttəqdim etdiyi mallar, gördüyü işlər və göstərdiyi xidmətlər üzrə), həmçinin bu gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədləri yoxlamaya təqdim etməmişdir. Belə ki vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr, qəbul təhvil aktları, mal materialın hərəkəti cədvəlləri, göstərilmiş xidmətlər üzrə mal material sərfiyyatı cədvəlləri, həmçinin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatını (təqdim olunmuş hər bir Forma 2 üzrə görülən işlərdə sərf olunmuş materialların miqdarı, məbləği) təqdim olunmamışdır. Nəticədə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları"na əsasən hesablanmışdır. Vergi ödəyicisinin 2016 və 2017-ci illər üzrə gəlirləri vergi ödəyicisinin təqdim etdiyi vergi orqanının uçot bazasında olan elektron vergi hesab fakturalara əsasən, 2018, 2019, 2020, 2021-ci illər üzrə isə gəlirləri vergi ödəyicisinin təqdim etdiyi vergi orqanının uçot bazasında olan elektron qaimə fakturalara əsasən müəyyən edilmişdir. 2016-cı il üzrə: M = G /100+R x R,. M = 34099360,37/100+20x 20= 5683226,73 manat, (5683226,73*20%=1136645,35 manat). Nəticədə 2016-cı il üzrə mənfəət vergisinin 1136645,35 manat olduğu aşkar olunmuş, Vergi ödəyicisinin 2016-cı il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 10575,48 manat olduğunu nəzərə aldıqda 2016-cı il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 1126069,87 manat olduğu müəyyən edilmişdir. 2017-ci il üzrə: M=44741379,17/100+20x20=7456896,5 manat (7456896,5x20%=1491379,31 manat) Nəticədə 2017-ci il üzrə mənfəət vergisinin 1491379,31 manat olduğu aşkar olunmuş, Vergi ödəyicisinin 2017-ci il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 0,00 manat olduğunu nəzərə aldıqda 2017-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 1491379,31 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə: M=********.17/100+20x20=5420096,53 manat, (5420096,53*20%=1084019,31 manat). Nəticədə 2018-ci il üzrə mənfəət vergisinin 1084019,31 manat olduğu aşkar olunmuş, Vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 0,00 manat olduğunu nəzərə aldıqda 2018-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 1084019,31 manat olduğu müəyyən edilmişdir. 2019-cu il üzrə: M=4950460,09/100+20x20= 825076,68 manat, (825076,68 *20%=165015,34 manat). Nəticədə 2019-cu il üzrə mənfəət vergisinin 165015,34 manat olduğu aşkar olunmuş, Vergi ödəyicisinin 2019-cu il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 0,00 manat olduğunu nəzərə aldıqda 2019-cu il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 165015,34 manat olduğu müəyyən edilmişdir. 2020-ci il üzrə: M=116697,93/100+20x20=19449,66 manat, (19449,66 *20%=3889,93 manat). 2020-ci il üzrə mənfəət vergisinin 3889,93 manat olduğu aşkar olunmuş, Vergi ödəyicisinin 2020-ci il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 0,00 manat olduğunu nəzərə aldıqda 2020-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 3889,93 manat olduğu müəyyən edilmişdir. 2021-ci il üzrə: M=254207,47/100+20x20=42367,91 manat (42367,91*20%=8473,58 manat). 2021-ci il üzrə mənfəətin 42367,91 manat, mənfəət vergisinin 8473,58 olduğu, 2021-ci il üzrə (həmin il üzrə müvafiq bəyannamə təqdim olunmamışdır) mənfəət vergisinin 0,00 manat olduğunu nəzərə aldıqda 2021-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 8473,58 manat olması aşkar edilmişdir. Beləliklə, vergi ödəyicisinin 2016- 2021-ci il üçün təqdim etdiyi bəyannamələr üzrə mənfəət vergisinin 10575,48 manat olduğu nəzərə alınsa, Vergi Məcəlləsinin 103,104 və 83.9-cu maddələrinə əsasən mənfəət vergisi üzrə kənarlaşma 3878847,34 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3878847,34 manat azaldılmasına görə 1939423,69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisinin satış dövriyyəsi vergi orqanının uçot baza məlumatlarına əsasən yoxlanılan dövr ərzində daşınma xidməti, müxtəlif növ xidmətlər, təmir-tikinti işləri, torpaq işləri, avtonəqliyyat vasitələrinin icarəsi və müxtəlif növ malların satışından formalaşmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlamaya sənədlərin təqdim edilməməsi, vergi ödəyicisinin səlahiyyətli şəxslərinin yoxlama aparılması ilə bağlı vergi orqanına lazımi şəraitin yaradılmaması, vergi ödəyicisinin səyyar vergi yoxlaması araşdırmalarının aparılmasında vergi orqanı ilə əməkdaşlıq etməməsi səbəbindən yoxlamada hesablamalar vergi orqanının uçot baza məlumatları əsasında aparıldığından əlavə dəyər vergisi üzrə satış dövriyyəsi yoxlanılan dövrün uçot baza məlumatlarında vergi ödəyicisi tərəfindən təqdim edilmiş məlumatlar əsasında müəyyən edilmişdir. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən yoxlanılan dövrü üzrə ümumi satış dövriyyəsi (ƏDV-siz) 1********.01 manat (o cümlədən ƏDV 0 dərəcə - 386341,18 manat), ƏDV məbləği – 21 069 027,67 manat, əvəzləşdirilən ƏDV- 20 909 095,65 manat (idxal zamanı ödənilən əlavə dəyər vergisi daxil olmaqla), nəticədə dövlət büdcəsinə hesablanmış ƏDV məbləği – 159 932,02 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 117311806,01 manat, ƏDV məbləğinin 21069027,67 manat, əvəzləşdirilən ƏDV – 20 908014,82 manat (idxal zamanı ödənilən əlavə dəyər vergisi daxil olmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 161012,85 manat olduğu müəyyən edildi. Nəticədə 0,03 manat artıq hesablama, 1080,86 manat əlavə hesablama, müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı, 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 540,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqları üzrə kənarlaşma aşkar edilməmişdir. Vergi ödəyicisinin 2021-ci ilin 1-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinə 8350,5 manat məbləğində kameral hesablama aparılmışdır. Lakin həmin kameral hesablama aparılmış səyyar vergi yoxlaması ilə təsdiqini tapmadığından həmin 8350,50 manat məbləğə azalma verilmişdir. Beləliklə cəmi hesablanmış vergilər və digər icbari ödənişlər aşağıdakı cədvəldə ümumiləşdirilmişdir: Vergi və ya digər icbari Əlavə Maliyyə sanksiyası Yekun hesablama ödəniş) növü hesablama Mənfəət vergisi 3878 847,34 1939423,69 5818271,03 ƏDV 1080,83 540,44 1621,27 MDSS -8350,5 -8350,5 320 320 Vergi Məcəlləsinin 57.1-ci maddəsi Cəmi: 3871577,67 1940284,13 5811861,8 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı cavabdeh tərəfindən təqdim iddiaya dair təqdim edilmiş yazılı etiraza dair xx.xx.2023-cü il tarixli yazılı münasibət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin özünün də təsdiq etdiyi kimi 2022-ci il yanvar ayında edilən dəyişikliklərə istinadən qabaqkı dövrün qanunsuz yoxlanılmasına və bu kimi özbaşına hərəkətlərə görə Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi Nuriyev Cavanşir tutduğu vəzifəsindən azad edilmiş və hal-hazırda bu kimi qanunsuz əməllərə görə idarə tərəfindən yol verilmiş özbaşınalıqlara və ciddi qanun pozuntularına qarşı tədbirlər görülməkdədir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-1208/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 2022-ci ilin yanvar ayından qüvvəyə minmiş VM-dəki dəyişikliklərlə bağlı qabaqkı dövrün yoxlanılması qanunaziddir və vəzifə səlahiyyətlərinin aşılması kimi qiymətləndirilir. İstintaq Orqanının təkrar vergi yoxlamasına dair qəbul etdiyi qərarın özü də tam qanunsuz və özbaşınalığın bariz nümunəsidir. Vergi Xidmətinin hərəkətləri qanunsuz hesab edilərək yoxlama nəticələrinə dair qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, **********175531 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı müzakirə predmeti olmadan ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-654/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-561/2021 nömrəli 16 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia tələbi 14 saylı Ərazi Vergi İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsi hissəində təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(104)-561/2021 nömrəli 16 noyabr 2021-ci il tarixli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-76/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır.) 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” **********159598 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2020 tarixli **********197892 №-li qərar ləğv edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********162386 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 383.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir (Yoxlama ilə əhatə olunan vergi dövrü: İyul 2015 - İyun 2022, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2015 - Mart 2018). Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********168843 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2023-cü il tarixli **********167973 nömrəli səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********168867 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********167973 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********166697 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********166675 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2022-ci il tarixli **********165138 nömrəli səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********165138 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında **********164161 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü müddətində artırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********173469 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2023-cü il tarixli **********172301 saylı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********172301 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********172267 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2023-cü il tarixli **********171726 saylı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********171726 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********171711 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2023-cü il tarixli **********170483 saylı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********170483 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********170467 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2023-cü il tarixli **********169196 saylı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********169196 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********169145 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı üzrə keçirilən xx.xx.2023-cü il tarixli **********168867 saylı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salımış) səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” **********175531 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (cəmi 3879928,2 manat azaldılma, 8350,53 manat artıq hesablanma, 3879928,17 manat əlavə hesablama, 8350,5 manat artıq hesablama olmaqla 1940284,13 manat maliyyə sanksiyasına görə) məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********091900 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********162386 nömrəli qərarın, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli tələbnamənin, sənədlərin yoxlamaya təqdim edilməməsi barədə xx.xx.2023-cü il tarixli aktın, xx.xx.2023cü il tarixli səyyar vergi yoxlaması aktının və vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta, sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü məcburetmə haqqında iddiadır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Aşağıda qeyd edilən məzmunda dəyişiklik xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir: -“Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. -Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.” Cavabdeh qurum tərəfindən xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad edərək “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********162386 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 383.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 7 illik vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş (Yoxlama ilə əhatə olunan vergi dövrü: İyul 2015 - İyun 2022, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2015 - Mart 2018) və həmin qərar əsasında aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasinın 149-cu maddəsinin Vİİ. Hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə ilkin olaraq hesab edir ki, vergi orqanı xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş vergi ödəyicisinin vəziyyətini pisləşdirən normanı geriyə tətbiq etməklə haqlı olmamış və iddiaçının konstitusion hüququnu pozmuşdur. Bundan əlavə məhkəmə xüsusilə qeyd edir ki, vergi orqanı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olması halı da nəzərə alınmamışdır. Belə ki, yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: xx.xx.2015 – xx.xx.2018-ci illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğuna və qeyd edilən səbəbdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cinayət işinin məhkəmə qaydasında ləğv edilmiş inzibati akt əsasında başlanıldığı da nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi cinayətlərinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması vergi ödəyicisinin vergi öhdəliyi barədə cavabdehin qəbul etdiyi inzibati akt əsasında müəyyən olunur. Yəni ilk növbədə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində vergi yoxlaması aparılmalı və bunun nəticəsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Həmin inzibati akt üzrə büdcəyə ödənilməli vergi borcunun məbləği 50 000,0 manatdan yuxarı həddə olduğu təqdirdə, cinayət təqibinin başlanılması üçün əsas yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qayda hesablanmış vergi borcu ilə bağlı mübahisənin olmadığı hallara, yəni şəxsin vergi borcunu nəzərdə tutan inzibati aktı mübahisələndirmədiyi hallara şamil olunur və yalnız həmin hallarda keçərlidir. Vergi ödəyicisi ona hesablanmış vergi borcu ilə razılaşmadığı və konstitusion müdafiə hüququndan istifadə edərək həmin öhdəliyi müəyyən edən qərarı məhkəmə qaydasında mübahisələndirdiyi hallarda isə, cinayət təqibinin başlanılması ilə bağlı məsələ (mübahisələndirilən inzibati aktdan başqa əlavə vergilərin hesablandığı hallar istisna olmaqla) həmin mübahisənin nəticəsindən asılı olaraq həll olunmalıdır. Başqa sözlə, cinayət təqibi üzrə icraatın həyata keçirilməsinin əsası qismində 50 000,0 manatdan artıq məbləğdə vergi borcu müəyyən edən inzibati akt çıxış edirsə, həmin vergi borcunun hesablanmasına dair inzibati aktın ləğv edilibedilməməsindən asılı olaraq şəxsin əməlində cinayət tərkibinin mövcud olub-olmadığı müəyyən oluna bilər Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olduğu müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Mübahisə vergi orqanının lehinə yekunlaşdığı təqdirdə isə, dövlət büdcəsinə ödənilməli olan vergi borcunun mövcudluğu təsbit olunur. Bu hallarda mövcud borcun yaranması və ödəmədən yayındırılması ilə bağlı şəxsin əməlində cinayət tərkibinin olubolmamasının və həmin əməlin törədilməsində şəxsin təqsirli olub-olmamasınnın müəyyən edilməsi üçün cinayət təqibi həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət təqibi məhz vergi borcunun hesablandığı və məhkəmə qərarı ilə ləğv olunmuş inzibati akt əsasında başlanıldığına, səyyar vergi yoxlaması ilə hesablanmış vergi öhdəliyini nəzərdə tutan həmin inzibati akt tam olaraq ləğv edildiyinə və beləliklə də vergi borcu mövcud olmadığına görə iddiaçı barəsində cinayət təqibini davam etdirməkdə cavabdeh haqlı sayıla bilməz. Buna baxmayaraq, istintaq orqanı cinayət hadisəsi olmadığından cinayət təqibi üzrə icraata xitam vermək əvəzinə, məhkəmənin münasibət bildirdiyi dövr üzrə yenidən yoxlamanın keçirilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh isə istintaq orqanının hüquqazidd həmin qərarına istinad edərək iddiaçıya münasibətdə yoxlamanın keçirilməsi barədə hazırki mübahisələndirilən qərarı qəbul etmişdir. Bundan başqa, vergi orqanı tərəfindən sənədlərin təqdim edilmədiyi əsas gətiririlərək şərti rentabellik norması tətbiq edilməklə 2019, 2020 və 2021-ci illər üçün mənfəət vergisi hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Beləliklə məhkəmə qeyd edir ki, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. 2019, 2020 və 2021-ci illər üçün Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (Vergi Məcəlləsinin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 18 avqust 2023-cü il tarixli, **********175531 №-li qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar