Məhkəmə qərarları › İş №e-2-1(112)-2331/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2331/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2331/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh Azərbaycan Respublikası X13 publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X13 publik hüquqi şəxsə qarşı “qəbul imtahanının açıq suallara iddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, yekun balların yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X13 publik hüquqi şəxs və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixdə X10 təqdim edilmiş apellyasiya ərizəsində mübahisələndirilmiş açıq suallara (28 və 88 nömrəli) verilmiş cavabların yenidən qiymətləndirilməsi, yekun balların yenidən hesablanması və İddiaçı daxil olduğu ixtisas üzrə (Bakı Dövlət Universiteti, Правоведение; İİİ qrup, DT; Əyani) dövlət sifarişi əsasında oxumasına dair müvafiq əmrin verilməsi öhdəliyinin cavabdehlərin (səlahiyyətlərinə müvafiq olaraq) üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 160 saylı Klassik Gimnaziyanı bitirmiş, buraxılış imtahanında 258.40 bal, qəbul imtahanında isə 327.20 bal toplamışdır (cəmi 585.60 bal). Qəbul imtahanının nəticələri elan edildikdən sonra abituriyent rus dili və ədəbiyyat fənləri üzrə açıq suallara cavabların qiymətləndirilməsini mübahisələndirmişdir. Belə ki, Rus dili fənnindən 28-ci sual aşağıdakı kimi qoyulmuşdur: “... X4 səkkiz ildir ki, teatra getmirdi. Bəzən özü tamaşalara bilet alırdı, bəzən də biletlər ona hədiyyə edilirdi. Ancaq həmişə, dərhal və ya son anda, bu biletləri təhvil verib sakitləşirdi. Burada isə xilas olmaq mümkün deyildi: onun keçmiş teatrı Moskvaya qastrol səfərinə dəvət edilmişdi. Bu çox böyük hadisə idi. O, bilirdi: orada, teatrda artıq mükafatlar və titullara hazırlanırdılar, yeni kostyumlar tikilmişdi. Hər kəs fövqəladə dəyişikliklər gözləyir. Keçmiş dostları onu Moskvada tapdılar və qəti şəkildə dedilər: əgər o, premyeraya gəlməsə, onu əbədi olaraq bağışlamayacaqlar. - Bizdə elə “Vestsaydskaya” var ki, siz burada heç yuxuda da görə bilməzsiniz. “Xilas olmaq mümkün deyil”, - Tatyana Nikolayevna düşündü. Bütün günü o, özündə deyildi. Karyerasının başladığı və bitdiyi teatra getmək, səhnədə nə olursa olsun, məhz bunu yaşamağa getmək, sonra lazımi sözlər söyləmək, tamaşadan sonra birlikdə dedi-qodu etmək və min “niyə”yə cavabını vermək... Tanya bütün bu deyilməyən sözləri əvvəlcədən bilirdi. Lakin iş heç onlarda da deyildi. O, həqiqətən də teatra getmək istəmirdi. Bu heyrətamiz “Vestsaydskaya” baxmaq istəmirdi”. Mətnə aid sualda da məhz qeyd olunmuşdur ki, “kontekstdən çıxış edərək qastrol sözünün mənasını yazın”. Göründüyü kimi, mətn/kontekst aktyorlar/teatr barəsindədir və sualda abituriyentdən kontekstdən çıxış edərək “qastrol” sözünün mənasının verilməsi tələb edilir. İddiaçı həmin suala aşağıdakı kimi cavab vermişdir: “Qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış deməkdir”. Həmin suala verilmiş cavab natamam kimi qiymətləndirilmiş və ümumi 9 bal üzərindən 4.5 bal verilmişdir. Apellyasiya şikayətindən sonra abituriyentlə telefon danışığında X9 nümayəndəsi bildirmişdir ki, abituriyent mütləq şəkildə çıxışların məhz aktyorların çıxışları olmasını qeyd etməli idi. Belə ki, “başqa şəhərdə/ölkədə prezident/deputatlar də çıxış edə bilər və bu qastrol sayılmır”. Cavabın məhz kontekstdən çıxış edərək verilməli olması nəzərə alınarsa, bu yanaşma açıq-aşkar qərəzlidir. Belə ki, mətn prezident və ya deputat barəsində deyil, mətndə məhz aktyorların/teatrın qastrollarından söhbət gedir. Sual avtonom olaraq verilsə idi və ya sualda cavabın kontekstdən çıxış edərək verilməli olması qeyd olunmasa idi, yanaşmanı bəlkə də qəbul etmək olardı. Lakin hazırkı vəziyyətdə bu açıq-aşkar abituriyentin taleyi ilə əsassız şəkildə oynamaqdır. Belə ki, təhsil haqqı ödənişinin kifayət qədər yüksək (illik 4500 manat) olması, hal-hazırda gənc bir istedadın təhsilini davam etməsini çox böyük sual altına salmaqdadır. Ədəbiyyat fənindən 88-ci sual aşağıdakı kimi qoyulmuşdur: “ ... Təqdim olunan mətni diqqətlə oxuyun və orada verilən məlumatlardan istifadə edərək Cavablar vərəqindəki 88 - 90 tapşırıqlarını yerinə yetirin. ... Bu parçanın alındığı əsərin janrını göstərin. (Cavabınızı sübut kimi ən azı 2 faktdan istifadə edərək əsaslandırın)”. Abituriyent həmin suala aşağıdakı kimi cavab vermişdir:

1. Hekayə.

2. Epik janr (nəsr formasında yazılıb).

3. Kiçik ölçülü. X13 tərəfindən cavablar açıqlandıqdan sonra düzgün cavabın izahı olaraq isə aşağıdakılar göstərilmişdir: “ ... hekayə - kiçik ölçülü, bir süjet xətti olan, qəhrəmanın qısa müddətdə həyatından bəhs edən epik janra aiddir. Şoloxovun “İnsanın taleyi” əsəri janr baxımından hekayədir. Az sayda personaj var və Andrey Sokolovun həyatından bəhs edir”. Göründüyü kimi, sualda iki faktın göstərilməsinin istənildiyinə uyğun olaraq, abituriyent izahda qeyd olunmuş faktları göstərmiş, lakin, həmin cavab da natamam və qərəzli şəkildə qiymətləndirilmişdir. Halbuki, bu X9 özünün müəyyən etdiyi kriteriyalara ziddir. Eyni zamanda, qeyd olunmalıdır ki, bir mətn üç sualı əhatə etmiş və abituriyent əsərin adını, müəllifini və baş qəhrəmanını 90-cı suala verilmiş cavabda ətraflı şəkildə göstərmişdir. Üç sualın üçünə də verilmiş cavabları iddia ərizəsinə əlavə edilmiş cavab kartından görmək olar. Apellyasiya ərizəsi X10 yazılı qaydada təqdim edilmiş və abituriyentə ərizəsinin qəbul olunduğu, bağlantı barədə ona məlumat veriləcəyi bildirilmişdir. Buna baxmayaraq, X13 abituriyentə qəfil edilmiş zənglə kifayətlənmiş və abituriyentin yazılı cavabın verilməsi barədə müraciətinə isə ümumiyyətlə münasibət bildirilməmişdir. X13 tərəfindən edilmiş zəng zamanı, verilmiş cavabların doğru olmadığı, hansı əsaslarla qiymətləndirildiyi sübut edilə bilməmiş, bir neçə dəfə səs eşitmə sistemi söndürülərək məsləhətləşmələrin aparıldığı müşahidə edilmişdir. Apellyasiya nəticəsi ilə bağlı yazılı məlumatın verilməsi üçün xx.xx.2023-cü il tarixdə X10 rəsmi elektron məktub ünvanlansa da, heç bir cavab verilməmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixdə abituriyentə məlum olmuşdur ki, o, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Halbuki, yuxarıda qeyd olunan suallara verilmiş cavablar düzgün və ədalətli qiymətləndirilsə idi, həmin fakültəyə dövlət sifarişi əsasında daxil ola bilərdi. (keçid balı - 588.60). Əgər biz dövlət olaraq açıq suallar rejiminə keçib, yenidən qiymətləndirmə sisteminə subyektiv faktoru qaytarırıqsa, bu proses ciddi nəzarət altında olmalıdır. Aydındır ki, etalon cavablar ekspertlər tərəfindən hazırlanmalı, bu etalonlar tapşırığa verilə biləcək tam və qismən düzgün cavabları, qiymətləndirmə meyarlarını ehtiva etməli, markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən meyarlar əsasında qiymətləndirməlidir. Lakin, əgər abituriyent məhz etalon cavabı sözbəsöz təkrarlamalıdırsa, onda niyə cavabları müvafiq alqoritm əsasında kompyuter deyil, məhz beyni və düşüncəsi olan insan yoxlayır? Ən azı cavabları qərəzsiz kompyuter yoxlayanda nəticələr daha az şübhə və narazılıq doğurardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin ... hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 1-ci maddəsinin mənasına görə, uşaq 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsdir. Həmin Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları Bəyənnaməsinin 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın (bundan sonra - Beynəlxalq Pakt) 13-cü maddəsində aşağıdakılar göstərilmişdir: “... Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir. Bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, bu hüququn tam şəkildə həyata keçirilməsi üçün: a) İbtidai təhsil hamı üçün icbari və pulsuz olmalıdır. b) Orta təhsil və onun müxtəlif formaları, orta texniki-peşə təhsili də daxil olmaqla, bütün tədbirlər görmək, xüsusilə tədricən pulsuz təhsilə keçmək yolu ilə açıq və hamıya əlçatan olmalıdır. c) Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır...”. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir. Bu hüququn vacibliyi, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi, sosial və mədəni hüquqlar Komitəsinin Beynəlxalq Paktın 13- cü maddəsinə edilən 8 dekabr 1999cu il tarixli X5 (bundan sonra - Komitənin Qeydləri) göstərilmişdir. Komitənin mövqeyinə əsasən, təhsil insan hüququ olmaqla yanaşı, digər insan hüquqlarının reallaşdırılması üçün də zəruri vasitədir. İqtisadi və sosial baxımdan marginallaşmış insan qrupları (böyüklər və uşaqlar) üçün geniş imkanlar açan təhsil hüququ, həmin qruplarda yoxsulluğa son qoymağa və öz icmalarının işində tam hüquqlu üzv kimi iştirak etməyə şərait yaradan başlıca vasitə kimi çıxış edir. Təhsil daha çox dövlətin investisiyası üçün optimal fəaliyyət sahələrindən biri kimi tanınmaqdadır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məsələyə dair qeyd etmişdir ki, bəzi başqa dövlət xidmətlərindən fərqli olaraq, təhsilin Konvensiya ilə bilavasitə qorunan hüquq olması faktı nəzərdən qaçırıla bilməz. Təhsil, həmçinin ondan istifadə edənlər üçün birbaşa faydalı olan və daha geniş ictimai funksiyalara xidmət göstərən dövlət xidmətinin xüsusi növüdür. Məhkəmə qeyd etmişdir ki, “demokratik cəmiyyətdə təhsil hüququ insan hüquqlarının dəstəklənməsi üçün zəruridir və əsas rol oynayır” (Ponomaryovi Bolqarıstana qarşı iş üzrə 21 iyun 2011-ci il tarixli Qərar, § 33). Konstitusiyanın 42-ci maddəsində təsbit olunmuş hüquq təhsilin müxtəlif pillələrinə və səviyyələrinə, o cümlədən ali təhsilə şamil olunur. Belə ki, təhsil hüququ nəinki pulsuz icbari ümumi orta təhsil almaq imkanını, həmçinin yaradıcılıq, yeni biliklərin əldə edilməsi, müxtəlif sahələrdə təcrübənin artırılmasına olan təbii tələbatların ödənilməsini də ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair” 30 iyun 2014-cü il tarixli Qərarı). Digər tərəfdən nəzərə almaq lazımdır ki, Konstitusiyanın 42ci maddəsinin İV hissəsinin məzmunundan göründüyü kimi, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili, o cümlədən ali təhsilini davam etdirməsinə dövlət tərəfindən zəmanət verilməsi nəzərdə tutulur. Beləliklə, Konstitusiyanın müvafiq müddəalarının məzmununa əsaslanaraq qeyd olunmalıdır ki, ali təhsil almaq hüququ Konstitusiya ilə əhatə olunur. Bu hüququn məzmununa gəldikdə isə qeyd olunmalıdır ki, onu reallaşdıran müvafiq təhsil sisteminin mövcudluğu vacibdir. Ali təhsil almaq hüququ həm də vətəndaşların qabiliyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinə bərabər əlçatanlığını nəzərdə tutur. Bu məhdudiyyət, yəni qabiliyyətə uyğun olaraq seçim ali təhsilin təbiətindən, məqsəd və vəzifələrindən irəli gəlir. Bərabər əlçatanlıq tələbi isə Konstitusiyanın ayrı-seçkiliyi qadağan edən 25-ci maddəsinə əsaslanır. Hal-hazırda iddiaçının ayrı-seçkiliyə və qərəzli yanaşmaya məruz qalması aşkardır və bu nəticədə hüquqşünas olma arzusu ilə yanan, azyaşlı vaxtından özünə konkret hədəf qoyan, gələcəyin hakimi, vəkili və ya prokuroru olan gənc abituriyentin, universitet illərinə qədəm qoyacağı ilk anlardan haqsızlıqla üzləşməsi qəbul ediləcək hal ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia)... Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnaməsinə əsasən hər tədris ili üçün peşə, orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunun müəyyən edilməsinə dair təkliflər vermək; təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək Nazirliyin vəzifələrinə aid edilmişdir. X13 publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, Mərkəz: 2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir; 2.1.9. təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir; 2.1.11. abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirir; 2.1.14. abituriyentlər, təhsil müəssisələri, təşkilatlar, onların vəzifəli şəxsləri və digər şəxslər tərəfindən qəbul prosesi və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi zamanı yol verilmiş pozuntu hallarının aradan qaldırılması ilə bağlı təqdimat verir və pozuntu halları barədə səlahiyyətli dövlət orqanlarına məlumat verir; 2.1.26. imtahanlarla, o cümlədən dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaradır; 2.1.27. buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir”. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin iş üzrə cavabdeh qismində iştirakına xitam verilmiş və iş üzrə iddia tələbi “X13 tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənləri üzrə 28 və 88 nömrəli açıq suallara İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, İddiaçı yekun ballarının yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada həmin Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X13 (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə İİİ ixtisas qrupu üzrə 2023-cü il 08 iyul tarixlərində keçirilən qəbul imtahanının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, komissiyaya müraciət etmək üçün 23 iyul saat 10:00-dan 25 iyul saat 17:00-dək https://apelyasiva.dim.qov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.gov.az/news/11474/7sphrase id=1487310). İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 25 iyul 2023-cü il tarixindən etibarən onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil edilmişdir. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlərin imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə Mərkəzin https://dim.qov.az rəsmi internet səhifəsində məlumat verilmiş və apellyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmış, o cümlədən abituriyent ilə yanaşı valideynlərindən birinin müzakirədə iştirak edə biləcəyi, bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla biləcəyi, ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılacağı abituriyentlərin diqqətinə çatdırılmışdır. İddiaçı İİİ ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələrinə ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçının hazırki iş üzrə mübahisələndirdiyi test tapşırıqları 2023-cü il 26 iyul tarixində abituriyentin müraciətinə uyğun olaraq apellyasiya ərizəsində qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanılaraq onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmışdır. Həmin test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Bu barədə ona geniş izah verilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi qabaqcadan elan edilən meyarlara uyğun olaraq doğru qiymətləndirilmişdir. Əlavə olaraq abituriyentə yuxarıda adıçəkilən Qaydaların 6.3-cü bəndinə əsasən Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ barədə məlumat verilmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodiki qüsur aşkar edilməmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan ayrı-ayrı ekspertlər tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş test tapşırıqlarında hər hansı elmi-metodiki qüsurun olması halı istisna edilir. Buna görə də iddiaçının Rus dili fənni üzrə 28 və ədəbiyyat fənni üzrə 88 nömrəli test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməməsinə dair iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 160 saylı Klassik Gimnaziyanı bitirmiş, buraxılış imtahanında 258.40 bal, qəbul imtahanında isə 327.20 bal toplamışdır (cəmi 585.60 bal). Qəbul imtahanının nəticələri elan edildikdən sonra abituriyent rus dili və ədəbiyyat fənləri üzrə açıq suallara cavabların qiymətləndirilməsini mübahisələndirmişdir. Belə ki, Rus dili fənnindən 28-ci sual bu şəkildə qoyulmuşdur: “... X4 səkkiz ildir ki, teatra getmirdi. Bəzən özü tamaşalara bilet alırdı, bəzən də biletlər ona hədiyyə edilirdi. Ancaq həmişə, dərhal və ya son anda, bu biletləri təhvil verib sakitləşirdi. Burada isə xilas olmaq mümkün deyildi: onun keçmiş teatrı Moskvaya qastrol səfərinə dəvət edilmişdi. Bu çox böyük hadisə idi. O, bilirdi: orada, teatrda artıq mükafatlar və titullara hazırlanırdılar, yeni kostyumlar tikilmişdi. Hər kəs fövqəladə dəyişikliklər gözləyir. Keçmiş dostları onu Moskvada tapdılar və qəti şəkildə dedilər: əgər o, premyeraya gəlməsə, onu əbədi olaraq bağışlamayacaqlar. Bizdə elə “Vestsaydskaya” var ki, siz burada heç yuxuda da görə bilməzsiniz. “Xilas olmaq mümkün deyil”, - Tatyana Nikolayevna düşündü. Bütün günü o, özündə deyildi. Karyerasının başladığı və bitdiyi teatra getmək, səhnədə nə olursa olsun, məhz bunu yaşamağa getmək, sonra lazımi sözlər söyləmək, tamaşadan sonra birlikdə dedi-qodu etmək və min “niyə”yə cavabını vermək... Tanya bütün bu deyilməyən sözləri əvvəlcədən bilirdi. Lakin iş heç onlarda da deyildi. O, həqiqətən də teatra getmək istəmirdi. Bu heyrətamiz “Vestsaydskaya” baxmaq istəmirdi”. Mətnə aid sualda da məhz qeyd olunmuşdur ki, “kontekstdən çıxış edərək qastrol sözünün mənasını yazın”. Göründüyü kimi, mətn/kontekst aktyorlar/teatr barəsindədir və sualda abituriyentdən kontekstdən çıxış edərək “qastrol” sözünün mənasının verilməsi tələb edilir. İddiaçı həmin suala aşağıdakı kimi cavab vermişdir: “Qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış deməkdir”. Həmin suala verilmiş cavab natamam kimi qiymətləndirilmiş və ümumi 9 bal üzərindən 4.5 bal verilmişdir. Apellyasiya şikayətindən sonra abituriyentlə telefon danışığında X9 nümayəndəsi bildirmişdir ki, abituriyent mütləq şəkildə çıxışların məhz aktyorların çıxışları olmasını qeyd etməli idi. Belə ki, “başqa şəhərdə/ölkədə prezident/deputatlar də çıxış edə bilər və bu qastrol sayılmır”. Cavabın məhz kontekstdən çıxış edərək verilməli olması nəzərə alınarsa, bu yanaşma açıq-aşkar qərəzlidir. Belə ki, mətn prezident və ya deputat barəsində deyil, mətndə məhz aktyorların/teatrın qastrollarından söhbət gedir. Sual avtonom olaraq verilsə idi və ya sualda cavabın kontekstdən çıxış edərək verilməli olması qeyd olunmasa idi, yanaşmanı bəlkə də qəbul etmək olardı. Lakin hazırkı vəziyyətdə bu açıq-aşkar abituriyentin taleyi ilə əsassız şəkildə oynamaqdır. Belə ki, təhsil haqqı ödənişinin kifayət qədər yüksək (illik 4500 manat) olması, hal-hazırda gənc bir istedadın təhsilini davam etməsini çox böyük sual altına salmaqdadır. Qeyd olunan sual və ona verilmiş cavabla bağlı tərəfindən Azərbaycan Milli Elmlər X1, Bakı Dövlət Universitetinə və Rusiya Federasiyasının bir neçə universitetlərinə sorğular göndərilmişdir. Bizə təqdim edilən bütün cavablarda, sualın qoyulma tərzinə uyğun olaraq konteks nəzərə alınmaqla verilmiş cavabın tamamilə doğru olması öz əksini tapmışdır. Dilçi alimlər tərəfindən verilmiş bu rəylərə qarşı, abituriyent tərəfindən verilmiş cavabın natamam qəbul edilməsi başadüşülən deyil. Ədəbiyyat fənindən 88-ci sual bu şəkildə qoyulmuşdur: “... Təqdim olunan mətni diqqətlə oxuyun və orada verilən məlumatlardan istifadə edərək cavablar vərəqindəki 88 - 90 tapşırıqlarını yerinə yetirin. Bu parçanın alındığı əsərin janrını göstərin. Cavabınızı sübut kimi ən azı 2 faktdan istifadə edərək əsaslandırın”. Abituriyent həmin suala aşağıdakı kimi cavab vermişdir: «Hekayə. Epik janr. (nəsr formasında yazılıb) Kiçik ölçülü». X13 tərəfindən cavablar açıqlandıqdan sonra düzgün cavabın izahı olaraq isə aşağıdakılar göstərilmişdir: “ ... hekayə - kiçik ölçülü, bir süjet xətti olan, qəhrəmanın qısa müddətdə həyatından bəhs edən epik janra aiddir. Şoloxovun “İnsanın taleyi” əsəri janr baxımından hekayədir. Az sayda personaj var və Andrey Sokolovun həyatından bəhs edir”. Göründüyü kimi, sualda iki faktın göstərilməsinin istənildiyinə uyğun olaraq, abituriyent izahda qeyd olunmuş faktları göstərmiş, lakin həmin cavab da natamam və qərəzli şəkildə qiymətləndirilmişdir. Halbuki, bu X9 özünün müəyyən etdiyi kriteriyalara ziddir. Eyni zamanda, qeyd olunmalıdır ki, bir mətn üç sualı əhatə etmiş və abituriyent əsərin adını, müəllifini və baş qəhrəmanını 90-cı suala verilmiş cavabda ətraflı şəkildə göstərmişdir. Üç sualın üçünə də verilmiş cavabları iddia ərizəsinə əlavə edilmiş cavab kartından görmək olar. Həmçinin məlumat üçün qeyd edirəm ki, məhkəmə iclası zamanı və işə əlavə edilmiş dərslik nümunələrindən də məlum olur ki, abituriyentin təhsil aldığı dövrdə istifadə etdiyi dərslik nəzərə alındıqda suala verdiyi cavab tam doğrudur. Apellyasiya ərizəsi X10 yazılı qaydada təqdim edilmiş və abituriyentə ərizəsinin qəbul olunduğu, bağlantı barədə ona məlumat veriləcəyi bildirilmişdir. Buna baxmayaraq, X13 abituriyentə qəfil edilmiş zənglə kifayətlənmiş və abituriyentin yazılı cavabın verilməsi barədə müraciətinə isə ümumiyyətlə münasibət bildirilməmişdir. X13 tərəfindən edilmiş zəng zamanı, verilmiş cavabların doğru olmadığı, hansı əsaslarla qiymətləndirildiyi sübut edilə bilməmiş, bir neçə dəfə səs eşitmə sistemi söndürülərək məsləhətləşmələrin aparıldığı müşahidə edilmişdir. Apellyasiya nəticəsi ilə bağlı yazılı məlumatın verilməsi üçün xx.xx.2023-cü il tarixdə X10 rəsmi elektron məktub ünvanlansa da, heç bir cavab verilməmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixdə abituriyentə məlum olmuşdur ki, o, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Halbuki, yuxarıda qeyd olunan suallara verilmiş cavablar düzgün və ədalətli qiymətləndirilsə idi, həmin fakültəyə dövlət sifarişi əsasında daxil ola bilərdi. (keçid balı - 588.60). Əgər biz dövlət olaraq açıq suallar rejiminə keçib, yenidən qiymətləndirmə sisteminə subyektiv faktoru qaytarırıqsa, bu proses ciddi nəzarət altında olmalıdır. Aydındır ki, etalon cavablar ekspertlər tərəfindən hazırlanmalı, bu etalonlar tapşırığa verilə biləcək tam və qismən düzgün cavabları, qiymətləndirmə meyarlarını ehtiva etməli, markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən meyarlar əsasında qiymətləndirməlidir. Lakin əgər abituriyent məhz etalon cavabı sözbəsöz təkrarlamalıdırsa, onda niyə cavabları müvafiq alqoritm əsasında kompyuter deyil, məhz beyni və düşüncəsi olan insan yoxlayır? Ən azı cavabları qərəzsiz kompüter yoxlayanda nəticələr daha az şübhə və narazılıq doğurardı. Eyni zamanda, abituriyent tərəfindən verilmiş cavabın dilçi alimlər tərəfindən doğru sayıldığı halda, mübahisələndirərək abituriyentdən fərqli cavab gözləmək, başqa meyarla qiymətləndirmək istər ədalət, istərsə də qanunvericilik baxımından düzgün deyildir. Nəticədə çatışmayan, haqqı kəsilərək əksik qiymətləndirilmiş ballara görə abituriyentin gələcək taleyi sual altında qalmışdır. Əgər Tələbə Təhsil Kredit Fondundan tədris ödənişi təmin edilə bilməsəydi, abituriyentin universitetə qeydiyyatı böyük sual altında qalacaqdı. İddiaçı hal-hazırda təhsil aldığı Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsində 1-ci semestri “Əlaçı” olaraq bitirmiş, bütün imtahanlardan yüksək nəticə əldə etmişdir. Keçirilmiş məhkəmə iclası zamanı mübahisələndirilən məsələnin tamamilə X9 səlahiyyətində olduğu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bu mövzuda tərəf ola bilməyəcəyi X9 səlahiyyətli nümayəndəsi tərəfindən bəyan edilmişdir. Bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin (2023/2024cü tədris ili üçün) İddiaçı dair nəticəsindən görünür ki, 556,60 bal ilə Bakı Dövlət Universitetinin «Правоведение» ixtisası üzrə (İİİ qrup, DT, əyani, ödənişli) qəbul olmuşdur. AZ-İİ seriyalı 849928 saylı xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X8; atası – Qanuni nümayəndə). İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh X13 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Etiraz”la tanış oldu. Aşağıda qeyd etdiyim nüanslara əsasən cavabdeh tərəfindən yazılmış “Etiraz”ın doğru olmadığı, heç bir hüquqi və elmi əsaslarının olmadığını təqdim edir. Rus dili fənni üzrə 28 nömrəli açıq tipli yazılı sualla bağlı, tərəfindən bu suala yazılmış cavabının doğru olub-olmaması haqqında mütəxəssis rəyi almaq məqsədi ilə bir sıra orta və ali təhsil müəssisələrinə müraciət etsə də, X9 adı hallandıqdan sonra mütəxəssislər (hətta təhsil aldığı orta məktəb belə) “iş yerlərini itirmək” qorxusundan ümumiyyətlə rəy verməkdən imtina etdilər. Bu səbəbdən, eyni zamanda, sualın Rus dili fənnindən və rus dilində olmasını nəzərə alaraq Rusiya Federasiyasının bir sıra Ali Təhsil Müəssisələrinə müraciət etmiş və cavabının doğru, dolğun və tam olması barədə cavablar almışdır. Eyni zamanda, Azərbaycan Milli Elmlər X6 adına Dilçilik İnstitutu etdiyi müraciətə rəsmi cavab olaraq “Qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış deməkdir” cavabını doğru hesab etmişdir. X13 tərəfindən nəşr olunmuş, 2023-cü ilin 1 nömrəli Abituriyent jurnalının 38-ci səhifəsində İİİ ixtisas qrupu üzrə Ali təhsil müəssisələrinə qəbul imtahanın ikinci mərhələsi üçün Rus dili Proqramının “X7”nda heç bir ədəbiyyat (kitablar, lüğətlər) nəzərdə tutulmamış, yalnız 5-11ci siniflər üçün “Rus dili” dərslikləri qeyd olunmuşdur. Qeyd olunan dərsliklərin sonunda izahlı lüğətlər olduğuna baxmayaraq, heç birində “Qastrol” sözünün leksik mənasının izahı əks etdirilməmişdir. Bu tapşırığının izahı məqsədi ilə X13 tərəfindən xx.xx.2023-ci il tarixdə nəşr olunmuş “İİ və İİİ ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün 8-9 iyul 2023-cü il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı”nda 5-ci sinif 4.1.2. nömrəli standartının istifadəsi nəzərdə tutulmuşdur. Ali təhsil müəssisələrinə qəbul imtahanın ikinci mərhələsi üçün Rus dili fənni üzrə alt standartlar yuxarıda adıçəkilən 1 nömrəli Abituriyent jurnalının 13-cü səhifəsində nəşr olunmuşdur. Bununla yanaşı, həmin səhifədə “Qəbul imtahanlarında biliklər və bacarıqlar aşağıdaki alt standartlara uyğun yoxlanılır və qiymətləndirilir” qeyd olunub. 5-ci sinif nömrəli standarta görə isə abituriyent sözlərin leksik xüsusiyyətlərini izah etməlidir. Qeyd olunan tələblərə əsasən abituriyent tərəfindən sözün hər hansı izahlı lüğətdə yazılmış açıqlamasının sözbəsöz yazılmasına ehtiyac yoxdur. X13 tərəfindən verilmiş rəyə əsasən çıxışların kim tərəfindən olmasının yazılmaması səbəbindən cavab natamam qiymətləndirilib. Lakin “Başqa şəhərdə və ya ölkədə çıxış” açıqlamasını yalnız “Qastrol” sözü ilə ifadə etmək olar. Bunu nəzərə alaraq, tərəfindən çıxışların kim tərəfindən olduğunun yazılmaması sözün leksik mənasını pozmur və kontekstə tam uyğundur. Belə ki, 17 noyabr 2023-cü il tarixdə olan məhkəmə iclası zamanı DİM-in mütəxəssisinə verilmiş “Başqa şəhərdə və ya ölkədə çıxış” ifadəsini “Qastrol” sözündən başqa hansı söz ilə izah etmək olar?” sualına “Aqitasiya” cavabı almışdır. Lakin “aqitasiya” sözünün mənası “Geniş kütlələrə təsir etmək məqsədi ilə siyasi ideyaların kütləvi informasiya vasitələri, şifahi çıxışlar vasitəsilə yayılması istiqamətində fəaliyyət”dir və “qastrol” sözünün mənasi ilə (Başqa şəhərlərdən və ya ölkədən gəlmiş artistin, yaxud teatrın, sirkin və s. tamaşası) heç bir əlaqəsi yoxdur. Hətta dünyada süni intellekt üzrə ən məşhur və təcrübəli şirkət olan “OpenAİ”-nin məhsulu “ChatGPT”-də “Başqa şəhərdə və ya başqa ölkədə çıxış” hansı sözlə izah etmək olar?” sualı yazılarkən, “Qastrol” - bu söz başqa şəhərlərdə və ölkələrdə çıxışı izah etmək üçün istifadə olunur” cavabı yazılır. Onu da qeyd etmək lazımdır ki, süni intellekt sualların cavablandırılması üçün bütün internet resurslardan (bütün lüğətlər və ədəbiyyat daxil olmaqla) istifadə edir. 17 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı DİMin mütəxəssisi bu tapşırıqda “kontekstə uyğun” ifadəsinin sadəcə sözün mənasını tapmağa kömək məqsədi ilə yazıldığını və cavabını kontekstdən kənar verilməli olmasını qeyd etdi. Lakin DİM tərəfindən tərtib olunmuş qiymətləndirmə meyarında olan cavab (Qastrol - gəlmiş aktyorlar tərəfindən verilən çıxışlar, tamaşalar) tam deyil. Bunu 17 noyabr 2023-cü il tarixdə olan məhkəmə iclasında DİM tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyində “Amma, qastrol sadəcə çıxış deyil, müğənninin, teatr və sirk truppasının” çıxışı olmasının qeyd edilməsi və digər lüğətlərdə bu kimi fərqli açıqlanmaların mövcüd olması sübut edir. Yuxarıda qeyd edilən nüanslar nəzərə alınaraq suala verilmiş cavabın doğru olması və sualı tam əhatə etməsinə baxmayaraq, bir tək “aktyor” sözünün yazılmamasına görə 4.5 bal kəsilərək cavabın yarımçıq qiymətləndirilməsi heç bir prinsiplə uzlaşa bilməz. Ədəbiyyat fənni üzrə 88 nömrəli açıq tipli yazılı sualla bağlı, X13 tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyində ədəbiyyat fənni üzrə 88 nömrəli tapşırıqla bağlı cavabın qiymətləndirmə meyarının B bəndinə uyğun % balla qiymətləndirilmə səbəbi kimi “epos janrı (nəsrlə yazılmış) - bu cavab yanlışdır, çünki hekayə janrını sübut edəcək arqument deyil” göstərilmişdir. Eyni zamanda, qeyd olunan qiymətləndirməyə sübut kimi 6cı sinif üzrə Ədəbiyyat dərsliyinin 2022-ci il nəşrinin 102-ci səhifəsində hekayə üçün göstərilmiş xarakterik cəhətlər arasında mənim tərəfindən yazılmış cavabının olmaması göstərilmişdir. Lakin 6-cı sinifdə təhsil alan zaman 6-cı sinif üzrə Ədəbiyyat dərsliyinin 2017-ci il nəşri qüvvədə idi və qeyd olunan nəşrdə X13 tərəfindən qeyd olunan xarakterik cəhətlər siyahısı yoxdur. 2017-ci il buraxılışı olan dərsliyin 106-cı səhifəsində “Hekayə epik nəqli ədəbiyyatın bir növüdür” göstərilmişdir və onun cavabı, təhsil alan zaman qüvvədə olan, dərsliyə tam uyğundur. Tərəfindən “nəsrlə yazılmış” ifadəsi “epos janrı” arqumentini sübut edəcək arqument kimi göstərilmişdir, çünki epos janrları nəsrlə yazılır. Hətta Ədəbiyyat fənni üzrə 2017-ci ilin 6-cı sinif dərsliyinin 106-cı səhifəsində “hekayə nəsrlə yazılmış bədii əsərdir” göstərilmişdir. Dünya ədəbiyyatında nəzmlə yazılmış epik əsərlər varsa belə, yuxarıda adıçəkilən 1 nömrəli Abituriyent jurnalında nəşr edilmiş “Ali təhsil müəssisələrinə qəbul imtahanın ikinci mərhələsi üçün İİİ ixtisas qrupu üzrə Ədəbiyyat fənni Proqramı”da bu kimi bir əsər göstərilməmişdir. Sualın situasiyasında qeyd olunan (“İnsanın taleyi” Şoloxov) əsərin də nəsrlə yazılması, onun eposa mənsubiyyətini göstərir. Lirik janrlarda da nəzmlə yox, nəsrlə yazılmış əsərlər var, amma bu kimi əsərlər yalnız “белый стих” deyilən janrdı, hansı yalnız inversiya ilə yazılır (məs. “Rus dili” Turgenev; “Fırtına quşu haqqında mahnı” Qorki) sualının situasiyasında qeyd olunan əsərdə isə inversiya istifadə olunmayıb. X14 nəsrlə yazılan “Ölü ruhlar” əsəri, hansı yalnız Qoqolun özü tərəfindən bu əsərinin poema adlandırılmasına görə, istisna kimi, poema hesab olunur. Tapşırığının həlli üçün əsəri müəyyən etmək zəruri olduquna görə, müəyyən olunur ki, bu qeyd olunan Qoqolun əsəri deyil və nəsrlə yazılmış lirik ədəbiyyatının növü ola bilməz. X9 ekspert rəyində “эпос” sözü ilə həm ədəbiyyatın növünü həm də ədəbiyyatın janrını adlandırmaq olar deyə, cavab ikili məna verir” göstərilmişdir. Lakin onun cavabından (hekayə - epos janrı) görsənir ki, məhz ədəbiyyatın növü nəzərdə tutulur. Eyni zamanda, epos ayrı janr kimi qeyd olunan imtahan proqramının “Ədəbiyyat nəzəriyyəsi” hissəsində göstərilmir və buna görə də epos ədəbiyyatın janrı kimi nəzərdə tutula bilməz. Azərbaycan Milli Elmlər X6 adına Dilçilik İnstitutu tərəfindən iddiaçıya ünvanlanmış 8-1-14/2-305/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 01 dekabr 2023cü il tarixli ərizə-məktubuna cavab olaraq bildirir ki, AMEA İ.Nəsimi adına Dilçilik institutunun 2011-ci ildə dərc etdiyi “Azərbaycan dilinin izahlı lüğəti”nin İİİ cildinin 70-ci səhifəsində qeyd olunur: “QASTROL is. (alman) Başqa şəhərlərdən və ya ölkədən gəlmiş artistin, yaxud teatrın, sirkin və s. tamaşası. Paytaxt artistlərin qastrolu. “Ona görə də “Qastrol-başqa şəhərdə və ya başqa ölkədə çıxış deməkdir” cavabını doğru hesab edir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq icraatı zamanı cavabdeh DİM-in nümayəndələri, iddiaçının iddiası təmin olunduğu təqdirdə mübahisələndirilmiş suallar üzrə bütün abituriyentlərə nəzərən qiymətləndirmə aparılacağı, guya ki, bu zaman ölkə miqyaslı böyük çətinliklərə səbəb olacağı kimi fikirlər söyləmiş və məhkəməyə təsir göstərməyə çalışmışlar. Halbuki, X9 Test imtahanının nəticəsi ilə bağlı Apellyasiya Komissiyasına müraciət edildikdə, müraciət edən hər bir abituriyentə nəzərən ayrıca qərar verildiyi, verilmiş cavabların yenidən qiymətləndirilməsi və ya balların artırılmasının yalnız müraciət edən abituriyentə nəzərən dəyişdirildiyi məlumdur. Yəni, bir halda ki, DİM Apellyasiya Komissiyasının qərarı əsasında dəyişən nəticənin yalnız müraciət edən abituriyentə nəzərən tətbiq edilməsi praktikası mövcuddur, o zaman, məhkəmə qərarı nəticəsində dəyişəcək nəticə də yalnız iddia tələbi əsasında müraciət edən abituriyentə nəzərən tətbiq edilməlidir. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh “Azərbaycan Respublikası X13” (DİM) publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş sənədlərlə bağlı aşağıda qeyd edilən nüansları təqdim edir: Cavabdeh, 2023-cü ilin 1 nömrəli Abituriyent jurnalının 38-ci səhifəsində İİİ ixtisas qrupu üzrə Ali təhsil müəssisələrinə qəbul imtahanın ikinci mərhələsi üçün Rus dili Proqramının “Əlavə ədəbiyyatların siyahısı”nda “S.İ. Ojeqov və N.Y. Şvedovanın redaksiyası altında “Rus dilinin izahlı lüğəti”nin olmasını göstərmişdir. Sənədlərin nömrələnməmiş olması və heç bir yazılı izahın təqdim edilməməsinə baxmayaraq, cavabdeh tərəfindən yuxarıda adı çəkilən sənədin təqdim edilmə məqsədi kimi, tərəfindən işə əlavə edilmiş və xx.xx.2023-cü tarixli məhkəmə iclasında edilmiş çıxışda - rus dili fənni üzrə qəbul imtahanında 28 nömrəli tapşırığın hansı şəkildə cavablandırılması üçün heç bir ədəbiyyatın göstərilməməsi haqqında - arqumentin “əsassız” sayılması və bu arqumentə “əks-arqument” kimi yuxarıda adıçəkilən sənədin təqdim edilməsi anlaşılır. Qeyd edilmiş izahlı lüğətin tədris proqramında “Əlavə ədəbiyyat” kimi qeyd olunması və könüllü xarakter daşıması əsas nüansdır. Eyni zamanda, əlavə ədəbiyyat nəzərdə tutularaq qəbul imtahanında sualların təqdim edilməsi yolverilməzdir. Belə ki, əlavə ədəbiyyatlarda sözlərin açıqlaması müxtəlif ola, kontekst fərqli ola bilər. Qəbul imtahanında da sual verilərkən, məhz kontekstə nəzərən cavablandırılması istənmiş, verilmiş kontekstə nəzərən abituriyent tərəfindən verilmiş cavab da tamamilə doğru qeyd edilmişdir. Hər hansı ədəbiyyatdan sübut kimi yalnız iddiaçı təhsil aldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nəşri təstiqlənmiş 5-11 sinif üzrə dərsliklər ola bilər. Qeyd olunan əsaslarla, cavabdeh tərəfindən təqdim edilmiş “Алёшкина Ольга Юрьевна. Литература. Учебное пособие для абитуриентов и преподавателей.” kitabından 3 səhifə (sıra ilə ən axırıncı) sübut kimi hesab edilə bilməz. Cavabdeh tərəfindən M.A.Bulqakovun “Master və Marqarita” romanından “гастроли” yazısı tünd rənglə seçilmiş bir hissə təqdim edilmişdir (sıra ilə 15-ci). Həmçinin, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh DİM tərəfindən iştirak edən mütəxəssis - bu əsər proqramda var və bu əsərdə “гастроли” sözü olduğuna görə abituriyent bu sözün mənasını bilməli idi. - kimi çıxış etdi. Bununla bağlı, Abituriyent sözün mənasını tam bilmiş və sualda qoyulmuş kontekst nəzərə alınmaqla suala tam və doğru cavab vermişdir. Qeyd olunan əsərdə yalnız sözün özü yazılmış, sözün leksik mənasının izahı (cavabdehin doğru saymaq istədiyi forma) qeyd olunmamışdır. Bu əsər Ədəbiyyat fənni üzrə qəbul imtahan proqramına daxildir və Rus dili fənni ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, cavabdehin hansısa əsərdə tək sözün keçməsini əsas götürərək, həmin sözün leksik mənasını öz istəklərinə uyğun cavablandırılmasını abituriyentdən tələb etməsi əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2018-ci ildə nəşr olunmuş, 7-ci sinif ədəbiyyat dərsliyindən əlavə edilmiş çıxarışlardan görünür ki, sıra ilə 18 və 19-cu səhifələrdən hekayənin kiçik epik əsər olması görünür. Sıra ilə 20-ci səhifədə hekayənin xüsusiyyətləri göstərilmişdir və abituriyentin ədəbiyyat fənni üzrə 88-ci suala verdiyi cavab ilə tamamilə eyni formada və eyni xüsusiyyətlər göstərilir. “Hekayə Epos janrı Kiçik həcm ..." Tapşırıqda abituriyentdən əsərin janrının müəyyən olunması və 2-dən az olmayaraq faktın göstərilməsi tələbi qoyulmuşdur. İddiaçı tərəfindən janr düzgün müəyyən olunmuş (bu cavabdeh tərəfindən də təstiq edildi) və iki fakt (hansı ki, həm DİM tərəfindən tərtib olunmuş qiymətləndirmə meyarında, həm də iddiaçının təhsil aldığı zaman qüvvədə olan dərsliklərdə göstərilib) göstərilmişdir. Nəzərə alınmağı xahiş edilmişdir. Bakı Dövlət Universiteti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müraciətdə qeyd edilən kontekst nəzərə alınmaqla yazılmış suala verilmiş cavabı (Гастроли - выступления в другом городе или в другой стране) kafedrada fəaliyyət göstərən dilçi alimlərlə edilən fikir mübadiləsi nəticəsində tam, dolğun və doğru hesab edilir. Cavabdeh tərəfindən təqdim edilmiş abituriyent İddiaçı (abituriyent kodu: 120788) 08 iyul 2023-cü il tarixində qəbul imtahanında 28 və 88 nömrəli tapşırıqlar üzrə yazdığı yazı işinə ekspert rəyindən görünür ki, 28 nömrəli yazı işində mətndə tünd-qara hərflə verilmiş “qastrol” sözünün mənasını mətnin kontekstinə uyğun olaraq açmaq lazım idi. Eyni zamanda abituriyentin bu sözün birbaşa mənasını açması və mətnlə əlaqələndirməsi nəzərdə tutulur. Abituriyent “qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış” yazmışdır. Amma qastrol sadəcə çıxış deyil, müğənninin, artistin, teatr və ya sirk truppasının tamaşa və ya konsert vermək məqsədi ilə başqa şəhər və ya ölkələrə səfəridir. Abituriyent sözün mənasını tam izah etməmişdir. Belə ki, hər kəs qastrol səfərinə getmir, qastrol səfərinə yalnız sənət nümayəndələri ədəbi-bədii və ya şou proqlamlar təqdim etmək üçün gedirlər. “Qastrol” sözünün izahı tam yazılmadığı üçün yazı işi qiymətləndirmə meyarının “B” bəndinə uyğun olaraq ½ qiymətləndirilmişdir. 88 nömrəli yazı işinin şərtinə əsasən abituriyent verilmiş parçanın janrını göstərməli və ən azı iki faktdan istifadə edərək fikrini əsaslandırmalı idi. Abituriyent fikirlərini verilmiş parçanın aid olduğu janrın fərqləndirici xüsusiyyətlərini yazmaqla əsaslandıra bilərdi. Abituriyent fərqləndirici əlamətlər kimi “7. epos janrı (nəsrlə yazılmış) - bu cavab yanlışdır, çünki hekayə janrını sübut edəcək arqument deyil və nəzərə alsaq ki, "эпос" sözü ilə həm ədəbiyyatın növünü həm də ədəbiyyatın janrını adlandırmaq olar deyə, cavab ikili məna verir. “Kiçik həcmli" cavabı hekayə janrının xüsusiyyəti olduğu üçün doğrudur. Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərsliyinin 2022-ci il nəşrinin 102-ci səhifəsində hekayənin xarakterik cəhətləri göstərilmişdir: - kiçik həcm - çox vaxt qəhrəmanın həyatından bir hadisə təsvir olunur - hadisələr qısa müddətdə baş verir - az sayda obraz - qəhrəmanın xarakteri onun hərəkət və hərəkətləri, digər personajlarla münasibətləri vasitəsilə açılır - müəyyən bir mövzuya əsaslanır - bir əsas məsələni-problemi həll edir - rəvayətçi təsvir olunanla oxucu arasında vasitəçidir Beləliklə, tapşırığın şərtlərinin tələb etdiyi, bu parçanın hekayə olduğunu sübut edən ikinci fakt yoxdur. Qiymətləndirmə meyarının “B” bəndinə uyğun olaraq abituriyent 2/3 bal toplayıb. Abituriyent İddiaçı (abituriyent kodu: 120788) 08 iyul 2023-cü il tarixində qəbul imtahanında 28 və 88 nömrəli tapşırıqlar üzrə yazdığı yazı işinə ekspert rəyinə əlavədən görünür ki, 28 nömrəli yazı işində mətndə tünd-qara hərflə verilmiş “qastrol" sözünün mənasını mətnin kontekstinə uyğun olaraq açmaq lazım idi. Eyni zamanda abituriyentin bu sözün birbaşa mənasını açması və mətnlə əlaqələndirməsi nəzərdə tutulur Abituriyent “qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış" yazmışdır. Amma qastrol sadəcə çıxış deyil, müğənninin, artistin, teatr və ya sirk truppasının tamaşa və ya konsert vermək məqsədilə başqa şəhər və ya ölkələrə səfəridir. Abituriyent sözün mənasını tam izah etməmişdir. Belə ki, hər kəs qastrol səfərinə getmir, qastrol səfərinə yalnız sənət nümayəndələri ədəbi-bədii və ya şou proqlamlar təqdim etmək üçün gedirlər. “Qastrol” sözünün izahı tam yazılmadığı üçün yazı işi qiymətləndirmə meyarının "B" bəndinə uyğun olaraq 1/2 qiymətləndirilmişdir. 88 nömrəli yazı işinin şərtinə əsasən abituriyent verilmiş parçanın janrını göstərməli və ən azı iki faktdan istifadə edərək fikrini əsaslandırmalı idi. Abituriyent fikirlərini verilmiş parçanın aid olduğu janrın fərqləndirici xüsusiyyətlərini yazmaqla əsaslandıra bilərdi. Abituriyent fərqləndirici əlamətlər kimi "7. epos janrı (nəsrlə yazılmış) - bu cavab yanlışdır, çünki hekayə janrını sübut edəcək arqument deyil və nəzərə alsaq ki, “эпос” sözü ilə həm ədəbiyyatın növünü həm də ədəbiyyatın janrını adlandırmaq olar deyə.cavab ikili məna verir. Mötərizədə yazdığı “nəsrlə yazılmışdır" fikri bütün rus ədəbiyyatında epik janrda olan əsərlərə xas olan ümumi bir xüsusiyyətdir. Rus ədəbiyyatında nəsr kimi təsnif edilən ədəbi janrlara tərcümeyi-hal, manifest, hekayə, esse, parabola, hekayə, məsəl, novella, roman, dastan, esse və s. daxildir. Nəsr hekayənin fərqli xüsusiyyəti hesab edilə bilməz, çünki epik növün bütün janrları nəsrdə, eləcə də lirik növün janrlarından biri - “nəsrdə şeir" nəsrdə yazıla bilər. Buna misal olaraq Turgenevin “Rus dili” şeirini göstərmək olar. Beləliklə, abituriyentin 1-ci bənd kimi qeyd etdiyi "epos janrı”, “nəsrlə yazılmışdır” cavabları yalnız hekayəyə məxsus xüsusiyyət olaraq götürülə bilməz. 2. “kiçik həcmli" cavabı hekayə janrının xüsusiyyəti olduğu üçün doğrudur. Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üçün "Ədəbiyyat” dərsliyinin 2022-ci il nəşrinin 102-ci səhifəsində hekayənin xarakterik cəhətləri göstərilmişdir: - kiçik həcm - çox vaxt qəhrəmanın həyatından bir hadisə təsvir olunur - hadisələr qısa müddətdə baş verir - az sayda obraz - qəhrəmanın xarakteri onun hərəkət və hərəkətləri, digər personajlarla münasibətləri vasitəsilə açılır - müəyyən bir mövzuya əsaslanır - bir əsas məsələni-problemi həll edir - rəvayətçi təsvir olunanla oxucu arasında vasitəçidir Beləliklə, tapşırığın şərtlərinin tələb etdiyi, bu parçanın hekayə olduğunu sübut edən ikinci fakt yoxdur. Qiymətləndirmə meyarının “B” bəndinə uyğun olaraq abituriyent 2/3 bal toplayıb. Tam balla qiymətləndirilən və 0,67 balla qiymətləndirilən yazı işləri təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

“İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. X13 publik hüquqi şəxsin Nizamnaməsindən: Azərbaycan Respublikasının X13 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edir; 2.1.3-1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir; Hazırda iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, qəbul olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanacaqdır. İddiaçının tələbi “X13 tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənləri üzrə 28 və 88 nömrəli açıq suallara İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, İddiaçı yekun ballarının yenidən hesablanması hissəsində öhdəliyin icrası haqqında, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi hissəsində məcburetmə növündə iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

İddiaçının tələbi 4 hissədən ibarətdir: -“X13 tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənni üzrə 28 nömrəli açıq tipli suala İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilməsi və maksimum balla qiymətləndirilməsi; - “X13 tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənni üzrə 88 nömrəli açıq tipli suala İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilməsi və maksimum balla qiymətləndirilməsi; - İddiaçı yekun ballarının yenidən - İddiaçı daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi İddiaçının son iki tələbinin uğurluluğu ilkin iki tələbin uğurluluğundan asılıdır. Bu səbəbdən də məhkəmə ilkin olaraq X13 tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənləri üzrə 28 və 88 nömrəli açıq suallara İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi barədə tələbə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 08 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”ndan: 1.4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. [4] 1.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5- 3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X13 (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. 3.1. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. 3.2. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. 3.3. Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır. 3.4. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər. 3.5. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər. 3.6. Buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qəbul imtahanının birinci mərhələsi çərçivəsində tələb edilən xarici dildən imtahan verməlidirlər. 3.7. Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. 3.8. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. İ-İV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir: https://e-qanun.az/framework/34839 3.8.3. İİİ ixtisas qrupu: 3.8.3.1. dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1); 3.8.3.2. tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi əmsal:1); 5.7. Abituriyentlərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına uyğun olaraq, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər. 5.8. Qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis hazırlığında iştirak edən istənilən ali təhsil müəssisəsini seçə bilərlər. 5.9. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır. 5.10. Müsabiqənin nəticələri elan olunduqdan sonra, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Mərkəz tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır. Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”ndan: 2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X3 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. 2.7. Açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. 2.8. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır. 2.9. Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. İddiaçı 08 iyul 2023-cü il tarixində qəbul imtahanında 28 və 88 nömrəli tapşırıqlar üzrə yazdığı yazı işinə ekspert rəyinə əsasən, 28 nömrəli yazı işində mətndə tünd-qara hərflə verilmiş “qastrol” sözünün mənasını mətnin kontekstinə uyğun olaraq açmaq lazım idi. Eyni zamanda abituriyentin bu sözün birbaşa mənasını açması və mətnlə əlaqələndirməsi nəzərdə tutulur. Abituriyent “qastrol - başqa şəhərdə və ya başqa ölkədə çıxış” yazmışdır. Amma qastrol sadəcə çıxış deyil, müğənninin, artistin, teatr və ya sirk truppasının tamaşa və ya konsert vermək məqsədi ilə başqa şəhər və ya ölkələrə səfəridir. Abituriyent sözün mənasını tam izah etməmişdir. Belə ki, hər kəs qastrol səfərinə getmir, qastrol səfərinə yalnız sənət nümayəndələri ədəbi-bədii və ya şou proqlamlar təqdim etmək üçün gedirlər. “Qastrol” sözünün izahı tam yazılmadığı üçün yazı işi qiymətləndirmə meyarının “B” bəndinə uyğun olaraq qiymətləndirilmişdir. 88 nömrəli yazı işinin şərtinə əsasən abituriyent verilmiş parçanın janrını göstərməli və ən azı iki faktdan istifadə edərək fikrini əsaslandırmalı idi. Abituriyent fikirlərini verilmiş parçanın aid olduğu janrın fərqləndirici xüsusiyyətlərini yazmaqla əsaslandıra bilərdi. Abituriyent fərqləndirici əlamətlər kimi "7. epos janrı (nəsrlə yazılmış) - bu cavab yanlışdır, çünki hekayə janrını sübut edəcək arqument deyil və nəzərə alsaq ki, “эпос” sözü ilə həm ədəbiyyatın növünü həm də ədəbiyyatın janrını adlandırmaq olar deyə.cavab ikili məna verir. Mötərizədə yazdığı “nəsrlə yazılmışdır" fikri bütün rus ədəbiyyatında epik janrda olan əsərlərə xas olan ümumi bir xüsusiyyətdir. Rus ədəbiyyatında nəsr kimi təsnif edilən ədəbi janrlara tərcümeyi-hal, manifest, hekayə, esse, parabola, hekayə, məsəl, novella, roman, dastan, esse və s. daxildir. Nəsr hekayənin fərqli xüsusiyyəti hesab edilə bilməz, çünki epik növün bütün janrları nəsrdə, eləcə də lirik növün janrlarından biri - “nəsrdə şeir" nəsrdə yazıla bilər. Buna misal olaraq Turgenevin “Rus dili” şeirini göstərmək olar. Beləliklə, abituriyentin 1-ci bənd kimi qeyd etdiyi "epos janrı”, “nəsrlə yazılmışdır” cavabları yalnız hekayəyə məxsus xüsusiyyət olaraq götürülə bilməz. 2. “kiçik həcmli" cavabı hekayə janrının xüsusiyyəti olduğu üçün doğrudur. Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üçün "Ədəbiyyat” dərsliyinin 2022-ci il nəşrinin 102-ci səhifəsində hekayənin xarakterik cəhətləri göstərilmişdir: kiçik həcm çox vaxt qəhrəmanın həyatından bir hadisə təsvir olunur hadisələr qısa müddətdə baş verir az sayda obraz qəhrəmanın xarakteri onun hərəkət və hərəkətləri, digər personajlarla münasibətləri vasitəsilə açılır müəyyən bir mövzuya əsaslanır bir əsas məsələni-problemi həll edir rəvayətçi təsvir olunanla oxucu arasında vasitəçidir Beləliklə, tapşırığın şərtlərinin tələb etdiyi, bu parçanın hekayə olduğunu sübut edən ikinci fakt yoxdur. Qiymətləndirmə meyarının “B” bəndinə uyğun olaraq abituriyent 2/3 bal toplayıb. Cavabdeh qurum müəyyən etdiyi qiymətləndirmə meyarı əsasında 28-ci sual üzrə yarım balla qiymətləndirilmiş yazı nümunələrini, 88 nömrəli sual üzrə 0,67 balla qiymətləndirilmiş yazı işlərini və hər iki sual üzrə tam balla qiymətləndirilmiş yazı nümunələrini məhkəməyə təqdim etmiş, həmin nümunələr iş materiallarına əlavə edilmişdir. Mübahisələndirilən test tapşırıqları açıq tipli test tapşırıqlarıdır. Cavabdeh tərəfindən həmin sualların və cavabların qiymətləndirmə qaydasının müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanması ilə bağlı məhkəmə qeyd edir ki, inzibati orqanın verdiyi mülahizə onun qiymətləndirmə sərbəstliyi hüdudlarında olmuşdur. Belə ki, qeyd edilən sualların cavablarının tam doğru kimi qiymətləndirilməməsi cavabdeh qurumun qiymətləndirmə sərbəstliyi səlahiyyətlərini aşma hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İİİ qrup üzrə keçirilmiş qəbul imtahanının “C” variantında rus dili və ədəbiyyatı fənləri üzrə 28 və 88 nömrəli açıq suallara İddiaçı tərəfindən verilmiş cavabların tam doğru hesab edilərək maksimum balla qiymətləndirilməsi, İddiaçı yekun ballarının yenidən hesablanması, daxil olduğu ixtisas üzrə dövlət sifarişi əsasında təhsil alması üçün müvafiq əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar