Məhkəmə qərarları › İş №e-2-1(112)-2339/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2339/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2339/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı "Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında yerlləşən ümumi sahəsi 40.50 kv.m olan 2 otaqlı mənzilin qeyriyaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ.Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında yerlləşən ümumi sahəsi 40.50 kv.m olan 2 otaqlı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı (X2) Bakı şəhəri, Nəirmanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 40.50 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədə müqavilədə əks olan hissədə alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. Sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı hazırki tələb ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə hərəkətsizlik göstərilmiş, hər hansı bir cavab verilməmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçının müraciətinə əsasən sözügedən sahəyə yerində baxış keçirilmiş baxış keçirilmiş və müəyyən edilmişdir ki, icra hakimiyyətinin razılığı olmadan iddiaçı tərəfindən yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, yaşayış binasının hüdudlarından kənara çıxmaqla 3,18 kv.m əlavə qeyri-yaşayış sahəsi inşa edilmiş küçədən mənzilə əlavə giriş qapısı açılmış və hal-hazırda obyekt kimi fəaliyyət göstərməkdədir. Müraciət ilə əlaqədar 3.58 kv.m-lik sahə üzrə hüquqmüəyyənedici sənədlərin RİH-ə təqdim edilməsi iddiaçıya bildirilsə də, onun tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə ona icra hakimiyyəti tərəfindən son olaraq xx.xx.2024-cü il tarixli, 5-14/1-P-12-162/2024 nömrəli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən, yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunlu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İİ.İddianın növü və mümkünlüyü 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə iddia ərizəsində göstərilən məsələ ilə bağlı müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

7. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

Bakı şəhəri Nəimanov rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-14/2-P- 12-162/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, mənzilin ümumi sahəsi 40,5 kv.m-dir. Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən yerli baxışla müəyyən edilmiş və tərtib edilmiş plan sxemə əsasən təyinatı dəyişdiriləcəyi sahənin ümumi sahəsi 44,8 kv.m-dir. Sahələr arasında fərq yaradan 3,58 kv.m-dən ibarət torpaq sahəsi üzərində hüuqmüəyyənedici sənədlərin rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə yenidən baxıla bilər. Bakı şəhər İcra Hakimiyyətini Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Nərimanov rayon İcra Haakimiyyətinə ünvanladığı 3-52-13-5/2-P-3-25/24 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərazi üzrə 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən mənzil bir mərtəbəli ümumi həyət tipli evdə yerləşir. Mənzilin ilkin ümumi sahəsi 40,5 kv.m olmuş və sonradan inşa edilmiş əlavə tikililərdən sonra ümumi sahəsi 44,08 kv.m təşkil edir. Mənzildən küçə istiqamətinə doğru qapı açılmış və vitrin pəncərə quraşdırılmışdır. Mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8-də yaşayan İddiaçı məxsus 2 otaqlı mənzilin sxemi MKTB-in 53 saylı MKİS tərəfindən təsdiq edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il taarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında dair Texniki Pasport Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********1 nömrəli arayışından görünür ki, "xxxx" MMC ********** nömrəli VÖEN ilə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmışdır. 01 noyabr 2023-cü il tarixli, 01 nömrəli “icarə müqaviləsi”nə əsasən, bir tərəfdən İddiaçı (bundan sonra “icarəyə verən”), digər tərəfdən "xxxx" MMC (bundan sonra “icarəçi”) olmaqla, icrayə verən ona məxsus ümumi sahəni (Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8) icarəçiyə icarəyə verir.

İV. Məhkəmənin mövqeyi

8.İşin faktiki hallarına əsasən, iddiaçı qanunvericilikdə müəyyən edilmiş qaydada, təqdim edilməsi tələb olunan sənədləri cavabdehə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanın yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın qəbul edilməsini xahiş etmiş, cavabdeh isə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Odur ki iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakı göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab edir.

9.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən:

10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır.. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə.

9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən:

3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət; 3.0.10. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcmfəza quruluşuna malik olan tikinti obyekti; 3.0.17. tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpası; 3.0.19. tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi; 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 3.0.22. buraxılış-sazlama işləri – obyektlərdə quraşdırılmış texnoloji avadanlıqların və ya mühəndis-kommunikasiya təminatı xətlərinin istismara hazır vəziyyətə gətirilməsi; 3.0.32. inşaat konstruksiyası – bina və ya qurğularda müəyyən yükdaşıyıcı, qoruyucu və (və ya) estetik funksiyaları yerinə yetirən hissələr; 3.0.37. mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları; 3.0.39. yükdaşıyan konstruksiyalar – tikinti obyektlərinin etibarlılığını (dayanıqlığını və möhkəmliyini) təmin edən konstruksiya sistemi;

9. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh sözügedən məcəllənin 20.2-ci maddəsində göstərilən halların olmamasına baxmayaraq, iddiaçının müraciəti təmin etməmişdir. Belə ki, mübahisəli sahə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, yuxarıda təsvir edilən icarə müqaviləsi əsasında sözügedən sahə "xxxx" MMC-yə icarəyə verilmiş, həmin MMC-də öz növbəsində mübahisəli ünvanda vergi uçotuna alınmışdır. İddiaçı tərəfindən mənzilin texniki pasportu təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş layihənin (texniki pasport) ictimai təhlükəsizliyə, ekoloji balansın qorunmasına və ətraf mühitə ziyan vurması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün, iddiaçının müraciətindən imtinası obyektiv yanaşmadan uzaq hesab edilir. Belə ki, icra hakimiyyətinin imtinasının və həmin imtinanın arqumentlərinin hüquqi bazaya söykənməməsi, onun mövqeyinin qeyri-qanuni olduğunu göstərir. Bundan əlavə, yerli icra hakimiyyətinin qəbul etdiyi imtina qərarı hüquqi əsasdan məhrumdur və qanunvericilikdə nəzərdə tutulmuş prosedurların pozulması ilə nəticələnir. Qanunvericiliyin tələblərinə tam uyğun olaraq bütün sənədlər təqdim edildiyi halda, yerli icra hakimiyyətinin əsassız imtinası mülkiyyət hüququnun pozulması deməkdir. Müraciət edilən layihənin ictimai təhlükəsizlik, sanitar-gigiyenik və şəhərsalma normalarına tam uyğun olması nəzərə alınaraq, icra hakimiyyətinin qərarı obyektiv və qanuni sayıla bilməz. Bundan əlavə məhkəmə onuda qeyd edir ki, hazırki mübahisənin yaranmasına əsas olmuş cavabdehin mövqeyi, iddiaçının qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneə yaradır və iqtisadi fəaliyyətini məhdudlaşdırır. Əlavə olaraq, sahənin qeyri-yaşayış sahəsinə çevrilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi inkişafın dəstəklənməsinə töhfə verilməsi ilə nəticələnir, cavabdeh tərəfindən isə bu imkanın qarşısı alınmışdır.

10.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 40.50 kv.m olan 2 otaqlı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncamın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 16.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,33, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 21, mənzil 8 ünvanında yerlləşən ümumi sahəsi 40.50 kv.m olan 2 otaqlı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncamın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar