Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2348/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ iddiaçının müraciət etdiyi 14 may 2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcüd olan 5 illik tələbetmə müddəti keçməmiş 240 234,01 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının müraciət etdiyi 14 may 2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcüd olan 5 illik tələbetmə müddəti keçməmiş 240234,01 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********200075 saylı qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 21 may 2021-ci il tarixli **********142128 saylı Səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. Yoxlama ilə MTK tərəfindən ƏDV üzrə 762 770,29 manat və mənfəət vergisi üzrə 216,08 manat azaldılması, eyni zamanda MTK-nin lisenziyasız fəaliyyətdən 706.268,79 manat qanunsuz xalis gəlirinin əldə edilməsi müəyyən edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 30 iyun 2021-ci il tarixdə **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərarla MTK-ya ƏDV üzrə 762.770,29 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 381.385,15 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 216,08 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 108,04 manat maliyyə sanksiyası, ümumilikdə 762.986,37 manat əlavə vergi hesablanmış və 381.493,19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixli **********147921 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********147921 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2- 1(103)280/2023 nömrəli qərarı ilə cavabdeh vergi orqanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, cavabdeh vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-1848/2023 nömrli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(103)- 280/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Ali Məhkəmənin sözügedən qərarının icrası nəticəsində iddiaçıya hesablanmış və şəxsi hesab vərəqəsində mövcud olan vergi borcları 28 dekabr 2023-cü il tarixdə azaldılmış və iddiaçıda 240.318,01 manat məbləğində artıq ödəməsi yaranmışdır. Belə ki, 14 may 2024cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 240.234,01 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” 3 ədəd ərizələr ilə vergi orqanına müraciət etmişdi. Lakin vergi orqanı 16 iyul 2024-cü il tarixli **********128700 nömrəli cavab məktubu ilə müraciətin güya araşdırıldığını və nəticəsi barədə müvafiq tədbirlər görüləcəyini bildirirək vergilərin qaytarılmasından imtina etmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, vergi orqanının imtina məktubu əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 240.234,01 artıq ödənilmiş vergilər ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalıdır. İddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcları olmadığı üçün həmin borcların ödənilməsinə və razılığı olmadığı üçün gələcəkdə yarana biləcək vergi öhdəliklərinə yönəldilə bilinməzdir ki, məhz bu səbəbdən də ərizə ilə müraciət etdiyi 14 may 2024-cü il tarixdən 45 gün ərzində qaytarılmalı idi. Artıq ödəmənin qaytarılması üçün nəzərdə tutulmuş 45 günlük müddətin sonuncu günü 28 iyun 2024-cü il tarixə təsadüf edir ki, həmin gündən sonrakı hər ötürülmüş günə görə qaytarılması tələb edilən 240.234,01 manat artıq ödəmənin 0.1 faizi miqdarında faiz hesablanaraq ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Eyni zamanda, yuxarıda adıçəkilən Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qeyd edilən Qaydaların 5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. Maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Maliyyə orqanları tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara artıq ödəmənin qaytarıldığı barədə 5 gün müddətində məlumat verilir. Dövlət büdcəsinin mədaxili büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləği qədər azaldılır. "xxxx" MTK mənzil tikinti fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən səyyar vergi yoxlaması keçirilmiş, 1.144.479,56 manat məbləğində vergi hesablanılmışdır. xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən 244.473,40 manat vaxtı ötmüş borc məbləği şəxsi hesab vərəqəsindən silinmişdir. Ali Məhkəmənin qərarına əsasən xx.xx.2023-cü il tarixdə SYV qərarı ləğv olunmuş və hesablanmış 1.144.479,56 manat məbləğ şəxsi hesab vərəqəsindən azaldılmışdır. Bu zaman xx.xx.2022-ci il tarixdə silinmiş olan 244.473,40 manat vaxtı ötmüş borc məbləği qədər vergilər üzrə şəxsi hesab vərəqəsində artıq ödəmə yaranmışdır. İddiaçının şəxsi hesab vərəqəsi (faiz hesablanması məqsədləri üçün) üzrə aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə mövcud olmuş və silinmiş borcun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” xx.xx.2023-cü il tarixli Qərara əsasən aparılmış azalma əməliyyatı nəticəsində cari tarixdə faktiki mövcud olmaması, yəni, keçmişdə silinmiş borcun həmin silinmə tarixindən sonra, lakin vergi dövrü həmin silinmə tarixindən əvvəlki dövrü əhatə edən azalma əməliyyatları səbəbindən süni artıq ödəmə yarandığı müəyyən edilmişdir. Başqa sözlə, xx.xx.2022-ci il tarixdə həmin tarixə mövcud olmuş və silinmiş 244.473,40 manat borc bu gün həmin tarixə baxılan zaman bu məbləğdən azdır.
4. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, cavabdeh vergi orqanının ilk məhkəmə iclasında çıxışı və bəyan etdiyi çaşdırıcı mövqeyini nəzərə alaraq iddia ərizəsinin daha detallı izah edilməsi və cavabdehin mövqeyninin səhv və əsassız olmasını sübut etmək məqsədi ilə iddia ərizəsinə əlavənin yazılmasına zərurət yaranmışdır. İddiaçının aşağıda qeyd edilən şəxsi hesab vərəqəsindən çıxarışa baxdıqda görünür ki, iddiaçının 30 iyun 2021-ci il tarixə kimi vergi borcu olmamış, əksinə 634,02 manat məbləğində artıq ödəməsi olmuşdur. Daha sonra, iddiaçı yenidən müraciət edərək məhkəmə qərarı ilə 277 486,99 manat silinməli olduğu halda, məhkəmə qərarı səhv olaraq yalnız 244 473,40 manat hissədə icra edildiyi bildirmişdir. Cavabdeh vergi orqanı 28 iyun 2022-ci il tarixli **********234100 nömrəli məktubla cavab verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)-2126/2021 nömrəli qərarının icrası vergi orqanı tərəfindən təmin edilərək, məhkəmə qərarı ilə təmin edilmiş 364 414,44 manat məbləğin 119 938,04 manatı xx.xx.2019-cu il, 244 473,40 manatı isə xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinmişdir. Beləliklə, aydın olur ki, 6 aprel 2022-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsi üzrə azalma verilmiş 244 473,99 manat hər hansı 5 illik tələbetmə müddətin keçməsi (vergi orqanı şəxsi hesab vərəqəsində əməliyyatın adında 5 illik tələbetmə müddətin keçməsini göstərmişdir) ilə bağlı deyil, Ali Məhkəmənin qərarının icrası ilə bağlı olmuşdur. Həmçinin, qeyd edirik ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 iyun 2021-ci il tarixli **********147921 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********147921 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2- 1(103)- 280/2023 nömrəli qərarı ilə cavabdeh vergi orqanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, cavabdeh vergi orqanı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-1848/2023 nömrli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2- 1(103)-280/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Ali Məhkəmənin sözügedən qərarının icrası nəticəsində iddiaçıya hesablanmış və şəxsi hesab vərəqəsində mövcud olan vergi borcları 28 dekabr 2023-cü il tarixdə azaldılmış və iddiaçıda 240 318,01 manat məbləğində artıq ödəməsi yaranmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, 30 iyun 2021 -ci il tarixə qədər iddiaçının vergi borcu olmamış, daha sonra 30 iyun 2021-ci il tarixdə yoxlamanın nəticəsi üzrə 1 143 708,82 manat vergi borcu hesablanır, sonra 6 aprel 2022-ci il tarixdə birinci Ali Məhkəmə qərarın icrası nəticəsində 244 473,40 manat vergi borcu silinir, yekunda isə ikinci Ali Məhkəmə qərarın icrası nəticəsində yoxlamanın nəticələri üzrə hesablanmış 1 143 708,82 manat vergi borcu silinir və nəticə etibarı ilə 240 318,01 manat artıq ödəmə yaranır. Belə ki, 14 may 2024-cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 240 234,01 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” 3 ədəd ərizələr ilə vergi orqanına müraciət etmişdi. Lakin vergi orqanı 16 iyul 2024-cü il tarixli **********128700 nömrəli cavab məktubu ilə müraciətin güya araşdırıldığını və nəticəsi barədə müvafiq tədbirlər görüləcəyini bildirirək vergilərin qaytarılmasından imtina etmişdir. Halbuki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, vergi orqanının imtina məktubu əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 240 234,01 artıq ödənilmiş vergilər ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalıdır.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddiaçıya imtina cavabı vermiş,iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Faktiki hallar və sübutlar
Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2-1(102)-2126/2021 nömrəli qərarına əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1916/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1916/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vidadi Məmmədov) qərarına əsasən, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, birinci inctansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MTK-nın şəxsi hesab vərəqəsi üzrə cari fəaliyyəti nəticəsində 277.486,99 manat məbləğində yaranmış artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsinin (silinməsinin) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. 30 iyun 2021-ci il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan görünür ki, yoxlamanın nəticəsi üzrə iddiaçıya ƏDV üzrə 762 770,29 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 381 385,15 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 216,08 manat əlavə vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 108,04 manat maliyyə sanksiyası, ümumilikdə 762 986,37 manat əlavə vergi hesablanmış və 381 493,19 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, iddia təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147921 saylı qərarı ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2- 1(103)-280/2023 nömrəli qərarına əsasən, cavabdeh vergi orqanın apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli 2-1(102)-1848/2023 nömrli qərarına əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-280/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MTK-ya ünvanlandığı 16 iyul 2024-cü il tarixli, **********128700 nömrəli məktubunda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyət sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Qeyd edilənlərə əsasən iddiaçının iqtisadi göstəriciləri Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə tədbirlər görüləcəkdir.
Məhkəmənin mövqeyi.
8. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 65.9. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1.Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanına əsasən: 1.2. 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin bundan sonra – büdcəyə artıq ödəmələr məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi X2nə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.
12. İşin faktiki hallarına əsasən, iddiaçı artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı cavabdeh vergi orqanına müraciət etmiş və ərizədə “Artıq ödəmənin adı” kimi X2, “Artıq ödəmənin yaranma səbəbi” kimi Ali Məhkəmənin qərarının icrası nəticəsində, “Artıq ödəmənin məbləği” kimi isə 240 234,01 manat göstərilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, iddiaçının müraciət etdiyi 14 may 2024-cü il tarixə faktiki olaraq 240 234,01 manat artıq ödəməsi mövcud olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində əks etdirilmiş vergi borcları Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1916/2021 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarlarının icrası nəticəsində cavabdeh tərəfindən silinmişdir (azaldılmışdır), 28 dekabr 2023-cü il tarixdə iddiaçının artıq ödəməsi bərpa edilmişdir. Cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsi üzrə yarandığı artıq ödəmənin süni olaraq yarandığını dəlil kimi bildirir. Halbuki, iş materiallarından göründüyü kimi, iddiaçının 2019-cu ildə cari fəaliyyət nəticəsində 277486,99 manat artıq ödəməsi yaranmışdır. Cavabdeh tərəfindən artıq ödəmələrin məhkəmə qətnaməsi ilə təmin edilmiş əmlaka yönəldilən borcla əvəzləşdirilməsi (silinməsi) qanunsuz hesab edilərək, silinmiş məbləğlərin bərpa edilməsi və məhkəmə qətnaməsi ilə əmlaka yönəldilən borcun (vergi orqanının 5 illik müddətin keçməsi ilə bağlı sildiyi borcdan başqa) qalan hissəsinin ümidsiz borc kimi silinməsi barədə iddiaçının iddia tələbi Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1916/2021 nömrəli Qərarı ilə təmin edilmişdir. Bundan başqa iddiaçıya 30 iyun 2021-ci il tarixli **********147921 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə əlavə hesablanmış əsas vergi məbləği və maliyyə sanksiyası (ümumilikdə 1144479,56 manat ) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8794/2021 saylı 24 dekabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir.
13. Beləliklə, məhkəmə qeyd edir ki, 14 may 2024-cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 240 234,01 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdi. Lakin cavabdeh vergi orqanı artıq ödənilmiş verginin qaytarılmasını təmin etməmiş, artıq ödəmənin mövcud olmamasını, süni yarandığını bildirsədə, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
14. Beləliklə, iddiaçının 14 may 2019-cu il tarixinə vergilər üzrə dövlət büdcəsinə 240 234,01 manat artıq ödənişi olduğu halda, cavabdeh Vergi Məcəlləsinin 87, 87.1.2-ci maddələrinin tələblərini pozaraq iddiaçının razılığı olmadan həmin artıq ödəniş məbləğindən iddiaçının yaranmış olduğu sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid etmişdir ki, bu da qanunun sözügedən müddəalarına ziddir.
15. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinə əlavə edilmiş vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin 2-1(102)-1668/2020 saylı 5 avqust 2020-ci il tarixli və 2-1(102)-1315/2021 saylı 14 iyul 2021-ci il tarixli Qərarlarında artıq ödənilmiş vergi məbləğlərin vergi ödəyicisinin razılığı olmadan sonrakı yaranmış olduğu öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi ilə bağlı öz hüquqi mövqeyini bəyan etmişdir.
16. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, cavabdeh vergi orqanının artıq ödənilmiş verginin qaytarılmaması kimi hərəkətsizliyi əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 240 234,01 artıq ödənilmiş vergilər ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılması təmin edilməlidir.
17. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə görə, vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2.-ci bəndinə əsasən, vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir.
18. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən Qaydaların tələblərinə uyğun olaraq qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Qaydaların 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş artıq vergilərin qaytarılması barədə müraciət etmişdi. Cavabdeh vergi orqanı isə onun ərizəsi üzrə heç bir araşdırma aparmadan və qanuna müvafiq tədbirlər görmədən müraciətin araşdırıldığı və nəticəsi barədə müvafiq tədbirlər görüləcəyini bildirərək iddiaçının ərizəsini təmin etməmişdir.
19. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Qanunun 32.2-ci maddəsinə müvafiq olaraq isə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun qeyd olunan normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Lakin inzibati orqan yuxarıda sadalanan normaların tələblərinə zidd olaraq iddaçının ərizəsi üzrə heç bir araşdırma aparmadan əsassız və qanunsuz olaraq cavab məktubu təqdim edərək yalnız formal səbəblərə (güya müraciətin araşdırıldığı və nəticəsi barədə müvafiq tədbirlər görüləcəyinə) istinad edilməsi ilə kifayətlənmiş və iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması ilə bağlı müvafiq rəyin verilməsindən imtina etmişdir.
20. Məhkəmə qeyd edir ki, işə əlavə edilmiş iddiaçının şəxsi hesab vərəqəsində iddiaçının cavabdehə müraciət etdiyi 14 may 2024-cü il tarixdə 240 234,01 manat artıq ödəməsinin olması görünür. Bu hal cavabdeh vergi orqanı tərəfindən də mübahisələndirilmir. Cavabdeh hazırkı halda iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədəki məbləğlərin onun tərəfindən bu ərizədən sonrakı tarixlərdə cari bəyannamələr təqdim edilərək büdcəyə hesablanmış vergilərin ödənilməsinə aid edildiyini və hal-hazırda iddiaçının dövlət büdcəsinə artıq vergi ödəməsinin azaldığını bildirmişdir.
21. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı əsaslı olduğu halda həmin tələbdən doğan hər gecikdirilmiş günlərə görə 0,1 faizi məbləğində faizin ödənilməsi tələbi də əsaslı hesab edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Eyni zamanda, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 6.1-ci bəndinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.
22. Məhkəmə hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcları olmadığı üçün həmin borcların ödənilməsinə və razılığı olmadığı üçün gələcəkdə yarana biləcək vergi öhdəliklərinə yönəldilə bilinməzdir ki, məhz bu səbəbdən də ərizə ilə müraciət etdiyi 14 may 2024-cü il tarixdən 45 gün ərzində qaytarılmalı idi. Artıq ödəmənin qaytarılması üçün nəzərdə tutulmuş 45 günlük müddətin sonuncu günü 28 iyun 2024-cü il tarixə təsadüf edir ki, həmin gündən sonrakı hər ötürülmüş günə görə qaytarılması tələb edilən 240 234,01 manat artıq ödəmənin 0.1 faizi miqdarında faiz məbləği iddiaçıya hesablanaraq ödənilməlidir.
23. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 14 may 2024-cü il tarixdə ərizələr ilə müraciət etdiyini nəzərə alaraq 45 günlük müddətin sonuncu günü, yəni 28 iyun 2024-cü il tarixdən sonrakı gündən şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 240 234,01 manat artıq ödəməni geri qaytarıldığı günədək hər gecikdirilmiş günə görə 0.1 faiz miqdarında faiz məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vergi qanunvericiliyinin tələblərinə tam uyğundur..
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
25. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı (inzibati orqan) iddiaçının müraciətini təmin etməməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.1. İnzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.
27. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının müraciət etdiyi 14 may 2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcüd olan 5 illik tələbetmə müddəti keçməmiş 240 234,01 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır.
28. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
30. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı müraciət etdiyi 14 may 2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcüd olan 5 illik tələbetmə müddəti keçməmiş 240 234,01 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova