Məhkəmə qərarları › İş №e-2-1(112)-2350/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2350/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2350/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən sahəsi 746 kv.metr olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə notarial qaydasında bağlanmış AN-1 ******* №-li alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini almışdır. Evə yeni xx.xx.2012-ci il qeydiyyat tarixli RX seriyalı ******* №-li Çıxarış verilərkən isə evin ünvanı ünvan 3di yaşayış evini alarkən evin yerləşdiyi 746 kv..metr torpaq sahəsi də iddiaçının sahibliyinə verilmiş, torpağa dair Texniki pasport da tərtib olunmuşdur. Sahibliyində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-26967/2024 **********67№-li bildirişlə torpaqğa dair mülkiyyət hüquqularının qeydiyyata alınmasından imtina olunmuşdur. İmtina kimi səbəb torpağa dair ilkin Texniki pasportda evin nömrəsi 79 kimi göstərilmiş, hüquq sahibi kimi X10 adı qeyd edilmişdir. Cavabdehin imtinası tamamilə əsassızdır. Belə ki, cavabdehin öz arxivindən evin yerləşdiyi torpaq sahəsinə dair alınmış səndələrlərdən müəyyən olunur ki, həmin torpaq sahəsinə dair Azərbaycan SSRİ-nin Mənzil Kommunal Təsərrüfat nazirliyi tərəfindən aprel 1964-cü il tarixlə Texniki pasport tərtib edilmişdir. Bakı şəhəri, Sabnçu rayonu, Bilgəh qəsəbəsi, Sahə küçəsi ev 113 №-li dair AR Ədliyyə nazirliyi Dövlət Notariat Arxivindən alınmış vərəsəliklə bağlı notariat işinin surətindən görünür ki, əvvələr 113 № kimi olmuş, sonradan isə 79 nömrə kimi qeydə alınmış fərdi yaşayış evin mülkiyyəçisi X28 olmuşdur. Fərdi evin yerləşdiyi torpaq sahəsinin istifadəçisi kimi isə X17 arvadı Məlikli (Məlikəli) İzran Soltan qızı göstərilmişdir (Mənzil Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1964-cü il tarixli Texniki Pasport). 113 №-li fərdi yaşayış evi vərərəsəliə X2 və ona da həmin evə dair MA seriyalı ******* №-li Çıxarış verilmişdir. xx.xx.2012-ci il tarixdə notarial qaydasında AN-1 ******* №-li alqı-satqı müqaviləsi bağlanılanandan sonra alqı-satq predmeti olmuş 79 №-li evə dair iddiaçıya verilən RX seriyalı ******* №-li Çıxarışda evin №-si 113, yerləşdiyi ünvan isə ünvan 4rdi evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına texniki pasport tərtib edilərək verilmişdir ki, həmin pasportda fərdi yaşayış evinin və istifadədə olan torpaq sahəsinin dəqiq ölçüləri qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********67 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim edilmiş texniki pasportdakı fərdi yaşayış evinin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin həmin pasportda evin nömrəsi “79” kimi göstərilmiş, hüquq sahibi kimi isə X8 adı qeyd edilmişdir. Habelə, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən çıxarışa əsasən Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 113 nömrəli fərdi yaşayış evi X20 məxsus olmuşdur. -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, həmin pasport Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 79 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin texniki parametr göstəricilərini əks etdirmişdir. Texniki pasport X11 (doğum haqqında şəhadətnaməyə əsasən adıçəkilən şəxs Əsədulla Məliklinin anası olmuşdur) adına tərtib olunmuşdur. -xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1960-cı il tarixdə vəfat etmiş vərəsəsi X21 vərəsələri Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, ev 79-da yaşayan övladları X12 və X23 miras əmlakdan bərabər payda irs almalıdır. Miras əmlakı: ünvan 12nda yerləşən fərdi yaşayış evidir. -Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən X3 qəsəbəsi, 79 №-li ünvanda yaşayır. Həqiqətən həmin ed babası X22 məxsus olmuşdur və həmin evin keçmiş nömrəsi Bilgəh qəsəbəsi 113 saylı ev olmuşdur. -MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 12nda yerləşən fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,0746 ha torpaq sahəsi X4 istifadəsindədir. -xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi sahəsi küçəsində yerləşən 26,2 kv.m yardımçı sahə, 22.2 kv.m yaşayış sahə, 48,4 kv.m ümumi sahədən yerləşən 2 (iki) yaşayış otağından ibarət 113 nömrəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. -RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 12nda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,0746 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən ünvan 2 ünvanı ünvan 7 edir. ünvan 12na Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 8 ünvan rekviziti təyin edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən qeyd olunan ünvan 6 kv-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir və xətt ilə ünvan arasında məsafə 5 metr təşkil edir. -Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 10 ünvanında halhazırda X23, X18, X24 və X37 qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olub, vəfat edən və qeydiyyatdan çıxanlar X12, X14, X19, X7, X15 və X25r. -Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli, 74 saylı məktub göndərilmişdir. Nümayəndəlikdə arxiv məlumatları olmadığı üçün məhkəməyə yanlış olaraq göndərilən məktubda 28 may küçəsi (keçmiş 28 aprel küçəsi) ev 79 ünvanı ilə Bilgəh qəsəbəsinin Sahə küçəsi, ev 113 ünvanının eyni olmaması qeyri-mümkünlüyü qeyd olunmuşdur. Lakin sözügedən torpaq sahəsinin vəkili Vəkil nümayəndəliyə müraciət edərək bildirmişdir ki, torpağın Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan sənədlərdən (texniki pasport və s.), həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, ünvan 2 ünvanı ünvan 11il edir. Ünvanla bağlı məsələlər Əmlak Məsələləri Dövlət Xidmətinə aid edildiyindən həmin qurumun verdiyi sənəd mötəbər hesab edilir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü və 8.0.8-ci maddəsindəki sənədlərə uyğun gəlir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymır və aşağıdakıları bildirir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan iş materiallarında əks olunan sənədlərdən göründüyü kimi, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini mülki-əqd əsasında X12 ilə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Hal-hazırda iddiaçı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək məqsədini güdür. Lakin cavabdeh, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından aşağıdakı əsaslara görə imtina edir: -Texniki pasportda olan fərdi yaşayış evinin mövcud olmaması, -Fərdi yaşayış evinin nömrəsinin 79, hüquq sahibinin isə X8 adı ilə qeyd edilməsi, -Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına daxil olması. Məhkəmə, cavabdehin texniki pasportda göstərilən məlumatlar və fərdi yaşayış evinin mövcud olmaması ilə bağlı irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanı faktiki olaraq ünvan 12 ilə tam eynilik təşkil edir. Yəni fərdi yaşayış evinin yalnız rekvizit məlumatları dəyişmişdir ki, bu da texniki pasportda göstərilən 79 nömrəli evin əslində 113 nömrəli ev olmasının hüquqi əsasını təsdiq edir. Cavabdeh isə, məlumat bazasında hər iki ünvanın eyni fərdi yaşayış evinə aid olduğunu nəzərə almadan, yalnız formal imtina əsasında çıxış edərək, texniki pasportda göstərilən fərdi yaşayış evinin mövcud olmadığına istinad etmişdir. Əlavə olaraq, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair pasportda hüquq sahibinin İ.S.Məlikəli qızının olması da iddiaçının ziyanına şərh edilmir. Belə ki, mövcud arxiv sənədləri göstərir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən çıxarışa əsasən X20 məxsus olmuşdur. Texniki pasportda qeyd olunan şəxs isə onun arvadı X26 olmuşdur. Faktiki olaraq, həmin fərdi yaşayış evi və ona aid torpaq sahəsi eyni şəxsə məxsus olmuşdur və onların hər ikisi vəfat etdikdən sonra həmin fərdi yaşayış evi X1. İddiaçı ilə A.Ə.Məlikli arasında bağlanmış alqı-satqı müqaviləsi, hazırda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Məhkəmə qeyd edir ki, həmin müqavilə qüvvədən düşməmiş, geri çağrılmamış və ya hüquqi baxımından etibarsız hesab edilməmişdir. Müqavilənin etibarlı olması torpaq sahəsinin həmin dövrdə qanuni əsaslarla A.Ə.Məliklinin istifadəsində oluğunu təsbit edən hüquqi təminatlardan biri qismində çıxış etmir. Qeyd edilməlidir ki, göstərilən dövrdə torpaq sahəsi A.Ə.Məliklinin qanuni istifadəsində olmuşdur. Bununla belə, onun həmin torpaq sahəsinə dair hüquqları artıq digər şəxslərə keçmişdir və bu hüquq keçidi A.Ə.Məliklinin öz iradəsi əsasında həyata keçirilmişdir. Belə ki, X12 fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmaqla, əmlaka dair hüquqlarından könüllü imtina etmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsi isə bu hüquqi vəziyyətin əsasını təşkil edir. Həmin maddənin müddəalarına əsasən, hər hansı tikilinin satışı həyata keçirildiyi təqdirdə, bu tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ avtomatik olaraq alıcıya keçir və bu norma həm əmlak hüquqlarının vahidliyini, həm də torpaq üzərindəki hüquqların tikiliyə bağlılığını təmin edir. Əlavə olaraq, alqı-satqı müqaviləsi çərçivəsində tərəflərin hüquq və öhdəlikləri də qanunvericiliyə uyğun olaraq formalaşır ki, bu da torpaq üzərində olan hüquqların alıcının mülkiyyətinə keçməsinin hüquqi əsasını gücləndirir. Həmçinin nəzərə alınmalıdır ki, tikiliyə dair mülkiyyət hüququ, onun altında olan torpaq sahəsinə də şamil edilir, çünki tikilinin funksional istifadəsi üçün torpaq sahəsi zəruridir. X12 fərdi yaşayış evinin satması ilə bağlı bağladığı alqı-satqı müqaviləsi, öz hüquqlarından açıq və birmənalı şəkildə imtina etməsi kimi qiymətləndirilməlidir. Bu hüquqi akt həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq, bağlanmış mülkiyyət münasibətləri çərçivəsində alıcının mülkiyyət hüquqlarını təsbit edir. Beləliklə, hüquqların iradə ifadəsi ilə digər şəxslərə keçməsi, qanunvericiliyin tələbləri ilə tam uyğun gəlir və tərəflərin hüquqi vəziyyətinin düzgün müəyyən edilməsini təmin edir. Məhkəmə cavabdehin digər imtina əsası (torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi) ilə bağlı qeyd edir ki, torpaq sahəsinin ayrıldığı vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin, 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 628/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.” Analoji hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)-864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə göstərilənləri rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən sahəsi 746 kv.metr olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar