Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2351/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən (2004- 2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə) pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi, o cümlədən hazırki inzibati işin mahiyyəti üzrə məhkəmə qərarı qəbul edilən tarixədək qeyd olunan pensiya hesablaması nəticəsində yaranmış fərqin birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı iddia ərizəsi təmin edilərək X1 xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhlə fakultəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərarının «Müəyyən etdi» hissəsinin 2-ci abzası, 5-ci səhifəsinin 9-cu abzası və «Qərara aldı» hissəsindəki «2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi» söz birləşməsi «2008-ci ildən pensiyanın hesablanıb birdəfəlik ödənilməsi» söz birləşməsi kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 907/2013 saylı 27 iyun 2013-ci il tarixli qərardadından və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-899/13 saylı 10 oktyabr 2013-cü il tarixli qərardadından aydın olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-170/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Lakin Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (keçmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunu) (bundan sonra - inzibati orqan) 10/1006 saylı xx.xx.2014-cü il tarixli və 10/642 saylı xx.xx.2011-ci il tarixli məktublarında İddiaçı xx.xx.2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin pensiyanın məbləği - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2010-cu il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq xx.xx.2006-cı il tarixə olan əmək stajı əsasında xx.xx.2010-cu il tarixdən hesablanaraq ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13780/2023 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və 27.1-ci maddələrinə əsasən pensiyanın hesablanmasını xahiş etmişdir. Buna uyğun olaraq, Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-147137/2023 nömrəli məktubda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məlumat verilmişdir. A.X2 xx.xx.2023-cü il tarixli müraciəti isə inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-182103/2023 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən iddiaçıya keçmiş müddət üçün ödənilən pul vəsaitinin məbləği və hansı dövrləri əhatə etməsi barədə məlumat verilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuş, beləliklə də xx.xx.2008-ci il tarixdə 55 yaşı tamam olmuşdur. İnzibati icraat materiallarına əsasən, iddiaçıya ilk dəfə 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)- 170/2013 nömrəli qərarı ilə İddiaçı 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Fondun Qaradağ rayon şöbəsinə həvalə edilmiş və qərarda pensiyanın hesablanması qaydası ilə bağlı hər hansı tələb göstərilməmişdir. Qeyd edilən qərar qüvvəyə mindikdən sonra İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üzrə məbləğ ödənilmiş, beləliklə də məhkəmə qərarı icra edilmişdir. Həmin qərarın icra edilməsi İddiaçı cavabdeh Fondun Qaradağ rayon şöbəsinə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-1586/2017 nömrəli qərarının əsaslandırıcı hissəsindən də görünür. Belə ki, sözügedən qərarın əsaslandırıcı hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Digər tərəfdən isə iddiaçı artıq icra olunmuş qərara izah verilməsini tələb edir ki, qanunvericiliyə görə də bu yolverilməzdir. Qərarın icra olunduğu onunla təsdiq olunur ki, cavabdeh artıq iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-170/2013 nömrəli qərarına əsasən ödəməli olduğu pensiyanın məbləğini və keçmiş dövr üçün ödənilməli olan məbləği müəyyən etmiş, eləcə də keçmiş dövr üçün olan məbləği hissələr halında aylıq ödəməyə başlamışdır.” Məlum olduğu kimi inzibati məhkəmənin iş üzrə qəbul edəcəyi qərarın əsaslandırma hissəsində aydınlaşdırmalı olduğu ilk məsələlərdən biri iddianın mümkünlüyüdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlüklə bağlı məsələlər bütün hallarda məhkəmənin xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu isə onunla əlaqədardır ki, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün şərtlər də adlandırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Hazırkı iş üzrə verilən iddiaya gəldikdə isə xüsusi mümkünlük şərtlərindən biri olan iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) də məhkəmə tərəfindən araşdırılmalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 N°-li qərarında da qeyd olunduğu kimi, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qərarın 6-cı maddəsinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci maddəsinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hesab edirik ki, hazırkı iş üzrə iddia tələbi birbaşa 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-170/2013 nömrəli qərarının düzgün icra edilib-edilməməsini mübahisələndirdiyindən işə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. İPM-in 116-cı maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İPM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1- ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçının tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-170/2013 nömrəli qərarının icrası ilə bağlı olduğundan yenidən iddia icraatında baxıla bilməz. Bildiririk ki, sözügedən qərar Fondun Qaradağ rayon şöbəsi tərəfindən icra edilmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Cavabdeh orqanın iddiaya xx.xx.2024-cü il tarixli etiraza əlavəsi məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və 27.1-ci maddələrinə əsasən pensiyanın hesablanmasını xahiş etmişdir. Buna uyğun olaraq, Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-147137/2023 nömrəli məktubda İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında məlumat verilmişdir. A.X2 xx.xx.2023-cü il tarixli müraciəti isə inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-182103/2023 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən iddiaçıya keçmiş müddət üçün ödənilən pul vəsaitinin məbləği və hansı dövrləri əhatə etməsi barədə məlumat verilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini məhkəmədən xahiş etmişdir. Mərkəzi Filialın qeyd edilən məktublarından da göründüyü kimi, İddiaçı xx.xx.2016-cı il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına görə onun əmək pensiyası Fondun Qaradağ rayon şöbəsi tərəfindən yenidən hesablanaraq 216,60 manatdan 338,66 manata (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 587,11 manat) artırılmışdır. Bu zaman yenidən hesablamanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi təşkil etmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən İddiaçı münasibətdə ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində sonradan qeydə alındığından növbəti illərdə əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-5695/2023 nömrəli qərarından da aydın olur ki, iddiaçının əmək pensiyası xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək 537,29 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 598,54 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 618,89 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 728,98 manat, xx.xx.2023-cü il tarixdən isə 842,31 manat məbləğində təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası sığorta və yığım hissəsindən ibarətdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə ahnmış pensiya kapitalıdır (bu Qanunun 27- ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun 1.0.8ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Ən son aparılmış yenidən hesablanma zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı işdən azad olmağı ilə əlaqədar onun işləyən əmək pensiyaçısı olduğu dövrdə 8159,79 manat sığorta kapitalı qazandığı müəyyən edilmiş və buna uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı 72 ay təşkil etmişdir. Belə ki, sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Odur ki, T = 144 ay - 72 ay = 72 ay. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsi üzrə İddiaçı münasibətdə yaşa görə əmək pensiyasının yenidən hesablanan sığorta hissəsinin məbləği 113,33 manat təşkil edəcəkdir: SH = PSK/T = 8159,79/72 ay = 113,33 manat. Həmin məbləğ iddiaçının cari əmək pensiyasının (728,98 manat) üzərinə əlavə edildikdən sonra yenidən hesablanmış pensiya məbləği 842,31 manat təşkil etmişdir. Həmçinin, işin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuş, beləliklə də xx.xx.2008-ci il tarixdə 55 yaşı tamam olmuşdur. İnzibati icraat materiallarına əsasən, iddiaçıya ilk dəfə 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-170/2013 nömrəli qərarı ilə İddiaçı 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Fondun Qaradağ rayon şöbəsinə həvalə edilmiş və qərarda pensiyanın hesablanması qaydası ilə bağlı hər hansı tələb göstərilməmişdir. Qeyd edilən qərar qüvvəyə mindikdən sonra İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2008ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üzrə məbləğ ödənilmiş, beləliklə də məhkəmə qərarı icra edilmişdir. Həmin qərarın icra edilməsi İddiaçı cavabdeh Fondun Qaradağ rayon şöbəsinə qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1 (102)- 1586/2017 nömrəli qərarının əsaslandırıcı hissəsindən də görünür. Belə ki, sözügedən qərarın əsaslandırıcı hissəsində aşağıdakılar qeyd olunmuşdur: “Digər tərəfdən isə iddiaçı artıq icra olunmuş qərara izah verilməsini tələb edir ki, qanunvericiliyə görə də bu yolverilməzdir. Qərarın icra olunduğu onunla təsdiq olunur ki, cavabdeh artıq iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81 )-170/2013 nömrəli qərarına əsasən ödəməli olduğu pensiyanın məbləğini və keçmiş dövr üçün ödənilməli olan məbləği müəyyən etmiş, eləcə də keçmiş dövr üçün olan məbləği hissələr halında aylıq ödəməyə başlamışdır.” xx.xx.2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər edilmiş, hesablamalar vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılmışdır. Bu zaman pensiyanın məbləği xx.xx.2006-cı il tarixədək sığorta stajına və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə hesablanmışdır. Lakin iddiaçının tələb etdiyi qaydada pensiyanın hesablanması sosial sığorta prinsiplərinə əsaslanmır. X3 Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsassn, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Odur ki, yuxarıda göstərilənləri və İPMin 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair e-2-1(112)-2351/2024 nömrəli inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək 2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən 3 illik əvvəlki dövr üzrə pensiya hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddiaçıya aid pensiya işindən görünür ki: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2inz(81)- 170/13 saylı qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 01 dekabr 1973-cü il tarixdən 24 iyul 1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhlə fakültəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə həvalə edilmişdir. 10 fevral 2017-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2013cü il tarixli qərara 2008-ci ildən iddiaçıya pensiya hesablanması zamanı həmin dövrdə qüvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8, 27.1-ci maddələrinə əsasən orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmasına əsas verməsinə dair qərara izah verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-115/2017 saylı, 14 mart 2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına aşağıdakı izah verilmişdir: «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı 2008-ci ildən iddiaçıya pensiya hesablanması zamanı həmin dövrdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8, 27.1-ci maddələrinə əsasən orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmasına əsas verir». Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8-1(103)-7/2017 saylı, 25 may 2017-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərardadı ləğv edilərək iddiaçının məhkəmə qərarına izah verilməsi barədə ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)- 1586/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8-1(103)- 7/2017 saylı, 25 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki: (...) İddiaçının ilkin iddia ərizəsi pensiyanın hesablanması qaydası ilə bağlı hər hansı tələb göstərilməmiş, mahiyyəti qəbul edilmiş qərarda da həmin məsələyə hüquqi qiymət verilməmişdir. Belə halda, hazırda tərəflər arasında pensiyanın hesablanması qaydası ilə bağlı mübahisə mövcud olduğu da nəzərə alındığında 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2inz(81)-170/13 saylı qərarına iddiaçının tələb etdiyi məzmunda izah verilməsi həmin qərarın məzmununun dəyişdirilməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə iddiaçı artıq icra olunmuş qərara izah verilməsini tələb edir ki, qanunvericiliyə görə də bu yolverilməzdir. Qərarın icra olunduğu onunla təsdiq olunur ki, cavabdeh artıq iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2inz(81)-170/13 saylı qərarına əsasən ödəməli olduğu pensiyanın məbləğini və keçmiş dövr üçün ödənilməli olan məbləği müəyyən etmiş, eləcə də keçmiş dövr üçün olan məbləği hissələr halında aylıq ödəməyə başlamışdır. Kollegiya həmçinin apellyasiya məhkəməsinin gəldiyi belə bir qənaəti də əsaslı hesab edir ki, iddiaçı güman etdiyi pensiyasının hesablanması qaydası ilə bağlı yol verilmiş pozuntunun aradan qaldırılması ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir.” Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: -İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə mraciət edərək ona xx.xx.2008ci il tarixindən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 27.1-ci maddələrinə əsasən (orta aylıq əmək haqqı əsas götürlüməklə) pensiyanın hesablanmasını xahiş etmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçı X4 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-147137/2022 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2016-cı il tarixində işdən azad olmağınızla əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalına görə əmək pensiyanız Fondun Qaradağ rayon şöbəsi tərəfindən yenidən hesablanaraq 216,60 manatdan 338,66 manata (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 587,11 manat) artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bununla əlaqədar olaraq, işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində sonradan qeydə alındığından xx.xx.2023-cü il tarxili müraciətinizə əsasən əmək pensiyanız tərəfimizdən yenidən hesablanaraq 587,11 manatdan 728,98 manata artırılıb. Bundan başqa, xx.xx.2023-cü il tarixində işdən azad olmağınızla əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 8159,79 manat sığorta kapitalına görə əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (8159,79:72 ay (144 ay - 72 ay)=113,33 manat) tərəfimizdən xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq 728,98 manatdan 842,31 (728,98+113,33) manata artırılıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 4482,56 manat pul vəsaiti hesablanıb. Həmin 4482,56 manat pul vəsaiti cari ilin aprel ayından etibarən əmək pensiyanızın (842,31 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia pensiyanın yenidən hesablanılması tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçıya aid pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya DSMF Qaradağ rayon Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə görə əmək pensiyası təyin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2inz(81)- 170/13 saylı qərarı ilə iddiaçının 01 dekabr 1973-cü il tarixdən 24 iyul 1974-cü il tarixinə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda hazırlıq şöbəsinin (fəhlə fakültəsində) təhsil aldığı müddətin iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı və yaşı kifayət etdiyinə görə 2008-ci ildən pensiyanın hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almış, cavabdeh orqan tərəfindən iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qərarı ilə iddiaçının güzəştli pensiya yaşı 57 yaşdan (xx.xx.2010-cu il tarixdən) 55 yaşa xx.xx.2008-ci il tarixə çəkilmiş, bu zaman iddiaçının pensiya məbləği xx.xx.2006-cı il tarixədək sığorta stajına və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən hesablanmışdır. Hazırkı iş üzrə iddiaçı ona təyin edilmiş pensiyanın pensiya təyin edilən vaxt qüvvədə olan orta əmək haqqına əsasən yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının qeyd etdiyi əsaslarla yenidən hesablanmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək təyin edilmiş pensiya məbləğinin 2004-2005-ci illərin orta əmək haqqına əsasən yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilir. İş üzrə müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilkin olaraq xx.xx.2010-cu il tarixdən təyin edilsə də qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2inz(81)-170/13 saylı qərarı ilə iddiaçının pensiya hüququnun 2008-ci il tarixdən yarandığı və xx.xx.2008-ci tarixdən də pensiyanın hesablanıb ödənilməsi qərara alınmışdır. İddiaçı sonrakı məhkəmə icraatlarında adıçəkilən qərarın “pensiyasının orta əmək haqqı əsasında hesablanması” şəklində izahına dair ərizə ilə məhkəməyə müraciət etsə də, yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)-1586/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarında izahla razılaşmamış və kassasiya məhkəməsi qərarında iddiaçının pensiyasının orta əmək haqqı əsasında hesablanması qaydası ilə bağlı müstəqil iddia ilə məhkəməyə mürcaiət etmək hüququnun olduğunu vurğulamışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçıya məhkəmənin qanuni qüvvəsini almış və icra edilmiş qərarı ilə güzəştli şərtlərlə pensiyası xx.xx.2008-ci il tarixdən təyin edilmişdir. Bununla da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi xx.xx.2010-cu il tarixdən əvvəki dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən orta əmək haqqına istinadən yenidən hesablanmalı və yaranmış fərq ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı pensiyası 2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı pensiyasının 2004-2005-ci ilin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən yenidən hesablanması və pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2351/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2351/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver