Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2355/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi”nə dair iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsinin mərhum X4 məxsus olması haqqında arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər X5 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli Qərarına əsasən Bakı Şəhər X7 Bağ Təsərrüfatlarının İnkişafı və İstismarı Birliyinin 12 nömrəli Orderi ilə 228 nömrəli Bağ-Tikinti Kooperativinin tərkibində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsi X4 verilmişdir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun qanun üzrə vərəsəsi İddiaçı ərizəsi əsasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi ilə bağlı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsinin iddiaçının atası mərhum X4 məxsus olmasının vərəsəsinin adına qeydiyyata almaq zərurəti yaranmışdır. Odur ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 371 nömrəli məktubla cavabdeh inzibati orqana müraciət edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsinə dair X3 adına veriləcək çıxarışın oğlu İddiaçı verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən qeyd olunan müraciətə cavab verilməmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi və imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsinə dair X3 adına order verilməklə, həmin dövr üçün fərdi mülkiyyətə vermənin qanuni əsasları dövlət tərəfindən təmin edilmişdir. Hesab edilir ki, qanunvericiliyin tələbinə əsasən, mərhum X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur,əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsinin mərhum X4 məxsus olması haqqında hüquqmüəyyənedici sənədinin (əmlakın ölmüş şəxsə məxsus olması barədə arayış) iddiaçıya verilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsinin mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın vərəsəsi İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya etiraz ilə təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq iddia ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və **********87 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zaman məlum olmuşdur ki, iddiaçı qeyd olunan torpaq sahəsinin yerini tanımadığından idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılması mümkün olmamışdır (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan başqa, X3 adına torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İİİ. Tədqiq edilən sübutlar İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-Ş-0263/03-81 **********87 saylı məktubdan görünür ki, təqdim olunan sənədlər surətdir. Qeyd olunan torpaq sahəsinin yerini tanımadığınızdan idarənin mütəxəssisləri tərəfindən texniki baxış və çöl-ölçmə işləri aparılması mümkün olmamışdır (torpaq sahəsi istifadəsində deyil). Bundan başqa, X3 adına torpaq sahəsinin ayrılmasına dair idarənin arxivində order aşkar edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan SSR Bakı şəhər X5 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli məktubdan görünür ki, bağ sahəsinin alınması haqqında ərizəyə baxılmış, qeydiyyata götürülmüşdür. Növbə qaydasına uyğun olaraq o bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacaqdır. Azərbaycan SSR Bakı şəhər X5 228 nömrəli Bağ-Tikinti Kooperativinin 12 saylı orderdən görünür ki, 228 nömrəli Bağ-Tikinti Kooperativinin tərkibində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsi X4 ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 371 nömrəli məktubundan görünür ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna oğlu-İddiaçı tərəfindən müraciət olmuşdur. xx.xx.2020-ci il tarixdə X3 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olmuşdur və vərəsə oğlu-İddiaçıdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1- 1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 1521A nömrəli 0.12 ha bağ sahəsinə dair çıxarışın X3 adına veriləcək arayışın İddiaçı verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2022-ci il tarixli BA-02660-2022 nömrəli məktubdan görünür ki, vətəndaşlara bağ sahələrinə görə verilmiş orderlər və texniki pasportlar Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.1991-ci il tarixli 8/447 qərarına 3 nömrəli əlavə olan 228 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında 12-ci sırada X3 adı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1939/2024 nömrəli məktubudan görünür ki, Bakı şəhər XDS X1 Birliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Əlavə olaraq qeyd edilir ki, vətəndaşlara bağ sahələrinə dair verilən orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 39991/2024 **********91 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 13970/2025 saylı xx.xx.2025-ci il tarixli məktub ilə bildirmişdir ki, idarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 1521a kimi göstərilən torpaq sahəsi faktiki 0.12 ha təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur. X Y
1. 409516.5480 4492181.6800
2. 409508.5308 4492210.6721
3. 409470.5265 4492201.3992
4. 409477.4880 4492171.8090 Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş faktiki sahənin qeyd olunan bağ nömrəsinə aidiyyəti yoxdur. (6480 ilə başlayan bağ sahələrinin əraziləridir). Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarıdır. Sahə Ləhiş bağ massivində yerləşir. Torpaq sahəsinin ortofoto görüntüsü göndərilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, telefon əlaqəsi zamanı vətəndaş Ləhiş bağ massivi 1521a saylı bağ haqqında bağ sahəsinin yerini tanımadığını bildirmişdir. Bununla bağlı olaraq bağ sahəsində texniki-baxış keçirmək mümkün olmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivi 1521a saylı bağın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki olaraq 0.12 ha-dir. Bağ sahəsinin sərhədləri cənub və şərq tərəfdən 4 sıra mişar daşı ilə hörülüb, qərb tərəfdən qonşu hasarla ayrılıb, şimal tərəfdən şərtidir. Tikili yoxdur. Təkrar baxış zamanı nümayəndə bağ sahəsinin yerini dəqiqləşdirdiyini bildirdi. Nümayəndə tərəfindən göstərilən sahənin cizgisi və kordinatları ərizəyə əlavə olundu. Bağ sahəsinin yerləşməsinin düzgünlüyünə elektron baza məlumatlarına əsasən baxılması məqsədə uyğundur. IV. İddianın növü və mümkünlüyü
Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İşin hallarına görə, Azərbaycan SSR Bakı şəhər X5 228 nömrəli Bağ-Tikinti Kooperativinin 12 saylı ordernə əsasən 228 nömrəli Bağ-Tikinti Kooperativinin tərkibində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsi X4 ayrılmışdır. Sonuncu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının qeyd edilən müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi dəlillinə istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, iddiaçı orderin əslini məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə edilmişdir. İiddiaçının mərhum atasına bağ sahəsinin ayrılması həmçinin arxiv nüsxəsi Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş Bakı şəhəri X7 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli 8/847 №-li qərarından çıxarışa əsasən də müəyyən edilir. Məhkəmənin sorğusuna əsasən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş sxemi məhkəməyə təqdim edilmişdir. Habelə iddiaçı torpaq sahəsinin yerini bilməklə, torpaq sahəsinin koordinatları əlavə olunmuş müayinə aktı cavadeh tərəfindən təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinə hər hansı digər şəxsin hüququ qeydə alınmamış və ya həmin torpaq sahəsinə başqa şəxsin müraciəti olmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Cavabdeh etirazında torpaq sahəsinin iddiaçının istifadəsində olmaması dəlilinə də istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, idarənin mütəxəssisləri torpaq sahəsinə baxış keçirərkən torpaq sahəsini yerinin dəqiqləşdirildiyi, bağ sahəsinin yerləşməsinin düzgünlüyünə elektron baza məlumatlarına əsasən baxılması məqsədə uyğundur. İlkin etirazda İddianın mümkün hesab edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır və iş üzrə iddianın mümkün hesab edilməməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddia tələbi səlahiyyətli şəxs tərəfindən verilmişdir və vəkilin idarəyə müraciəti və həmin müraciətlərə dair cavabdehin imitina məktubu mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malikdir və istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnu qeydə aldırmaq hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1521 A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X11