Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2363/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17.05.2021-ci il tarixli **********311700 və 12.08.2021-ci il tarixli **********566900 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə 12.08.2021-ci il tarixli **********566900 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC 04.04.2016-cı il tarixdə ********** saylı VÖEN və AZ- 1008, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatma alınmışdır. İddiaçı MMC-nin nizamnamə üzrə əsas fəaliyyəti yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirinin təşkilindən ibarətdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC-də kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh 07.04.2021-ci il tarixli **********383400 nömrəli uyğunsuzluq məktubuna əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq, araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləğini silinməklə hesablama aparılması qənaətinə gələrək 2020-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 53.634,01 (əlli üç min altı yüz otuz dörd manat, bir qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17.05.2021-ci il tarixli **********311700 saylı qərar qəbul etmişdir. Bundan narazı qalan iddiaçı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 17.05.2021-ci il tarixli **********311700 saylı qərardan 25.05.2021-ci il tarixdə inzibati qaydada şikayət vermişdir. Daha sonra 24.07.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqla bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi üzrə 53.634,01 (əlli üç min altı yüz otuz dörd manat, bir qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 12.08.2021-ci il tarixli **********566900 saylı qərar qəbul etmişdir. Sözügedən qərar qəbul edilərkən qeyd edilmişdir ki, tərəflərindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 238-ci sətirdə göstərilmiş güzəşt və azadolmalar barədə təsdiqedici sənədlər təqdim edilmədiyindən hesablanmış vergi bərpa edilir. Həmçinin iddiaçının inzibati qaydada etdiyi şikayətə Dövlət Vergi Xidməti tərəfindən baxılaraq 14.08.2021-ci il tarixli **********340500 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh iddiaçıya bu borcu tam qanuna zidd olaraq hesablamışdır. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Ölkə ərazisində Covid-19 virusu ilə mübarizə aparılması ilə bağlı məhdudiyyətlər tətbiq edilməyə başlanılmışdır. Bununla əlaqədar olaraq bir necə dəfə sərt karantin rejimləri tətbiq edilmiş və iş sahələrinin işləməsi dayandırılmışdır. İddiaçıya pandemiyadan zərər çəkən müəssisə kimi maliyyə yardımları 2020-ci ildə 4 dəfə olmuşdur. Ödənişlərin tarixləri aşağıdakı kimidir. 13.05.2020- ci il tarixində 9404,00 AZN, 01.06.2020-ci il tarixində 9404,00 AZN, 21.08.2020- ci il tarixində 10815,53 AZN və 06.10.2020-ci il tarixində 10800,00 AZN. Cavabdeh orqan qanunsuz qərar qəbul edərkən əsas kimi gətirdiyi (vergi ödəyicisinə 07.04.2021-ci il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Qeyd olunan uyğunsuzluq məktubuna Cəmiyyət tərəfindən əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, faktiki fəaliyyət növü (yanğınsöndürmə sistemlərinin quraşdırılması, yanğınsöndürmə ləvazimatının, yanğınsöndürmə vasitələrinin quraşdırılması, təmiri və onlara xidmət) Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrinə aid olmadığından Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəaları Sizə şamil olunmur) halların heç bir hüquqi əsasları yoxdur. Bununla bağlı bütün məlumatlar və sübutlar 10.04.2021-ci il cavabdeh orqana təqdim edilməsinə baxmayaraq cavabdeh göndərilmiş sənədləri yoxlamadan, verilmiş məlumatları araşdırmadan əsassız olaraq 2020-ci il üzrə mənfəət vergisi hesablamışdır. Əlavə olaraq 25.05.2021-ci il və 31.05.2021-ci il tarixlərdə cavabdeh orqana tələb olunan sənədlərin 10.04.2021-ci il tarixdə təqdim edilməsi ilə bağlı məlumat verilmişdir. Lakin cavabdeh orqan yenə qərarında sənədlərin təqdim edilməsini əsas gətirmişdir. Həmçinin iddiaçının fəaliyyət kodu (28992) və Koronavirus (Covid 19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişdən aydın olur ki, MMC-yə pandemiyadan zərər çəkmiş və ona maliyyə dəstəyi olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair 01.11.2021-ci il tarixli **********129200 №li yazılı etirazda göstərilmişdir ki, mübahisələndirilən 17.05.2021-ci il **********311700 saylı kameral qərar qəbul edildikdən sonra 18.05.2021-ci il və 21.05.2021-ci il tarixlərdə iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmiş, həmin bəyannamələr yoxlanılaraq 07.07.2021-ci il tarixli **********572100 saylı qərar qəbul edilmişdir. Sonuncu qeyd edilən qərarın özündə də qeyd edildiyi kimi 17.05.2021-ci il **********311700 saylı qərar ləğv edilmişdir. Başqa sözlə, qeyd edilən hissədə iddia mümkünlük barədə tələblərə cavab vermədiyindən həmin hissədə mümkün sayılmamalıdır. Qüvvədə olmayan qərarın mübahisələndirilməsi iddiaçı üçün heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən iddia 17.05.2021-ci il **********311700 saylı qərarın ləğv edilməsi hissəsində mümkünlük barədə tələblərə cavab vermir. İddianın digər hissəsi - 12.08.2021-ci il tarixli **********566900 saylı qərarın, ləğv edilməsi hissəsi ilə bağlı bildirilmişdir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə istinad edərək mənfəətin 75 faiz miqdarında azadolma qeyd edilməsinə baxmayaraq iddiaçının fəaliyyətinin vergi güzəştinin şamil edildiyi fəaliyyət kateqoriyalarına aid edilməməsi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 07.04.2020-ci il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergı bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Vergi ödəyicisi məktubda göstərilən uyğunsuzluq aradan qaldırılmadığından 2020-ci ilin mənfəət vergisi üzrə 53.634 manat əlavə hesablama aparılaraq 12.08.2021-cı il tarixli **********566900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı pandemiya dövründə sair yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Lakin vergi orqanı tərəfindən müəssisənin 2020-ci il üzrə gəlirlərinin araşdırılması zamanı uçot-baza məlumatlarına əsasən müəssisə tərəfindən qarşı tərəflərə "xxxx" QSC-yə (VÖEN: **********) 755820,27 manat, "xxxx" MMC-yə (VÖEN: **********) 40000,0 manat və "xxxx" QSC-yə (VÖEN: **********) 21285,78 manat olmaqla, ümumilikdə 817106,05 manat (ƏDV-siz) dəyərində (yanğın söndürmə üzrə sisteminin qurulması və işçiliyi, inzibati binanın zirzəmizində drenaj sisteminin quraşdırılması üzrə işlər, yanğın söndürmə üzrə sisteminin qurulması (sulu söndürmə) və s.) elektron qaimə-fakturaların təqdim edildiyi müə yən edilmişdir. Başqa sözlə desək, iddiaçının fəaliyyəti onun qeyd etdiyi kimi yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası fəaliyyəti deyil, faktiki olaraq yanğın söndürmə üzrə sistmin qurulması və işçiliyi, inzibati binanın zirzəmisində drenaj sisteminin quraşdırılması uzrə işlər yanğın söndürmə üzrə sisteminin qurulması fəaliyyəti olmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VİQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində dəyişikliklər edilərək müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaları müəyyən olunmuşdur., iddiaçı mübahisələndirilən qərarın ləğvi ilə bağlı inzibati orqana şikayət vermiş, inzibati orqan tərəfindən araşdırma aparılaraq, şikayəti təmin edilməməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 12.08.2021-ci il tarixli **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılması barədə 14.08.2021-ci il tarixli **********108500 saylı qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən mübahisə predmetini təşkil edən vergi orqanın qəbul etdiyi inzibati akt qanuni və əsaslı olduğundan iddia təmin edilməməlidir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X8 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanları müdafiə edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 24.01.2020-ci il tarixli **********239600 saylı çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC 04.04.2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatından (VÖEN **********) keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əliizadə, ev 120, mənzil 1 olan İddiaçı MMC-yə “Yanğından mühafizə sistemlərinin quraşdırılması texniki xidməti və təmiri üzrə 14.08.2018-ci il tarixli Xüsusi lisenziya verilmişdir. İddiaçı MMC ilə "xxxx" QSC arasında 13.03.2019-cu il tarixdə “Yanğın söndürmə işləri üzrə” Podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Sifarişçinin tapşırığının şərtlərinə uyğun olaraq Dənizkənarı Bulvar İdarəsinin ərazisində "xxxx" QSC-in Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında tikilən "xxxx" QSC-nin inzibati binasının yanğınsöndürmə sisteminin qurulmasını (sulu söndürmə, qazlı söndürmə) həyata keçirir, sifarişçi isə yerinə yetrilmiş işləri müvafiq qaydada təhvil alır və müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “İcraçı”ya ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği müqaviləyə əlavə olunan təsiq edilmiş smetaya əsasən 18 faiz ƏDV əlavə edilməklə 427.856.73 manat təşkil edir. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən Sifarişçi bu müqavilə üzrə razılaşdırılmış məbləğin 50 faizini avans olaraq icraçıya ödəyəcək. “X11 Gəmiçiliyi” QSC ilə İddiaçı MMC arasında bağlanmış 18 may 2020-ci il tarixli 08.03.2019-cu il tarixli XA-0397 nömrəli müqaviləyə Əlavə razılaşmadan müəyyən olunur ki, bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" QSC (bundan sonra - “Sifarişçi”), sədr müavini Cəbrayıl Mahmudlu şəxsində və digər tərəfdən, Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı MMC (bundan sonra - “İcraçı”), direktor Engin Şen şəxsində, sonradan ayrılıqda “Tərəf’, birlikdə isə “Tərəflər” adlanacaqlar. Nəzərə alaraq ki: Tərəflər arasında Sifarişçinin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında inşa olunan inzibati binasının yanğınsöndürmə sisteminin qurulmasına dair 08.03.2019-cu il tarixli XA-0397 nömrəli müqavilə və onun icrası ilə bağlı yaranmış bəzi məsələlərin tənzimlənməsi üçün 19.03.2020-ci il tarixli MR-0630 nömrəli razılaşma bağlanmışdır; Həmin binada mansarın üst hissəsində yerləşən mayakın altında olan (7-ci mərtəbə) otağın yanğınsöndürmə (sulu söndürmə) və xarici yanğınsöndürmə sistemlərinin qurulması zərurəti yaranmışdır; İcraçı tələb olunan işlərin görülməsi üçün müvafiq işçi heyətinə və texniki imkanlara malikdir. Yuxanda qeyd olunanlara əsasən Tərəflər aşağıdakılar barədə razılaşırlar: 08.03.2019-cu il tarixli XA-0397 nömrəli müqavilənin predmetinə hazırkı Əlavə Razılaşmanın 1 saylı Qoşmasında göstərilən ASCO-nun Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında inşa olunan inzibati binasında mansarın üst hissəsində yerləşən mayakın altında olan (7-ci mərtəbə) otağın yanğınsöndürmə (sulu söndürmə) və xarici yanğınsöndürmə sistemlərinin qurulması üzrə işlər əlavə olunur. X12 nəzərdə tutulan işlərin ümumi dəyəri ƏDV ilə 81.350,25 (səksən bir min üç yüz əlli manat 25 qəpik) AZN təşkil edir, işlərin yerinə yetirilməsindən və qəbul olunmasından sonra, iki tərəfli imzalanmış 2 saylı Formaya əsasən Sifarişçi tərəfindən İcraçının bank hesabına köçürmə yolu ilə ödənilir. X3 nəzərdə tutulan işlərin təhvil verilmə tarixi 31 avqust 2020-ci il kimi müəyyən olunur. Sözügedən işlərin icrası ilə əlaqədar X12 nəzərdə tutulmayan məsələlər 08.03.2019-cu il tarixli XA-0397 nömrəli müqavilənin müddəaları ilə tənzimlənir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəliir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Tərəflərindən 31.03.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Tərəflərindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 238-ci sətirdə göstərilmiş güzəşt və azadolmalar barədə təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır. Bildirirlər ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının oların vergi öhdəliklərinin yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. İddiaçı MMC-nin DVX-yə ünvanladığı 18.04.2020-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, müəssisələri əsasən yanğından mühafizə, havalandırma sistemlərinin quraşdırılması və xidmət sahəsində fəaliyyət göstərir. Müəssisənin 34 nəfər işçisi var və əmək münasibətləri, əmək haqqı məbləğləri tam rəsmiləşdirilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. 2020-ci il mart ayının əvvəlindən başlayaraq pandemiya ilə bağlı olaraq məlum səbəblərdən işçiləri işə çıxa bilməmişdirlər. Buna baxmayaraq onlar işçilərini işdən çıxarmamaqla yanaşı eyni zamanda 2020-ci ilin mart ayı üçün tam əmək haqqı hesablamış və müvafiq hesabatlarda bunları əks etdirməklə vergi orqanına 2020-ci ilin 1-ci rübü üçün təqdim etdiyi Vahid bəyannamədə, həmçinin vergi orqanının əmək haqqı ilə bağlı sorğu məktubuna əlavə cədvəldə əks etdirmişdirlər. Onlar əmək münasibətlərini şəffaf qurmaqla real əmək haqqı məbləğlərini əmək müqavilələrində və əmək haqqı üzrə haqq-hesab sənədlərində müntəzəm olaraq əks etdirirlər. İşçilərin əmək haqları nağdsız qaydada bank vasitəsilə plastik kartlarına köçürmək yolu ilə ödənilir və onların aylıq gəlirləri yalnız bu ödənişlərdən ibarətdir. Hal hazırda 2020-ci ilin mart ayı və aprel ayının avansı üzrə əmək haqqı, sosial sığorta haqları üzrə ödənişlərin aparılması üçün maliyyə çətinlikləri yaranıb. Bu da öz növbəsində işçilərin sosial durumu ilə əlaqədar çətinliklər yaradır. İşçilərin əmək haqqlarının, sosial sığorta ayırmalarının ödənilməsi və onların sosial müdafiəsinin təmin olunması məqsədilə əmək haqqları üzrə dəstək proqramı çərçivəsində müəssisələrinə kompensasiya ödənişləri üçün köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 2**********311700 saylı 17.05.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, mənfəət vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 17.878.01 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 71.512,02 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 53.634,01 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 25.05.2021-ci il tarixli şikayət ərizəsində qeyd olunmuşdur ki, 2020-ci ilin mənfəət vergisi üzrə məktuba cavab olaraq 10.04.2021-ci il tarixli **********314700 nömrəli izahat məktublarına baxılmadan pandemiyadan zərər çəkən şəxs kimi güzəşt hüquqlarını ləğv edərək Qərar qəbul edilmişdir. Məktublarına baxılmaması, bu barədə onlara məlumat vermədən kameral yoxlama aparılaraq Qərar qəbul edilməsinin səbəbləri barədə məlumat verilməsi və əsassız hesablamanın ləğv edilməsi üçün göstəriş verməyi xahiş etmişdirlər. İddiaçı MMC tərəfindən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 31.05.2021-ci il tarixli şikayət ərizəsində qeyd olunmuşdur ki, 27.05.2021-ci il tarixli **********045500 nömrəli məktublarına cavab olaraq bir daha təkrar bildirirlər ki, 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə vergi idarəsinin 09.04.2021-ci il tarixli **********383400 məktubuna onlar 10.04.2021-ci il tarixdə **********314700 nömrəli məktubla cavab vermişdirlər və dövlət tərəfindən 2020-ci ildə pandemiyadan zərər çəkən şəxs kimi tanınmaqları barədə təsdiq edici sənədləri **********314700 nömrəli məktubları əlavə etməklə göndərmişdirlər. Onların hal-hazırda tələb etdiyi sənədlər artıq vergi idarəsinə təqdim olunub. Həmin sənədləri **********314700 nömrəli məktublarının əlavələrində görə bilərlər. 10 apreldə sənəd təqdim etməkllərinə baxmayaraq bu barədə onlara heç bir rəsmi münasibət bildirilmədən kameral vergi yoxlaması aparılıb. Onların məktubu icra olunmadan kameral vergi yoxlaması aparılıb, bu məsələni araşdırmağı tələb etdikləri halda onlara tamam başqa istiqamətdə cavab verirlər. Onların cavab məktubu və əlavə etdikləri təsdiqedici sənədlər 10 aprel 2021-ci il tarixdən cavabsız qalıb. Xahiş edirlər yuxarıda göstərdikləri istiqamətdə araşdırma aparılması, onların 10.04.2021-ci il tarixli **********314700 nömrəli məktubunun hansı səbəbdən icra olunmamasının, kameral yoxlamada niyə nəzərə alınmamasının araşdırılması, nəzərə alınmadığı halda məktublarına niyə cavab verilməməsinin səbəbləri barədə qanunauyğun tədbirlər görülməsini xahiş etmişdirlər. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəs tərəfindən qəbul olunmuş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********566900 saylı 12.08.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, mənfəət vergisi üzrə 2020-ci ilin bəyannamə və hesabat dövrü yoxlanılarkən İddiaçı MMC tərəfindən təqdim edilmiş bəyannamədə hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 17.878.01 manat kimi qeyd olunmuş, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 71.512,02 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 53.634,01 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunan qərarla 2**********311700 saylı qərar ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul olunmuş İnzibati şiikayətin təmin edilməməsi haqqında **********40500 saylı 14.08.2021-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, “Fire Teknik" MMC-nin (VÖEN: **********, AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1) kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş 25.05.2021-ci il tarixli (AVİS qeydiyyatı: 26.05.2021-ci il tarixli **********591700 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən Qərara alınmışdır: İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 25.05.2021-ci il tarixli inzibati şikayəti təmin edilməsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.08.2021-ci il tarixli **********566900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırda cavabdehin əlavə vergi hesablaması ilə razılaşmayaraq bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2020-ci il tarixli 120 nömrəli Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılmış, həmin tarixdən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra - VM) 08.05.2020-ci il tarixdə koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləmək məqsədilə 18-ci fəsil daxil edilmişdir. Həmin fəsilə aid olan VM-in 222-ci maddəsinə əsasən: Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; turoperator və turagent fəaliyyəti; sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; ictimai iaşə fəaliyyəti; sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; idman-sağlamlıq obyektlərinin fəaliyyəti; hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (Qanunun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 02.06.2020-ci il tarixli 1047 nömrəli Fərmanı) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). VM-in 224.1-ci maddəsinə əsasən həmin Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: əldə edilən mənfəətin (gəlirin) 75 faizi; Sadalanan normalardan aydın olur ki, qanunverici 08.05.2020-ci il tarixdə VM-ə dəyişiklik edərək 222.5-ci maddədə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə onların əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azadolma tətbiq etmişdir. "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” AR Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli 208 nömrəli qərarının 1 -ci hissəsi ilə yeni növ koronavirus (COVİD- 19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilməsi qərar alınmışdır: 1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, "ASAN Könüllüləri” İctimai Birliyinin, "X4” Hərəkatının, "Regional İnkişaf” İctimai Birliyinin, "Bir” tələbə- könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Həmin Qərarın 6-cı hissəsinə əsasən (Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarı ilə əlavə edilmişdir) müəyyən edilmişdir ki: Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11 -ci, 4.12-ci, 4.14-cü, 4.15-ci (4.15. daş, metal və taxta məhsullarının istehsalı;), 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; bu Qərarın 6.1 -ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülkihüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır;- Göründüyü kimi, xüsusi karantin rejmi dövründə iddiaçının fəaliyəti tam olmasa da, qismən məhdudlaşdırılmış, yalnız 50 faiz işçinin fəaliyyət göstərməsinə icazə verilmişdir. İşdən görünür ki, cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi də iddiaçının fəaliyyət göstərdiyi sahəni pandemiyadan zərər çəkmiş sahəyə aid edərək ona müvafiq maliyyə dəstəyi göstərmişdir. Belə ki, "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılmış, həmin İşçi Qrupa tapşırılmışdır: on beş gün müddətində: pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra - fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək; pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə "Koronavirus COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. X6 əsasən: -1.2. X13 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X7 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir. 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində "Koronavirus COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən "Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; Aktiv bank hesabları yoxdur; Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş (Əlavə 2) göndərilir. İşdən aydın olur ki, İqtisadiyyat nazirliyinin pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yuardımı siyahısında iddiaçı müəssisənin (fəaliyyət kodu 28992) adı mövcuddur. Bundan əlavə pandemiyadan zərərçəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahısında da iddiaçı müəssisənin (sıra sayı 8471) adı qeyd olunmuşdur. 2020-ci ildə ona zərərçəkən müəssisə kimi 4 dəfə maliyyə yardımı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlarla İddiaçının fəaliyyət göstərdiyi sahənin fəaliyyəti qismən məhdudlaşdırılmaqla pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapır. Lakin işdən görünür ki, cavabdeh bu halları nəzərə almamış, iddiaçıya vergi hesablayarkən onun əvvəlki dövr mənfəət vergisi bəyannamələri ilə müqayisədə dövriyyə artımının olmasına, nəticədə koronavirus pandemiyasından əziyyət çəkənlər üçün tətbiq edilməli güzəşt hüququnun olmamasına istinad etmişdir. Halbuki VM-in 222.5-ci maddəsi koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin tətbiq edildiyi şəxsləri və 224-cü maddəsi isə həmin güzəşt və azadolmaların kimlərə şamil olunmasını konkret olaraq göstərmiş, bu halı kiminsə mülahizəsindən asılı etməmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi cavabdeh qurum özü iddiaçını pandemiyadan zərər çəkənlərin siyahısına daxil etməklə ona həmin dövrdə dəymiş zərərin kompensasiyası məqsədilə müvafiq maliyyə dəstəyi göstərmiş, ödənişlər etmişdir. "İnzibati icraat haqqında” Qanunun 16.1 -ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 13.1 -ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. İPM-nin 70.1 -ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də iddia tələbi təmin edilməli və həmin qərar ləğv olunmalıdır. İPM-nin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 14.3-cü, 23.1 -ci, 58.7-ci, 62-ci, 68 - 69-cu, 73.1 -ci, 75-ci, 78 - 79-cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 avqust 2021-ci il tarixli **********566900 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-2363/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2363/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver