Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2368/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra Milli Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********175216 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********165779 saylı qərarına əsasən Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Xüsusi rejimli vergi ödəyicilərinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X8, Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Xüsusi rejimli vergi ödəyicilərinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X9 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə 2019-2022-ci illər üzrə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Həmin yoxlamanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli **********168686 nömrəli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Aktda yoxlamanın ümumi nəticəsi olaraq cəmiyyətə ümumilikdə 2631791,64 manat əlavə vergi məbləğinin hesablanması, bundan əlavə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247833,05 manat, Vergi Məcəlləsinin 57.1 maddəsinə görə 440 manat olmaqla ümumilikdə 248273,05 manat maliyyə sanksiyasının və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 255514,74 manat məbləğində faizin (Libor+4%) hesablanması təklif olunmuşdur. Həmin aktda qeyd olunanları nəzərə alaraq, Milli Gəlirlər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri X7 “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixində **********175216 nömrəli Qərar qəbul etmişdir. Qərara əsasən, yoxlamanın ümumi nəticəsi olaraq cəmiyyətə ümumilikdə 2631791.64 manat əlavə vergi məbləği (mənfəət vergisi üzrə 482880,81 manat, ödəmə mənbəyində tutulan vergilər üzrə 12784.7 manat, xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə 2136125.57 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 0,56 manat), Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247 833.05 manat, Vergi Məcəlləsinin 57.1 maddəsinə görə 440 manat olmaqla ümumilikdə 248 273.05 manat maliyyə sanksiyasının və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” protokolun 3.6-cı maddəsinə əsasən 255514.74 manat məbləğində faizin (Libor+4%) hesablanmışdır. Cavabdeh vergi orqanı iddia edir ki, İddiaçı MMC-də çalışan xarici əməkdaşların əmək müqavilələri “Swift Technical (Singapore) Pte Ltd” şirkəti (“Swift Singapore”) ilə bağlanmış, əmək haqları “Air Resourses Limited (UK)” şirkəti tərəfindən hesablanmışdır. Lakin, xarici işçilərin əmək haqqına Azərbaycanda tətbiq edilən vergilər Cəmiyyət tərəfindən hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanı aşağıdakı arqumentləri irəli sürərək iddia edir ki, Azərbaycanda vergi məqsədləri üçün Cəmiyyətdə çalışan xarici əməkdaşları Cəmiyyətin əməkdaşları kimi qiymətləndirmək olmaz: Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW-20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Yoxlanılan dövrdə xarici işçilərin Azərbaycan Respublikasında əldə etdiyi əmək haqqı gəlirlərindən vergilər və Azərbaycan Respublikasında ödənilmiş əmək haqları çıxıldıqdan sonra xarici işçilərin hesablarına ödənilməsi üçün yoxlanılan dövrdə ümumilikdə: “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə 42250174,50 manat ödəniş aparılmışdır. Eyni zamanda ödənilmiş məbləğlərin tərkibinə 2% xidmət haqları da əlavə edilməklə ödənilmişdir. Cəmiyyətin dövriyyəsinin 2020-ci ildə 98,36%-i “Azəri” və “Çıraq”, 1.19%-i “Şah Dəniz”, 0.45%-i “CQBK” Sazişi, 2021-ci ildə 98.9%-i “Azəri” və “Çıraq”, 1.1%i “Şah Dəniz” Sazişi və 2022-ci ildə isə 95%-i “Azəri” və “Çıraq”, 5%-i isə “Şah Dəniz” Sazışləri çərçivəsində xidmətlərdən ibarət olmuşdur. Qeyd olunanlara əsasən vergilər xidmətin dəyərinin üzərindən “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 5% vergi dərəcəsi ilə, ümumilikdə 2117767,65 manat vergi məbləğinin hesablanması təklif olunur. Bundan əlavə vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” Protokolun 3.6-cı maddəsinə əsasən 253 033,46 manat məbləğində faizin (Libor+4%) hesablanması təklif edilmişdir. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə əsasən Azərbaycan hüdudlarından kənarda yaradılmış Subpodratçılardan (“Xarici Subpodratçılar”) yalnız Azərbaycanın hüdudları daxilində gördükləri işlər və ya göstərdikləri xidmətlər müqabilində alınan ödəniş məbləğlərindən vergi tutulmalıdır. Bununla əlaqədar bildirmək istəyirik ki, “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisində Cəmiyyətə heç bir xidmət və ya mal təqdim edilməyib. Belə ki: İddiaçının xarici əməkdaşlarına əmək haqları “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən Azərbaycan hüdudlarından kənarda hesablanıb və xaricdə ödənilib. “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti bu xidmətləri Azərbaycan Respublikası ərazisində təqdim etməyib; İddiaçı tərəfindən Azərbaycanda işə cəlb edilən xarici əməkdaşlar, Azərbaycan Respublikasında İddiaçı təşkilatın əməkdaşlarıdır və Azərbaycan qanunvericiliyinə əsasən iddiaçı həmin işçilər üzrə işəgötürən hesab edilir. İddiaçı müvafiq xarici əməkdaşları üçün yalnız işəgötürənin ərizəsi əsasında Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazələrini əldə etmişdir. Həmin iş icazələrinin yalnız işəgötürənin ərizəsi əsasında və işəgötürənin adına verilməsi iddiaçının Azərbaycan qanunvericiliyi məqsədləri üçün müvafiq əməkdaşın işəgötürəni olmasını təsdiq edir. Bundan əlavə, aşağıdakı faktlar müvafiq əməkdaşların Azərbaycan Respublikasında məhz İddiaçının əməkdaşı olmasını sübut edir: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti işçinin iş nəticələri üzrə heç bir məsuliyyət və ya risk daşımır; Azərbaycan Respublikasında işə dair təlimatlar işçilərə yalnız İddiaçı tərəfindən verilir; İşlərin görülməsi iddiaçının nəzarətində və məsuliyyətində olan ərazidə həyata keçirilir; “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə ödənilən məbləğ yalnız işçilərin əmək haqlarından ibarətdir; Materiallar və avadanlıqlar işçilərin sərəncamına İddiaçı tərəfindən təqdim edilib; İşçilərin sayı və ixtisasları yalnız Cəmiyyət tərəfindən müəyyən edilir. Bundan əlavə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında Sazişin” və “Şah Dəniz” Protokollarına (maddə 1.3) əsasən müəyyən edilmişdir ki, “Xarici Subpodratçılar hazırda tətbiq edilən İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur.” Beləliklə, Azərbaycan Respublikası Hökuməti, Böyük Britaniya və X5 Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında KONVENSİYA mövcud olduğu üçün “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti: Konvensiyada nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər; Belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. Konvensiyanın 7.1-ci maddəsinə əsasən, “Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, yaxud keçiribsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər Dövlətdə vergiyə cəlb edilə bilər.” Yuxarıdakıları nəzərə alaraq, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəət Azərbaycan Respublikasında vergiyə yalnız o halda cəlb edilə bilər ki, müvafiq gəlir “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyi vasitəsi ilə əldə edilsin. Vergi Məcəlləsinin 19-cu maddəsinə əsasən isə “Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir”. Konvensiyanın 5.1-ci maddəsinə əsasən: “Bu Konvensiyanın məqsədləri üçün “daimi nümayəndəlik” termini, müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yerini bildirir.” Bununla əlaqədar bir daha qeyd olunur ki, “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycan Respublikasında birbaşa və/və ya müvəkkil edilmiş şəxslər vasitəsi ilə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirməyib/keçirmir və bununla da Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayıb/yaratmır. Belə ki, aşağıdakı əsaslara müvafiq olaraq Cəmiyyətinin işçisi olan xarici əməkdaşlar, vergi məqsədləri üçün Azərbaycan Respublikasında “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin əməkdaşları və/və ya müvəkkil edilmiş şəxslər hesab edilə bilməz. Yuxarıda qeyd etdiyimiz kimi: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti işçilərin iş nəticələri üzrə heç bir məsuliyyət və ya risk daşımır; İşçilər Azərbaycan Respublikasında “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən deyil, məhz İddiaçı tərəfindən təlimatlandırılır; İşçilərin Azərbaycan Respublikasındakı iş yeri İddiaçının nəzarətində və məsuliyyətində olan yerlərdə həyata keçirilir; İddiaçı tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə ödənilmiş məbləğlər yalnız İddiaçının xarici əməkdaşlarının əmək haqqı məbləğlərini təşkil edir; Materiallar və avadanlıqlar işçilərin sərəncamına İddiaçı tərəfindən təqdim edilir; İşçilərin sayı və ixtisasları “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən deyil, məhz İddiaçı tərəfindən müəyyən edilir; İşçilər Azərbaycan Respublikası ərazisində İddiaçı tərəfindən və İddiaçının adına əldə edilmiş iş icazələri əsasında əmək fəaliyyətini həyata keçirirlər. Beləliklə, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasında İddiaçı təşkilat xarici əməkdaşların işəgötürəni hesab edilir və “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin əməkdaşları hesab edilə bilməzlər. Həmçinin, Vergi Məcəlləsinin 19.2.10-cu maddəsinə əsasən, müvəkkil edilmiş şəxslər qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi funksiyalarını həyata keçirən, onların adından fəaliyyət göstərən, onların adından müqavilələri hazırlamaq və ya bağlamaq səlahiyyətlərinə malik olan və adətən belə səlahiyyətləri həyata keçirən şəxslər ola bilər. İddiaçı və ya onun əməkdaşlarının heç biri və ya istənilən hər hansı bir digər üçüncü şəxs Azərbaycan Respublikasında “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti adında hər hansı bir müqaviləni hazırlamaq və ya bağlamaq səlahiyyətinə malik deyil və ya “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti adından fəaliyyət göstərmir. Beləliklə, “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycan Respublikasında fəaliyyətini göstərən heç bir müvəkkil şəxs yoxdur və “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycanda sahibkarlıq fəaliyyətindən heç bir gəlir/mənfəət əldə etmir. Beləliklə, yuxarıda qeyd edilən Sazişlərin və Konvensiyanın müddəalarına, həmçinin qeyd edilmiş faktlara əsasən müəyyən olunur ki: “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti tərəfindən əmək haqları hesablanan və ödənilən İddiaçının əməkdaşları, Azərbaycan Respublikasında vergitutma məqsədləri üçün İddiaçının əməkdaşları hesab edilir; “AİR RESOURCES Limited (United Kingdom)” şirkəti Azərbaycanda heç bir fəaliyyət göstərmir və daimi nümayəndəlik yaratmır; “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinin Azərbaycandan kənarda sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri/mənfəəti (o cümlədən Cəmiyyət tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə İddiaçının əməkdaşlarının əmək haqlarının ödənilməsi üçün ödənilən ödənişlər) Azərbaycan Respublikasında heç bir vergiyə cəlb edilməməlidir; Konvensiyada qeyd edilən güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün heç bir inzibati tədbir görməyə ehtiyac yoxdur. Bunlar nəzərə alınaraq, iddiaçı tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə iddiaçının əməkdaşlarının əmək haqlarının ödənilməsi üçün ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulmamalıdır. Beləliklə, vergi organı tərəfindən qeyd edilən bu iddia üzrə iddiaçıya əlavə olaraq ümumilikdə 2117767,65 manat əlavə vergilərin hesablanması və vergilərin dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə 253033,46 manat məbləğində faizin (LİBOR+4%) hesablanması əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 12 sentyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: 29 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş cavabdeh Milli Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair xx.xx.2023-cü il tarixli **********289100 №li yazılı etirazı onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********165779 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli **********168686 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175216 qərar qəbul edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********175216 nömrəli qərarına əsasən vergi ödəyicisinə ümumilikdə 2631791,64 manat əlavə vergi məbləği, 248273,05 manat maliyyə sanksiyası və 255514,74 manat faiz hesablanmışdır. Cəmiyyət tərəfindən mənfəət vergi bəyannamələri üzrə gəlirlərin düzgünlüyü yoxlanılan zaman kənarlaşmanın olduğu müəyyən olunmuşdur. Belə ki, 2020-ci ilin mənfəət vergisi üzrə 2423592.48 manat gəlirin düzgün olmayaraq 2021-ci ilin MV bəyannaməsinin gəlirlərində bəyan edildiyi müəyyən olunmuşdur. Eyni zamanda 2021-ci ilin MV üzrə bəyannaməsinin gəlirlərində isə 2428567.90 manat gəlirin düzgün olmayaraq 2022-ci ilin gəlirlərində bəyan edildiyi aşkar olunmuşdur. Bununla da, Vergi Məcəlləsinin 104-cü və 135-ci maddəsinin tələblərinin pozulmaqla ümumilikdə MV bəyannamələri (2021-2022) üzrə 2428567.90 manat (2020-ci il üzrə 2423592.48 manat, 2021-ci il üzrə isə 4975.42 manat) gəlirin az göstərildiyi müəyyən olunmuşdur. Bundan başqa cəmiyyətin 2020-ci il gəlirlərində CQBK sazişi üzrə fəaliyyətindən 215992.42 manat gəlirlərinin olduğu müəyyən olunmuş və CQBK sazişinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisindən azad olduğuna görə və Vergi Məcəlləsinin 106.1-ci maddəsinin tələblərinə əsasən ümumi gəlirlərdən çıxılaraq cəmiyyətin vergidən azad olunan gəlirlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən cəmiyyətin gəlirlərin düzgün bəyan olunmamasına və CQBK sazişi üzrə gəlirlərinə görə xərclər xüsusi çəki əsasında xərclərə aid edilərək svy ilə yenidən hesablama nəticəsində cəmiyyətə ümumilikdə 482880.81 manat (2020-ci il üzrə 481885.72 manat, 2021-ci il üzrə 995.09 manat) vergi məbləğinin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə ümumilikdə 241440.40 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, cəmiyyətin təsisçisi olan “Az-Texnodiaqnostika və Texniki Təchizad xidmətləri” MMC-ə 127846.80 manat dividend ödənişləri aparılmış lakin ödəmə mənbəyində vergiyə cəlb olunmadığı aşkar olunmuşdur. Odur ki, Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulmasına görə ümumilikdə 12784.70 manat (2020-ci il üzrə 3835.40 manat, 2021-ci il üzrə 8949.28 manat) vergi məbləği və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6392.34 manat (2020-ci il üzrə 1917.70 manat, 2021-ci il üzrə 4476.64 manat) maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, cəmiyyətdə çalışan xarici əməkdaşların əmək haqları “AİR Resources Limited (United Kingdom)” şirkəti tərəfindən ödənilmiş, əmək müqavilələri “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə bağlanılmış, əmək haqları "xxxx" MMC tərəfindən hesablanmış və xarici işçilərin əmək haqqıdan vergiləri hesablanaraq büdcəyə ödənilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW- 20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR Resources Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Qeyd edilənlərlə bağlı xx.xx.2023-cü il tarixində **********171994 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış, həmin qərara əsasən muzdlu işçi kimi fəaliyyət göstərən xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, paysliplər, əmək haqqı hesablama cədvəlləri, ödəniş sənədləri, "xxxx" MMC ilə “AİR Resources Limited (United Kingdom)” şirkəti arasında servis xidmətləri ilə bağlı ilkin sənədləri (müqavilə, qəbul aktlan, qaimə- faktura, ödəniş sənədləri (alt sənədləri ilə birlikdə) götürülərək protokollaşdırılmışdır. Lakin, "xxxx" MMC ilə Swift Techincal (Singapore) Pte LTD şirkəti arasında bağlanmış müqavilənin olmadığı bildirilərək verilməsindən imtina edildiyindən xx.xx.2023-cü il tarixli **********172638 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" Akt tərtib edilmişdir. Bundan başqa yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən “Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi’’-nin Bakı filialına tibbi xidmətlər üzrə 9842.43 manat, otel mehmanxana xidmətlərinə görə “X15” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 313501.02 manat, təlim xidmətlərinə görə “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 19040.00 manat, hüquq xidmətlərinə görə “X16 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 23913.13 manat aparılmış ödənişlər Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə vergiyə cəlb edilməmişdir. Yoxlanılan dövr üzrə qeyd olunan şirkətlər tərəfindən göstərilən xidmətlərin dəyərləri (ümumilikdə 366296.76 manat) yuxarıda qeyd edilən Sazişlər çərçivəsində filialın dövriyyəsinə uyğun olaraq bölüşdürülərək “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü” haqqında Sazişinin 12.6- maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 manddəsinə əsasən 5% vergi dərəcəsi ilə 18054.37 manat, “Xəzər dənizinin Azərbaycan sektorunda Şah dəniz prespektiv sahəsinn kəşfiyyatı, işlənməsi hasilatının pay bölgüsü haqqında Sazişinin 12.4 maddəsinin (i) bəndinə və Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 6,25 % vergi dərəcəsi ilə 303.56 manat olmaqla ümumilikdə 18357.93 manat vergi hesablanmışdır. Bundan əlavə vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 2481.28 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. İddiaçı “Air Resources Limited (United Kingdom)” şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisində cəmiyyətə heç bir mal və xidmətin təqdim edilmədiyini və cəmiyyət tərəfindən “Air Resources Limited (United Kingdom)” şirkətinə ödənilmiş məbləğlərin xarici əməkdaşların əmək haqqı olduğunu bildirmişdir. Həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikası Höküməti ilə Böyük Britaniya və X5 Krallığı Höküməti arasında bağlanmış ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınanın qarşısının alınması haqqında Konvensiyaya istinad edilməklə vergilərin hesablanmasının düzgün olmadığını bildirmişdir. “Air Resources” Limited (United Kingdom) şirkəti tərəfindən işçilik xidməti ilə bağlı göndərilmiş xarici işçilərin Azərbaycan Respublikası ərazisində xidmətlər göstərdiyini nəzərə alaraq, Cəmiyyətə “Air Resources” Limited (United Kingdom) şirkəti tərəfindən göstərilən xidmətlərin Azərbaycan Respublikası ərazisindən kənar göstərilməsi ilə bağlı mövqeyi əsassızdır. Bundan başqa, Cəmiyyətin Azərbaycan Respublikası Höküməti ilə Böyük Britaniya və X5 Krallığı Höküməti arasında bağlanmış Konvensiyaya görə ikiqat vergiyə cəlb etməyə yol verilməməsi ilə bağlı mövqeyi barədə bildiririk ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalan”mn 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 forması) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. Lakin “Air Resumes" Limited (United Kingdom) şirkəti tərəfindən belə bir müraciətin edildiyi müəyyən edilməmişdir. İddiaçı tərəf qərarın tam ləğvini tələb etsə də bununla bağlı hər hansı dəlil gətirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandirma hissəsi İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar:
İddiaçı MMC-nin Nizamnaməsindən (surəti) müəyyən olunur ki, İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. Milli Gəlirlər Baş İdarəsinin X10 qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № **********11400 saylı çıxarışdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ********** dövlət qeydiyyat nömrəsilə qeydə alınmış və AZ 1005, ünvan 1 ünvanı olan İddiaçı MMC-nin kapitalında “Az-Texnodiaqnostika və Texniki Təchizat Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti – 51% və "xxxx" Şirkəti (Böyük Britaniya və Şimali İrlandiya, Birləşmiş Krallığı) – 49% paya sahibdirlər. xx.xx.2023-cü il tarixli **********168686 nömrəli, “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********165779 saylı qərarına əsasən həmin İdarənin əməkdaşları tərəfindən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlama ilə müəyyən olunmuşdur ki, Cəmiyyət tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə 2423592.48 manat gəlir 2021-ci ilin MV bəyannaməsinin gəlirlərində bəyan edilmişdir. Eyni zamanda 2021-ci ilin MV üzrə bəyannaməsinin gəlirlərində 2428567.90 manat gəlir 2022-ci ilin gəlirlərində bəyan edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 104-cü və 135-ci maddəsinin tələblərinin pozulmaqla ümumilikdə MV bəyannamələri (2021-2022) üzrə 2428567.90 manat (2020-ci il üzrə 2423592.48 manat, 2021-ci il üzrə isə 4975.42 manat) gəlirin az göstərildiyi müəyyən olunmuşdur. Bundan başqa cəmiyyətin 2020-ci il gəlirlərində CQBK sazişi üzrə fəaliyyətindən 215992.42 manat gəlirlərinin olduğu müəyyən olunmuş və CQBK sazişinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisindən azad olduğuna görə və Vergi Məcəlləsinin 106.1-ci maddəsinin tələblərinə əsasən ümumi gəlirlərdən çıxılaraq cəmiyyətin vergidən azad olunan gəlirlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən cəmiyyətin gəlirlərin düzgün bəyan olunmamasına və CQBK sazişi üzrə gəlirlərinə görə xərclər xüsusi çəki əsasında xərclərə aid edilərək SVY ilə yenidən hesablama nəticəsində cəmiyyətə ümumilikdə 482880.81 manat (2020-ci il üzrə 481885.72 manat, 2021-ci il üzrə 995.09 manat) vergi məbləğinin və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə ümumilikdə 241440.40 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, cəmiyyətin təsisçisi olan “Az-Texnodiaqnostika və Texniki Təchizad xidmətləri” MMC-ə 127846.80 manat dividend ödənişlərinin aparıldığı, lakin ödəmə mənbəyində vergiyə cəlb olunmadığı aşkar olunmuşdur. Odur ki, Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulmasına görə ümumilikdə 12784.70 manat (2020-ci il üzrə 3835.40 manat, 2021-ci il üzrə 8949.28 manat) vergi məbləği və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6392.34 manat (2020-ci il üzrə 1917.70 manat, 2021-ci il üzrə 4476.64 manat) maliyyə sanksiyası hesablanmışdır. Cəmiyyətdə çalışan xarici əməkdaşların əmək haqlarının “AİR Resources Limited (United Kingdom)” şirkəti tərəfindən ödənildiyi, əmək müqavilələrinin “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə bağlanıldığı, əmək haqlarının "xxxx" MMC tərəfindən hesablandığı və xarici işçilərin əmək haqqından vergiləri hesablanaraq büdcəyə ödənildii müəyyən olunmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW - 20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR Resources Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Qeyd edilənlərlə bağlı xx.xx.2023-cü il tarixində **********171994 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış, həmin qərara əsasən muzdlu işçi kimi fəaliyyət göstərən xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, paysliplər, əmək haqqı hesablama cədvəlləri, ödəniş sənədləri, İddiaçı MMC ilə “AİR Resources Limited (United Kingdom)” şirkəti arasında servis xidmətləri ilə bağlı ilkin sənədləri (müqavilə, qəbul aktlan, qaimə- faktura, ödəniş sənədləri (alt sənədləri ilə birlikdə) götürülərək protokollaşdırılmışdır. "xxxx" MMC ilə Swift Techincal (Singapore) Pte LTD şirkəti arasında bağlanmış müqavilənin olmadığı bildirilərək verilməsindən imtina edildiyindən, xx.xx.2023-cü il tarixli **********172638 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib edilmişdir. Yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən “Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi’’-nin Bakı filialına tibbi xidmətlər üzrə 9842.43 manat, otel mehmanxana xidmətlərinə görə “X15” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 313501.02 manat, təlim xidmətlərinə görə “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 19040.00 manat, hüquq xidmətlərinə görə “X16 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 23913.13 manat aparılmış ödənişlər Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə vergiyə cəlb edilməmişdir. Yoxlanılan dövr üzrə qeyd olunan şirkətlər tərəfindən göstərilən xidmətlərin dəyərləri (ümumilikdə 366296.76 manat) yuxarıda qeyd edilən Sazişlər çərçivəsində filialın dövriyyəsinə uyğun olaraq bölüşdürülərək “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü” haqqında Sazişinin 12.6-cı maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 manddəsinə əsasən 5% vergi dərəcəsi ilə 18054.37 manat, “Xəzər dənizinin Azərbaycan sektorunda Şah dəniz prespektiv sahəsinn kəşfiyyatı, işlənməsi hasilatının pay bölgüsü haqqında Sazişinin 12.4 maddəsinin (i) bəndinə və Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 6,25 % vergi dərəcəsi ilə 303.56 manat olmaqla ümumilikdə 18357.93 manat vergi hesablanmışdır. Bundan əlavə vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 2481.28 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. Yoxlamanın ümumi nəticəsi olaraq cəmiyyətə ümumilikdə 2631791,64 manat əlavə vergi məbləğinin hesablanması, bundan əlavə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247833,05 manat, Vergi Məcəlləsinin 57.1 maddəsinə görə 440 manat olmaqla, ümumilikdə 248273,05 manat maliyyə sanksiyasının və "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-a maddəsinə əsasən 255514,74 manat məbləğində faizin (Libor+4%) hesablanması təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli, № **********175216 saylı “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericilyinin və icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıda 2019-2022-ci il dövrlərində vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticələrinə görə səyyar vergi yoxlaması ilə ümumilikdə 2631791.64 manat əlavə vergi məbləği (mənfəət vergisi üzrə 482880.81 manat, ödəmə mənbəyində tutulan vergilər üzrə 12784,7 manat, xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə 2136125,57 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqları üzrə 0,56 manat) Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 247833,05 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə 440 manat olmaqla ümumillikdə 248273,05 manat maliyyə sanksiyalarının və “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında” protokolun 3.6-cı maddəsinə əsasən 255514.74 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. “Vergi borcunun icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********132400 №-li tələbnamədə göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsiinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********175216 saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: - 2631791.64 manat; Vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: - 248273.05 manat; Vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər; - 255514.74 manat Büdcəyə ödənilməli olan cəmi məbləğ 3135579.43 manatı və 0.00 manat ABŞ dolları təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, büdcəyə ödənilməli olan cəmi 3135579.43 Azərbaycan manatın və 0.00 ABŞ dolları vəsaitin 05 gün müddətində ödənilməsi tələb olunmuşdur. “X11” şirkəti (“Səhmdar”) ilə İddiaçı MMC (“Şirkət”); arasında bağlanmış xx.xx.2020ci il tarixli, № 001AİRSW-20 №-li “Xidmət müqaviləsi”ndən müəyyən olunur ki; Bənd 1.1. Bu müqavilədə müəyyən olunmuş şərtlərə və BP Exploration (Xəzər dənizi) Limited şirkətinə Layihə İdarəetmə Xidmətlərinin göstərilməsi məqsədilə 9 dekabr 2019-cu il tarixdə imzalanmış 441Q021561 saylı Baş Müqavilənin məqsədlərinə uyğun olaraq, Səhmdar mühəndislərin təmin olunması (Şirkətin tələb etdiyi ixtisasa müvafiq qaydada), onların ümumi və xalis gəlirləri (maaşları və s.), əcnəbi mütəxəssislərin xalis gəlirlərinin Səhmdarın öz vəsaitləri hesabına onların bank hesablarına köçürülməsi də daxil olmaqla Şirkətə işçi qüvvəsinin həlli ilə bağlı xidmətlərin göstərilməsini və bu müqavilədə göstərilən müddət daxilində xidmətlərin göstərilməsi ilə bağlı bütün işlərin aparlmasını öz üzərinə götürür. Bənd 1.2. İddiaçı MMC “X11” şirkəti tərəfindən yerinə yetirilmiş iş və xidmətləri qəbul etməyi və bu Müqavilədə müəyyən olunmuş xidmətlərə görə Səhmdara xidmət haqqı ödəməyi öz üzərinə götürür. Bənd 4.1. Bu müqavilədə müəyyən olunmuş xidmətlərə görə xidmət haqları Səhmdar tərəfindən təqdim olunmuş, Şirkət tərəfindən qəbul olunmuş aktda (aktlarda) göstərilməlidir. 4.2. Ödəniş, Səhmdarın təqdim etdiyi hesab-faktura əsasında 5 (beş) bank günü ərzində Şirkət tərəfindən Səhmdarın bank hesabına ödənilməlidir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Vergi Məcəlləsi.
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə Sənədlərin tələb edilməsi. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 92. Ödəmə mənbəyində verginin tutulmamasına və ya büdcəyə köçürülməməsinə görə məsuliyyət. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki: İddiaçı cəmiyyət tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə 2423592.48 manat gəlir 2021-ci ilin MV bəyannaməsinin gəlirlərində, 2021-ci ilin MV üzrə bəyannaməsinin gəlirlərində 2428567.90 manat gəlir 2022-ci ilin gəlirlərində bəyan edilmişdir. Bundan başqa cəmiyyətin 2020-ci il gəlirlərində CQBK sazişi üzrə fəaliyyətindən 215992.42 manat gəlirlərinin olduğu müəyyən olunmuş və CQBK sazişinin 8-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisindən azad olduğuna görə və Vergi Məcəlləsinin 106.1-ci maddəsinin tələblərinə əsasən ümumi gəlirlərdən çıxılaraq cəmiyyətin vergidən azad olunan gəlirlərinə aid edilmişdir. Qeyd olunanlara əsasən cəmiyyətin gəlirlərin düzgün bəyan olunmamasına və CQBK sazişi üzrə gəlirlərinə görə xərclər xüsusi çəki əsasında xərclərə aid edilərək SVY ilə yenidən hesablama nəticəsində cəmiyyətə ümumilikdə 482880.81 manat (2020-ci il üzrə 481885.72 manat, 2021-ci il üzrə 995.09 manat) vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241440.40 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cəmiyyətin təsisçisi olan “Az-Texnodiaqnostika və Texniki Təchizad xidmətləri” MMC-ə 127846.80 manat dividend ödənişləri aparıldığı halda, ödəmə mənbəyində vergiyə cəlb olunmadığı aşkar olunmuş, Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinin pozulmasına görə ümumilikdə 12784.70 manat (2020-ci il üzrə 3835.40 manat, 2021-ci il üzrə 8949.28 manat) vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6392.34 manat (2020-ci il üzrə 1917.70 manat, 2021-ci il üzrə 4476.64 manat) maliyyə sanksiyası tətbiq olunmuşdur. Cəmiyyətdə çalışan xarici əməkdaşların əmək haqları “AİR Resources Limited (United Kingdom)” şirkəti tərəfindən ödənilmiş, əmək müqavilələri “Swift Technical (Singapore) Pte Ltd” şirkəti ilə bağlanılmış, əmək haqları İddiaçı MMC tərəfindən hesablanmış və xarici işçilərin əmək haqqıdan vergiləri hesablanaraq büdcəyə ödənilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixli 001AİRSW- 20 nömrəli Xidmət müqaviləsi əsasında (eyni zamanda aktlar) “AİR Resources Limited (United Kingdom)” şirkətinə xarici əməkdaşlara verilmiş əmək haqqı və digər ödənişlərin üzərinə ticarət əlavəsi əlavə edilməklə ödənişlər aparılmışdır. Cəmiyyət tərəfindən “Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi’’nin Bakı filialına tibbi xidmətlər üzrə 9842.43 manat, otel mehmanxana xidmətlərinə görə “X15” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə 313501.02 manat, təlim xidmətlərinə görə “X3 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 19040.00 manat, hüquq xidmətlərinə görə “X16 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 23913.13 manat aparılmış ödənişlər Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergilər üzrə vergiyə cəlb edilməmişdir. Qeyd olunan şirkətlər tərəfindən göstərilən xidmətlərin dəyərləri (ümumilikdə 366296.76 manat) yuxarıda qeyd edilən Sazişlər çərçivəsində filialın dövriyyəsinə uyğun olaraq bölüşdürülərək “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü” haqqında Sazişinin 12.6- maddəsinin (i) bəndinə və həmin sazişin Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 manddəsinə əsasən 5% vergi dərəcəsi ilə 18054.37 manat, “Xəzər dənizinin Azərbaycan sektorunda Şah dəniz prespektiv sahəsinn kəşfiyyatı, işlənməsi hasilatının pay bölgüsü haqqında Sazişinin 12.4 maddəsinin (i) bəndinə və Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokolun 1.1 maddəsinə əsasən 6,25 % vergi dərəcəsi ilə 303.56 manat olmaqla ümumilikdə 18357.93 manat vergi hesablanmışdır. Vergilərin Azərbaycan Respublikası Dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə "Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında" protokolun 3.6-cı maddəsinə əsasən 2481.28 manat məbləğində faiz (Libor+4%) hesablanmışdır. Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”un (bundan sonra-Protokol) 1.1ci bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən Xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən mənfəət əldə edir və belə nəzərdə tutulan mənfəət vergiyə cəlb edilir. Protokolun 1.1.2-ci bəndinə əsasən “İşlər və Xidmətlər” dedikdə, Azərbaycan Respublikası ərazisində hər hansı hüquqi şəxs tərəfindən hər hansı hüquqi şəxs üçün hər hansı iş növünün yerinə yetirilməsi və ya hər hansı xidmət növünün göstərilməsi (o cümlədən xammal, materiallar və belə işlərin yerinə yetirilməsi və ya belə xidmətlərin göstərilməsi nəticəsində müstəqil vahid olmayan digər elementlər) başa düşülür. "İşlər və Xidmətlər" dedikdə aşağıdakı fəaliyyət növləri başa düşülür: layihə işləri geoloji tədqiqatlar, kəşfiyyat, işlənmə, qazma hasilat, tikinti, modernizasiya, tikinti və maddi-texniki fəaliyyətin digər növləri; daşınmaz əmlakın icarəsi üzrə fəaliyyət; inzibati, texniki, hüquqi, mühasibat, reklam, nəqliyyat və rabitə fəaliyyəti, kompüter təminatı, təhlükəsizlik təminatı, məsləhət fəaliyyəti, tədris və digər oxşar fəaliyyətlər. Protokolun 1.1.3-cü bəndinə əsasən karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasından kənarda işlərin görülməsi və xidmətlərin göstərilməsinə yaxud malların təsliminə münasibətdə heç bir vergi tətbiq olunmur. Protokolun 3.1-ci bəndinə əsasən xarici subpodratçılara həyata keçirilən ödənişlərdən bu Protokolun 1-ci maddəsinə müvafiq surətdə hesablanmış vergilər bu ödənişləri həyata keçirən şəxs tərəfindən tutulacaqdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya hesablanmış vergilərin əsaslı olması üçün aşağıdakı şərtlər yerinə yetməlidir: - “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti Hasilatın pay bölgüsü haqqında Sazişlərin tərkib hissəsi olan “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”a əsasən xarici subpodratçı olmalıdır; - İddiaçı MMC Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirməlidir. Qeyd edilən Protokolların “Təriflər” bölməsinə əsasən, “xarici subpodratçı” Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). “Subpodratçı” isə podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya Xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC xarici subpodratçıdır. Göründüyü kimi, X1 verginin hesablanmasına dair münasibətlər tənzimlənmişdir və ödənişlərdən tam məbləğdə ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmuşdur Hazırkı halda iddiaçı onunla SWİFT Technical (Singapore) PTE LTD Şirkəti (podratçı) arasında bağlanmış “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında” Müqaviləyə istinadən iddia edir ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti Azərbaycan Respublikasından kənarda müəyyən xidmətlər göstərmişdir. İş materiallarında olan ayrı-ayrı şəxslərlə SWİFT Technical (Singapore) PTE LTD Şirkəti arasında bağlanmış əmək müqavilələrinin surətlərindən müəyyən olunur ki, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti iddiaçının xeyrinə işləməyə razı olan namizədlərin Azərbaycan Respublikasına göndərilərək iddiaçı tərəfindən işə götürülməsinə dair xidmətlər göstərməmiş, əksinə, özü ilə əmək müqaviləsi bağlayan və onun işçiləri olan şəxsləri Azərbaycan Respublikasında müştərisi üçün (BP Exploration) işləməyə göndərmişdir. Başqa sözlə, SWİFT Technical (Singapore) PTE LTD Şirkəti faktiki işçilik xidməti göstərmişdir. Həmin müqavilələrin məzmununda əmək haqlarının həcmi və ən əsası əmək münasibətlərinə xitam vermə ilə bağlı səlahiyyətlərin SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsus olduğu qeyd edilib və həmin müqavilədə işəgötürən kimi bütün hüquq və vəzifələrin iddiaçıya deyil, SWİFT Technical (Singapore) PTE LTD Şirkətinə məxsusluğu müəyyən edilir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, **********175216 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini xahiş etsə də, iddiada qərarın mübahisələndirilən hissə ilə bağlı ifadə tərzini aşağıdakı kimi qeyd etmişdir: “İddiaçı tərəfindən “AİR RESOURCES Limited (United Kingdom)” şirkətinə iddiaçının əməkdaşlarının əmək haqlarının ödənilməsi üçün ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulmamalıdır. Beləliklə, vergi organı tərəfindən qeyd edilən bu iddia üzrə iddiaçıya əlavə olaraq ümumilikdə 2117767,65 manat əlavə vergilərin hesablanması və vergilərin dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə 253033,46 manat məbləğində faizin (LİBOR+4%) hesablanması əsassızdır”. Göründüyü kimi iddiaçı ifadə tərzində cavabdeh inzibati orqanın qərarını qalan hissədə mübahisələndirməmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məvcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********175216 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanuni və əsaslı olmuşdur.
NƏTİCƏ HİSSƏSİ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev