Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2374/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin qarşı “xx.xx.2022-ci il tarixli **********156228 saylı Qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********156228 saylı Qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********144575 saylı Aktı və xx.xx.2022-ci il tarixli **********156228 saylı Qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə "xxxx" MMC-nin Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi daxil olmuşdur. iddia ərizəsində qeyd edilənlərə iddiaçı İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə verilərək bildirilmişdir ki, “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli**********156228 saylı qərara əsasən müəssisəyə 1 517 082.51 manat əlavə vergi məbləği hesablanılmış və 758 541.27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablanmış vergi məbləğinin tərkibi aşağıdakı kimi olmuşdur: Vergi tədiyyəsinin Əlavə Maliyyə adı Dövr hesablama sankssiyası Cəmi Mənfəət vergisi 2018 72,451.00 36,225.50 108,676.50 Mənfəət vergisi 2019 93,566.54 46,783.27 140,349.81 Mənfəət vergisi 2020 95,093.69 47,546.85 142,640.54 Əlavə Dəyər vergisi 2018 412,868.52 206,434.26 619,302.78 Əlavə Dəyər vergisi 2019 474,893.91 237,446.96 712,340.87 Əlavə Dəyər vergisi 2020 368,208.85 184,104.43 552,313.28 CƏMİ 1,517,082.51 758,541.27 2,275,623.78 Bildirilmişdir ki, qeyd olunan hesablama Vergi Məcəlləsinin və digər qanunvercilik aktlarının kobud şəkildə pozulması ilə aparılmışdır. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Həmin maddədə qeyd edilmişdir: “38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” səyyar vergi yoxlaması təyin edilir. Lakin səyyar vergi yoxlaması təyin edilməsi barədə qərarda vergi orqanın əldə etdiyi mənbəyi bəlli olan məlumatlar açıqlanmamışdır. Analoji işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-330/2022 saylı qərarında(sədrlik edən və məruzəçi hakim: S.Kərimov) qeyd edilmişdir: - Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Daha sonra bildirilmişdir ki, Eyni zamanda yoxlamanın aparılması zamanı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin bir sıra tələbləri ciddi şəkildə pozulmuşdur. Həmin əsasnamənin; 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilməlidir. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021-ci il tarixləri müəyyən olunmuşdur. Lakin sonradan yoxlama prosesində yoxlama 10 dəfə müvəqqəti dayandırılmış, 1 dəfə isə uzadılmışdır. SVY aktına əsasən həmçinin müəyyən olunur ki, yoxlama xx.xx.2021-ci il tarixində başlanılmış və xx.xx.2021-ci il tarixində başa çatdırılmışdır. SVY aktında həmçinin müəyyən olunur ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********153009 saylı qərarına əsasən aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Lakin həmin aktın tərtibi müddətinin uzadılması barədə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə müvafiq məlumatlar daxil edilməmişdir. Halbuki yuxarıda qeyd edilən əsasnamənin tələbinə əsasən uzadılma barədə qərar reyestrə daxil edilməli idi. Eyni zamanda aktın tərtibi müddətinin uzadılması qərarı da əsassız olmuşdur. belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Lakin mövcud vəziyyətdə aktın tərtibi müddətinin uzadılması üçün qanunverciliklə müəyyən olunmuş 2 səbəbdən heç biri olmamışdır. Birincisi hesablama üçün əsas olan mütəxəssis rəyi xx.xx.2021-ci il tarixində tərtib edilərək vergi orqanına təqdim edilmiş, yoxlama isə xx.xx.2021—ci il tarixində başa çatdırılmışdır. Digər tərəfdən isə yoxlama zamanı digər şəxslərə sorğuları göndərilməsi və onun cavabının müəyyən olunmuş müddətdə əldə edilə bilməməsi ilə bağlı heç bir məlumat mövcud deyildir. Bildiririk ki, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmışdır. Mütəxəssis qisməndə MBA LTD MMC-nin nümayəndəsı X2 iştirak etmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Aktiv enerji sərfiyyatina görə(1 saata 90.00 kvt olmaqla) aylar ərzində iş saatı müəyyən olunmuş və 1 saata 40 kub beton istehsalı müəyyən olunmaqla, cəmi 112 450.42 kub ümumi beton istehsalı həcmi müəyyən olunmuşdur. Lakin nə rəydə, nə də səyyar vergi yoxlaması aktında istehsal avadanlıqlarının hansı meyar və göstəricilərə əsasən 1 saata 40 kub beton istehsal edə bilməsi əsaslandırılmamışdır. Avadalıqların texniki göstəriciləri barədə heç bir məlumat mövcud olmamışdır. Bu barədə tərəfimizdən vergi orqanına xx.xx.2023-cü il tarixli sorğu göndərilsə, cavabdeh bu sorğuya cavab vermədən, məktubun icrasını basqa bir sənədlər bağlamışdır. Həmçinin xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” **********152643 saylı protokola əsasən də müəyyən edilmişdir ki, baxış zamanı beton zavod fəaliyyət göstərməmiş, həmin ərazidə müəssisənin təsisçisi X3 tərəfindən icarəyə verilmiş taxta sexi və dəmir məmulatları istehsalı sexlərinin faktiki fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, müəssisəyə məxsus olan qeydiyyatda olan təsərrüfat subyektinin adı “BETON İSTEHSALİ VƏ İCARƏ OBYEKTİ” olmuşdur, obyektdə cəmi 1 elektrik sayğacı quarşdırılıb. Yoxlama dövründə həmin icarə obyektində faktiki olaraq neçə icarədarin fəaliyyət göstərməsi və onların dəqiq enerji sərfiyyatı müəyyən olunmamışdır. Obyektlərin hər birinə ayrılıqda sayğac quraşdırılmadığından, mütəxəssis rəyində hər il stabil olaraq 25% digər icarədarların enerji sərfiyyat nəzərə alınsa da, bu doğru yanaşma deyildir. Baxış protokolundan da göründüyü kimi, müşahidə zamanı beton istehsalı zavodu faktiki olaraq fəaliyyət göstərməmiş, digər sexlər isə fəaliyyət göstərmişdir. Bu zaman elektrik enerjisi sərfiyyatının 70%-nin işləməyən müəssisəyə aid edilməsi əsassızdir. Mütəxəssis rəyinə əsasən 112 450.42 kub ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktında illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmışdır(M-100, M-150, M-200, M-250, M-300, M-350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə istehsal həcmi müəyyən olunduğu əsaslandırılmamış və marklar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi. Bildirilmişdir ki, yoxlama dövründə müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında 1 592 207.96 manat dəyərində beton satışı aparılmış, mənfəət vergisi bəyənnamələrində 1 598 042.6 manat dövriyyə bəyan olunmuşdur. Lakin səyyar vergi yoxlaması aktına əsasən 8 503 486.18 manat dövriyyə müəyyən olunmuşdur ki, bu absurd bir rəqəmdir. Vergi orqanın yanaşmasına görə yoxlama dövründə vergi ödəyicisi tərəfindən 6 905 443.58 manat dövriyyə kənarlaşması olmuşdur. Halbuki, yoxlama ilə hər hansı bir pərakəndə və ya elektron qaimə faktura olmadan satış aparılması təsdiqini tapmamışdır. Vergi orqanı istehsal həcminin müəyyən olunması məqsədi ilə xronometraj metodu ilə müşahidə təyin edə bildiyi halda, bu hüququndan istifadə etməmişdir. Bunlardan əlavə Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” **********152643 saylı protokol müşahidəçi kimi MBA LTD MMC-nin mütəxəssisi tərəfindən imzalanmışdır. Halbuki, VM-nin 47.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir. 47.2. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir. 47.3. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadına əsasən iş üzrə İddiaçı MMC tərəfindən buraxılmış prossesual müddət bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili ilə bağlı bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********144530 nömrəli Qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Baş İdarənin xx.xx.2021-ci il tarixli **********144572 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməsi çıxarılaraq xx.xx.2021-ci il tarixində əlbə-əl qaydada təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Aktla rəsmiləşdirilərək xx.xx.2021ci il tarixli **********527800 nömrəli məktubla elektron qaydada təqdim olunmuşdur. Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixli **********527800 və xx.xx.2021-ci il tarixli **********161000 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktublarla müəsisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. Müəssisə tərəfindən yoxlamaya sənədlərin bir qismi təqdim olunmuş və nəticəsi xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikasi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanlarının və onlann vəzifəli şəxslərin düzgün qərar qəbul edilməsi uçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi odəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14cü maddəsi ilə təyin edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 45-ci maddasinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanın rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis dəvət edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisi tərəfindən tikintidə istifadə etmək üçün beton məmulatlarının real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X2 mütəxəssis kimi dəvət olunmuşdur, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında" Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e- qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin mütəxəssisi X2 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında vergilər hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması üzrə: Müəssisənin 2018-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 565 491.06 manat (mallann təqdim edilməsindən gəlir), gəlirdən çıxılan xərcləri 499 937.05 manat (o cümlədən: 49 602.80 manat əmək haqqı, 10 912.60 manat sosial siğorta haqqı, 403 939.34 manat xammal və material, 9 922.00 manat enerji, 209.70 manat su və kanalizasiya, 213.60 manat rabitə, 12 797.08 manat bank xidməti üzrə, 9 835.54 manat amortizasiya, 2 504.39 manat gəlirdən çıxılan vergilər və yığımlar) vergiyə cəlb olunan mənfəəti 65 554.01 manat olmaqla 13 110.80 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 859 204.72 manat (mütəxəssis rəyinə əsasən), gəlirdən çıxılan xərcləri 2 382 670.60 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti keçmiş illərin zərəri çıxılmaqla 427 809.00 ((476 534.12- 40 000.00 (2015-ci il üzrə zərər) manat- 8725.12 (2017-ci il üzrə zərər) manat)) manat olmaqla 85 561.80 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2019-cu ildə müəssisənin ümumi gəlirləri 168 696.58 manat (mallann təqdim edilməsindən gəlir), gəlirdən çıxılan xərcləri 213 800.48 manat (o cümlədən: 54 641.20 manat əmək haqqı, 9 971.35 manat sosial siğorta haqqı, 120 731.23 manat xammal və material, 8 882.02 manat enerji, 723.72 manat qaz, 963.43 manat su və kanalizasiya, 128.16 manat rabitə, 4 154.17 manat bank xidməti üzrə, 192.00 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərclər, 9 854.74 manat amortizasiya, 270.00 manat siğorta üzrə, 400.00 digər, 2 888.46 manat gəlirdən çıxılan vergilər və yığımlar) olmaqla, 45 103.90 manat zərərə çıxmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 806 996.16 manat (mütəxəssis rəyinə əsasən), gəlirdən çıxılan xərcləri 2 339 163.46 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti 467 832.70 manat olmaqla 93 566.54 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2020-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2020-ci ildə müəssisənin ümumi gəlirləri 866 169.52 manat (o cümlədən: 863 581.96 manat mallann təqdim edilməsindən gəlir, 2 587.56 manat daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) gəlirdən çıxılan xərcləri 868 206.95 manat (o cümlədən: 76 622.35 manat əmək haqqı, 15 532.00 manat sosial siğorta haqqı, 714 429.64 manat xammal və material, 9 214.32 manat enerji, 1 592.69 manat qaz, 2 407.38 manat su və kanalizasiya, 128.16 manat rabitə, 1 839.72 manat bank xidməti üzrə, 120.00 manat bilavasitə mallann təqdim edilməsi ilə bağlı digər xərclər, 561.60 manat borca görə faizlər və onunla bağlı olan, 31 619.19 manat ümidsiz borclar, 9 854.74 manat amortizasiya, 300.00 manat siğorta üzrə, 450.50 manat digər, 3 534.66 manat gəlirdən çıxılan vergilər və yığımlar) olmaqla, 2 037.43 manat zərərə çıxmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 839 872.85 manat (o cümlədən: 2 837 285.30 manat mütəxəssis rəyinə əsasən, 2 587.55 manat daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) gəlirdən çıxılan xərcləri 2 366 566.71 manat (Nazirlər Kabinetinin 55 saylı qəranna əsasən) vergiyə cəlb olunan mənfəəti 475 468.45 manat olmaqla 95 093.69 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə 2018-ci il üzrə 85 561.80 manat, 2019-cu il üzrə 93 566.54 manat və 2020-ci il üzrə 95 093.69 manat olmaqla cəmi 274 222.03 manat mənfəət vergisi azaldılmışdır (Cədvəl əlavə olunur). Mənfəət vergisinin 274 222.03 manat (Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qəranna əsasən) azaldılması müəyyən olundu. Yoxlama ilə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2018-2020ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-2020-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 Ml= xR; 100+R Burada: Ml - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 2 859 204.72 Ml = x 20 = 476 534.12 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 476 534.12 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2018-ci il = (476 534.12- 40 000- 8 725.12)x 20%= 85 561.80 2 806 996.16 Ml = x 20 = 467 832.70 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəət 467 832.70 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2019-cu il = 467 832.70 x 20%= 93 566.54 2 837 285.30 Ml = x 20 = 472 880.88 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəət 472 880.88 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2020-ci il üzrə (472 880.88+2 587.55 daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) *20%= 95 093.69. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 72 451.00 ((85 561.80 (yoxlama ilə) manat -13 110.80 (müəsisənin hesablaması ilə) manat) manat, 2019-cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat, cəmi 261 111.23 manat azaldılması müəyyən edilmişdir. Hesablamaya əsas xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istehsal olunmuş məhsullarının real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021- ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə ((təqdim olunan beton markası (kub metr)/ ümumi təqdim olunan beton markaları (kub metr)) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********9491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X2 mütəxəssis kimi dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında” Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi X2 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə (beton markası kub mert ümumi satılmış beton kub metr) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********156228 saylı xx.xx.2022-ci il tarixli qərarının surəti; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********144530 saylı xx.xx.2021-cı il tarixli, qərarının təsdiq edilmiş surəti; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********144575 nömrəli “Səyyar vergi yoxlaması” aktının təsdiq edilmiş surəti; - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - xx.xx.2021 tarixli **********144572 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamənin surəti; - xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” aktın surəti; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiyinin xx.xx.2021-ci il tarixli mütəxssis rəyi; - xx.xx.2021-ci tarixli baxış protokolu. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İddia ərizəsindən və iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə "xxxx" MMC-nin barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə çıxış edir. İnzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün zəruri şərtlərdən biri də inzibati mübahisənin olması, yəni iddia qaldırılmasından əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Hazırki işdə isə iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş və nəticə etibarilə onun ərizəsi təmin olunmamışdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-cı il tarixli, **********144530 nömrəli Qərarına əsasən 2018-ci il (yanvar)- 2020-ci ilədək (dekabr) olan dövr üzrə ddiaçı İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli **********144575 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə: 1) 2018-2020-ci illər üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 261 111.23 manat (o cümlədən: 2018-ci il üzrə 72 451.00 manat. 20İ9-cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat) mənfəət vergisi hesablanılmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 130 555.62 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir; 2) Yoxlanılan dövr ƏDV-nin bəyannamələrdə göstərilən məbləğinin bayannamələrdə göstərilməli olan məbləğinə nisbətən 1 255 971.28 manat azaldılmasına görə hesablama aparılmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 627 985.65 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi edilməsi təklif edilmişdir. “Səyyar vergi yoxlaması aktı”-nın əsasında cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********156228 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nə yoxlanılan dövr üçün; 2018- ci ilə olan dövr üçün 2018-ciil üzrə 72 451.00 manat, 2019-cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat, cəmi 261 111.23 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 261111.23 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 130555,61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: yoxlanılan dövr üzrə müəssisə tərəfindən 2018-ci ildə 412 868.52 manat, 2019-cu ildə 474 893.91 manat və 2020-ci ildə 368 208.85 manat olmaqla, cəmi 1 255 97128 manat ƏDV-nin az (mütəxəssis rəyinə əsasən) hesablanması müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozularaq ********** manat ƏDV azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ayrı-ayrı aylar üzrə azaldılmış 1 255 971.28 manat ƏDV məbləğinin 50% miqdarında, yəni 627 985.64 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********156228 saylı xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əsasən, xx.xx.2021-ci il tarixli **********144572 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnaməyə əsasən cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-dən zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş “Səyyar vergi yoxlaması”Aaktında və etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı Müəsisə tərəfindən yoxlamaya sənədlərin bir qismi təqdim olunmuş və nəticəsi xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” aktla rəsmiləşdirilmişdir. Akt xx.xx.2021-ci il tarixli **********161000 nömrəli məktubla elektron qaydada təqdim olunmuşdur. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, yoxlama xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 5 dəfə vergi ödəyicisinin rəhbərinin(onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən 5 dəfə, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə “Vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” əsası ilə isə 5 dəfə dayandırılmışdır. İş materiallarında olan vergi orqanın xx.xx.2021-ci il tarixli **********145819 saylı qərarına əsasən yoxlamanın müddəti 30 gün müddətində uzadılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” **********152643 saylı protokola əsasən də müəyyən edilmişdir ki, baxış zamanı beton zavod fəaliyyət göstərməmiş, həmin ərazidə müəssisənin təsisçisi X3 tərəfindən icarəyə verilmiş taxta sexi və dəmir məmulatları istehsalı sexlərinin faktiki fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Baxış zamanı müşahidəçi qismində yalnız mütəxəssis kimi dəvət edilmiş X2 iştirak etmiş, video çəkiliş aparılması barədə hər hansı qeyd aparılmamışdır. Halbuki, Vergi Məcəlləsinin 41.1.-ci maddəsinə əsasən “Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 47.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir. 47.2. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir. Mövcud halda isə cəmi bir müşahidəçi dəvət edilmişdir ki, o da yoxlamada mütəxəssis qismində iştirak edən şəxsdir, həmçinin video çəkiliş aparılmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözlənilmədən birbaşa VM-nin 67.14-cü maddəsini və 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. İş materiallarına əsasən, vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar qəbul edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı (X2) mütəxəssis kimi dəvət olunmuşdur. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiyinin mütəxəssisi X2 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik eneıjisi istehlakı haqqında məlumatları istifadə edərək istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəsisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəsisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə (beton markası kub mert / ümumi satılmış beton kub metr) məhsulların orta qiymətlərini tətbiq edərək vergilər hesablanmışdır. (Səyyar vergi yoxlaması aktının 16-cı səhifəsi) Vergi orqanı tərəfindən hesablanılmış vergilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə istinad edilmişdir. Belə ki, mütəxəssis rəyinə əsasən istehsal həcmi sərf edilmiş elektrik enerjisi əsasında müəyyən edilmiş və səyyar vergi yoxlaması ilə mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Bununla əlaqədar olaraq məhkəmə ilk əvvəl qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması, yoxlanılması, faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Həmçinin inzibati orqan olaraq yoxlama zamanı ƏDVnin hesablanması məqsədi ilə təqdim edilmiş malların miqdarını və dəyərini müəyyən etmədən mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında ƏDV-nin hesablanması əsassızdır. Yuxarıda qeyd olunan mövqe formalaşmış məhkəmə təcrübəsi ilə də təsdiq edilir. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-532/2022 saylı və xx.xx.2022-ci il tarixli 2-1(102)-386/2022 saylı yuxarıda qeyd edilən mövqe təsdiq edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, baxış protokoluna əsasən müəyyən olunmuşdur ki, işıq və su sayğaclarının müəssisənin yerləşdiyi ərazidə olduğu, beton istehsalalı zavodunun faktiki fəaliyyət göstəmədiyi, lakin ərazidə icarəyə verilmiş taxta sexi və dəmir məmumatları sexinin fəalyyət göstərdiyi müəyyən edildiyi halda, ümumi enerji sərfiyyatının nəyə əsasən 75 % -nin İddiaçı MMC tərəfindən, digər subyektlər tərəfindən isə 25%-nin istifadə olunması qənaətinə gəlinməsi mütəxəssis rəyi və yoxlama aktı ilə əsaslandırılmamışdır. Mütəxəssis rəyi, baxış protokolu və səyyar vergi yoxlaması aktında ərazidə fəaliyyət göstərən hər bir obyektin ayrı-ayrılqda elektrik sayğacının olması və bu sayğacların göstəriciləri barədə heç bir məlumat mövcud deyildir. Həmçinin mütəxəssis rəyində istehsal zamanı istifadə olunan avadanılıqların istehsal gücü, texniki parametrləri, göstəriciləri və s. barədə və elektrik enerjisi sərfiyyatı ilə istehsal həcmi arasında əlaqənin müəyyən olunması barədə sınaq isteshalın aparılması barədə heç bir məlumat mövcud deyildir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən vergi orqanına “enerji sərfiyyatına görə istehsal həcminin müəyyənləşdirilməsinin hansı qanunvercilik normaları ilə tənzimlənməsi barədə və ümumiyyətlə enerji sərfiyyatına görə istehsal həcminin hansı düsturla və ya hesablama qaydası ilə müəyyən olunması barədə bizə rəsmi məlumat verilməsi” barədə sorğu göndərilmiş, cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir. Nə mütəxəssis rəyində, nə də səyyar vergi yoxlaması aktında hansı normativlərə əsasən avadanlıqların istehsal gücü, avadanlığın hansı normativlərə əsasən bu qədər istehsal gücü olması barədə heç bir əsaslandırma mövcud olmamışdır. Eyni zamanda müəyyən olunur ki, mütəxəssis rəyinə əsasən yalnız illər üzrə 112 450.42 kub(2018-ci il 39 450.95, 2019-cu il 35 847.61 kub, 2020-ci il 37 151.86 kub) ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktına əlavə olaraq yoxlayıcı X4 tərəfindən tərtib olunmuş İddiaçı MMC mütəxəssis rəyi əsasında satış dövriyyəsinin hesablanması” cədvəlinə əsasən müəyyən olunur ki, illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmış və fərqli qiymətlərlə qiymətləndirilmişdir (M-100, M-150, M-200, M- 250, M-300, M-350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə istehsal həcmi müəyyən olunduğu əsaslandırılmamış və markalar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi. Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil təqdim etməmişdir. Bununla da müəyyən edilmişdir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Vergi ödəyicisi tərəfindən büdcəyə çatacaq verginin azaldılması və ya gizlədilməsi halları yalnız yuxarıda istinad olunan normalara və tələblərə uyğun aparılmış inzibati icraat nəticəsində müəyyən edilə və qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə, müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Belə ki, hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə qeyd olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. İş üzrə materiallara görə (“Səyyar vergi yoxlaması” aktına və xx.xx.2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən), iddiaçı tərəfindən MMCdə aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (10 dəfə) dayandırılmış və uzadılmış (2 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mübahisələndirilən inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Cavabdehin əldə etdiyi mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığına istinadən cəmiyyətə mənfəət (gəlir) vergisinin hesablanması, nəticə etibarı ilə qeyd olunan qaydada iddiaçıya əlavə verginin hesablanması yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan pozuntular cavabdehin qərarının ləğv olunması və iddianın təmin edilməsi üçün yetərli əsas hesab edilməlidir. Nəticə etibarı ilə, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.4. Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Maddə 62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Belə ki “İnzibati İcraaat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsin əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 24.1-cimaddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilsin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev