Məhkəmə qərarları › İş №e-2-1(112)-238/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-238/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-238/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X21 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə X17 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Zərkənd yaşayış massivi Asfalt zavodunun şimal-qərbində yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan və ölçüsündə olan koordinatların hazırkı faktiki istifadədə olan ərazinin koordinatları ilə tutuşdurularaq yaranmış fərqin aradan qaldırılması və faktiki istifadədə olan torpaq sahəsinə mövcud koordinatlar əsasında yeni plan və cizgi hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X21 xx.xx.1958-ci il tarixdə Şəki şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. İddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən ünvanda 0.06 ha torpaq sahəsi almış, bundan sonra ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələri arasındakı məsafələr, kadastr xəritəsindən çıxarış və qonşu sərhədləri göstərilmişdir. Torpaq sahələri X8 məxsus 0.06 ha torpaq sahəsi (çıxarış alınmayıb), X17 məxsus 0.06 ha torpaq sahəsi (çıxarış alınıb), İddiaçı1 məxsus 0.03 ha torpaq sahəsi (çıxarış alınıb) İddiaçı2 məxsus 0.03 ha torpaq sahəsi (çıxarış alınıb) Torpaq sahəsinin sol tərəfində yerləşən 0.06 ha torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən X3, daha sonra X13 tərəfindən X1, lakin X2 torpaq sahəsinin ona məxsus olması ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış almamışdır. Torpaq sahəsinin hazırda iddiaçıya məxsus 0.06 ha torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən X7, daha sonra X23 tərəfindən xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi əsasında X6, bundan sonra ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. Torpaq sahəsinin sağ tərəfində yerləşən 0.06 ha torpaq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən X5, daha sonra sözügedən torpaq sahəsinin 0.03 ha hissəsi X19 tərəfindən X4 və bu barədə ona xx.xx.2019-cu il tarixli, A 340355 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2019-cu il tarixli, ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. X14 məxsus digər 0.03 ha torpaq sahəsi isə X19 tərəfindən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı2 satılmış və bu barədə ona xx.xx.2022-ci il tarixli, A 804764 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" və xx.xx.2022-ci il tarixli, **********68 saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" Çıxarış verilmişdir. Bir müddət sonra iddiaçı müəyyən etmişdir ki, hər 3 (hazırda 4) torpaq sahəsi arasında plan və ölçüdə mövcud olan döngə nöqtələri faktiki istifadədə olan torpaq sahələrinin döngə nöqtələri ilə üst-üstə düşmür. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin sağ tərəfində yerləşən ilkin olaraq X18 məxsus (hazırda İddiaçı1 və İddiaçı2 Əlövsət qızına məxsus) 0.06 ha torpaq sahəsinin sərhədləri iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin sərhədlərini keçir. Torpaq sahələri arasında yaranmış döngə nöqtələri ilə bağlı mübahisənin həll edilməsi üçün iddiaçı tərəfindən cavabdeh quruma ərizə yazılaraq torpaq sahələrinin planı və ölçülərində göstərilən kordinatların əsasən torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq düzəliş edilməsi və torpaq sahələrinin yeni planı və ölçülərinin verilməsi xahiş olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********67 nömrəli məktubu ilə iddiaçıya cavab verilmiş və göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən torpaq sahəsinə dair plan ölçü sənədində yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmış, bildirilir ki, torpaq sahəsinə dair verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuş kadastr planına uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Eyni zamanda texniki baxış zamanı sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı yenidən 1 saylı Ərazi İdarəsinə müraciət edərək əvvəlki cavab məktubunda qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Q-01xx-xx/2023 **********87 nömrəli məktubu ilə iddiaçıya cavab verilmiş və göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal qərbi ünvanında yerləşən torpaq sahəsinə dair uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********67 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Göründüyü kimi ötən müddət ərzində cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının xahişi yerinə yetirilməmişdir. Hesab edirik ki, hazırda cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyi qanunsuz sayılmalı və onun üzərinə X17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan və ölçüsündə olan koordinatların hazırkı faktiki istifadədə olan ərazinin koordinatları ilə tutuşdurularaq yaranmış fərqin aradan qaldırılması və faktiki istifadədə olan torpaq sahəsinə mövcud koordinatlar əsasında yeni plan və çizgi verilməsi öhdəliyi qoyulmalıdır. Göründüyü kimi iddiaçı tərəfindən dəfələrlə cavabdehə buraxdığı texniki səhflə bağlı müraciət olunsa da cavabdeh bu səhfi aradan qaldırmamış və bu barədə müvafiq bildirişi iddiaçıya təqdim etməmişdir. Göründüyü kimi cavabdeh (qeydiyyat orqanı) hazırkı mübahisə predmeti üzrə yaranmış anlaşılmamazlığı aradan qaldırmağa, verilmiş məlumatın düzgün və həqiqiliyinə birbaşa məsuliyyət daşıyır.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Eyni zamanda, texniki baxış zamanı sənəd üzrə sahə ilə faktiki sahə arasında ciddi uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, iddia edilən torpaq sahəsinin bir hissəsi digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli **********67 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsində ciddi uyğunsuzluq mövcuddur. Həmçinin şərti göstərilən sahələr yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir.

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.06 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan və ölçüsündə olan koordinatların hazırki faktiki istifadədə olan ərazinin koordinatları ilə tutuşdurularaq yaranmış fərqin aradan qaldırılması və faktiki istifadədə olan torpaq sahəsinə mövcud koordinatlar əsasında yeni plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X21 əsl İddiaçı3 ilə əvəz edilmişdir.

7. İş üzrə İddiaçı1 və İddiaçı2 inzibati iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 1123/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9546/2023 saylı xx.xx.2023-ci il tarixli saylı qərarının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600 kv.metr olsa da, faktiki olaraq 724 kv.metr təşkil edir. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyətdə yerləşməsi arasında fərq mövcuddur. Bununla bağlı torpaq sahələrinin sənəd üzrə və faktiki vəziyyətdə yerləşməsini əks etdirən izahlı baş plan əlavə olundu (koordinatlar göstərilməklə).

10. Məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.06 ha torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı3 adına plan-ölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.03 ha torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı1 adına plan-ölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.03 ha torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı2 adına plan-ölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilərək İddiaçı3, İddiaçı1, İddiaçı2 birgə iddiaçılar kimi inzibati məhkəmə icraatına qoşulmuşdurlar.

11. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər iddiaçı məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

13. İddia tələbi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. Məhkəmə tərəfindən müəyyən edildi: - xx.xx.2019-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X23 ilə alıcı X21 arasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimalqərbi ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli xx.xx.2019-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal-qərbində ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi X15 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal-qərbində ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin kadastr göstəriciləri və döngə nöqtələri arasındakı məsafələr qeydə alınmışdır. - 17.08.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı X21 ilə alıcı İddiaçı3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal-qərbində ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi İddiaçı3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal-qərbi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi X11 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Asfalt zavodunun şimal-qərbi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi İddiaçı2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

20. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən bəlli olur ki, iddiaçılara məxsus torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyətdə yerləşməsi arasında fərq mövcuddur.

21. İddiaçıların adlarına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən cavabdeh qurumun imtinası qanunsuz olmaqla iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmişdir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

24. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinə əsasən: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

25. X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə hesab edir ki, mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinin plan və ölçü sənədinin tərtib edilməməsinin ağlabatan əsaslandırılması yoxdur. Cavabdeh tərəfindən bildirilən dəlillər (elektron kadastr məlumatına əsasən torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olması) həmin sənədin tərtibindən imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Torpaq sahələrinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən torpaq sahəsinə dair mütəxəssis rəyi və ortofoto görüntüsündən müəyyən edilir ki, torpaq sahələrində sürüşmə baş verib. Torpaq sahələrinin faktiki və hüquqmüəyyənedici sənəd üzrə yerləri bəllidir və sözügedən uyğunsuzluğu aradan qaldırması məhz cavabdehin vəzifələrindən biridir.

27. Torpaq sahələrinin planı və ölçüsü sənədinin tərtibindən imtina iddiaçıların X26 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.06 ha torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı3 adına, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.03 ha torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı1 adına, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Zərkənd yaşayış massivi, Asfalt zavodunun şimal-qərbində yerləşən 0.03 ha torpaq sahəsinə baza məlumatlarının faktiki sahəyə uyğunlaşdırmaqla İddiaçı2 adına plan-ölçü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar