Məhkəmə qərarları › İş №e-2-1(112)-2424/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2424/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2424/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən, 1 saylı mənzilə dair bölgü sxeminin tərtib edilməsi və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsnin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdehə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən, 1 saylı mənzilə dair bölgü sxeminin tərtib edilməsi və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh isə imtina məktubu vermiş və sözügedən mənzildə daxili rekonstruksiya işləri aparılaraq qeyri-yaşayış sahəsinə birləşdiyindən mənzilin mövqeyini təyin etmək və texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Aşağıda sadalananlara görə cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin-**********/2022- 15-2B saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunu əsasən X3 məxsus ünvan 1 ünvandakı 4 mərtəbəli köhnə tikili binanın 1 saylı mənzilini 147 000,00 (bir yüz qırx yeddi min manat, 00 qəpik) manat olmaqla açıq-hərracdan əldə etmişdir. Hərrac protokolu və alğı-satqı müqaviləsinə əsasən, həmin mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. Mənzilə dair çıxarış verilsə də, texniki pasport verilməmişdir. Buna görə də, cavabdehə yuxarıda qeyd olunan tələblə müraciət edilmiş, lakin heç bir əsas olmadan cavabdeh tərəfindən imtina verilmişdir. Halbuki, imtinadan da göründüyü kimi mənzil köhnə mənzildir, yəni artıq texniki pasportu mövcuddur və qeyd olunan əsaslarla mənzilin mövqeyini təyin etmək və texniki pasportun tərtib edilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən 1 saylı mənzilə dair bölgü sxeminin tərtib edilməsi edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********89 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzildə daxili rekonstruksiya işləri aparılaraq qeyri-yaşayış sahəsinə birləşdiyindən mənzilin mövqeyini təyin etmək və texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən 1 saylı mənzilə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərra qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə iicraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 Hatəməli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Xammal və X15 və Daşınmaz Əmlakların Satışı X20nin xx.xx.2023-cü il tarixli 02/2123 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415—ci maddəsinə, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 53.2, 61 və 62 maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə Sizin təqdim etdiyiniz sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmiş sənədlər toplusu Sizə ünvanlanmışıdır. Hərracda- müəyyən olunmuşdur: -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2520/2019 nömrəli icra vərəqəsində göstərilmişdir ki, tələbkar İddiaçı, borclu X4r. Məhkəmə aktının nəticə hissəsinə əsasən, ilk iddia təmin edilsin. X1 1.691.000 manat və 3.063.000 avro məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. -xx.xx.2023-cü il tarixli “Hərracın yekunları üzrə alqı-satqı barədə” Müqaviləyə əsasən Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri qaydasında Nərimanov rayon Məhkəməsinin 2(005)- 2520/2019 saylı, xx.xx.2019-cu il tarixli icra /ərəqəsinin və Nərimanov rayon İcra Şöbəsinin **********/2022-15-2B saylı, xx.xx.2023-cü il tarixli sifariş nəktubunun icrasına əsasən bağlanmışdır. Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: "Daşınar və Daşınmaz Əmlakların Satışı X20" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru G.N.Mustafayeva və tələbkar alıcı İddiaçı etibarnamə əsasında nümyəndəsi X6 arasında aşağıda göstərilən (mənzil) əmlak barədə alqı-satqı Müqaviləsi bağlanmışdır: «Sifarişçi» (borc tələbinin tam ödənilməsinə) aşağıda qeyd olunan daşınmaz əmlakı «Alıcı»nın tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, «Alıcı» isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Hərrac təşkilatı sənədləşməni mövcud qanuna uyğun olaraq qısa müddətdə tərtib edərək tərəflərə təqdim edir. Əldə edən tələbkar 7 (yeddi) təqvim günü ərzində Azərbaycan Respublikası “Mülki Məcəlləsinin” 298-maddəsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78 və 79 cu maddələrinə uyğun olaraq çəkilən xərcləri ödəməlidir.Əks halda müqavilə qüvvədən düşmüş hesab olunur. -**********/2022-15-2B saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunuza əsasən X3 məxsus ünvan 1 ünvandakı 4 mərtəbəli köhnə tikili binanın 1 saylı mənzilini 147 000,00(bir yüz qırx yeddi min manat, 00 qəpik) manat olmaqla tələbkar alıcı İddiaçı Вeybut qızının etibarnamə əsasında nümyəndəsi X6 (AZE№06963527, lDGDJJ9-fm)əldə etdi. -X16 Hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli 66/02-1 nömrəli protokolda göstərilmişdir ki, əmlakın ilkin hərrac qiyməti 210.000 manat, əmlakın təkrar hərrac qiyməti 147.000 manat, əmlakın satış qiyməti 147000 manat olmuşdur. Tələbkar alıcı İddiaçı olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********884 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yerli müayinə aktında göstərilmişdir ki, mənzil və qeyriyaşayış sahəsi rekonstruksiya işləri aparılaraq birləşdirilmişdir. Nümayəndə mənzilin yerləşmə mövqeyini təyin edə bilmədiyi üçün eskiz tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********14 saylı məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -X17 Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 047911 nömrəli orderinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 18 kv.m olan ev X5 ayrılmışdır. -xx.xx.1998-ci il tarixli 056710 nömrəli müqaviləyə əsasən X7 Bakı şəhər, Ü.Hacıbəyov küçəsindəki ev 25ünvanında yerləşən ümumi sahəsi 18.0 kv.m olan 1 saylı mənzili X8 Səyyad oğlunun mülkiyyətinə vermişdir. -xx.xx.2004-cü il tarixli Mənzil bağışlama müqaviləsinə əsasən X10 Bakı şəhər, Ü.Hacıbəyov küçəsindəki 25 saylı evin yaşayış sahəsi 18 kv.m –dən ibarət olmaqla 1 otaqlı 1 saylı mənzili X3 bağışlamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli 14360-84448/22-15-2B nömrəli məktubunda göstərilmişdir ki, Nərimanov rayon məhkəməsinin 2(005)-2520/2019 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədinə əsasən borclu X1 1.691.000 (bir milyon altı yüz doxsan bir min) manat və 3.063.000 (üç milyon altmış üç min) avro məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-407/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadına əsasən borclu X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 28, mənzil 6; ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1201D №-li bağ evi, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 64 nömrəli evin 14 saylı mənzilin, ünvan 6 evin 1 saylı mənzilin üzərinə borc miqdarında həbs qoyulmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borclu X3 məxsus ünvan 6 evin 1 saylı mənzili qiymətləndirici "xxxx" MMC tərəfindən 210000 (iki yüz on min) manat məbləğində qiymətləndirilmiş və hərracdan satılması üçün '‘Daşınar və Daşınmaz Əmlakların Satışı X20" MMC-yə göndərilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X20” MMC-nin hərracın nəticələri haqqında 66/02-1 saylı, 01,12.2023-cü il tarixli protokoluna əsasən ünvan 6 ünvandakı 4 mərtəbəli köhnə tikili binanın 1 saylı mənzili 147000 (bir yüz qırx yeddi min) manata qalib alıcı İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən əldə edilmişdir. Gözlərilənlərə əsasən xahiş edirik ki, ünvan 6 ünvandakı 4 mərtəbəli köhnə tikili binanın 1 saylı mənzilin üzərində olan iş üzrə iddianın təmin tədbiri kimi həbs qoyulmuş qadağaları götürərərk qalib alıcı İddiaçı adına rəsmiləşdirilməsinə sərəncam verəsiniz. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 18 kv.m olan **********00-05101-093006 reyestr nömrəli mənzilə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-10019/2025 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən mənzil və qeyri-yaşayış sahəsində daxili rekonstruksiya işləri aparılaraq birləşdirilmişdir. Nümayəndənin mənzilin yerləşmə mövqeyini təyin edə bilməməsi səbəbindən və arxiv cizgisində perimetrik ölçülər olmadığından mənzilə dair eskiz tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9305/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanına dair arxiv qovluğunda texniki pasport aşkar edilməmişdir. Sözügedən ünvana dair arxiv qovluğunda aşkar edilən mənzilin planının təəsdiq edilmiş surətini təqdim edirik. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9304/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən 4 mərtəbəli binanın texniki pasportunun təsdiq edilmiş surətini təqdim edirik. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********89 nömrəli imtina məktubunda bildirilmişdir ki, sözügedən mənzildə daxili rekonstruksiya işləri aparılaraq qeyri-yaşayış sahəsinə birləşdirildiyindən mənzilin mövqeyini təyin etmək və texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən 1 saylı mənzilə dair texniki pasportun tərtib edilməsini xahiş edir. Cavabdeh sözügedən mənzildə daxili rekonstruksiya işləri aparılaraq qeyri-yaşayış sahəsinə birləşdiyindən mənzilin mövqeyini təyin etməyin mümkün olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 23.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2). Beləliklə, istinad olunan normalardan görünür ki, texniki pasport inventarlaşdırma işlərinin aparılması nəticəsində tərtib edilən texniki sənəd olmaqla daşınmaz əmlaka hüquqların qeydiyyatı zamanı təqdim edilən sənədlərdən biridir və texniki pasport şəxsin ərizəsi əsasında tərtib edilir. Hazırkı işdən görünür ki, Nərimanov rayon məhkəməsinin 2(005)-2520/2019 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədinə əsasən borclu X1 1.691.000 (bir milyon altı yüz doxsan bir min) manat və 3.063.000 (üç milyon altmış üç min) avro məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, borcun ödnilməsi üçün tutma X3 məxsus ünvan 1 ünvandakı 4 mərtəbəli köhnə tikili binanın 1 saylı mənzilinə yönəlmiş, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin-**********/2022- 15-2B saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən X3 məxsus ünvan 1 ünvandakı 4 mərtəbəli köhnə tikili binanın 1 saylı mənzilinin 147 000,00 manat olmaqla açıqhərracdan satılmış və mənzil xx.xx.2023-cü il tarixli 66/02-1 nömrəli protokol və xx.xx.2023-cü il tarixli “Hərracın yekunları üzrə alqı-satqı barədə” Müqaviləyə əsasən qalib alıcı İddiaçı tərəfindən əldə edilmişdir. Bundan sonra mənzil sahəsi 18 kv.m okmaqla **********00-05101-093006 reyestr nömrəsi ilə mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə məhkəmə sorğusuna cavab olaraq həmin mənzil ilə bağlı əvvəlki mülkiyyətçi X2 adına texniki pasport aşkar edilməmişdir. Cavabdehin istinad etdiyi mənzildə daxili rekonstruksiya işlərinin aparılaraq qeyriyaşayış sahəsinə birləşdiyindən mənzilin mövqeyini təyin etməyin mümkünn olmaması mülkiyyətdə olan mübahisəli əmlakın texniki vəziyyətini ifadə edən texniki pasportun verilməsindən imtinaya əsas vermir. Belə ki, əvvəla məhkəmə sorğusu ilə sözügedən ünvanda qeyri-yaşayış binasına dair arxiv qovluğu təqdim edilmiş, arxiv qovluğunda olan mənzilin 4 nömrəlii Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş planı aşkar olunmuşdur. Həmin planda mənzilin 18kv.m ölçüdə 1 otağın və yardımçı sahənin yerləşmə vəziyyəti əks olunmuşdur. Eyni zamanda məhkəmə sorğusuna əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən 4 mərtəbəli binanın arxiv texniki pasportu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və texniki pasportda hər mərtəbənin,, o cümlədən iddia olunan mənzilin yerləşdiyi 1-ci mərtəbənin mərtəbə planı da öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan naturada göstərilən mənzilin mülkiyyət hüququ ilə qeydə alınmış əmlak olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək əmlakın yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin iddiaçının hərracdan əldə etdiyi 18 kv.m 1 otaqlı mənzilə mülkiyyət hüququnu qeydə alsa da həmin əmlakla bağlı texniki pasport tərtib etməkdən imtina etməklə yuxarıda istinad olunan qanunvericiliyin tələbləri baxımından əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 25 ünvanında yerləşən, 1 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar