Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2450/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2013-cü il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Meyar: 2.3.29. Epilepsiya seyrək tutmalarla. Növbəti dəfə iddiaçıya 3.07.2014-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Meyar: 2.3.29. Epilepsiya seyrək tutmalarla. Daha sonra iddiaçının əlillik vəziyyəti 2.02.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (2.02.2016-cı il tarixinədək) üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Meyar: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ budun 1/3-in cəraahi əməliyyatdan sonrakı vəziyyəti. İddiaçıya 3.02.2016-cı il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 5 il müddətinə (3.02.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Meyar: 2.2.11. Epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. İddiaçıya dair Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0268003AALJ0, 0268003AAMYB, M00031115REU və S00111795DPZ nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər və müraciətləri əsasında iddiaçı müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2022, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərarlar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsinə dair 12 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və 22 iyun 2023-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdən N saylı hərbi hissənin 1-ci batalyonunda hərbi xidmətdə olmuş, “1ci Qarabağ müharibəsi” zamanı bir çox döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə “Sırxavənd” döyüşü zamanı döyüş texnikası ilə birgə tank əleyhinə minaya düşərək yaralanmışdır. Bundan sonra huşsuz vəziyyətdə Ağcabədi rayonu Sarcalı Hospitalına gətirilmişdir. İlkin olaraq hospitalda əməliyyat olunaraq bədənində olan qəlpələr çıxarılmışdır. 2 gün burada saxlanılmış və daha sonra hava nəqliyyat vasitəsi ilə xx.xx.1992-ci il tarixdə vəziyyət ağır olduğu üçün Bakı şəhər 3 saylı kliniki xəstəxanaya gətirilmişdir. Orada sağ budun qapalı köndələn sınığı, sağ budun osteosintezi diaqnozu qoyulub. Dərhal əməliyyata alınmış, sağ budunun qırıq olduğu üçün ştif qoyulmuşdur. Minaya düşərkən aldığı travmadan dolayı onda tez-tez başgicəllənmə, huşun itirilməsi və qıcolma halları baş verirdi. Bununla əlaqədar olaraq xəstəxanada yıxılaraq huşunu itirdiyi üçün ayağındakı ştif əyilmişdir. xx.xx.1992-ci ildə müvafiq xəstəxanada əyilmiş ştif düzəldilmiş və ayağına koksit-gips sarğısı qoyulmuşdur. Daha sonra xx.xx.1992-ci il tarixdə kafi vəziyyətdə ambulator nəzarət altında evə buraxılmışdır. Bundan əlavə daha sonralar da stasionar müalicələr almışdır. Belə ki, xx.xx.2011- xx.xx.2011-ci il tarixlərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2011-xx.xx.2012-ci il tarixlərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2018-xx.xx.2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərin Bərpa Mərkəzində, xx.xx.2021-xx.xx.2021-ci il tarxdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almışdır. xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020- ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023- cü il, xx.xx.2023-cü il tarixində "Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin həkmi-nevropatoloqu tərəfindən müayinə edilmiş və "Doyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi", "Epilepsiya", "Miozit", "Miqren", "Mialgiya", "Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar", "Dəqiqləşdirilməmiş ensefalopatiya", "Belin aşağı hissəsində ağrı", "Boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmuyan zədələnməsi", "Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopaliya ilə", "Baş beyinin ocaqlı travması", "Kəllə sinirlərinin travmalarmın nəticələri" diaqnozları aşkar edilmişdir. xx.xx.2016-cı ildə mənə İİci qrup əllilik təyin edilmişdir. Əllillik müddətinin vaxtının biltiyi üçün yenidən əlillik üçün müraciət etmişəm. 0268003AAMYB nömrəli TSEK-ə Göndərişdə qeyd olunub ki, "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Xəstənin anamnezindən məlum olur ki 1992-ci ildən xəstədir. Xəstəliyin səbəbini müharibə şəraitində aldığı travma ilə əlaqələndirir. Xəstə ambulator və stasionar müalicələr alır. Lakin heç bir nəticə vermir. Şikayətləri: Baş gicəllənmə, huşun itməsi ilə müşayət olunan ətraflarda baş verən qıcolma tutmalarından, ağzından köpük gəlməsindən, yaddaş,yuxu, əsəb pozulmasındandır. Sağ ayağında olan zəiflikdən və yeriş funksiyasının pozulmasındandır. Xəstə uzun müddətdir ki 200 mq finlepsin, depagin xrono 500 qəbul edir. Bakı "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının X5-14786. Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2021-ci il 35276/8377 nömrəli Arayış verilib”. Lakin təkrar müraciətinə müsbət cavab verilməmişdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 178 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən MN MHHKnın xx.xx.2011-ci il tarixli 632 nömrəli qərarı ləğv edilmişdir. xx.xx.1992-ci il tarixli MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş yaralanma-diaqnozu “Sağ budun yumşaq toxumalarının qəlpə yarası və bud sümüyünün orta 1/3-nin qapalı sınığı, sümük qırıntılarının yerdəyişməsi ilə” kimidir. Bundan əlavə onda başgicəllənmə, huşun itirilməsi, epilepsiya halları hələ də davam edir və bu onun hər hansı anadangəlmə xəstəliyi ilə bağlı deyildir. Qeyd etdiyi bu halları məhz mina partlayışından sonra aldığı travmadan sonra yaşamağa başlamışdır. Bu halların baş verməsi onu müstəqil şəkildə əmək fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edir, başqalarının nəzarəti altında hərəkət etməyinə, yaşamağına zərurət yaradır. Bu halları yuxarıda qeyd etdiyi müayinə-müalicə materiallarında da görmək mümkündür. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yazılı etirazda işin faktiki halları və qanunvericilik normaları sadalanmış, lakin etiraz əsaslandırılmamış, iddianın rədd edilməsi barədə dəlillər göstərilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı cavabdehin ona əlillik təyin edilməsinə imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair sübut təqdim etmədiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müddətin ötürülməsi nəticəsinə gəlinməsi üçün ilk növbədə müddətin axımının başlanması müəyyən edilməlidir. Cavabdeh isə, imtina qərarının iddiaçıya hansı tarixdə təqdim etməsi müəyyən edilmir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2121/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü iİ tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan arayışda iddiaçının xx.xx.2020-ci il tarixdə müayinə olunduğu bildirilsə də, həmin sənədin rəsmi qaydada iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçı isə belə nəticədən məlumatlı olmadığını və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edildiyini gözlədiyini bildirmişdir. Bundan başqa, iddiaçı ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciəti xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirməmiş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığından, iddiaçı rəsmi qaydada cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyindən, lakin cavabdeh hərəkətsizlik göstərdiyindən və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkün iddiadır və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaya mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2012-ci il tarixində bir il müddətinə, 3.07.2014-cü il tarixində bir il müddətinə, 2.02.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik, 3.02.2016-cı il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində müxtəlif tarixlərdə Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0268003AALJ0, 0268003AAMYB, M00031115REU və S00111795DPZ nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər və müraciətləri əsasında iddiaçı müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2022, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuş, lakin ona əlillik təyinatından cavabdeh tərəfindən imtina verilmişdir. İmtina əsası kimi iddiaçıda olan diqanozların əlillik təyinatına əsas vermədiyi bildirilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı sonuncu göndəriş, yəni xx.xx.2023-cü il tarixli, S00111795DPZ nömrəli göndəriş əsasında ona əlilliyin təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ətmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı əlilik təyinatı iddiaçının ilkin əlilliyi deyildir. İddiaçı 1992-ci il tarixdə döyüşdə iştirak edərkən mina partlaması nəticəsində xəsarət almış və həmin tarixdən onda müxtəlif xəstəliklər yaranmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 178 nömrəli Qərar verilmişdir. Həmin Qərarda "Sağ budun orta 1/3-nin qapalı köndələn yerdəyişmiş sınığı. Sağ bud sümüyünün irıtramedulyar metallosteosintezi (xx.xx.1992), əyilmiş stiftin repozisiyası, aşağı ətrafın oxunun bərpası və ətrafın gips sarğısı ilə fiksasiya edilməsi (xx.xx.1992) cərrahiyyə əməliyyatından sonrakı vəziyyət. Sağ budun yumşaq toxumalarının qəlpə yaralanması və bud sümüyünün orta 1/3-nin qapalı sınığı, sümük qırıntılarının yerdəyişməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya ilk dəfə 2012-ci ildə əlillik təyinatı aparılmış və bundan sonra fasiləsiz olaraq 2021-ci il tarixədək əlilliyi davam etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Sonuncu dəfə iddiaçının barəsində Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən S00111795DPZ nömrəli, xx.xx.2023-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xsətəlikləri aşağıdakı kimi qeyd edilmişdir: Əsas diqanoz: M17 – Qonartroz (diz oynağının artrozu) Sağ diz oyanğının travmadan sonra İİİ dərəcəli artrozu. (diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Ağırlaşma: M24.5 – Oynaqların kontrakturası, Açıcı-bükücü kontrakturası (açma 163 dərəcə, bükmə 153 dərəcə) (diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Ağırlaşma: M62.5 – əzələlərin bşqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası (diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Ağırlaşma: Y36.2 – hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. (diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Ağırlaşma: R52.2 – Digər daimi ağrı, daimi ağrı sindromu ilə. (diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Ağırlaşma: R26 – hərəkətin və yerişin pozulmaları, dayaq-hərəkət funksiyasının və yerişin pozulması (çəlik ilə) (diaqnozun səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Yanaşı xəstəlik: G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epilektik sindromlar, Generalizə olunmuş epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə ayda 2- 3 dəfə (diqanozun səbəb əlaqəsi – ümumi cəstəlik). Yanaşı xəstəlik: S06.3 – baş beynin ocaqlı travması, kəllə beyin travmasında sonrakı davamlı qalıq əlamətləri (diqanozun səbəb əlaqəsi – ümumi cəstəlik). Həmi göndəriş əsasında iddiaçının əyani müayinənin nəticəsinə dair xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “..vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafdakı ağrılardan, “qıcolma” tutmalarından şikayətlənmiş, hərbi travmanın qalıq əlamətləri olaraq yalnız sağ budda səthi zərif çapıglar qeyd olunmuşdur. Qıcolma tutmaların xarakterini izah edə bilməmiş, nevroloii ocaqlı patologiya qeyd olunmamış, intellektual anamnestik funksiyaları, davranışı aldığı təhsilə və sosial mühitinə uyğun, ətraflarda reflekslər hər iki ətraflarda canlı, əzələ gücü -4,0-4,5 bal və tonusu normal, hərəkətlər sərbəst izlənilmişdir. İxtisaslaşdırılmış instrumental kranial müayinələrdən yalnız xx.xx.2021-ci il tarixli X3 dair EEQ müayinəsi nəticəsi təgdim edilmişdir (informativ deyil)" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə sağ dizində olan hərəkət məhdudluğundan, yüksək arterial təzyiqdən, əsəbilikdən, zəif eşitmədən, 2008-ci ildən başlayan epileptik tutmalardan şikayət etmişdir. Hal-hazırda medikamentoz preparatlardan "Finlipsil" "Depakin" qəbul etdiyini bildirmişdir. Müayinə zamanı çəkisi 82 kg, boyu 154 sm müəyyən edilmişdir. Aşağı ətraflarda kəskin kontraktura, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət sisteminin patologiyası aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda hərəkət məhdudluğu, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 2008-ci ildən qıcolma tutmalarının başladığını bildirmişdir. Müayinə zamanı sağ budun yuxarı 1/3də, sağ budun yuxarı 1/3-nin bayır səthində -20 sm ölçüdə boylama İstiqamətdə keçirilmiş əməliyyata məxsus çapıqlar izlənilmiş, sağ aşağı ətrafda qısalıq müşahidə edilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş təqdim etdiyi sənədlər arasında qıcolma tutmalarını təsdiqləyən baş-beynin instrumental müayinə nəticəsi olduğunu bildirsə də, müvafiq sənədlərin olmadığı müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarında epitutmaları təsvir edə bilməmiş, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Hipertenziv ensefalopatiya. Essensial hipertenziya. Üzvi mənşəli labil pozuntu. Koqnitiv funksiyaların enməsi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun xx.xx.2023-cü il tarixli 35276 nömrəli arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra, saq budun yuxarı 1/3-nin iç və boylama tıs, saq diz oynağının ön səthində dartıcı canıq toxuması, sad bud sümüyünün orta 1/3nin intromedulyar osteosintezindən sonra bitişmiş sınığı, sad diz oynadının İİİ (üçüncü) dərəcəli travmadan sonra artrozu, acıcı-bükücü kəskin kontrakturası (açma 165 dərəcə, bükmə 155 dərəcə) əzələ atrofivası. daimi aqrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Dişlərin qıcanması (gnashing) sınağı zamanı bir necə dəfə qeydə alınan ifadəli, generalizə olunmuş xarakterli epileptiform aktivlik* kimi qeyd edilmişdir. X8 xx.xx.2023-cü il tarixli 505 nömrəli Arayışında qeyd olunmuş diaqnoz “Sad budun orta 1/3 hissəsinin açıq köndələn sınığı. Metallosteosintez əməliyyatdan sonrakı vəziyyət' kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X9 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Kortikal atrofiyava bağlı sulkuslarında və fissurlarında passiv dilatasiva izlənildi. Bazaİ qanqlivalar adidir. Yan və İİİ mədəciklər normal qenislikdədir. Bas beyin yarımkürələrində patoloji həcm, struktur dəyişiklik aşkar edilmir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas veməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. İddiaçının bir müxtəlif tibb müəssisələrində müalicə və müayinələrdə olmuş, iddiaçı barəsində rəsmiləşdirilmiş Forma 88-də qeyd edilən diaqnozların iddiaçıda olması təsdiqini tapmış, lakin cavabdeh heç bir əsaslandırma aparmadan həmin diqanozların “kliniki olaraq öz təsdiqini tapmaması” nəticəsində gəlmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, TSEK-in iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyin olunmasından imtina barədə əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Bu nöqteyinəzərdən, məhkəmə əyani müayinənin nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıbaparılmadığı halından çıxış etməklə, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğun qənaətinə gəlir. Bundan başa Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 437/2025 №-li ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya lnstitutu”na göndərilmiş və orada aparılmış müayinələrdən sonra “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3-nin iç və boylama tış, sağ diz oynağının ön səthində dartıcı çapıq toxumaları, sağ bud sümüyünün proksimal-orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, intromedulyar ştiftlə osteosintezindən sonra varus deformasiyası, sağ diz oynağının İİİ dərəcəli travmadan sonra osteoartrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dərəcə, bükmə 155 dərəcə) əzələ atrofıyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması- Y.362; L90.5; L91.0; S72.3; M84.0; M21.1; M17.5; M24.5; M62.5; R52.1; R26.8” diaqnozu müəyyən edilmişdir. İddiaçı adına icra edilmiş 7813/2025-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, o, 13-xx.xx.2025-ci il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası”nda “F06.6-üzvi (epilepsiya mənşəli) emosional labil pozuntu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Onun iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00111795DPZ saylı Forma 88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: M17-qonartroz (diz oynağının artrozu) sağ diz oynağının İİİ dərəcəli travmadan sonra artrozu. Ağırlaşma: M24.5-oynaqların kontrakturası, açıcı-bükücü kontrakturası (açma 163 dərəcə, bükmə 153 dərəcə). Yanaşı xəstəliklər: G40.3- generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə ayda 2-3 dəfə” diaqnoz ona stasionarda kliniki, anamnestik və laborator-instrumental müayinələrin əsasında qoyulmuşdur. Göründüyü kimi, ekspertiza tədqiqatı nəticəsində də iddiaçının barəsində rəsmiləşdirilmiş S00111795DPZ saylı Forma 88 göndərişində qeyd edilmiş diaqnozların olması öz təsdiqini tapmış, ekspert rəy verərkən həmçinin “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya lnstitutu”nun rəyini də almış və digər tibbi sənədlərə istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliklər 1992-cu ildə baş vermiş hadisə zamanı yaranmış, iddiaçıya ilk dəfə 2012-ci il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diqanoz, ağırlaşmaların və yanaşı xəstəliklərin) hazırda da mövcud olması və həmin xətəliklərin reabilitasiya olunmaması müəyyən edilir. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıd olan diqanozların əlillik təyinatına əsas verməməsi barədə dəlili də əsassızıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1820/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2021-ci il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1038/2023 nömrəli, 2-1(102)-144/2023 nömrəli, və 2-1(102)- 2239/2023 nömrəli qərarlarında da eyni mövqe əks olunmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. XBT kodu R25-R29 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr. XBT kodu – G40. Epilepsiya 6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) – OFP 35-60%, müddət 1 il XBT kodu S02-S09 Başın travmaları
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. XBT kodu M17 - Qonartroz (diz oynağının artrozu) XBT kodu M 24.6 - Oynağın ankilozu 13.4.36. - diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu – OFP 40% müddətsiz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 921/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-522/2024 nömrəli 2-1(102)- 2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)- 2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. Məhkəmə hesab edir ki, iddiaçıda olan diqanoza uyğun olaraq əlilliyin faizini və təyin edilməsi müddətini müəyyən etmək iddiaçının qiymətləndirmə azadlığına aid olan məsələdir. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əyani müayinənin nəticəsinə dair xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq pozulması faizi ilə əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov