Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2464/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2016-cı il tarixdən 57 yaşından, xx.xx.2006-cı il tarixinə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında “Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə pensiya məbləğinin xx.xx.2016-cı il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, ünvan 1 ünvanında faktiki surətdə yaşayır. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. xx.xx.1975-ci il tarixli 37-K nörməli əmrə əsasən “Xəzərdənizneft” X10 Kəşfiyyat kontorunda Kəşfiyyat Partiyasında (“Abşeron” X23) yardımçı fəhlə işinə qəbul edilmişdir. İddiaçı 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olmuşdur. xx.xx.1977-ci il tarixli 37- K nömrəli əmrə əsasən “Xəzərdənizneft” X10 Kəşfiyyat kontorunda Kəşfiyyat Partiyasında (“Abşeron” X23) 2 dərəcəli yardımçı fəhlə, xx.xx.1978-ci il tarixli 88-K nömrəli əmrə əsasən takelajçı peşəsinə qəbul olunub, xx.xx.1980-ci il tarixli 94-k nömrəli əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X4 X15 Kontorunda Kəşfiyyat partiyasına 3-cü dərəcəli takelajçı işinə qəbul edilmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək, xx.xx.1981-ci il tarixdə ali təhsil Diplomu almışdır. xx.xx.1981-ci il tarixli 197-k nömrəli əmrə əsasən ADU-nu bitirmiş gənc mütəxəssis kimi “Xəzərdənizneftqazsənaye” X4 X15 kontorunda Kəşfiyyat partiyasına (“Abşeron” X23) radiotexnika üzrə mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1985-ci il tarixli 155-k nömrəli əmrə əsasən böyük geodezist (böyük hidroqraf), xx.xx.1987-ci il tarixli 55-k nömrəli əmrə əsasən Kəşfiyyat partiyasının astronomik qrupa rəis, xx.xx.1990-cı il tarixli 54-k nömrəli əmrə əsasən Kəşfiyyat partiyasına 1-ci kateqoriya geodezist-hidroqraf, xx.xx.1992-ci il tarixli 95-k nömrəli əmrə əsasən Kəşfiyyat partiyasına geodezist, xx.xx.1994-cü il tarixli 103 nömrəli əmrə əsasən 9-cu dərəcəli geodezist, xx.xx.1995-ci il tarixli 21-k nömrəli əmrə əsasən 10-cu dərəcəli geodezist, xx.xx.1995-ci il tarixli 80-k nömrəli əmrə əsasən 11-ci dərəcəli geodezist, xx.xx.1999-cu il tarixli 114 nömrəli əmrə əsasən 12-ci dərəcəli geodezist, xx.xx.2002-ci il tarixli 7 nömrəli əmrə əsasən Kəşfiyyat partiyasında geodeziya üzrə rəis müavini, xx.xx.2003-ci il tarixli 9-k nömrəli əmrə əsasən yeni yaradılmış X11 və Topoqrafiya İdarəsində Kəşfiyyat partiyasında geodeziya üzrə rəis müavini, xx.xx.2007-ci il tarixli 9k nömrəli əmrə əsasən ARDNŞ-nin “Geofizika və Geologiya İdarəsi”nin “Əli Əmirov” Kəşfiyyat partiyasına (“Əli Əmirov” qazma gəmisi) rəis müavini (geodeziya üzrə), həmin partiyada 12-ci dərəcəli mühəndis, xx.xx.2008-ci il tarixli 61k nömrəli əmrə əsasən ştat cədvəlindəki dəyişikliyə əsasən müfəssəl mühəndis geoloji qazma üzrə kəşfiyyat partiyasına geodeziya işləri üzrə rəis müavini, xx.xx.2009-cu il tarixli 39-k nömrəli əmrə əsasən Mühəndis geoloji ekspedisiyasının müfəssəl mühəndis geoloji qazma üzrə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2012-ci il tarixli 140-k nömrəli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsinin X12 X2 və geofizika kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2014-cü il tarixli 931-k nömrəli əmrə əsasən X12 X9 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına 13-cü dərəcəli geodezist, xx.xx.2016-cı il tarixli SOCAR20B00022 nömrəli əmrə əsasən İddiaçı Az.Resp.Əmək Məcəlləsinin 70B maddəsinə əsasən işdən azad edilibdir. İddiaçı cəmi dəniz iş stajı xx.xx.1975-ci ildən xx.xx.2016-cı ilədək 37 il 7 aydır, güzəştli iş stajı 24 il 2 aydır. İddaçı İddiaçı iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2016-cı il tarixindən, yəni iddiaçı 57 yaşına çatdığı andan yaranmışdır. İddiaçı 2006-cı il yanvarın 1-dək dəniz şəraitində güzəştli iş stajı 24 il 2 aydır, həmin tarixə ümumi iş stajı 27 il 2 ay 17 gün təşkil edir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X20 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bir neçə məktubla iddiaçıya cavab verərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunu İddiaçı ünvanına göndərmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunda qeyd olunur ki, İddiaçı tərəfindən cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilən SOCAR-ın Geofizika və geologiya idarəsinin xx.xx.2024-cü il tarixli arayışlarında İddiaçı çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajını müəyyən etmək mümkün deyildir. Həmçinin cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, SOCARın Geofizika və geologiya idarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunan məlumatlara əsasən İddiaçı iş stajl 12 i l 6 aydan az təşkil edir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası tamamilə qanunsuz və əsassızdır. 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. İddiaçı ömrünün böyük bir hissəsinin işlədiyi SOCAR-ın Geologiya və geofizika idarəsinin xx.xx.2014-cü il tarixli Arxiv arayışından, xx.xx.2024-cü il tarixli “Zərərli iş şəraiti haqqında arayışı”ndan müəyyən olunur ki, iddiaçı əmək fəaliyyətini xx.xx.1975-ci ildən başlamış və xx.xx.2016-cı ildə başa çatdırmışdır. Bu illər ərzində onun işlədiyi vəzifələr (“Abşeron” X23 və “Əli Əmirov” qazma gəmisi) Kəşfiyyat partiyasında geodezist, geodezist-hidroqraf, kəşfiyyat partiyası astronomik qurp və geodeziya üzrə rəis müavini, qazma qurğusunda mühəndis peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2300200b—22177 kod. “Geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər”, Bölüm Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı. Kod 2130100a - Fəhlələr. “Geologiya kəşfiyyat işləri (yerüstü). Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər.” Bölümünə uyğundur. Bundan başqa, İddiaçı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (1-ci Bölmə. Dağ-mədən işləri. 1.3-cü bənd. Geologiya kəşfiyyat işləri (yerüstü). Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) nəzərdə tutulmuş müvafiq peşələrə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Geofizika və geologiya İdarəsinin ona dair 29 fevral 2024-cü il tarixli, 14-2-4/2-B-xx-xx/2024 nömrəli və 29 fevral 2024-cü il tarixli, 14-2-4/2-B-xx-xx/2024 nömrəli arayışlarında “Xəzərdənizneft” X10 kəşfiyyat kontorunun kəşfiyyat partiyasında xx.xx.1975- xx.xx.1975-ci il və xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövrlər ərzində yardımçı fəhlə, xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1980xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1981-xx.xx.1987-ci il tarixləri dövr ərzində mühəndis, böyük geodezist, xx.xx.1990-xx.xx.2003-cü arasındakı dövr ərzində geodezist, geodezist-hidroqraf və rəis müavini, xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə geodezist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajınızı müəyyən etmək mümkün deyildir. Eyni zamanda, SOCAR-ın Geofizika və geologiya İdarəsinin iddiaçıya dair 14 iyun 2021-ci il tarixli SOCAR**********80020123X00055 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 9 ay 16 gün (xx.xx.1981-xx.xx.1985-ci il və xx.xx.1987- xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində yalnız əyani təhsil iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilmiş arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı- heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınması və “güzəştli şərtlərlə pensiya” barədə iş üzrə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş JB seriyalı 038604 nömrəli diplomda göstərilmişdir ki, İddiaçı 1976-cı ildə S.M.Kirov adına X21 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və xx.xx.1981-ci ildə ona riyaziyyatçı ixtisası verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı aid xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975- xx.xx.1975-ci il tarixlərdə “Xəzərdənizneft” Birliyinə yardımçı fəhlə, xx.xx.1977-xx.xx.1978-ci il tarixdə yardımçı fəhlə, xx.xx.1979-xx.xx.1980-cı il tarixdə 3cü dərəcəli takelajçı, xx.xx.1980-xx.xx.1980-cı il takelajçı, xx.xx.1981-xx.xx.1983-cü il radiotexnika üzrə mütəxəssis, xx.xx.1984-xx.xx.1985 takelajçı vəzifəsində çalışmışdır. xx.xx.1985-xx.xx.1987-ci illər geodezist, xx.xx.1987-xx.xx.1990-Kəşfiyyat partiyası astronomik qrup rəisi, xx.xx.1990-xx.xx.1992-ci il kəşfiyyat partiyasında İ kateqoriya geodezist-hidroqraf, xx.xx.1992-xx.xx.1994-ci il kəşfiyyat partiyasında geodezist, xx.xx.1994xx.xx.1995-ci il 9-cu dərəcəli geodezist, xx.xx.1995-xx.xx.1995-ci il 10-cu dərəcəli geodezist, xx.xx.1995-xx.xx.1999-ci il 11-ci dərəcəli geodezist, xx.xx.1999-xx.xx.2002-ci il 12-ci dərəcəli geodezist, xx.xx.2002-xx.xx.2003-cü il kəşfiyyat partiyasında geodezisiya üzrə rəis müavini, xx.xx.2003-xx.xx.2006-cı il kəşfiyyat partiyasına geodezisiya üzrə rəis müavini, xx.xx.2007xx.xx.2008-ci il “Əli Əmirov” kəşfiyyat partiyasının rəis müavini(geodeziya üzrə), xx.xx.2008xx.xx.2009-cu il Müfəssəl mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına geodeziya işləri üzrə rəis müavini, xx.xx.2009-xx.xx.2012-ci il 13-cü dərəcəli geodezist vəzifəsində çalışmışdır. xx.xx.2012-ci il bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) ləğv edilir. İş materiallarına əlavə edilmiş SOCAR-ın Geofizika və geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2-B-xx-xx/2024 nömrəli “Zərərli iş şəraiti haqqında” arayışda İddiaçı zərərli peşələrdə çalışdığı dövrlər göstərilmişdir: iddiaçı xx.xx.1981-ci il tarixdən “Xəzərdənizneftqazsənaye” X13 X15 Kontoru, Kəşfiyyat partiyası “Abşeron” X23 radiotexnika üzrə mühəndis, xx.xx.1985-ci il tarxdən böyük geodezist(böyük(hidroqraf), xx.xx.1987-ci il tarixdən Kəşfiyyat partiyası astronomik qrup rəisi, xx.xx.1990-cı il tarixdən həmin kəşfiyyat partiyası İ kateqoriyası geodezist-hidroqraf, xx.xx.1992-ci il tarixdən, həmin kəşfiyyat partiyasında geodezist, xx.xx.1994-cü il tarixdən, 9-cu dərəcəli geodezist, xx.xx.1995-ci il tarixdən 10-cu dərəcəli geodezist, xx.xx.1995-ci il tarixdən 11-ci dərəcəli geodezist, xx.xx.1999-cu il tarixdən 12-ci dərəcəli geodezist, xx.xx.2002-ci il həmin kəşfiyyat partiyası geodeziya üzrə rəis müavini, xx.xx.2003-cü il tarixdən həmin kəşfiyyat partiyasında geodeziya üzrə rəis müavini, xx.xx.2007-ci il tarixdən struktur dəyişikliyinə əsasən X11 və Topoqrafiya idarəsi Kəşfiyyat partiyası geodeziya üzrə müavini olaraq çalışmışdır. 2006-cı ilin yanvarın 1-dək dəniz şəraitində zərərli iş stajı 24 il 2 aydır. İşlədiyi peşələrin əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri geoloji kəşfiyyat, topoqrafiya-geodeziya və hidroqrafiya işlərini yerinə yetirməkdən ibarət olmaqla AZərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının Geologiya kışfiyyat işləri(yerüstü) Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodezisiya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər bəndinə(vəzifə koduna) uyğundur. İş materiallarına əlavə edilmiş SOCAR-ın Geofizika və geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2-B-xx-xx/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, həqiqətən X11 və Topoqrafiya İdarəsinin (indiki Kompleks X8 Bölümü) arxiv sənədlərinə əsasən “Xəzərdənizneft” X10 Kəşfiyyat kontorunda Kəşfiyyat partiyasında (Abşeron X23) yardımçı fəhlə, takelajçı, radiotexnika üzrə mühəndis, böyük geodezist, astronomiya qrupunun rəisi, geodeziya üzrə rəis müavini, geodezist, mühəndis-elektronçu vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1975-ci il tarixli 37-k nömrəli əmrə əsasən ‘Xəzərdənizneft” X10 Kəşfiyyat kontorunda Kəşfiyyat partiyasında (“Abşeron” X23) yardımçı fəhlə peşəsinə işə qəbul olunub. İşdən azad olma: xx.xx.1975-ci il tarixli 65-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub. İşə qəbul olma: xx.xx.1977-ci il tarixli 37-k nömrəli əmrə əsasən “Xəzərdənizneft” X10 Kəşfiyyat kontorunda Kəşfiyyat partiyasında (“Abşeron” X23) yardımçı fəhlə peşəsinə işə qəbul olunub. xx.xx.1978-ci il tarixli 88-k nömrəli əmrə əsasən takelajçı peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.1980-ci il tarixli 17-k nömrəli əmrlə Azərbaycan Respublikası У Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub. İşə qəbul olma: xx.xx.1980-ci il 94-k nömrəli əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X4 X15 kontorunda Kəşfiyyat partiyasına takelajçı peşəsinə işə qəbul olunub. İşdən azad olma: xx.xx.1980-ci il tarixli 143-k nömrəli əmrə əsasən işdən azad olunub. İşə qəbul olma: xx.xx.1981-ci il tarixli 197-k nömrəli əmrə əsasən, Azərbaycan Dövlət Universitetini bitirmiş gənc mütəxəssis kimi, “Xəzərdənizneftqazsənaye” X4 X15 kontorunda Kəşfiyyat partiyasına (“Abşeron” X23) radiotexnika üzrə mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1985-ci il tarixli 155-k nömrəli əmrə əsasən böyük geodezist, xx.xx.1987-ci il tarixli 55-k nömrəli əmrə əsasən astronomik qrupa rəis, xx.xx.1990-cı il tarixli 54-k nömrəli əmrə əsasən geodezist- hidroqraf, xx.xx.1992-ci il tarixli 95-k nömrəli əmrə əsasən geodezist, xx.xx.2002-ci il tarixli 7-k nömrəli əmrə əsasən həmin kəşfiyyat partiyasına rəis müavini vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2003-cü il tarixli 9-k nömrəli əmrlə struktur dəyişikliyinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad olunub. İşə qəbul olma: xx.xx.2003-cü il tarixil 9-k nömrəli əmrə əsasən X11 və Topoqrafiya İdarəsinin Kəşfiyyat partiyasına geodeziya üzrə rəis müavini vəzifəsinə işə qəbul edilib. xx.xx.2007-ci il tarixli 9-k nömrəli əmrə əsasən Geofizika və geologiya İdarəsi X11 və Topoqrafiya İdarəsinin “Əli Əmirov” Kəşfiyyat partiyasına (“Əli Əmirov” qazma gəmisi) geodeziya üzrə rəis müavini vəzifəsinə keçirilib. xx.xx.2009-cu il tarixli 39-k nömrəli əmrə əsasən həmin partiyada geodezist vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2012-ci il tarixli 177-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. İşə qəbul olma: xx.xx.2012-ci il tarixli 140-k nömrəli əmrə əsasən ARDNŞ Geofizika və geologiya idarəsi X12 X2 və kəşfiyyat partiyasına geodezist vəzifəsinə işə qəbul edilib. xx.xx.2014-cü il tarixli 931-k nömrəli əmrə əsasən X12 X5 mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasına geodezist vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2016-cı il tarixli SGCAR20B00022 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70B maddəsinə əsasən işdən azad edilib. Cəmi dəniz stajı: xx.xx.1975 - xx.xx.1975 - 2 ay 24 gün,xx.xx.1977 - xx.xx.1980 - 2 il 11 ay 13 gün, xx.xx.1980 - xx.xx.1980 - 2 ay 2 gün, xx.xx.1981- xx.xx.2016 - 34 il 2 ay 25 gün. Cəmi: 37 il 7 aydır (otuz yeddi il yeddi ay). İddiaçı çalışdığı (“Abşeron” X23 və “Əli Əmirov” qazma gəmisi) Kəşfiyyat partiyasında geodezist, böyük geodezist, geodezist- hidroqraf, kəşfiyyat partiyasının rəis müavini peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nda 1. Dağmədən işləri, 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər yarımbəndinə uyğun gəlir. Adlandırma: “Xəzərdənizneft” birıiyi ləğv edilərək xx.xx.1979-cu il tarixli 24 nömrəli əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X13 yaradılmışdır. SSRİ Neftqazsənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli 220 nömrəli əmrinə əsasən “Xəzərdənizneftqazsənaye” X13 ləğv olunub və “Xəzərdənizneftqaz” İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi № 148 xx.xx.1988) X6 X16 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X18 Kəşfiyyat İdarəsi təşkil edilmişdir (№ 179 xx.xx.1989-cu il). Quruda və Dənizdə Neft və X3 birləşdirilmiş və onların bazasında "xxxx" İstehsalat Birliyi yaradılıb (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 25 nömrəli əmri xx.xx.2003-cü il). “X7 Ekspedisiyası və X18 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “X11 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30,12.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X11 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X12 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X12 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13 1000-01 -SM-05 000033 nömrəli əmri ilə Kompleks X8 Bölümü adlandırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2024-cü il tarixli 14-2-4/2- 799/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı işləyib çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1. Dağ-mədən işləri, 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər yarımbəndinə uyğun gəlir. Həmin məktubla təqdim edilən sənədlərdə göstərilmişdir: -SOCAR-ın xx.xx.2024-cü il tarixli 14-2-4/2-797/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı ona görə ki, o həqiqətən X14 ve Topoqrafiya İdarəsinin (indiki Kompleks X8 Bölümü) arxiv sənədlərinə əsasən "Xəzərdənizneft" X10 Kəşfiyyat kontorunda Kəşfiyyat partiyasında (Abşeron X23) yardımçı fəhlə, takelajçı, radiotexnika üzrə mühəndis, böyük geodezist, astronomiya qrupunun rəisi, geodeziya üzrə rəis müavini, geodezist, mühəndis-elektronçu vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1975-ci il tarixli 37-k nömrəli əmrə əsasən "Xəzərdənizneft" birliyinin Denizde X16nda Kəşfiyyat partiyasında ("Abşeron" X23) yardımçı fəhlə peşəsinə işə qəbul olunub. İşdən azad olma: xx.xx.1975-ci il tarixli 65-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub. İşə qəbul olma: xx.xx.1977-ci il tarixli 37-k nömrəli əmrə əsasən "Xəzərdənizneft" X10 Kəşfiyyat kontorunda Kəşfiyyat partiyasında ("Abşeron" X23) yardımçı fəhlə peşəsinə işə qəbul olunub. xx.xx.1978-ci il tarixli 88-k nömrəli əmrə əsasən takelajçı peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.1980-ci il tarixli 17-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunub. İşə qəbul olma: xx.xx.1980-ci il 94-k nömrəli əmrə əsasən "X1 X10 Kəşfiyyat kontorunda Kəşfiyyat partiyasına takelajçı peşəsinə işə qəbul olunub. İşdən azad olma: xx.xx.1980-ci il tarixli 143-k nömrəli əmrə əsasən işdən azad olunub. İşə qəbul olma: xx.xx.1981-ci il tarixli 197-k nömrəli əmrə əsasən, Azərbaycan Dövlət Universitetini bitirmiş gənc mütəxəssis kimi, "Xəzərdənizneftqazsənaye" X4 X15 kontorunda Kəşfiyyat partiyasına ("Abşeron" X23) radiotexnika üzrə mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1985-ci il tarixli 155-k nömrəli əmrə əsasən böyük geodezist, xx.xx.1987-ci il tarixli 55-k nömrəli əmrə əsasən astronomik qrupa rais, xx.xx.1990-cı il tarixli 54-k nömrəli əmrə əsasən geodezist-hidrograf, Geoloji Kəşfiyyat İdarəsi təşkil edilmişdir (№ 179 xx.xx.1989-cu il). Quruda və Dənizdə Neft və X3 birləşdirilmiş və onların bazasında "xxxx" İstehsalat Birliyi yaradılıb (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 25 nömrəli əmri xx.xx.2003-cü il). "X7 Ekspedisiyası və X18 Kəşfiyyat İdarəsi" birləşdirilib onların bazasında "X11 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Geofizika və geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında" 10 avqust 2012ci il tarixli 104 nömrəli əmrinə əsasən X11 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X12 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X12 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13 1000-01-SM-05 000033 nömrəli əmri ilə Kompleks X8 Bölümü adlandırılmışdır. -Geofizika və Geologiya İdarəsinin xx.xx.2014-cü il tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş Geofizika və Geologiya İdarəsi Kompleks X8 Bölümü Mühəndisi-geoloji qazma ekspedisiyası Müfəssəl mühəndisi-geoloji qazma üzrə kəşfiyyat partiyasının geodezistinin Vəzifə Təlimatında göstərilmişdir ki, Vəzifə öhdəlikləri - Xəzər dənizində mühəndisi-geoloji, xəritəalma quyuların qazılmasında topogeodeziya işlərini yerinə yetirir; gəmidə olan radio uzaqölçən qurğu (RUQ) və peyk RNS vasitəsilə radiogeodeziya və hidroqrafiya işlərini yerinə yetirir; dəniz geodeziya məsələlərinin həlli məqsədilə kompyuterdə hesabatların aparılması üçün vaxtında ilkin materialların hazırlanmasını təşkil edir; gəmini RUQ və peyk RNS, və ya başqa texniki vasitələr (sekstan) ilə mühəndis-geoloji, xəritəalma və profilləri layihə nöqtələrinə çıxarır; gəmidə olan radiogeodeziya cihazlarının texniki tələblərinə və təlimatına riayət olunmasına nəzarət edir; texnoloji qurğuların müəyyənləşmiş dəqiqlik normasına müvafiq olmasını yoxlayır; işlər yerinə yetiriləndən sonra cihazların qəbul edilməsi və təhvil verilməsi qaydalarını həyata keçirir, ölçü üçün yeni alət və cihazların alınması məqsədilə sifariş layihəsini tərtib edir; yeni texnikanın tətbiqində iştirak edir, geodeziya işlərinin yerinə yetirilməsi üçün sahə planlarına və geodeziya-topoqrafıya işlərinin icra olunma metodu və vəsaitlərinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir; ətraf mühitin qorunması üçün tədbirlər görür; istehsal və əmək intizamına, əməyin mühafizəsi qaydalarının qəti yerinə yetirilməsinə, təhlükəsizliyə texnikası və istehsalat sanitariyasına əməl olunmasına riayət edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ünvanlayaraq ona pensiyanın xx.xx.2016-cı il tarixindən təyin olunmasını (hesablanmasını) xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2-4/2-125/2025 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının cəmi dəniz stajı 34 il 02 ay 25 gün təşkil edir. İddiaçı işləyib çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Geologiya kəşfiyyat işləri (yerüstü), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X20 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ünvanlayaraq ona güzəştli şərtlərlə pensiya təyin olunmasına sərəncam verilməsini xahiş etmişdir. İnzibati icraat materialları ilə təqdim olunmuş sənədlərin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına ərizə ünvanlayaraq ona güzəştli şərtlətlə yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-168880/2024 nömrəli cavabında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR-ın Geofizika və geologiya İdarəsinin sizə dair 29 fevral 2024-cü il tarixli 14-2-4/2-Bxx-xx/2024 nömrəli və 29 fevral 2024-cü il tarixli 14-2-4/2-B- xx-xx/2024 nömrəli arayışlarında “Xəzərdənizneft” Birliyinin dənizdə geoliji kəşfiyyat kontorunun kəşfiyyat partiyasında xx.xx.1975-xx.xx.1975-ci il və xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövrlər ərzində yardımçı fəhlə, xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1980-xx.xx.1980- ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1981-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis, böyük geodezist, xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində geodezist, geodezist-hidroqraf və rəis müavini, xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə geodezist vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Lakin sözügedən arayışda çöl iş şəraitində işlədiyiniz vəzifələr üzrə iş stajınız haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrlər üzrə güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Eyni zamanda, SOCAR-ın Geofizika və geologiya İdarəsinin sizə dair 14 iyun 2021-ci il tarixli SOCAR**********80020123X00055 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 9 ay 16 gün (xx.xx.1981-xx.xx.1985-ci il və xx.xx.1987- xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2016-cü il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddət iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır Beləliklə, hazırkı iş üzrə iddiaçının xx.xx.1976-xx.xx.1981-ci il tarixədək təhsil dövrünün bir hissəsi əmək fəaliyyəti dövrü ilə üst-üstə düşməyənn hissəni nəzər aldıqda xx.xx.2006-cı il tarixədək stajını aşağıdakı qaydada müəyyən edir. İddiaçının tələb olunan xx.xx.2006-cı il tarixədək ümumi stajıxx.xx.1975-xx.xx.1975( təhsillə üst-üstə düşməyən hissə), xx.xx.1976-xx.xx.1981-ci il tarixədək təhsil dövrü bütöv, xx.xx.1981-xx.xx.2006-cı il tarixədək olaqla 29 il 01 ay 23 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan ümumi iş stajı mübahisələndirilmir. Cavabdehin iminası və etirazının əsasında onun tələb olunan güzəştli iş stajının yetərli olmaması ilə bağlıdır. Cavabdeh imtinasında iddiaçının geodezist vəzifələrində işlədiyi dövrlə bağlı işəgptürən tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə iş stajı haqqında (çöl iş günlərinin sayı) məlumatlar göstərilmədiyindən həmin dövrləri üzrə güzəştli iş stajınına daxil etməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə sorğusuna cavab olaraq işəgötürən sonuncu dəfə verdiyi xx.xx.2025-ci il tarixli arayışında konkret olaraq iddiaçının işlədiyi vəzifələrin funksional vəzifənin (işin) eyniliyi baxımından dəyərləndirərək həmin vəzifələri Nazirlər Kabinetinin 21 yun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Geologiya kəşfiyyat işləri (yerüstü), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərin əmək funksiyası ilə eyni olduğunu bildirmişdir. Məhkəmə sorğusuna əsasən İdarə tərəfindən təqdim edilmiş vəzifə təlimatına əsasən geodezist vəzifəsində iddiaçının gördüyü işlər: Xəzər dənizində mühəndisi-geoloji, xəritəalma quyuların qazılmasında topogeodeziya işlərini yerinə yetirir; gəmidə olan radio uzaqölçən qurğu (RUQ) və peyk RNS vasitəsilə radiogeodeziya və hidroqrafiya işlərini yerinə yetirir; gəmini RUQ və peyk RNS, və ya başqa texniki vasitələr (sekstan) ilə mühəndisgeoloji, xəritəalma və profilləri layihə nöqtələrinə çıxarır; gəmidə olan radiogeodeziya cihazlarının texniki tələblərinə və təlimatına riayət olunmasına nəzarət edir və s. Göründüyü kimi iddiaçının işləmiş olduğu vəzifələr əmək funksiyalarının naturada icrasının bilavasitə dəniz şəraitində yerinə yetirilməsini şərtləndirir. Cavabdeh orqan iddiaçının çöl iş şəraitində işlədiyi vəzifələr üzrə çöl iş günlərinin sayı barədə məlumatlar göstərilmədiyini əsas gətirərək iddiaçının geodozist, böyük geodozist, geodozist-hidroqraf, kəşfiyyat partiyasının rəsi müavini vəzifələrindəki dövrünü güzəştli dövrə aid etməmişdir. Halbuki Siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” başlığı altında olan vəzifələr bilavasitə işin idarə şəraitində deyil, daha çox geoloji, kəşfiyyat, axtarış kimi kənar yerlərdə-“çöl” şəraitində icra edilməsini nəzərdə tutur. Bu halda çöl iş günlərinin sayı yalnız bilavasitə çöldə əmək funksiyalarını icra edənlər üçün müəyyən oluna bilər. İşəgötürəən iddiaçının işlədiyi bütün vəzifələr üzrə əmək funksiyalarının iddiaçının bilavasitə dəniz şəraitində iştirakı ilə icra olunduğunu bildirmişdir. Dolayısı ilə iddiaçıya münasibətdə məhz çöl günlərinin sayının qeyd edilməli olması ilə bağlı tələb irəli sürülməməlidir. İddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 06 aylıq güzəştli stajı toplamışdır “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin İddiaçı xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova