Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2481/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “aksiz vergisi məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsi, bununla bağlı rəyin verilməsi və vəkil xərcinin tutulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “aksiz vergisi məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsi, bununla bağlı rəyin verilməsi və vəkil xərcinin tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin və 2000 (iki min) manat məbləğində vəkil qonorarının, ümumilikdə 16055 (on altı min əlli beş) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin avans hesabına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin xx.xx.2019-cu il tarixli 120 saylı və 121 saylı Xüsusi icazələrinə əsasən, İddiaçı MMC-yə müvafiq olaraq dövriyyəsinə nəzarət edilən güclü təsir edən dərman preparatlarının və zəhərli maddələrinin topdan dövriyyəsinə icazə verilmişdir (Azərbaycan Respublikası DİN-nin xx.xx.2019-cu il tarixli 120 və 121 saylı Xüsusi icazələrinin surətləri əlavə olunur), Azərbaycan Respublikası FHN X5 Görülməsi və X16 Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı MMC-yə güclü təsir edən və onların külli miqdarının siyahısından maddələrin, o cümlədən 500 litr etil spirti (sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış (hidrolizlə, sulfitlə, həmçinin etol) Azərbaycana gətirilməsinə etiraz edilmədiyi bildirilmişdir (Azərbaycan Respublikası FHN X5 Görülməsi və X16 Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunun surəti əlavə olunur). Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli məktubu ilə İddiaçı MMC-yə güclü təsir edən və zəhərli maddələrin idxalının həyata keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir (Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli məktubunun surəti əlavə olunur). Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin xx.xx.2021-ci il tarixli xüsusi icazəsinə əsasən, İddiaçı MMC-yə güclü təsir edən və zəhərli maddələrin idxalına icazə verilmişdir (Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubunun surəti əlavə olunur). İddiaçı MMC ilə Almaniyanın "xxxx" şirkəti arasında bağlanmış M1002/21- 1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanol absolute for analysis” markalarıma atributlarına görə S/N 100983, tutumu 2.5L, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi >99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etil spirti”) Azərbaycan Respublikasına idxal edilmişdir ("xxxx" şirkəti ilə bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqavilənin və ********** saylı xx.xx.2021-ci tarixli invoysun surətləri əlavə olunur). ********** saylı invoysla ölkəyə idxal olunan 1080 ədəd (x2,5 litr=2700 litr) “sintetik etil spirti” ilə bağlı xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X13 (sonradan “YGB”) cavabdeh Bakı Baş Gömrük İdarəsinə (sonradan BBGİ”) təqdim edilmiş və qısa YGB əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (sonradan “Azərbaycan Respublikası DGK”) yanında “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə - 30,40 manat və ********* saylı qəbzlə - 5,80 manat (ƏDV), ümumilikdə isə 36,20 manat ödənilmişdir. İdxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün tərəflərindən cavabdeh BBGİ-m Azərbaycan Respublikası DİN-nin xx.xx.2019-ci il tarixli 120 və 121 saylı xüsusi icazələrini, Azərbaycan Respublikası FHN SİTG və DMN Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli razılıq məktublarını, habelə Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubunu təqdim etmişlər. Lakin, cavabdeh BBGİ idxal etdikləri “sintetik etil spirti”ni qida məhsulu kimi qəbul etmiş və bunun üçün aksiz vergisi tələb etmişdir. Cavabdehin bu tələbi ilə razı olmadıqları üçün Azərbaycan Respublikası DGK-nin sədrinə ərizələrlə müraciət etsələr də, nəticəsi olmamışdır. ********** saylı invoysla ölkəyə idxal olunan 1080 ədəd “sintetik etil spirti” ilə bağlı xx.xx.2021-ci il tarixli **********3442 nömrəli YGB tərtib edilərək cavabdeh BBGİ-nin müvəqqəti saxlanc anbarına təhvil verilmişdir. Bunun üçün cavabdeh BBGİ-nə ********* saylı qəbzlə - 410,62 manat əməliyyat haqqı, “Azterminalkompleks” Birliyinə ********* saylı qəbzlə - 270,41 manat, ********* saylı qəbzlə - 49 manat (ƏDV) və ********* saylı qəbzlə 400,60 manat əməliyyat haqqı, ümumilikdə isə 720,01 manat ödənilmişdir (**********3442 nömrəli xx.xx.2021-ci il tarixli YGB və gömrük saxlanc anbarı ilə bağlı sənədlər əlavə olunur). ********** saylı invoysla ölkəyə idxal olunan 1080 ədəd “sintetik etil spirti” ilə bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli YGB tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Lakin, cavabdeh BBGİ AR Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubunu ilə 500 litr “sintetik etil spirti”nin gətirilməzinə icazə verildiyi səbəbindən yalnız 200 ədəd (x 2,5 litr = 500 litr) “sintetik etil spirti”nin buraxılmasına icazə vermişdir (**********6584 nömrəli xx.xx.2021-ci il tarixli YGB və aksiz vergisinin ödəniş qəbzi əlavə olunur). Anbarda qalan 880 ədəd “sintetik etil spirti”nin buraxılması üçün dəfələrlə cavabdehə və Azərbaycan Respublikası DGK etdikləri müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh BBGİ “sintetik etil spirti”nin 880 ədədini “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddələr) 13-cü sıra nömrəsinə aid etmiş və zəhərli maddə kimi rəsmi icazə tələb etmişdir. Belə ki Azərbaycan Respublikası DGK-nin X6 İdarəsinin (sonradan “MGEİ”) məktubu ilə bildirilmişdir ki, İddiaçı MMC-nin MGEİ-yə təqdim etdiyi “100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi >99.9% olan, laborator məqsədlər üçün istifadə onların denaturasiya olunmamış etil spirti (CAS 64-17- 5) “Güclü təsir edən maddələr və onlann külli miqdarının, habelə zəhərli maddələrin Siyahıları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsinin (Zəhərli maddələr) 13-cü sıra nömrəsinə aiddir. MGEİ tərəfindən “sintetik etil spirti”nə ********** nömrəli idxal kodu verilmişdir (Azərbaycan Respublikası DGK-nin MGEİ-nin məktubu əlavə olmur). İdxal olunan 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi xx.xx.2021-ci il tarixli icazə məktubu ilə buraxıldığından və anbarda qalan 880 ədədi yeni icazə məktubu tələb edildiyi üçün tərəflərindən cavabdehə və Azərbaycan Respublikası DGK əsassız ödədikləri 14055 manat məbləğində aksiz vergisinin geri qaytarılmasını xahiş etmişlər. Çoxsaylı müraciətlər nəticəsində ödədikləri 14055 manat aksiz vergisindən cəmi 11440 manat - buraxılmamış 880 ədəd “sintetik etil spirti” üçün aksiz vergisi məbləği onların VAİS hesablarına geri qaytarılmış, 2615 manat - buraxılmış 200 ədəd “sintetik etil spirti” üçün ödədikləri aksiz vergisi isə geri qaytarılmamışdır. Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin icazə məktubunun alınması üçün müraciətlər edilmiş və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Nazirinin 1ci müavinin icazə məktubu əldə edilmişdir (Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavinin xx.xx.2022-ci il tarixli icazə məktubunun surəti əlavə olunur). Nəticədə, ********** saylı invoysla ölkəyə idxal olunan 1080 ədəd “sintetik etil spirti ilə bağlı **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB tərtib edilərək anbarda qalan 880 ədəd “sintetik etil spirti” cavabdeh BBGİ tərəfindən buraxılmışdır. Həmin YGB-lə VAİS hesabımıza geri qaytarılan 11440 manat aksiz vergisi cavabdeh BBGİ tərəfindən aksiz vergisi ödənişi kimi hesablarından silinmişdir. Aksiz vergisinin silinməsi həmin YGB-nin 47-ci qrafasında (növ № 30) göstərilmişdir (**********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB əlavə olunur). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tanxİi 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodıkası”mn 8 saylı əlavəsinə (https://www.egov.az/home/getfile/1299) əsasən, 30 kodlu ödəniş növü “Aksiz vergi”sinə aid edilmişdir (“Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası əlavə olunur). Bundan başqa, DGK-rın rəsmi internet səhifəsində olan (https ://customs. gov.az/uploads/reaui site/7/1526cba9dd 12469356cae6d4ab8a71 cf.pdf?v= 164296 7177) gömrük bəyannamənin detalları və təsnifatının cədvəlinə əsasən, 30 kodu - Aksizlərə aid edilmişdir (Cədvəl əlavə olunur). Beləliklə, idxal olunan 1080 ədəd “sintetik etil spirti”nin buraxılması üçün cavabdeh tərəfindən qanunsuz olaraq aksiz vergisi tələb edilmiş, tərəflərindən 1080 ədəd üçün 14055 manat məbləğində aksiz vergisi ödənilmiş, lakin 500 litr üçün icazə məktubu oluğundan cavabdeh cəmi 200 ədəd “sintetik etil spirti”ni buraxılmış qalan 880 ədəd “sintetik etil spirti”nə dair icazə məktubu olmadığı üçün buraxmamışdır. Baş Nazirin 1-ci müavinin icazə məktublarının olmasına baxmayaraq cavabdeh 200 ədəd “sintetik etil spirti” üçün 2615 manat, 880 ədəd “sintetik etil spirti” üçün 11440 manat aksiz vergisi onlardan tutmuşdur. Nəticədə, cavabdeh idxal etdikləri 1080 ədəd “sintetik etil spirti”ni zəhərli maddə kimi qəbul edərək onların buraxılmasını Azərbaycan Respublikası Baş Nazirin 1-ci müavininin icazəsi əsasında rəsmiləşdirsə də, idxal olunan “sintetik etil spirti”nə qida məhsulu kimi qanunsuz olaraq 14055 manat aksiz vergisi onlardan almışdır. Əsassız silinmiş 14055 manat məbləğində aksiz vergisinin geri qaytarılması üçün cavabdeh BBGİ-nə ünvanladıqları xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələr nəticəsiz qalmışdır. Azərbaycan Respublikası DGK-nə ünvanladıqları xx.xx.2022ci il tarixli ərizələrinə cavabdeh BBGİ xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, 11440 manat aksiz vergisi İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müraciəti əsasında xx.xx.2021-ci il tarixində İddiaçı MMC-nin VAİS-dəki avans hesabına bərpa olunmuş və **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB-nin rəsmiləşdirilməsi zamanı istifadə olunmuşdur (BBGİ-nin xx.xx.2022-ci il tarixli məktubu əlavə olunur). Hesab edirlər ki, ********** saylı invoysla idxal olunan və Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavinin xx.xx.2021 və xx.xx.2022-ci il tarixli icazə məktubları ilə buraxılan 1080 ədəd “sintetik etil spirtin”in **********6584 nömrəli xx.xx.2021-ci tarixli və **********4641 nömrəli xx.xx.2022-ci il tarixli YGB əsasında onlardan14055 manat məbləğində aksiz vergisinin tutulması qanunsuz olmuşdur, çünki idxal olunan 1080 ədəd “sintetik etil spirti” spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı ona aksiz vergisinin ödənilməsi tələb olunmur. Bu səbəbdən də, cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən VAİS hesablarından əsassız və qanunsuz silinmiş 14055 manat məbləğində aksiz vergisi onların VAİS hesablarına geri qaytarılmalıdır. Beləliklə, işin faktiki hallan və hüquq normalan ilə müəyyən olunur ki, idxal olunan 1080 ədəd “sintetik etil spirti” (100983.2500 Supelco Ethanol absolute for analysis” adlı təmizlik dərəcəsi >99 9% oiaj^ laborator məqsədlər üçün istifadə olunan (spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış) denaturasiya olunmamış etil spirti (CAS 64-17-5), “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan mallann aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 20 nömrəli qərarında nəzərdə tutulmuş aksiz vergisinə cəlb olunmayan mallara aid edilməmişdir. İdxal olunan 1080 ədəd “sintetik etil spirti”, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2 nömrəli əlavəsində 13-cü sıra nömrəsində əks olunmuş “zəhərli maddələr” siyahısına aid edilmişdir. Məhz bu səbəbdən, 1080 ədəd “sintetik etil spirti”nin 200 ədədi Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin xx.xx.2021-ci il tarixli icazə məktubu əsasən, 880 ədədi isə Azərbaycan Respublikası Baş Nazirinin 1-ci müavininin xx.xx.2022-ci il tarixli icazə məktubu əsasmda rəsmiləşdirilmiş və buraxılmışdır. Belə olan təqdirdə 1080 ədəd “sintetik etil spirti”nin buraxılması üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə ödənilmiş 14055 manat məbləğində aksiz vergisi mənləği bizə geri qaytarılmalıdır. Bundan başqa, əsassız alınmış aksiz vergisi məbləğinin geri qaytarılması üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə etdikləri müraciətlər nəticəsiz qaldığı üçün məcburiyyət qarşında qalaraq, vəkil ilə müqavilə bağlamışlar və vəkilə 2000 (iki min) manat məbləğində qonorar ödəmişlər (vəkil qonorarının ödənilməsinə dair ödəniş tapşırığı əlavə olunur). Hesab edirlər ki, vəkilə ödənilmiş məbləğ də, cavabdeh tərəfindən onlara qaytarılmalıdır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və hazırki iş üzrə xidmətlər üçün ödənilmiş 2000 (iki min) manat məbləğində vəkil qonorarın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ‘SEM-AZ” MMC (bundan sonra-iddiaçı) Bakı Baş Gömrük İdarəsinə (bundan sonra-cavabdeh) qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ödənilmiş 14055 manat aksiz vergisi məbləğinin və 2000 manat vəkil qonorarının, ümumilikdə 16055 manat məbləğində pul vəsaitinin iddiaçının avans hesabına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə xx.xx.2022-ci il tarixli sorğu ilə cavabdehə müraciət etmiş, həmçinin xx.xx.2022-cı il tarixli Sərəncamla cavabdehdən iddiaya qarşı öz münasibətini bildirməyi tələb etmişdir. Cavabdeh iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı tərəfindən idxal olunan mallara dair invoysda 19-cu mal mövqeyi üzrə təsnifat kodu 22071000 kimi göstərilmişdir. İddiaçı tərəfindən idxal olunan mallara dair X6 İdarəsi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli, 2200-015/0xx-xx/006983 saylı ekspert rəyində ********** nömrəli invoysun 19-cu mövqeyi üzrə idxal olunan ‘100983 Supelco Ethanol absolute for analysis" adlı laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi 100% olan etil spirti (CAS 64-17-5) Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli, 180-VQ saylı Qanunu ilə təsdiq edilmiş ‘ Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nın “Zəhərli maddələr” siyahısına aid edilərək eyni zamanda XİF MN üzrə təsnifat kodu 2207 10 000 0 kimi müəyyən edilmişdir. X6 İdarəsi tərəfindən verilmiş 14.01 2022-ci il tarixli, 2200- 015/0xx-xx/000220 saylı ekspert rəyində İddiaçı MMC-nin ünvanına ********** nömrəli xx.xx.2021 -ci il tarixli invoysun 19-cı mövqeyi üzrə idxal olunan yükün “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100 % olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 mal nomenklaturası, X10 dərəcələri və X11 dərəcələri”nin 22-ci qrupu “Alkaqollu və alkaqolsuz içkilər və sirkə” adlanır. Həmin qrupa aid edilmiş iddiaçının mübahisələndirdiyi malın təsnifat kodu isə aşağıdakı kimidir: 2207 - Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar. 2207 10 000 0- sprirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. Əlavə olaraq bildirilmişdir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. İddiaçının ərizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən şəkildə tərtib edilərək cavabdehə təqdim edilməmişdir.
6. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə etiraza əlavə təqdim olunaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 19 yanvar tarixli 20 nömrəli qərarına əsasən, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı ilə aksiz vergisinə cəlb edilir və həmin qərara əsasən malların idxal olunduğu dövr üçün 2207 10 000 0 nömrəli mal mövqeyində aksiz dərəcəsi 1 litr üçün 5.20 manatdan hesablanmışdır. Malların Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180 nömrəli “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanunu ilə təsdiq edilmiş 2 nömrəli əlavəsində göstərilmiş zəhərli maddələrin siyahısında olması aksiz vergisindən azad olması üçün əsas deyil. Belə ki, heç bir normativ hüquqi aktda idxal edilən spirtin aksiz vergisindən azad olması barədə müddəa yoxdur. İddiaçının almış oluğu icazələr 2003-cü il 23 dekabr tarixli 565 nömrəli “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası qanunda göstərilmiş mallara münasibətdə tələb olunub. Halbuki, iddiaçı malların gömrük rəsmiləşdirilməsi aparılan zaman müvafiq ekspert rəylərinə uyğun olaraq tələb olunan icazəni müvafiq dövlət qurumundan almış və eyni zamanda idxal olunan mala görə ödənilməli olan aksiz vergisini də ödəmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı tərəfindən malın invoys sənədinə və yuxarıda göstərilən ekspert rəylərinə uyğun olaraq gömrük ödənişləri ödənilmiş, bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Hesab edirlər ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmişdir.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. İddiaçı ilə Almaniya Federativ Respublikasının "xxxx" Şirkəti arasnda bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci il tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanol avsolute for analysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5 l, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi > 99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etil spirti”) iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir.
11. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X13 təqdim edilmiş və həmin bəyannaməyə əsasən ümumilikdə 36.20 manat ödənilmişdir.
12. İddiaçı tərəfindən həmin idxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün Azərbaycan Respublikası DİN-dən xx.xx.2019-cu il tarixli 120 və 121 saylı xüsusi icazələr, AR FHN SİTG və DMN Dövlət Agentliyindən və AR DİN-dən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli razılıq məktubları, habelə AR Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubları əldə edilmiş və bu icazə məktubları cavabdehə təqdim edilmişdir.
13. İddiaçı tərəfindən həmin idxal olunan mallarla bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli X15 tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir (ödəniş qəbzi əlavə edilmişdir). Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan 200 ədədi Azərbaycan Respublikasının Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə sənədində qeyd edilmiş miqdara uyğun olaraq buraxılmışdır.
14. İddiaçı tərəfindən həmin idxal olunan mallarla bağlı xx.xx.2022-ci il tarixli **********4641 nömrəli X13 tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan yerdə qalan 880 ədədi iddiaçı tərəfindən yeni icazə əldə edildikdən sonra buraxılmışdır.
15. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ********** nömrləi xx.xx.2021-ci il tarixli invoys, gömrük bəyannaməsi, yol nəqliyyat sənədi (CMR), prob və nümunələrin götürülməsi haqqına akta əsasən xx.xx.2022-ci il tarixdə şüşə qablaşdırmada təqdim olunmuş “100983 Supelco Ethanol absolute” adlı tərkibli maye halında nümunə tədqiq edilmiş və tədqiqat nəticəsindəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına ********** nömrəli xx.xx.2021-ci il tarixli invoysun 19-cu mövqe üzrə idxal olunan yük “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100% olan, denaturasiya olunmamış etil sportu (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirilir.
16. İddiaçı tərəfindən iş materiallarına əlavə vəkil qonorarının ödənilməsi ilə bağlı ödəniş tapşırığı və elektron qaimə əlavə edilmişdir.
17. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizəsi ilə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
18. Məhkəmənin e-2-1(112)-12388/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə yeyinti məhsullarının məhkəmə ekspertizası təyin edilmiş və iş üzrə ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilmişdir. lakin tədqiqat üçün nümunələr Azərbaycan X3na təqdim edilmədiyinə görə məhkəmə qərardadı icrasız qalmışdır. 23 may 2023-cü il tarixində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə Agentliyin əməkdaşı tərəfindən məhsul nümunəsi götürülərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tabeliyində X1 müvafiq sınaq laboratoriyasına göndərilmişdir. Sınaq nəticələrinə dair protokolu və həmin protokola əsasən verilmiş rəy məhkəməyə təqdim edilmişdir. Sınaq nəticəsinə əsasən etil spirtinin həcm payı 99.97 % müəyyən edilmişdir. Rəydə qeyd edilmişdir ki, İddiaçı MMC şirkətinə məxsus 1 (bir) ədəd “Etil spirti// etil spirti” nümunəsinin Azərbaycan X1 Abşeron Regional Sınaq Laboratoriyasında fiziki-kimyəvi (Etil spirtin həcm payı) göstəricilər üzrə müayinələri həyata keçirilmişdir. Müyainələr zamanı sözügedən nümunədə etil spirtinin həcm payının 99.97 % olduğ müəyyən edilmiş və protokolda bu nəticə “faktiki” olaraq göstərilmişdir. Beləliklə, müayinəsi həyata keçirilən nümunənin analiz sertifikatında, eləcə də, qablaşdırılmasına əks olunan məlumatlar bu məhsulun reaktiv kimi (ethanol absolute for analysis Emsure ® ACS, İSO, Reag.Ph Eur) istifadə edildiyini göstərir. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
20. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
23. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. 25 Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.
26. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
29. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
30. Gömrük Məcəlləsi Maddə 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.
31. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının: - 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir; - 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir; - 1.3-cü bəndinə əsasən, gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir; - 1.4-cü bəndinə əsasən, gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir.
33. Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli, 180-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdardarının, habelə zərərli maddələrin Siyahısı”nın 2 nömrəli Əlavəsinin 13-cü bəndinə əsasən, etil spirti sintetik və ya spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri qida xammalından hazırlanmış (hidrolizə, sulfitlə, həmçinin etol) kimi anlayış verilərək zərərli maddə kimi müəyyən edilmişdir.
34. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 20 nömrəli qərarına əsasən həcm faizi 80-dən az qatılığı olan denaturalaşdırılmamış etil spirti və denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı ilə aksiz vergisinə cəlb edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X7 Mal Nomenklaturası, X10 Dərəcələri və X11 Dərəcələri, X7 X8 Şərhetmə Qaydalarında” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun “2207. Spirtin qatılığı 80 həcm% və ya daha çox olan enaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar” adlı mal mövqelərinin “2207 10 000 0. Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti” adlı altqrup müəyyən edilmişdir. Həmin Qərarın “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun qeyd hissəsinin 3-cü bəndində alkoqollu içilər 2203-2206 və ya 2208 mal mövqelərinə daxil edilmişdir.
36. İnzibati icraat haqqında Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
37. Hazırkı iş işin hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Almaniya Federativ Respublikasının "xxxx" Şirkəti arasnda bağlanmış M1002/21-1 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq ********** saylı xx.xx.2021-ci il tarixli invoysla 1080 ədəd “100983.2500 Supelco Ethanol avsolute for analysis” markalanma atributlarına görə S/N 100983, tutumu 2.5 l, laborator məqsədlər üçün istifadə olunan təmizlik dərəcəsi > 99.9% olan etil spirti (CAS 64-17-5) (sonradan “sintetik etil spirti”) iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. . İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********6286 nömrəli qısa idxal X13 təqdim edilmiş və həmin bəyannaməyə əsasən ümumilikdə 36.20 manat ödənilmişdir. İddiaçı tərəfindən həmin idxal olunan etil spirti sintetik olduğundan və spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlandığı üçün Azərbaycan Respublikası DİN-dən xx.xx.2019-cu il tarixli 120 və 121 saylı xüsusi icazələr, AR FHN SİTG və DMN Dövlət Agentliyindən və AR DİN-dən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli razılıq məktubları, habelə AR Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə məktubları əldə edilmiş və bu icazə məktubları cavabdehə təqdim edilsə də, cavabdeh tərəfindən iddiaçıların malları gömrük rəsmiləşdirilməsi həyata keçirilməyərək gömrük nəzarətindən buraxılmamışdır. Bundan sonra, iddiaçı tərəfindən həmin idxal olunan mallarla bağlı xx.xx.2021-ci il tarixli **********6584 nömrəli X15 tərtib edilərək ********* saylı qəbzlə 14055 manat aksiz vergisi ödənilmişdir. Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan 200 ədədi Azərbaycan Respublikasının Baş Nazirinin 1-ci müavinin xx.xx.2021-ci il tarixli icazə sənədində qeyd edilmiş miqdara uyğun olaraq buraxılmışdır. Eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC-nin ünvanına ********** nömrəli xx.xx.2021-ci il tarixli invoysun 19-cu mövqe üzrə idxal olunan yük “100983.2500 Supelco Ethanol absolute” adlı laborator məqsədlər üçün istifadə olunan, qatılıq həcmi < 100% olan, denaturasiya olunmamış etil spirti (CAS 64-17-5) XİF MN-ə görə 2207 10 000 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Yerdə qalan mallarla bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş nazirinin 1-ci müavininə icazə məktubunun alınması üçün müraciətlər edilmiş və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş nazirinin 1-ci müavinindən icazə məktubu əldə edildikdən sonra xx.xx.2022-ci il tarixli **********4641 nömrəli X13 tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. Həmin bəyannamə üzrə gömrük orqanı tərəfindən 1080 ədəd maldan yerdə qalan 880 ədədi gömrük nəzarətindən buraxılmışdır.
38. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tabeliyində X3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən bildirilmişdir ki, İddiaçı MMC şirkətinə məxsus 1 (bir) ədəd “Etil spirti//etil spirti” nümunəsinin Azərbaycan X1 Abşeron Regional Sınaq Laboratoriyasında fiziki-kimyəvi (Etil spirtin həcm payı) göstəricilər üzrə müayinələri həyata keçirilmişdir. Müayinələr zamanı sözügedən nümunədə etil spirtinin həcm payının 99.97 % olduğu müəyyən edilmiş və protokolda bu nəticə “faktiki” olaraq göstərilmişdir. Beləliklə, müayinəsi həyata keçirilən nümunənin analiz sertifikatında, eləcə də, qablaşdırılmasında əks olunan məlumatlar bu məhsulun reaktiv kimi (ethanol absolute for analysis Emsure ® ACS, İSO, Reag.Ph Eur) istifadə edildiyini göstərir.
39. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddia etdiyinin əksinə iddiaçının idxal etdiyi mallar alkoqollu içki olmayıb, həmin məhsul güclü təsir edən, zəhərli, reaktiv məhsul kimi istifadə edilən məhsul olmuşdur. Lakin, buna baxmayaraq cavabdeh orqan tərəfindən “2207 10 000 .0” altqrupuna aid edilən həmin məhsullar “Zəhərli maddələr” siyahısına, eləcə də, “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” siyahısına əlavə edilərək, iddiaçıdan həm “Zəhərli” maddə kimi xüsusi lisenziya alınmış, həm də, “alkoqollu içki” kimi qanunsuz və əsassız olaraq aksiz rüsumu tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X7 Mal Nomenklaturası, X10 Dərəcələri və X9 Dərəcələri, X7 X8 Şərhetmə Qaydalarında” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22-ci qrupun qeyd hissəsinin 3-cü bəndində alkoqollu içkilər 2203-2206 və ya 2208 mal mövqelərinə daxil edilmişdir. “2207 10 000 0. Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti” “Alkoqollu və alkoqolsuz içkilər və sirkə” adlı 22ci qrupun “2207. Spirtin qatılığı 80 həcm% və ya daha çox olan enaturasiya olunmamış etil spirti; hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar” adlı mal mövqelərinin adlı altqrupunda müəyyən edilmişdir.
40. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi “********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir.
41. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsinə, yəni hazırki iş üzrə xidmətlər üçün ödənilmiş 2000 (iki min) manat məbləğində vəkil qonorarın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
42. Belə ki, iş materiallarına iddiaçı tərəfindən vəkil xidmətinə görə ödənilmiş pul məbləği ilə bağlı ödəniş tapşırığı və elektron qaimə əlavə edilsə də, həmin ödənişin həyata keçirilməsi üçün əsas olmuş “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə əlavə edilməmiş, bununla da, həmin müqaviləyə əsasən vəkil tərəfindən iddiaçıya hansı xidmətlərin göstərilməsi, ödənilmiş məbləğin hansı məhkəmə instansiyaları üçün nəzərdə tutulması müəyyən edilə bilməmişdir.
43. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması qaydaları və maddi hüquq normalarının tələbləri pozulmaqla gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilmişdir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
46. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
47. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. ********** saylı invoysla idxal olunan 1080 ədəd laborator məqsədlər üçün istifadə olunan, spirtli içkilərin hazırlanması üçün yararsız, qeyri-qida xammalından hazırlanmış sintetik etil spirtinin rəsmiləşdirilməsi üçün ********* saylı qəbzlə ödənilmiş 14055 (on dörd min əlli beş) manat aksiz vergisi məbləğinin İddiaçı MMC-yə qaytarılması barədə qərarın qəbul edilməsi və bununla bağlı müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva