Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2507/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ümumi sahəsi 0.14 ha olan 957A saylı bağ sahəsi üzərində X1 adına olan **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın 1/8 hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 957a saylı bağ sahəsi X12, X10, X8 və X13 ümumi birgə mülkiyyət hüquqları ilə məxsus olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşmmaz Əmlakm Dövlət Reyestrinin Bakı Şəhər Ərazi İdarəsində **********44 reyestr nömrəli xx.xx.2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən çıxarışda X16 onun nənəsi, X14 isə anasıdır. X17 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində, anası X14 isə xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, sonradan miras əmlakla bağlı Bakı şəhəri 18 saylı notariat ofisində vərəsəlik işi açılmış və hər iki şəxsin qanun üzrə vərəsəsi olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin uyğun Azərbaycan Respublikasmm İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə 971 nömrəli xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Sonradan məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü, 957a saylı bağ sahəsi üzərindəki mülkiyyət hüquqları X1 adına **********44 (eyni) reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Bu səbəbdən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 957A saylı bağ sahəsindəki X10 və X18ma mülkiyyət hüquqları ilə məxsus olan mirası (daşınmaz əmlakı) qanun üzrə vərəsəlik hüququ əsasında qəbul etmək hüququndan məhrum olunmuşdur. Hesab edir ki, mövcud bağ sahəsi üzərində vərəsəlik hüququ əsnasında mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı X36 məxsus daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindəki torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki səhv nəticəsində üst-üstə düşmüşdür ki, X36 eyni reyestr nömrəli çıxarış verilməsinə səbəb olmuşdur. Vərəsəlik hüququmun təminatını təmini üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü 957A saylı bağ sahəsində mərhum valideynim X8 ümumi birgə mülkiyyətdən miras hissəni (paylı mülkiyyət hüququ institutu) qanun üzrə vərəsəlik hüququ əsasında rəsmiləşdirmək üçün X33 adına olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmış **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarış 1/2 hissədə etibarsızlığı müəyyən edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş və qorunan vərəsəlik hüququmun təminatı təmin edilsin. İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşmmaz Əmlakm Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ümumi sahəsi 0.14 ha olan 957A saylı bağ sahəsi üzərində X1 adına olan **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0,14 ha ölçülü, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 957a saylı bağ sahəsi X12, X20ma, X18ma və X13 ümumi birgə mülkiyyət hüquqları ilə məxsus olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Şəhər Ərazi İdarəsində **********44 reyestr nömrəli xx.xx.2011-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü, 957a saylı bağ sahəsi üzərindəki mülkiyyət hüquqları X1 adına **********44 (eyni) reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər 1 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Bu səbəbdən torpaq sahəsi üzərində sərəncam vermək hüququmdan məhrum olunmuşdur. Bununla bağlı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.14 ha ölçülü 957A saylı bağ sahəsi üzərində sərəncam vermə hüququnun təmin edilməsi məqsədilə, X2 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmış **********44 reyestr nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə ərizə ilə İqtisadiyyat Nazirliyi yanmda Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müraciət edilmiş, lakin publik hüquqi şəxs tərəfindən rəsmi cavablandırılması təmin edilməmişdir. Hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət və sərəncam vermək hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5683/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5683/2024 saylı İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)- 2507/2024 saylı İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın hissəvi etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə birləşdirilsin və iş üzrə icraat 2-1(112)-2507/2024 qeydiyyat nömrəsi ilə davam etdirimişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, 2V-240 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra X9 və X11 arasında bağlanan xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin torpqaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ tanınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nüayndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusuna əsasən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verillmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 957a saylı bağ sahəsi paylı mülkiyyət hüququ üzrə X21, X15, İddiaçı2 qızı, X5 adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ümumbirgə mülkiyyət kimi qeydə alınmışdır. -Bakı şəhəri Səbail rayon icra şöbəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2013-cü il tarixli 17/64-№2319/11-7 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-(81)-292/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələbin təmini məqsədi ilə iş üzrə borclu Zeynalova (Əlıyeva) Şəhla Fərman qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu. Nardaran qəsəbəsi, 957a saylı bağ sahəsi aşkar olunaraq üzərmə həbs qoyulmuş və satılması üçün hərrac təşkıl edilmişdir. Lakin qeyd olunan əmlak satılmadığından hərrac təşkilatı tərəfindən əmlakla bağlı bütün sənədlər şöbəyə geri qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinin tələblərinə əsasən əmlak satılmadıqda həmin əmlaklar iş üzrə tələbkar təklif olunmuşdur. İş üzrə tələbkar X26 tərəfindən şöbəyə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda yuxarıda qeyd olunan bağ sahəsinin borc əvəzi olaraq mülkiyyətinə qəbul edilməsinə razılıq verdiyini bildirmişdir. Qeyd olunanları və ‘İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələblərini rəhbər tutaraq Zeynalova (Əliyeva) Şəhla Fərman qızının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 957a saylı bağ sahəsinin X19 adına rəsmiləşdirirlməsi üzrə təc birlərin görülməsi və bu barədə şöbəyə məlumat verilməsi xahiş olunur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 957a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X22 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -6 saylı notariat ofisinin xüsusi notariusunun qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X22 vərəsəsi X9 Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0.14 ha olan torpaq sahəsində yerləşən 957a saylı bağ evini tam hissədə pay alır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 957a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X9 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 957a saylı bağ sahəsini hədiyyə alan X3 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 957a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********01 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasar daxili 0.14 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********47 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1400.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. İddiaçı1 (və digərlərinin) iddia etdiyi Nardaran qəsəbəsi, 957 a saylı bağ sahəsi məhkəmə qətnaməsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmış və sonradan notarial qaydada özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahəsi bir neçə bağ sahəsi ilə bir hasar daxilində olmaqla yola çıxış üçün 3.0 metrlik keçid verilmişdir. Bağ sahəsinin mövcud vəziyyətdə yerləşməsinə dair baş plan əlavə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisə predmeti olan 957a saylı bağ sahəsi **********44 reyestr nömrəsi ilə X3 adına qeydiyyata alınıb. Bakı şəhəri 18 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 971 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2008-ci ii tarixdə ölmüş X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə İddiaçı1 tərəfindən müraciət olunmuşdur, vərəsələrin dairəsi müəyyən edilmişdir, məlum olmuşdur ki, İddiaçı1 - X6 qanun üzrə vərəsəsidir, mərhumdan qalan miras əmlakla bağlı tərəfimizdən vərəsəlik işi açılmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq mərhum - X6 adına olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə çıxarış verməyi xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, "957a" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinin X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüeyyenedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildirink ki, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlet Kadastı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddesino esasen daşınmaz emlak, o cümlədən torpaq sahələri ilə bağlı İnventarlaşdırma işlən aparılmalı və texniki senedleri (texniki pasport ve torpaq sahesinin plani ve ölçüsünü) tərtib etmek, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yarquruluşu planamı hazırlanması təmin edilməlidir. "Daşınmaz emlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddesine esasen huquqlann mövcüdluğünu, elde edilməsini, başqasına keçməsini mehdudlaşdınımasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq eden senedler hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından görünür ki, iddiaçılar Sabunçu rayonu, Nardaran qəsəbəsi ümumi sahəsi 0.14 ha olan 957A saylı bağ sahəsi üzərində X1 adına olan **********44 reyestr nömrəli qeydin ləğvini (etibarsızlığın) mübahisələndirilər. İddiaçı tərəfin əsaslandığı hüquümüəyyənedici sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış, həmin çıxarışın əsasında verilmiş **********44 nörməli reyestr qeydi qüvvədə deyildir. İddiaçı tərəfin iddia etikləri 957a saylı bağ sahəsi ilə üçüncü şəxsin adına qeydiyyata alınmış bağ sahəsi faktiki cəhətdən eynidir. İddiaçı tərəfin mübahisələndirdiyi X1 adına aparılmış qeydiyyat da hazırda qüvvədə deyildir. Sözügedən bağ torpaq sahəsi sonuncu dəfə bağışlama müqaviləsi əsasında X3 adına qeydiyyata allınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, X1 adına aparılmış qeyd mülki hüquqi sənədqanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən sonuncunun müllkiyyətinə keçmişdir. Sözügedən bağ ilkin olaraq iddiaçıların adına qeydiyyatda alınsa da həmin bağ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-(81)-292/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələbin təmini məqsədi ilə üzərinə həbs qoyulmuş və satılması üçün hərrac təşkil edilmiş, nəticədə X26 tərəfindən qeyd olunan bağ sahəsinin borc əvəzi olaraq mülkiyyətinə qəbul edilmiş, bundan sonra iddiaçıların həmin bağ sahəsinə dair qeydləri ləğv edilmiş və bağ sahəsi X19 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı tərəfin ləğvi tələbi ilə cavabdehə etdikləri müraciət X1 adına olan qeydin ləğvi ilə bağlıdır və həmin qeyd vərəsəlik qaydasında üçüncü şəxsn adına qeydə alınmış, qeyd hazırda qüvvədə deyil və bağ sahəsi digər şəxsin mülkiyyətinə ötürülmüşdür. İddiaçıların istinad etdikləri reyestr qeydin ləğvi və X19 adına qeydin ləğvi isə mülki məhkəmə qətnaməsinin icrası ilə bağlı olmuş, lakin bu barədə icra iccraatının düzgün aparıılmadığı icra sənədini verən məhkəmənin qaaanuni qüvvəsini aln məhkəmə aktı da mövcud deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətin yalnız üçüncü şəxsin adına aparılmış qeydin ləğvi ilə bağlı olmaqla əvvəlki qeydlərin ( X19 adına olan qeydlərin) ləğvi ilə bağlı inzibati orqana müraciətin olmaması, eləcə də X19 adına olan qeydlər məhkəmə qətnaməsinin icrası ilə bağlı aparıldığından və həmin icra mübahisələndirilmədiyindən iddia mümkün sayılmamalıdır. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2507/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2507/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver