Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2521/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 X13inə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 X13inə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh 3 nömrəli Şəhər Poliklinikasına qarşı Sümük əzələ sisteminin anadangəlmə anomaliyaları ilə dünyaya gələn, inkişaf qüsurları olan, laxlayan oynaq xəstəliklərindən, EhlersDanlos sindromundan, hipermobil sindorumundan əziyyət çəkən, əlilliyi dünyaya gələn gündən 18 yaşadək qiymətləndirilən, əlilliyi 18 yaşdan sonra isə 5 illik müddətlə 2-ci qrup olaraq qiymətləndirilən iddiaçının təkrar əlilliyinin qiymətləndirilməsi üçün iddia ərizəsinin təmin edilməsini, “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” (TƏBİB) X13 Cavabdeh1 X13 3 nömrəli Şəhər Poliklinikası Həkim-Məsləhət Komissiyasının üzərinə təkrar əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə, onun həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə (yəni, patofunksional dəyişikliklərin dəqiqləşdirilmiş formada yazılması, klinik-instrumental, instrumental müayinələrin xəstəliyin ağırlaşması arasında uyğunluğu düzgün qeyd etməklə tamamlanmış) göndəriş (Forma-88) tərtib edilməsi, elektron imza ilə imzalayıb alt sistemə yerləşdirməsi öhdəliyinin qoyulması barədə, təkrar əlilliyin qiymətləndirilməsi üçün diaqnozları natamam, doğru olmayan şəkildə göndəriş tərtib etdiklərinə görə qanunun tələb etdiyi 5 gün müddətində tərtib etməli olduqları göndərişi 1 aydan çoxdur, 3 dəfə natamam tərtib etdiklərinə görə Tibbi Sosial Ekspertizaları Komissiyalarının (bundan sonra TSEK) natamam yazılmış həmin göndərişləri geri qaytardıqlarına və natamam yazılmış göndəriş əsasında qiymətləndirmə ilə bağlı qərar qəbul edə bilmədiklərinə görə iddiaçıya vurulan 200 (iki yüz) manat maddi zərərin, 6000 (altı min) manat mənəvi zərərin cavabdehdən alınıb, iddiaçıya ödənilməsi barədə, Əhalinin Sağlamlığının qorunması haqqında Qanunun 25-ci maddəsinin tələblərinə əsasən 2024-cü ilin iyun, iyul aylarında 3 (üç) dəfə tərtib etdikləri natamam göndərişlərin (FORMA-88-in) surətlərinin iddiaçıya verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci təvəllüdlü, sümük əzələ sisteminin anadangəlmə anomaliyaları ilə dünyaya gələn, inkişaf qüsurları olan, laxlayan oynaq xəstəliklərindən, Ehlers-Danlos sindromundan, hipermobil sindorumundan əziyyət çəkən, Azərbaycanda və Dünyada heç bir müalicəsi mümkün olmayan birləşdirici toxuma xəstəsi olan, əlilliyi dünyaya gələn gündən 18-yaşadək qiymətləndirilən, əlilliyi 18 yaşdan sonra isə 5 illik müddətlə 2-ci qrup olaraq qiymətləndirilən İddiaçı “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” (bundan sonra - TƏBİB) X13 Cavabdeh1 X13 3 nömrəli Şəhər Poliklinikası (bundan sonra 3 saylı Şəhər Poliklinikası) Həkim-Məsləhət Komissiyasına qarşı məhkəmədə aşağıdakı iddia tələbləri ilə iddia qaldıraraq, məhkəmədən xahiş edir ki, onun iddia ərizəsi tam həcmdə təmin olunsun – 1. İddiaçı təkrar əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə, onun həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə (yəni, patofunksional dəyişikliklərin dəqiqləşdirilmiş formada yazılması, klinik-instrumental, instrumental müayinələrin xəstəliyin ağırlaşması arasında uyğunluğu düzgün qeyd etməklə tamamlanmış) göndəriş (Forma-88) təritb etmələri, elektron imza ilə imzalayıb alt sistemə yerləşdirmələri öhdəliyinin qoyulması barədə, 2. Təkrar əlillyin qiymətlənirilməsi üçün diaqnozları natamam, doğru olmayan şəkildə göndəriş tərtib etdiklərinə görə, qanunun tələb etdiyi 5 gün müddətində tərtib etməli olduqları göndərişi 1 aydan çoxdur, 3 dəfə natamam tərtib etdiklərinə görə, Tbbi Sosial Elspertizaları Komissiyalarının (bundan sonra TSEK) natamam yazılmış həmin göndərişləri geri qaytardıqlarına və natamam yazılmış göndəriş əsasında qiymətləndirmə ilə bağlı qərar qəbul edə bilmədiklərinə görə, iddiaçıya vurulan 200 (iki yüz) manat maddi zərərin, 6 (altı) min manat mənəvi zərərin cavabdehdən alınıb, iddiaçıya ödənilməsi barədə, 3. Əhalinin Sağlamlığının qorunması haqqında Qanunun 25-ci maddəsinin tələblərinə əsasən 2024-cü ilin iyun, iyul aylarında 3 (üç) dəfə tərtib etdikləri natamam göndərişlərin (FORMA-88-in) surətlərinin, iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə. İddiaçı təkrar əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh tibb müəssisəsi dəfələrlə, müxtəlif tarixlərdə FORMA-88 tərtib etsə də, dəfələrlə iddiaçını əyani müayinələrdən keçirsədə, əlavə laborator-qan nümunələrinə dair analiz müayinələrinə cəlb etsədə, dəfələrlə rentgen müayinələrinə cəlb etsədə heç bir müsbət nəticəyə nail olunmamış, tərtib etdikləri göndərişlər - FORMA-88-lər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən natamam, kafi, yanlış tərtib olunduğu üçün geri qaytarmışdır. Belə ki, İddiaçı təkrar əlilliyinin qiymətləndirilməsi məqsədilə 3 saylı Şəhər Polikliinkasında fəaliyyət göstərən Həkim-Məsləhət Komissiyası Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin, yəni Forma-88-in yazılması, elektron imza ilə imzalanması, elektron şəkildə alt sistemə yerləşdirilməsi barədə Qərar qəbul edilmişdir. Yəni, cavabdeh dövlət tibb müəssisəsi lazımı araşdırma aparmadan sonra Qərar qəbul edir ki, anadangəlmə - genetik xəstə olan, dünyaya gələn gündən əlilliyi qiymətləndirilən, 2-ci qrup əlil olan İddiaçı təkrar əlilliyinin qiymətləndirilməsi üçün yeni göndəriş tərtib olunsun, alt sistemə yerləşdirilsin. Təkrar Əlilliyin qiymətləndirilməsi üçün tibb müəssisəsinin Həkim-Məsləhət Komissiyasının fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 saylı Qərarı ilə tənzimlənən Qaydalarına görə (maddə 1.5.1) tibb müəssisəsi İddiaçı eyni xəstəliklərlə son 6 (altı) ay müddətində fasiləsiz ambulator, stasionar müalicədə olmasına dair tibbi sənədləri əsasında təkrar əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi, yəni Forma-88-i tərtib etməlidir. 3 saylı Şəhər Poliklinikasında fəaliyyət göstərən Həkim-Məsləhət Komissiyası yuxarıda qeyd olunan Qaydaların tələbinə uyğun olaraq iddiaçının barəsində son 6 ay ərzində tərtib olunan xəstəxanalardan göndərilən tibbi sənədlər əsasında göndərişlər (natamam) tərtib etmişdir, nəticədə, tərtib etdiyi natamam göndərişlər TSEK komissiyaları tərəfindən geri qaytarılmışdır, bununla da 6 aylıq tibbi sənədlərin bitmə müddəti vəziyyəti yaratmışdir. Nazirlər Kabinetinin, yuxarıda qeyd edilən, tibb müəssisəslərinin göndərişləri tərtibetmə barədə tənzimlənən Qaydalarına görə, əlil şəxsin barəsində təqdim olunan tibbi sənədlərin müddətini pozmadan, səbədlərin bitmə müddətini nəzərə almaqla bir əlil şəxs barəsində 5 gün ərzində ixtisaslaşmış, təcrübəli, savadlı həkim-komissiya üzvləri göndəriş tərtib edirlər, imzalayırlar, gücləndirilmiş rejimdə alt sistemə yerləşdirirlər. Lakin, sözügedən tibb müəssisəsi, İddiaçı qanunla qorunan bütün hüquqlarını pozaraq 3 dəfə müxtəlif tarixlərdə natamam şəkildə göndəriş tərtib etdi, hər 3 göndərişin hamısı natamam tərtib olunduğu üçün tibb müəssisəsinə geri qaytarılmışdır. Lakin, 3 nömrəli Şəhər Poliklinikasının Həkim- Məsləhət Komissiyasına 1 aydan çoxdur müəyyən edib, qərar qəbul edib ki, əlilliyin təkrar qiymətləndirilməsi üçün göndəriş yazılsın, göndərişin yazılma müddəti 5 gün müəyyən edilsə də, dəfələrlə natamam yazaraq göndərişdə qeyd edilən tibbi sənədlərinin müdətinin ötməsinə səbəb olan qanunsuz hərəkətlər etmiş, nəticədə, pensiya almaqdan məhrum vəziyyətə salınmış, maddi hüquq normalarından məhrum vəziyyətdə saxlanılmış, həmçinin, qanunla müəyyən olunan, sosial müdafiəyə ehtiyacı olan şəxs olaraq bütün hüquqlarından məhrum vəziyyətə salınmışdır. Sözügedən tibb müəssisəsi, İddiaçı halhazırda da, bu vəziyyətdə saxlamaqda davam edir. Təkrar yazıb, məhkəməni yormaq niyyətində deyillər, amma daha sadə şəkildə izah edirlər ki, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara görə, əlil şəxsin barəsində təqdim olunan tibbi sənədlərin müddətini pozmadan, sənədlərin bitmə müddətini nəzərə almaqla bir əlil şəxs barəsində 5 gün ərzində ixtisaslaşmış, təcrübəli, savadlı həkim-məsləhət komissiyasının üzvləri göndəriş tərtib edirlər, imzalayırlar, gücləndirilmiş rejimdə alt sistemə yerləşdirirlər. Sözügedən tibb müəssisəsi isə İddiaçı qanunla qorunan bütün hüquqlarını pozaraq 3 dəfə müxtəlif tarixlərdə natamam şəkildə göndəriş tərtib etdi, hər 3 göndərişin hamısı natamam tərtib olunduğu üçün tibb müəssisəsinə geri qaytarılmışdır. Əlilliyə göndərişin yazılmasına səbəb olan tibbi sənədlərin müddətinin bitməsi səbəbinə görə, iddiaçı inzibati məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi barədə ayrıca ərizə yazıb, təqdim edib xahiş etmişdir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının, təmin edilməsinin, bərpa edilməsinin mümkün olmayacağı, xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasının nəzərə alınaraq, cavabdeh tibbi müəssisəsinin FORMA-88 yazıb alt sistemə yerləşdirməsi öhdəlik qoyulması barədə məhkəmə aktı qəbul etsin, ərizəyə dərhal baxılması təmin edilsin. Hazırda həmin ərizə məhkəmənin icraatındadır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 78V, mənzil 65də anası ilə birlikdə yaşayır. “Ehlers-Danlos” sindromu 3-cü tip kalogen yetməməzliyi, ”Hipermobil” sindromlarından əziyyət çəkir, tibbi sənədlərə görə, onun əziyyət çəkdiyi xəstəliklərin müalicəsi yoxdur, xəstəliyi genetikdir, anadangəlmədir, sağlamlıq imkanları məhdud şəxsdir. Ona kənar xidmət xüsusi qulluq tələb olunduğu üçün anası Nümayəndə ona baxır, buna görə də, anası heç bir yerdə işləyə bilmir. Eyni zamanda İddiaçı da, işləmir. İddiaçının əlillik vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunur. İddiaçı dünyaya gələndən xəstədir, onun 18-yaşadək əlillik keçmişi var, yəni ona 18-yaşadək əlillik verilib, 18 yaşı tamam olandan sonra, xx.xx.2019-cu ildə onun əlilliyi 5 il müddətinə 2-ci qrup əlilliklə qiymətləndirmişdir. Bu barədə, Tibbi Sosial Ekspert Komissiyasının vahid elektron sistemindən çıxarılmış sənədi hazırkı ərizəyə əlavə edilir. Qeyd olunduğu kimi, iddiaçının 07 iyun 2024-cü il tarixdə 5 (beş) illik əlillik müddəti tamam olmağa 2 (iki) ay qalmış, İddiaçı anası Nümayəndə Dövlət Notariat Ofisinin etibarnaməsi əsasında (onu təmsil etmə, onun əvəzindən sənədlərə imza etmə, sənəd təqdim etmə,sənəd qəbul etmə və s. barədə) əlillik müddətinin davam etməsi, əlilliyin təkrar qiymətləndirmənin aparılmasının təmin edilməsi üçün 3 nömrəli Şəhər Poliklinikasının rəhbərliyinə, həmin poliklinkada fəaliyyət göstərən Həkim-Məsləhət Komissiyasına müraciət etmişdir. Müraciət zamanı xəstəxanaların, elmi-tədqiqat tibb müəssisələrinin çoxsaylı tibbi sənədlərini, xəstəlik tarixlərini (epikrizlərini) təkrar təqdim etmişdir. Ümumiyyətlə, iddiaçının, 2023-cü ilin dekabrından bəri, həmçinin son 5 il ərzində xəstəxanalarda müalicə alması, müayinəsi barədə nəticələrə dair tibbi sənədləri həmişə sözügedən tibb müəssisəsinə təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə 2-ci qrup əlil İddiaçı, Poliklinikanın Həkim-Məsləhət Komissiyasına əyani müayinəyə dəvət olunmuş, İddiaçı həmin gün komissiyada əyani müayinədən keçmişdir. X4 Komissiyanın Sədri, bütün üzvləri həmin gün Qərar qəbul etmişlər ki, İddiaçı barəsində, təkrar əlilliyin qiymətləndirilməsi üçün göndəriş, FORMA-88 tərtib etsinlər və elektron imza ilə imzalasınlar, gücləndirilmiş rejimdə alt sistemə yerləşdirsinlər. Lakin, Həkim-Məsləhət Komissiyasının Sədri başda olmaqla bütün üzvləri dəfələrlə, müxtəlif tarixlərdə FORMA - 88 tərtib edib, elektron imza ilə imzalayıb elektron alt sistemə yerləşdirsələr də, hər dəfə TSEK komissiyaları tərəfindən FORMA - 88 yalnış və natamam doldurulduğu bildirilmiş, TSEK komissiyaları tərəfindən İddiaçı əlilliyinin davam etməsi üçün qiymənləndirilmə aparmaq mümkün olmamışdır. İddiaçı barəsində göndərişin - FORMA-88-in düzgün, dəqiq, tamamlanmış şəkildə tərtib etmələri üçün anası Nümayəndə cavabdeh orqana- X4 Komissiyasına xx.xx.2024-cü il tarixdə əyani müraciət edərkən, komissiyanın kompyuterdə işləyən əməkdaşı ona həm fiziki, həm mənəvi zorakılıq nümayiş etdirmiş, “yaxşı edirik, səhv, natamam yazırıq Forma- 88-i, sən bir daha bu otağa gəlsən sənin başına oyun açacam”- deyib onun boğazından tutub boğmuşdur, həmçinin həmin komissiyanın digər həkim nümayəndələri də, düzgün, tamamlanmış şəkildə FORMA-88 yazmayacaqlarını ifadə edən cümlələr işlətmişlər. Fiziki şiddət görməsi, xəsarətlər alması barədə, həyatı təhlükəsinin risk altında olması barədə, iddiaçının anası Nümayəndə, həmin gün DİN-nin 102 məlumat mərkəzinə şikayət etmiş, məhkəmə-tibbi ekspertizaya göndəriş almış, müayinədən keçmişdir. Hazırda material Polis Bölməsinin icraatındadır. Bu hadisələr anadangəlmə genetik xəstə olan, ağır şəkildə şiddətli ağrılara məruz qalan, xəstəliklərlə mübarizə aparan əlil şəxsə - İddiaçı və onun anasına əzab-iztirablar vermiş, həm mənəvi, həm fiziki, həm də maddi ziyanlara məruz buraxmışdır. Cavabdeh tibb müəssisəsinin Həkim-Məsləhət Komissiyası dəfələrlə FORMA-88-i natamam yazır, səhv yazır, dəfələrlə bu barədə TSEK komissiyasından xəbərdarlıq alır, eyni zamanda da komissiyanın əməkdaşı əlil şəxsin anasına fiziki şiddət, zorakılıq göstərir, həm komissiyanın sədri, həm fiziki təzyiq göstərən işçi səhərə qədər polis bölməsində qalır. İddiaçı sağlıq, maddi, mənəvi, hərtərəfli vəziyyətinin əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə iddia ərizəsinin tam həcmdən təmin olunmasını məhkəmədən xahiş edir. TSEK-nin, cavabdehin göndərişlərini natamam, yalnış tərtib etməsi barədə gəldiyi nəticələri və iddiaçının şikayətlərinə verilən cavab məktubları haqqında. Ərizəçi İddiaçı, əlillik müddətinin bitməsinə 2 ay qalmış, yazılı və əyani şəkildə 3 saylı poliklinikaya,onun həkim məsləhət komissiyasına müraciət edərək, müalicələr alması üçün onu tibb müəssisələrinə göndərmələrini, əlilliklə bağlı göndərişin yazılması üçün Komissiya üzvlərinin onu müayinə etmələrini, hansı tibbi müayinələrin və s. aparılması lazımdırsa, bu barədə onu tibb müəssisələrinə göndərmələrini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə poliklinikada fəaliyyət göstərən həkim-Məsləhət Komissiyasına əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmiş, Komissiya qərar qəbul etmişdir ki, İddiaçı barəsində əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə TSEK-ə göndəriş, yəni Forma-88 tərtib olunsun. Əliliyin qiymətləndirilməsi məqsədilə göndərişin tərtib olunması qaydalarını tənzimləyən, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 saylı Qərarının 2.2 maddəsinə əsasən 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır, müalicənin nəticələrini araşdırır göndərişi tərtib edir, elektron imza ilə imzalayır, alt sistemə yerləşdirir. Lakin, komissiya (üzv, həkim-cərrah Gülbəniz Rüsməmova), iddiaçının nümayəndəsi Nümayəndə 5 iş günündən gec müddətə göndərişi tərtib etdiklərini etiraf etmiş, 8 gündən sonra, xx.xx.2024-cü il tarixdə elektron imza ilə imzalayıb, alt sistemə yerləşdirdiklərini bildirmişdir. Bu barədə vatsap sosial platforması vasitəsilə göndərişin, yəni Forma-88-in səhifələrinin şəklini çəkib göndərmiş, özünün audio-səsini göndərmiş, səsində bildirmişdir ki, “diaqnozları üst-üstə yazıb, sistemə yerləşdirmişəm, hansı diaqnozlar oxşardı, ağır bildiyimizi yazdıq, onun yanında da açıqlama yeri var, kodu yazandan sonra açıqlama yerinə orda da diaqnozu sözlə yazırdıq, həmin o ixtisar elədikləri, kodu daxil olmaqla açıqlamaya bir daha əlavə elədik, bir diaqnozun qabağına, iki diaqnozun açıqlamasını yazmırdıq ki, heç nə israf olmasın, Ehlers-Danlosu əlavə etdik, çıxartmadıq, nə Q79-u, nə də Q79.6-nı. Bir də fikirləşmişlər ki, bu əsas diaqnozdu, bunların ikisi də qalsın, amma məsələn, piylənmənin içinə qeyri-normal bədən çəki artımını onu əlavə elədik, belə-belə, yəni heç nəyi itirmədik də, hamısını orda qeyd elədik, yalnız, 25 dənənin sayını azaltdıq ki, bu peçatlansın, getsin, qalan yazılarımız falan, olduğu kimi qaldı”. Cavabdeh X4 Komissiyasının üzvü həkim-cərrah Gülbəniz Rüstəmovanın öz səsini qeydə alıb göndərdiyi cavabından bu da aydın olmuşdur ki, qarmaqarışıq, anlaşılmaz, bir diaqnozun qabağına iki diaqnozun açıqlamasını yazmışdır ki, təki sistemə yerləşdirsinlər, həm də ağır xəstəliklərdən əziyyət çəkən , iddiaçının 25 ədəd diaqnozların sayını azaltdığını, təhrif etdiyini etiraf edir. Buna görə də, ilk dəfə tərtib etdikləri, xx.xx.2024-cü ildə elektron sistemə elektron imza ilə imzalanıb yerləşdirdikləri M00202539İMQ saylı Forma-88-ə, 12 gün sonra, xx.xx.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK belə münasibət bildirmişdir: “Yalnış və ya natamam doldurulmuşdur, tibb müəssisəsinə geri qaytarılır, səbəb-dövlət səhiyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Klinik-instrumental müayinələr yetərli deyil”. Bu barədə TSEK-in alt sistemində, iddiaçıya göndərilən məlumat ərizəyə əlavə olunur. Həmçinin, Gülbəniz Rüstəmova Nümayəndə, ümumiyyətlə, Forma-88-i elektron sistemdə yaza bilmədiklərini, demiş, “qiymətləndirmə amilləri tam doldurulmayıb” sözləri yazılmış kompyuterin ekranının şəklini çəkib göndərmişdir. İddiaçının nümayəndəsinin ərizəsi əsasında cavabdeh tibb müəssisəsinin həkim məsləhət komissiyasının nümayəndəsi həkim Gülbəniz Rüstəmova elektron sistemə ilk dəfə yerləşdirdikləri, M00202539İMQ saylı Forma-88-in kompyuterdən şəklini çəkib, tibbi sənədi bu şəkildə təqdim etmişdir. Sonradan bildirmişdir ki, onun qızının Forma-88-ndəki bu diaqnozlardan çoxunu çıxartdılar, 25 dənəyə endirdilər, bu şəkildə yerləşdirdilər elektron sistemə. Yəni, iddiaçının əziyyət çəkdiyi xəstəliyi ifadə edən bütün diaqnozlarının çox hissəsini, “peçatlansın getsin”-deyərək düzgün, tamamlanmış şəkildə deyil, başdanedici, təki möhürləyək göndərək, prinsipi ilə FORMA-88 tərtib etmişlər. Gülbəniz həkimin, iddiaçının çoxsaylı diaqnozları olan Forma-88-in foto ilə çəkilib iddiaçının anasına verdiyi sənəd məhkəməyə təqdim edilmiş, hazırkı iş üzrə elektron məhkəməyə sistemində qeydiyyata alınmışdır. Gülbəniz həkimin, iddiaçının çoxsaylı diaqnozları olan Forma-88-in foto ilə çəkilib, iddiaçının anasına verdiyi sənəd ərizəyə əlavə edilir (əlavə 5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18,19,20,21,22,23,24,25,26,27,28,29,30). xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh tibb müəssisəsinə getmiş, həkim-məsləhət komissiyasının sədri ilə görüşmüş, təkrar göndərişin yazılmasını xahiş etmiş, lakin bu barədə sədr müsbət cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə, iddiaçının anası tibb müəssisələrin fəaliyyətinə nəzarət edən orqana - TƏBİB-ə qəbula getmiş, orada Əlillik Məcəsələri üzrə şöbə müdirindən poliklinikaya, göndərişi düzgün tərtib etmələri barədə tövsiyyə etməsini xahiş etmiş, lakin bu xahişi təmin olunmamışdır. Sonra, TƏBİB-in vətəndaşlarla iş üzrə məsləhətçisindən xahiş etmiş, o da, cavabdeh tibb müəssisəsinə, təkrar olaraq göndərişin yazılmasını təmin etmələri barədə tövsiyyələr etmişdir. Həmin gün iddiaçının anası poliklinikaya getmiş, onu Həkim Məsləhət Komissiyasının otağına dəvət etmişlər, orada iddiaçının anası “nə zaman təkrar yazırsız göndərişi”- soruşmuşdur. Bu zaman komissiyanın işçisi Aynur adlı əməkdaş Nümayəndə boğazından tutub boğmuş, havasız vəziyyətə salmış, boğazında açıq yara yaratmış, boğazından qan axmışdır. Xəsarət alan Nümayəndə işçinin əlindən alıb dəhlizə çıxartmışlar. Təcili DİN-nin 102 məlumat mərkəzinə şikayət edilmiş, xəsarət alan Nümayəndə, onun boğazını boğub ağır yaralar yaradan Aynur adlı işçi və baş həkimin səlahiyyətlərini icra edən, Həkim-Məsləhət Komissiyasının sədri Fizuli Xəlilov 26-cı Polis bölməsinə aparılmış, səhərə qədər polis bölməsində saxlanılmışlar, Nümayəndə ərizəsini və izahatını yazmış, xəsarətlərinə görə o, məhkəmə-tibbi ekspertizada müayinədən keçmişdir. Hazırda şikayət materialı Polis Bölməsinin icraatındadır. S.X2 məhkəmə-tibbi ekspertiza müayinəsinə göndərilməsi barədə Qərarın surəti və məktub hazırkı ərizəyə əlavə olunur. Həmin gün təcili yazılmalı olan Forma-88 Komissiya tərəfindən təkrar yazılmamışdır. xx.xx.2024-cü ildə 26-cı Polis Bölməsinin rəhbərliyi iddiaçının anasının təhlükəsizliyinin təmin olunması məqsədilə ərazi üzrə sahə polis əməkdaşı Pərviz adlı şəxslə onu cavabdeh tibb müəssisəsinin Komissiyasına göndərmiş, təcili, təkrar FORMA- 88-in yazılması, bu şəkildə təmin olunmuşdur. Həmin gün, Komissiyanın, Forma-88-i səhv, yalnış yazan həkim üzvü, Gülbəniz Rüstəmova açıq şəkildə, polis əməkdaşının yanında Nümayəndə etiraf etmişdir ki, “göndərişi yaza bilmirəm, nə yazım?” Daha sonra, komissiyanın sədri Fizuli Xəlilov Nümayəndə həmin gün poliklinikanın elektron ünvanınamailto:poliklinika3@tabib.gov.azElektron ünvan göndərdiyi, həmin gün təkrar tərtib etdikləri Forma-88-in surətinin ona verilməsini xahiş etsə də, əsassız olaraq sənədin surətini ona verməkdən imtina etmiş, lakin, ona xx.xx.2024-cü il tarixli 18-1-1-1/3-492/2024 saylı arayış vermişdir. Arayışda, 2-ci dəfə Forma-88 tərtib etmələri, TSEK-in alt sisteminə vurulduğu barədə, göndərişin kodunun N00208025UGU olduğu yazılmışdır. Həmin arayışın surəti ərizəyə əlavə olunur. xx.xx.2024-cü il tarixdə yenə, məlum olmuşdur ki, TSEK-komissiyası cavabdeh tibb müəssisəsinin göndərişini natamam və yalnış olaraq, təkrar poliklinikaya göndərmişdir. Həmin sənəd hazırda elektron məhkəmə sistemində qeydiyyata alınmışdır. Təkrar, 3-cü dəfə yenə cavabdeh tibb müəssisəsi tərəfindən forma- 88 tərtib olunur, lakin, poliklinikanın qüsuru üzündən yenə TSEK Forma-88-ə münasibət bildirməkdən imtina edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Tibbi Sosial ekspert Komissiyaları tərəfindən, cavabdeh tibbi müəssisəsinin göndərişlərinin natamam, yalnış, uyğunsuz tərtib olunması barədə nəticələrə gəlir, bununla da, İddiaçı, tibb müəssisəsinin günahı üzündən ona ödənilən pensiyadan məhrum qalır, ona maddi, mənəvi zərərlər vurulur, üstəlik, təcili təkrar yazılmalı olan FORMA-88 təcili yazılmır, göndərişin yazılmasına səbəb olan tibbi sənədlərin müddəti, əsassız olaraq ötürülür. 3 dəfə, müxtəlif tarixlərdə cavabdeh tibb müəssisəsi tərəfindən göndərişin təkrar yazılmaması üzündən, dəqiq, tamamlanmış şəkildə yazılmaması üzündən iddiaçının nümayəndəsi saysız- hesabsız şikayət ərizələrini, komissiyanın fəaliyyətini izləyən TƏBİBin rəhbərliyinə təqdim etmişdir, qəbullarda olmuşdur, lakin göndərişi düzgün yazmalı olan komissiya hər dəfə səhv, yalnış, natamam şəkildə tərtib etməkdə davam etmişdir. Cavabdeh tibb müəssisəsinin Həkim-Məsləhət Komissiyası özünün səhv tərtib etdiyi FORMA-88-i düzgün tərtib etmək əvəzinə, şifahi olaraq iddiaçının üzərinə öhdəlik qoyur ki, geri qaytarılmış, qiymətləndirilməsi mümkün olmayan forma-88-ləri, xəstəxanada müalicə almaqla bağlı epikrizləri, sənədləri götürün, gedin TSEK-ə. Göndərişi tərtib edən tibb müəssisəsinin vətəndaşın üzərinə belə bir öhdəlik qoymağa səlahiyyəti yoxdur. Çünki, əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq ekspert-vətəndaş ünsiyyəti olmadan, elektron qaydada, tam obyektiv və vətəndaş məmnunluğu prinsipləri əsasında həyata keçirilir. Həmin qaydalara görə, Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88). Tibb müəssisəsi həmin şəxslə bağlı göndəriş (Forma 88) tərtib edir. Göndəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən həkim məsləhət komissiyasını, göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar altsistem tərəfindən şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-sosial ekspert komissiyasına (TSEK-ə) göndərilir. Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Buna görə də, cavabdeh tibb müəssisəsinin adsızlaşmış, kimlikləri bilinməz vəziyyətə salınmış Forma-88-i TSEK komissiyası natamam sayırsa, həmin göndərişin hüquqi qüvvəsi, yararlılığı ortadan qalxır, təkrar yazmaq əvəzinə, cavabdeh poliklinika iddiaçının üzərinə, səlahiyyəti olmadan hüquqi öhdəlik qoyur ki, get özün TSEK-ə, özünə əlillik təyin etdir. Bu isə, qanunsuz tələbdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1, 3.2 maddələrinə əsasən şəxs o zaman Agentliyə gedə bilər ki, əlillik müəyyən edildikdən sonra, yəni tibb müəssisəsinin göndərişi düzgün doldurulduqdan sonra, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması və s.hallarda, əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlərlə birlikdə şəxsin özü (onun qanuni nümayəndəsi) tərəfindən Agentliyə gedir, agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Hörmətli məhkəmə, yəni, iddiaçı şifahi olaraq onu əsassız olaraq Agentliyə göndərən tibb müəssisəsinin belə bir səlahiyyətinin olmamasını bildirir. Hər bir genetik xəstəlikdən əziyyət çəkən, dünyaya gələn gündən əlilliyi qiymətləndirilən əlil vətəndaşın sağlıq vəziyyəti fəsadlaşdırılmadan sərbəst yaşamaq azadlığı var. İddiaçı anadangəlmə ortopedik xəstədir, dəri xəstəsidir, dünyaya gələndən eynək taxır, gözlərində görmə dərəcəsi kəskin zəifləyib, gözləri görmür, sidik ifrazına çıxa bilmir, ciddi fəsadlaşmalara məruz qalır, yenicə xəstəxanadan çıxıb, mütəmadi həkim nəzarətindədir. Hipermobil, Ehlers-Danlos sindromu 3-cü tip kalogen yetməməzliyi xəstəsi olan Gülxanım, Dəri-Zöhrəvi Dispanserdə qeydiyyatdadır, bu cür ağır gedişli xəstəliklərdən əziyyət çəkən bir xəstənin sənədlərini düzgün yazmamaq, üstəlik anasının boğazından tutub boğmaq, boğazında açıq yaralar yaratmaq İddiaçı ağır iztiraba, əzaba səbəb olmuşdur. Ümumiyyətlə, müalicəsi olmayan bu cür genetik xəstəliklərdən əziyyət çəkən İddiaçı xəsarət almamalıdır, həyatı boyu dərisini, sümüklərini, xarici, daxili, iç orqanlarını qorumaqla yaşamalıdır. Gülxanım, laxlayan oynaq, bütün oynaqlarda hiper hərəkətlənmə və s.ağır diaqnozları ifadə edən xəstəliklərdən əziyyət çəkir. Gülxanımın dərisi xəsarət almamalıdır, onun üçün bahalı, çox maddiyyat sərf edilən həyat tərzi seçilməli olduğu halda, istər təhsili ilə, istər müalicəsi ilə bağlı evdən çölə taksi ilə getməli olduğu halda (ictimai nəqliyyatda, metroda gedə bilmir, çünki yüngül xəsarət aldıqda belə, ağır yaralanmalara səbəb olur, bu yaralar da həftələrlə, aylarla sağalmır, ağırlaşır) cavabdeh orqanın natamam tərtib etdiyi göndərişlərə qiymət verilməsi mümkün olmadığı üçün iddiaçı hərtərəfli iztirablara, əzablara məruz qalır, maddi, mənəvi ziyanlara, zərərlərə məruz qalır. Hal-hazırda, artıq iddiaçı 2 aydır müraciət edib. Bir aydan çoxdur ki, Forma-88-i dövlət tibb müəssissəsi dəfələrlə düzgün yazmadığı üçün iddiaçı maddi-mənəvi olaraq köməksiz vəziyyətdə saxlayır, onun aldığı pensiyasının ödənilməməsinə səbəb olur, onun sağlıq, sosial və s.hüquqlarını pozur. Bundan əlavə, tibb müəssisəsinin FORMA-88-in düzgün tərtib etməməsi, FORMA-88-in tərtib olunmasına səbəb olan - təqdim edilmiş tibbi sənədlərin qüvvədə olma müddətinin keçməsinə də gətirib çıxarır, bu da ciddi hüquq pozuntusudur. İddiaçı anası ilə birlikdə yaşayır, anası ona baxır, buna görə də ana işləyə bilmir. İddiaçının anası Nümayəndə ağır qəza nəticəsində bud-çanaq nahiyyəsindən əzələ qopması, bel-oma nahiyyəsində disk fəsadları barədə, 6 ay yataq xəstəsi olması barədə tibbi sənədləri iddia ərizəsinə əlavə olunur (əlavə 35,36,37,28,39,40,41,42,43,44,45). İddiaçının nümayəndəsi - anası Nümayəndə cavabdeh orqanın qanunsuz hərəkətlərindən şikayət ərizəsini TƏBİB-in icraçı direktorunun müavininin qəbulunda xx.xx.2024-cü ildə iştirak etməklə təqdim etmişdir. Qəbul zamanı cavabdeh orqanın nəzdində fəaliyyət göstərən Komissiyanın, qanunun tələbinə uygün şəkildə, düzgün, tamamlanmış şəkildə göndərişin yazılmasına nəzarət edilməsini xahiş etmişdir. Ərizə əlavə olunur. Bundan əlavə, TƏBİB-ə, daxilolma möhürü vurulmuş, 11-1/1- A-76xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli icraata götürülmüş şikayət ərizəsini də təqdim etmişdir, lakin, müsbət nəticə əldə edə bilməmişdir. Həmin ərizəni hazırkı ərizəyə əlavə edir. Yenə, TƏBİB-ə, daxilolma möhürü vurulmuş, 11-1/1-A-7642/4-31/2024 saylı, xx.xx.2024-cü il tarixli icraata götürülmüş şikayət ərizəsini də təqdim etmişdir, lakin müsbət nəticə əldə edə bilməmişdir. Həmin ərizəni hazırkı ərizəyə əlavə edir. Səhiyyə Nazirliyi Yasamal rayonu 5 saylı poliklinikasının 152 saylı xx.xx.2019-cu il tarixli arayışından da görünür ki, “Hipermobil sindromundan” əziyyət çəkən İddiaçı müalicəsi və müayinəsi yoxdur. Bunu da cavabdeh tibb müəssisəsi bildiyi halda, iddiaçının təkrar əlilliyin qiymətləndirilməsi üçün göndərişini düzgün, tələb olunan formada yazmır. İddiaçının barəsində Forma-88-in yazılmasına səbəb olan bir il xəstəxanada müalicə almasına dair tibbi sənədlər barədə. Bütün oynaqları laxlayan, davamlı ağrı sindromundan, hipermobil sindromundan əziyyət çəkən İddiaçı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda, ona fizioterapiya müalicəsinin əks göstəriş olmasına dair 22 yanvar 2024-cü il tarixli 83 saylı arayışı ərizəyə əlavə olunur. Eyni məzmunlu, lakin sağlıq vəziyyətinin fəsadlaşmarı qeyd edilən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 10 may 2024-cü il tarixli 372 saylı arayışı ərizəyə əlavə olunur. İddiaçı 3 nömrəli poliklinikanın göndərişi əsasında, yanvar, fevral aylarında Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardioloji şöbəsində stasionar qaydada müalicə almasına dair xəstəlik tarixinin surəti ərizəyə əlavə olunur. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardioloji şöbəsində stasionar qaydada müalicə almasına dair bütün ixtisas həkimlərinin imzaladığı, həkim-heyətinin xx.xx.2024-cü il tarixli tibbi arayışını ərizəyə əlavə edilir. Cavabdeh tibb müəssisəsinin, 3 saylı poliklinikanın xx.xx.2024-cü il tarixli, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, iddiaçının sağlıq vəziyyəti pisləşdiyi üçün stasionarda müalicə almağa göndərdiyi tibbi sənədi ərizəyə əlavə olunur. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardioloji şöbəsində stasionar qaydada müalicə almasına dair epikrizin surəti ərizəyə əlavə olunur. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardioloji şöbəsində stasionar qaydada müalicə almasına dair həkim-heyətinin xx.xx.2024-cü il tarixli tibbi arayışı ərizəyə əlavə olunur. Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışı əlavə olunur. İddiaçı istifadə etdiyi eynəyin ölçülərinin fəsadlaşması barədə yeni ölçüdə eynək təyinatı ilə əlaqədar xx.xx.2024-cü il tarixli tibbi sənəd ərizəyə əlavə olunur. Poliklinikanın göndərişi ərizəyə əlavə olunur. Milli Oftalmologiya Mərkəzinin ekspertizasının rəyi, müayinə sənədləri ərizəyə əlavə olunur. İddiaçının sağlıq vəziyyəti daha da fəsadlaşmış, xx.xx.2024-cü ildə cavabdeh tibb müəssisəsi tərəfindən göndəriş tərtib olunmuş və ixtisaslı həkim müayinə və müalicəsi üçün Respublika Klinik Xəstəxanasına göndərilmişdir. Həmin sənəd ona təqdim olunur. Həmin xəstəxanada iddiaçının xx.xx.2024-cü il tarixədək həkim nəzarətində müayinə və müalicələrdə oldu. Bu barədə xəstəxananın xx.xx.2024-cü il tarixli Xəstəlik Tarixindən çıxarışı ərizəyə əlavə olunur. İddiaçı nümayəndəsi Nümayəndə TƏBİBə təqdim etdiyi çoxsaylı şikayət ərizələrinə TƏBİB-dən də, verilən xx.xx.2024-cü il tarixli 18-1/2-A-7642/3-31- 16612/2024 saylı cavab məktubunda da etiraf edilərək qeyd edilir ki, əlilliklə bağlı göndəriş rəsmiləşdirilmişdir, əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən qəbul edilmiş qərarla razılaşmadığınız təqdirdə Nazirliyə müraciət edin. Yəni, cavabdeh tibb müəssisəsinin fəaliyyətinə nəzarət edən TƏBİB-in bu cavab məktubunda etiraf edilir ki, əlilliyin qiymətləndirilməsinə dair (TSEK) Qərar qəbul edir. Lakin TSEK, İddiaçı əlilliyin qiymətləndirilməsi üçün poliklinikanın göndərişlərini geri qaytarmış, qiymətləndirə bilməmiş, göndərişlərin natamam, yetərsiz, yanlış tərtib olunduğunu bildirmişdir. Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür, elektron sistem göndərişi verən həkim məsləhət komissiyasını, göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar altsistem tərəfindən şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişləri TSEK komissiyası natamam sayırsa, həmin göndərişin hüquqi qüvvəsi, yararlılığı ortadan qalxır, təkrar, ixtisaslı həkimlərin yazması təmin olunmalı halda, yazmaq əvəzinə, iddiaçını TSEK-ə, göndərilməsi qanunsuzdur, bunu da TƏBİB-in məktubundan aydın görmək olar. Həmin məktub ərizəyə əlavə olunur. Maddi zərərlə bağlı iddiaçı bildirir ki, onun özü və nümayəndəsi dəfələrlə, müxtəlif tarixlərdə sözügedən tibb müəssisəsinin qanunsuz hərəkətlərindən şikayətlərdə olmuş, Prezident Administrasiyasında, bütün yuxarı orqanlarda TƏBİB-in inzibati binasında qəbullarda iştirak etmək üçün taksi xidmətindən istifadə etmişlər, bunun məbləğu 200 AZN təşkil edir. Məhkəmədən cavabdeh tibb müəssisəsindən, maddi zərər olaraq 200 AZN alınıb ona verilməsini xahiş edir. Mənəni zərər olaraq, iddiaçı bildirir ki, əlillik vəziyyəti, TSEK tərəfindən 2 gün ərzində qiymətləndirilməsi mümkün olduğu halda, poliklinikanın günahı üzündən 1 aydır natamam yazdığı göndəriş əsasında əlilliyinin qiymənləndirilməsi mümkün deyil, buna görə də, əlillər üçün müəyyən olunan inkluziv təhsil hüququndan kənarda qalır, xaricdə müayinə olunmaq və s. hüququndan məhrum qalır. İddiaçının Heydər Əliyev Fondu vasitəsilə onun xarici ölkəyə göndərilib, xarici ölkədə bu xəstəliklə məşğul olan xüsusi klinikalarda müayinə və həyat tərzi seçilməsi hüququnu məhdudlaşdırır, FORMA-88-in düzgün yazılmaması səbəbindən əlillik qiymətləndirilməməsi məsələsi 1 aydır uzandığı üçün əlillər üçün müəyyən olunan imkanlardan məhrum vəziyyətə salındığını məkəmənin diqqətinə çatdırır. İddiaçı buna görə də ona vurulan mənəvi zərərin 6 min manat (altı min manat) olduğunu müəyyənləşdirib, bu məbləğin cavabdeh orqandan alınıb ona verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş edir. Dövlət notariat ofisinin xüsusi notariusunun etibarnaməsi ilə İddiaçı anası Nümayəndə, hüquq-mühafizə orqanlarında, məhkəmədə, dövlət orqanlarında onun əvəzindən sənədlərə imza etmə, sənəd təqdim etmə, sənəd qəbul etmə və s.barədə təmsiletmə hüququ verilmişdir, məhkəmənin, bunu nəzərə alması xahiş olunur. Etibarnamənin surəti ərizəyə əlavə olunur. İddiaçı şəxsiyyət vəziqəsi ərizəyə əlavə olunur. Qanunvericiliyin tələblərinə əsasən göndərişin verilməsi üçün şəxs komissiyaya müraciət etməlidir. Buna görə də, İddiaçı yazılı ərizə və əyani olaraq göndərişi tərtib edən 3 saylı Şəhər Poliklinikasına, Həkim-Məsləhət Komissiyasına müraciət etmiş, komissiyanın əməkdaşları tərəfindən dəfələrlə tibb müəssisəslərində hərtərəfli müayinələrə cəlb olunmuş, nəticələri barədə tibbi sənədləri komissiyaya təqdim etmişdir. Bundan əlavə, xx.xx.2024-cü ildə Komissiyanın Sədri və üzvlərinin əyani müayinəsinə dəvət olunmuş, müayinədə iştitak etmişdir. Müayinədə iştirak edəndən sonra Komissiya qərar qəbul etmişdir ki, İddiaçı barəsində əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə TSEK-ə göndəriş, yəni Forma-88 tərtib olunsun. İddiaçı Komissiya tərəfindən tibb müəssisəsinə göndərilmiş, tibbi müəssisəsində ona, həm müalicə xarakterli xidmətlər göstərilmiş, həm də, Komissiya üçün lazımı müayinələr aparılmışdır. Nəticələri barədə yekun tibbi sənədi iddiaçı Komissiyaya təqdim etmişdir. İddiaçı barəsində göndərişin tərtib olunması barədə Qərar dərhal qəbul edilmişdir. Lakin, cavabdeh tibb müəssisəsi, 2 (iki) aydan çoxdur müəyyən edib, qərar qəbul edib ki, əlilliyin təkrar qiymətləndirilməsi üçün göndəriş yazılsın, göndərişin yazılma müddəti 5 gün müəyyən edilsə də, dəfələrlə natamam yazaraq göndərişdə qeyd edilən, iddiaçının tibbi sənədlərinin müdətinin ötməsinə səbəb olan qanunsuz hərəkətlər edir, nəticədə, iddiaçının pensiyasını almaqdan məhrum vəziyyətə salınır, maddi hüquq normalarından məhrum vəziyyətdə saxlanılır, həmçinin, cavabdeh poliklinika 5 günə göndərişi yazmalı olduğu halda, 1 aydan artıqdır ki, göndərişi düzgün yazıb, gücləndirilmiş rejimdə alt sistemə yerləşdirmir.
3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin – Cavabdeh1 X13in tabeçiliyində olan Həkim Məsləhət Komissiyasının 3 ədəd, müxtəlif vaxtlarda natamam tərtib etdiyi FORMA-88-lər tibb müəssisəsinə geri qaytarıldığı üçün Bakı İnzibati Məhkəməsinin hakimi H.Ağalarovun icraatında olan və yekunlaşan, İddiaçı özünün qaldırdığı iddia tələbi üzrə xx.xx.2024-cü il tarixli Qərardad qəbul edilməklə, həmin Qərardadda “iddiaçının özünün təqdim edəcəyi tibbi sənədlər əsasında əyani müayinə keçirilsin” sözləri yazılmaqla, iddiaçının özü tibbi sənədlərini əyani müayinəyə təqdim etməklə, özü də əyani müayinə olunmaqla, əlilliyinin qiymətləndirilməsinə nail olmasının nəzərə alınmasını, iddia tələbi üzrə maddi zərərlə bağlı hissə - 200 AZN məbləğində vəsaitin cavabdeh orqan tərəfindən iddiaçıya ödənilməsinin nəzərə alınmasını, iddia tələbinin yalnız mənəvi zərərlə bağlı hissəsi üzrə, yəni 6000 (altı min) manat vəsaitin Cavabdeh1 X13dən alınıb iddiaçıya verilməsi hissəsi üzrə inzibati iddiaya baxılması, iddianın təmin olunmasına dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “Ehler-Danlos sindromu. Bütün oynaqlarda hipermobil hərəkətlər, hər iki aşağı ətrafda funksional antiversion, hər iki ayaqda patolojik pesplanus, kalkaneovalqus və qeyri-spesifik bağ zədələnməsi, hər iki əlin 1-ci daraq-falanks oynağının dislokasiyası, xroniki davamlı ağrı sindromu. Oynaqların digər qeyri-stabilliyi (laxlayan oynaq). Bədən çəkisinin qeyri-normal artımı. İİ dərəcəli venoz çatışmazlıq. Quru seboreyalı dermatit. OU-Mürəkkəb miopik astiqmatizm. Anopsiya nəticəsində ambliopiya” diaqnozları ilə 3 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatındadır və eyni diaqnozlarla 2-ci qrup əlillik dərəcəsi olub. Gülxanım Yusubovanın əlillik müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən, əlilliyin təkrar təyini üçün onun sənədlərinə xx.xx.2024-cü il tarixində MHMK-da baxış keçirilmişdir. M00202539İMQ nömrəli Forma 088 alt sistemə yerləşdirilərkən, İddiaçı stasionar epikrizlərində qeyd olunan ağırlaşmış və yanaşı diaqnozları həddən artıq olduğundan, elektron imzalamanı yerinə yetirmək mümükün olmamışdır. İddiaçı anası Nümayəndə epikrizlərdə qeyd olunan bütün diaqnozların Forma 088-də əks olunmasını təkid etdiyindən, tərəflərindən bu barədə Help.its.gov.az elektron poçt ünvanına elektron məktub göndərilmiş, eyni zamanda Tibbi Ərazi Bölmələri X6 əhali qrupları ilə iş departamenti Əlillik məsələləri üzrə iş şöbəsinə məlumat verilmişdir. TƏBİB-dən verilən şifahi məlumata əsasən, sənədin imzalanmamasına səbəb ağırlaşmış və yanaşı diaqnozların çox qeyd olunması olduğundan, oxşar diaqnozların qruplaşdırılıb yenidən imzalanması tövsiyyə edilmişdir. Bu haqda İddiaçı anasi Nümayəndə məlumat verilərək, oxşar diaqnozlar qruplaşdırılmış və Forma 88 imzalanaraq xx.xx.2024-cü il tarixində TSEK- ə göndərilmişdir. TSEK-ə xx.xx.2024 tarixində göndərilən Forma-88-ə "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Klinik-instrumental müayinələr yetərli deyil” qərarı ilə imtina edilmişdir. TSEK-in verilən imtina cavabına tarix qeyd edilməmişdir. İmtina səbəbinin araşdırlılması üçün poliklinikanın rəhbərliyi, həkim - cərrah, HMK üzvləri tərəfindən xx.xx.2024 tarixində müvafiq sənədlərə və göndərilən Forma-88-ə baxış keçirilmiş, göndərişdə qeyd olunan diaqnozlarla kliniki-laborator və instrumental müayinələr arasında hər hansı bir uyğunsuzluq aşkarlanmamışdır. Valideyinin narazılığı və bu barədə TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinə məlumat verilmiş, onlarin şifahi tapşırığına əsasən Forma 088 eyni diaqnozlarla, qruplaşdırma aparılaraq (oxşar və əlilliyin təyini üçün əhəmiyyət kəsb etməyən diaqnozlar birləşdirilərək) təkrar xx.xx.2024 tarixində TSEK-ə göndərilmişdir. N00208025UGU nömrəli 2-ci göndərişə də TSEK tərəfindən "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” qərarı ilə imtina olunmuşdur. TSEK-in verilən imtina cavabına tarix qeyd edilməmişdir. 2-ci imtinadan sonra yenidən TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinə məlumat verilmiş, onların şifahi tapşırığına əsasən, Forma 088-ə heç bir düzəliş aparılmadan 3-cü dəfə TSEK-ə göndərilməsi tapşırılmışdır. xx.xx.2024 tarixdə göndərilən R00209678HRU nömrəli Forma 088-ə “Qeydiyyatda olduğunuz bölgə üzrə ərazi TSEK-inə yaxınlaşmağınız xahiş olunur” qərarı verilsə də, İddiaçı anası Nümayəndə övladının TSEK-ə əyani baxışa aparılmasına etiraz etmiş və dərhal 4-cü dəfə sənədlərin TSEK-ə göndərməsini tələb etmişdir. TSEK-in sonuncu qərarını əsas gətirərək, sənədlərin TSEK-ə təkrar göndərilməsinin mümkün olmaması Nümayəndə bildirildikdə, o, aşağıda qeyd olunan 3 iddia səbəbi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə İnzibati məhkəmə, xx.xx.2024-cü il tarixdə Apellyasiya məhkəməsi tərəfindən onun iddiası təmin edilməmişdir. 1. Təkrar əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə, onun həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnozlar, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə (yəni, patofunksional dəyişikliklərin dəqiqləşdirilmiş formada yazılması, klinik-instrumental, instrumental müayinələrin xəstəliyin ağırlaşması arasında uyğunluğu düzgün qeyd etməklə tamamlanmış) göndəriş (Forma-88) tərtib etmələri, elektron imza ilə imzalayıb alt sistemə yerləşdirmələri öhdəliyinin qoyulması. 2. Təkrar əlilliyin qiymətləndirilməsi üçün diaqnozları natamam, doğru olmayan şəkildə göndəriş tərtib etdiklərinə görə, qanunun tələb etdiyi 5 gün müddətində tərtib etməli olduqları göndərişi 1 aydan çoxdur, 3 dəfə natamam tərtib etdiklərinə görə, TSEK-in natamam yazılmış həmin göndərişləri geri qaytardıqlarına və natamam yazılmış göndəriş əsasında qiymətləndirmə ilə bağlı qərar qəbul edə bilmədiklərinə görə, iddiaçıya vurulan 200 (iki yüz) manat maddi zərərin, 6 (alti) min manat mənəvi zərərin cavabdehdən alınıb iddiaçıya ödənilməsi. 3. Əhalinin Sağlamlığının qorunması haqqında Qanunun 25-ci maddəsinin tələblərinə əsasən 2024-cü il iyun, iyul aylarında 3 (üç) dəfə tərtib etdikləri natamam göndərişlərin (Forma 088-in) surətlərinin iddiaçıya verilməsi. Əlavə olaraq bildirmək istəyirlər ki, İddiaçı sentyabr ayında, xx.xx.2024-cü il tarixində tərtib etdikləri N00208025UGU nömrəli 2-ci göndərişə əsasən, xx.xx.2024-cü il tarixindən 80% əmək funksiyasının pozulması ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə əlillik vəziyyəti qiymətləndirilməklə ona xx.xx.2024cü il tarixədək ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.
9. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlər iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən Cavabdeh1 X13i 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-1-1/2-393/2024 nömrəli məktubla İddiaçı aid ambulator karta və tələb olunan digər tibbi sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyi tərəfindən 30 sentyabr 2024-cü il tarixli 3-17-4/2-26273/2024 nömrəli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
12. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunmuşdur ki, X8 xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 3 nömrəli şəhər poliklinikasında Nümayəndə ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş mübahisə və dava-dalaş zamanı sonuncunun boğaz nahiyəsindən tutub sıxması nəticəsində ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Lakin, Azərbaycan Respublikasının “Cinayət Məcəlləsində dəyişiklilər edilməsi haqqında” Azərbaycan Resublikasının 29 iyun 2012-ci il tarixli Qanununun 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ləğv edilmişdir. Belə olan halda, X5 əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və X8 Azərbaycan Respubliaksı İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir.
13. İş materiallarına iddiaçının çoxsaylı müraciətlərinə cavabdeh tərəfindən verilmiş cavab məktubları iş materiallarına əlavə edilmişdir.
14. Cavabdeh tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 18-1-1-1/3-503/2024 nömrəli arayışa əsasən, Nümayəndə övladı X1 təkrar əlilliyin qiymətləndirilməsi məqsədi ilə 3 dəfə Forma-088 tərtib edilib, elektron imza ilə imzalanıb aşağıda qeyd olunan tarixlərdə TSEK-in alt sisteminə yerləşdirilmişdir: 1-ci dəfə xx.xx.2024-cü il tarixdə, M00202539İMQ göndəriş kodu; 2-ci dəfə xx.xx.2024-cü il tarixdə, N00208025UGU göndəriş kodu; 3-cü dəfə xx.xx.2024-cü il tarixdə, R00209678HRU göndəriş kodu.
15. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12634/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması zamanı, Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunan Qaydaların 3.1.2, 3.2-ci maddələrinə əsasən, sosial-ekspertlə vətəndaş ünsiyyəti məhdudlaşdırılmaqla, şəffaflıq təmin olunmaqla, cavabdehin onun nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi, müvafiq tibbi sənədləri icraata qəbul etməsi, 2 iş günü müddətində baxması, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Qərardada əsasın müəyyən edilmişdir ki, iş üzrə R00209678HRU saylı göndərişə əsasən, İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçı tərəfin təqdim edəcəyi tibbi sənədlər qiymətləndirilməklə iddiaçının əyani müayinəsinin aparılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə nəticəsində Agentliyin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən İddiaçı barəsində xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq orqanizm funksiyalarının 80 % pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının tələbi təmin olunduğundan məhkəmə mübahisəsinin predmeti mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı -11.4.10.2-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqaniizmin funksiyalarının 70 % (yetmiş faiz) pozulması + 10 faiz (11.4.2.3 bənində müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 % (əlli faiz) pozulması), ümumilikdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80 % (səksən faiz) pozulması barədə qəar qəbul edilmişdir. Qərarın sonunda komissiya sədrl və üzvləri barədə məlumat yer almışdır. Sübutun mötəbərliyi məhkəmə tərəfindən tanınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb kompensasiya ödənilməsi tələbinə dair iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
21. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir.
22. Hazırkı iddiasında iddiaçının zərərlə bağlı tələbi bir hissədən - mənəvi zərərin görə kompensasiyanın ödənilməsindən ibarətdir.
23. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur.
24. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
25. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.
26. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
27. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir.
28. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
29. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
30. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir
31. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.
32. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
33. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur.
33. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “Ehler-Danlos sindromu. Bütün oynaqlarda hipermobil hərəkətlər, hər iki aşağı ətrafda funksional antiversion, hər iki ayaqda patolojik pesplanus, kalkaneovalqus və qeyri-spesifik bağ zədələnməsi, hər iki əlin 1-ci daraq-falanks oynağının dislokasiyası, xroniki davamlı ağrı sindromu. Oynaqların digər qeyri-stabilliyi (laxlayan oynaq). Bədən çəkisinin qeyrinormal artımı. İİ dərəcəli venoz çatışmazlıq. Quru seboreyalı dermatit. OU-Mürəkkəb miopik astiqmatizm. Anopsiya nəticəsində ambliopiya” diaqnozları ilə 3 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatındadır və eyni diaqnozlarla 2-ci qrup əlillik dərəcəsi olub. Gülxanım Yusubovanın əlillik müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən, əlilliyin təkrar təyini üçün onun sənədlərinə xx.xx.2024-cü il tarixində MHMK-da baxış keçirilmişdir. G.Yusubovanın barəsində xx.xx.2024-cü il tarixdə 1-ci dəfə M00202539İMQ nömrəli Forma 88 tərtib edilərək alt sistemə yerləşdirilərkən yerləşdirilmə zamanı sonuncunun barəsində stasionar epikrizlərində qeyd olunan ağırlaşmış və yanaşı diaqnozları həddən artıq olduğundan elektron imzalamanı yerinə yetirmək mümkün olmamışdır. İddiaçının nümayəndəsinin tələbinə əsasən bütün diaqnozların Forma 088 - də əks olunması təkid edildiyindən cavabdeh tərəfindən bu barədə Help.its.gov.az elektron poçt ünvanına elektron məktub göndərilmiş, eyni zamanda Tibb Ərazi Bölmələri X6 əhali qrupları ilə iş departamenti Əlillik məsələləri üzrə iş şöbəsinə məlumat verilmişdir. TƏBİB-dən cavabdehə verilən şifahi məlumata əsasən, sənədin imzalanmamasına səbəbin ağırlaşmış və yanaşı diaqnozların çox qeyd olunması olmuş, cavabdehə oxşar diaqnozların qruplaşdırılıb yenidən imzalanması tövsiyə edilmişdir. Bu haqda iddiaçının nümayəndəsinə məlumat verilərək cavabdeh tərəfindən oxşar diaqnozlar qruplaşdırılmış və Forma 88 imzalanaraq xx.xx.2024-cü il tarixində TSEK-ə göndərilmişdir.TSEK-ə xx.xx.2024-cü il tarixində göndərilən Forma 88-ə “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqiləşdirilməyib. Klinik-instrumental müayinələr yetərli deyil” qərarı ilə imtina edilmişdir. TSEK-in verilən imtina cavabında tarix qeyd edilməmişdir. İmtinanın səbəbinin araşdırılması üçün poliklinikanın rəhbərliyi, həkim – cərrah, HMK üzvləri tərəfindən xx.xx.2024-cü il tarixində müvafiq sənədlərə və göndərilən Forma 88 - ə baxış keçirilmiş, göndərişdə qeyd olunan diaqnozlarla kliniki – laborator və instrumental müayinələr arasında hər hansı bir uyğunuszluq aşkarlanmamışdır. Valideynin narazılığı və bu barədə TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinə məlumat verilmiş, onların şifahi tapşırığına əsasən Forma 088 eyni diaqnozlarla, qruplaşdırma aparılaraq (oxşar və əlilliyin təyini üçün əhəmiyyət kəsb etməyən diaqnozlar birləşdirilərək) təkrar xx.xx.2024-cü il tarixində TSEK-a göndərilmişdir. N00208025UGU nömrəli 2-ci göndərişə də, TSEK tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: İnstumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” qərarı ilə imtina olunmuşdur. TSEK-in verilən imtina cavabına tarix qeyd edilməmişdir. 2-ci imtinadan sonra yenidən TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinə məlumat verilmiş, onların şifahi tapşırığına əsasən, Forma 088-ə heç bir düzəliş aparılmadan 3-cü dəfə TSEK-a göndərilməsi tapşırılmışdır. xx.xx.2024-cü il tarixdə göndərilən R00209678HRU nömrəli Forma 088-ə “Qeydiyyatda olduğunuz bölgə üzrə ərazi TSEK-inə yaxınlaşmağınız xahiş olunur” qərarı verilsə də, İddiaçı anası Nümayəndə övladının TSEK-ə əyani baxışa aparılmasına etiraz etmiş və dərhal 4-cü dəfə sənədlərin TSEK-ə göndərməsini tələb etmişdir. TSEK-in sonuncu qərarı əsas gətirilərək cavabdeh tərəfindən növbəti dəfə göndərişin göndərilməməsinin mümkün olmaması iddiaçının nümayəndəsinə bildirildikdə, o hazırki iş üzrə ilkin iddia tələbi və digər iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir.
34. İddiaçının Bakı İnzibati Məhkəməsində qaldırdığı digər iddia tələblərindən biri (cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması zamanı, Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunan Qaydaların 3.1.2, 3.2-ci maddələrinə əsasən, sosial-ekspertlə vətəndaş ünsiyyəti məhdudlaşdırılmaqla, şəffaflıq təmin olunmaqla, cavabdehin onun nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi, müvafiq tibbi sənədləri icraata qəbul etməsi, 2 iş günü müddətində baxması, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair) üzrə yəni, e-2-1(112)- 12634/2024 nömrəli iş üzrə R00209678HRU saylı göndərişə əsasən, İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçı tərəfin təqdim edəcəyi tibbi sənədlər qiymətləndirilməklə iddiaçının əyani müayinəsinin aparılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə nəticəsində Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı barəsində xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq orqanizm funksiyalarının 80 % pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının tələbi təmin olunduğundan məhkəmə mübahisəsinin predmeti mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı -11.4.10.2-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqaniizmin funksiyalarının 70 % (yetmiş faiz) pozulması + 10 faiz (11.4.2.3 bənində müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 % (əlli faiz) pozulması, ümumilikdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80 % (səksən faiz) pozulması barədə qərar qəbul edilmişdir. Qərarın sonunda komissiya sədri və üzvləri barədə məlumat yer almışdır. Sübutun mötəbərliyi məhkəmə tərəfindən tanınmışdır. Bununla bağlı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir.
35. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı barəsində əlillik müddəti bitdikdən sonra iddiaçının nümayəndəsinin də, razılığı ilə oxşar diaqnozların qruplaşdırılaraq ilkin olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli M00202539İMQ göndəriş kodlu Forma 088-dən göndərişin natamam doldurulması səbəbindən imtina edilmiş, bundan sonra Poliklinikanın rəhbərliyi, həkim – cərrah, HMK üzvləri tərəfindən müvafiq sənədlərə və göndərilən Forma 088-ə baxış keçirilmiş və göndərişdə qeyd olunan diaqnozlarla kliniki-laborator və instrumental müayinələr arasında hər hansı bir uyğunsuzluq aşkarlanmadığından Forma 088 eyni diaqnozlarla, qruplaşdırma aparılaraq (oxşar və əlilliyin təyini üçün əhəmiyyət kəsb etməyən diaqnozlar birləşdirilərək) təkrar xx.xx.2024-cü il tarixində TSEK-a göndərilmiş, bu dəfə də, TSEK tərəfindən göndərişin natamam doldurulması səbəbindən imtina edilmiş, lakin, cavabdeh tərəfindən Forma 088-ə heç bir düzəliş aparmadan 3-cü dəfə TSEK-ə göndərilmişdir. Sonuncu Forma 088-ə isə TSEK tərəfindən “Qeydiyyatda olduğunuz bölgə üzrə ərazi TSEK-nə yaxınlaşmağınız xahiş olunur” qərarı verilsə də, iddiaçının nümayəndəsi tərəfindən bununla razılaşmayaraq 4-cü göndərişin göndərilməsi tələb edilmiş, lakin, cavabdeh tərəfindən TSEK-in qərarı rəhbər tutularaq iddiaçının nümayəndəsinin xahişindən imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edilmiş və cavabdehin 3-cü göndərişi əsasında əyani müayinə ilə iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80 % (səksən faiz) pozulması barədə qərar qəbul edilmişdir.
36. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
41. Beləlikə, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə cavabdeh idarə tərəfindən lazımınca əhəmiyyət verilməməsi, iddiaçının sağlamlıq vəziyyəti barədə ətraflı araşdırma, nəzarətin həyata keçirilməməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin iddiaçı barəsində tərtib edilmiş Forma 088-lərdə qeyd olunan kliniki-laborator və instrumental müayinələr arasında hər hansı bir uyğunsuzluq olmamış, tərtib edilmiş 1-ci və 2-ci göndərişlərdə yalnız, diaqnozlar çox olduğundan qruplaşdırılmış, 3-cü göndərişdə isə ümumiyyətlə dəyişiklik edilməmiş və 3-cü göndəriş əsasında (3-cü göndəriş 2-ci ilə eynilik təşkil etdiyindən əslində elə 2-ci göndərişdə qeyd edilmiş diaqnozlar əsasında) TSEK-in qərarı əsasında, əlavə olaraq əyani müayinə aparılmaqla iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bununla da, cavabdehin təqsiri ucbatından iddiaçının əlillik dərəcəsinin təyin edilməsinin gecikdirilməsi öz təsdiqini tapmamışdır.
42. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementlərinin mövcud olması öz təsdiqini tapmamışdır. -1. Cavabdeh orqan tərəfindən törədilmiş əməl – iddiaçı barəsində etinadsızlıqdan yanlış Forma 088 tərtib edilməsi; -2. Bu əməlin hüquqazidd olması - sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin görülməməsi ilə Forma 088-in düzgün tərtib edilməməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması.
43. Hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərər və həmin zərərlə hərəkət arasında səbəbli əlaqə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş istər real maddi zərər, istərsə də mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. İnzibati orqan isə, öz növbəsində, onun tərəfindən qanunsuz hərəkət edilmədiyini sübut etməyə borcludur. Bu baxımdan iddiaçı cavabdehin öz vəzifə borcunu qanunsuz olaraq pozduğunu sübut edə bilməmişdir.
44. Başqa sözlə, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının nə real, nə də, mənəvi zərərə məruz qaldığı sübuta yetirilməmişdir. Odur ki, iddiaçı mənəvi zərəri tələb etməkdə haqlı hesab edilə bilməz.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”
47. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
50. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva