Məhkəmə qərarları › İş №e-2-1(112)-2526/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2526/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2526/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********335000 saylı qərarının ləğv edilməklə onun riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN **********) ilə bağladığı xx.xx.2023-cü il tarixli, X/026-23 nömrəli müqaviləyə əsasən ona məxsus **-ZF- *** dövlət qeydiyyat nişanlı Viberti yarımqoşqu vasitəsilə təyin olunmuş ünvanlara yanacaq daşımasını həyata keçirmişdir. Göstərdiyi daşıma xidmətləri müvafiq tarixlərdə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, daha sonra elektron qaimə fakturalar göndərilmişdir. Elektron qaimələr tərtib olunub göndərilməsi üçün Asan xidmətə müraciət etmiş və orada müvafiq bölmənin əməkdaşları onun adından bunu həyata keçirmişlər, lakin, qaimələrin tərtibatı zamanı texniki səhvə yol verilmiş və göstərilmiş daşıma xidməti əvəzinə “Viberti yarımqoşqu yanacaq çəni” qeyd olunmuşdur. Nəticədə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********335000 nömrəli Qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir. Qərarda bunun əsası kimi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 51 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Viberti yarımqoşqu yanacaq çəni” satışda qeyd olunduğu, lakin, elektron qaimə-faktura üzrə alışda, idxalda qeyd edilən halların müəyyən edilmədiyi göstərilmişdir. Bununla bağlı, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Dövlət Vergi Xidmətində həyata keçirilmiş təşkilati-struktur dəyişiklikləri ilə əlaqədar “Bakı şəhəri X1 üzrə Baş İdarəsi” ləğv edilmiş və o, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır) xx.xx.2024-cü il tarixli **********849100 nömrəli, xx.xx.2024-cü il tarixli **********644700 nömrəli, xx.xx.2024-cü il tarixli **********114700 nömrəli, xx.xx.2024-cü il tarixli **********5276400 və **********282300 nömrəli, xx.xx.2024-cü il tarixli **********621500 nömrəli, xx.xx.2024-cü il tarixli **********509400 və **********562700 nömrəli, xx.xx.2024-cü il tarixli **********661300 nömrəli, xx.xx.2024-cü il tarixli **********096600 nömrəli, xx.xx.2024-cü il tarixli **********015600 nömrəli, xx.xx.2024-cü il tarixli **********778500 nömrəli və xx.xx.2024-cü il tarixli **********051700 nömrəli məktublarla qərarın ləğvi ilə bağlı müraciətlər etmiş və zəruri sənədləri təqdim etmişdir. Eyni zamanda, qeyd etmək istəy ki, texniki səhvlə tərtib olunmuş xx.xx.2023-cü il tarixli EBDK seriyalı 231976 nömrəli, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 235453 nömrəli, xx.xx.2023-cü il tarixli EBDM seriyalı 337384 nömrəli, xx.xx.2023cü il tarixli EBDN seriyalı 592908 nömrəli, xx.xx.2023- cü il tarixli EBDO seriyalı 853181 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 652149 nömrəli, xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 777350 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 917897 nömrəli, xx.xx.2023cü il tarixli EBDS seriyalı 964412 nömrəli elektron qaimə fakturaların ləğvi üçün "xxxx" MMC-yə rəsmi olaraq müraciət etsə də, qarşı tərəf həmin qaimələri ləğv etməkdən imtina etmişdir. Vergi orqanına etdiyi şikayətlərlə bağlı ondan zəruri sənədlər tələb olunmuş, həmin sənədlər (müqavilə, təhvil aktları, üzləşmə aktı, qaiməfakturalar, fərqlənmə nişanı) tərəfindən rəsmi qaydada təqdim edilmiş, araşdırma müddəti bir neçə dəfə uzadılmış, çoxsaylı müraciətlərdən sonra xx.xx.2024-cü il tarixdə onunla görüş keçirilmişdir. Görüşdə bütün baş verənlərə dair izahat vermiş və problemin həll olunacağı, qərarın ləğv ediləcəyi və onun riskli vergi ödəyiciləri siyahısından çıxarılacağına dair ümidverici söhbət aparılmışdır. Lakin, bütün bunlara baxmayaraq, vergi orqanı tərəfindən heç bir tədbir görülməmiş, xx.xx.2024-cü il tarixli **********335000 nömrəli Qərar ləğv edilməmiş və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-M-6xx-xx/2024 nömrəli məktubla onun müraciəti icradan çıxarılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-cimaddəsinə əsasən riskli vergi ödəyicisi–müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin, “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Onun reallıqda daşıma fəaliyyəti həyata keçirdiyini, qaimə-fakturaların tərtibində texniki səhvə yol verildiyini, bu halın "xxxx" MMC tərəfindən də, təsdiq olunduğunu (üzləşmə aktı vergi orqanına təqdim olunmuşdur) və heç bir riskli əməliyyat aparmadığını qeydiyyatda olduğu vergi orqanına dəfələrlə bildirməsinə və izahatında qeyd etməyimə baxmayaraq, inzibati orqan tərəfindən bunların heç biri nəzərə alınmamışdır.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024cü il tarixli, **********335000 saylı qərarının ləğv edilməklə onun riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-372157/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, işin faktiki halları ilə bağlı bildirirlər ki, iddiaçının faəliyyətinin təhlili zamanı xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə cəmi 51 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Viberti yarimqoşqu yanacaq çəni" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə-faktura üzrə alışında və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda riskli vergi ödəyiciləri siyahısına daxil edilərkən təsərrüfat subyektinin(obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Bildirirlər ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Tərəflərindən təqdim edilmiş 2023-cü il üzrə mənfəət (gəlir) vergisi bəyannaməsində 75% güzəşt hüququ istifadə edilmişdir ki, bu da, kənarlaşmanın yaranmasına səbəb olub. Qeyd olunan uyğunsuzluqlarla bağlı iddiaçıya Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi ilə bağlı məktub göndərilsə də, iddiaçı tərəfindən münasibət bildirilmədiyi üçün 2023-cü il mənfəət vergisi tədiyyəsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********076900 qərar qəbul edilərək, əlavə vergi məbləği hesablanmışdır.

6. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, işin faktiki halları ilə bağlı bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il Gəlir Vergisinin bəyannaməsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği, hesabat dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), ixrac edilmiş ( 0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 64050.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 64050.00 manat məbləğdən 64050.00 manat az əks etdirilməsi müəyyən edilmişdir. Həmçinin, "Gəlir vergisinin bəyannaməsi"nin 1 Nömrəli Əlavəsi (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Qeyd olunan uyğunsuzluqlarla bağlı iddiaçıya Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli **********732500 nömrəli uyğunsuzluq məktubu göndərilsə də, iddiaçı tərəfindən münasibət bildirilmədiyi üçün 2023-cü il mənfəət vergisi tədiyyəsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-372157/2024 nömrəli qərar qəbul edilərək, əlavə vergi məbləği hesablanmışdır.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********335000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cəmi 51 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Viberti yarımqoşqu yanacaq çəni” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdən etibarən qərarın ləğvi ilə bağlı çoxsaylı müraciətlər ünvanlanmışdır.

11. İddiaçı tərəfindən iş materiallarına onunla "xxxx" MMC-nin nümayəndəsi tərəfindən tərtib edilmiş “Göstərilmiş xidmətlərin təhvil verilməsi barədə” xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlar əlavə edilmişdir. Həmin aktlara əsasən iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xidmət müqaviləsinə əsasən əlavə edilmiş cədvəl üzrə yanacaq məhsullarını ona məxsus **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daşımışdır.

12. AR DİN BDYPİ Qeydiyyat İnformasiya İdarəsi tərəfindən verilmiş AD № 604468 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-ZF-*** dövlət qeydiyyat nişanlı “VİBERTİ Yarımqoşqu”, yanacaq çəni tipli nəqliyat vasitəsi iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.

13. "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, məktubda qeyd olunan elektron qaimələr üzrə hesabat dövrü bağlandığından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********33500 saylı qərarına əsasən o, riskli vergi ödəyicisi olduğuna görə qeyd olunan qaimələrə görə onların şəxsi vərəqəyə qaimə məbləğinin 20 %-i qədər hesablama edildiyi üçün elektron qaimələrin ləğvi mümkün deyildir.

14. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış “Xidmətlərin göstərilməsi barədə” xx.xx.2023-cü il tarixli, X/026-23 nömrəli müqavilənin predmetini icraçı İddiaçı tərəfindən hər dəfə sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında İddiaçıa məxsus **-ZF-*** dövlət qeydiyyat nişanlı “VİBERTİ Yarımqoşqu”, yanacaq çəni tipli nəqliyat vasitəsi ilə yanacaq məhsullarının sifarişçinin təyin etdiyi ünvanına daşınması öz öhdəsinə götürülmüşdür. Sifarişçi "xxxx" MMC isə öz növbəsində Xidmətləri Müqavilənin 3.1-ci bəndində göstərilən qaydada təhvil almağı və onların haqqını Müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür.

15. İş materiallarına “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” qaiməfakturalar əlavə edilmişdir.

16. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 12.810,00 manat məbləğində vergi məbləği hesablanmışdır. Vergi məbləğinin hesablanmasına əsas kimi, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi"nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 64050.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 64050.00 manat məbləğdən 64050.00 manat az əks etdirilməsi olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

22. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

23. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

24. Hazırkı iş üzrə işin hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

25. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: … 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (21 noyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiya). 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

30. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən bildirir ki, Vergi Məcəlləsinin tələbinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

23. Risk meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə tənzimlənir. Həmin Meyarların 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur.

24. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.20024-cü il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir. Belə ki, iddiaçının təqdim etdiyi elektron qaiməfakturalarda yanlışlıqla iddiaçının satışda “Viberti yarımqoşqu yanacaq çəni” qeyd edilməsinə baxmayaraq, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı əslində "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış “Xidmətlərin göstərilməsi barədə” xx.xx.2023-cü il tarixli, X/026-23 nömrəli müqavilənin predmetinə uyğun olaraq sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında özünə məxsus **-ZF-*** dövlət qeydiyyat nişanlı “VİBERTİ Yarımqoşqu”, yanacaq çəni tipli nəqliyat vasitəsi ilə yanacaq məhsullarının sifarişçinin təyin etdiyi ünvanına daşınması xidmətini göstərir. Göründüyü kimi, cavabdehin mübahisəli qərarında qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, həqiqətən iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda göstərildiyi kimi, iddiaçının satışında “Viberti yarımqoşqu yanacaq çəni” olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, yuxarıdada qeyd edildiyi kimi, iddiaçının adından daxil edilmiş elekton qaimə fakturalarda təqdim edilən malların adının yanlış qeyd edilməsi olmuşdur. İddiaçı bununla əlaqədar vergi orqanına çoxsaylı müraciətlər ünvanlasa da, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə zidd olaraq, iddiaçının xeyrinə olan hallar hərtərəfli araşdırılmayaraq işin hallarına düzgün qiymət verilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

25. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********335000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarına əsasən iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə aparılmış əməliyyatlar riskli hesab olunduğundan, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 12.810,00 manat məbləğində vergi məbləği hesablanmışdır. Vergi məbləğinin hesablanmasına əsas kimi, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi"nin 1200.1ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfindən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 64050.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 64050.00 manat məbləğdən 64050.00 manat az əks etdirilməsi olmuşdur.

26. Məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması ilə bağlı qərarın qanunsuz və əsassız olması məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, hüquqi müqəddaratı həmin qərarla bağlı iddiaçıya 2023-cü il gəlir vergisi üzrə vergi borcu məbləğinin hesablanması barədə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/-372157/2024 nömrəli qərarı da, müzakirə olunmadan əsassız hesab edilməklə ləğv edilməlidir.

27. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

28. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

30. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********335000 saylı qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-372157/2024 saylı qərarı ləğv edilsin və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar