Məhkəmə qərarları › İş №e-2-1(112)-2555/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2555/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2555/2024 15.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “müəyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsində tikililərin söküntüsü ilə bağlı hərəkətləri qanunsuz hesab edilməsi və cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsində tikililərin sökülməməsi, tikililərdən istifadəni məhdudlaşdıran hər hansı digər əlverişsiz hərəkətlərin edilməməsi və dayandırılmasının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tələb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə etməsinə səmərəli istifadəsinə mane olur. Belə ki, xx.xx.2023-cü il tarixində cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri heç bir xəbərdarlıq etmədən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə gələrək xüsusi tikinti texnikasından ekskavatordan istifadə etməklə orada yerləşən tikililəri qismən - kiçik su anbarını, beton pandusu qanunsuz olaraq sökmüşlər. Nəticədə, İddiaçı ozunə məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin istifadəsi müvəqqəti dayandırılmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə etməsinə səmərəli istifadəsinə mane olan hərəkətlərini qanunsuz hesab edir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncamı ilə İddiaçı sahibkarlıq fəaliyyəti üçün mülkiyyətinə verilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m. torpaq sahəsinin İddiaçı satılması barədə Binəqədi qəsəbə bələdiyyəsi ilə İddiaçı arasında müvafiq alqı-satqı aktı (müqaviləsi) də imzalanmışdır. İddiaçı Feyziyev X1 qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncamına əsasən əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi unvanda 5000 kv.m. torpaq sahəsinin bir hissəsində beton istehsalı üçün konstruksiyalar və zəruri koməkçi tikililər quraşdırmışdır. Lakin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin hərəkətləri İddiaçı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncamına əsasən əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi unvanda 5000 kv.m. torpaq sahəsindən istifadəsini çox ciddi şəkildə məhdudlaşdırmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən tikililərin sökülməsi barədə heç bir xəbərdarlıq, bildiriş, sərəncam, qərar almamışdır. Belə olan halda, Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi unvanda 5000 kv.m. torpaq sahəsində beton istehsalı üçün konstruksiyaların və zəruri köməkçi tikililərın söküntüsü ilə bağlı hərəkətləri tamamilə qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 5000 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. Torpaqların alqı-satqısına dair Akta əsasən Binəqədi qəsəbə bələdiyyə ərazisində 5000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 1173 saylı qərarına əsasən İddiaçı tərəfindən Binəqədi rayon Kapital Bankın hesabına əvvəlcə 3520 manat haqq ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 20 oktyabr 2023-ü il tarixli, 5-10/2-2002/2023 nömrəli məktubunda bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikintiyə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2535/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1173 nömrəli Sərancamı ilə İddiaçı 5000 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********49nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 4933,0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 May 2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor Gölünün mühafizə zonasında yerləşir. Bununla bağlı olaraq xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib olmaqla aidiyyəti üzrə təhvil verilmişdir. Bundan əlavə olaraq torpaq sahəsi dövlət mülkiyyətindədir (bələdiyyə ərazisi deyil), bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 31 oktyabr 2023-cü il tarixli, 5-10/2-2054/2023 nömrəli məktubunda bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikintiyə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İPM-nin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır İPM-nin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanda 5000 kv.m torpaq sahəsinin bir hissəsində beton istehsalı üçün konstruksiyalar və zəruri köməkçi tikililər quraşdırdığını, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələri heç bir xəbərdarlıq etmədən həmin 5000 kv.m. torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsinə gələrək xüsusi tikinti texnikasından ekskavatordan istifadə etməklə qanunsuz olaraq orada yerləşən tikililəri qismən sökdüklərini iddia edərək mövcud tikililərin sökülməməsi, tikililərdən istifadəni məhdudlaşdıran hərkətlərdən cavabdehin çəkinməsi barədə iddia qaldırmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddia etdiyi torpaq sahəsində tikililərin söküldüyü, tikililərdən istifadəni məhdudlaşdıran hər hansı əlverişsiz hərəkətlərin edildiyini, aktiv müdaxilə edildiyini təsdiq edən ilkin sübutları (yerli icra hakimiyyəti orqanından bildiriş, xəbərdarlıq məktubu, söküntünün məhz cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən aparılmasına dair foto və ya videoçəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. İş üzrə məhkəmə sorğularına Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarında bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikintiyə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər isə yalnız torpaq sahəsində faktiki vəziyyətin təsviri, yarımçıq tikililərinin olduğunun sübutudur, lakin həmin şəkillərdə nəinki cavabdeh inzibati orqanın müdaxiləsi, ümumiyyətlə iddia edilən söküntü işlərini icra edən subyekt barədə hər hansı məlumatın əldə edilməsi mümkün deyildir. Beləliklə, işin faktiki halları və sadalanan normalara istinadən hazırkı halda iddia tələbinə mahiyyəti üzrə baxılması üçün cavabdehin iddiaçının hüquqlarına bilavasitə müdaxiləsi müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “müəyən hərəkətləri etməkdən çəkinməyə dair” iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar