Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2556/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı xidməti vəzifəsinin icrası zamanı yaralanaraq xəsarət alması və ömürlük əlil olması nəzərə alınaraq, ona kompensasiya olaraq az ödənilmiş 45360 manat və 5 illik təminat həcmində sığorta edilərək ödənilməli olan N33200 manat olmaqla, ümumilikdə N78560 (bir yüz yetmiş səkkiz min beş yüz altmış) manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarında döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirmiş, döyüş meydanında hər kəsə nümunə ola biləcək qəhrəmanlıqlar göstərmiş, bir çox orden və medallarla təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 29N nömrəli əmri əsasında İddiaçı, bütün növ təminatlara daxil edilərək, hərbi hissənin “Kəşfiyyat bölük komandiri” vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol budun yuxarı N/3 hissəsinin odlu silah qəlpə yaralanması, səthi bud arteriyasının, dərin bud arteriyasının zədələnməsi” xəsarətini almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Nəticədə, “Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı travmaları, sol budun yuxarı N/3 hissəsinin odlu silah qəlpə yaralanması, sol bud arteriyasının və sol bud venasının zədələnməsi, dərin bud arteriyasının zədələnməsi, xroniki venoz çatışmazılığı İİ-İİİ dərəcə, sol bud arteriyası və sol bud venasının zədələnməsinə görə aparılmış sol səthi və dərin bud arteriyasının, sol dərin bud venasının liqasiyası, sol ümumi bud-səthi bud arteriyalarının autovenoplastikası cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sol bud sinirinin kompression işemik neyropatiyası, yerişin pozulması və sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə” diaqnozları ilə müddətsiz “Üçüncü dərəcəli əlillik” dərəcəsi almışdır. İddiaçı tərəfindən xidməti vəzifəsinin icrası zamanı aldığı xəsarətlə əlaqədar kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyini müraciət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən kompensasiyanın məbləği 34560 manat məbləğində hesablanmış və iddiaçının hesabına köçürülmüşdür. İddiaçı xx.xx.202N-ci il tarixdə kompensasiya məbləği ilə bağlı nazirliyə müraciət etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N5/323N saylı, xx.xx.202N-ci il tarixli şablon cavab verilmiş, kompensasiyanın hesablanaraq ödənildiyi qeyd edilmişdir. Lakin iddiaçıya ödənilmiş kompensasiyanın hansı əsaslarla hesablandığı barədə heç bir məlumat verilməmişdir. Tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, kəşfiyyat bölük komandiri kimi xidmətdə olarkən aldığı aylıq pul təminatı və vətəndaşa ödənilmiş kompensasiyanın hansı əsaslarla hesablandığı, eyni zamanda, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivəsində sığorta edilməsi, sığorta edilmişsə hansı sığorta şirkətində sığorta olunması barədə ətraflı məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə ünvanlanmış rəsmi müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-25-N9/2-3658/2023 saylı məktubla ətraflı cavab verilmişdir. Bu cavabla Azərbaycan Respublikası Müdafiə Nazirliyi kompensasiyanın düzgün hesablanmadığını (hərçənd ki, məktubda düzgün hesablandığı iddia edilib) və sığorta əməliyyatının qanunvericiliyin tələbinə uyğun aparılmadığını etiraf etmişdir. İlk öncə, aylıq pul təminatı sıralanırkən onun məharət (ixtisas) dərəcəsinə görə almalı olduğu əlavə qeyd edilməmişdir. Halbuki, daha sonra pul təminatının daimi xarakter daşıyan ödənişləri içərisində bu bənd əlavə edilmişdir. Eyni zamanda, aylıq pul təminatı hesablanarkən onun döyüş şəraitində, döyüş əməliyyatında xidmət etdiyi və xidməti tapşırığı icra edərkən yaralandığı unudulmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun N0-cu maddəsinin 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanmalı idi. Qeyd olunanlara nəzər saldıqda, aylıq pul təminatı aşağıdakı kimi olmalı idi: - rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, məharət (ixtisas) dərəcəsinə görə - N50 manat (birinci məharət dərəcəsinə görə vəzifə maaşının 25%) olmaqla cəmi - NNN0 manat. Döyüş şəraitində olduğu üçün isə - 2220 (NNN0 x 2 = 2220) manat. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin özünün də qeyd etdiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Belə olan təqdirdə İddiaçı ödənilməli olan kompensasiya aşağıdakı şəkildə hesablanmalı idi: 2220 manat x 36 ay = 79920 manat. Qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı (79920 - 34560 = 45360) 45360 manat az kompensasiya ödəmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məktubda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizminin olmaması, bu səbəbdən bu qanuna əsasən sığorta müqavilələrinin bağlanmaması və kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılmasının mümkün olmaması qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz məktubunda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunun xx.xx.N997-ci il tarixdə qəbul edildiyi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 7NN-İİQ nömrəli Qanunun xx.xx.2004-cü il tarixdə qəbul edildiyini qeyd edir və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa 3 dekabr 202N-ci ildə dəyişiklik edildiyini və bu dəyişikliyin yeni (sonra) qəbul olunduğuna görə üstün hüquqi qüvvəyə malik olması vurğulanmışdır. Sonuncu paraqrafda isə, hətta Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə sığortalanmadan bəhs edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bütün bu nüanslar qeyd edilməklə geniş məktub yazılarkən İddiaçı xx.xx.2020-ci il tarixdə yaralanaraq xəsarət almasını unudub. Göründüyü kimi, 2020-ci ildə olmuş sığorta hadisəsi ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa daha sonra olmuş dəyişiklikdən və ya Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarından bəhs etmək gülüncdür. Eyni zamanda, bəhs edildiyi kimi N997-ci il tarixdən qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsinin icra mexanizminin olmamasından bəhs edilməsi aidiyyəti qurumu məsuliyyətdən azad edə bilməz. Bu gün də qanuni qüvvədə olan Azərbaycan Respublikası Qanunun icra edilməməsi nəticəsində vətəndaş əziyyət çəkməməli və vətəndaşa dəymiş maddi ziyan məsul qurum tərəfindən ödənilməlidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Bu qanunun tələbləri əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun həyat və sağlamlığını hər hansı bir sığorta şirkətində dövlət büdcəsi hesabına 5 illik pul təminatı məbləğində sığorta etdirməli idi. Nəticədə, cəbhə bölgəsində döyüş şəraitində xidmət edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən (2220m x 60 ay = N33200 m) N33200 manat məbləğində sığorta edilməli idi. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin Qanunun 20.N2-ci maddəsinə əsasən Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun N0-cu maddəsinin 2ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-3.2-ci maddəsinə əsasən sığortalının sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək və bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək vəzifəsi vardır. Bəhs edilən qanunların tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının həyat və sağlamlığını 5 illik pul təminatı həcmində dövlət büdcəsi hesabına icbari sığorta etdirməli idi. İddiaçının xidməti vəzifəsinin icrası zamanı öz sağlamlığını itirməsinin nəticəsində də bu sığorta ödənişi ona ödənilməli idi. Nəticədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun kompensasiya və sığorta ödənişi edilməmiş və iddiaçı maddi ziyanla qarşılaşmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci bəndinin icrasını təmin etmək məqsədi ilə müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarı ilə "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" təsdiq edilmişdir. Sözügedən Əsasnamənin N.2-ci bəndində Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatının - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq və birdəfəlik əlavə növlərindən ibarət olduğu göstərilmişdir. Pul təminatının tərkibinə yalnız pul təminatının daimi xarakter daşıyan ödənişləri, o cümlədən: hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət (ixtisas) dərəcəsinə görə əlavə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Sabiq hərbi qulluqçu mayor İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aylıq pul təminatı müvafiq qaydada olmuşdur: rütbə maaşı – N50 manat; vəzifə maaşı – 600 manat; məxfiçilik pulu – 60 manat; xidmət illərinə görə faiz əlavəsi – N50 manat; Cəmi: 960 manat. Sözügedən Qaydaların tələblərinə uyğun olaraq N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı 34 560 (960 x 36 ay) manat məbləğində 3 illik pul təminatı miqdarında kompensasiya düzgün hesablanmış və Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən qeyd edilən pul vəsaiti xx.xx.202N-ci il tarixdə İddiaçı təqdim etdiyi bank hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.202N-ci il tarixdə hərbi xidmətdən buraxılaraq cəmi 4 ay N5 gün xidmət etmişdir. Müdafiə Nazirliyində saxlanılan pensiya şəxsi işi araşdırılarkən İddiaçı xx.xx.20N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunarkən N-ci məharət dərəcəsi olduğu və buna görə ödənilmiş əlavənin pensiya təyinatında nəzərə alındığı məlum olmuşdur. Təkrar hərbi xidmətə çağırılmış hərbi qulluqçuların Səfərbərlik xidmətlərində saxlanılan 2-ci şəxsi işləri hərbi hissələrə göndərilir. N nömrəli hərbi hissədən aldığı məlumata görə iddiaçının hərbi hissəyə daxil olmuş şəxsi işində ona məharət dərəcəsinin verilməsi haqqında hər hansı sənəd olmadığından İddiaçı ödəniş aparılmamışdır. İddiaçı N-ci məharət dərəcəsinə malik olduğunu nəzərə alaraq xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına N-ci məharət dərəcəsinə görə əlavə (vəzifə maaşının 25%-i) daxil edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı məharət dərəcəsi üzrə əlavə olaraq 5400 manat məbləğində xəsarətə görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab olunur (vəzifə maaşı 600 manat x 25% = N50 manat x 36 ay = 5400 manat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq xidməti vəzifələrinin icrası zamanı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona 3 illik pul təminatı miqdarında kompensasiya onların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları tarixə aldıqları pul təminatı əsas götürülməklə ödənilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin N.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. Pul təminatının aylıq əlavə növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci bəndində göstərilmişdir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün onlara ödənilən ikiqat pul təminatı məbləği sözügedən Qərarın üstəlik verilən pul təminatı növləri siyahısına daxil edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.N992ci il tarixli 562 nömrəli Qərarında, eləcə də Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarında hərbi qulluqçulara ödənilən ikiqat pul təminatı məbləğinin hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməmişdir. İddiaçı qeyd etdiyi kimi "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun N0-cu maddəsinin 2-ci hissəsinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularam həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Qanunun tələblərindən göründüyü kimi, bu ödəniş yalnız döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr üçün ödənilir. Bundan əlavə, Vətən Müharibəsi dövründə (xx.xx.2020 xx.xx.2020) və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin xx.xx.2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ağdam və Kəlbəcər rayonlarından Ermənistan Silahlı Qüvvələrinin bölmələri çıxarıldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatları dayandırılmış hesab edilmiş və həmin tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularına ikiqat ödəniş verilməmişdir. Bu səbəbdən də, İddiaçı xx.xx.2020-ci il tarixdən, hərbi xidmətdən buraxıldığına xx.xx.202N-ci il tarixədək vaxta görə qeyd edilən ikiqat ödəniş verilməmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissədə və eyni funksiyanı yerinə yetirən digər hərbi hissələrdə xidmət edən, o cümlədən hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almaları ilə əlaqədar 3 illik pul təminatı miqdarında kompensasiyanın hesablanmsı üçün 2004-cü ildən hal-hazırkı dövrədək pul təminatının tərkibinə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular həmin dövr üçün onlara ödənilən ikiqat pul təminatı məbləği daxil edilməmişdir. İddiaçı iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də halhazırda xidmətdə olan belə hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu Qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.N.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqalarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan NN000 manat məbləğində sığorta edilir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.N.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutlur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası"nın 7.N.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin N (bir) faizi miqdarında müəyyən edilmişdir. Bundan əlavə: "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunu xx.xx.N997-ci il tarixdə qəbul edilmişdir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 7NN-İİQ nömrəli Qanunu xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 202N-ci il tarixli 4N8- VİQD nömrəli Qanun qəbul edilmişdir. Dekabr 202N-ci il tarixli Qanunda göstərilmişdir: 2.N. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.N.3- cü yarımbənd: "sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər"; Maddə 4: Sığorta məbləğinin və sığorta haqqının miqdarı: Sığortaolunan on bir manat nəbləğində sığora edilir. Sığorta haqqı bu Qanunun 4.N-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin N faizi miqdarında müəyyən edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun N0.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, İddiaçı münasibətdə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 7NN-İİQ nömrəli Qanunu tətbiq edilə bilməz. Belə ki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 4N8-VİQD nömrəli Qanun 3 dekabr 202N-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni (sonra) qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. İcra mexanizmi olmadığından kəşfiyyat və əks-kəşfiyyat subyektinin əməkdaşları "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 7NN-İİQ nömrəli xx.xx.2004-cü il tarixli Qanunun 20.NN-ci maddəsi ilə deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 296-İQ nömrəli xx.xx.N997-ci il tarixli Qanunu (bu Qanuna sonradan edilmiş dəyişikliklər nəzərə alınmaqla) və Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə sığortalanırlar. Müdafiə Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq İddiaçı hüquqları pozulmamış, o, Azərbaycan Ordusunun digər kəşfiyyat və əks-kəşfiyyat subyektləri kimi NN000 manat məbləğində müvafiq qaydada sığortalanmışdır. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr üçün İddiaçı ödənilən ikinci qat pul təminatı barədə N nömrəli hərbi hissədən aldığı məlumata əsasən həmin hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət ərzində ona ikinci qat pul təminatı oktyabr ayı üçün 435 manat, noyabr ayı üçün isə 900 manat, cəmi N335 manat hesablanmışdır və ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N998ci il tarixli N37-5 nömrəli Qərarının 4-cü bölməsinin 2-ci hissəsinə uyğun olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikinci qat pul təminatı hərbi rütbə maaşından, vəzifə maaşından və xidmət illərinə görə faiz əlavəsindən hesablanır. Bu hesablama hərbi qulluqçunun döyüş əməliyyatlarında iştirak etdiyi vaxta mütənasib olaraq (hər gün üçün) aparılır. N nömrəli hərbi hissədə mayor İddiaçı tam ay üçün ikinci qat pul təminatı müvafiq məbləğlərdən hesablanmışdır: hərbi rütbə maaşı N50 manat; vəzifə maaşı 600 manat; xidmət illərinə görə faiz əlavəsi (20%) N50 manat. Cəmi: 900 manat Pul təminatının digər növləri döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara hesablanan ikinci qat pul təminatının tərkibinə daxil edilmir. Kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması barədə Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən Qanunun tələbləri ilə deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.N.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqalarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin Qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan NN000 manat məbləğində sığorta edilir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.N.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası"nın 7.N.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin N (bir) faizi miqdarında müəyyən edilmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 7NN-İİQ nömrəli Qanununun 20.NN-ci maddəsi ilə deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx.xx.N997-ci il tarixli 296-İQ Qanunu və Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli 62 nömrəli Qərarı ilə sığorta olunurlar. İddiaçı də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyqun olaraq Müdafiə Nazirliyi tərəfindən müvafiq qaydada sığortalanmışdır və onun üçün Dövlət Kommersiya Sığorta Şirkətinə sığorta haqqı köçürülmüşdür. Əks halda İddiaçı Sığorta Şirkəti tərəfindən sığorta pulu ödənilməzdi. Bu sahə üzrə aparıcı (əsas) təşkilatlar olan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçuları da "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunu ilə deyil "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunu ilə sığortalanırlar. Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsil və icra edilməsi qanunauyğun deyil. İddiaçının vəkili və nümayəndəsi iddiaya dair etiraza yazılı münasibət ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi yuxarıda qeyd olunan başlıq altında İddiaçı döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə ikinci qat pul təminatı ödənildiyini qeyd etmiş və müvafiq hesablamalar yazmışdır. Bu qeyd öz növbəsində tərəfindən verilmiş iddianın təmin olunması üçün əsas olmalıdır. Belə ki, tərəfindən verilmiş iddia ərizəsində İddiaçı ödənilmiş kompensasiyanın hesablanması zamanı pul təminatı hissəsində ikiqat ödəmənin nəzərə alınmadığı qeyd edilmiş və iddiaçının döyüş əməliyyatı zamanı xəsarət alması nəzərə alınaraq, ona ödənilməli olan kompensasiyanın ikiqat hesablanmalı olması göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən yazılmış etirazda pul təminatına ikiqat ödəmənin daxil olduğunu qeyd etmişdir. Belə olan halda müvafiq qanunvericiliyin tələbinə əsasən ona ödənilməli olan kompensasiya da ikiqat pul təminatına uyğun olaraq hesablanmalı idi. “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.N2-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun N0-cu maddəsinin 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən yazılmış “Əlavə etiraz”ın qeyd olunan başlıq altında bunlar qeyd edilmişdir: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. Yazılmış bu açıqlama da öz növbəsində bir daha tərəfindən verilmiş iddianın təmin olunması üçün əsas sayıla bilər. Belə ki, hansısa qurumlar tərəfindən qüvvədə olan qanunun icrası üçün müvafiq mexanizmin hazırlanmamış olması, həmin qanunun icrasından azad edə bilməz. Yazılmış açıqlamada hansısa səbəblər göstərilərək faktiki qüvvədə olan qanunun icra edilməməsi cavabdeh tərəfindən etiraf edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu 2004-cü ildə qəbul edilmiş və bu gün də qüvvədədir. 20 ildir qüvvədə olan bir Qanunun “icra mexanizminin olmaması” kimi absurd ifadələrlə icrasından yayınmaq birbaşa aidiyyəti qurumun, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsuliyyətindədir. Bunun vətəndaşa heç bir aidiyyəti yoxdur. Nəticədə cavabdehin də etiraf etdiyi kimi, qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir) tələblərinin kobud şəkildə pozulması nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən yazılmış “Əlavə etiraz”da təkrarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Qaydalar” əsas götürülərək sığortalanmadan bəhs edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə yaralanaraq xəsarət almışdır. Həmçinin yazılmış etirazda bir sıra dövlət təşkilatlarının adı çəkilmiş, bu təşkilatların əməkdaşlarının da fərqli qanunla sığorta olunduğu yazılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sadəcə icraçı olduğu qeyd edilmişdir. Bəli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (özləri qeyd etdiyi kimi) qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Lakin nümayəndələrinin də etiraf etdiyi kimi faktiki qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinin tələbləri icra edilməmiş, nəticədə İddiaçı maddi ziyan vurulmuşdur. O ki, qaldı digər qurumların əməkdaşlarına fərqli qanunun tətbiqinə, kiməsə qarşı qanunun tələblərinin pozulması, həmin tələblərin hər kəsə qarşı pozula biləcəyi mənasını daşımır, daşıya da bilməz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış 3-25-N9/2-3658/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı aylıq pul təminatı belə olmuşdur: rütbə maaşı – N50 manat; vəzifə maaşı – 600 manat; məxffiçilik pulu – 60 manat; xidmət illərinə görə faiz əlavəsi – N50 manat; Cəmi: 960 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci bəndinin icrasını təmin etmək məqsədilə Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarı ilə "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" təsdiq edilmişdir. Sözügedən Əsasnamənin N.2-ci bəndində Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatının - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq və birdəfəlik əlavə növlərindən ibarət olduğu göstərilmişdir. Pul təminatının tərkibinə yalnız pul təminatının daimi xarakter daşıyan ödənişləri, o cümlədən: hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət (ixtisas) dərəcəsinə görə əlavə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N8024 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Sözügedən Qaydaların tələblərinə uyğun olaraq N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı 34560 (960 x 36 ay) manat məbləğində 3 illik pul təminatı miqdarında kompensasiya düzgün ödənilmişdir. Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən qeyd edilən pul vəsaiti xx.xx.202N-ci il tarixdə İddiaçı təqdim etdiyi bank hesabına köçürülmüşdür. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu Qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.N.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqalarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin Qanunun 4.N-ci bəndinə əsasən sığortaolunan NN000 manat məbləğində sığorta edilir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.N.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutlur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası"nın 7.N.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin N (bir) faizi miqdarında müəyyən edilmişdir. Bundan əlavə: "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunu xx.xx.N997-ci il tarixdə qəbul edilmişdir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 7NN- İİQ nömrəli Qanunu xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 202N-ci il tarixli 4N8-VİQD nömrəli Qanun qəbul edilmişdir. 3 dekabr 202N-ci il tarixli Qanunda göstərilmişdir: 2.N. Bu Qanunda istifadə edilən əsas anlayışlar bu mənaları ifadə edir: 2.N.3- cü yarımbənd: "sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər"; Maddə 4: Sığorta məbləğinin və sığorta haqqının miqdarı: Sığortaolunan on bir manat məbləğində sığora edilir, Sığorta haqqı bu Qanunun 4.N-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin N faizi miqdarında müəyyən edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun N0.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, İddiaçı münasibətdə "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 7NN-İİQ nömrəli Qanunu tətbiq edilə bilməz. Belə ki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 4N8- VİQD nömrəli Qanun 3 dekabr 202N-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni (sonra) qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. İcra mexanizmi olmadığından, kəşfiyyat və əks-kəşfiyyat subyektinin əməkdaşları "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 7NN-İİQ nömrəli xx.xx.2004-cü il tarixli Qanunun 20.NN-ci maddəsi ilə deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ nömrəli xx.xx.N997-ci il tarixli Qanunu (bu Qanuna sonradan edilmiş dəyişikliklər nəzərə alınmaqla) və Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə sığortalanırlar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən təqdim edilmiş 20 saylı xx.xx.202N-ci il tarixli travma haqqında arayışa əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol budun yuxarı N/3 hissəsinin odlu silah qəlpə yaralanması. Səthi bud arteriyasının, dərin bud arteriyasının zədələnməsi” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən hərbi-xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N5/323N saylı xx.xx.202N-ci il tarixli məktubda bildirilmişdir ki, xidməti vəzifənin icrası zamanı aldığı xəsarətlə əlaqədar kompensasiyanın ödənilməsi üçün əvvəllər Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə edilən və şəxsən təqdim edilən “N nömrəli hərbi hissənin pul təminatı barədə” arayışa əsasən kompensasiyanın məbləği hesablanılmış və Azərbaycan Beynəlxalq Bankında açılmış AZ67İBAZ**********N6093022N6 nömrəli hesabına köçürülmüşdür. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.202N-ci il tarixdə “Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı travmaları. Sol budun yuxarı N/3-nin odlu silah qəlpə yaralanması. Sol bud arteriyasının və sol bud venasının zədələnməsi. Dərin bud arteriyasının zədələnməsi” Xroniki venoz çatmamazlıq ll-lll dərəcə. “Sol bud arteriyası və sol bud venasının zədələnməsinə görə aparılmış sol səthi və dərin bud arteriyasının, sol dərin bud venasının liqa siyasi", "Sol ümumi bud səthi bud arteriyalarının autovenoplastikası" cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Sol bud sinirinin kompression işemik neyropatiyası. Yerişin pozulması və sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor ağır eşitmə.” diaqnozu ilə qiymətləndirilmiş və ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 9550 saylı xx.xx.202N-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarına əsasən: sol budun yuxarı N/3-nin kor güllə yaralanması (xx.xx.2020), sol bud arteriyası və sol bud venasının zədələnmələrinə görə aparılmış sol səthi və dərin bud arteriyasının, sol dərin bud venasının liqasiyası cərrahi əməliyyatından, sol ümumi bud arteriyasının autovenoz şuntlama cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, qan dövranı və funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol bud sinirinin kompression işemik neyropatiyası, sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə nəticələnmiş qalıq əlamətləri. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. N3-HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas: üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 45b, 27b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. N nömrəli hərbi hissə komandirinin “Vətən müharibəsində” iştirak edən hərbi qulluqçuların siyahılarının tərtib edilməsi haqqında N323 saylı xx.xx.2020-ci il tarixli əmrindən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların adlı siyahısı müvafiq qaydada tərtib edilmişdir: 304N – Bölük komandiri – mayor – İddiaçı – kəşfiyyat bölüyü – qeyd. Kadrlar bölmə rəisi döyüş əməliyyatlarında iştirak edən zabit və gizirlərin şəxsi işlərində müvafiq qeydlər aparılmışdır. Şəxsi heyətin uçotu bölmə rəisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şəxsi işlərində və müddətli hərbi xidmət hərbi qulluqçuların hərbi biletlərində qanunla nəzərdə tutulmuş müvafiq qeydlər aparılmışdır. Əmrin icrasına nəzarət hərbi hissənin qərargah rəisinə həvalə edilmişdir. N nömrəli hərbi hissə komandirinin 29N saylı xx.xx.2020-ci il tarixli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin sifarişi əsasında itgilərin bərpası üçün tamamlama mərkəzindən gəldiyinə görə, mayor İddiaçı N7 oktyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və hərbi hissənin kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N saylı xx.xx.202N-ci il tarixli əmrindən çıxarışa əsasən mayor İddiaçı hərbi hissə komandirinin sərəncamında (hərbi hissənin kəşfiyyat bölüyünün sabiq komandiri Azərbaycan Respublikası Prezidentinin N dekabr 2020-ci il tarixli 23N0 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N97-ci maddəsinə müvafiq olaraq müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli 0N447 №-li əmrinə əsasən N yanvar 202N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Qaradağ Rayon İdarəsinə göndərilmişdir. Baş leytenant İddiaçı 2020-ci ilin oktyabr-dekabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. Baş leytenant İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir. N saylı hərbi hissə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanlanmış 2938 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi xx.xx.2020-ci il tarixdən 30.NN,2020-ci il tarixədək müddət ərzində ona ikinci qat pul təminatı oktyabr ayı üçün 435 manat, noyabr ayı üçün isə 900 manat, cəmi N335 manat hesablanmışdır. Müdafiə nazirinin müvafiq əmrinə uyğun olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikinci qat pul təminatı hərbi rütbə maaşından, vəzifə maaşından və xidmət illərinə görə faiz əlavəsindən hesablanır. Bu hesablama hərbi qulluqçunun döyüş əməliyyatlarında iştirak etdiyi vaxta mütənasib olaraq (hər gün üçün) aparılır. N nömrəli hərbi hissədə mayor İddiaçı tam ay üçün ikinci qat pul təminatı bu məbləğlərdən hesablanmışdır: Hərbi rütbə maaşı N50 manat; Vəzifə maaşı 600 manat; Xidmət illərinə görə faiz əlavəsi (20%) N50 manat; Cəmi 900 manat. Pul təminatının digər növləri döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara hesablanan ikinci qat pul təminatının tərkibinə daxil edilmir. Maliyyə və Büdcə İdarəsi tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış 3-25-N9/2- 23N/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etmiş və N nömrəli hərbi hissənin təqdim etdiyi məlumatlara əsasən (rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, cəmi 960 manat) xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən onun bank hesabına 3 illik pul təminatı miqdarında 34560,00 (960 x 36 ay) manat kompensasiya ödənilmişdir. Məhkəmə prosesi ərzində Müdafiə Nazirliyində saxlanılan pensiya işi (şəxsi işi) araşdırılarkən məlum olmuşdur ki, İddiaçı xx.xx.20N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunarkən N-ci məharət dərəcəsi olmuş və pensiya təyinatında nəzərə alınmışdır. Ödənilmiş kompensasiyanın tərkibinə İddiaçı N-ci məharət dərəcəsi daxil edilməmiş, nəticədə kompensasiya məbləği 5400,00 manat (600x25%=N50x36) az ödənilmiş və bu səbəbdən də İddiaçı xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına N-ci məharət dərəcəsinə görə əlavə (25%) daxil edilməli və İddiaçı əlavə olaraq 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab olunur. Qeyd olunanları nəzərə alaraq kompensasiyanın yenidən hesablanması və yeni protokol tərtib edilərək ödəniş üçün təqdim edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Tələb kompensasiyanın yenidən hesablanaraq ödənilməsi ilə bağlı olsa da, həmin kompensasiyanın ödənilməsi inzibati orqanın qanunsuz hərəkətlərindən deyil, qanundan irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Ona görə də iddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının kompensasiyanın yenidən hesablanmasına “qanuni gözləntisi” varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia N saylı Protokolun N-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.20N0 tarixli qərar [İİ Bölmə] ərizə № N8768/05). İddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddia tələbi 2 hissədən ibarətdir: N) 3 illik pul təminatı məbləğində kompensasiya ödənilərkən az hesablanaraq ödənilməmiş 45360 manat fərq məbləğinin ödənilməsini tələb edir. 2) 5 illik təminat həcmində sığorta edilərək ödənilməli olan N33200 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İddia tələbinin birinci hissəsi ilə bağlı mübahisə məhz pul təminatı anlayışına tərəflərin yanaşması və pul təminatına daxil olan ödənişlərlə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İddiaçıya rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, cəmi 960 manat kimi nəzərə alınmaqla xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən onun bank hesabına 3 illik pul təminatı miqdarında 34560,00 (960 x 36 ay) manat kompensasiya ödənilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 oktyabr N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın N-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təminat xərcliyi hesablanarkən vəzifə maaşının artım əmsallarının nəzərə alınmasını əsaslandıran norma yoxdur. Əksinə, qeyd edilən normaların təhlilinə əsasən pul təminatının tərkibi (təminat xərcliyinə daxil olan pul təminatı növləri) müəyyən olunmuş və təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşına (vəzifə maaşının artım əmsalları uyğun olaraq deyil) və digər əlavələrə uyğun olaraq hesablanmalıdır. Odur ki, vəzifə maaşının artım əmsalları təminat xərcliyinin tərkibinə daxil deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli N35 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın N-ci hissəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların N-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) N.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N.0.2, N.0.5 və 20.N4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N5 may 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: ...“Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2 və N.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun N.0.N, N.0.2 və N.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir... Beləliklə, məhkəmə qeyd edir ki, hərbi qulluqçuların vəzifə və rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları (qatlar) xidmətdə olan hərbi qulluqçuların hərbi xidmətinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövründə ödənilir və bu əmsallar (qatlar) daimi xarakter daşımır. Odur ki, həmin əmsallar daimi xarakter daşımadığından və həmin əmsalların təminat xərcliyinə daxil edilməsini əsaslandıran norma müəyyyə edilmədiyindən məhkəmə iddiaçıya vəzifə maaşının artım əmsalları nəzərə alınmaqla yeni məlumat vərəqəsi verilməsinə “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçıya rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, cəmi 960 manat məbləğində pul təminatına əsasən xx.xx.202N-ci il tarixdə cavabdeh tərəfindən onun bank hesabına 3 illik pul təminatı miqdarında 34560,00 (960 x 36 ay) manat kompensasiya ödənilsə də, lakin iddiaçının xx.xx.20N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunarkən N-ci məharət dərəcəsinin olması (sözügedən məharət dərəcəsi iddiaçıya pensiya təyini zamanı nəzərə alınmışdır) nəzərə alınmamışdır. Ödənilmiş kompensasiyanın tərkibinə iddiaçının N-ci məharət dərəcəsi daxil edilməmiş, nəticədə kompensasiya məbləği 5400,00 manat (600x25%=N50x36) az ödənilmiş və bu səbəbdən də iddiaçıya xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına N-ci məharət dərəcəsinə görə əlavə (25%) daxil edilməli və ona əlavə olaraq 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində məhkəmə iddianı əsaslı hesab edir. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 4.N-ci maddəsinə əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, sığorta haqqı bu Qanunun 4.N-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin N faizi miqdarında müəyyən edilir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanundan: 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.N2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi göstərilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 oktyabr N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın N-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Qanunun 20.2-ci maddəsindəki kompensasiyalar və müavinətlərin tərkibinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 oktyabr N992-ci il tarixli 562 nömrəli Qərarına əsasən kompensasiya və müavinətlər Müdafiə naziri tərəfindən müəyyən edilməlidir. Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarının N.2-ci bəndinə uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının aylıq pul təminatı - daimi xarakter daşıyan vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. Beləliklə, Qanunun 20.2-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatına digərləri ilə (vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, üstəlik verilən pul təminatının digər növləri) kompensasiyaların və müavinətlərin daxil olduğu göstərildiyindən iddiaçı hesab edir ki, Qanunun 20.6-cı maddəsindəki hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət və 20.7-ci maddəsindəki müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət pul təminatına daxildir. Bu səbəbdən qanunun 20.N2-ci maddəsinə əsasən kompensasiya məbləği hesablanarkən həmin məbləğlər (iki aylıq pul təminatı məbləğində müavinət və iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət) nəzərə alınmalı və kompensasiya məbləği yenidən hesablanmalıdır. X8 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X8 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 20N2-ci il tarixli Qərarı, §N4N; X4 və digərləri Polşaya qarşı iş üzrə N7 Fevral 2004-ci il tarixli Qərarı, § 65; XNrşı iş üzrə 20 May N999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §N47-N48, N50; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə qeyd edir ki qeyd edilən normaların təhlilindən görünür ki, pul təminatı mahiyyət etibarilə hərbçilərə ödənilən daimi xarakter daşıyan aylıq ödənişlərdir. Belə ki, həm 20.6, həm də 20.7-ci maddələrdə məhz ildə bir dəfə iki aylıq pul təminatı məbləğində məzuniyyət və müalicə üçün müavinətin ödənməsi və 20.N2-ci maddədə isə 3 illik pul təminatı məbləğində kompensasiyanın ödənməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının qeyd etdiyi kimi həmin məzuniyyət və müalicə üçün müavinət pul təminatına daxil edilsə, o zaman pul təminatının məbləğini müəyyən etmək mümkün olmayacaqdır (məbləğ sonsuzadək artmış olacaqdır). Belə olan təqdirdə, həmin 3 illik pul təminatı məbləğində kompensasiya da pul təminatı məbləğinə daxil edilmiş olmalıdır. Qeyd edildiyi kimi təsadüfi deyildir ki, Qanunun 20.6 və 20.7-ci maddələrində ödənilməli müavinət kimi meyar olaraq məhz aylıq pul təminatı məbləğinin əmsal ifadəsi nəzərdə tutulmuşdur. Odur ki, müalicə və məzuniyyət üçün müavinət ildə bir dəfə ödənildiyindən daimi xarakter daşımır. Odur ki, iki aylıq pul təminatı məbləğində müavinət və iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət daimi xarakter daşımadığından və həmin müavinətlərin təminat xərcliyinə daxil edilməsini əsaslandıran norma müəyyən edilmədiyindən məhkəmə iddiaçıya kompensasiya məbləğinin yenidən hesablanmasına “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Odur ki, məhkəmə qeyd edir ki, Qanunun 20.2-ci maddəsindəki kompensasiyalar və müavinətlərin tərkibi konkret halda Müdafiə naziri tərəfindən müəyyən edilən aylıq əlavə növlərindən ibarətdir. Müdafiə nazirinin həmin əmrinin dərc olunmamasına və Ədliyyə Nazirliyində qeydə alınmamasına münasibətdə məhkəmə qeyd edir ki, həmin əmrin qəbulu Nazirlər Kabinetinin N9 oktyabr N992-ci il tarixli 562 nömrəli Qərarı ilə şərtlənir və pul təminatının tərkibi ilə bağlı tədqiq olunan müddəaları hər hansı şəkildə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunla ziddiyyət təşkil etmir. İddiaçıya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq baş vermiş sığorta hadisəsinə görə NN000 manat sığorta ödənişi ödənmişdir. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.NN-ci maddəsinə əsasən kəşfiyyat subyekti olduğu üçün əlavə 5 illik pul təminatı məbləğində sığorta ödənişi məbləğində kompensasiya ödənişi tələb edir. Belə ki, həmin maddəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun N-ci maddəsinə əsasən həmin Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. 3 dekabr 202N-ci il tarixli 4N8-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-4-cü maddələri yeni redaksiyada verilmişdir. Həmin Qanunun 2.N.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Mülki Məcəllədən: 907.N. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. 907.2. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. 907.3. Sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 926.N. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna 3 dekabr 202N-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçu və həmin qanunun məqsədləri üçün sığortaolunan hesab edilirlər. Beləliklə məhkəmə qeyd edir ki, istər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.NN-ci maddəsi, istərsə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hərbi qulluqçuların, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsinə yönəlib. Odur ki, kəşfiyyat fəaliyyəti subyektləri də (hərbi qulluqçu) kimi həmin (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”) qanunun məqsədlərinə uyğun olaraq sığortaolunan hesab edildiklərindən baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi məhz həmin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçu kimi iddiaçıya 3 illik pul təminatı hesablanarkən pul təminatına N-ci məharət dərəcəsinə görə əlavə (25%) daxil edilməli olan, lakin nəzərə alınmamış və hesablanmamış 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, N3, 52, 68, 69, 75, 85.N-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət alması ilə əlaqədar əlavə 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2556/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2556/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver