Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2570/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiyanın təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı 09.09.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı əsl cavbadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 57 yaşı var. 28.10.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 01.06.1982-ci il tarixdən 19.06.1984-cü il tarixədək Sovet Ordu sıralarında hərbi qulluq etmişdir. 20.08.1984-cü il tarixdən əmək fəaliyyətini davam etdirmişdir. Həmin tarixdə Bakı Məişət Kondisionerləri zavodunun nəqliyyat sexinə 2 dərəcəli avtomobillərin təmirçi-çilingəri peşəsinə işə qəbul olunmuşdur. 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə isə 3-cü dərəcəli akkumulyatorçu peşəsinə keçirilmişdir. 24.07.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinə əsasən öz xahişi ilə 270 saylı, 26.07.2000-ci il tarixli əmri ilə işdən azad edilmişdir. İş prosesində iştehsalın fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtoyükləyicilərin təmiri ilə məşğul olmuşdur. 24.12.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən verilmiş arayışdan da görünür ki, 14 ildən artıq müddətdə zərərli işdə çalışmışdır. Arada bir müddət fasilədən sonra 02.05.2003-cü il tarixdə “xxxx” MMC-də Taxta fabrikinə fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. 29.12.2003-cü il tarixdə isə həmin MMC-nin Nəqliyyat Dəstəsinə avtoelektrik vəzifəsinə keçirilmiş, 01.02.2006-cı il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 11.07.2005-ci ildən Mars Overseas müəssisəsinə İstehsalat Şöbəsinə elektrik təyin edilmiş, 29.12.2017-ci il tarixədək həmin müəssisədə fəaliyyət göstərmişdir. 05.03.2018-ci il tarixdən “X6 zavodu” MMC-də Limonad İstehsalı sahəsinin texniki bölünmə elektronçu-elektrik vəzifəsinə qəbul edilmiş, 01.06.2019-cu ildən elektronika mühəndisi vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən həmin qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 13-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyalan onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Xüsusi olaraq qeyd edir ki, 18.08.2020-ci il tarixindən etibarən cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin etdiyi müraciətdən 2 (iki) aydan artıq müddət keçməsinə baxmayaraq ona etdiyi müraciət barədə heç bir məlumat verilməmişdir. O, da məcbur olub pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin onu da, qeyd edir ki, 2018-ci ildən - 55 yaşı tamam olduqdan sonra əmək pensiyası hesablanaraq ona verilməli idi. İddia tələbinin hüquqi əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “xxxx” ASC-də saxlanılan iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı ona aid sənədlərdə 01.07.1997-26.07.2000-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar “xxxx” ASC tərəfindən 02.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 2 ay) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37662,10 manat təşkil edir. Həmçinin bildirirlər ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da, qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017- ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İşdə olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Bala oğlu 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16.08.1984-cü il tarixdə Azərbaycan dövlət tibb institutu 2 №-li tədris binasına dülgər qəbul edilmiş, 03.11.1984-cü il tarixdə əlavə olaraq həmin binanın 0.5 st.elektrik montyoru təyin olunmuş, 20.11.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 11.07.2005-ci il tarixdə X7 LTD İstehsalat Şöbəsinə elektrik təyin edilmiş, 29.12.2017-ci il tarixdə işdən azad edilmiş, 05.03.2018-ci il tarixdə “X6 Zavodu” MMC-yə Limonad istehsalı sahəsinin texniki bölümünə elektronçu-elektrik vəzifəsinə təyin edilmiş, 01.06.2019-cu il tarixdə Limonad istehsalı sahəsinin texniki şöbəsinə elektronika mühəndisi vəzifəsinə təyin edilmiş, hal-hazırda işləyir. İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, 28.10.1980-ci ildə işə qəbul edilmiş, 10.03.1982-ci il tarixdə Bakı Məişət kondisionerləri zavodunun nəqliyyat sexinə 2-ci dərəcəli çilingər keçirilmiş, 21.05.1982-ci il tarixdə işdən azad edilmiş, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuş, 20.08.1984-cü il tarixində Bakı məişət kondisionerləri zavodunun nəqliyyat sexinə 2-ci dərəcəli avtomobillərin təmiri-çilingəri peşəsinə işə qəbul olunmuş, 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə 3-cü dərəcəli akkumlyatorçu peşəsinə keçirilmiş, 26.07.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 02.05.2003-cü il tarixdə “xxxx” MMC Taxta Fabrikində fəhlə vəzifəsinə təyin edilib, 29.12.2003-cü il tarixdə nəqliyyat dəstəsinə avtoelektrik vəzifəsinə keçirilmiş, 01.02.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 4 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Rəhimbala oğlu həqiqətən 20.08.1984-cü il tarixdə Bakı Məişət Kondisionerləri zavodunun nəqliyyat sexinə 2-ci dərəcəli avtomobillərin təmiri-çilingəri peşəsinə işə qəbul olunub, 01.05.1985-ci ildə 115 saylı əmrlə həmin sexdə 2-ci dərəcəli, 01.09.1985-ci ildə 3-cü dərəcəli akkumlyatorçu peşəsinə keçirilmişdir. 26.07.2000-ci il tarixli, 270 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı iş prosesində fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtyoyükləyicilərin təmiri ilə məşğul olmuşdur. Bu elektrokar və avtoyükləyicilərdə istifadə olunan akkumlyatorları istifadəyə hazırlamaq üçün onun qurğuşunla təchiz olunmuş banklarına kükürd turşusu və distillə olunmuş su əlavə edilir. Bundan sonra akkumlyator xüsusi aparatla elektriklə qidalandırılır. İş prosesində hər növbədə akkumlyatorlar elektriklə bir neçə dəfə qidalandırılır. Akkumlyatorlar elektriklər qidalandırılarkən onun tərkibində məhlul qaynayır və oradan zəhərli qazlar ayrılır ki, bu da insan orqanizmi üçün çox zərərlidir. İddiaçı İX “Ümumi peşələr” bölmə 35, səh 166 akkumlyatorçular peşəsiylə güzəştli təqaüdə çıxmaq hüququ verir, lazımi iş stajı topladıqda. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 15.03.2021-ci il tarixli, 5 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Rəhimbala oğlu “xxxx” ASC-də 01.05.1985-ci ildən 01.07.1998-ci, 02.03.1999-cu illərdə müddətində akkumlyatorçu peşəsi üzər işləyib, həmin illərdə işlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmayıb, göstərilən vaxtda əmək haqqı hesablanıb. 20.07.2000-ci il tarixdə işdən azad olunub. ******* manat 8 illik istifadə olunmayan məzuniyyətin kompensasiyası hesablanıb. İşdə olan “xxxx” ASC tərəfindən təsdiq olunmuş 02.11.2020-ci tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin böyük mütəxəssisi Eyva Əhmədov, baş mütəxəssisi Hüsü Atamov və “xxxx” ASC-nn kadrlar şöbəsinin müdiri İntizar Quliyevanın iştirkaı iklə həmin müəssisədə 15.08.1984-cü ildən 26.07.2000-ci ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən akkumlyatorçu peşəsində işləməsinə dair müəssisədə sənədlərlə qarşılıqlı araşdırma apararaq, müəyyən edilmişdir ki, sığortaolunan İddiaçı Rəhimbala oğlu 01.05.1985-ci ildən akkumlyatorçu peşəsinə keçirilmiş, 01.05.1997-ci ildən əmək haqqı ödənilmədən 26.07.2000-ci il tarixinədək öz hesabına məzuniyyətdə olmuşdur. “xxxx” ASC-nin 20.07.2020-ci il tarixində “KS-4” saylı iddiaçının adına verilmiş arayışından da, göründüyü kimi, adıçəkilən güzəştli pensiya hüququ verən peşədə lazımi iş stajı topladıqda bu hüquqdan istifadə edə bilər. Tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az olması öz təsdiqini tapır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filial tərəfindən “xxxx” ASC-də saxlanılan iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı ona aid sənədlərdə 01.07.1997-26.07.2000-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar “xxxx” ASC tərəfindən 02.11.2020ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 2 ay) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabında sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32958,62 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının əmək stajında ona pensiya hüququ verən işlədiyi peşə “xxxx” ASC-də işlədiyi akkumlyatoruçu peşəsi olmuşdur. İddiaçı həmin peşədə 01.05.1985-ci ildən işləməyə başlamış, 01.07.1997-ci ildən isə əmək haqqı ödənilmədən 26.07.2000-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. Göründüyü kimi, onun həmin peşədə iş stajı 12 il 6 aydan az təşkil etmişdir. Həmin faktı iddiaçı tərəfindən Mərkəzi Filial tərəfindən “xxxx” ASC-də saxlanılan iş stajına aid sənədlərə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı “xxxx” ASC tərəfindən təsdiq edilmiş 02.11.2020-ci il tarixli akt la təsdiq edilmişdir. Məhkəmə iddiaçının pensiya hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq araşdıraraq hesab edir ki, yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi və həmin peşə üzrə qanunvericiliklə tələb olunan 12 il 6 ay iş stajı olduğu təqdirdə güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bildiyindən, bununla da, iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının olmaması iş materialları ilə sübuta yetirildiyindən hazırki iddia tələbi əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. “ Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi təşkil etdiyi üçün iddiaçının güzəştli şərtlərlə pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbləri baxımından yoxlanıldığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsinin araşdırılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-2570/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2570/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver