Məhkəmə qərarları › İş №e-2-1(112)-2570/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2570/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2570/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın aidiyyəti hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 28 iyun 2024-cü il tarixli "iddiaçının tam reabilitasiya olunması barədə” Qərarını ləğv edərək, cavabdeh üzərinə iddiaçının əlilliyinin tanınması öhdəliyinin qoyulması barədə yeni Qərar qəbul barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi cavabdehin 13 may 2024-cü il və 28 iyun 2024-cü il tarixli qərarlarının İddiaçı aid hissədə ləğv edilməsi və üçüncü dərəcə əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixdə “Hipertoniya xəstəliyi İİ B mərhələ kardio-serebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla. Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası. Nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinici dərəcə əlilliyi (orqanizm funnksiyalarının pozulmasının 61-80%-i ilə) müddətsiz formada müəyyən olunmuşdur. Daha sonra 18 fevral 2020-ci il tarixdə AR Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 aparılan müayinə ilə iddiaçıya Hipertoniya xəstəliyi (ikinci dərəcə) diaqnozu qoyulmuşdur. Həmin ilin 20 iyun tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Həkim Komissiyası tərəfindən aparılmış müayinə ilə İddiaçı yenidən “Hipertoniya xəstəliyi İİB mərhələ kardio-serebral forma. Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla. Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası. Nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyi müddətsiz formada müəyyən olunmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Reabilitasiya və Ekspertiza Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 19 mart 2024-cü il tarixli, 3-17-4/2-Z-7953/2024 nömrəli bildirişi ilə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı şübhələrin müəyyən olunduğundan sonuncu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. İddiaçının bu zaman müraciəti qeydə alınmamış, cavabdeh tərəfindən ona göndərilmiş 06 avqust 2024-cü il tarixli bildirişdə qeyd olunanlara əsasən mövcud sənədlər üzərində aparılmış araşdırma və qiymətləndirmə nəticəsində onun barəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul olunmuşdur. Daha sonra iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixdə sonuncu Agentlikdə qəbulda olmuşdur. xx.xx.2024-cü il tarixində yeni müayinə aktı qəbul edilərək yenidən “Hipertoniya xəstəliyi İİ B mərhələ kardio-serebral forma. Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla . Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası. Nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyim müddətsiz formada müəyyən olunmuş, qüvvədə olduğu görünmüşdür. Lakin qısa müddət sonra isə həmin müayinə aktı qanunsuz və əsassız olaraq qüvvədən salınmışdır. İddiaçı cavabdeh inzibati orqana 2 dəfə ərizə ilə müraciət etmiş,əlilliyin bərpa edilməsini, habelə xx.xx.2024-cü il tarixli müayinə aktının qüvvəyə minməsini xahiş etmişdir. Bu zaman iddiaçı səhhətinin vəziyyəti ilə bağlı başqa tibb müəssisələrinin müayinə aktlarına da istinad edərək, həqiqətən əlilliyinin mövcud olmasını əsaslandırmağa çalışmışdır. Lakin inzibati orqan həmin ərizələri qəbul etsə də, iddiaçıya edilən müraciətlərlə bağlı cavab məktubları təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-682/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarına əsasən, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan işin faktiki halları ilə tətbiq edilməli olan hüquq normalarının qarşılıqlı təhlili cavabdeh inzibati orqan tərəfindən inzibati icraatının aparılması zamanı tələb olunan norma və prinsiplərə riayət edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının 2014-cü ildən etibarən əlilliyi “Hipertoniya xəstəliyi İİB mərhələ kardio-serebral forma. Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla. Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası. Nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə müddətsiz olaraq müəyyən edilmişdir. 2020-ci ilin iyun ayında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Həkim Komissiyası tərəfindən aparılmış müayinə ilə İddiaçı yenidən “Hipertoniya xəstəliyi İİB mərhələ kardio-serebral forma. Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla . Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası. Nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlilliyi müddətsiz formada müəyyən olunmuşdur. Lakin bundan 4 il sonra həmin inzibati orqan qərarının düzgünlüyünü şübhə altına alan əsaslı şübhələrin müəyyən olunduğuna istinad edərək iddiaçını əyani müayinəyə dəvət etmişdir. Bu zaman inzibati orqan əsaslı şübhələrin nədən ibarət olduğunu göstərməmiş, inzibati icraat başlanması üçün əsasın mövcud olduğunu kifayət qədər əsaslandıra bilməmişdir. Bu zaman inzibati qanunvericiliyin əsas prinsiplərindən biri olan etimad prinsipi də cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Odur ki, maraqlı şəxsə həqiqətən də inzibati icraatın başlanması üçün əsasın olması barədə məlumat verilməmiş, bununla da inzibati orqan özünün əvvəlki inzibati aktını şübhə altına alaraq iddiaçının inzibati orqanın praktikasına olan etimadını pozmuşdur. Yuxarıda qeyd olunan normaların tətbiqi əlilliyin yenidən qiymətləndirilməsi üzrə inzibati icraatın başlanması əsası kimi yalnız əsaslı şübhələrin mövcud olmasını qeyd etsə də, hazırki işdə inzibati icraatın başlanması üçün belə bir əsasın mövcud olmadığını, nəticədə inzibati icraatın qanunsuz formada başlandığını göstərir. Bundan əlavə inzibati icraat aparılması zamanı cavabdeh tərəfindən bir neçə pozuntu hallarına yol verilmişdir. Belə ki, inzibati icraatla bağlı maraqlı şəxs iki dəfə inzibati orqana müraciət etsə də, inzibati orqan həmin ərizələrin qeydə alınması barədə arayış təqdim etməmiş, ərizələrlə bağlı cavab məktubu təqdim edilməmişdir. Halbuki maraqlı şəxsin müraciətlərinin nəzərə alınması işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etməyə, maraqlı şəxsin xeyrinə olan halların nəzərə alınmasına xidmət edəcəkdi. Həmçinin sonda iddiaçı üçün 28 iyun tarixli əlverişsiz inzibati akt qəbul olunsa da, həmin akt iş üzrə maraqlı şəxsə (hazırki iş üzrə iddiaçıya) təqdim etməmişdir. Sonuncu həmin aktın qəbulundan yalnız 6 avqust tarixində göndərilmiş bildirişi qəbul edərkən xəbərdar olmuşdur. Odur ki nəticədə o, inzibati aktın əsaslandırılması ilə tanış olmaqdan, inzibati icraat zamanı əlavə olaraq hansı pozuntulara yol verilməsini bilməkdən məhrum edilmişdir. Bu mənada inzibati orqan tərəfindən "İnzibati icraat haqqında” AR Qanunun inzibati icraatın aparılması qaydaları ilə bağlı tələbləri pozulmuşdur. Əlavə olaraq qeyd edilir ki, inzibati orqanın hərəkətlərində bir neçə ziddiyətli məqamlar müşahidə olunur. Belə ki, işin faktiki hallarında qeyd olunan və cavabdeh orqan tərəfindən iddiaçıya təqdim olunan 06 avqust tarixli bildirişdə ilk növbədə iddiaçının əyani müayinələrə gəlməməsinə görə mövcud sənədlərin araşdırıldığı və əvvəlki qoyulan diaqnozun təsdiqini tapmaması, daha sonra 28 iyun tarixində iddiaçının əyani müayinəsindən sonra isə onun tam reabilitasiya olunması barədə nəticəyə gələrək sonda iddiaçı üçün əlverişsiz inzibati akt qəbul etmişdir. Ziddiyətli məqam isə bundan ibarətdir ki, inzibati icraat zamanı inzibati orqan ilkin araşdırma nəticəsində ümumiyyətlə diaqnozun mövcud olmadığını qeyd etmişdisə, müayinədən sonra tam reabilitasiya olunma barədə Qərar qəbul etməklə ilkin araşdırma nəticəsinin xətalı olduğunu etiraf etmişdir. Belə ki ilkin diaqnozun təsdiqini tapmadığı halda hər hansı xəstəliyin reabilitasiyasından söhbət gedə bilməzdi. Yuxarıda qeyd olunanlar inzibati orqan tərəfindən inzibati icraatın aparılması qayda və prinsiplərinin pozulduğunu, bu səbəbdən əsassız və qanunsuz formada iddiaçı üçün əlverişsiz inzibati aktın qəbul edildiyini göstərir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı qiymətləndirmə nəticəsində xx.xx.2020-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Qeyd edilir ki, X7 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində aparılan araşdırma əsasında İddiaçı əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasında əyani müayinəsinin həyata keçirilməsi zərurəti yaranmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Z-7953/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə nəticəsində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən cavabdehin etirazına dair verilmiş yazılı münasibətdə bildirilmişdir ki, cavabdehin “TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” olduğu iddia edərək apardığı inzibati icraat qanunvericiliyin tələblərinə və vahid məhkəmə təcrübəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1685/2023 nörməli Qərarında (3 ulduzlu) məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanısa da, istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Cavabdeh qurumun xx.xx.2024-cü il tarixli bildirişində qeyd olunur ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixində Agentliyə müayinə üçün dəvət olunmusunuz, lakin müraciətiniz qeydə alınmamışdır. Bundan irəli gələrək, mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində barənizdə qoyulmuş diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir” Göründüyü kimi, inzibati qurumun "mövcud sənədlər”i rəhbər tutaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul etməsi hüququn tətbiqi barədə vahid məhkəmə təcrübəsinə zidd olmaqla birbaşa mövcud qanunvericiliyin tələblərini pozulması hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsində göstərdiyi tələbi müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (iddia müddəti) cavab verməklə təqdim olunmuşdur. Belə ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim (elan) edilməsi, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin izah olunması müəyyən edilməmişdir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Nizami rayon RPİ-nin QMB tərəfindən 21 avqust 2024-cü il tarixdə verilmiş, 21 avqust 2025-ci il tarixədək qüvvədə olan müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, xx xxx 1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. -Tibbi-Sosial Ekspertiza və X8 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı 19 iyun 21020-ci il tarixdə “Hipertoniya xəstəliyi İİ B mərhələ kardioserebral forma, Xr h/xolesistit ZOB İİ-İİİ dar diffuz düyünlü forma tireotoksikozla. Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruziyası. Nevrasteniya. QDÇ İİ dər” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, İddiaçı 13 may 2024-cü il tarixli 3-17-4/3-3-3523/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərarın ləğv edilməsi, xx.xx.2020-ci il tzrixli 2.5.17-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatının bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair Qərar qəbul edilmişdir. Qərara əsasən: “Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 17 (on yeddi) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 9 (doqquz) nəfərinin və digər tarixə dəvət edilib lakin müayinədə iştirak etməmiş, 28 iyun tarixində müayinəyə gəlmiş daha 1 (bir) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, 8 (səkkiz) nəfər vətəndaş isə müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, xx.xx.2024-cü il tarixində müayinə sənədi təqdim etmiş 1 (bir) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 19 (on doqquz) nəfər barəsində qərar verilmiş və aşağıdakıları müəyyən etmişdir. Bərdə rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********2). Rəsmiləşdirilmiş göndərişdə diaqnoz "Hipertoniya xəstəliyi İİ B mərhələ. Kardio- serebral forma. Xroniki hepato xolesistit. Zob İİ-İİİ dərəcə. Diffuz düyünlü forma, tireotoksikozla. Fəqərələrin osteoxondrozu. L2-L5 və L4-L5 fəqərəarası disklərin posterosekteral protruzivası. Nevrasteniya. QDÇ İİ dərəcə.” şəklində qeyd edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-Z-7953/2024 nömrəli xx.xx.2024-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmiş, mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3523/2024 nömrəli qərar əsasında mövcud əlillik təyinatı ləğv edilərək, xx.xx.2020-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən köhnə məktub əsasında əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrıdan, tənginəfəslikdən şikayəti olduğunu bildirsə xəstəliyini təsdiq edən heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlət tərəfindən aparılmış əyani müayinə zamanı, düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar çəhrayı izlənilmiş, aşağı ətralarında ödem izlənilməmiş, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Vətəndaşın daha ətraflı və dəqiq müayinə edilməsi üçün DTSERA-da Transtorokal EXO-kardioqrafik müayinəyə göndərilmiş və nəticə “Aorta sərtləşib. Sol qulaqcıq cüzi genişlənib (3.9 (üç tam onda doqquz) sm). Septumun hipertrofiyası (1.3 (bir tam onda üç) sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF = 65% (altmış beş faiz)). LVOT-da sürəti yüksəlmiş axın qeyd olunur (Vmax = 3.6 (üç tam onda altı) m/san, Pmax = 54 (əlli dörd) mmHg). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR = 119 (yüz on doqquz))” şəklində qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verən ağırlaşma müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-3523/2024 nömrəli qərara əsasən təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması" barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixli 2.5.17 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı bərpa edilsin, xx.xx.2024-cü il tarixindən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin.” -İddiaçı tərəfindən cavabdehə ünvanlanan 13 iyul 2024-cü il tarixli məktubdan görünür ki, fizioloji göstəricilərinə uyğun olaraq barəsində daha əvvəl müəyyən edilmiş üçüncü dərəcə əlilliyin bərpa edilməsinin təmin olunması xahiş edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı tərəfə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə baxılmış və və aşağıdakı məzmubda cavab verilmişdir: “Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30.12 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən. Sizə xx.xx.2020-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Siz ‘İnzibati icraat haqqında" Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixində Agentliyə qəbula dəvət olunmuşunuz Lakin müraciətiniz qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barənizdə 19.06 2020-ci il tarixindən diaqnoz öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Daha sonra müraciətiniz əsasında Siz xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmusunuz Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı Sizə dair xx.xx.2024-cü il tarixindən etibarən tam reabilitasiya olunmanız barədə qərar qəbul edilmişdir. Müraciətiniz ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə; "142 Çağrı mərkəzi" ilə əlaqə saxlaya bilərsiniz; Qeydiyyatda olduğunuz ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə bilərsiniz. Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafıkləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən aldığınız məlumatlar Sizi qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə" əldə etməklə ünvan 2 ünvanına qəbul üçün müraciət etməyiniz tövsiyə olunur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı qiymətləndirmə nəticəsində xx.xx.2020-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edək ki, X7 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində aparılan araşdırma əsasında İddiaçı əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasında əyani müayinəsinin həyata keçirilməsi zərurəti yaranmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Z-7953/2024 nömrəli bildiriş məktubu əsasında xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən əyani komissiyaya dəvət edilmiş, təqdim edilmiş tibbi sənədlər də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmişdir. Müayinə nəticəsində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərarqəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh inzibati orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı halda iş materiallarından görünür ki, məhkəmənin “təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq cavabdeh qurum əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında da oxşar mövqe əks etdirilmişdir. Belə ki istinad olunan Qərarın 44-cü bəndində qeyd edilmişdir ki, icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə istinad olunan qərarda müəyyən edilən hallardan çıxış edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan istər xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 3523/2024-cü il tarixli qərarında (iddiaçının diqanozunun təsdiqini tapmaması əsası ilə təyin edilmiş əlilliyin ləğv edilməsinə dair), istərsə də, sonuncu xx.xx.2024-cü il tarixli (iddiaçının tam reabilitasiya olunması barədə) qərarlarında əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək Tibbi-Sosial Ekspert Komissiyasının 13 may 2024-cü il və 28 iyun 2024-cü il tarixli qərarları İddiaçı aid hissədə ləğv olunmalı və iddiaçının əlillik dərəcəsi ləğv edildiyi tarixdən bərpa edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial EkspertKomissiyasının 13 may 2024-cü il və 28 iyun 2024-cü il tarixli qərarları İddiaçı aid hissədə ləğv olunsun. İddiaçının əlillik dərəcəsi ləğv edildiyi tarixdən bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar