Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2580/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və daimi yaşamaq üçün icazənin müddətinin uzadılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və daimi yaşamaq üçün icazənin müddətinin uzadılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarilxi ******* nömrəli qərarının ləğv edilməsi, sonuncunun üzərinə İslam Respubliksaı vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 iyul 2023-cü il tarixdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Müraciətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakım mövcuddur, faktiki nikahdan azyaşlı övladı var, uzun illərdir ki, vergi orqanlarında qeydiyyatda olmaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşul olur və bu səbəbdən də, daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarına əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti təmin edilməmiş, B97427600 nömrəli passport malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, İddiaçı 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və öhdəliyin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmiş, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 26076 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə istinad olmuşdur ki, hesab edirlər ki, qərar tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsində konkret olaraq şəxsə Azərbaycan Respublikasında daimi yaşamq üçün icazə verilməməsi (müddəti uzadılmır) və ya verilmiş icazənin isə ləğv edilməsi halları göstərilmiş olsa da, Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının yalnız Miqrasiya Məcəlləsinin 55-ci maddəsini göstərməklə kifayətlənmiş, həmin maddədə nəzərdə tutulmuş hansı hala görə şəxsi icazəsinin ləğv edilməsini göstərməmiş və ümumiyyətlə qərar əsaslandırılmamışdır. Belə olan halda hesab etmək olar ki, İddiaçı maddədə nəzərdə tutulmuş 14 halın hər birisini törətmişdir ki, bu da, tamamilə absurd və əsassızdır. Ona görə də, hesab edirlər ki, Xidmətin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı əsassızdır, heç bir əsaslandırma yoxdur. Qeyri-rəsmi nikahdan 27 sentyabr 2021-ci il təvəllüdlü övladı X3 vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, ev 22 A, 31 nömrəli 68 kv.m-dən ibarət mənzil onun mülkiyyətindədir. Bundan başqa, Azəbraycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-ə əsasən Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən DYİ müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətinə baxılarkən, iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılmış və komissiya tərəfindən mənfi rəy verilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və onun vəkili məhkəmə iclasında iştirak etməmişdir. İştirak etməmələrinin səbəbləri barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və onun vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. xx.xx.1972-ci il təvəllüdlü X7 DYİ seriyalı ******* nömrəli pasporta əsasən İran İslam Respublikasının vətəndaşıdır.
8. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 422653 nömrləi “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”yə əsasən X7 Alı xx.xx.2021-ci ildə doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 556 nömrə ilə qeyd edilmişdir.
9. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəsi (VÖEN) əldə etmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, ev 2 a, mənzil 31 ünvaında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Esmaeil X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.
11. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli 08 sentyabr 2023-cü il tarixli qərarına əsasən 30 oktyabr 1972-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasına dair 27 iyul 2023-cü il tarilxi 304472/m nömrəli müraciətinə baxaraq müəyyən edilmişdir ki, İddiaçı 27 iyul 2023-cü il tarixli müraciətində Azərbaycan Respublikasında daşınmaz əmlakının olması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müraciətinə imtina edilməsi üçün hüquqi əsasların mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddələrini rəhbər tutaraq, İran İslam Respublikası vətəndaşı İddiaçı 27 iyul 2023-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilibkeçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
20. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
21. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin 08 sentyabr 2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair inzibati məhkəmə icraatı qaydasında xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır.
22. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
24. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı cavabdehin 08 sentyabr 2023cü il tarixli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmsaından imtina olunması haqqında qərarını mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçı İran İslam Respublikası vətəndaşı İddiaçı 27 iyul 2032-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respubliksaının ərazisində daimi yaşamaq üçün verilmiş icəzəsi ləğv edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, aparılmış icraat nəticəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən şəxsin daimi yaşamaq üçün müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsas yaranmışdır. Məhkəmə təqdim edilmiş etiraz ərizəsində əlavə olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılması və komissiya tərəfindən mənfi rəy verildiyi bildirilmişdir. Bununla bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
25. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, bununla da, dolayısı ilə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən hazırkı iddia rədd edilməlidir.
27. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.
28. Göründüyü kimi, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir.
29. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
30. Hazırki qərarın yuxarı hissəsində göstərilmiş qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.
31. Məhkəmə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva