Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2581/2024 15.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması və artıq hesablanmış vergi məbləğlərinin silinməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********388800 nömrəli “İnzibati şikayətin təmin olunmaması” haqqında qərarın və xx.xx.2023-cü il tarixli **********259300 nömrəli xx.xx.2023-cü il tarixli **********711400 nömrəli xx.xx.2023-cü il tarixli **********992400 nömrəli xx.xx.2023-cü il tarixli **********927800 nömrəli qərarla kameral vergi yoxlaması haqqında qərarların ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən onun icarəyə götürdüyü obyektdə qərəzli şəkildə bir neçə dəfə operativ nəzarət tədbiri həyata keçirilmişdir. Pandemiya dövründə 12 ay içərisində 3 dəfə operativ vergi nəzarətinin həyata keçirilərək onun obyektində həm mal qalığının sayılması, işçilərin əmək müqaviləsinin olub olmaması, xronometraj müşahidə və əhali ilə nağd hesablaşmalara riayət olunması ilə əlaqədar yoxlamalar keçirilmişdir. İlk yazılan cərimə ilə razılaşdıqdan sonra vergi orqanı 15 gün sonra təkrar yoxlama açdı. Yenidən əlavə olaraq cərimələr tətbiq etdi. Tərəfindən vergi orqanının mərkəzi aparatına şikayət məktubları göndərildi. Vergi orqanının Mərkəzi Aparatı tərəfindən aparılan araşdırma zamanı Baş idarənin əməkdaşlarının qanunsuz fəaliyyətlərinin olduğu müəyyən edildi və ona yazılan cərimələr ləğv olundu. Cərimələrin ləğv olunması ilə bağlı qərar qəbul edildikdən cəmi 1 ay sonra Baş İdarə təkrar yoxlama açdı və maliyyə sanksiyaları tətbiq etdi. Tərəfindən maliyyə sanksiyaları dövlət büdcəsinə ödənildikdən sonra Baş idarə tərəfindən əlavə olaraq kamera vergi yoxlaması qaydasında xx.xx.2023 cü il tarixli, **********259300 nömrəli, xx.xx.2023-cü il tarixli **********711400 nömrəli, xx.xx.2023-cü il tarixli **********992400 nömrəli, xx.xx.2023-cü il tarixli **********927800 nömrəli qərarla ona 5878.77 əsas, 1857.51 faiz manat əlavə vergi məbləği hesablamaşdır. Baş idarə tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməlidir. Onun xronometrajla əhatə olunmuş dövriyyəm sadəcə həmin dövrü əhatə etməkdədir. Bayram ərəfəsində keçirilmiş xronometraj müşahidə bir neçə gün sonra kəskin azalır. Baş idarə tərəfindən onun faktiki fəaliyyətinin olmadığı dövrlərə belə hesablama edilmişdir. Pandemiyada heç bir işçini işdən çıxarmadan aylıq əmək haqqı tərəfindən ödənilmiş və çox ciddi maliyyə itkilərinə məruz qaldığı bir dövrdə Baş idarə tərəfindən ona qarşı edilən bu hərəkətlər Vergi Məcəlləsinin 3.10-cu maddəsində göstərilən “Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir” müddəasına tamam tərsdir. Belə ki, həmin acınacaqlı dövrdə bu formada sahibkarın incidilməsi yol verilməzdir və bu yoxlamalardan sonra kredotorların qarşısında böyük borcla birlikdə fəaliyyətini dayandırmalı olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********259300 nömrəli, xx.xx.2023-cü il tarixli **********711400 nömrəli, xx.xx.2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv olunması və həmin qərarlar ilə İddiaçı artıq hesablanmış vergi məbləğlərinin silinməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “vergi orqanı tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli **********686300 nömrəli, **********653100 nömrəli, **********653100 nömrəli və 07 iyul 2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv olunması və həmin qərarlar ilə İddiaçı artıq hesablanmış vergi məbləğlərinin silinməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “vergi orqanı tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli **********686300 nömrəli, **********692200 nömrəli, **********653100 nömrəli və 07 iyul 2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv olunması və həmin qərarlar ilə İddiaçı artıq hesablanmış vergi məbləğlərinin silinməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əsas fəaliyyət növü poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satışından ibarətdir. Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 24669.40 manat) müşahidələrin nəticələrindən 24669.40 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat azdır. Eyni zamanda vergi ödəyicisinin təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0.00 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 1800.00 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********717600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 1837.89 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılan araşdırma zamanı 2022-ci ilin 2-ci rüb Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 10572.60 manat) müşahidələrin nəticələrindən 10572.60 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2625.00 manat olması, 2022-ci ilin 3-cü rüb təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2625.00 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, 2022-ci ilin 4-cü rüb Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 24669.40 manat) müşahidələrin nəticələrindən 24669.40 manat az olması, Təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2- ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 520.00 manat az olması nəticəsində kameral hesablamalar aparılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********671300 nömrəli, xx.xx.2022-ci il tarixli **********609800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci ilin 2-ci, 3-cü , 4-cü rüb Sadələşdirilmiş vergi bəyannamələri üzrə müvafiq olaraq 1 653.83 manat, 1 988.63 manat, 1641.07 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********686300 nömrəli, **********692200 nömrəli, **********653100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə məktubla vergi orqanına müraciət etməmişdir. Bu hal isə keçirilmiş xronometraj vergi yoxlamasının nəticəsi ilə razılaşması kimi qəbul edilə bilər. Vergi Məcəlləsinin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 50-1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqışı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqışı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqışı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-1313/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət etməmişdir. Cavabdeh də Vergi Məcəlləsinin 37.5-ci maddəsinə uyğun olaraq qərarlar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Cavabdeh iddiaya dair yazılı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli **********259300, xx.xx.2023-cü il tarixli **********927800 və xx.xx.2023-cü il tarixli **********711400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ yuxarıda qeyd edilən qərarların ləğv edilməsi üçün Dövlət Vergi Xidmətinə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli, **********255500 nömrəli) inzibati şikayətin araşdırılmasına dair müraciət edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023cü il tarixli **********598700 nömrəli Qərar qəbul edilmiş və həmin qərar iddiaçıya elektron qaydada göndərilmişdir. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********598700 nömrəli qərarının mübahisələndirməsi ilə bağlı prosessual müddət ötürüldüyündən iddia mümkünsüz hesab edilməlidir. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********598700 nömrəli Qərar xx.xx.2023-cü il tarixdə elektron qaydada göndərilmiş və sənəd xx.xx.2023-cü il tarixdə saat 9:29-da onun tərəfindən oxunmuşdur. xx.xx.2023-cü il tarixli **********992400 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərar iddiaçıya xx.xx.2023-cü il tarixdə elektron qaydada göndərilmiş və sənəd xx.xx.2023-cü il tarixdə saat 12:07-də onun tərəfindən oxunmuşdur. Lakin iddiaçı tərəf Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəf iddia vermək üçün prosessual müddəti ötürülmüşdür. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməlidirlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan əlavə, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə işində elektron üsulla vergi ödəyicisinə göndərilmiş qərarların oxunması ilə bağlı mövcud olmuş mübahisə üzrə inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-60/2023 nömrəli qərarında məhkəmə kollegiyasının oxunma ilə bağlı məsələyə dair hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-60/2023 nömrəli qərarında qeyd olunur: “Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. ’’ Bundan əlavə qərarda qeyd olunur ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Vergi orqanı tərəfindən keçirilən yoxlamalar kameral və səyyar ola bilər. Kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən vergi orqanı tərəfindən yerlərə getmədən keçirilir. Vergi Məcəlləsinin 38-49-cu maddələrindən göründüyü kimi kameral vergi yoxlamasının əksinə səyyar vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getməklə keçirilir. Səyyar vergi yoxlamasının xarakterindən irəli gələrək vergi ödəyici və vergi orqanı yoxlama zamanı daim birbaşa əlaqədə olur və vergi ödəyicisi yoxlamanın hər bir mərhləsindən, yoxlama zamanı qəbul edilmiş bütün aktlardan xəbərdar olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin tələblərinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərəfindən İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli **********992400, xx.xx.2023-cü il tarixli **********259300, xx.xx.2023-cü il tarixli **********927800 və xx.xx.2023-cü il tarixli **********711400 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiasının İPM-də nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən mümkünsüz sayılması xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********927800 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 1110,10 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********992400 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İ rüb 2023) 1837,89 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********711400 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 1568,27 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********259300 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 1286,33 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********686300 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İİ rüb 2022) 1653,83 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********692200 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İİİ rüb 2022) 1988,63 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********653100 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İV rüb 2022) 1641,07 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********388800 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********259300, **********942900 nömrəli və xx.xx.2023-cü il tarixli **********711400 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı fəaliyyəti və ünvan 1 ünvanında analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyiciləri üzrə vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********7839 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı məxsus “Brend Ucuzluq” obyektində xx.xx.2021-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211575156 saylı xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı məxsus “Brend Ucuzluq” obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktlarının aşkar olunması (VM maddə 50-1.1.2) səbəbi ilə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. DVX seriyalı 002809 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, 653,40 manat təşkil etmişdir. DVX seriyalı 002810 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, 1025 manat təşkil etmişdir. DVX seriyalı 000447 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, 613,30 manat təşkil etmişdir. DVX seriyalı 000440 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, 555,30 manat təşkil etmişdir. DVX seriyalı 000448 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, 1157,8 manat təşkil etmişdir. DVX seriyalı 000444 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, 1281 manat təşkil etmişdir. DVX seriyalı 000445 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində orta günlük dövriyyə 881,05 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı məxsus “Brend Ucuzluq” obyektinin fəaliyyəti yenidəntəşkil, müvəqqəti dayanma, təşkilati-hüquqi formanın dəyişdirilməsi səbəbi ilə xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Odur ki, iddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Qərarların qanunamüvafiq şəkildə təsdiq edilmiş formada iddiaçıya təqdim edilməsi vaxtı müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3 vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********686300 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İİ rüb 2022) 1653,83 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********692200 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İİİ rüb 2022) 1988,63 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********653100 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı (hesabat dövrü: İV rüb 2022) 1641,07 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. İddia tələbinin cavabdeh qurumun xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” sözügedən qərarlarınin ləğv edilməsi hissəsinə münahibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” **********7839 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı məxsus “Brend Ucuzluq” obyektində xx.xx.2021-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmış, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu zaman iddiaçı da iştirak etmiş, tərtib edilmiş gündəlik aktları imzası ilə təsdiq etmiş, hər hansı bir irad və ya narazılıq bildirməmişdir. Habelə, xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra iddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etməmişdir. Göründüyü kimi, iddiaçının 29 dekabr 2022-ci il tarixədək fəaliyyəti dayandırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********686300 saylı, **********692200 saylı və **********653100 saylı qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. İddia tələbinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********992400 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, cavabdeh qurum tərəfindən sözügedən qərarla iddiaçının xx.xx.2022-ci il tarixdən fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərmədiyi dövr (hesabat dövrü: İ rüb 2023) üçün ona 1837,89 manat sadələşdirilmiş vergi məbləği hesablanmış, bununla da Vergi Məcəlləsinin 37.5-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********992400 №-li qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova