Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-259/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50,599.34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X2 görünür ki, fərdi sahibkarın hazırkı tarixə vergilər üzrə 50,599.34 manat artıq ödəməsi mövcuddur. İddiaçı qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh vergi orqanına xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ərizələr ilə müraciət etsə də, cavabdeh vergi orqanı qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən imtina edir. Belə ki, cavabdeh hesab etmişdir ki, iddiaçı ilə vergi orqanı arasında xx.xx.2014-cü il tarixli partnyorluq sazişi bağlanmış və təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız olmuşdur. Belə ki, vergi partnyorluğu sazişi - vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır (Vergi Məcəlləsinin 13.2.49-cu maddəsi) və şəxsi hesab vərəqəsində yaranmış artıq vergi ödəməsinin qaytarılmasından bu əsasla imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edim ki, əgər vergi ödəyicisinin vergi bəyannamələrində hər hansı uyğunsuzluq mövcud olmuşdursa, vergi orqanı bununla bağlı səyyar və ya kameral vergi yoxlaması həyata keçirmək hüququna malik olmuşdur. Bundan başqa, Vergi Məcəlləsinin: 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: - digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (87.1.1); - vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (87.1.2). 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2-ci maddəsinə əsasən digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Sadalanan normalardan aydın olduğu kimi, artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə olan ƏDV ödəyicilərinə münasibətdə 20 gün, digər ƏDV ödəyicilərinə münasibətdə 4 ay, ƏDV ödəyicisi olmayan digər vergi ödəyicilərinə münasibətdə isə 45 gün müddətində qaytarılır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş“Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının: 2.1-ci maddəsinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 2.1-ci bəndində tələbetmə üçün müəyyən olunmuş müddətə daxil edilmir. 3.1-ci maddəsinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına.... müraciət etməlidir. 4.1-ci maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: - vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər (4.1.1); - vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər (4.1.2); - Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər (4.1.3). 4.8-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Yuxarıda sadalananlardan belə nəticə əldə olunur ki, vergi ödəyicisi artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası məbləğlərinin geri qaytarılması məqsədilə AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş formaya uyğun ərizə ilə vergi orqanına müraciət edir və sonuncu isə ərizənin daxil olduğu gündən qanunla müəyyən edilmiş müddət ərzində müvafiq rəyi tərtib edərək maliyyə orqanına göndərir. Hazırkı işin hallarından görünür ki, İddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə və müraciətin üzərindən qanunla müəyyən edilmiş 4 aylıq müddətin ötməsinə baxmayaraq, sonuncu Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi bügunki tarixədək tərtib etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınaraq hesab edilir ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 50,599.34 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır.
3. Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən təqdim edilmiş “cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə” yazılı vəsatətdə qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi cavabdehlər sırasından çıxarılmalı və cavabdeh əsl cavabdeh olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməlidir. Belə ki, İqtisadiyyat nazirinin 28 dekabr 2021-çi il tarixli F-177 nömrəli və 22 avqust 2023-cü il tarixli 3-21/3-1 -F-131/2023 nömrəli əmrlərində dəyişiklik edilməsi haqqında 27 dekabr 2023-cü il tarixli 3-21/3-1-F-187/2023 nömrəli Əmrin 1.2-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin adı dəyişdirilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi kimi müəyyən edilmişdir. Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin artıq ödəmənin geri qaytarılması ilə bağlı hərəkətlərin edilməsi səlahiyyəti yoxdur. Eyni zamanda bildiririk ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır. Qeyd olunanlarla əlaqədar olaraq, vergi ödəyicisi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olduğundan və Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin artıq ödəmənin geri qaytarılması səlahiyyəti olmadığından cavabdeh əsl cavabdehlə əvəz edilməlidir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənləri nəzərə alaraq, qeyd edilən iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatətinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
4. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən “yeni cavabdehin cəlb edilməsi” yazılı ərizədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati məhkəmə icraatında birgə cavabdeh qismində nəzərə alınmışdır.
6. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə ərizə təqdim iş üzrə yeganə cavabdeh qismində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nəzərə alınmasını xahiş etmişdir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin cavabdeh qismində iştirakına xitam verilmişdir.
8. Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddədə müvafiq icra hakimiyyəti qismində Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001 -ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 3.1-ci bəndinə görə, vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Beləliklə, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Yuxarıda qeyd olunanlara uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici müddəti müəyyən edərkən artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar 5 illik müddətin axımının başlanmasını artıq ödəmənin yaranma anı ilə şərtləndirir. İddiaçı X2 isə görünür ki, iddiaçı barəsində artıq ödəmənin yaranma tarixi xx.xx.2014-cü il müəyyən edilmişdir. Bu halda 5 illik tələbetmə müddətinin axımı həmin tarixdən hesablanmalıdır. Lakin iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizə ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Beləliklə artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin bildirilir ki, iddiaçının artıq ödəmələrin qaytarılması barədə xx.xx.2022-ci il tarixli **********241500 nömrəli, **********885600 nömrəli, **********871100 nömrəli müraciətləri əsasında vergi orqanı tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı sərbəst iradə ifadə edərək inzibati orqanla qeyd olunan sazişi bağlamış və razılaşdırılmış vergi məbləğini dövlət büdcəsinə ödəməklə vergi risklərini minimuma endirmək niyyətini həyata keçirmişdir. Bu zaman vergi ödəyicisi ödədiyi vergi məbləğinə uyğun vergi hesabatlarını təqdim etməyə borclu olduğu halda buna əməl etməmiş, nəticədə süni şəkildə artıq ödəmə məbləği yaratmağa nail olmuşdur. Bundan əlavə vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizə ilə müraciət edildiyi müəyyən edilmişdir. Bu da bir daha sübut edir ki, vergi ödəyicisi könüllü şəkildə sazişdən irəli gələn öhdəliklərin icrasını davam etdirmişdir. Lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin müraciətinə əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə Ərizədə artıq ödəmənin ödəniş tarixinin, məbləğinin və yaranma səbəbinin düzgün qeyd olunmadığı müəyyən edilmiş və bununla əlaqədar xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub göndərilmişdir. Lakin iddiaçı yenə də qeyd olunan məlumatları düzgün şəkildə vergi orqanına təqdim etməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbinin əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanskiyalarının qaytarılması barədə Ərizəyə əsasən: Vergi ödəyicisinin adı: İddiaçı Vergi ödəyisinin VÖEN-i: ********** Artıq ödəmənin yaranma tarixi: xx.xx.2019 Artıq ödəmənin Artıq ödəmənin Tədiyyə Artıq ödəmənin Artıq ödəmənin məbləği adı kodu ödənilmə tarixi yaranma səbəbi (manatla) 0300-Əlavə əvvəlcədən 114111 20210524 62128,03 dəyər vergisi ödənilmiş vergilər Artıq ödəmənin 62128,03 cəmi
10. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanskiyalarının qaytarılması barədə Ərizəyə əsasən: Ərizə təqdim edilən vergi orqanının adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi ödəyicisinin adı: İddiaçı Vergi ödəyisinin VÖEN-i: ********** Ərizınin tərtib edilmə tarixi: xx.xx.2022 Artıq Artıq Artıq Tədiyyə ödəmənin ödəmənin ödəmənin Artıq ödəmənin yaranma səbəbi kodu ödənilmə məbləği adı tarixi (manatla) Aylıq olaraq yaranan vergi öhdəliyindən artıq vergi ödəmişəm. Vergi ödənişlərim iqtisadi cəhəddən əsaslandırılmadan aylıq olaraq zəng və təsiredici Əlavə tələblərlə 1500 manat ödəniş etmək prinsipi üzərində dəyər 114111 xx.xx.2019 50,000 qurulmasından artıq vergi ödənişi yaranıb. Vergi sistemi vergisi sahibkarlıq və ivestisiya fəaliyyətini təşviq etməlidir. Təəssüf ki, həmin dövr əksinə olub və mən zərər edərək borclanmışam.
11. Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan “müraciətə baxılması barədə” xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə" elektron ərizə formasında artıq ödəmənin yaranma tarixi, artıq ödəmənin ödənilmə tarixi və artıq ödəmənin yaranma səbəbi düzgün qeyd edilməmişdir. Bununla əlaqədar olaraq artıq ödəmənin qaytarılması məsələsinə baxılması mümkün olmamışdır.
12. Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan “müraciətə baxılması barədə” xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması, xx.xx.2015-ci il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamnı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Göstərilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyi dör üzrə dövriyyə məlumatlarını Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi tövsiyyə olunur.
13. İddiaçı (VÖEN: **********) məxsus Şəxsi hesab vərəqəsi iş materiallarına əlavə olunmuşdur.
14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində mövcud olan 50,599.34 manat artıq ödəmə hansı tarixdən yaranıb (hansı dövr aralığında edilmiş ödənişlərdən, hesablamalardan və azalmalardan təşkil edildiyi ətraflı göstərilməklə)? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləği nə qədərdir? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləği nə qədərdir?
15. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/8937 nömrəli Ekspert Rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan şəxsi hesab vərəqəsinə əsasən, 50.599,34 manat məbləğində artıq ödəmə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək (şəxsi hesab vərəqsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. Bundan başqa qeyd edilir ki, X2 göründüyü kimi, aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla vergi ödəyicisinin xx.xx.2016-cı il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləği 17.424,09 (50.599,34 (xx.xx.2022-ci il tarixə artıq ödəniş) - 33.175,25 (xx.xx.2016-cı il tarixə artıq ödəniş)) manat artmış, xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə isə artıq ödəmə məbləği 7.196,81 (57.796,15 (xx.xx.2017-ci il tarixə artıq ödəniş) – 50.599,34 (xx.xx.2022-ci il tarixə artıq ödəniş)) manat azaldılmışdır.
16. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində mövcud olan 50.599,34 manat artıq ödəmə hansı tarixdən yaranıb (hansı dövr aralığında edilmiş ödənişlərdən, hesablamalardan və azalmalardan təşkil edildiyi ətraflı göstərilməklə)? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləği nə qədərdir? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə artıq ödəmə məbləği nə qədərdir? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixə mövcud olan 62,128.03 manat artıq ödəmə hansı tarixdən yaranıb? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixə mövcud olan 62,128.03 manat artıq ödəmə hansı əməliyyatlar nəticəsində formalaşmışdır (hansı dövr aralığında edilmiş ödənişlərdən, hesablamalardan və azalmalardan təşkil edildiyi ətraflı göstərilməklə)? - İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixə mövcud olmuş 33,175.25 manat artıq ödəmə məbləği xx.xx.2016-cı il tarixdən sonra baş tutumuş hesablama əməliyyatlarına silinmişdirmi?
17. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/3950 nömrəli Ekspert Rəyində qeyd edilmişdir: Təqdim edilmiş iş materiallarında olan X2 göründüyü kimi, 50.599,34 manat məbləğində artıq ödəmə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək (şəxsi hesab vərəqsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. İş materiallarında olan X2 göründüyü kimi, xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında 57,987.43 manat ödəniş,18,374.32 manat azalma, 47,408.97 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Eyni zamanda şəxsi vərəqəyə əsaən xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 33.175,25 manat artıq ödəməsi olmuşdur. Tədqiqatla şəxsi vərəqə üzrə xx.xx.2016-cı il tarixə mövcud olan 33.175,25 manat artıq ödəmənin xx.xx.2016-cı il tarixdən sonrakı tarixlər üzrə 47,408.97 manat məbləğində aparılmış hesablamalara silindiyi və nəticədə hesablama üzrə ümumilikdə 14,233.72 manat vergi öhdəliyi qaldığı müəyyən edilir. Qeyd edilidiyi kimi, şəxsi vərəqə məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2016xx.xx.2021-ci il tarixləri arasında 57,987.43 manat ödənişi və 18,374.32 manat azalma əməliyyatı olmuşdur. Bildirilir ki, iş materiallarında olan vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixə mövcud olmuş 62,128.03 manat artıq ödəmənin xx.xx.2016xx.xx.2021-ci il tarixləri arasında aparılmış 18,374.32 manat azalma və 57,987.43 manat ödəmələrin cəmindən, dövr ərzində yaranmış 14,233.72 manat vergi öhdəliyi nəzərə alındıqdan sonra yarandığı müəyyən edilir. (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə) Əlavə olaraq qeyd edilir ki, şəxsi vərəqə üzrə yaranmış artıq ödəmə, ödəniş və ƏDV üzrə azalma əməliyyatlarının cəmindən formalaşdığı müəyyən edilir.
18. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş “xx.xx.2024-cü il tarixli ekspert rəyinə dair” Mülahizədə qeyd edilmişdir ki, göründüyü kimi ekspert rəyində də təsdiq edilmişdir ki, xx.xx.2021-ci il tarixə mövcud olmuş 62.128,03 manat vergilər üzrə artıq ödəmə məhz xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında baş vermiş əməliyyatlar nəticəsində formalaşmış və vergi orqanının dəlilinin əksinə olaraq 2014-cü il tarixdə mövcud olmuş artıq ödəmə məbləğləri sonrakı tarixlərdə baş tutmuş hesablamalara silinmişdir. Başqa sözlə desək, şəxsi hesab vərəqəsində öz əksini tapan 50.599,34 manat vergilər üzrə artıq ödəmənin qaytarılması üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddəti ötməmişdir. Digər yandan ekspert rəyində də qeyd edildiyi kimi xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında 57.987,43 manat ödəniş və 18.374,32 manat azalma əməliyyatı olmuşdur ki, bu da özlüyündə tələb edilən 50.599,34 manat artıq ödəmənin məhz həmin tarix aralığında yarandığını göstərən bariz sübutdur.
19. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
20. İddia tələbi vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi ilə bağlıdır. Həmin rəy iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
21. İddianın növü məcburetmə növündə iddiadır.
22. Məhkəmə hesab edir ki, hazırda da iddiaçının şəxsi vərəqəsində artıq ödəmə mövcuddur və vergi orqanının mövqeyi həmin artıq ödəmənin yaranma tarixi (2014-cü il olmaqla) əsası ilə geri qaytarılmamalı olmasıdır.
23. İddiaçının sonuncu müraciəti xx.xx.2023-cü il tarixlidir, həmin müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş, əvvəlki yazışmalarda olduğu kimi hüquqi müdafiə vasitələri izah edilməmişdir.
24. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
25. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində vergi uçotunda olmuşdur. Buna baxmayaraq iddiaçının hazırki vergi uçotu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindədir. Belə olan təqdirdə iddiaya cavab verməli orqan barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında fikir ayrılığı mövcud olmuşdur. Nəticədə məhkəmə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanaraq hazırki iş üzrə iddiaya cavab verməli orqan məsələsinə münasibət bildirilməsi tələb olunmuşdur.
26. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd edilən iş üzrə iddia tələbini təşkil edən artıq ödəmənin qaytarılması barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi (əvvəlki adı Bakı şəhəri X4 üzrə Baş İdarəsi) tərəfindən verildiyi üçün iddiaya cavab verməli olan orqan həmin Baş İdarədir.
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin Əsasnaməsi (Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli 3-21/3-1-F-157/2024 nömrəli əmri ilə təsdiq edilmişdir):
6. Baş idarənin strukturuna daxil olan idarələrin, şöbələrin və bölmələrin vəzifələri və hüquqları 6.2. İqtisadi təhlil idarəsinin hüquqları aşağıdakılardır: 6.2.2. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş və ya onlardan düzgün tutulmayan vergi, habelə sığorta haqları, faiz, maliyyə sanksiyası, inzibati cərimə məbləğlərinin qaytarılması halları ilə əlaqədar vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə aidiyyəti üzrə təqdim edilməsi üçün təkliflər hazırlamaq; 6.4.3. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş və ya onlardan düzgün tutulmayan vergi, habelə sığorta haqları, faiz, maliyyə sanksiyası, inzibati cərimə məbləğlərinin qaytarılması halları ilə əlaqədar vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə aidiyyəti üzrə təqdim edilməsi üçün təkliflər hazırlamaq; 6.6.2. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş və ya onlardan düzgün tutulmayan vergi, habelə sığorta haqları, faiz, maliyyə sanksiyası, inzibati cərimə məbləğlərinin qaytarılması halları ilə əlaqədar vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə aidiyyəti üzrə təqdim edilməsi üçün təkliflər hazırlamaq;
28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi (Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli 3-21/3-1-F-157/2024 nömrəli əmri ilə təsdiq edilmişdir):
3. Baş idarənin vəzifələri 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.42. Artıq ödənilmiş və ya düzgün tutulmamış vergilərin, dövlət rüsumunun, sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin, eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin məbləğlərinin qaytarılması və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi ilə əlaqədar vergi ödəyicilərindən daxil olmuş müraciətlərə bu sahədə qəbul edilmiş normativ hüquqi aktların və Dövlət Vergi Xidmətinin normativ sənədlərinin tələblərinə uyğun baxmaq, habelə artıq ödənilmiş və düzgün tutulmamış vəsaitlərin əvəzləşdirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək, səyyar vergi yoxlamasının aparılması barədə aidiyyəti üzrə təqdim etmək, vəsaitlərin geri qaytarılması halında bu barədə müvafiq rəylərin hazırlanmasını və maliyyə orqanlarına, həmçinin müvafiq sosial təminatı və müdafiəni həyata keçirən orqana göndərilməsini təmin etmək;
29. Məhkəmə vergi orqanlarına aid əsasnamələrin məzmununun təhlilinə əsasən müəyyən edir ki, artıq ödənilmiş vergi məbləğləri ilə bağlı münasibətlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin səlahiyyəti (vəzifələri və hüquqları) vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləğinin qaytarılması halları ilə əlaqədar vergi nəzarəti tədbirlərinin keçirilməsi barədə təkliflərin hazırlanması ilə məhdudlaşır, artıq ödənilmiş vergi məbləğlərin qaytarılması barədə rəylərin hazırlanması Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin səlahiyyətləri (vəzifələri və hüquqları) sırasında nəzərdə tutulmamışdır. Buna baxmayaraq “vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərin qaytarılması barədə rəyin verilməsi” Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsində (3.0.42) birbaşa olaraq “baş idarənin vəzifəsi” kimi müəyyən edilmişdir.
30. Məhkəmə eyni zamanda müəyyən edir ki, İddiaçı hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır (vergi orqanı tərəfindən təqdim olunmuş “Fiziki şəxs haqqında məlumat”a əsasən).
31. Məhkəmə nəzərə alır ki, məhkəmə qərarı icra keyfiyyətinə malik olmalıdır və iddia tələbində nəzərdə tutulmuş “artıq ödənilmiş vergi məbləğlərin qaytarılması barədə rəylərin hazırlanması” Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin səlahiyyətində olmadığından və vergi ödəyicisi (İddiaçı) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotunda olduğundan iddia təmin oldunduğu təqdirdə belə məhkəmə qərarının Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən icrası mümkün deyildir.
32. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaya cavab verməli orqan (vergi orqanı kimi Dövlət Vergi Xidmətinin timsalında) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
33. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
34. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
35. Vergi Məcəlləsindən: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; 24.1. Vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 179.1. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarından: 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.
İV. Məhkəmənin mövqeyi
37. İddiaçı şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsini tələb etmişdir.
38. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin (eləcə də faizlərin və maliyyə sanksiyalarının) məbləğinin qaytarılmasını (və ya əvəzləşdirilməsini) tələb etmək hüququ qanunvericiliklə müəyyən edilmişdir və qanunverici həmin hüququn realizə edilməsi üçün müddət müəyyən edərkən artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar 5 illik müddətin axımının başlanmasını artıq ödəmənin yaranma anı ilə şərtləndirir. Odur ki, hazırki iş üzrə mübahisənin düzgün həlli üçün 1) vergi ödəyicisi tərəfindən qaytarılması tələb olunan olunan artıq ödənilmiş verginin məbləği, 2) vergi ödəyicisi tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilmə vaxtı, 3) tələb olunan artıq ödəmənin yaranma anı müəyyən edilməlidir.
39. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri X4 üzrə Baş İdarəsi İddiaçı münasibətdə artıq ödəmənin xx.xx.2014-cü il tarixdə yarandığını, 5 illik tələbetmə müddətinin axımının həmin tarixdən hesablanmalı olduğunu bildirmiş və vergi orqanına xx.xx.2021-ci il tarixdə müraciət edildiyi üçün artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən ötürüldüyünü əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir.
40. Məhkəmə nəzərə alır ki, İddiaçı vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizə ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir (qeyd edilən fakt işin mübahisəsiz halıdır). Hazırki iddia tələbi üzrə mübahisələndirilən hal isə vergi ödəyicisi tərəfindən tələb olunan artıq ödəmənin yaranma anı və yaranmış artıq ödəmənin məbləği ilə bağlıdır.
41. Odur ki, məhkəmə İddiaçı şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixə mövcud olan artıq ödəmənin yaranma tarixinin və yaranmış artıq ödəmə üzrə tələb etmə müddətinin ötüb-ötməməsinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/3950 nömrəli Ekspert Rəyində qeyd edilmişdir: Təqdim edilmiş iş materiallarında olan X2 göründüyü kimi, 50.599,34 manat məbləğində artıq ödəmə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixədək (şəxsi hesab vərəqəsinin yazılış qrafasındakı son tarix) olan dövr aralığında aparılan ödənişlər, hesablamalar və azalmalar nəzərə alınmaqla yaranmışdır. Həmçinin qeyd edilir ki, aparılan ödənişlər, hesablamalar və azalmalar ətraflı şəkildə şəxsi hesab vərəqəsində göstərilmişdir. İş materiallarında olan X2 göründüyü kimi, xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında 57,987.43 manat ödəniş, 18,374.32 manat azalma, 47,408.97 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Eyni zamanda şəxsi vərəqəyə əsaən xx.xx.2016-cı il tarixə vergi ödəyicisinin 33.175,25 manat artıq ödəməsi olmuşdur. Tədqiqatla şəxsi vərəqə üzrə xx.xx.2016-cı il tarixə mövcud olan 33.175,25 manat artıq ödəmənin xx.xx.2016-cı il tarixdən sonrakı tarixlər üzrə 47,408.97 manat məbləğində aparılmış hesablamalara silindiyi və nəticədə hesablama üzrə ümumilikdə 14,233.72 manat vergi öhdəliyi qaldığı müəyyən edilir. Qeyd edildiyi kimi, şəxsi vərəqə məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2016xx.xx.2021-ci il tarixləri arasında 57,987.43 manat ödənişi və 18,374.32 manat azalma əməliyyatı olmuşdur. Bildirilir ki, iş materiallarında olan vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixə mövcud olmuş 62,128.03 manat artıq ödəmənin xx.xx.2016xx.xx.2021-ci il tarixləri arasında aparılmış 18,374.32 manat azalma və 57,987.43 manat ödəmələrin cəmindən, dövr ərzində yaranmış 14,233.72 manat vergi öhdəliyi nəzərə alındıqdan sonra yarandığı müəyyən edilir. (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə) Əlavə olaraq qeyd edilir ki, şəxsi vərəqə üzrə yaranmış artıq ödəmə, ödəniş və ƏDV üzrə azalma əməliyyatlarının cəmindən formalaşdığı müəyyən edilir.
42. Odur ki, məhkəmə iş materiallarına əlavə edilmiş eskpert rəyinə əsasən müəyyən edir ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş verginin qaytarılması tələbi ilə vergi orqanına müraciət edildiyi tarixə (xx.xx.2021-ci il tarixə) mövcud olmuş 62.128,03 manat vergilər üzrə artıq ödəmənin yaranma anı xx.xx.2016-cı il tarixidir və həmin artıq ödəmə məbləği xx.xx.2016-xx.xx.2024-ci il tarixləri arasında baş vermiş əməliyyatlar (ödəniş, hesablama və azalma) nəticəsində yaranmışdır. Belə ki, xx.xx.2016-cı il tarix üzrə vergi ödəyicisinin şəxs hesab vərəqəsində 33.175,25 manat vergilər üzrə artıq ödəmə mövcud olmuş; xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasında 57.987,43 manat ödəniş, 18.374,31 manat azalma, 47.408,97 manat hesablama əməliyyatı həyata keçirilmişdir (33.175,25 manat artıq ödəmə - 47.408,97 manat hesablama + 18.374,32 manat azalma + 57.987,43 manat ödəniş = 61.128,03 artıq ödəmə)
43. Məhkəmə nəzərə alır ki, İddiaçı (VÖEN: **********2) məxsus X2 aydın olur ki, xx.xx.2021-ci il tarixə yaranmış artıq ödəmə məbləği 62.128,03 manat təşkil etsə də, xx.xx.2021-ci il tarixdən sonra həyata keçirilmiş azalma, hesablama və ödəniş əməliyyatları nəticəsində hazırda mövcud olan artıq ödəmə məbləği 50.599,34 manat təşkil edir. Faiz Yazılış Əməliyyat Ödəmə Miqdar Əməliyyat adı Qalıq Artıq ödəmə üzrə tarixi növü tarixi (Manat) qalıq xx.xx.2020 Pandemiya ilə əlaqədar faiz haqq-hesabı Hesablama xx.xx.2020 62.128,03 xx.xx.2022 ÖMV 2019 2.rüb – CARİ (B) Hesablama xx.xx.2019 168,00 61.960,03 xx.xx.2022 ÖMV 2019 3.rüb – CARİ (B) Hesablama xx.xx.2019 168,00 61.792,03 xx.xx.2022 FŞGV 2019 – CARİ (B) Hesablama xx.xx.2020 61.792,03 xx.xx.2022 FŞGV 2019 – CARİ (B) / 1 Azalma xx.xx.2019 154,53 61.946,56 xx.xx.2022 FŞGV 2019 – CARİ (B) / 2 Azalma xx.xx.2019 154,53 62.101,09 xx.xx.2022 FŞGV 2019 – CARİ (B) / 3 Azalma xx.xx.2019 154,53 62.255,62 xx.xx.2022 FŞGV 2019 – DƏQİQLƏŞDİRİLMİŞ (B) Hesablama xx.xx.2020 62.255,62 xx.xx.2022 FŞGV 2019 – DƏQİQLƏŞDİRİLMİŞ (KYB) Hesablama xx.xx.2020 264,77 61.990,85 FŞGV 2019 – DƏQİQLƏŞDİRİLMİŞ (KYB) / xx.xx.2022 Hesablama xx.xx.2019 154,53 61.836,32 1 FŞGV 2019 – DƏQİQLƏŞDİRİLMİŞ (KYB) / xx.xx.2022 Hesablama xx.xx.2019 154,53 61.681,79 2 FŞGV 2019 – DƏQİQLƏŞDİRİLMİŞ (KYB) / xx.xx.2022 Hesablama xx.xx.2019 154,53 61.527,26 3 xx.xx.2022 ƏDV 2019/08 – DƏQİQLƏŞMİŞ (B) Hesablama xx.xx.2019 7.177,14 54.350,12 xx.xx.2022 MÖMV 2019/08 - DƏQİQLƏŞMİŞ (B) Hesablama xx.xx.2019 54.350,12 xx.xx.2022 ƏDV 2019/09 – ANALOJİ (B) Hesablama xx.xx.2019 3.877,73 50.472,39 xx.xx.2022 MÖMV 2019/09 – ANALOJİ (B) Hesablama xx.xx.2019 50.472,39 xx.xx.2022 Ödəmə tapşırığı - **********622702 - ƏDV Ödəniş xx.xx.2022 126,95 50.599,34
44. Cavabdehin imtinasının dəlillərinə münasibətdə məhkəmənin hazırki iş üzrə mövqeyi həm də Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2075/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli qərarına uyğundur.
45. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyi vergi orqanına müvafiq vergi ödəmələrindən artıq hər hansı məbləğin tələb edilməsini qadağan etsə də, bu və ya digər səbəbdən vergi məbləğindən artıq məbləğin ödənilməsini vergi ödəyicisinə qadağan etməmişdir. Vergi Məcəlləsinin 85, 87-ci maddələri, eləcə də “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” vergi partnyorluğu sazişini, dövriyyə məlumatlarının sazişə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsini artıq ödənilmiş vergi ödəmələrinin geri qaytarılmasından imtinaya əsas kimi nəzərdə tutmamışdır.
46. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi iş materialları ilə sübut olunduğundan məhkəmələr iddiaçıya pul vəsaitinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
47. Tələb olunan məbləğin Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə nəzərdə tutulmuş 5 illik tələb etmə müddətinin ötməməsi ekspert rəyi ilə təsdiq olunmuşdur. Ekspert rəyi şəxsi vərəqə məlumatları ilə uzlaşır.
48. Odur ki, İddiaçı məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin üzərinə qoyulmalıdır.
49. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 50.599,34 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva