Məhkəmə qərarları › İş №e-2-1(112)-2598/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2598/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2598/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı "xxxx" MMCnun nümayəndəsi və vəkili Nümayəndə Şəmkr oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********644500 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli Qərara əsasən 2021-ci ilin mənfəət vergisi üzrə 39718.0 manat əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “araşdırma zamanı 2021-ci il ərzində "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73050,0 manatlıq, "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75610,0 manatlıq, "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49930.0 manatlıq mallar alınmışdır. Həmin ödəyicilərdən əldə edilmiş elektron qaiməfakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır.” Qeyd olunan qərar ilə bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati şikayət edilmiş və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə **********546300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarda qeyd edilir ki, “araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində 964 983,4 manat dəyərində elektron qaimə-faktura əldə etməsi, bundan 198 590,0 manat hissəsində olan malların (“Echometer, Model M”, “X3, Honeywell UDİ 1700”, “Thermostat, ENDA ETC 1311”), “X5 Analyzer Model E”, “Spare Parts for Echometer (Model E, Unit: MS2510)”, “Spare Parts for Echometer (Model M, Unit: MS2500)”, “PUMP, CNS 180/340”, “PUMP, Centrefugal, D 200-90, 90KW Q=200 m3/HR P=9.0 Atm”, “PUMP, CNS 180-212”, “PUMP, CNS 180x255” və sair) elektron qaimə-fakturalarla dövrdə "Minor Group 13” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əldə edildiyi, bu vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) riskli vergi ödəyiciləri olmaları barədə xx.xx.2021-ci il tarixli **********823100 nömrəli, xx.xx.2021-ci il tarixli **********300400 nömrəli və xx.xx.2021-ci il tarixli **********792600 nömrəli qərarlar qəbul edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) elektron qaimə-fakturalar əsasında 198 590,0 manat dəyərində əldə etdiyini iddia etdiyi malların uçot baza məlumatlarına, o cümlədən əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaktlarına əsasən müəyyən edilmədiyini, yəni təsdiqedici sənədlərlə almadığı malları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satdığı, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin (mal satanların) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq səlahiyyətli nümayəndənin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elektron qaimə fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə qərarlar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.” Yuxarıda qeyd olunanları ümumiləşdirsək, belə nəticə əldə olunur ki, iddiaçı "xxxx" MMC-nin elektron qaimə-faktura əsasında ümumilikdə 198 590.0 manat dəyərində mal aldığı 3 hüquqi şəxs - "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC təqdim etdikləri malların alışına dair müvafiq təsdiqedici sənədləri olmadığına görə vergi orqanı tərəfindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxslərdən aldığı mallara münasibətdə əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi kimi qiymətləndirilməklə, 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində əks etdirdiyi 198590.0 manat xərc əsassız hesab edilməklə silinmişdir. İddiaçı hesab edir ki, cavabdeh vergi orqanının qeyd olunan dəlillər əsasında həyata keçirdiyi qiymətləndirmə və iddiaçıya bununla bağlı hesabladığı əlavə vergi məbləği aşağıda qeyd olunan səbəblərdən vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. İddiaçı ilə "Minor Group 13” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 17 nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncudan ümumilikdə 49930,0 manat dəyərində mallar alımış və satıcı tərəfindən bununla bağlı xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 602017 nömrəli elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. Qeyd olunan malların təhvil alınması ilə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı tərtib edilmişdir. İddiaçı ilə "Evras ST” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 14/21 nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncudan ümumilikdə 75610.0 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı xx.xx.2021-ci il tarixli EBBK seriyalı 022554 nömrəli elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. Qeyd olunan malların təhvil alınması ilə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli təhvil- təslim aktı tərtib edilmişdir. İddiaçı ilə "Bentika SS” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09-1 nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncudan ümumilikdə 73050 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı xx.xx.2021-ci il tarixli EBBL seriyalı 069919 nömrəli elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. Qeyd olunan malların təhvil alınması ilə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli təhvil- təslim aktı tərtib edilmişdir. Bundan başqa, "Minor Group 13” MMC xx.xx.2021-ci il tarixli **********823100 nömrəli, "Evras ST” MMC xx.xx.2021-ci il tarixli **********300400 nömrəli, "Bentika SS” MMC isə xx.xx.2021-ci il tarixli **********792600 nömrəli qərara əsasən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Yuxarıda sadalananlardan aydın olduğu kimi, iddiaçı "Minay Group” MMC malların alışını qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmiləşdirmiş, buna dair müvafiq təsdiqedici sənədləri (malların alışına dair elektron qaimə-faktura, təhvil-təslim aktı və alqı-satqı müqavilələri, o cümlədən malların şəkillərini) cavabdeh vergi orqanına təqdim etmişdir. Lakin cavabdeh vergi orqanı öz uçot bazasında olan uyğunsuzluq səbəbindən iddiaçı ilə satıcılar arasında olan əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı əməliyyat aparan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında (www.e-taxes.gov.az) satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığını müəyyən etmiş və vergi orqanının uçot bazasında mövcud olan digər məlumatlardan xəbərdar olmamış və ola da bilməzdi. Həmçinin qeyd etmək lazımdır ki, istər vergi qanunvericiliyində, istərsə də işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan başqa, yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, "Minor Group 13” MMC, "Evrast ST” MMC və "Bentika SS” MMC iddiaçı ilə alqı-satqı əməliyyatını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, bu da iddiaçının həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi olduqlarını və ya malların alışına dair sənədlərinin olmadığını əvvəlcədən bilmək və ya təxmin etmək imkanını istisna və mümkünsüz edir. İddiaçı əlavə olaraq qeyd edir ki, "Minor Group 13” MMC, "Evrast ST” MMC və "Bentika SS” MMC-dən faktiki olaraq alınmış malların şəkilləri məktubla cavabdeh vergi orqanına göndərilmişdir. Göründüyü kimi, iddiaçı qanunla üzərinə qoyulmuş öhdəlikləri tam icra edərək aparılan alqı-satqı əməliyyatlarını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirmiş, əməliyyat həyata keçirilən tarixdə satıcı hüquqi şəxslərin riskli vergi ödəyicisi siyahısında olmadıqlarını müəyyən etmişdir ki, bu da həmin əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsinin və mənfəət vergisi məqsədləri üçün xərclər siyahısından xaric edilməsinin qanunsuz və əsassız hesab edilməsinə səbəb olur. İddiaçı hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı yazılı münasibətdə (etirazda) bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı iddiaçının Benetika SS” MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya "2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2022-ci il tarixli- **********29100 nömrəli məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********004500 nömrəli cavab məktubu ilə 2021-ci il ərzində "xxxx" MMC-dən əldə edilmiş elektron qaiməfakturalar üzrə ümumi dəyəri 73 050.00 manat, "xxxx" "MMC-dən əldə edilmiş elektron qaimə fakturalar üzrə ümumi dəyəri 75 610.00 manat, "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49 930.00 manat olmaqla cəmi, 198 590,0 manat dəyərində malların həqiqətən alındığı və həmin əməliyyatların əmtəəli olduğunun əlavə təsdiqi üçün alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil-təslim aktları və qiymət razılaşma protokollarının təqdim edildiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBL seriyalı 069919 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73 050.00 manat, "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBK seriyalı 022554 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75 610.00 manat və "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 602017 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49 930.00 manat məbləğində mallar alındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********792600 nömrəli, xx.xx.2022-cİ il tarixli **********00400 nömrəli və xx.xx.2022-ci il tarixli **********823100 nömrəli qərarlarına əsasən müvafiq olaraq, "xxxx", "xxxx" və "xxxx" MMC-ləri riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021-ci ilə görə mənfəət vergisi bəyannaməsinə 39 718,0 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” göndərilmişdir. İddiaçı iddia tələbinin əsası kimi alqı-satqı əməliyyatlarının qanunvericiliyə uyğun olaraq (malların (işlərin, xidmətlərin) alışını təsdiq edən alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil-təslim aktları və qiymət razılaşma protokolları əsasında alındığı) rəsmləşdirdiyini, eyni zamanda, yuxarıda qeyd edilən əməliyyat aparan zaman Dövlət Vergi Xidmətinin e-taxes.gov.az rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığı, yəni, əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əsaslandırmışdır. Qeyd edilənlərə və Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən 2021 -ci ilin hesab dövründə gəlirdən çıxılan xərclərin 198 590,0 manat azaldılmasına görə ddiaçıya 39 718,0 manat əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsində əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əlaqədar qeyd edilənlərin də heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının alqı-satqı əməliyyatları apardığı vergi ödəyiciləri həm riskli vergi ödəyiciləri olub, həm də aparılan əməliyyatlar əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat-vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar sayıldığına görə həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməmişdir. Digər tərəfdən, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarları ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 3.1.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi mallarla, qanunvericiliklə təsdiq edilmiş sənədlər əsasında aldığı, idxal etdiyi və ya istehsal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi riskli əməliyyat hesab edildiyi nəzərə alındıqda, 2021-ci ilin hesabat dövründə gəlirdən çıxılan xərclərin 198590.0 manat azaldılmasına görə iddiaçıya 39.718,0 manat əlavə vergi məbləği hesablanması qanuni və əsaslıdır. Nəticə etibarı ilə yuxarıda qeyd edilən hallar və həmin halları təsdiq edən sənəd və məlumatlar iddiaçının iddia ərizəsində göstərdiyi və qeyd etdiklərinin əsassız olduğunu göstərir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dair əlavə mülahizə təqdim etmişdir. Mülahizədə bildirilmişdir ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vergi orqanın uçot məlumat bazasında riskli vergi ödəyicisi siyahısında olduğundan, vergi orqanı həmin hüquqi şəxslərdən alınmış mallar ilə bağlı Mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində öz əksini tapmış 198,590 manat xərc məbləğini qəbul etməkdən imtina etmişdir. Həmin hüquqi şəxslərdən müvafiq mallar elektron qaimə-faktura və alqı-satqı müqavilələri əsasında faktiki olaraq alınmış və daha sonra həmin malların faktiki olaraq satışını həyata keçirmişdir. Mülahizəyə əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, EBBL seriyalı 069919 nömrəli elektron qaimə-faktura əsasında alınmış 9 çeşiddə, 16 ədəd mal xx.xx.2021-ci il tarixli EBBM seriyalı 709401 nömrəli və xx.xx.2021-ci il tarixli EBBL seriyalı 501692 nömrəli elektron qaimə-fakturalar əsasında Kayman Adalarının “Salyan Oyl Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına təqdim edilmişdir. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli EBBK seriyalı 022554 nömrəli elektron qaimə-faktura əsasında alınmış 5 ədəd 3 çeşiddə mal xx.xx.2021-ci il tarixli EBBK seriyalı 206626 nömrəli, xx.xx.2021-ci il tarixli EBBK seriyalı 202751 nömrəli və xx.xx.2021-ci il tarixli EBBK seriyalı 202316 nömrəli elektron qaimə-fakturalar əsasında Kayman Adalarının “Salyan Oyl Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına təqdim edilmişdir. "xxxx" MMCdən xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 602017 nömrəli elektron qaimə-faktura əsasında alınmış 3 çeşiddə 11 ədəd mal xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 641143 nömrəli və xx.xx.2021 -ci il tarixli EBBJ seriyalı 641117 nömrəli elektron qaimə-fakturalar əsasında Kayman Adalarının “Salyan Oyl Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı 198590,0 manat dəyərində malların alışını və satışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirmiş və həmin əməliyyatların etibarsız olmasına dair vergi orqanında hər hansı mötəbər sübut mövcud deyil. Eyni zamanda iddiaçı qeyd edir ki, iddiaçı "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən aldığı malların dəyəri Mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində, həmin malların Kayman Adalarının "Salyan Oyl Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına satışından əldə edilmiş gəliri isə Mənfəət vergisi bəyannaməsinin ümumi gəlirlər hissəsində əks etdirdiyi halda, cavabdeh vergi orqanı Mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində öz əksini tapmış məbləği olduğu kimi qəbul etmiş, lakin xərclər hissəsində olan məbləği qəbul etməkdən imtina etmişdir. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı qeyd olunan malların faktiki olaraq satışını qəbul etsə də, alışını qəbul etməmişdir ki, bu da cavabdeh vergi orqanının iddiaçıya qarşı necə ədalətsiz davrandığını göstərir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə "Minor Group 13” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 17 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “satıcı” “alıcı”ya razılaşma protokoluna uyğun olaraq mal-material dəyərləri təklif edir, “alıcı” isə həmin mal-material dəyərinin ümumi məbləği ödəməklə e-qaimə ilə rəsmiləşdirilmiş qaydada qəbul etməyi üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli X2 əsasən müqavilə üzrə malın dəyəri 49.930 manat müəyyən edilmiş, eyni tarixli təhviltəslim aktına əsasən mallar təhvil verilərək hər iki tərəfdən imza və möhürlə təsdiq edilmişdir. EBBJ seriyalı №602017 saylı, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən "xxxx" MMC-dən ümumilikdə 49930.00 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. - "xxxx" MMC ilə "Evras ST” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 14/21 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “satıcı” “alıcı”nı dəftərxana, təsərrüfat, ərzaq və ofis malları ilə təmin etməyi, “alıcı” isə malı qəbul edərək müqavilə üzrə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli X2 əsasən müqavilə üzrə malın dəyəri 75.610,00 manat müəyyən edilmiş, eyni tarixli təhvil-təslim aktına əsasən mallar təhvil verilərək hər iki tərəfdən imza və möhürlə təsdiq edilmişdir. EBBK seriyalı №022554 saylı, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən "xxxx" MMC-dən ümumilikdə 75610.0 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. - "xxxx" MMC ilə "Bentika SS” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09-1 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “satıcı” “alıcı”nı dəftərxana, təsərrüfat, ərzaq və ofis malları ilə təmin etməyi, “alıcı” isə malı qəbul edərək müqavilə üzrə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli X2 əsasən müqavilə üzrə malın dəyəri 73.050,00 manat müəyyən edilmiş, eyni tarixli təhvil-təslim aktına əsasən mallar təhvil verilərək hər iki tərəfdən imza və möhürlə təsdiq edilmişdir. EBBL seriyalı №069919 saylı, xx.xx.2021-ci il tarixli Elektron qaiməyə əsasən "xxxx" MMC-dən ümumilikdə 73050.0 manat dəyərində mallar alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. - xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surətindən görünür ki, 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə aparılan araşdırma zamanı 2021-ci il ərzində "xxxx" MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 73 050.00 manatlıq, "xxxx" MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 75 610.00 manatlıq, "xxxx" MMC (VÖEN **********) əldə edilimiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 49 930.00 manatlıq manat məbləğində alınan malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi nəticəsində kənarlaşma yarandığı qeyd edilərək vergi ödəyicisinə 2021-ci ilin hesabat dövrü üzrə 2021-ci ilin mənfəət vergisi üzrə 39 718.0 manat əlavə vergi məbləği hesablanmışdır. - Sözügedən qərarla bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinə aşağıdakı məzmunda şikayət edilmişdir: “Sizin xx.xx.2022-ci il tarixli **********729100 saylı uyğunsuzluq barədə məktubunuza tərəfimizdən xx.xx.2022-ci il tarixli **********004500 saylı məktubumuzla cavab verilmişdir. Cavab məktubunda adı çəkilən Bentika SS MMC-dən əldə edilmiş elektron qaimə fakturalar üzrə, ümumi dəyəri 73050 AZN, Evras ST MMC-dən əldə edilmiş elektron qaimə fakturalar üzrə, ümumi dəyəri 75 610 AZN, Minir Group 13 MMC-dən əldə edilmiş elektron qaimə fakturalar üzrə ümumi dəyəri 49 930 AZN olan əldə etdiyimiz əmtəələrin, təhvil təslim aktlarını, müqavilələrini, Qiymətlər razılaşma protokolları, elektron qaimələri Sizə təqdim etmişik. Xüsusi ilə qeyd etmək istəyirik ki, adı çəkilən şirkətlərlə əmtəə mübadiləsi etdiyimiz zaman, bu şirkətlər riskli vergi ödəyiciləri siyahısında görünmürdülər, yəni riskli vergi ödəyiciləri deyildilər. Bu şirkətlərdən aldığımız malları Salyan Oil Limited şirkətinə elektron qaimələrə əsasən (xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 641117, 641143, 646532 saylı, xx.xx.2021 tarixli EBBK seriyalı 202626, 202751 saylı, xx.xx.2021-ci il tarixli EBBL 501692, xx.xx.2021-ci il tarixli EBBM 709401) satmışıq və təhvil təslim etmişik. Bir daha sizə bu şirkətlərdən aldığımız əmtəələrinin sənədlərini (təhvil təslim aktlarını, müqavilələrini, Qiymətlər razılaşma protokolları, elektron qaimələri) təqdim edirik. Biz şirkət olaraq mal alanda, mal satan vergi ödəyicisinin vergi uçot bazasının məlumatlarını necə əldə edə bilərdik. Biz təhvil təslim aktlarını, müqavilələrini, Qiymətlər razılaşma protokolları, elektron qaimələrinə əsaslanaraq mal alıb, mal satmışıq. Sizdən xahiş və tələb edirik ki, bu yuxarıda qeyd etdiyimiz sənədləri nəzərə alaraq "xxxx" MMC-yə kameral hesablanmış 39718 manat mənfəət vergisini ləğv edəsiniz.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********546300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə "xxxx" MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində 964 983,4 manat dəyərində elektron qaimə-faktura əldə etməsi, bundan 198 590,0 manat hissəsində olan malların (“Echometer, Model M”, “X3, Honeywell UDİ 1700”, “Thermostat, ENDA ETC 1311”), “X5 Analyzer Model E”, “Spare Parts for Echometer (Model E, Unit: MS2510)”, “Spare Parts for Echometer (Model M, Unit: MS2500)”, “PUMP, CNS 180/340”, “PUMP, Centrefugal, D 200-90, 90KW Q=200 m3/HR P=9.0 Atm”, “PUMP, CNS 180-212”, “PUMP, CNS 180x255” və sair) elektron qaimə-fakturalarla dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əldə edildiyi, bu vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaiməfakturalarda qeyd olunan malların əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir”. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********92600 nömrəli Qərara əsasən "xxxx" MMC, xx.xx.2021-ci il tarixli **********823100 nömrəli Qərara əsasən "xxxx" MMC, xx.xx.2021-ci il tarixli **********300400 nömrəli Qərara əsasən isə "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - xx.xx.2021-ci il tarixli EBBL seriyalı 069919 nömrəli elektron qaimə-fakturaya əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 73050.0 manat olan 9 çeşiddə 16 ədəd mal təqdim edilmişdir. - xx.xx.2021-ci il tarixli EBBK seriyalı 022554 nömrəli elektron qaimə-fakturaya əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 75610.0 manat olan 3 çeşiddə 5 ədəd mal təqdim edilmişdir. - xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 602017 nömrəli elektron qaimə-fakturaya əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumi dəyəri 49930.0 manat olan 3 çeşiddə 11 ədəd mal təqdim edilmişdir. Qeyd olunanlardan belə aydın olur ki, iddiaçı "xxxx" MMC-yə elektron qaiməfakturalar əsasında təqdim edilmiş malların alışına dair "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-də hər hansı təsdiqedici sənəd (elektron qaimə-faktura, elektron alış-aktı və ya yük gömrük bəyannaməsi) olmadığından, həmin alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı ümumilikdə 198 590,0 manat məbləğində xərc öz təsdiqini tapmadığından, iddiaçıya 39 718.0 manat (198 590 * 20%) əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı mübahisələndirir və hesab edir ki, mal aldığı hüquqi şəxslər - "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC alqı-satqı əməliyyatları aparılan tarixlərdə riskli vergi ödəyicisi siyahısında olmadığından, həmin hüquqi şəxslərə məxsus malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və mallar faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməlidir. Vergi Məcəlləsinin: 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxslərdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair 198590,0 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC iddiaçı "xxxx" MMC ilə alqı-satqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin məhkəmə qeyd edir ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olubolmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə əsasən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış mallar ilə bağlı iddiaçının xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməli olduğu halda, iddiaçı "xxxx" MMC tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı 198 590,0 manat məbləğində xərci kameral vergi yoxlaması nəticəsində tam şəkildə silmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC əməliyyatlar baş tutan tarixdə riskli vergi ödəyiciləri siyahısında olmadığından, satıcılarda malların alışına dair təsdiqedici sənədin mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********644500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə heab edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********644500 nömrəli Qərarı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********644500 nömrəli Qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar