Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2600/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və X9 icazənin müddətinin uzadılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və X9 icazənin müddətinin uzadılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və X9 icaəznin müddətinin uzadılması və X9 icazə vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının ərazisində X9 icazə müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə müraciətini təmin etməmişdir. Aşağıda qeyd olunanlar belə deməyə əsas verir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ləğv edilməli və müraciətinin təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bildirmək istəyir ki, təhsili ilə bağlı artıq 7 ildir ki, Azərbaycan Respublikasında yaşayır. xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Azərbaycan Tibb Universitetində təhsil almış və tibbi təhsilini bitirməsi bağlı xx.xx.2022-ci il tarixli 2455 nömrəli əsas tibb təhsili diplomu verilmişdir. Azərbaycanda yaşadığı müddətdə Azərbaycan Respublikasının vətəndaşı X4 ilə 3 illik şəxsi münasibətləri olmuşdur ki, münasibətlərini rəsmiləşdirmək üçün nikahın bağlanmasına görə Bakı Nikah evinə müraciət etmişlər. Müvafiq sənədlər təqdim etdikdən və prosedurlar tamamlandıqdan sonra xx.xx.2023-cü il tarixində 1347 saylı qeyd ilə nikahları təsdiqlənmişdir. Belə ki, bununla bağlı X9 verilmiş müddətin uzadılmasına görə Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, saxta sənədlər və ya yalan məlumatlar təqdim edilməsi əsası ilə müraciəti təmin edilməmiş, 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 50-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda Azərbaycan Respublikasının ərazisində X9 icazə verilir (müddəti uzadılır). Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında X9 icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində X9 icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 -ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu ıl tarixli Qərarına əsasən saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş bhlankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarına əsasən saxta sənəd və sənədin saxtalaşdırılması həmin sənədə müvafiq qeydlərin aparılması, məzmununda dəyişikliklərin edilməsi və yanlış məlumatların doldurulması deməkdir. X2 ilə nikaha daxil olmasına dair verilmiş nikah haqqında şəhadətnamə saxta sənəd hesab oluna bilməz. Tərəfindən həmin sənəddə hər hansı qeyd aparılmamış, yanlış məlumat verilməmişdir. Nəticə etibarı ilə nikah haqqında şəhadətnamənin saxta olması ilə bağlı inzibatı orqanın şərhləri əsaslı deyil. Bundan başqa yalan məlumatlarla bağlı bildirmək istəyir ki, nikaha daxil olması ilə bağlı cavabdeh inzibati orqana hər hansı yalan məlumat verilməmişdir. X2 ilə 3 il müddətində şəxsi münasibətlərlərinin olması və nikaha daxil olma faktı uydurma və ya yalan məlumat kimi qəbul edilməsi mümkün deyildir. Belə ki, həm X2 ilə münasibətinin olması, nikaha daxil olmalarının yalan olub-olmaması cavabdeh orqan tərəfindən sübuta yetirilməmiş və xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarında əsaslandırılmamışdır. İddia ərizəsinə əlavə etdiyi sübutlardan da, göründüyü kimi nikahları formal və görüntü xarakterli deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı ona Azərbaycan Respublikasının ərazisində X9 icazənin (bundan sonra- MYİ) verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxs Miqrasiya Məcəlləsinin 45.1. 1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində X9 icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs Azərbaycan Respublikasının vətəndaşı X4 ilə nikah əsasında müvəqqəti yaşama icazəsi almaq məqsədində olmuşdur. Qeyd olunmalıdır ki, nikahın məqsədli olub-olmaması ilə bağlı müvafiq araşdırmaların aparılması zamanı Azərbaycan Respublikasının vətəndaşı X3 və əcnəbinin izahatı alınmışdır. Araşdırma zamanı, onlar etiraf edərək nikahlarının məqsədli olduğunu və əcnəbiyə MYİ almaq üçün belə qərara gəldiklərini, K.Nəcəfzadənin qohumlarının bu evlilikdən xəbəri olmadıqlarını bildirmişdir. Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında X9 icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində X9 icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. İşin hallarından da görünür ki, şəxs ölkə ərazisində X9 icazənin alınması məqsədilə məqsədli şəkildə nikaha daxil olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. xx.xx.1980-ci il təvəllüdlü İddiaçı N97171683 nömrəli pasporta əsasən İran İslam Respublikasının vətəndaşıdır.
7. Azərbaycan Respublikasının Ərazisində X9 MYİ seriyalı ******* nömrəli İcazə Vəsiqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X9 icazə verilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində X9 icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 03 avqust 2023cü il tarixli müracilətində qohumluq münsibəti əsasında ona Azərbaycan Respublikasının ərazisində X9 verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat zamanı şəxsin müvəqqəti yaşama icazəsi almaq məqsədilə Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsini rəhbər tutaraq, İran İslam Respublikasının vətəndaşı İddiaçı 03 avqust 2023-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı N97171683 nömrəli pasporta malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur.
9. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: - Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən 04 avqust 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 581926 nömrəli “Nikah haqqında şəhadətnamə”yə əsasən X4 ilə İddiaçı Mohammadtaghı xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2032-cü il tarixdə 1347 nömrə ilə qeyd aparılmışdır. - xx.xx.2023-cü il tarixli ərizə ilə İddiaçı tərəfindən X9 icazə müddətinin uzadılması ilə bağlı cavabdehə müraciət edilmiş və eyni tarixli ərizə ilə X1 Fakhri Afsaneh Azərbaycan Respublikasında “Müvəqqəti yaşama icazəsi vəsiqəsi” almasına heç bir etirazı olmadığını bildirmişdir. - İddiaçı öz izahatında bildirmişdir ki, Azərbaycan vətəndaşı Kamran Nəcəfzadəni 3 ildirki tanıyır, onunla rəsmi nikaha xx.xx.2023-cü il tarixdə daxil olub. Hal-hazırda bir ailə olaraq birlikdə yaşamırlar. Belə ki, Kamran, həm atası ilə, həm də, onunla görüşür. O, Kamranın ailə üzvlərini şifahi tanıyır. Onlarla münasibəti yoxdur. Kamran da, onun ailə üzvlərini şifahi tanıyır. Anası və qardaşı İranda qalır. Bir bacısı Danimarkada, digər bacısı isə Londonda yaşayır. Atası dövlət işçisi olub (general) rütbəsi olub. - X4 öz izahatında bildirmişdir ki, o, ilk dəfə 2016-cı ildə Azərbaycan Respublikası vətəndaşı X5 ilə ailə qurmuşdur. Bir övladları vardır. Ailə birlikləri xx.xx.2019-cu ildə rəsmi olaraq pozulmuşdur. İran vətəndaşı X12 təxminən 2020-ci ildən tanıyır. O, Bakıda Tibb Universitetində ali təhsil alıb. Son dövrdə sahibkar kimi çalışıb. Onların münasibətləri qeyri-rəsmidir. Əfsanənin Azərbaycanda yaşaması və işləməsi məqsədi ilə onunla nikaha daxil olmuşdur. Lakin, onlar ailə olaraq bir yerdə yaşamırlar. Çünki həftənin müəyyən günlərində görüşürlər. Digər vaxtlarda isə o, ailə üzvləri ilə birgə qalır. Ailə üzvlərinin ata, ana və bacısının bu izdivaçdan xəbəri yoxdur. Qeyd etmək istəyir ki, Əfanə iə söhbət zamanı o, Azərbaycanda yaşamaq və çalışmağın çətin olduğunu bildirmişdir. Bu səbəbdən onlar nikaha daxil olmağı məqsədli şəkildə qərara almışlar. Əsas məsələ Əfsanin ölkədə yaşamasına kömək etmək idi.
10. İddiaçı tərəfindən məhkəmə araşdırmasına X4 ilə birlikdə fotoşəkillər və “whatsapp” vasitəsilə aparılmış yazışmalar təqdim edilmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz izahatında bildirdi ki, İddiaçı ilə tanışlığı “Facebook” sosial şəbəkəsi vasitəsilə olmuşdur. Sonra o, İddiaçıni görüşə dəvət etmişdir. Münasibətləri belə başlamışdır. Sonradan sevgi münasibətləri davam etmiş, İddiaçı Azərbaycan Respublikasında təhsil aldığından mütəmadi olaraq görüşmüşlər. 2023-cü ilin yay ayında ailə qurmuşlar. Əfsanə burada təhsi aldığı universiteti bitirmiş, ailə qurmaq məqsədləri o olmuşdur ki, Əfsanə onun sevgilisi olmuş, o, onun Azərbaycan Respublikasında qalmasını istədiyindən həmin vaxtı ölkə ərazisində qalması üçün heç bir əsası olmadığından ailə qurmuşlar. Görüşləri Əfsanənin dərsləri çox olduğundan, onun özünün də, işləri olduğundan həftədə 1-2 dəfə, bəzən isə 3 dəfə olurdu. Əfsanə 7 ildi Azərbaycan Respublikasında qalır. Cavabdeh inzibati orqanda izahatı zamanı mental olaraq təzyiqə məruz qalmış, əməkdaşlar əsas kimi bu münasibətdə onunla Əfsanə arasında yaş fərqinin çox olması səbəbini göstərmişlər. Onlar yaş fərqi çox olması səbəbindən münasibəti real hesab etmədiklərini, bunu onun valideynlərinə bildirəcəklərini demişlər. O, da, bu səbəbdən xeyli narahatçılıq keçirmişdir. Toy məclisləri olmamış, onlar sadəcə rəsmi nikaha daxil olmuşlar. Nikahlarından övladları yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilibkeçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
19. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin 23 avqust 2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair inzibati məhkəmə icraatı qaydasında xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır.
21. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədləri tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
23. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı cavabdehin 08 sentyabr 2023cü il tarixli Azərbaycan Respublikası ərazisində X9 icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarını mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçı İran İslam Respublikası vətəndaşı İddiaçı 03 avqust 2023-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı N97171683 nömrəli pasporta malik olan İddiaçı üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. Həmin qərar onunla əsaslandırılmışdır ki, aparılmış icraat nəticəsində şəxsin müvəqqəti yaşama icazəsi almaq məqsədilə Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Bununla bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
24. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, bununla da, dolayısı ilə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən hazırkı iddia rədd edilməlidir.
26. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində X9 icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.2. Azərbaycan Respublikasında X9 icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə. …
27. Göründüyü kimi, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinin tələbləri müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir.
28. Məhkəmə araşdırması zamanı həmin qərarın ləğvi üçün əsas ola biləcək hallar müəyyən edilməmişdir. Belə ki, işin hallarının hərtərəfli qiymətləndirilməsi nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər və whatsapp yazışmaları ilə onunla X4 arasında bağlanmış nikahın məqsədinin real ailə münasibətlərindən irəli gəlməsi sübuta yetirilməmiş, həmçinin K.Nəcəfzadənin cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı və məhkəmədə verdiyi izahatları ilə ailə qurmaqda məqsədlərinin İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi müddətinin uzadılmasına nail olunması məqsədi daşıması bir daha öz təsdiqini tapmışdır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva