Məhkəmə qərarları › İş №e-2-1(112)-2620/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2620/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2620/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2845 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 2-ci massivdə yerləşən 600 kv.m torpaq sahəsinə və üzərindəki 63 nömrəli yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 425 nömrəli sərəncamına əsasən, X8 fərdi evin tikintisi üçün Bakı şəhəri, Badamdar qəsəbəsi, İİ massivdə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2845 nömrəli sərəncamı ilə fərdi evin tikintisi üçün X8 verilmiş torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “İddiaçı şəxsi qeydiyyat vəsiqəsi verilməsi barədə” xx.xx.2004-cü il tarixli 113 nömrəli sərəncamına əsasən, İddiaçı Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2845 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsində inşa etdiyi fərdi evə şəxsi qeydiyyat vəsiqəsi verilməsini xahiş edir:

1. Badamdar qəsəbəsi, İİ massivi 63 ünvanında həyətyanı sahəsi 568,0 kv.m, yaşayış sahəsi 66,8 kv.m, köməkçi sahəsi 161,68 kv.m, ümumi sahəsi 228,48 kv.m, 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi inşaat, sanitar yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün İddiaçı şəxsi mülkiyyətinə verilsin.

2. Mövcud sərəncam əsasında İddiaçı adına şəxsi qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi Bakı şəhər TİMHQİ-dən xahiş olunsun.

3. Sərəncamın surətləri Badamdar qəsəbə nümayəndəliyinə, Bakı şəhər TİMHQİ-nə və ərizəçiyə göndərilsin. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli məktubuna əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə - Badamdar qəsəbəsi, Badamdar şossesi, 2-ci massiv, ev 63 poçt ünvanı təyin edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi elektron kadastr məlumatına əsasən,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eyni zamanda, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmiş, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə ail olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, təqdim edilən Səbail rayon İHB-nın 2845 nömrəli xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin döngə nöqtələrinin (X;Y) koordinatları təqdim edilmişdir. Socarın xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “torpaq sahəsi 2583 saylıləğv olunmuş neft-qaz quyusunun 30 metrlik məsafəsində, 2087 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 53 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin qarşısından 0.10 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş SOCARın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-108 mm-lik yerüstü orta təzyiqli qaz kəməri keçir. Məktubda sadalanan normaların hamısı ona torpaq sahəsi ayrılandan sonra qəbul olunmuşdur. İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd etdiyi çatışmamazlıqları aradan qaldıraraq, torpaq sahəsinin döngə nöqtələrinin (X;Y) koordinatlarını, torpaq sahəsinin ölçüsü göstərilən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 425 nömrəli sərəncamını, Socarın xx.xx.2024-cü il tarixli məktubunu əlavə etməklə sözügedən torpaq sahəsi və yaşayış evi üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yenidən cavabdeh inzibati orqana müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli məktubunda cavabdeh əlavə etdiyi sənədlərə əhəmiyyət vermədən 1 cümlə ilə “qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2023-cü il tarixli **********05 nömrəli məktubla cavab verilmişdir” qeyd etmişdir. Cavabdehin müraciətinə cavabları (dolayısı ilə imtinaları) qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyim kimi, tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd etdiyi çatışmamazlıqları aradan qaldırılsa da əlavə etdiyi sənədlərə heç bir münasibət bildirilmədən “qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2023-cü il tarixli **********05 nömrəli məktubla cavab verilmişdir” cavabı əsassızdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmiş, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin təqdim edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2845 nömrəli, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsini, məhdudlaşdırılmasını (yükləməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imina sayılmır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2023-cü il tarixli **********05 nömrəli məktubla cavab verilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2845 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 2-ci massivdə yerləşən 600 kv.m torpaq sahəsinə və və üzərindəki 63 nömrəli yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********05 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmiş, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin təqdim edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2845 nömrəli, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 425 nömrəli xx.xx.1993-cü il tarixli fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə sərəncamına əsasən Badamdar qəsəbəsinə, 2-ci massivdə 600 kv.m sahəsi olan fərdi ev tikmək üçün X5 ayrılmışdır.

7. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2845 nömrəli xx.xx.1995-ci il tarixli RİHB-nin fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə 425 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamda dəyişiklik edilməsi haqqında sərəncamına əsasən: Salyan şossesi, 4№-li dalan 59 №-li evin sakini X3 ərazisini və 9 m/r Pişəvəri küçəsi, 4№-li evin 101-ci mənzilinin sakini X6 torpaq sahəsinə olan tələbatını nəzərə alaraq: RİHB-nin xx.xx.1993-cü il tarixli 425 nömrəli sərəncamı ilə X5 verilmiş fərdi yaşayış ev tikintisi üçün torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

8. İş materialların Səbail RİH Başçısnın 2845 nömrəli xx.xx.1995-ci il tarili sərəncamı ilə İddiaçı evin tikintisi üçün ayrılmış torpaq sahəsinin planı əlavə edilmişdir.

9. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 113 nömrəli xx.xx.2004-cü il tarixli Y.A.Həşimova şəxsi qeydiyyat vəsiqəsinin verilməsi barədə sərəncamına əsasən Badamdar qəsəbəsi İİ yaşayış massivi 63 ünvanda həyətyanı sahəsi 568,0 kv.metr, yaşayış sahəsi 66,8 kv.metr, köməkçi sahəsi 161,68 kv.metr, ümumi sahəsi 228,48 kv.metr, 3 otaqlı 2 mərtəbəli, fərdi yaşayış evi inşaat, sanitar yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün X7 şəxsi mülkiyyət verilmişdir.

10. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli məktubuna qeyd edilmişir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə X10 tərəfindən tikilmiş fərdi yaşayış evinə (Badamdar qəsəbəsi, Badamdar şossesi, 2-ci massiv, ev № 63) poçt ünvanı təyin edilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə sözügedən torpaq sahəsinə dair döngə nöqtələrin koordinatları (X;Y) yazılı formada təqdim edilmişdir: X Y 399180.611 4466139.760 399181.945 4466159.515 399183.871 4466159.435 399184.456 4466164.400 399188.551 4466164.200 399190.464 4466176.654 399206.989 4466174.248 399205.481 4466162.738 399212.069 4466162.292 399210.602 4466139.038 Faktiki torpaq sahəsi: 915 kv.m

12. Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR”-ın xx.xx.2024-cü il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız xx.xx.2024-cü il tarixli 14-2/1-R-31xx-xx/2024 nömrəli ərizənizə baxılmış, qoşmada olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11,08.2023-cü il tarixli 3-21-3-30/2-H08xx-xx/2023/**********10 nömrəli məktubunda göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində X Y 399180.6110 4466139.7600 399181.9450 4466159.5150 399183.8710 4466159.4350 399184.4560 4466164.4000 399188.5510 4466164.2000 399190.4640 4466176.6540 399206.9890 4466174.2480 399205.4810 4466162.7380 399212.0690 4466162.2920 399210.6020 4466139.0380 koordinatlarda olan 915 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2583 saylı ləğv olunmuş neft-qaz quyusunun 30 metrlik məsafəsində, 2087 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 53 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin qarşısından 0,10 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-108 mm-lik yerüstü orta təzyiqli qaz kəməri keçir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda’’ sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensialh təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06:0'2.2017-ci ıl , tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları nın 5 nömrəli əlavəsinə əsasən yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədar orta təzyiqləyerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 5 metr mpəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqısatqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizəsində qeyd etdiyi torpaq sahəsi sənaye təyinatlı olduğundan, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaq sahəsinin ayrı-ayrı hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi yolverilməzdir.

13. "xxxx" MMC tərəfindən verilmiş ünvan 5 ünvanda İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş 2 (iki) + mansard mərtəbəli fərdi yaşayış evinin layihəsinin (Memarlıq planlaşdırma bölməsi) iş materiallarına əlavə edilmişdir.

14. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Səbail Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin inşa etməi ilə bağlı məlumatlandırma icraatı qaydasında məlumat vermişdir.

15. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məlumatların təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın, torpaq sahəsinin plan və ölçü sahəsinin verilməsi" tələbi barədə 2-1(112)-13103/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunuza baxılmışdır. Yaranmış zərurətlə əlaqədar olaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 113 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamının və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin, eləcə də 2845 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamın təsdiq edilmiş surətlərinin (ona əlavə olunmuş sənədlərin) məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, sözügedən sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir

16. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, İş № 2-1(112)-13103/2024 saylı sorğunuza əsasən Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 113 saylı, xx.xx.1995-ci il tarixli, 2845 saylı sərəncamlarının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri 4 (dörd) vərəqdə göndərilmişdir.

17. Cavabdeh tərəfinən göndərilmiş xx.xx.2025-ci il tarixli sənədlərin surətinin verilməsi barədə məktub ilə müvafiq sənədlərin təsdiq edilmiş surətini və ortofotonu təqdim etmişdir: - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, göstərilən faktiki torpaq sahəsi hər tərəfdən daş hasarla ərhədlənib, qonşu sahələr və dalan yolu ilə əhatə olunub. Ümumi torpaq sahəsi üzərində iki mərtəbəli+ mansardlı yaşayış evi və köməkçi tikililər vardır. Yerləşmə cizgisində perimetrik ölçülər qeyd olunmayıb.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. İddia ərizəsinin məzmunundan aydın olur ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2845 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 2-ci massivdə yerləşən 600 kv.m torpaq sahəsinə və və üzərindəki 63 nömrəli yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

25. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

28. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

29. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

30. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

32. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

33. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

34. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 139-1.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 139-1.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

37. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Səbail Rayon İcra Hakimiyyəti Başçısının 425 nömrəli xx.xx.1993-cü il tarixli fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə sərəncamına əsasən Badamdar qəsəbəsinə, 2-ci massivdə 600 kv.m sahəsi olan fərdi ev tikmək üçün X5 ayrılmışdır. -Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2845 nömrəli xx.xx.1995-ci il tarixli RİHB-nin fərdi evin tikitisi üçün torpaq sahəsi ayrılması barədə 425 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamda dəyişiklik edilməsi haqqında sərəncamına əsasən: Salyan şossesi, 4№-li dalan 59 №-li evin sakini X3 ərazisini və 9 m/r Pişəvəri küçəsi, 4№-li evin 101-ci mənzilinin sakini X6 torpaq sahəsinə olan tələbatını nəzərə alaraq: RİHB-nin xx.xx.1993-cü il tarixli 425 nömrəli sərəncamı ilə X5 verilmiş fərdi yaşayış ev tikintisi üçün torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. -Səbail Rayon İcra Hakimiyyəti Başçısının 113 nömrəli xx.xx.2004-cü il tarixli Y.A.Həşimova şəxsi qeydiyyat vəsiqəsinin verilməsi barədə sərəncamına əsasən Badamdar qəsəbəsi İİ yaşayış massivi 63 ünvanda həyətyanı sahəsi 568,0 kv.metr, yaşayış sahəsi 66,8 kv.metr, köməkçi sahəsi 161,68 kv.metr, ümumi sahəsi 228,48 kv.metr, 3 otaqlı 2 mərtəbəli, fərdi yaşayış evi inşaat, sanitar yanğından mühafizə norma və qaydalarına uyğun gəldiyi üçün X7 şəxsi mülkiyyət verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli məktubuna qeyd edilmişir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə X10 tərəfindən tikilmiş fərdi yaşayış evinə (Badamdar qəsəbəsi, Badamdar şossesi, 2-ci massiv, ev № 63) poçt ünvanı təyin edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş ünvan 6 ünvanda İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş 2 (iki) + mansard mərtəbəli fərdi yaşayış evinin layihəsinin (Memarlıq planlaşdırma bölməsi) iş materiallarına əlavə edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, göstərilən faktiki torpaq sahəsi hər tərəfdən daş hasarla ərhədlənib, qonşu sahələr və dalan yolu ilə əhatə olunub. Ümumi torpaq sahəsi üzərində iki mərtəbəli+ mansardlı yaşayış evi və köməkçi tikililər vardır. Yerləşmə cizgisində perimetrik ölçülər qeyd olunmayıb. - İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Səbail Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin inşa etməsi ilə bağlı məlumatlandırma icraatı qaydasında məlumat vermişdir.

38. Cavabdeh etirazında qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilməmiş, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin təqdim edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2845 nömrəli, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

39. Məhkəmə bununla bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanından:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

40. Məhkəmə hesab edir ki, qeyd edilən qayda hüququn qeydiyyatı üçün əsas qismində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi çıxış etdikdə tətbiq edilir (bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər). Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıya əsasən sənədlər təqdim edildikdə mühafizə zonalarında yerləşən torpaq sahələri üzərində hüququn qeydiyyatı istisna edilir. Konkret halda torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas qismində isə Qanunun 8.0.1-ci maddəsi çıxış edir.

41. Məhkəmə qeyd edir ki İddiaçı ərizə ilə Səbail Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin inşa etməsi ilə bağlı məlumat vermişdir (xx.xx.2023-cü il tarixli). Odur ki, məlumatlandırma icraatına riayət edilmişdir.

42. Odur ki, məhkəmə hesab edir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2845 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamı ilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X20 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

43. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, sözügədən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsi dair şəhadənamələr mövcuddur. (X11, X13, X9). Məhkəmə qeyd edir ki, sözügədən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsi dair şəhadənamələr mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdə görünür ki, X2 mülkiyyət hquqlarının qeydiyyatı üçün əsas olmuş sənəd Səbail Rayon İcra Hakimiyyəti Başçısının 351 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamıdır.

44. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəxslərin hüquqi vəziyyətinin (mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasların) qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyinəzərindən əhəmiyyətlidir.

45. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

46. Məhkəmə nəzərə alır ki, Səbail RİH Başçısnın 2845 nömrəli xx.xx.1995-ci il tarili sərəncamı ilə İddiaçı evin tikintisi üçün ayrılmış torpaq sahəsinin planı mövcduddur. Odur ki, cavabdeh orqanın torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr göstərilmədiyi, perimetrik ölçülər və konfiqurasiyada ciddi fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmadığı əsası ilə iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaması iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

47. Məhkəmə qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 425 nömrəli xx.xx.1993cü il tarixli fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə sərəncamına əsasən Badamdar qəsəbəsinə, 2-ci massivdə 600 kv.m sahəsi olan fərdi ev tikmək üçün X5 ayrılmışdır. Daha sonra Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2845 nömrəli xx.xx.1995-ci il tarixli RİHB-nin fərdi evin tikitisi üçün torpaq sahəsi ayrılması barədə 425 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamda dəyişiklik edilməsi haqqında sərəncamına əsasən RİHB-nin xx.xx.1993-cü il tarixli 425 nömrəli sərəncamı ilə X5 verilmiş fərdi yaşayış ev tikintisi üçün torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən vaxtilə (xx.xx.2004-cü il tarixdə) poçt ünvanı da verilmişdir (ünvan 8orpaq sahəsi vətəndaşa ayrılan zaman məhz fərdi yaşayış evinin tikintisi üçün ayrıldığını nəzərə alınaraq iddiaçının həmin torpaq sahəsinə və sonradan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün etimadı vardır və həmin etimad hüququ isə qanunla qorunur.

48. İnzibati icraat haqqında qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

49. Məhkəmənin hazırki iş üzrə mövqeyi “vahid daşınmaz əşya” və “vahid mülkiyyət obyekti” anlayışlarına əsaslanır.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

51. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

52. Məhkəmə hesab edir ki, torpaq sahəsi və fərdi yaşayış evi vahid əmlak kimi qeydiyyata alınmalı olduğundan torpaq sahəsinə dair ayrıca plan-ölçü sənədinin tərtib edilməsi zərurəti yoxdur. Fərdi yaşayış evinə dair tərtib edilməli olan texniki pasport eyni zamanda torpaq sahəsinin ölçülərini də özündə ehtiva edir. İddiaçının hüquqi marağı həmin sənədin təqdim edilməsi ilə təmin edilmiş olur.

53. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

54. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

55. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

56. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

58. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2845 nömrəli Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şosesi, 2-ci massivdə yerləşən 600 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 63 nömrəli fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar