Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2624/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli **********149270 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı aktda yoxlama dövrünün noyabr 2017-oktyabr 2020-ci illəri əhatə etdiyini göstərməsinə baxmayaraq AR VM-nin 56.1-ci və 85.4-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla xx.xx.2017-ci ildən xx.xx.2017-ci il dövrü üçün mənfəət vergisi hesablanmış və bu aktda öz əksini tapmışdır. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi orqanı tərəfindən 29 dekabr tarixində qəbul edilmiş qərarda 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayına olan müddəti göstərməklə və həmin qərara istinad edilərək 2017-ci ilin 01 yanvar tarixindən 2017-ci ilin 01 noyabr dövrünə 1061764.26 manat mənfəətin gizlədilməsi və vergi məbləğinin 50 faizi miqdarında, yəni 530882.13 manat məbləğində maliyyə sanksiyası əsassız və qanunsuz olaraq hesablanmışdır. Vergi orqanı tərəfindən 2017-ci ilin yanvar-noyabr aylarında mövcud olan xərclərin o cümlədən, bank faizləri, yarımçıq tikililərin tikintisinə sərf edilən mal-materiallar, əmək haqları, kommunal xərclərin heç biri nəzərə alınmadan 5308821.30 manat 2017-ci il üçün mənfəət əldə edildiyi göstərilmişdir. Müəssisənin həmin zaman istifadəsində olan yarımtikililərin tam satışı məqsədi üçün tikilib başa çatdırılması həyata keçirilib. Faktiki olaraq müəssisə "Akkord STİK” ASC-dən qeyri-yaşayış sahələrini əldə edərkən onların yarımtikili şəklində olmasına dair vergi yoxlayıcısına bütün sənədlər və o dövrə olan fotoşəkillər təqdim edilmişdir. Vergi yoxlayıcısının öz mülahizəsinə əsasən əmlakların satışından gəlir əldə edilməməsilə bağlı qənaəti də tamamilə yanlışdır. Müəssisə nəinki 2018-ci ildə, hətta 2017-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında tamamlanmış əmlakların alqı-satqısını həyata keçirərək qanunamüvafıq qaydada bütün vergilərini ödəmişdir. Tikinti işləri aparılan zaman obyektlərdə tələb olunan su və digər kommunal xərclərlə bağlı vergi yoxlayıcısının xərclər siyahısından çıxarılması qənaəti də yalnışdır. İş materiallarından açıq-aşkar görünür ki, müəssisə 2017-2018-ci illərdə bir neçə xidmət üzrə gəlir əldə etmişdir. Bu xidmətlərin hamısı ƏDV-yə cəlb edildiyindən bunların uçotu da AR VM-nin 175.1-ci maddəsinə uyğun olaraq həyata keçirilmişdir. İcarə xidmətlərindən il ərzində əldə edilmiş 1 milyon manata qədər gəlirin vergi yoxlayıcısı tərəfindən müəyyən edildiyi bir halda icarə obyektlərinə aid kommunal xərclərin vergitutma bazasından xaric edilməli olan xərclər siyahısından çıxarılması da əsassız və qanunaziddir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qərarın "qət etdi” hissəsində konkret olaraq göstərilmişdir ki, ”Property İnvestments” MMC şirkətinin əmlakları 42 000 000 manat əsas borca və 35,184,053.39 manat faiz borcuna görə "Azərbaycan Beynəlxalq Bankı” ASCdən "Aqrarkredit BORT” QSC-nin balansına keçmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş əlavə sübuta ehtiyacı olmayan hallar vergi yoxlayıcısı tərəfindən yalnış olaraq şərh edilməklə aktda süni mənfəət yaradılması məqsədi ilə əsassız və qanunsuz əks etdirilmişdir. ’’Property investments” MMC heç bir zaman könüllü şəkildə bank kreditinin silinməsi üçün əmlaklarını verməsi barədə razılıq məktubu verməyib və bunlar Azərbaycan Dövləti adından qəbul edilən məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Vergi yoxlayıcısının aktda belə yalnış məlumatları yazması da yalnız süni şəkildə vergi öhdəliyi yaratmaq məqsədi ilə düşünülmüş addımdır. "xxxx" ASC ilə mövcud kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş və "xxxx" QSC-ya keçmiş kredit öhdəlikləri üzrə müəssisə hissə-hissə təmir etdiyi əmlakları sataraq 2017-ci ilin yanvaravqust aylarında banka ödəmələri həyata keçirmişdir. Müəssi sənin malik olduğu əmlaklar "xxxx" QSC-yə 2018-ci ilin iyun ayında keçmişdir. Həmin dövrə qədər əmlaklar üzərində sərəncamvermə və sahiblik hüququ, o cümlədən əmlakdan əldə edilən gəlirlər müəssisəyə daxil edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında müəssisənin əsaslı tikinti işlərini başa çatdırmaq üçün əldə etdiyi tikinti materiallarını dürüstləşmə adı ilə ödənilmiş 292172.33 manat ƏDV-nin əvəzləşdirilməsinin vergi orqanı tərəfindən silinməsi tamamilə qanunaziddir. Hər hansı bir daşınmaz əmlak layihə sənədlərinə əsasən tamamlandıqdan sonra mülki dövriyyədə əmtəə predmeti ola bilər. Belə olan halda müəssisə tamamlama işlərinin yekunlaşması məqsədilə əldə etdiyi tikinti materiallarını birbaşa olaraq tamamlanmamış tikinti obyektinə sərf etməsəydi tələbkar bank kredit öhdəliklərinin layihə sənədlərinə uyğun olmayan tamamlanmamış yarım-tikililəri tam olaraq tikintisi başa çatmış və nöqsanlardan azad olan daşınmaz əmlak kimi qəbul edib belə qaydada bağlanmasına razılıq verməzdi. Məhz aparılmış tikinti işlərinin tamamlanması nəticəsində yarım-tikililər nöqsanlardan azad, daşınmaz əmlak şəklinə gətirib çatdırılmışdır. Bununla bağlı çəkilən bütün xərclər müəssisənin gəlir əldə edilməsinə yönələn əməliyyat kimi həyata keçirilmişdir. Bu səbəbdən vergi yoxlayıcısının qanunvericiliyin tələblərinə zidd olan şəxsi subyetiv mülahizə etdiyi, çəkilən xərclərin müəssisənin gəlir edilməsilə bağlı olmadığı qənaəti tamamilə qanunsuz və əsassızdır. Bununla yanaşı ’’Property İnvestments” MMC tikinti işlərini başa çatdırmaq məqsədilə fiziki və hüquqi şəxslərlə müqavilələr imzalamış və həmin müqavilələrə uyğun olaraq ödənişlərini bank vasitəsilə həyata keçirmişdir.Yoxlama dövrü üzrə əldə edilmiş bütün tikinti materiallarının silgisinə dair sənədlər vergi yoxlayıcısına elektron qaydada təqdim edilməsinə baxmayaraq vergi yoxlayıcısı tərəfindən bütün bu xərclər qanunazidd olaraq nəzərə alınmamaqla yanaşı, hesab-fakturalarla aparılan ödənişlərin ləğv edilməsini də göstərmişdir. Ümumiyyətlə, vergi yoxlayıcısı öz vəzifə səlahiyyətlərini aşmaqla müəssisəyə qarşı ilk gündən qərəzli mövqe nümayiş etdirməklə əsl “yükləmə” əməliyyatı həyata keçirmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə təqdim etmiş və tələbini onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********143303 nömrəli Qərar qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. VM-nin 38.3.5-ci maddəsinə istinad edilməklə yoxlamanın aparılması barədə qəbul edilməsinə baxmayaraq, mənbəyi bəlli olan məlumatların nədən ibarət olması, həmin məlumatların əsaslı və mötəbər olması barədə xüsusatlar qərarda göstərilməmiş, yoxlamanın qanuniliyini əsaslandırılmamışdır. Səyyar Vergi yoxlamasının aparılması müddətlərinə əməl edilməmişdir. Belə ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və yoxlamanın müddəti 30 gün müəyyən edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdək davam etmiş, yəni müəyyən olunmuş prosessual müddət 12 gün pozulmuş, xx.xx.2021-ci il tarixdə müddətin uzadılması barədə qərar qəbul edilmiş və yoxlamanın aparılması müddəti 30 gün uzadılmış, lakin yoxlama xx.xx.2021-ci il tarixdək davam etmiş yəni müəyyən edilmiş prosessual müddət 17 gün pozulmuş, daha sonra xx.xx.2021 -ci il tarixdə növbəti müddət uzatma qərarı qəbul edilərək, yoxlama müddəti əlavə 30 gün uzadılmış, buna baxmayaraq yoxlama xx.xx.2021-ci il tarixədək davam etmiş, yəni müəyyən edilmiş prosessual müddət 24 gün pozulmuş, daha sonra xx.xx.2021 -ci il tarixdə yoxlama aktının tərtibi müddətinin 30 gün müddətinə artırılması barədə qərar qəbul olunmuş, lakin yoxlama aktı xx.xx.2021-ci il tarixdə tərtib olunmuş və beləcə müəyyən olunmuş prosessual müddət 12 gün pozulmuşdur. Eləcə də, Səyyar Vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başa çatmasına baxmayaraq onun nəticəsinə dair akt xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, məsuliyyətə cəlb etmə qərarı isə yoxlamanın başa çatmasından 99 gün, aktın tərtibindən isə 52 gün sonra qəbul edilmişdir. Mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin müvafiq maddələrinin tətbiqi zamanı yalnışlığa yol verilmişdir. Müəssisə tərəfindən "xxxx" QSC BOKT-a verilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmlaklar 2018-ci ilin may ayında təhvil verilmişdir. Tərəflər arasında razılaşmalara uyğun olaraq həmin əmlaklar yarımtikili şəkilində olduğundan onlarda müvafiq tikinti qurşadırma işləri görülmüş və tikinti işləri tamamlanmış şəkildə təqdim edilmişdir. Buna dair müvafiq təsdiqedici sənədlər, eləcə də, yarımtikililərin əvvəlki və sonrakı vəziyyəti barədə fotoşəkillər yoxlayıcılara təqdim edilmişdir. Eləcə də, cavabdeh təşkilatın yoxlamaya daşınmaz əmlakların satışına dair təsdiqedici sənədlərin təqdim edilməməsi həqiqəti əks etdirmir. Həmin sənədlər müvafiq qaydada yoxlayıcılara təqdim edilmişdir. Sənədlərdən məlum olduğu kimi müəssisə 2017-2018-ci illərdə əldə etdiyi əmlakların bir qismində müvafiq təmir-tikinti işləri aparmaqla satmışdır. Hətta həmin daşınmaz əmlakların satışından vergi qanunvericiliyinə müvafiq qaydada ümumilikdə 336234,4 manat sadələşdirilmiş vergi dövlət büdcəsinə ödənilmişdir. Hətta nəzərə alınsa ki, cavabdeh orqanın qeyd etdiyi kimi, daşınmaz əmlakın satışına dair sənədlər təqdim edilməmişdir, bununla belə əmlak satışına görə sadələşdirilmiş vergilərin ödənilməsindən xəbərsiz olmaları mümkünsüzdür. Eyni zamanda, müəssisə 2017-ci il üzrə 1098571,43, 2018-ci il üzrə 381306,8, 2019-cu il üzrə isə 3771,18 manat əmak icarəsindən gəlir əldə etmişdir. Qeyd olunan məbləğlər müəssisə tərəfindən aidiyyəti üzrə illik bəyannamələrdə göstərilmiş və yoxlama həmin gəliri təsdiq etmişdir. Yarımtikili şəkilində əldə edilmiş həmin əmlakların hazır vəziyyətə gətirmədən onların icarəyə verilməsi və onlardan gəlir əldə edilməsi təbii ki mümkünsüzdür. SVY aktından xərclərin nəzərə alınmaması ilə bağlı Vergi Məcəlləsinin 13.2.37, 13.2.27, 108 və 109.2-ci maddələrinə istinad edilmişdir. Yəni cavabdeh təşkilat yuxarıda sadalanan xərclərin müəssisənin qeyri-kommeriya fəaliyyəti ilə əlaqədar xərcləri kimi müəyyən edilməsini göstərilən maddələrə uyğun olaraq əsaslandırmağa çalışmışdır. Müəssisənin mənfəət vergisinin hesablanması zamanı əmlak satışından və əmlak icarəsindən əldə etdiyi gəlirlərə görə xərclər nəzərə alınmırsa (xərc sənədləri vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilmirsə) bu zaman məlum olan gəlirlərə görə xərc hesablanmalıdır. Başqa sözlə vergi ödəyicinin mənfəətini müəyyən etmək üçün 20 faiz vergi dərəcəsinin xərclər nəzərə alınmadan birbaşa gəlirlərə tətbiq etməklə hesablamaq yolverilməzdir. Vergi orqanı isə göstərilənlərin əksinə gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan gəlirə birbaşa 20 faiz vergi dərəcəsi tətbiq etməklə mənfəət vergisi hesablamışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsaslanaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabt 2017-ci il tarixli 2-2(82)- 1098/17 saylı qətnaməsindən də məlum olduğu kimi, müəssisənin 31239608,95 manat faiz borcu olmuşdur. Qeyd olunan fazi borcları gəlirdən çıxılmalı olduğundan müəssisənin 2017-ci il heç bir mənfəəti olmamışdır. Vergi orqanı bu xüsusatla bağlı mövqeyini Vergi Məcəlləsinin 175.2-ci maddəsinə uyğun olaraq əsaslandırmışdır. Vergi orqanının müəssisənin əmlak satışı və əmlak icarəsi üzrə gəlirlərinin olmasını nəzərə alması, buna rəğmən həmin əmlakların tikintisi və təmirə ilə əlaqədar zəruri xərcləri nəzərə almaması və həmin xərclərin tərkibindəki ƏDV məbləğlərinin əvəzləşdirilmsinin ləğvi vergi qanunvericiliyinin tələblərinə ziddir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 104-cü, 108- ci və 109-cu maddələrinin tələbləri pozulmuşdur. Yoxlama ilə iddiaçının vergi orqanında olan uçot-baza məlumatları, üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017-ci il və 2018-ci il üzrə mənfəət vergisi bəyannamələrinin işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir sətirində qeyd olunmuş cəmi 8800000,00 manat gəlir məbləği (2017-ci il üzrə 7333333,33 və 2018-ci il üzrə 1466666,67 manat) iddiaçı tərəfindən 2017-2018-ci illər üzrə “X16” MMC-yə ("xxxx" MMC, VÖEN **********) göstərilmiş konsaltinq xidmətlərindən ibarətdir. İddiaçı və “X16” MMC arasında bağlanılmış QSZX 111/0817 nömrəli xx.xx.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən “X16” MMC-yə 2017-ci ildə 7333332,67 manat (ƏDV- siz) və 2018-ci ildə 1466666,67 manat (ƏDV-siz) dəyərində konsaltinq xidmətləri göstərilmişdir Bundan başqa yoxlama ilə əhatə olunan 2017-2019-cu illər üzrə iddiaçının daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlirləri 1484178,94 manat (o cümlədən 2017-ci ildə 1098571,43 manat, 2018-ci ildə 381306,80 manat və 2019-cu ildə 4300,71 manat), malların təqdim edilməsindən gəlirləri 58650,00 manat təşkil etmişdir. İddiaçı tərəfindən “X16” MMC-dən 2017-ci ildə 7309548,51 manat (ƏDV-siz) dəyərində (o cümlədən 2017-ci ilin avqust ayında 5843679,07 manat və sentyabr ayında 1465869,44 manat) və 2018-ci ilin yanvar ayında 1456871,49 manat (ƏDV-siz) dəyərində olmaqla, cəmi 8766420,00 manat (ƏDV-siz) dəyərində tikinti materialları (sement, beton, qum, çınqıi, ballast və s.) alınmışdır. Belə ki, iddiaçı tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində ƏDV-siz 8521548,08 manat dəyərində 88496 40 ton sement, ƏDV-siz 222136,70 manat dəyərində 3540,00 kub metr beton, ƏDV-siz 7812,01 manat dəyərində 21436,00 ton ballast (çay daşı), ƏDV-siz 3516,36 manat dəyərində 4395,50 ton “çay xırı”, ƏDV-siz 569,10 manat dəyərində 223,84 ton “Qum Qazax”, ƏDV-siz 8709,44 manat dəyərində 6294,74 ton “qumçınqıl” və ƏDV-siz 2128,31 manat dəyərində 682,02 ton “qum atsep doğranmış” alınmışdır. Həmçinin iddiaçı tərəfindən “X16” MMC-dən əldə edilmiş elektron qaimə fakturalarda tikinti materiallarının daşınması üçün 2017-ci ildə 21498,50 manat və 2018-ci ildə 9795,18 manat olmaqla, cəmi 31293,68 manat dəyərində daşınma (nəqliyyat) xərci qeyd edilmişdir. İddiaçı tərəfindən satışından gəlir əldə etmək məqsədilə ona məxsus olan daşınmaz əmlakların təmiri üçün tikinti materiallarının alınmasına və həmin daşınmaz əmlaklarda ləmir işlərinin həyata keçirilməsinə baxmayaraq, qeyd olunan əmlakların təqdim edilməsindən gəlir əldə edilməsi yoxlama ilə müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən ona məxsus olan daşınmaz əmlakların satışını təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1098/17 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli 006 nömrəli protokolu ilə iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (VÖEN **********) olan borcunun müəssisənin mülkiyyətində olan əmlaklara yönəldilməsinə və həmin əmlakların "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirilməsinə razılıq verilmişdir. Buna baxmayaraq qeyd olunan protokoldan sonrakı tarixlərdə iddiaçı tərəfindən "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirilməsinə razılıq verilmiş daşınmaz əmlakların təmiri məqsədilə “X16" MMC-dən tikinti materiallarının alınması və daşıma xidmətləri üçün, "xxxx" MMC-dən tikinti materiallarının alınması və təmir işləri üçün, fiziki şəxs X6 tərəfindən yerinə yetirilmiş təmir işləri üçün elektron qaimə fakturalar əldə edilmişdir. Bununla əlaqədar olaraq, “X16” MMC-dən əldə edilmiş tikinti materialları və daşıma xidmətləri, "xxxx" MMC-dən əldə edilmiş tikinti materialları və onun tərəfindən yerinə yetirilmiş təmir işləri, fiziki şəxs X2 və fiziki şəxs X6 tərəfindən yerinə yetirilmiş təmir işləri yoxlama ilə Vergi Məcəlləsinin 108-ci maddəsinə müvafiq olaraq gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilməmiş və Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli payın alqısatqı müqavilələrinə əsasən təsisçi "xxxx" ASC (VÖEN **********) tərəfindən daha əvvəl müəssisənin Nizamnamə kapitalına əmlak şəklində qoyulmuş daşınmaz əmlaklar alınaraq, satış məqsədi ilə saxlanılan digər aktivlərə aid edilmiş və mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsində 1.3.4-cü "Sair ehtiyatlar" səni ində göstərilmişdir. İddiaçı tərəfindən vergi orqanına göndərilmiş xx.xx.2021-ci il tarixli **********330900 nömrəli və xx.xx.2021-ci il tarixli **********556000 nömrəli məktublarda qeyd olunan əmlakların daha sonra satışından mənfəət əldə etmək məqsədilə alındığını bildirilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-1098/17 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli payın alqı-satqı müqavilələrinə əsasən təsisçi "xxxx" ASC-yə məxsus 22536350,00 manat dəyərində 22536350 təsis payı (əmlak şəklində) iddiaçı tərəfindən 77184053,39 manata alınmışdır. “Azərbaycan Beynəlxalq Bankı" ASC (VÖEN **********), "xxxx" ASC, Akkord Beton’ MMC (VÖEN: **********) və iddiaçı arasında imzalanmış "Borc öhdəliklərinin ötürülməsi haqqında" xx.xx.2016-cı il tarixli N- 7872/H saylı müqavilə əsasən "xxxx" MMCnin “Azərbaycan Beynəlxalq Bankı" ASC- yə olan 40000000,00 manat məbləğində əsas borc və 2000000,00 manat faiz borcu olmaqla, cəmi 42000000,00 manat məbləğində borc üzrə öhdəlikləri İddiaçı MMC-yə ötürülmüşdür. "xxxx" ASC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, “HGC Group" MMC və iddiaçı arasında imzalanmış “Borc öhdəliklərinin ötürülməsi haqqında11 xx.xx.2016-cı il tarixli N- 7879/H saylı müqaviləyə əsasən "xxxx" MMC-nin "xxxx" ASC qarşısında olan 35184053,39 manat borc üzrə öhdəlikləri "xxxx" MMC- yə ötürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli müqavilə əsasında "Aqrarkredit QSC BOKT-a keçmişdir. Həmin sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixi' 3-33 və S-34 saylı təhvil-təslim aktları əsasında "xxxx" QSC BOKT-a təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" QSC BOKT tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli S-33 saylı akta əsasən "xxxx" MMC-yə aid borclardan 31239608,95 manat məbləğində faiz borcu və 21 06.2017ci il tarixli S-34 saylı akta əsasən "xxxx" MMC-yə aid 40000000,00 manat məbləğində əsas borc, 2000000,00 manat faiz borcu, “HGC Group" MMC-yə aid 3944444,44 manat faiz borcu üzrə iddiaçı öhdəlik daşıması qeyd olunmuşdur. Nəticədə İddiaçı MMC-nin qeyd olunan kredit müqavilələri üzrə cəmi ümumi borcu 76885794,54 manat (40000000,00 manat əsas borc və 36885794,54 manat faiz borcu), 168806,15 ABŞ dolları (0,00 ABŞ dolları əsas borc və 168806,15 ABŞ dolları faiz borcu) və 427,73 avro (0,00 avro əsas borc və 427,73 avro faiz borcu) məbləğində təşkil etmişdir. "xxxx" QSC BOKT tərəfindən idarəetməyə götürüldükdən sonra borc məbləğindən iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir və borc üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün "xxxx" QSC BOKT tərəfindən məhkəməyə müraciət edilmişdir. İddiaçının xx.xx.2017-ci il tarixli 006 nömrəli protokolu ilə iddiaçının "xxxx" QSC BOKT-a olan borcunun müəssisənin mülkiyyətində olan əmlaklara yönəldilməsinə və həmin əmlakların "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirməsinə razılıq verilmişdir. 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsi tərəfindən İddiaçı MMC-nin "xxxx" QSC BOKT-a olan 76885794,54 manat (********.00 manat əsas borc və 36885794,54 manat faiz borcu), 168806,15 ABŞ dolları (0,00 ABŞ dolları əsas borc və 168806,15 ABŞ dolları faiz borcu) və 427,73 avro (0,00 avro əsas borc və 427,73 avro faiz borcu) borcu üzrə tələbin iddiaçı mülkiyyətində olan daşınmaz əmlaklara yönəldilməsi, 82 ədəd daşınmaz əmlak üzərində müəssisənin mülkiyyət hüququna xitam verilməsi və həmin əmlaklar üzərində "xxxx" QSC BOKT-un mülkiyyət hüququnun tanınması barədə xx.xx.2017-ci il tarixli qətnamə çıxarılmışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş 2017-ci il, 2018-ci il və 2019-cu il üzrə mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin 1.1.1-ci Binalar, tikililər və qurğular sətirində göstəricilər qeyd olunmamış, habelə vergi ödəyicisi tərəfindən əsas vəsaitlərinin olması ilə bağlı təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, elektrik enerjisi (“aktiv enerji”) və sayğacların quraşdırılması ilə əlaqədar "Azərişıq ASC-dən əldə edilmiş cəmi dəyəri 9057,14 manat (ƏDV-siz) təşkil edən elektron qaimə fakturalar (2017- ci il üzrə 1947,12 manat, 2018-ci il üzrə 5303,77 manat və 1806,25 manat), su və kanalizasiya xərcləri (içməli su və çirkab suyu) ilə əlaqədar "xxxx" ASC-dən (VOEN **********) əldə edilmiş cəmi dəyəri 16363,74 manat (ƏDV-siz) təşkil edən elektron qaimə fakturalar (2017-ci il üzrə 8072,88 manat, 2018-ci il üzrə 7953,54 manat və 337,32 manat) yoxlama ilə iddiaçının Vergi Məcəlləsinin 108-ci maddəsinə müvafiq olaraq gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilməmiş və Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyrikommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş 2017-ci il, 2018-ci il və 2019-cu il üzrə mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin 1.1.3-cü Nəqliyyat vasitələri sətirində göstəricilər qeyd olunmamış, habelə iddiaçı tərəfindən nəqliyyat vəsaitlərinin olması və icarəyə götürülməsi ilə bağlı təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir Bununla əlaqədar olaraq, yanacaq (“benzin A-92", “Premium” və “yanacaq kam”) alışı ilə əlaqədar "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş cəmi dəyəri 7560,09 manat (ƏDV- siz) təşkil edən elektron qaimə fakturalar (2017-ci il üzrə 4596,31 manat və 2018-ci il üzrə 2963,78 manat), nəqliyyat vasitəsi üçün güzgü alınması və servis xidməti ilə əlaqədar "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş dəyəri 630,00 manat (ƏDV-siz) təşkil edən 02.11 2017-ci il tarixli EAAD 878100 nömrəli elektron qaimə faktura, nəqliyyat vasitələri üçün müxtəlif ehtiyat hissələri alınması və servis işi ilə əlaqədar "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş dəyəri 1853,70 manat (ƏDV-siz) təşkil edən 15 11 2017-ci il tarixli EAAE 137546 nömrəli elektron qaimə faktura, nəqliyyat vasitələri üçün müxtəlif ehtiyat hissələri alınması və servis işi ilə əlaqədar "xxxx" MMC-dən VÖEN **********) əldə edilmiş dəyəri 1455,00 manat (ƏDV-siz) təşkil edən 06.07 2017-ci il tarixli EAAB 561983 nömrəli və xx.xx.2017-ci il tarixli EAAB 589841 nömrəli elektron qaimə fakturalar yoxlama ilə iddiaçının Vergi Məcəlləsinin 108-ci maddəsinə müvafiq olaraq gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilməmiş və Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri kommersiya fəaliyyəti ilə bağlı olan xərclər kimi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə iddiaçı tərəfindən Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109- cu maddələrinin tələbləri pozulmaqla mənfəət vergisinin 2017-ci il üzrə 1061764,26 manat və 2018-ci il üzrə 308047,30 manat olmaqla, cəmi 1369811,56 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 1369811,56 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 684905,78 manat (2017-ci il üzrə 530882,13 manat və 154023,65 manat) məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Cəmiyyət tərəfindən Əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: İddiaçının vergi orqanında olan uçot-baza məlumatları, üçüncü şəxslərlə əlaqədar vergi yoxlamasının predmetinə aid olan sənədlər, bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və məlumatlara əsasən müəyyən edilmişdir ki, cəmiyyət tə. əfindən Vergi Məcəlləsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulmuşdun iddiaçı tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi əvəzləşdirilən ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. İddiaçı tərəfindən satışından gəlir əldə etmək məqsədilə ona məxsus olan daşınmaz əmlakların təmiri üçün tikinti materiallarının alınmasına və həmin daşınmaz əmlaklarda təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, qeyd olunan əmlakların təqdim edilməsindən gəlir əldə edilməsi yoxlama ilə müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən ona məxsus olan daşınmaz əmlakların satışını təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən tikinti materiallarının alınması, onların daşıma xidmətləri və pompa icarəsi üçün “X16” MMC-dən 2018-ci ilin yanvar ayı ərzində əldə edilmiş ƏDV-siz dəyəri 1466666,66 manat və ƏDV məbləği 264000,02 manat təşkil edən elektron vergi-hesab fakturaları üzrə həyata keçirilmiş cəmi 263999,99 manat (xx.xx.2018-ci il tarixli HR 230041 nömrəli EVHF üzrə 4334,64 manat, xx.xx.2018-cı il tarixli HR 312184 nömrəli EVHF üzrə 26614,07 manat, 26.0'1.2018-ci ıl tarixli HR 312185 nömrəli EVHF üzrə 30810,85 manat, xx.xx.2018-ci il tarixli HR 351914 nömrəli EVHF üzrə 6386,37 manat, xx.xx.2018-ci il tarixli HR 351915 nömrəli EVHF üzrə 13906,58 manat, 31.01 2018-ci il tarixli HR 386178 nömrəli EVHF üzrə 67,12 manat, xx.xx.2018-ci il tarixli HR 230043 nömrəli EVHF üzrə 45774,24 manat, xx.xx.2018-ci il tarixli HR 312187 nömrəli EVHF üzrə 9411,25 manat, xx.xx.2018-ci il tarixli HR 386180 nömrəli EVHF üzrə 521,70 manat, xx.xx.2018-ci il tarixli HR 386181 nömrəli EVHF üzrə 104835,66 manat, 31.01 2018-ci il tarixli HR 386182 nömrəli EVHF üzrə 7624,14 manat, xx.xx.2018-ci il tarixli HR 230040 nömrəli EVHF üzrə 1280,59 manat, xx.xx.2018-ci il tarixli HR 386179 nömrəli EVHF üzrə 80,85 manat, 31.01 2018-ci il tarixli HR 386177 nömrəli EVHF üzrə 11851,93 manat) ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Həmçinin iddiaçı tərəfindən "CPS Construction” MMC-dən tikinti işləri üçün əldə edilmiş xx.xx.2018cı il tarixli HS 524046 nömrəli elektron vergi-hesab fakturası üzrə 7380,00 manat, tikinti materialları (“mərmər qranit") alınması üçün əldə edilmiş xx.xx.2018-ci il tarixli HS 525933 nömrəli elektron vergi-hesab fakturası üzrə 13365,00 manat, 28 04.2018-ci il tarixli HS 536749 nömrəli elektron vergi-hesab fakturası üzrə 2930,10 manat və xx.xx.2018-ci il tarixli HS 536748 nömrəli elektron vergi-hesab fakturası üzrə 3211,21 manat olmaqla, cəmi 26886,31 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Bundan başqa, elektrik enerjisi (“aktiv enerji”) və sayğacların quraşdırılması ilə əlaqədar "xxxx" ASC-dən əldə edilmiş elektron vergi-hesab fakturaları üzrə həyata keçirilmiş cəmi 706,04 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175 2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Həmçinin yanacaq (“benzin A-92", “Premium” və “yanacaq kartı") alışı ilə əlaqədar "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş cəmi dəyəri 2603,57 manat (ƏDV-siz) və ƏDV məbləği 468,65 manat təşkil edən elektron vergi- hesab fakturaları üzrə həyata keçirilmiş 449,77 manat ƏDV əvəzləşdirilməsi, nəqliyyat vasitəsi üçün güzgü alınması və servis xidməti ilə əlaqədar "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş dəyəri 630,00 manat (ƏDV-siz) təşkil edən EVHF üzrə həyata keçirilmiş 113,40 manat ƏDV əvəzləşdirilməsi, nəqliyyat vasitələri üçün müxtəlif ehtiyat hissələri alınması və servis işi ilə əlaqədar "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş dəyəri 1853,70 manat (ƏDV-siz) təşkil edən EVHF üzrə həyata keçirilmiş 333,67 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-dən (VÖEN **********) əldə edilmiş dəyəri 15591,00 manat (ƏDV-siz) və ƏDV məbləği 2806,38 manat təşkil edən və daha sonra ləğv edilmiş EVHF üzrə həyata keçirilmiş 720,00 manat ƏDV əvəzləşdirilməsi, həmçinin “ANTARİS" CSC-dən (VÖEN **********) əldə edilmiş dəyəri 164,88 manat (ƏDVsiz) və ƏDV məbləği 29,68 manat təşkil edən EVHF üzrə həyata keçirilmiş 23,40 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Beləliklə, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləğinin 293179,33 manat əskik (o cümlədən 2017-ci ilin noyabr ayı üzrə 896,42 manat, 2017-ci ilin dekabr ayı üzrə 110,58 manat, 2018-ci ilin yanvar ayı üzrə 264232,95 manat, 2018-ci ilin mart ayı üzrə 215,91 manat, 2018-ci ilin aprel ayı üzrə 22546,30 manat, 2018-ci ilin may ayı üzrə 5230,41 manat olmaqla, cəmi 293232,57 manat əskik və 2018-ci ilin fevral ayı üzrə 53,24 manat artıq) hesablanması müəyyən edildi və büdcəyə əlavə 293179,33 (293232,57 - 53,24) manat ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 293232,57 manat /ergi məbləğinin 50 faizi miqdarında, yəni 146616,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə müəyyən edildi ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən vergi orqanına göndərilmiş xx.xx.2021-ci il tarixli **********951500 nömrəli və xx.xx.2021-ci il tarixli **********858700 nömrəli məktublarla yoxlamaya elektron qaydada qismən təqdim edilmiş kassa sənədlərinə əsasən müəyyən ediimişdir ki, 2018-ci ilin iyun və iyul aylarında ödəniş təyinatı kimi "təsərrüfat malları”, “dəftərxana ləvazimatlar”, “Azercell”, “Azərenerji", “Azpetrol”, "Notarius”, müxtəlif avadanlıqların alınması və digər təyinatlar göstərilməklə Əfqan Süleymanova cəmiyyətin kassasından 4429,84 manat (o cümlədən 2018-ci il iyun ayında 4005,78 manat və iyul ayında 424,06 manat) vəsait verilmişdir. Lakin, cəmiyyət tərəfindən qeyd olunan ödənişlərlə əlaqədar təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş elektron kassa məlumatlarında qeyd olunan ödənişlər yoxlama ilə Vergi Məcəlləsinin 98-ci maddəsinin tələblərinə müvafiq olaraq cəmiyyətin həmin dövr üzrə direktor müavini olan X1 muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilmişdir. Həmçinin yoxlama ilə kassa məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2018ci ildə müxtəlif işçilərə 1660,00 manat (2018-ci ilin aprel ayında 200,00 manat, may ayında 100,00 manat, iyun ayında 1360,00 manat) maddi yardım hesablanmış, lakin həmin maddi yardımların Vergi Məcəlləsinin 102 1 3 1-ci maddəsinin tələblərinə müvafiq olaraq təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. Bununla əlaqədar olaraq yoxlama ilə qeyd olunan maddi yardım ödənişləri Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələblərinə əsasən həmin işçilərin muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilmişdir. Bundan başqa yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin mart, aprel, may və iyun ayları üzrə fiziki şəxslərin muzdlu işlə əlaqədar aylıq gəlirlərindən vergilər Vergi Məcəlləsinin 101.1-ci madəssinin tələbləri pozulmaqla tutulmuşdur. Yoxlama ilə vergi ödəyicisində fiziki şəxslərin muzdlu işlə əlaqədar aylıq gəlirlərindən vergilərin Vergi Məcəlləsinin 101.1-ci madəssinin tələblərinə müvafiq olaraq tutulması təmin edilmişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən “Property İnvestments" MMC-yə əmək haqqından tutulan vergi hesablanarkən Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən tətbiq edilmiş vergi güzəştlərinə dair təsdiqedici sənədlərin təqdim edilməsi barəcə xx.xx.2021-ci il tarixli **********064300 nömrəli məktub göndərilməsinə baxmayaraq, qeyd olunan təsdiqedici sənədlər iddiaçı tərəfindən yoxlamaya təqdim edilməmişdir. Buna görə də yoxlama ilə X3, X9 və X5 tətbiq edilmiş vergi güzəştləri ilə əlaqədar olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 378,00 manat (o cümlədən 2018-ci il yanvar ayında 28,00 manat, fevral ayında 28,00 manat, mart ayında 28,00 manat, aprel ayında 28,00 manat, may ayında 84,00 manat, iyun ayında 84,00 manat, iyul ayında 98,00 manat) əlavə hesablama aparılmışdır. Beləliklə, yoxlama ilə iddiaçı tərəfindən Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələrinin tələbləri pozulmaqla muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2173,60 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 2173,60 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1086,80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən vergi orqanına göndərilmiş xx.xx.2021-ci il tarixli **********95500 nömrəli və xx.xx.2021-ci il tarixli **********858700 nömrəli məktublarla yoxlamaya elektron qaydada qismən təqdim edilmiş kassa sənədlərinə əsasən müəyyən edilmişdir ki, 2018-ci ilin iyun və iyul aylarında ödəniş təyinatı kimi “təsərrüfat malları”, “dəftərxana ləvazimatları”, “Azercell”, “Azərenerji”, “Azpetrol”, “Notarius”, müxtəlif avadanlıqların alınması və digər təyinatlar göstərilməklə Əfqan Süleymanova cəmiyyətin kassasından 4429,84 manat (o cümlədən 2018-ci il iyun ayında 4005,78 manat və iyul ayında 424.06 manat) vəsait verilmişdir. Lakin cəmiyyət tərəfindən qeyd olunan ödənişlərlə əlaqədar təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən təqdim edilmiş elektron kassa məlumatlarında qeyd olunan ödənişlər yoxlama ilə cəmiyyətin həmin dövr üzrə direktor müavini olan X1 muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edildi və həmin gəlirlər üzrə MDSS və işsizlikdən sığorta hesablanmışdır. Cəmiyyət tərəfindən məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatda (0111) məcburi dövlət sosial sığorta məbləği 2018-ci ilin 2-ci rübü üzrə 1001,45 manat və 2018-ci ilin 3-cü rübü üzıə 106,02 manat əskik hesablanmışdır. Beləliklə, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0111) üzrə büdcəyə əlavə olaraq 1107,47 manat məcburi dövlət sosial sığorta məbləği hesablanmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9- 1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən MDSS-in hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 1107,47 manat MDSS məbləğinin 50 faizi miqdarında 553,74 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyət tərəfindən işsizlik sığortası üzrə rüblük hesabatda (hüquqi şəxslər) işsizlikdən sığorta məbiəği 2018-ci ilin 2-ci rübü üzrə 40,05 manat və 2018-ci ilin 3-cü rübü üzrə 4,24 manat əskik hesablanmışdır. Beləliklə işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə büdcəyə əlavə olaraq 44,29 manat işsizlikdən sığorta məbləği hesablanmışdır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 7-1ci maddəsinə və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən işsizlikdən sığortanın hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 44,29 manat işsizlikdən sığorta məbləğinin 50 faizi miqdarında 22,15 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən iddiaçı tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 9883,96 manat (o cümlədən 2017-ci ildə HQ 2194** HQ ***568, HQ 331571, HQ 331572, HQ 409186, HQ 409187, HQ 4091** HQ ***1** HQ ***193 nömrəli EVHF üzrə cəmi 96,54 manat, 2018-ci ildə HR 248145, HQ 9216** HR ***538, HR 178634, HR 178633, HR 178630, HR 918526, HR 918529, HR 9185** HR ***525, HS 525933, HS 536749, HS 536748 üzrə 9787,42 manat) ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 4941,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli **********223200 nömrəli məktubla yoxlamaya elektron qaydada təqdim edilmiş kassa sənədlərinə (2018-ci il üzrə kassanın hərəkəti) əsasən müəyyən edilmişdir ki, cəmiyyətin kassasından müxtəlif təyinatlı xərclərə (bank hesabına mədaxil istisna olmaqla) görə 2018-ci ilin iyun ayında 33291,78 manat ödəniş həyata keçirilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələblərinin pozulmasına (Qanun pozulmaqla təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmaların nağdsız qaydada həyata keçirilməməsinə) görə iddiaçıya yoxlama ilə əhatə edilən dövr üzrə Qanun pozulmaqla aparılan 3291,78 manat əməliyyatın 10 faizi miqdarında, yəni 329,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində mənfəət vergisi hesablama müddətinin ötürülməsi dəlili ilə əlaqədar bildirilir ki, cavabdehin xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçının fəaliyyət dövrü üzrə 3 illik dövrü yoxlanılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin faizlərin və ma.iyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən Hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar tarixindən əvvəllki 3 illik dövrü əhatə edir. Aylıq hesabatlar üzrə yoxlama qərarda qeyd olunduğu ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə etmişdir. Əlavə olaraq iddiaçı iddia ərizəsində 2017-2018-ci illərdə bir neçə xidmət üzrə gəlir əldə etməsi səbəbilə kommunal xərclərin xərclər siyahısından çıxarılması ilə əlaqədar bildirilir ki, əmlakların təqdim edilməsindən gəlir əldə edilməsi yoxlama ilə müəyyən edilməmiş, daşınmaz əmlakın satışını təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Həmçinin, diğər xidmətlər üzrə gəlirlərin nədən ibarət olmasını qeyd etməmişdir. Cavabdehin iddiaya etiraza əlavəsi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********143303 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal hazırda da qüvvədədir. İddiaçı həmin qərarın qanuniliyinə və əsaslığına dair iddia ərizəsi ilə İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilərdi. Həmçinin, həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin, iddiaçı bunu etməmiş cavabdehin xx.xx.2020-ci il tarixli qərarından mübahisələndirmə müddətini ötürmüşdür. Bundan başqa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVlS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində iddiaçının vergidən yayınma hallarının olması müəyyən edilmişdir. Belə ki, təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının aparılması müddətlərinə dair qeyd edilməlidir ki, qanunvericiliyin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, Vergi qanunvericiliyinin digər sahəvi qanunvericiliklə qarşılıqlı təhlili tam olaraq onu deməyə əsas verir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər, yəni günlərlə ifadə olunmuş prosessual müddətlər məhkəmənin barəsində şikayət olunan qərarında ifadə etməyə çalışdığı təqvim gününü deyil, məhz iş gününü nəzərdə tutur. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 günü ifadəsini təqvim günü kimi qəbul etmiş olarsa, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alınsa ki, vergi orqanı üçün beş günlük iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günləri hətta nəzərə alınmasa belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bu normanın təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması ancaq 30 gün ərzində davam etməlidir. O zaman sual olunur ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsi yoxlamanın qeyri-iş günlərində davam etməsini qadağan edirsə, hansı halda səyyar vergi yoxlaması 30 təqvim günü ərzində keçirilə bilər və ya davam edə bilər?! Digər tərəfdən Vergi Məcəlləsinin “Gün” ifadəsini “təqvim günü" kimi təfsir edən iddiaçı Vergi Məcəlləsinin digər normalarında “təqvim günü” ifadəsinin olması faktını unutmuşdur. Çünki Vergi Məcəlləsinin bir sıra normalarında təqvim günü ifadəsi işlənilir ki, bu da Vergi Məcəlləsinin 38.2-ci maddəsində ifadə olunan gün sözünün təqvim günü kimi idrak edilməsini istisna edir. Belə ki, əgər gün ifadəsi təqvim günü ifadəsini nəzərdə tutursa, o zaman sual yaranır ki, nə üçün hüquq müəyyənedici orqan onu təqvim günü kimi müəyyən etməmişdir?! Vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2-1(102)-6/20 nömrəli Qərarını qeyd edə bilərik. Həmin qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddənin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddət iş günləri ilə hesablanmalıdır. Bu baxımdan yoxlamanın aparılması üçün təyin olunmuş müddətlərin pozuntusu halı baş verməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 29 dekabr 2020-ci il tarixli **********143303 saylı qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama torpaq vergisi 2018-2020, əlavə dəyər vergisi üzrə noyabr 2017-oktyabr 2020, MDSS-İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər 4-cü rüb 2017-2-ci rüb 2019, aksiz vergisi noyabr 2017-oktyabr 2020, sadələşdirilmiş vergi 4-cü rüb 2017-3-cü rüb 2020, İşsizlik sığortası 4-cü rüb 2017-2-ci rüb 2019, yol vergisi noyabr 2017-oktyabr 2020, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-2019, MDSS 3-cü rüb-4-cü rüb 2019, əmlak vergisi 2017-2019-cu il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 1-ci rüb 2020-3-cü rüb 2020, mədən vergisi noyabr 2017-oktyabr 2020, ödəmə mənbəyində tutulan vergi 4-cü rüb 2017- 3-cü rüb 2020, mənfəət vergisi 2017-2019-cu il əhatə etmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2021 -ci il tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2021-ci il tarixli **********143362 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlamanın aparılması üçün xx.xx.2020-ci il tarixli **********143363 saylı Tələbnamə və xx.xx.2020-ci il tarixli **********144425 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar iddiaçıya təqdim olunmuş, yoxlamanın nəticəsinə uyğun olaraq iddiaçı barəsində xx.xx.2021-ci il tarixli **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunveriiciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Adıçəkilən qərara əsasən iddiaçıya 2017-ci il mənfəət vergisi üzrə 1061764,26 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 530882,13 manat maliyyə sanksiyası, 2018-ci il mənfəət vergisi üzrə 308047,30 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 154023,65 manat maliyyə sanksiyası, 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, 2018-ci il MDSS üzrə 1107,47 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 553,74 manat, 2018-ci il işsizlik sığortası üzrə 44,29 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 22,15 manat, 2018-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi 2173,60 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 1086,80 manat, VM-nin 58.6-cı maddəsinə əsasən ƏDV məbləğinin öənilməməsinə görə 2017-ci il üzrə 48,27 manat, VM-nin 58.6-cı maddəsinə əsasən ƏDV məbləğinin öənilməməsinə görə 2018-ci il üzrə 4893,71 manat, VM-nin 58.7-1-ci maddəsinə əsasən 329,18 manat maliyyə sanksiyası olmaqla cəmi 1666316.25 AZN əlavə vergi, 838455.92 AZN maliyyə sanksiyası tətbiq edilməklə vergi hesablanmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2021-ci il tarixli **********149270 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvini tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarını xx.xx.2021-ci il tarixdə mübahisələndirərək 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı MMC yoxlama dövründə faktiki olaraq daşınmaz əmlakın alınması və satılması, daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətləri ilə məşğul olmuşdur. İddiaçı ilk növbədə cavabdehin apardığı növbədənkənar səyyar vergi yoxlamasının prosessual cəhətdən vergi qanunvericiliyinin tələblərinə uyğun aparılmadığını mübahisələndirir. Belə ki, iddiaçının mövqeyinə görə vergi orqanı aktda yoxlama dövrünün noyabr 2017-oktyabr 2020-ci illəri əhatə etdiyini göstərməsinə baxmayaraq AR VM-nin 56.1-ci və 85.4-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla xx.xx.2017-ci ildən xx.xx.2017-ci il dövrü üçün mənfəət vergisi hesablanmışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, Vergi Məcəlləsinin: -36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. -85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Qanunvericiliyin sadalanan normalarından müəyən olunur ki, yoxlama mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan dövrü əhatə etdiyi halda, digər vergilərdə yoxlama yoxlamanın keçirildiyi il də daxil son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqqına münasibətdə isə müddətlə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar xx.xx.2020-ci il tarixli olmaqla iddiaçının fəaliyyətinin 3 illik dövrü yoxlanılmışdır. Vergi orqanının qeyd etdiyi kimi mənfəət vergisi üzrə yoxlanılan dövr 2017-2019-cu illəri əhatə edir. Başqa sözlə, illik vergilər üzrə 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar tarixindən əvvəllki 3 illik dövrü əhatə edir. Aylıq hesabatlar üzrə yoxlama isə məsələn ƏDV üzrə noyabr 2017-oktyabr 2020-ci illəri üzrə aparılmışdır. Beləliklə, yoxlama dövr ilə bağlı dəlilin vergi qanunvericiliyinin tələblərinə uyğun olduğu müəyyən olunur. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarının əsaslandırılmamasına və Səyyar Vergi yoxlamasının aparılması müddətlərinə əməl edilməməsinə gəlincə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunveriiliyə əməl edilməsi (vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********075300 nömrəli xidməti məlumatına əsasən Baş İdarənin xx.xx.2020-ci il tarixli **********143303 nömrəli qərarı ilə təyin edilmişdir. Vergi orqanının əsaslandırmasına əsasən növbədənkənar səyyar vergi yoxlaması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVlS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində iddiaçının vergidən yayınma hallarının olması müəyyən edildiyi, təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi müəyyən edildiyi əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən vergi ödəyicisinin vergidən yayınma halı mövcud olduğundan cavabdeh orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları). Mübahisələndirilən qərarın maddi hüquq baxımından qanuniliyinə gəlincə məhkəmə aşağıdakı nəticəyə gəlir. Mənfəət vergisi üzrə: Vergi orqanının araşdırmasına əsasən yoxlama ilə iddiaçı tərəfindən 2017-ci il üzrə 1061764,26 manat və 2018-ci il üzrə 308047,30 manat olmaqla, cəmi 1369811,56 manat azaldılması müəyyən edildiyindən, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 1369811,56 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 684905,78 manat (2017-ci il üzrə 530882,13 manat və 2018-ci il üzrə 154023,65 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017-ci il və 2018-ci il üzrə mənfəət vergisi bəyannamələrinin işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir sətirində qeyd olunmuş cəmi 8800000,00 manat gəlir məbləği (2017-ci il üzrə 7333333,33 və 2018-ci il üzrə 1466666,67 manat) iddiaçı tərəfindən 2017- 2018-ci illər üzrə “X16” MMC-yə ("xxxx" MMC, VÖEN **********) göstərilmiş konsaltinq xidmətlərindən ibarətdir. İddiaçı və “X16” MMC arasında bağlanılmış QSZX 111/0817 nömrəli xx.xx.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən “X16” MMC-yə 2017-ci ildə 7333332,67 manat (ƏDV-siz) və 2018-ci ildə 1466666,67 manat (ƏDV-siz) dəyərində konsaltinq xidmətləri göstərilmişdir. Bundan başqa yoxlama ilə əhatə olunan 2017-2019-cu illər üzrə iddiaçının daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlirləri 1484178,94 manat (o cümlədən 2017-ci ildə 1098571,43 manat, 2018-ci ildə 381306,80 manat və 2019-cu ildə 4300,71 manat), malların təqdim edilməsindən gəlirləri 58650,00 manat təşkil etmişdir. İddiaçı tərəfindən “X16” MMC-dən 2017-ci ildə 7309548,51 manat (ƏDV-siz) dəyərində (o cümlədən 2017-ci ilin avqust ayında 5843679,07 manat və sentyabr ayında 1465869,44 manat) və 2018-ci ilin yanvar ayında 1456871,49 manat (ƏDV-siz) dəyərində olmaqla, cəmi 8766420,00 manat (ƏDV-siz) dəyərində tikinti materialları (sement, beton, qum, çınqıl, ballast və s.) alınmışdır. Həmçinin iddiaçı tərəfindən “X16” MMC-dən əldə edilmiş elektron qaimə fakturalarda tikinti materiallarının daşınması üçün 2017-ci ildə 21498,50 manat və 2018-ci ildə 9795,18 manat olmaqla, cəmi 31293,68 manat dəyərində daşınma (nəqliyyat) xərci qeyd edilmişdir. Vergi orqanı iddiaçının “X16” MMC-dən əldə edilmiş tikinti materialları və daşıma xidmətləri, “CPS”Construction” MMC-dən əldə edilmiş tikinti materialları və onun tərəfindən yerinə yetirilmiş təmir işləri, fiziki şəxs X2 və fiziki şəxs X7 tərəfindən yerinə yetirilmiş təmir işləri ilə əlaqədar çəkilmiş xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid etməmişdir. Məhkəmə cavabdehin mənfəət vergisinin hesablanması zamanı adı çəkilən xərclərin nəzərə alınmaması ilə bağlı mövqeyi ilə razılaşır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli payın alqı-satqı müqavilələrinə əsasən təsisçi "xxxx" ASC (VÖEN **********) tərəfindən daha əvvəl müəssisənin Nizamnamə kapitalına əmlak şəklində qoyulmuş daşınmaz əmlaklar alınaraq, satış məqsədi ilə saxlanılan digər aktivlərə aid edilmişdir. İşin hallarından görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2016cı il və xx.xx.2016-cı il tarixli payın alqı-satqı müqavilələrinə əsasən təsisçi "xxxx" ASC-yə məxsus 22536350,00 manat dəyərində 22536350 təsis payı (əmlak şəklində) iddiaçı tərəfindən 77184053,39 manata alınmışdır. “Azərbaycan Beynəlxalq Bankı" ASC (VÖEN **********), "xxxx" ASC, "xxxx" MMC (VÖEN: **********) və iddiaçı arasında imzalanmış “Borc öhdəliklərinin ötürülməsi haqqında" xx.xx.2016-cı il tarixli N- 7872/H saylı müqaviləyə əsasən "xxxx" MMC-nin “Azərbaycan Beynəlxalq Bankı" ASC- yə olan 40000000,00 manat məbləğində əsas borc və 2000000,00 manat faiz borcu olmaqla, cəmi 42000000,00 manat məbləğində borc üzrə öhdəlikləri İddiaçı MMC-yə ötürülmüşdür. "xxxx" ASC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, “HGC Group" MMC və iddiaçı arasında imzalanmış “Borc öhdəliklərinin ötürülməsi haqqında" xx.xx.2016-cı il tarixli N- 7879/H saylı müqaviləyə əsasən "xxxx" MMC-nin "xxxx" ASC qarşısında olan 35184053,39 manat borc üzrə öhdəlikləri "xxxx" MMC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli müqavilə əsasında "Aqrarkredit QSC BOKT-a keçmişdir. Həmin sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-33 və S-34 saylı təhvil-təslim aktları əsasında "xxxx" QSC BOKT-a təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" QSC BOKT tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli S-33 saylı akta əsasən “HGC Group" MMC-yə aid borclardan 31239608,95 manat məbləğində faiz borcu və 21 06.2017-ci il tarixli S-34 saylı akta əsasən "xxxx" MMC-yə aid 40000000,00 manat məbləğində əsas borc, 2000000,00 manat faiz borcu, “HGC Group" MMC-yə aid 3944444,44 manat faiz borcu üzrə iddiaçı öhdəlik daşıması qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-2(82)-1098/17 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı MMC-nin qeyd olunan kredit müqavilələri üzrə cəmi ümumi borcu 76885794,54 manat (40000000,00 manat əsas borc və 36885794,54 manat faiz borcu), 168806,15 ABŞ dolları (0,00 ABŞ dolları əsas borc və 168806,15 ABŞ dolları faiz borcu) və 427,73 avro (0,00 avro əsas borc və 427,73 avro faiz borcu) məbləğində təşkil etmişdir. "xxxx" QSC BOKT tərəfindən idarəetməyə götürüldükdən sonra borc məbləğindən iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir və borc üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün "xxxx" QSC BOKT tərəfindən məhkəməyə müraciət edilmişdir. İddiaçının xx.xx.2017-ci il tarixli 006 nömrəli protokolu ilə iddiaçının "xxxx" QSC BOKT-a olan borcunun müəssisənin mülkiyyətində olan əmlaklara yönəldilməsinə və həmin əmlakların "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirilməsinə razılıq verilmişdir. Beləliklə, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin "xxxx" QSC BOKT-a olan 76885794,54 manat (********.00 manat əsas borc və 36885794,54 manat faiz borcu), 168806,15 ABŞ dolları (0,00 ABŞ dolları əsas borc və 168806,15 ABŞ dolları faiz borcu) və 427,73 avro (0,00 avro əsas borc və 427,73 avro faiz borcu) borcu üzrə tələbin iddiaçı mülkiyyətində olan daşınmaz əmlaklara yönəldilməsi, 82 ədəd daşınmaz əmlak üzərində müəssisənin mülkiyyət hüququna xitam verilməsi və həmin əmlaklar üzərində "xxxx" QSC BOKT-un mülkiyyət hüququnun tanınması qət edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixli 006 nömrəli protokolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (VÖEN **********) olan borcunun müəssisənin mülkiyyətində olan əmlaklara yönəldilməsinə və həmin əmlakların "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirilməsinə razılıq verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1098/17 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borc tələbi qeyd edilən əmlaklara yönəldilmişdir. Beləliklə, iddiaçı xx.xx.2017-ci il tarixli protokol ilə "xxxx" QSC BOKT-a olan borcunun müəssisənin mülkiyyətində olan əmlaklara yönəldilməsinə və həmin əmlakların "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirilməsinə razılıq verməsinə baxmayaraq həmin tarixdən sonra "xxxx" QSC BOKT-un mülkiyyətinə keçirilməsinə razılıq verilmiş daşınmaz əmlakların təmiri məqsədilə “X16” MMC-dən tikinti materiallarının alınması və daşıma xidmətləri üçün, "xxxx" MMC-dən tikinti materiallarının alınması və təmir işləri üçün, fiziki şəxs X6 tərəfindən yerinə yetirilmiş təmir işləri üçün elektron qaimə fakturalar əldə etmişdir. Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən shibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir -108.1-ci maddəsinə görə bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -109.1-ci maddəsinə görə əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. -109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. İş üzrə iddiaçı tərəfindən satışından gəlir əldə etmək məqsədilə ona məxsus olan daşınmaz əmlakların təmiri üçün tikinti materiallarının alınmasına və həmin daşınmaz əmlaklarda təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, qeyd olunan əmlakların təqdim edilməsindən gəlir əldə edilməsi yoxlama ilə müəyyən edilməmişdir Belə ki, qeyd edilən əmlaklar payın alqı-satqısına əsasən borc öhdəliklərinin ötürülməsinin əvəzi olaraq iddiaçıya keçmiş, həmin əmlaklara tələb hüququnun yönəldilməsi gəlir əldə edilməsi məqsədi daşımamış, əmlakların təqdim edilməsindən gəlir əldə edilməmiş, bu halda daşınmaz əmlakların təmiri üçün tikinti materiallarının alınmasına və həmin daşınmaz əmlaklarda təmir işlərinin həyata keçirilməsinə qoyulmuş vəsait də gəlir əldə edilməsi ilə bağlı xərclər siyahısına daxil edilə bilməz. Vergi Məcəlləsinin: -114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. -115.1-ci maddəsinə görə hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Məhkəmə qeyd edir ki, payın alqı-satqısına əsasən sözügedən əmlaklar “Borc öhdəliklərinin ötürülməsi haqqında" müqaviləyə əsasən iddiaçıya keçmiş həmin əmlaklar hətta iddiaçının qeyd etdiyi kimi satış məqsədilə əldə edildiyi, sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsait kimi nəzərə alınarsa belə bu zaman əsas vəsaitin təmirinə qoyulmuş vəsait yalnız onun dəyərini artıran təmir xərci hesab edilə bilərdi. Yuxarıda qeyd edilən normalara əsasən təmir xərcləri əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq 2 faiz dəyərində hesablanır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin 1.1.1-ci Binalar, tikililər və qurğular sətirində göstəricilər qeyd olunmamış, əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyəri qeyd edilməmişdir. Belə olan halda cavabdehin iddia olunan xərclərin təmir xərci kimi nəzərə alınmaması da qanuni olmuşdur. Bundan əlavə iddiaçı Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən müəssisənin 31239608,95 manat faiz borcu olduğundan qeyd olunan fazi borclarının gəlirdən çıxılmalı olmasını iddia etmişdir. Belə ki, Vergi Məcəlləsinin adıçəkilən 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Sözügedən normaya əsasən kredit faizlərinin gəlirdən çıxılması üçün: -Aktivlər kredit hesabına əldə edilməli; -Aktivlərə görə kredit faizləri ödənilməli; -Aktivlərin təqdim edilməsindən gəlir əldə edilməlidir. Hazırkı iş üzrə aktivlər banka olan kredit borcu öhdəliyinin keçməsinin əvəzi olaraq iddiaçıya verilmiş, əmlakların iddiaçıda olduğu müddətdə əsas və faiz borcundan “Aqrarkredit" QSC-yə iddiaçı tərəfindən hər hansı ödəniş edilməmişdir. Dolayısı ilə əmlakların əldə edilməsi ilə bağlı iddiaçı faktiki olaraq kredit öhdəliyindən hər hansı hissədə ödəniş etməmiş və həmin əmlakların borc əvəzi olaraq kreditora təqdim edilməsindən gəlir əldə etməmişdir, bu halda sözügedən kredit faizləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilə bilməzdi. Beləliklə, cavabdeh iddiaçı tərəfindən Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələrinin tələbləri pozduğundan 2017 və 2018-ci illər mənfəət vergisi üzrə əlavə vergi məbləği və həmin məbləğlərin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Əlavə dəyər vergisi üzrə: Vergi orqanı tərəfindən 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, iddiaçı tərəfindən tikinti materiallarının alınması, onların daşıma xidmətləri və pompa icarəsi üçün “X16” MMC-dən 2018-ci ilin yanvar ayı ərzində əldə edilmiş ƏDVsiz dəyəri 1466666,66 manat və ƏDV məbləği 264000,02 manat təşkil edən elektron vergi-hesab fakturaları üzrə həyata keçirilmiş cəmi 263999,99 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. İddiaçı tərəfindən "CPS Construction” MMC-dən tikinti işləri üçün əldə edilmiş cəmi 26886,31 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Eyni zamanda elektrik enerjisi (“aktiv enerji”) və sayğacların quraşdırılması ilə əlaqədar "xxxx" ASC-dən əldə edilmiş elektron vergi-hesab fakturaları üzrə həyata keçirilmiş cəmi 706,04 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2ci maddəsi əsas götürülərək ləğv edilmişdir. Həmçinin yanacaq alışı ilə əlaqədar "xxxx" MMC-dən, nəqliyyat vasitəsi üçün güzgü alınması və servis xidməti ilə əlaqədar "xxxx" MMC-dən, nəqliyyat vasitələri üçün müxtəlif ehtiyat hissələri alınması və servis işi ilə əlaqədar "xxxx" MMC-dən ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsi rəhbər tutularaq ləğv edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-dən, “ANTARİS" QSC-dən ƏDV əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinadən ləğv edilmişdir. Beləliklə, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı malların (işlərin, xidmətlərin) alınması üçün çəkilmiş xərclərə uyğun olaraq, həmin malların (işlərin, xidmətlərin) müəssisə tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmadığı qənaətinə gələrək qeyd olunan mallara (işlərin, xidmətlərə) görə məbləğlərinin ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini ləğv etmişdir. Məhkəmə ƏDV əvəzləşdirilməsinin ləğv edilməsi hissəsində cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır (....) Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDVyə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. Göründüyü kimi Vergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-ni tənzimləyir. Məcəllənin 175.3-cü maddəsi ƏDV əvəzləşdirilməsinə yol verilməyən halları nəzərdə tutur və bu zaman çəkilən xərclərə münasibətdə VM-nin 109.3-cü maddəsinə göndəriş edir. Qeyd edilən maddələrin təhlilindən müəyyən olunur ki, Məcəllə əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol vermədiyi kimi əvəzləşdirilməsinə də yol vermir. Qeyd edilən maddəyə əsasən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-nin 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid deyildir. Bu əsasdan aparılmış ƏDV əvəzləşdirilmələri əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən VM-nin 175.3-cü maddəsinin təsir altına düşmür. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, VM-nin 175.6-cı maddəsinin ikinci cümləsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğinin əvəzləşdirilməməsini bilavasitə nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən əvəzləşdirilən məbləğlər dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış və ya ödənilmiş vəsait deyildir. Beləliklə, məhkəmə iddiaçının ƏDV əvəzləşdirilməsinin ləğv edilərək iddiaçıya ƏDV üzrə 1007,00 manat və 292172,33 manat vergi məbləğinin və onun 50 faizi miqdarında, yəni 503,50 manat və 146112,79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərarın əsaslı olmadığı nəticəsinə gəlir. MÖMV üzrə: Vergi orqanı yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2173,60 manat azaldılması müəyyən edərək və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 2173,60 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1086,80 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Belə ki, müəyyən edilmişdir ki, 2018-ci ilin iyun və iyul aylarında ödəniş təyinatı kimi “təsərrüfat malları”, “dəftərxana ləvazimatları”, “Azercell”, “Azərenerji”, “Azpetrol”, “Notarius”, müxtəlif avadanlıqların alınması və digər təyinatlar göstərilməklə Əfqan Süleymanova cəmiyyətin kassasından 4429,84 manat verilmiş vəsaitlə əlaqədar təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədiyindən elektron kassa məlumatlarında qeyd olunan ödənişlər həmin dövr üzrə muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilmişdir. Eyni zamanda yoxlama ilə kassa məlumatlarına əsasən cəmiyyət tərəfindən 2018-ci ildə müxtəlif işçilərə 1660,00 manat maddi yardım hesablanmış, lakin həmin maddi yardımların təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən işçilərə tətbiq edilmiş vergi güzəştlərinə dair təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Həmin Məcəllənin 102.1.3.1-ci maddəsinə əsasən təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. Qeyd olunan maddi yardım ödənişləri Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələblərinə əsasən həmin işçilərin muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilmişdir. MDSS və İşsizlikdən sığorta üzrə: İddiaçı tərəfindən yoxlama zamanı 2018-ci ilin iyun və iyul aylarında ödəniş təyinatı kimi “təsərrüfat malları”, “dəftərxana ləvazimatları”, “Azercell”, “Azərenerji”, “Azpetrol”, “Notarius”, müxtəlif avadanlıqların alınması və digər təyinatlar göstərilməklə cəmiyyətin kassasından 4429,84 manat verilmiş vəsaitlə bağlı təsdiqedici sənədlər təqdim ediməmiş, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatda (0111) məcburi dövlət sosial sığorta məbləği 2018-ci ilin 2-ci rübü üzrə 1001,45 manat və 2018-ci ilin 3-cü rübü üzrə 106,02 manat əskik, işsizlik sığortası üzrə rüblük hesabatda (hüquqi şəxslər) işsizlikdən sığorta məbləği 2018-ci ilin 2-ci rübü üzrə 40,05 manat və 2018-ci ilin 3-cü rübü üzrə 4,24 manat əskik hesablandığı müəyyən olunmuşdur. “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 7-1-ci maddəsinə əsasən işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bundan əlavə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş üzrə müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən iddiaçı tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş cəmi 9883,96 manat ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 4941,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər iddiaçı vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Səyyar vergi yoxlaması ilə cəmiyyətin kassasından müxtəlif təyinatlı xərclərə (bank hesabına mədaxil istisna olmaqla) görə 2018-ci ilin iyun ayında 33291,78 manat ödəniş həyata keçirilmiş, adları çəkilən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə iddiaçıya 3291,78 manat əməliyyatın 10 faizi miqdarında, yəni 329,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən- 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, cəmi 293179,33 manat vergi və 146616,29 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən- 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, cəmi 293179,33 manat vergi və 146616,29 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2624/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2624/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver