Məhkəmə qərarları › İş №e-2-1(112)-2689/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2689/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2689/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində "xxxx" MTK cəlb edilməklə “çıxarışın və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində "xxxx" MTK işə cəlb edilməklə “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı Sərəncamı və xx.xx.2013-cü il tarixli, 262 saylı sərəncamı JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı texniki pasport və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi və Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsinə dair İddiaçı, X1, X4 adlarına Sabunçu rayon İra Hakimiyyətinin 03 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması və bununla əlaqədar adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsinə dair İddiaçı, X1, X2 adlarına Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-27199 D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Lakin, bu günə qədər sözügedən torpaq sahəsinə dair çıxarış və texniki pasport verilməmişdir. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsinə dair İddiaçı, X1, X2 adlarına Sabunçu rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-27199D nömrəli, xx.xx.2005i il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsi kimi qeydiyyata alınmalı, bununla əlaqədar adlarına çıxarış verilməlidir. Qeyd edilənlərlə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə istinad edilməklə imtina edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 nömrəli sərəncamı və xx.xx.2013-cü il tarixli, 262 saylı sərəncamı JN-27199 D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsinə diar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 iyun 2024-cü il tarixli, 2-1(112)- 4840/2024 saylı qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli, 262 saylı sərəncamı JN-27199D nömrli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesba edilmişdir. Lakin, texniki pasport və onun əsasında verilmiş texniki pasport ləğv edilməmişdir. Ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli məktubuna əsasən qərar qanuni qüvvəsini almışdır. Odur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısınn xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013cü il tarixli, 262 saylı sərəncamı JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbsəi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarış və onun əsasında verilmiş texniki pasport qismən ləğv edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torapq sahəsinə dair İddiaçı, X1, X2 adlarına Sabunçu rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı əsasında ləğv edilmiş X6 Komitəsi tərəfindən JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında torpaq sahəsi kimi qeydiyyata alınmalı, bununla əlaqədar vətəndaş İddiaçı çıxarış və texniki pasport verilməsinin təmin edilməsi üçün heç bir maneə qalmamışdır. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət etsə də, bu günə qədər cavab verilməmişdir.

3. Məhkəmənin e-2-1(112)-2689/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" MTK iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli, 262 saylı sərəncamı JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı texniki pasport və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və müvafiq cavab məktubları ilə cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına səasən göstərilən torpaq sahəsinin 651 kv.m hissəsi **********51 reyestr nömrəsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin daimi istifadə hüquqları qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

10. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 03 nömrəli, 17 mart 1998-ci il tarixli qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış, Bakı şəhər İcra Hakimiyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır: ümumi sahə № 1279 İddiaçı.

11. Maştağa qəsəbəsi “Savalan” yaşayış massivi ümumi sahə 1279 saylı torpaq sahəsinin yerləşmə sxemi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir.

12. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27199 D, KOD 00500046 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamə verilmişdir İddiaçı oğuna, X3 və X5 ona görə ki, Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 17 mart 1998-ci il tarixli, 03 nömrəli qərarı ilə 0.12 ha ölçüdə fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 1279 saylı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(112)-4840/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs "xxxx" MTK işə cəlb edilməklə sərəncamın qismən etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli 262 saylı sərəncamı JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-47899/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 1279 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı, X1, X2 mülkiyyətinə verilmiş, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı ona verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitə tərəfindən JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, işə baxılarkən ona ayrılmış torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən həmin məhkəməyə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" MTK işə cəlb edilməklə sərəncamın qismən etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət edilmiş, məhkəmənin qanuni qüvvəsini almış qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli 262 saylı sərəncamı JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxsə torpaq ayrılması barədə hazırda mübahisələndirilən sərəncamları verərkən iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsini də, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin ayrıc aktına daxil etmişdir. Həmin torpaq sahəsi iddiaçıya verildiyindən və mülkiyyət hüququna dair Şəhadətnamə tərtib edildiyindən cavabdeh həmin hissədə torpaq sahəsini iddiaçıdan geri alınmadan üçüncü şəxsə verilməsi zamanı sərəncamı vermək səlahiyyətində olmamışdır. Ona görə də, cavabdehin hazırda mübahisələndirilən Sərəncamları iddiaçıya ayrılmış hissədə etibarsızdır. Torpaqların bir qisminin üst-üstə düşməsi isə, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş elektron kadastr baza məlumatlarına istinadı özündə əks etdirən ortofoto görüntüsü ilə təsdiq edilmişdir. Sözügedən qərar qanuni qüvvəsini almışdır. İddiaçı hazırda Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış qeyd edilən, 2-1(112)-4840/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsaslanaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli 262 saylı sərəncamı əsasında "xxxx" MTK-nın adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasportun və çıxarışın qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir.

22. Məhkəmə hesab edir ki, "xxxx" MTK-nın adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasportun və çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli 262 saylı sərəncamları qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4840/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən qismən, JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edildiyindən iddiaçının tələbi əsaslı hesab edilməklə, "xxxx" MTK-nın adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasport və çıxarış da, həmin hissədə əsassız hesab edilməklə ləğv edilməlidir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 69. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

25. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, yəni, JN-27199D nömrəli, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ümumi birgə paylı mülkiyyət hüququ ilə iddiaçı və digər mülkiyyətçilərə məxsus olduğundan və iddiaçı və digər mülkiyyətçilərə məxsus hissədə 3-cü şəxs "xxxx" MTK-nın adına texniki pasportun və çıxarışın verilməsinə əsas olmuş sərəncamlar məhkəmənin qanuni qüvvəsini almış qərarına əsasən etibarsız hesab edildiyindən iddiaçının tələbi təmin edilməklə, onlara məxsus torpaq sahəsi ilə üst-üstə düşən "xxxx" MTK-nın adına verilmiş texniki pasport və çıxarış ləğv edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

28. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219 saylı və xx.xx.2013-cü il tarixli, 262 saylı sərəncamları əsasında torpaq sahəsinə dair “Neftçi MTK”nın adına verilmiş ******* saylı texniki pasport və çıxarış qismən, yəni, JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar