Məhkəmə qərarları › İş №e-2-1(112)-2690/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2690/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2690/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 57 yaşdan yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20. 01.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. Hazırda 62 yaşı tamam olub. 21 avqust 1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış və bu günə qədər davam edir. Belə ki, xx.xx.1981-ci tarixdən xx.xx.2000-ci il tarixə qədər Bakı Komvol Kombinatında aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1981-Burcu sexinə burcu avadanlıqlarına burcu şagirdi operatoru qəbul olunmuşdur; (Əmr №13. xx.xx.1981); xx.xx.1981-Burcu avadanlığının operatoruna 3-cü dərəcə verilmiş (Əmr № 123. xx.xx.1981); xx.xx.1982-Burcu avadanlığının operatoruna 4-cü dərəcə verilmiş (Əmr №41. xx.xx.1982); xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müəssədən verilmiş xx.xx.2024-cü il tarixli “Güzəştli arayışa” əsasən müəyyən olunur ki, “İbişova X2 burcu sexində işləyərkən təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olmuş zərərli işə görə əmək haqqına əlavə olunmuş o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Həmin dövrlərdə işlədiyi burcu avadanlıqlarının operatoru işləmişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısın” nın təsdiq edilməsi barədə 12 saylı qərarı ilə Toxuculuq istehsalat; adlanan paraqraf 32-ci bölməsinin 7-ci bəndinin burucu avadanlıqlarının peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçı zərərli iş stajı 15 il 4 gün təşkil edir. Beləliklə ümumi və zərərli sahədə olan xüsusi iş stajını nəzərə alaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmişdir. Cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etdi. Cavabdehin ona ünvanladığı xx.xx.2024-cü tarixli məktubda qeyd edilir ki, “Mərkəzi Filiala təqdim edilən "xxxx" ASCnin sizə dair 13 fevral 2023-cü il tarixli 08 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il tarixli arasındakı dövr ərzində həmin müəssisədə burcu şagirdi və burcu vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan burcu avadanlıqalarının operatoru vəzifəsinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yeından asılı olmayaraq guzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan ışların (istehsalatın peşaların, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) tasdiq etdiyı siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə gora quzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fardi hesabın sigorta hissəsinda qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğından az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 dak yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa göra amak pensiyası huququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial asasnamasına uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələn, Azərbaycan Respublikasinu qanunlarını, Azərbaycan Respublikasi Prezdentinin fərmanlarını və sərəncamlarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnamasını, Nazirliyın normativ-huquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazınının əmr və sərəncamlarını, X3rarlarını, X5 sədrinin sərarıcam və əmrlərini rəhbər tutur. Qanunun 9. 1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, omak şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə muəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrali Qaran ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın toxuculuq istehsalatı bölməsində (32) burucu avadanlıqların operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışında onun xx.xx.1981-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində harnin müəssisədə burucu şagirdi və burucu vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş sıyahıda nazarda tutulan burucu avadanlıqlarının operatorları vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qaranı ilə tasdiq edilmiş Əmək pensiyalarının tayın edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 22.1-ci yarımbəndinə va 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya huququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi). işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vazifaların va peşələrin adlarının eynılıyının müəyyən edilməsindən deyil, şəxsin fayın olunduğu şe vəzifəyə və peşəyə görə bilavasita icra etdiyi funksional vəzifənin eynilıyının müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxanda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının xx.xx.1981-xx.xx.2000-ci il tarixlərdə "burucu şagirdi" və "burucu" vəzifələri Siyahıda nəzərdə tutulan "burucu avadanlıqların operatorları" vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi(vəkili) Vəkil xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2014cü il tarixdən əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi(vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 iyul 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1981-cu ildə Bakı Komvol Kombinatına burucu şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə ona burucuya 4cü dərəcə verilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Kor və zəifgörən uşaqlar üçün Respublika internat orta məktəbinə xadimə işinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmiş, xx.xx.2009-cu ildə Bərimanov rayon MKİB 53 saylı briqadasına küçə spürgəçisi işinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 15 nömrəli güzəşt arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixindən (Əmr № 13. 11:02 1981) xx.xx.2000-ci il tarixindək (Əmr № 02 10:01.2000) Bakı-Komvol Kombinatında işləmişdir: xx.xx.1981. Burucu sexina burucu avadanlıqlarına burucu şagirdi operatoru qəbul edilmişdir.(Əmr № 13. xx.xx.1981). xx.xx.1981 Burucu avadanlığının operatoruna 3-cü dərəcə verilmişdir. (Əmr № 123. xx.xx.1981). xx.xx.1982 Burucu avadanlığının operatoruna 4-cü dərəcə verilmişdir (Əmr № 41. xx.xx.1982). xx.xx.2000 Azərbaycan Respublikası ƏQM-nın 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.(Əmr № 02. xx.xx.2000). İddiaçı Səti qızı kombinatda burucu sexində işləyərkən təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olmuş zərərli işə görə əmək haqqına əlavə olunmuş o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Həmin dövrlərdə işlədiyi burucu avadanlıqlarının operatoru islamişdir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sayı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın təsdiq edilmiş barədə 12 saylı qərarı ilə Toxuculuq istehsalatı adlanan paraqraf 32-ci bölməsinin səhifə 199. Səh. 200. 7-ci bəndinin burucu avadanlıqlarının peşəsi üzrə güzəştli şərilərlə pensiya hüququ yaranmışdır. İddiaçı zərərli iş stajı 15 il 4 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Komvol ASC-nin xx.xx.2024-cü il tarixli 88 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Şəfi qızı xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı-Komvol Kombinatında (hazırda "xxxx" ASC) müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı Şəfi qızının işlədiyi dövrlərdə hər ay əmək haqqısı tam şəkildə ödənilmişdir. Əmək haqqının ödənilməsini əks edirən əmək haqqı cədvəlləri 2015-ci ildən Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə təhvil verildiyinə görə hazırkı cavab məktubuna qoşulması imkan xaricindədir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2144/2024 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1981-ci il tarixli, 13 saylı əmrlə xx.xx.1981-ci il tarixdən burucu şagirdi kimi işə qəbul olunması, xx.xx.2000-ci il tarixli, 2/KŞ saylı əmrlə xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, burucu sexinin 1981,1982, 1986,1990,1991,1992,1993-cü illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin arxiv sənədlərinin burucu sexinin 1983, 1984, 1985, 1987, 1988, 1989, 1994, 1995, 1996-cı illərə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş axiv arayışı əmək haqqı cədvəlinə əsasən 1981-ci il üzrə fevral-dekabr; 1982-ci il üzrə yanvar-sentyabr; 1986-cı il üzrə fevral-aprel; 1990-cı il üzrə yanvar, may-dekabr; 1991-ci il üzrə may-iyul; 1992-ci il üzrə fevral-dekabr; 1993-cü il üzrə yanvar, aprel, iyun ayları üzrə əmək haqqı məbləği qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Komvol ASC-nin xx.xx.2024-cü il tarixli 93 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən 13 №-li əmrlə xx.xx.1981-ci ildən burucu sexinə burucu avadanlıqlarına burucu operatoru qəbul edilmiş və Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən ( öz xahişi ilə) xx.xx.2000-ci il tarixdə 02 №li əmrlə işdən azad edilmişdir. İbişova X2 burucu sexində işləyərkən təbii yun, və sintetik materiallardan hazırlanmış sapların burulması ilə məşğul olmuş, zərərli işə görə əmək haqqısını əlavə almış, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın toxuculuq istehsalatı adlanan s-32 səh-199 səh-200, 7-ci bəndinin burucu avadanlıqlarının operatorları peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçı zərərli iş stajı 15 il 4-gün təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-133871/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbayçan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 may 2024-cü il tarixlərində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığona stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin sizə dair 14 may 2024-cü il tarixli 15 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə burucu şagirdi operatoru və burucu avadanlığının operatoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filialda mövcud olan Dövlət Arxivinin Bakı Filialının sizə dair əmək haqqı arayışında 1987- 1989-cu illər, 1990-cı il üzrə 2 ay, 1991-ci il üzrə 8 ay, 1993-cü ıl üzrə 9 ay sizə əmək haqqı ödənilmədiyi 1992, 1994, 1995, 1996 cı illərə dair əmək haqqı cədvəllərində isə sizə əmək haqqı hesablanması ilə bağlı məlumatın olmadığı göstərilib. Buna görə də yuxarıda qeyd edilən dövrlər bu səbəblərdən də sizin güzəştli iş stajınız 10 ildən az (6 il 8 ay 26 gün (xx.xx.1981-xx.xx.1986-cı il. xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1993-cü iİ, xx.xx.1993-xx.xx.1993-cü iİ, xx.xx.1993- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddia formalaşmış məhkəmə təcrübəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aid edilir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizəsini təqdim etmiş, xx.xx.2024-cü il tarixdə iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı yenidən xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə təqdim etmiş, xx.xx.2024-cü il tarixdə imtina cavabıı verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQnun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2014-cü il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı xx.xx.1981- xx.xx.2000-ci il tarixədək 18 il 10 ay 24 gün, xx.xx.2002xx.xx.2005-ci ilədək 03 il 05 ay 01 gün olmaqla ümumilikdə 22 il 03 ay 25 gün təşkil edir. İddiaçının qeyd edilən dövr, xüsusilə Bakı Komvol Kombinatında əmək fəaliyyəti əmək kitabçası, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatından sorğu əsasında əldə edilmiş natamam arxiv sənədləri, eləcə də müəssisə tərəfindən sorğu əsasında təqdim edilmiş işçinin şəxsi vərəqi təsdiq edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək qanunla tələb olunan 20 il ümumi sığorta stajı toplamışdır. Cavabdeh imtinasında iddiaçının ümumi stajını mübahisələndirməmiş, yalnız iddiaçının tələb olunan güzəştli iş tajının olmadığına istinad etmişdir. Belə ki, cavabdehin mövqeyinə görə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın toxuculuq istehsalatı bölməsində burucu avadanlıqların operatorları vəzifəsi güzəştli vəzifə hesab olunduğundan, iddiaçı isə xx.xx.1981-xx.xx.2000-ci il tarixlərdə burucu şagirdi və burucu vəzifələrində işlədiyindən həmin vəzifə burucu avadanlıqların operatorları vəzifəsinə uyğun deyildir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş üzrə iddiaçının işləmiş olduğu Bakı Komvol ASC-nin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi güzəştli arayışda (Bakı Komvol Kombinatının hüquqi varisi) iddiaçının Bakı-Komvol Kombinatında burucu sexinə burucu avadanlıqlarına burucu şagirdi operatoru qəbul edildiyini, həmin işin təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olmaqla zərərli iş hesab edildiyi, zərərli işə görə onun əmək haqqısına əlavələr olunduğu, əlavə məzuniyyət günlərinin verildiyini bildirərək iddiaçının işlədyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sayı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın təsdiq edilmiş barədə Toxuculuq istehsalatı bölməsində burucu avadanlıqlarının operatoru peşəsinə uyğunlaşdırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. Nazirlər Kabinetinin 12 sayı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın 32-ci bölməsi- Toxuculuq istehsalatında burucu avadanlığının operatorları vəzifəsi zərərli peşə kimi nəzərəd tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan (iddiaçının işlədiyi dövr xx.xx.1981-xx.xx.2000-ci il dövrünə uyğun) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı” Burucu avadanlığının operatorları zərəərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi vəzifə əmək kitabçasında burucu kimi qeyd edilsə də işəgötürənin verdiyi arayışda iddiaçının məhz burucu avadanlıqlarının operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmçinin, işəgötürənin verdiyi güzəştli arayış və sözügedən vəzifənin funksional təyinatı baxımından məhkəmə hesab edir ki, burucu peşəsinin təbii yun materiallarından hazırlanmış sapların burulması ilə məşğul olarkən açılmış sapdan tozun əmələ gəlməsi və bununla əlaqədar həmin vəzifədə çalışanların sağlamlıqları üçün zərərli hesab edildiyi, dolayısı ilə peşənin zərərli iş olduğu aşkardır. Bu baxımdan burucu avadanlıqların operatorları vəzifəsində çalışanlarla burucu vəzifəsinin əmək funksiyaları eyni olmaqla məruz qaldıqları zərər eyni hesab olunmalı, differensiya aparılmamalıdır. İddiaçının xx.xx.1981-xx.xx.2000-ci il tarixədək işlədiyi dövr 18 il 10 ay 24 gün zərərli iş stajı hesab edilməklə güzəştli şərtlərlə yaşa görə pensiya təminatına imkan verir. Beləliklə, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 52 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar