Məhkəmə qərarları › İş №e-2-1(112)-2692/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2692/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2692/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2inin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ödənilmiş ƏDV-nin qaytarılmasının təmin edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin **********719300 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, See Breeze ünvanda yerləşən Marine Village çoxmənzilli yaşayış kompleksinin B5 binasında 2-ci blokda yerləşən 223 saylı mənzil üçün nağdsız qaydada ödənilmiş pul vəsaitinə görə hesablanmış ƏDV-nin alıcı İddiaçı qaytarılacaq 30% barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2024-cü ildə “X5” Mənzil-Tikinti Kooperartivi ilə müqavilə imza edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, See Breeze ünvanda yerləşən Marine Village çoxmənzilli yaşayış kompleksinin B5 binasında 2-ci blokda yerləşən 223 saylı mənzil əldə etmişdir.Bundan sonra iddiaçı qanunvericiliyə uyğun olaraq nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron qaydada cavabdehə müraciət etmişdir.Lakin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ödənilmiş ƏDV-nin iddiaçıya qaytarılmasının təmin edilməsindən imtina etmişdir.İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərini qanunsuz hesab etdiyi üçün hazırki iddia ilə məgkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərmişdir ki, alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizəyə alqı-satqı müqaviləsi, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir.Təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin alıcı tərəfindən təsdiqlənmədiyi müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir.Lakin İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü müddətində uyğunsuzluq aradan qaldırılmamışdır.Odur ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən imtina qərarı qəbul edilmişdir.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İİ.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati 0-aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda yaşadığı ev yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi M. Əfəndiyev məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.İş materiallarında olan: “ƏDV geri qaytarılması üçün müraciət”dən görünür ki, İddiaçı cavabdeh vergi orqanına xx.xx.2024-cü ildə müraciət edərək ödədiyi 24894,92 manat ƏDV-nin 7468,47 manat məbləğinin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. MV-5-223 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı (Alıcı) İddiaçı ilə “X6” Mənzil-Tikinti Kooperativi (Satıcı) arasında Satıcı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze yaşayış kompleksi ünvanında Marina Village çoxmənzilli yaşayış kompleksinin B5 binasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə ətraflı təsviri və spesifikasiyaları göstərilən blok 2-də yerləşən 223 nömrəli mənzilin tikintisini həyata keçirərək bu Müqavilənin 3.2.6-cı yarımbəndində müəyyən olunmuş istismara yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi, iddiaçının (Alıcının) isə mənzilə müvafiq pay haqqını müəyyən edilmiş müddət ərzində ödəməyi və Müqavilə ilə nəzərdə tutulmuş digər işləri yerinə yetirməyi barədə razılıq əldə edilmişdir, müqavilənin 2.1-ci bəndinə əsasən pay haqqı 96000 ABŞ dolları təşkil edir. FJB**********608 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 14218,25 manat, ********** nömrəli, xx.xx.2024-cü il tarixli HÖP mədaxil qəbzinə əsasən 2166,11 manat (ƏDV), ********** nömrəli, xx.xx.2024-cü il tarixli HÖP mədaxil qəbzinə əsasən 12033,89 manat, FJB**********321 nömrəli,xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 149030 manat, ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 22728,81 manat, ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 126271,19 manat məbləğində ödənişləri İddiaçı nağdsız qaydada MV-5-223 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “X5” MTK-ya mənzil alqı-satqısına, xidmətlərə görə və ƏDV qismində ödəmişdir. 30/24 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze yaşayış yaşayış kompleksi ünvanında Marina Village çoxmənzilli yaşayış kompleksinin B5 binasının blok 2-də yerləşən dəyəri 163200 manat təşkil edən 223 nömrəli mənzilin payçısıdır və o, pay haqqını tam ödəmişdir, kooperativə borcu yoxdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır, iddiaçının təqdim etdiyi sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 163200 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 12033,89 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 151166,11 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin alıcı tərəfindən təsdiqlənmədiyi müəyyən edilmişdir, iddiaçıya bildirilmişdir ki, qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan və müvafiq sənədlər 10 (on) iş günü ərzində tam təqdim olunduqdan sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Cavabdehin iddiaçıya ünvanlanmış “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildirişə əsasən iddiaçının xx.xx.2024-cü il tarixli, **********277800 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizəsi” üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********719300 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən İddiaçı xx.xx.2024cü il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır.

İV.Məhkəmənin mövqeyi

9.Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 11.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 12.Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasında göstərilir: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir:5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi;5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 13.Məhkəmə iddiaçını dinlədikdən və inzibati məhkəmə işində olan sənədləri tədqiq etdikdən sonda müəyyən etmişdir ki, hazırki iş üzrə İddiaçı hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılmasına nail olmaqdan ibarətdir. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı “X6” Mənzil Tikinti Kooperativindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze yaşayış yaşayış kompleksi ünvanında Marina Village çoxmənzilli yaşayış kompleksinin B5 binasında blok 2-də yerləşən 223 nömrəli mənzili satın almışdır, 30/24 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze yaşayış yaşayış kompleksi ünvanında Marina Village çoxmənzilli yaşayış kompleksinin B5 binasının blok 2-də yerləşən dəyəri 163200 manat təşkil edən 223 nömrəli mənzilin payçısıdır və o, pay haqqını tam ödəmişdir, kooperativə borcu yoxdur.Eyni zamanda məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı mənzil alqı-satqısı ilə bağlı mənzil-tikinti kooperativinə mənzilin dəyərini və habelə ƏDV-ni nağdsız qaydada bank vasitəsilə ödəmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə nağdsız qaydada ödədiyi ƏDVnin 30%-nin qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq informasiya portalında yaradılmış şəxsi kabinet vasitəsilə müraciət etmiş və yuxarıda sadalanan normaların tələblərində qeyd edilən sənədləri - müqaviləni və nağdsız qaydada ödəniş edilməsinə dair sənədləri cavabdehə təqdim etmişdir.Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının ödədiyi ƏDV məbləğinin geri qaytarılmasının təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi imtina qərarında imtinasının əsası kimi mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsi barədə sənədlərin və alqı-satqı müqaviləsinin alıcı tərəfindən təsdiqlənmədiyini göstərmişdir, məhkəməyə təqdim etdiyi etirazında da iddiaya etirazının əsası kimi də həmin halı qeyd etmişdir. Məhkəmə cavabdehin imtinasında və iddiaya etirazında göstərilənlərlə razılaşmır, cavabdehin mövqeyini haqlı hesab etmir. Belə ki, əvvəla nə Azərbaycan Respublikasınn Vergi Məcəlləsinin normalarında, nə də “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaaşyış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələblərində müqavilə üzrə mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin və alqı-satqı müqaviləsinin alıcı tərəfindən təsdiqlənməli olması tələbi mövcud deyildir. Eyni zamanda iddiaçının qeyd edilən sənədləri hansı qaydada təsdiq etməli olması da sual doğurur, belə ki, cavabdeh həmin sənədləri təsdiq etmək səlahiyyətinə malik olmayan fiziki şəxs (iddiaçı) tərəfindən necə təsdiq edə bilməsini imtina ərizəsində və iddiaya dair etirazında açıqlamamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı ilə mənzilin satıcısı arasında alqısatqı müqaviləsinin (münasibətlərinin) mövcud olmasını həm nağdsız qaydada aparılmış ödənişlərə dair bank qəbzləri, həm də mənzilin satıcı olan hüquqi şəxs tərəfindən verilmiş maliyyə arayışı təsdiq edir.Cavabdehdə həmin sənədlərin həqiqiliyində şübhə olduğu halda öz imkanlarından istifadə edərək səlahiyyətli inzibati orqan kimi həm elektron informasiya (ödəniş) sistemləri vasitəsilə ödənişləri yoxlamaq, habelə mənziltikinti kooperativindən zəruri məlumatları əldə etmək imkanı olduğu halda bunu etməmiş, inzibati icraatı formal aparmışdir. 14.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.

15. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin Əsasnaməsinin 3.0.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək, 3.0.21-ci bəndinə əsasən ffəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. 16.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ƏDV-nin geri qaytarılması üçün müraciət etdiyi və tələb olunan sənədləri təqdim etdiyi halda ƏDV-nin geri qaytarılmasını təmin etməkdən imtina haqqında əsassız və qanunsuz qərar qəbul etmişdir – yəni əslində inzibati icraatı formal aparmaqla, iddiaçının xeyrinə olan bütün halları araşdırmadan imtina etməklə iddiaçıya ödədiyi ƏDV-nin 30%-ni qaytarılmasını təmin etməkdən, qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyi icra etməkdən qanunsuz və əsassız olaraq imtina etmişdir, bu səbəbdən də məhkəmənin gəldiyi qənaətə görə iddiaçı həmin öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. 16.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, See Breeze ünvanda yerləşən Marine Village çoxmənzilli yaşayış kompleksinin B5 binasında 2-ci blokda yerləşən 223 saylı mənzil üçün nağdsız qaydada ödənilmiş pul vəsaitinə görə hesablanmış ƏDV-nin alıcı İddiaçı qaytarılacaq 30% barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsi cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. 18.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

20.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, See Breeze ünvanda yerləşən Marine Village çoxmənzilli yaşayış kompleksinin B5 binasında 2-ci blokda yerləşən 223 saylı mənzil üçün nağdsız qaydada ödənilmiş pul vəsaitinə görə hesablanmış ƏDV-nin alıcı İddiaçı qaytarılacaq 30% barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsi cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar