Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2693/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın qanunsuz sayılaraq etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 saylı sərəncamı, həmin sərəncam əsasında 2000-ci il tarixli akt Ləhiş bağlarında yerləşən 1246 və 1247 №-li bağ sahələrinə olan 46 və 47 №-li Orderlərin ləğv edilməsi hissəsində, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli, 62 №-li Sərəncamın həmin bağ sahələrinin üçüncü şəxslər X12 və X8 verilməsi hissədə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X3 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X12 arasında 1246 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə 34415 №-li xx.xx.2005-ci il tarixli və X13 arasında 1247 saylı bağıın istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 34421 nömrəli müqavilənin edibarsız hesab edilməsi, Ləhiş bağ sahəsindən 1246 və 1247 №li bağ sahələrinə hüquqlarının tanınması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdürlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 və qızı Məmmədova (Ağarzayeva) Pərvanə Ağamayıl qızına Bakı şəhər İcraiyyə komitəsinin 15 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarı ilə Ləhic bağlar sahəsində hərəsinə 0,12 ha ölçüdə 1246-11 və 1247-12 №-li bağ sahələri ayrılmış və həmin bağ sahələrinə dair onlara Bakı şəhər İcraiyyə komitəsinin X4 və istismarı birliyinin 74 saylı bağlar təsərrüfat kooperativi tərəfindən 46 və 47 nömrəli Orderlər verilmişdir. 2015-ci ildən başlayaraq onlar bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq tələb olunan sənədləri təqdim etməklə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində ona Bakı şəhəri icraiyyə komitəsinin Bağlar təsərrüfat inkişafı və istismarı birliyinin verdiyi 46 və 47 saylı Orderi ilə hərəsinə ayyılınış 0.12 ha tropaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınması və ona Çıxarışın verilməsini xahiş etmişdirlər. Cavabdeh qurumun xx.xx.2015-ci il tarixli **********21 №li cavab məktubunda bildirilmişdir ki, Sabunçu rayonu Ləhiş bay massivində yerləşən 1247.12 saylı bağın torpaq sahəsinin yoxlama-ülçü işlərinin aparılması də əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 176-cı maddəsinə əsasən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən bağ sahələrinə baxış keçirilərək, həmin qurum tərəfindən xx.xx.2015-ci il tarixli, **********76 №li məktubla bu sahələrin yerləşmə cizgisi (план расположения дачных участков ДСК-74 в массиве Ляищ) tərdib olunmuş “arxivdə saxlanılan əsasasın nüsxəsi ilə eynidir” ştampı. 3 əməkdaşın imzası ilə xx.xx.2015-ci il tarixlə təsdiqlənmiş surəti verilmişdir. Lakin sonradan bu qurum tərəfindən süründürməçiliyə yol verilərək, müxtəlif bəhanələrlə (torpaq sahəsinin döngə nöqtələrinin olmaması, toıqəaq sahəsinin hasarlanmasını və s ). adılarına torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. Belə ki, cavabdeh qurumun ona verdiyi xx.xx.2015-ci il tarixli, **********19 №-li məktubunda bildirilir ki, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1247/12 saylı bağın torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi zamanı yoxlama-ölçii işlərinin aparılması ilə əlaqədar mütəxəsislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi mübahisəli olduğundan ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Cavabdeh qurumun verdiyi xx.xx.2016-cı il tarixli, **********49 №-li məktubla bildirilmişdir ki, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1246 bağ sahələrinin hüdudlarının dəqiqləşdirilməsinə dair bildirilmişdir ki, çöl şəraitində tərəfinizdən göstərilən 1246 və 1247 saylı bağ sahələrinə aid torpaq sahələri dövlət reyestrində qeydiyyata alınmış 1358 və 1359 saylı və istifadədə olan 1357 saylı bağ sahələrinə aiddir. Bakı şəhər icrayə komitəsinin X4 və istismarı birliyinin nümayəndələri tərəfindən 1246 və 1247 saylı bağların naturada göstərilmiş sərhədlərin tələb olunan qaydada (daş və yaxud metal torla) iddiaçılar tərəfindən hasarlandıqdan soııra yenidən baxıla bilər. Cayabdeh qurumun verdiyi xx.xx.2016-cı il tarixli **********19 №-li -ci il tarixli. **********19 №-li məktubla bildirilmişdir ki, Ləhiş bağ massivində yerləşən 1246 və 1247 saylı bağ sahələrinin ayrılmasına dair qanuna müvafıq hüquqmüəyyənedici sənədlər Bakı şəhər Ərazi İdarəsinə təqdim edildikdən sonra müraciətə baxıla bilər. Cavabdeh qurumun verdiyi xx.xx.2016-cı il tarixli, **********77 №-li məktubunda bildirilir ki, ərizəçi tərəfindən torpaq sahəsinin yeri təyin edilmədiyindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1247-12 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Cavabdeh qurumun xx.xx.2016-cı il tarixli, **********429 №-li məktubla bildirilmişdir ki, keçmiş Bakı şəhər icraiyyə komitəsinin X4 və istismarı Birliyinin nümayəndələri tərəfindən 1246-11 saylı bağın naturada göstərilmiş sərhədləri tələb olunan qaydada (daş və yaxud metal torla) sizin tərəfinizdən hasarlandıqdan sonra müraciətinizə yenidən baxıla bilər. Cavabdeh qurumun xx.xx.2017-ci il tarixli **********91 №-li məktubla bildirilmişdir ki, xx.xx.2016-cı il tarixli ünvan ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** №-li cavab məktubunda bildirilir ki, 1246 saylı bağ sahəsi digər fiziki şəxsin atlına qeydiyyatdan keçmişdir Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli **********09 №-li məktubu ilə bildirilir ki, ünvan ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** №li xx.xx.2022-ci il tarixli ərizəyə baxılaraq bildirilmişdir ki, sözü gedən ünvana texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssilərinə tam şərait yaradılmamışdır. Bıı səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli, **********61 №li məktubu ilə bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1246 və 1247 ünvanda verləşən bağ sahəsinə bölgü sxeminin verilməsi barədə **********№-li xx.xx.2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, göstərilən bağ sahəsi 1200 kv.metr olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1246 saylı bağ sahəsi kimi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Bu səbəbdən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Vəkilin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********56 №-li arayışda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1247-12 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı2 adına 47 nömrəli order idarənin arxivində aşkar edilməmişdir. Ləhiş bağ massivi 206 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı2 adı göstərilmişdir. (6/290 nömrəli xx.xx.1990-cı il tarixli qərar), Arxiv qovluğunda icarədarın öz ərizəsi əsasında xx.xx.1991ci il tarixli 2 nömrəli protokol ilə 206 nömrəli bağ tikinti kooperativi üzvlüyündən çıxarılması, sonradan 74 nömrəli bağ tikinti kooperativinə keçməsi barədə məlumat mövcuddur. Məlumat üçün bildirilir ki, İdarənin arxivində aşkar olunan 2000-ci il tarixli akta əsasən Bakı şəhər icra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamını əsas götürərək 74 saylı BTK nəzdində olan 1247 saylı bağ sahəsinə dair verilmiş orderin ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, idarənin arxivində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində verləşən 0.12 ha torpaq sahəsi olan 1247 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X14 arasında bağlanılmış xx.xx.2005-cı il tarixli 34421 nömrəli müqavilə mövcuddur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1247 saylı 0.12 hektar bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Vəkilin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********99 №-li arayışda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1246 sayla bağ sahəsinin 46 nömrəli order əsasında qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş iş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1246 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli 344/5 saylı müqavilə və 2 saylı BİİM-nin xx.xx.2015-ci il tarixli 2- 1(82)-1562/2015 saylı qərardadına əsasən xx.xx.2016-cı il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, İdarənin arxivində aşkar olunan 2000-ci il tarixli akta əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamını əsas götürərək 74 saylı BTK nəzdində olan 1247 saylı bağ sahəsinə dair verilmiş orderin ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilir ki, cavabdeh qurum qızı Məmmədova (Ağarzayeva) Pərvanə Ağamayıl qızına aid olan 1247 №-li bağ sahəsinə dair məlumatı onun adına, ona aid olan 1246 №-li bağ sahəsinə dair məlumatı qızının adına yazmışdır.
3. Cavabdeh qurum tərəfindən verilən imtina məktublarında bildirilmişdir ki, sözügedən bağ sahəsinin ayrılmasına dair qanuna müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra müraciətə baxıla bilər.
4. Cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə verilən imtinada bildirilmişdir ki, göstərilən bağ sahəsi 1200,0 kv.m olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1246 saylı bağ sahəsi kimi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Bu səbəbdən bölgü-sxeminin tərtib edilməsi mümkün olmamışdır.
5. İş materiallarında olan X4 və X17 bağlar sahəsindən 74 nömrəli kooperativdən verilmiş orderlərin surətlərinə əsasən 74 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1247- 12 nömrəli bağ sahəsi 47 nömrəli Order ilə İddiaçı2 Ağaəli qızına ayrılmışdır.
6. İş materiallarında olan X4 və X17 bağlar sahəsindən 74 nömrəli kooperativdən verilmiş orderlərin surətlərinə əsasən 74 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1247- 12 nömrəli bağ sahəsi 46 nömrəli Order ilə X2 ayrılmışdır.
7. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 23 noyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 62 nömrəli sərəncamı böyük həcmlidir və həmin sorğuda göstərilən vət.İddiaçı1 və İddiaçı2 bağ sahələrinin ayrılması aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, X4 və İstismarı Birliyi tərəfindən verilən orderlər və orderlərin ləğv olunmasına dair aktlar Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş 1246 saylı bağ sahəsinin arxiv qovluğundakı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 yanvar 2023-cü il tarixli arxiv arayışında göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 bömrəli sərəncamına əsasən X7 Ləhiş bağ 1246 nömrəli bağ, X8 Ləhiş bağ 1247 nömrəli bağ sahəsi ayrılmışdır.
9. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park- X10 Departamentinin X4 və X17 ərazisindəki 1246 nömrəli bağın istifadəyə verilməsi haqqında 34415 saylı 01 aprel 2005-ci il tarixli müqaviləyə əsasən Ləhiş bağlar ərazisində 0,12 hektar sahəsi olan 1246 nömrəli bağ X6 istifadəsinə verilmişdir.
10. Vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu ryaonu, Ləhiş bağ massivi, 0,12 ha torpaq sahəsi olan 1246 saylı bağ sahəsinin 46 nömrəli order əsasında qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Ləhiş bağ massivi 0,12 ha torpaq sahəsi olan 1246 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli, 34415 saylı müqavilə və 2 saylı BİİM-in xx.xx.2015-ci il tarixli 2-1(82)-1562/2015 saylı qərardadına əsasən xx.xx.2016-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilmişdir ki, idarənin arxivində aşkar olunan 2000-ci il tarixli akta əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 saylı sərəncamını əsas götürərək 74 saylı BTK nəzdində olan 1246 saylı bağ sahəsinə dair verilmiş orderin ləğv olunaraq idarənin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən hər iki bağ sahəsinə dair arxiv qovluğu, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 74 saylı BTK tərkibindəki bağ sahələrinə, eləcə də 1246 və 1247 saylı bağ sahələrinə dair orderlərin ləğv olunaraq X5 boş bağlar balansına keçirilməsinin məqsədəuyğun hesab edilməsi barədə aktın (daxil olma nömrəsi 6906, xx.xx.2004) surəti məhkəməyə təqdim edilmişdir.
12. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini üçüncü şəxs kimi əvəz olunması, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti olmaqla Bakı şəftəri Bağlar təsərrüfaf birliyinin noyabr 2004-cü il tarixli aktının 10-cu bəndində qeyd olunan 1246 və 1247 №li bağ sahələrinə dair Orderlərin ləğv olunması hissəsində, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli 62 №-li Sərəncamın həmin bağ sahələrinin üçüncü şəxslər X12 və X8 verilməsi hissəsində, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X3 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X12 arasında 1246 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə 34415 №-li xx.xx.2005-ci il tarixli və X14 arasında 1247 saylı bağım istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 34421 nömrəli müqavilə edibarsız hesab edilməsi, Ləhiş bağ sahəsində 1246 və 1247 №li bağ sahələrinə iddiaçıların hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı2 və Məmmədova (Ağarzayeva) Pərvanə Ağamayıl qızı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 savlı Bakı Ərazi İdarəsinə qarşı müəyyən etmə və ya tanınma haqqında Bakı İnzibati məhkəməsinə iddia ərizəsi verərək Bakı şəhər icra hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli. 941 saylı sərəncamının; həmin sərəncam əsasında qəbul olunmuş 2000-ci il tarixli aktın Ləhiş bağlarında yerləşən 1246 və 1247 №-li bağ sahələrinə olan 46 və 47 №-li Orderlərin ləğv edilməsi hissəsində: Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli, 62 №-li Sərəncamın həmin bağ sahələrinin üçüncü şəxslər X12 və X8 verilməsi hissəsində; Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X3 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxslər X12 arasında 1246 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə 34415 №-li xx.xx.2005ci il tarixli və X14 arasında 1247 saylı bağıın istifadəyə verilməsi barədə xx.xx.2005-ci il tarixli 34421 nömrəli müqavilə edibarsız hesab edilməsi; Ləhiş bağ sahəsindən 1246 və 1247 №li bağ sahələrinə iddiaçıların hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş edirlər. Belə ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubla idarədə saxlanılan günü qeyd olunmayan noyabr 2004-cü il tarixli Akt təqdim olunmudur ki, həmin aktın 10-cu bəndində qeyd olunan 1246-1247-ci bağ sahələrinin müəyyən olunmayan şəxslərin adına olması qeyd edilməklə həmin bağ sahələrinə verilmiş Orderlər ləğv edilmişdir. İddia ərzəsində qeyd etdiyi kimi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olmuş Bakı şəhəri Bağlarf təsərrüfatı birliyinin işçiləri tərəfindən 2004-cü il tarixdə iddiaçıların istifadəsində olmuş 1246-1247 №-li bağ sahələrinə dair verilmiş Orderlərin ləğv edilməsi üçün səlahiyyətləri olmamış və bunun nəticəsində də bu bağ sahələrinin üçüncü şəxslər X12 və X8 verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2005-ci il tarixli 62 №-li Sərəncamı qanunsuz olduğuna görə etibarsız hesab olunmalıdır. İddia ərizəsində qeyd etdiyi kimi iddiaçılara məxsus olmuş bağ sahələrinin başqa şəxslərə verilməsi və hansı əsaslarla verilməsi məhkəməyə müraciət etməzdən bir az əvvəl daha dəqiqliklə isə məhkəmə zamanı əldə olunmuş sənədlərlə tanış olduqdan sonra bəlli olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazo İdarəsinin iddiaçıların 2015-ci ildən 2022-ci ilə qədər bağ sahələrinin özəlləşdirilməsinə cavab olaraq verdiyi ziddiyyətli imtinaları olmuşdur ki, həmin imtinalarda gah bağ sahələrində hasarlanma və mərzçəkmə işləri aparılmamış, gah bağ sahələri mübahisəli olduğundan ölçü işlərin aparılmasına şəraitin yaradılmaması, gah həmin sahələrin digər qeydiyyata alınmış digər bağ sahələrinə aid olması, gah bağ sahələrinin ayrılmasına dair qanunamüvafıq hüquq müəyyənedici sənədlərin təqdim olunmaması, gah ərizəçi tərəfindən torpaq sahəsinin yerinin təyin edilməməsi səbəbindən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməməsi, gah iddiaçıların notarial qaydada imtina ərizəsi əsasında 2000-ci il tarixli aktla verilmiş bağ sahələrinə dair Orderlərin ləğv edilməsi və s. göstərilmişdir. Qeyd olunmalıdır ki, 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri öılçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təssərüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağlrın torpaqları hər bir kooperativ üzvlərinə verilir. Həmin Qanun əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixdə “Bağçılıq yoldaşlığı üzvlərinin istifadələrindəki bağların xüsusi mülkiyyətlərinə verilməsi barədə" 1342 №-li sərnacamı qəbul edilmişdir ki. həmin sərəncamın 2-ci bəndində bağçılıq yoldaşlığı üzvlərinin istifadələrindəki bağ evlərinin tikililərinin onların xüsusi mülkiyyətlərinə verilməsi göstrərilir. “Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununundan və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamından da müəyyən olunur ki, iddiaçıların istifadələrinə verilmiş 1246 və 127 №-li bağ sahələrinə dair verilmiş Orderlər iddiaçıların notarial qaydada tələb olunan razılıqları olmadan cavabdeh Bakı şəhəri icra hakimiyyəti tərəfindən ləğv edilə bilməz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılşar verilmiş imtina məktublarında iddiaçıların bağ sahələrindən imtinasına dair ərizələrin olması göstərilsə də əsalində iddiaçıların bağ sahələrindən imtinası isə mövcud deyildir. Bağ sahələrindən imtina ərizələri olmadığı təqdirdə noyabr 2004-cü il tarixli aktda Bakı şəhəri icra hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 №-li Sərəncamına istinad edərək iddiaçılara bağ sahələrinə dair verilmiş Orderlərin ləğv edilməsi qanunsuzdur. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 №-li Sərəncamı "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununu və bu Qanun əsasında qəbul olunmuş Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixdə "Bağçılıq yoldaşlığı üzvlərinin istifadələrindəki bağların xüsusi mülkiyyətlərinə verilməsi barədə" 1342 №-li sərnacamına qədər hüquqi təsirə malik olmuşdur.
13. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
14. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, qeyd edilən torpaq sahəsi bələdiyyənin ərazisi olmaqla qanuni olaraq ayrılmışdır.
II. İddianın mümkünlüyü
15. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən: 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağtikinti kooperativlərinin tərkibində vətəndaşların istiadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrində heç bir abadlıq və becərmə işləri aparılmamışdır. İstifadə olunmayan bağlar barədə: 1.Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilb lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etsinlər; 2.Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın. 3.Geri alınmış bağ sahələri Bağlar təsərrüfatı idarəsinin növbədə dayanan vətəndaşların istifadələrinə verilsin.
16. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıların vaxtilə istifadələrinə verilmiş 1246 və 1247 nömrəli bağ sahələri “Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsi ilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamı əsasında geri alınmış və orderləri etibarsız hesab edilmişdir.
17. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi 1996-cı il tarixdə iddiaçıların qanuni istifadəsində torpaq sahəsi olmamışdır.
18. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 62 nömrəli sərəncamına əsasən Ləhiş bağ massivində 1246 nömrəli bağ sahəsi İİİ qrup müharibə əlili X6 və 1247 nömrəli bağ sahəsi İİ qrup müharibə əlili X8 verilmişdir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
20. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
21. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X15rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X16rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
22. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
23. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
24. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
25. Odur ki, “Torpaq islahatı haqqında” qanun qəbul edilən 1996-cı il tarixədək həmin bağ sahələrinin geri alınmasına dair hələ 1992-ci ildə qərar qəbul edilərək orderlər etibarsız hesab edildiyindən həmin bağ sahələri qanun qəbul edilən tarixdə iddiaçıların qanuni istifadəsində olmamışdır. Odur ki, iddiaçıların həmin torpaq sahəsi ilə bağlı mübahisə açmağa subyektiv hüququ yoxdur.
26. Digər tərəfdən iddiaçıların mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
27. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
28. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
29. 22. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
30. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X16rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
31. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
32. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
33. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür. Bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
34. Məhkəmə eyni zamanda qeyd edilir ki, ilkin iddia tələbində həm Bakı şəhər İcra Hakimiyyəti, həm də Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində göstərilmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olmadığından və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmədiyindən hazırkı iddia tələbləri üzrə qeyd edilən şəxslər birgə cavabdeh kimi çıxış edə bilməzlər. Belə ki, İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
35. İddiaçılar tərəfindən təqdim edilən iddianın dəqiqləşdirilməsinə (dəyişdirilməsinə) dair ərizə iddianın lazımi qaydada qaldırılması tələbinə uyğun gəlmədiyindən və iddianın yuxarıda qeyd edilən mümkünsüzlük şərtlərini aradan qaldırmadığından (bir tərəfdən 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində deyil üçüncü şəxs qismində nəzərə alınmasına dair vəsatət təqdim edilir, digər tərəfdən faktiki olaraq həmin quruma qarşı bağ sahələrinə hüquqların tanınması tələbi irəli sürülür) məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək iddianın dəyişdirilməsinin qəbulundan imtina etməyi məqsədəmüvafiq hesab edir.
36. Məhkəmə iddiaçıların hüquqi marağına uyğun şəkildə iddia tələbinin dəyişdirilməsini mümkün saymır. Vəsatət təmin edilməsin.
37. İddia mümkün sayılmadığından Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməli və bununla bağlı vəsatət təmin edilməməlidir.
38. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
39. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
40. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. Vəsatət təmin edilməsin. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva