Məhkəmə qərarları › İş №e-2-1(112)-2695/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2695/2025

06.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2695/2025 06.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “X19, X8, X15, X20, X16, X5, X17, X6 və X3 iddiaçı və ailəsinin faktiki mülkiyyətində olan və yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X18 icraiyyə komitəsinin 237745 №-li orderinə əsasən iddiaçının qaynanası X4 yaşaması üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzil faktiki mülkiyyətə verilmişdir. 580722 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X9 13 dekabr 2012-ci il tarixdə vəfat etmişdir. 241654 №-li ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının əri X10 isə 22 mart 2007-ci il tarixdə vəfat etmişdir. Hazırda sözügedən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi,ev 5, 38 nömrəli mənzildə İddiaçı (xx.xx.1972), onun qızları X11 (xx.xx.1997) X9 (xx.xx.1993), oğulları X14 (xx.xx.1999), X12 (xx.xx.1994)yaşamaqla qeydiyyatdadır, X5 (xx.xx.1985), X6 (xx.xx.2009), X8 (xx.xx.1989), X19 (xx.xx.1992), X15 (xx.xx.1991), X20 (xx.xx.1982), X17 (xx.xx.1992), X7, (xx.xx.2015), X16 isə həmin ünvanda yaşamamaqla qeydiyyatdadırlar. **********566 №-li ərizə ilə iddiaçının qonşuları X13 və Ağayeva Günel Vəkil qızı X19, X8, X15, X20, X16,X5,X17,X6 və X3 ünvan 1 ünvanında qeydiyyatda olsalar da, orada yaşamadıqlarını təsdiq etmişlər. Qaradağ RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-48/2-M-14076/2024 №-li məktubundan görünür ki, iddiaçı Müşfiqə X2, X8, X15, X20, X16, X5, X17, X6 və X1 mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı polis idarəsinə müraciət etmiş, lakin müraciətinə imtina verilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.

6. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - “üçüncü şəxslər X19, X8, X15, X20, X16, X5, X17, X6 və X3 iddiaçı və ailəsinin faktiki mülkiyyətində olan və yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının üçüncü şəxslərin adlarını göstərməklə qeydiyyatdan çıxarılmasını tələb etdiyi yaşayış sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ barədə müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. İddiaçı mübahisəli mənzilə dair öz istifadə hüququnu təsdiq edən sübut qismində 237745 nömrəli orderi təqdim etsə də, həmin orderdə onun adı qeyd edilməmişdir. İddiaçının yaşadığı mənzilin kirayəçisi olmasına və ya kirayəçi ölmüş şəxsin vərəsəsi olmasına dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə sübutların mövcud olması barədə məlumat bildirilməmişdir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddiaçının hazırda mübahisəli mənzilə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, müvafiq sənədlərlə (kirayə müqaviləsi, şəxsi hesabı və s.)təsdiq olunmadığı üçün onun qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Belə ki, qeydiyyatdan çıxarılması tələb edilən şəxslər qarşısında iddiaçının mübahisəli yaşayış sahəsinə üstünlük hüquqlarının mövcud olması sübuta yetirilməmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “X19, X8, X15, X20, X16, X5, X17, X6 və X3 iddiaçı və ailəsinin faktiki mülkiyyətində olan və yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, ev 5, 38 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar