Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2701/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyat İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyat İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X4) qarşı “qeydiyyatın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Mənzil Tikinti Kooperativi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə Bakı Bölgə Şöbəsində 2004 cü il 24 may tarixdə 0104 P-58- 40184 nömrə altında qeydiyyata alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan "xxxx" MTK-ın qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi X6 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü il tarixdə 0104 P58- 40184 nömrə altında qeydə alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan İddiaçı MTK-nın qeydiyyatı ləğv edilməlidir. Belə ki, xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTKnın təsisçiləri R.Məmmədov, Q.Quliyev, N.Kosayev, M.Vəliyev və F.Əliyev özlərinə məxsus təsisçilik hüquqlarından X2 xeyrinə imtina etmişlər və bu imtinadan sonra xx.xx.2005-ci ildə həmin kooperativin təsisçilərinin dəyişməsi ilə əlaqədar olaraq yeni təsis müqaviləsi bağlanmışdır. xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK-nın təsisçiləri R.Məmmədov və qeyrilərinin özlərinə məxsus təsisçilik hüquqlarından X2 xeyrinə imtina və bu imtinadan sonra xx.xx.2005-ci ildə həmin kooperativin təsisçilərinin dəyişməsi ilə əlaqədar olaraq bağlanılan yeni təsis müqaviləsi etibarsızdır və həmin kooperativin ləğvi üçün əsassızdır. Belə ki, İddiaçı MTK kooperativi qanuni əsaslarla yaradılıb. AR Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ beşdən az olmayan fiziki və hüquqi şəxslər tərəfindən yaradılır. Yəni qanunvericilik kooperativinin üzvlərinin minumum say həddini müəyyən etmişdir. Həmin həddən az sayda şəxs kooperativ yarada bilməz. Əgər konkret bu halda kooperatvin təsisçilərindən beşi də öz hüquqlarından yalnız bir şəxsin xeyrinə imtina edirsə, o halda kooperativin yararadılmasının və fəaliyyət göstərməsinin qanuni şərti pozulur və kooperativin qeydiyyatının ləğvi zəruri olur. Bu, məsələnin hüquqi tərəfidir. Faktiki olaraq isə X4 həmin imtina haqqında razılaşmadan sonra iddiaçı kooperativin yaradılması işində iştirak etmişdir. Belə ki, Ramiz Hüseynov Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2005-ci ildə 0105-P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK-nın təsisçisi Vahid Zərgərovla işgüzar münasibət qurmuş və bildirmişdir ki, yeni kooperativ təsis edərək müəyyən fəaliyyətlə məşğul olmaq olar. Hüseynov Ramiz yaradılacaq kooperativin "xxxx" olacağını, artıq belə bir adda kooperativin təsisçilərindən bütün payları aldığını, həmin kooperativi ləğv edərək eyni adda yenisinin yaradılmasının çətin olmayacağını bildirmişdir. Bundan sonra xx.xx.2005-ci ildə X4, X5 və daha üç fiziki şəxs birləşərək "xxxx" MTK nın yaradılması üçün təsis müqaviləsi bağlamışlar. Həmin müqaviləni digər təsisçilərlə yanaşı X4 da imzalamışdır. X11 bildirir ki, onun ikinci eyni adlı kooperativin yaradılmasından xəbəri olmayıb. Lakin bu onun yalanıdır. Hüseynov Ramizin nəinki yeni kooperativin yaradılmasından xəbəri olub, hətta onun qeydə alınması üçün xx.xx.2005-ci ildə Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə Bakı Bölgə Şöbəsinə ərizə də verib. Bundan əlavə Ramiz Hüseynov xx.xx.2005-ci ildə yaradılan "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağında iştirak etmiş, eyni tarixli protokolu imzalamış, habelə kooperativin Nizamnaməsində də imza etmişdir. Guya ikinci eyni adlı kooperativin yaradılmasından Hüseynov Ramizin və onun sədrlik etdiyi təşkilatın məlumatı olmamışdır. Lakin bu həqiqət deyil və mövcud sənədlər bunun əksini sübut edir. Ona görə də hesab edilir ki, iddia təmin edilməli, X1 etdiyi Ədliyyə Nazirliyinin Hüquqi X6 üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2004-cü ildə 0104-P58-40184 nömrə altında qeydə alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, məzil 179 olan İddiaçı MTK-nın qeydiyyatı ləğv edilməlidir. Çünki ikinci eyni adlı kooperativ yaradılarkən Hüseynov Ramiz də bildirmişdir ki, əvvəlki kooperativi ləğv etmişdir. Lakin göründüyü kimi o, hüquqdan sui-istifadə edərək həmin kooperativi ləğv etməmişdir. Əksinə, iddia ərizəsində göstərildiyi kimi sonradan 29 iyun 2005-ci ildə Ramiz Hüseynov əvvəl yaradılan kooperativ paylarının bir hissəsini digər şəxslərə sataraq özünün də iştirak etdiyi yeni təsis müqaviləsi bağlamış və həmin kooperativi yenidən qeydiyyatdan keçirmişdir. İddiaçı MTK-nın adına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 107 saylı xx.xx.2005-ci il tarixli sərəncam verilmişdir. Həmin sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu,S.Vurğun küçəsi 360-cı məhəllədə 0,50 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-ya verilmişdir. Sərəncamın alınması üçün müraciəti X4 etmişdir. Amma həmin sərəncam əvvəl yaradılan kooperativə deyil, Ramiz Hüseynovun iştirakı ilə sonradan yaradılan kooperativə, yəni iddiaçıya sərəncam alınması üçün edilən müraciətdir. Belə ki,əvvəla həmin müraciət xx.xx.2005-ci ildə Hüseynov Ramizin imzası ilə onun adından edilmişdir. Həmin vaxt isə Hüseynov Ramiz əvvəl yaradılan kooperativdə təsisçi də olmamış, onun xeyrinə imtina sənədləşməsi aparılmamışdı. X3 xeyrinə imtina aktı xx.xx.2005-ci ildə tərtib edilmişdir. Bundan əlavə, sərəncamın alınması üçün edilən müraciətdən sonra xx.xx.2005-ci ildə iddiaçı kimi çıxış edən kooperativ yaradılmışdır. Məhz həmin kooperativ yaradıldıqdan sonra, yəni xx.xx.2005-ci ildə sərəncam qəbul edilmişdir. Əgər həmin sərəncam əvvəl yaradılan kooperativin adına verilmişdisə, o halda Ramiz Hüseynov ikinci dəfə eyni adlı kooperativin yaradılmasında iştirak etməz və 29 iyun 2005-ci il tarixli müqaviləni daha əvvəl tərtib edərək sərəncamı da həmin kooperativ üçün alardı. Lakin göründüyü kimi, iddiaçı kooperativ yaradıldıqdan sonra sərəncam alınmışdır. Bundan əlavə, həmin sərəncamın əsli iddiaçı olan kooperativdədir. Bu isə bir daha sübut edir ki,həmin sərəncam iddiaçı üçün verilmişdir və eyni zamanda Ramiz Hüseynovun istinad etdiyi kooperativ də sonradan yaradılan və hazırda iddiaçı kimi çıxış edən kooperativdir. Əslində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK artıq mövcud olmayan və saxta yolla təsisçilərinin sayı artan bir təşkilatdır. Belə ki, 29 iyun 2005-ci ildə Ramiz Hüseynov hansı yolla təsis müqaviləsini bağlayıb, hansı yolla həmin payları başqalarına satıb və öz adını hansı yolla təsisçilər sırasına daxil edib, bu məlum deyil. Çünki əvvəlki təsisçilər Ramiz Hüseynova öz paylarını satmaq barədə etibarnamə verməmişlər. Hətta belə bir etibarnamə verilmiş olsaydı belə,Ramiz Hüseynov həmin etibarnamə əsasında hərəkət edərək öz adına payı sənədləşdirə bilməzdi. Digər tərəfdən, X13 Zərgərovla eyni adlı kooperativi yaratmaq barədə razılığa gəldiyi üçün və bu razılaşma əsasında həmin kooperativi yaratdığı üçün onun digər kooperativə istinad etməsi, sonradan həmin kooperativdə təsisçi kimi çıxış etməsi öz hüququndan sui-istifadədir. Ona görə də, iddiaçı hesab edir ki, X12 Zərgərovla razılığa gələrək kooperativ yaratması və sonradan xx.xx.2005-ci ildə başqa eyni adlı kooperativi təsis etməsi hüququndan sui-istifadədir və buna görə də xx.xx.2004-cü il tarixdə qeydiyyata alınan İddiaçı MTK-nın qeydiyyatı ləğv ediməlidir.
3. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN **********) xx.xx.2004-cü il tarixdə, hazırda İddiaçı (VÖEN **********) xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv edildiyi hallar qeyd edilmiş və Məcəllənin 61-ci maddəsində hüquqi şəxsin ləğvi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsinə əsasən hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda hüquqi şəxs ləğv edilə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Həmçinin məhkəmənin nəzərinə iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məhkəmə aktlarını çatdırılır: - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X6 üzrə Bakı bölgə şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 0105-P109- 42690 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı MTK-nın (VÖEN **********) qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmişdir. - Daha sonra Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-2(103)-1114/2023 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən MTK-nın qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinin və qarşılıqlı iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-2922024 nömrəli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)- 1114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Göründüyü kimi qeydiyyat orqanının üzərinə qoyulmuş tələbin qanunvericilikdə icrası qaydası tənzimləndiyindən iş üzrə cavabdehliyi digər hüquqi şəxs - "xxxx" Mənzil- Tikinti Kooperativi (VÖEN **********) daşımalıdır və iş mülki qaydada mübahisələndirilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvalanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X6 üzrə Bakı bölgə şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 0105-P109-42690 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış İddiaçı MTK-nın (VÖEN **********) qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-1114/2023 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçən MTK-nın qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinin və qarşılıqlı iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-2922024 nömrəli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)- 1114/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı (VÖEN **********) ilə aranızda yaranmış məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv edildiyi hallar qeyd edilmiş və Məcəllənin 61-ci maddəsində hüquqi şəxsin ləğvi qaydası nəzərdə tutulmuşdur. Bundan başqa, Məcəllənin 111.3.5-ci maddəsinə əsasən kooperativin ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd olunanları və qanunvericiliyin tələbləri nəzərə alınaraq bildirilir ki, hüquqi şəxsin ləğv edilməsi hüquqi şəxsin təsisçilərinin ümumi yığıncağının qərarına əsasən hüquqi şəxs tərəfindən həyata keçirilməlidir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın (xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış) cavabdehlər İddiaçı MTK-nın (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) və Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsi) qarşı iddiası qismən təmin edilərək xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-1114/2023 nömrəli Qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03 iyun 2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-292/2024 nömrəli Qərarı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan 2024-cü il 24 may tarixində qeydiyyatdan keçən İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh olan 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1114/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
12. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
13. X14 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X14 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
17. İddia ərizəsinin məzmunundan görünür ki, xx.xx.2004-cü il tarixdə 0104 P-58-40184 nömrə altında qeydiyyata alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan "xxxx" MTK-ın qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir.
18. Məhməkə nəzərə alır ki, - İddiaçı 2004-cü il 24 may tarixində qeydiyyatdan keçən İddiaçı MTK-nın cavabdehlər 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən İddiaçı MTK və Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X6 İdarəsinə qarşı ilk, 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən İddiaçı MTK-nın 2004-cü il 24 may tarixində qeydiyyatdan keçən İddiaçı MTK və Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X6 İdarəsinə qarşı qarşılıqlı iddiası üzrə hüquqi şəxsin adının dəyişdirilməsi, qeydiyyatın ləğv olunması tələbi məhkəmə araşdırmasının predmeti olmuşdur. - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-808/2009 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın (xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış) cavabdehlər İddiaçı MTK-nın (xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış) və Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsi) qarşı iddiası qismən təmin edilərək xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-1114/2023 nömrəli Qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03 iyun 2009-cu il tarixli, 2-2(81)-808/2009 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-292/2024 nömrəli Qərarı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan 2024-cü il 24 may tarixində qeydiyyatdan keçən İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh olan 2005-ci il 7 aprel tarixində qeydiyyatdan keçən İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 2-2(103)-1114/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu və MTK-nın (qarşılıqlı olaraq hər ikisinin) qeydiyyatının ləğvinə dair məhkəmənin qeyd edilən mövqeyi aydın şəkildə ifadə olunduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.
20. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.
21. Məhkəmə prosssual qənaət prinsipindən çıxış edərək qeyd edir ki, iddianın dəyişdirilməsi onun mümkünüzlüyünü istisna etmədiyindən onun dəyişdirilməsi ilə bağlı hüquqi yardım göstərilməsi zərurəti yoxdur.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva