Məhkəmə qərarları › İş №e-2-1(112)-2703/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2703/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2703/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı X2 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinə dair çıxarışın və texniki pasrostun verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda iki fərdi həyət evi mövcuddur, fərdi yaşayış evinin biri İddiaçı məxsusdur. Qeyd olunan ünvanda digər fərdi yaşayış evi isə paylı mülkiyyət olaraq X6 və X5 məxsusdur. Yuxarıda qeyd olunduğu kimi eyni ünvanda iki ayrı fərdi həyət evləri olmasına baxmayaraq, əmlaklar paylı mülkiyyət kimi dövlət reyetrindən vahid əmlak kimi qeydə alınmışdır. İddiaçı məxsus olan 213 kv.m sahədən ibarət əmlakın sökülərək yenidən inşa edilməsi üçün 2005-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət olunmuşdur. Müraciət əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cu il tarixli, M-1 saylı məktubunu və fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixli ÖM seriyalı 205744 saylı qeydiyyat vəsiqəsi nəzərə alınaraq vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, 1015-1030-cu məhəllə, C.Məmmədquluzadə küçəsi, 85 saylı evin 258 saylı mənzilinin 213 kv.m həyətyanı sahəsində fərdi yaşayış evinin sökülüb, yenidən qurulmasına icazə verilmişdir. Daha sonra həmin sərəncamın icrası ilə bağlı AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini rəhbər tutaraq, inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmış və daha sonra isə həmin layihənin təsdiq olunması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 15 noyabr 2016-cı il tarixli 216 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsas götürülərək iddiaçıya məxsus Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 85 saylı evin 258 saylı mənzilinin həyətyanı sahəsində razılaşdırılmış memarlıq planlaşdırmasının eskiz layihəsinə ("xxxx" MMC-nin memar: A.Abdulkərimova) uyğun yenidən qurulmasına icazə verilmişdir. Sərəncamda təsdiq olunmuş layihəyə uyğun olaraq iddiaçı tərəfindən fərdi yaşayış evi inşa olunaraq təmir olunmuş və artıq bir neçə ildir ki, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzil qaz, işiq, su və telefon xətti ilə təmin olunub. Lakin yuxarıda da qeyd etdiyi kimi həmin ünvanda hazırda iki ayrı fərdi yaşayış evi mövcuddur. Qonşu həyətdə yerləşən fərdi yaşayış evi X6 və X5 məxsusdur. Qonşuları ilə aralarında hər hansı mübahisəsi və bir-birinə qarşı əmlak iddiası yoxdur. Qeyd olunduğu kimi eyni ünvanda hazırda iki ayrı fərdi yaşayış evləri mövcuddur və həmin evlərin ayrıça işıq, su və qaz sayğacları ayrı-ayrılıqda mövcuddur. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır. Hesab edilmişdir ki, ona məxsus olan fərdi yaşayış evinə dair ayrı ünvan verilməklə dövlət reyestrindən ayrıca çıxarış və texniki pasport verilməlidir. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 19 yanvar 2024-cü il tarixində ərizəyə müvafiq sənədlər əlavə edilərək göndərilsə də, cavabdeh inzibati orqan tərəfindən heç bir rəsmi cavab verilməmişdir. Daha sonra məcburiyyət qarşısında qalaraq təkrarən 26 iyul 2024-cü il tarixində ərizə ilə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçı X2 ünvanlanmış 15 avqust 2024-cü il tarixli məktuba əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 203 saylı Sərəncamına əsasən mənzilin sökülmüş hissəsi üzərində hüquqların ləğv edilməsinə dair bütün payçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş ərizə və inşa edilmiş fərdi yaşayış evinə dair “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməməsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.07 2005-ci il tarixli 203 saylı Sərəncamına əsasən mənzilin sökülmüş hissəsi üzərində hüquqların ləğv edilməsinə dair bütün payçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş ərizə və inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxanda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2024-cü il tarixli, **********37 nömrəli məktubla cavab verilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş, **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 203 saylı Sərəncamına əsasən mənzilin sökülmüş hissəsi üzərində hüquqların ləğv edilməsinə dair bütün payçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş ərizə və inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən təqdim edilən layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.

5. Azərbyacan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə (Seriya ÖM № 205744) əsasən Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 85 saylı evin 258 saylı mənzili İddiaçı və X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.

6. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin xx.xx.2005-ci il tarixli 18/03-8/4979 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu 1015-1030 nömrəli məhəlləsinin C.Məmmədquluzadə 85, mənzil 258 evin sökülüb yenidən tikintisi tələb edilmişdir.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eksiz layihəsi iş materiallarına əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 36/150 nömrəli xx.xx.2014-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, özünəməxsus sahədə yaşayış binasının, ofis, kotec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında xx.xx.2005-ci il tarixli 203 nömrəli sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, M-l saylı məktubunu və fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixli, ÖM seriyalı, 205744 sayh qeydiyyat vəsiqəsi nəzərə alınaraq, vət. İddiaçı məxsus, Nəsimi rayonu, 1015-1030-cu məhəllə, C.Məmmədquluzadə küçəsi, 85 sayh evin, 258 saylı mənzilin 213 kv.m həyətyanı sahəsində fərdi yaşayış evinin sökülüb, yenidən qurulmasına icazə verilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 216 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının icrası haqqında sərəncama əsasən: “... 1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı. xx.xx.2005-ci il tarixli sərəncamı əsas götürülsün.

2. Vətəndaş İddiaçı. Nəsimi rayonu. C.Məmmədquluzadə küçəsi 85 saylı evin 258 saylı mənzilin həyətyani sahəsində razılaşdırılmış memarlıq- planlaşdırmasının eskiz layihəsinə ("Arxitektura və Dizayn” MMC-nin işi. Memar.A.Abdulkərimova) uyğun yenidən qurulmasına icazə verilsin.

3. Tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin, təhlükəsizlik və sanitar normalarının tələblərinə uyğun aparılması, sakinlərin narahatlığına səbəb ola bilən hallara yol verilməməsi vəl.İddiaçı tərəfindən təmin edilsin. ...”

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X9 və X8 İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərdə C.Məmmədquluzadə küçəsi ev 85 yerləşən mənzil 258 5 otaqdan ibarət olmuşdur. Ərizəçinin hissəsi sənəd üzrə 2 otaqdan ibarətdir. Həmin texniki pasportda ərizəçinin göstərilən hissəsi sökülərək 2+zirzəmi+mansard mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Təqdim olunmuş layihədəki FYE-nin çöl kontur ölçüləri fakitiki ölçülərlə uyğundur. Layihədə zirzəmi sahəsində göstərilmiş otaq sahələri və qaraj sahəsi faktiki olaraq güzgü variantında yerləri dəyişilmişdir. Bu səbəblədə FYE-nin torpaq sahəsinə olan giriş sahəsinin yeri dəyişilmişdir. Layihədəki mansard mərtəbəsində açıq eyvan sahəsi 3,4 kv.m olaraq göstərilsə də, faktiki olaraq 15,6 kv.m sahə təşkil edir.

12. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, həyətdə 2 ayrı fərdi yaşayış evi mövcuddur.

13. Məhkəmə iclasında tərəflər iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İddia ərizəsinin məzmunundan aydın olur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinə dair çıxarışın və texniki pasrostun verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

19. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

22. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

23. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

24. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 139-1.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. Azərbaycan Respublikası Mülki Məcəllləsindən: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

31. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;

32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin xx.xx.2005-ci il tarixli 18/03-8/4979 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu 1015-1030 nömrəli məhəlləsinin C.Məmmədquluzadə 85, mənzil 258 evin sökülüb yenidən tikintisi tələb edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eksiz layihəsi iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 36/150 nömrəli xx.xx.2014-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, özünəməxsus sahədə yaşayış binasının, ofis, kotec tipli evlərin tikintisi və istehsalat sahələrinin yaradılması haqqında xx.xx.2005-ci il tarixli 203 nömrəli sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, M-l saylı məktubunu və fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixli, ÖM seriyalı, 205744 saylı qeydiyyat vəsiqəsi nəzərə alınaraq, vət. İddiaçı məxsus, Nəsimi rayonu, 1015-1030-cu məhəllə, C.Məmmədquluzadə küçəsi, 85 sayh evin, 258 sayh mənzilin 213 kv.m həyətyanı sahəsində fərdi yaşayış evinin sökülüb, yenidən qurulmasına icazə verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 216 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı, xx.xx.2005-ci il tarixli sərəncamının icrası haqqında sərəncama əsasən: “... 1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 203 saylı. xx.xx.2005-ci il tarixli sərəncamı əsas götürülsün.

2. Vətəndaş İddiaçı. Nəsimi rayonu. C.Məmmədquluzadə küçəsi 85 saylı evin 258 saylı mənzilin həyətyani sahəsində razılaşdırılmış memarlıq- planlaşdırmasının eskiz layihəsinə ("Arxitektura və Dizayn” MMC-nin işi. Memar.A.Abdulkərimova) uyğun yenidən qurulmasına icazə verilsin.

3. Tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin, təhlükəsizlik və sanitar normalarının tələblərinə uyğun aparılması, sakinlərin narahatlığına səbəb ola bilən hallara yol verilməməsi vəl.İddiaçı tərəfindən təmin edilsin. ...” - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərdə C.Məmmədquluzadə küçəsi ev 85 yerləşən mənzil 258 5 otaqdan ibarət olmuşdur. Ərizəçinin hissəsi sənəd üzrə 2 otaqdan ibarətdir. Həmin texniki pasportda ərizəçinin göstərilən hissəsi sökülərək 2+zirzəmi+mansard mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Təqdim olunmuş layihədəki FYE-nin çöl kontur ölçüləri fakitiki ölçülərlə uyğundur. Layihədə zirzəmi sahəsində göstərilmiş otaq sahələri və qaraj sahəsi faktiki olaraq güzgü variantında yerləri dəyişilmişdir. Bu səbəblədə FYE-nin torpaq sahəsinə olan giriş sahəsinin yeri dəyişilmişdir. Layihədəki mansard mərtəbəsində açıq eyvan sahəsi 3,4 kv.m olaraq göstərilsə də, faktiki olaraq 15,6 kv.m sahə təşkil edir.

33. Cavabdeh etirazında qeyd etmişdir ki, yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 203 saylı Sərəncamına əsasən mənzilin sökülmüş hissəsi üzərində hüquqların ləğv edilməsinə dair bütün payçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş ərizə və inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən təqdim edilən layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir.

34. Məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixli 203 nömrəli sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, M-l saylı məktubunu və fərdi yaşayış evinin xx.xx.2000-ci il tarixli, ÖM seriyalı, 205744 sayh qeydiyyat vəsiqəsi nəzərə alınaraq, vət. İddiaçı məxsus, Nəsimi rayonu, 1015-1030-cu məhəllə, C.Məmmədquluzadə küçəsi, 85 saylı evin, 258 saylı mənzilin 213 kv.m həyətyanı sahəsində fərdi yaşayış evinin sökülüb yenidən qurulmasına icazə verilmişdir. Odur ki, məlumatlandırma icraatına riayət edilmişdir.

35. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların qeydiyyatının aparılması zamanı araşdırma predmeti icra hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü baxımından həmin icraata (məlumatlandırma) riayət edilməsi və inşa edilmiş fərdi yaşayış evinin texniki parametrlərinin Şəhəsalma və Tikinti Məcəlləsinə tələblərinə uyğunluğunun yoxlanması ilə məhdudlaşır. Hazırki işin hallarında görə məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluq (məlumatlandırma icraatına riayət edilməməsi) aşkar edilməmişdir. Belə ki, qeyd edilən ərazidə fərdi yaşayış evinin inşasına etiraz etməyə səlahiyyətli qurum məhz yerli icra hakimiyyəti orqanıdır.

36. Eyni zamanda məhkəmə nəzərə alır ki, paylı mülkiyyətçilər arasında (X8, İddiaçı və X9) notariat qaydasında təsdiq olunmuş bölgü sxeminə əsasən paylar “B” tikilisi İddiaçı, “A” tikilisi X6 5/6 hissə və X5 1/5 hissə aid olmaqla naturada ayrılmışdır.

37. Məhkəmə hesab edir ki, mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsindən imtina üçün əsas olan əhəmiyyətli uyğunsuzluq mövcud deyildir. Belə ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən təqdim olunmuş layihədəki FYE-nin çöl kontur ölçüləri fakitiki ölçülərlə uyğundur və layihədə zirzəmi sahəsində göstərilmiş otaq sahələri və qaraj sahəsi faktiki olaraq güzgü variantında yerləri dəyişilmişdir.

38. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (yeni) ünvan verilməklə iddiaçı X1 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar