Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2709/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayının Əlavə dəyər vergisi üzrə 4,923.08 manat, xx.xx.2023-cü il tarixli **********677400 nömrəli Qərara əsasən 2022-ci ilin İyun ayının Əlavə dəyər vergisi üzrə 8,724.26 manat, əsasən 2022-ci ilin xx.xx.2023-cü il tarixli **********606800 nömrəli Qərara avqust ayının Əlavə dəyər vergisi üzrə 2,737.23 manat, xx.xx.2023-cü il tarixli **********585000 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayının Əlavə dəyər vergisi üzrə 7,072.57 manat, xx.xx.2023-cü il tarixli **********625500 nömrəli Qərara əsasən 2022-ci ilin noyabr ayının Əlavə dəyər vergisi üzrə 8,930.59 manat, xx.xx.2023-cü il tarixli **********176900 nömrəli Qərara əsasən 2022-ci ilin dekabr ayının Əlavə dəyər vergisi üzrə 5,736.12 manat, xx.xx.2023-cü il tarixli **********535200 nömrəli Qərara əsasən 2022-ci ilin oktyabr ayının Əlavə dəyər vergisi üzrə 9,658.56 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin iyul-dekabr aylarına ƏDV üzrə ümumilikdə 47,782.41 manat əlavə vergi məbləği hesablamışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin iyul-dekabr aylarına ƏDV üzrə ümumilikdə 47,782.41 manat əlavə vergi məbləği hesablamışdır. Həyata keçirilmiş hesablamalar ilə bağlı ilk öncə qeyd edim ki, cavabdeh vergi orqanının ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyrimüəyyəndir. Digər yandan, İddiaçı vergi orqanında sadələşdirilmiş verginin ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda, vergi orqanı iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığı malların satışından əldə olunan gəlirini ƏDV-yə cəlb edə bilməzdi. Halbuki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDVni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. İddiaçı malları sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığından və həmin mallara görə əvəzləşdirmə hüququna malik olmadığından, həmin malların satışı ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı 2022-ci il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində ödənilməli gəlir vergisini isə 10,471.18 manat bəyan etmişdir. Daha sonra cavabdeh vergi orqanı qeyd olunan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirmiş və bəyanamədə öz əksini tapmış 87,005.85 manat xərclər öz təsdiqini tapmadığından, iddiaçıya xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərmişdir. Göstərilən kənarlaşmalar aradan qaldırılmadığından cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********515200 nömrəli qərara əsasən iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 18,350.77 manat əlavə vergi məbləği hesablamışdır. Göründüyü kimi, mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin xərclərinə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə ödənilməli gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik norması əsasında hesablanmışdır. Cavabdeh vergi orqanı isə həmin hesabat ilə razılaşmayaraq qeyd edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Aşağıda göstərilənlərə əsasən həyata keçirilmiş hesablama qanuna zidd olmuşdur: Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 3 Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. İmtina olunduğu halda isə inzibati orqan diskresion səlahiyyətlərini niyə bu şəkildə həyata keçirdiyini əsaslandırmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan cavabdehin imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, göstərilənlərə əsasən hazırki iş üzrə cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırmamış və iddiaçının malların satışından əldə etdiyi gəlirləri qəbul etdiyi halda, həmin malların alışı ilə bağlı faktiki olaraq çəkilmiş, lakin rəsmiləşdirilməmiş xərclərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etmək hüququndan, hər hansı əsaslandırma olmadan imtina etməkdə haqlı olmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İddiaçıya 2022-ci ilin iyun-dekabr ayları üzrə hesablanmış əlavə dəyər vergisinə münasibətdə aşağıdakıları qeyd edirik: İş materiallarından göründüyü kimi, iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını 2023-cü ilin yanvar ayında məcburi olaraq əvvəlki - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci ilin iyun-dekabr aylarına ƏDV üzrə əlavə vergi məbləğləri hesablamışdır. İddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan, başqa sözlə satış əməliyyatlarının baş tutduğu dövrdə (2022-ci ilin iyun-dekabr aylarında) sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Əgər vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməmişdirsə, həmin şəxsin apardığı əməliyyat o halda ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir ki, həmin şəxs satdığı mallara ƏDV tətbiq (əlavə) etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı 2022-ci ilin iyun-dekabr ayları ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmişdir. Bu isə o 5 deməkdir ki, iddiaçının həmin satış əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Qeyd olunan normadan aydın olduğu kimi, vergi ödəyicisi malları alarkən ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ mövcud olmamışdırsa, bu halda həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. İddiaçı malları aldığı tarixdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, əvəzləşdirmə hüququ olmamış və nəticədə həmin malların satışına ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat qismində baxıla bilməz. Həmçinin, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır Qeyd olunan normadan belə nəticə əldə olunur ki, malların satışı, eləcə də qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, oğurlanması, itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi (fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa) o halda vergi tutulan əməliyyat hesab edilir ki, vergi ödəyicisi həmin malları ƏDV-ni ödəməklə əldə etmiş və müvafiq əvəzləşdirmə almış və ya almaq hüququna malik olmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Bu isə o deməkdir ki, iddiaçının həmin malların satışı üzrə əməliyyatları ƏDVnin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi dövrdə satdığı malların dəyərinə hər hansı ƏDV məbləği tətbiq (əlavə) etmədiyindən, malları aldığı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, aldığı mallar üzrə müvafiq əvəzləşdirmə almadığından və almaq hüququna malik olmadığından, həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Digər yandan qeyd edim ki, işin faktiki hallarına əsasən cavabdeh vergi orqanı iddiaçını 2023-cü ilin yanvar ayında əvvəlki tarixdən – xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almış və iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə (2022-ci ilin iyun-dekabr ayları ərzində) ƏDV tətbiq etmədən satdığı mallara görə 18% dərəcə ilə ƏDV hesablamışdır. 6 Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 6 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. Qeyd edim ki, iddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200,000.0 manat həddini keçməsi cavabdeh vergi orqanına 2023-cü ilin yanvar ayından əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını məhz satış əməliyyatları tam baş tutduqdan sonra məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Halbuki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək öhdəliyinin yarandığı barədə məlumatı vergi ödəyicisinə əvvəlki tarixdə (xx.xx.2022-ci il tarixdə) vermiş olsaydı, iddiaçı satdığı malların dəyərinə ƏDV tətbiq etmək imkanına və aldığı mallar üzrə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı. həmçinin iyun ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 57192,38 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********205000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin iyun ayı üçün 8724,26 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********677400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyul ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 32273,55 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********203600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergı bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq 4923,08 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********219500 nömrəli "Vergilerin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün 01.06 2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, Həmçinin avqust ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 17944,05 manat (BDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 03.03 2023-ci il tarixli **********201200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq 2737,23 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********606800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin sentyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 46364,59 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********208100 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 7072,57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********585000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin oktyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 63317.23 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********207400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmesi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq, 9658,56 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli nömrəli **********535200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin noyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 58544,99 manat (ODV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********206700 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 8930,59 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********625500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin dekabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 37603,49 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cı il tarixli **********202900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq, 5736,12 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********176900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Hemçinin, vergi ödəyicisinə "Təqdim edilmiş bəyannamələr üzrə aşkar edilmiş kənarlaşmalar barədə" xx.xx.2023-cü il tarixli **********186000 nömrəli bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən 2022-ci Jin 12 ayı ərzində vergi ödəyicilərinin bank hesablarına daxil olmuş vəsaitlərin cəmi ile hach dövr üzrə təqdim edilmiş bəyannamələrin müvafiq göstəricilərinin müqayisəli təhlili aparılmışdır. Aparılan təhlillərin nəticəsinə əsasən, 2022-ci il üzrə İddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq, 5 (beş) gün ərzində yaranmış kənarlaşma üzrə müvafiq bəyannamənin və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən həmin bildirişə uyğun olaraq müvafiq bəyannamə və ya sənədlər verilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh vergi orqanının ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyri-müəyyəndir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin müvafiq aylar üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə vəsaitlərin daxil olmasına baxmayaraq, müvafiq dövrlər üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazına əlavəsi məhkəməyə təqdim edilmiş və əlavədə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Kassa metodu ilə təqdim edilmiş 2022-ci ili gəlir vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (101 725,08 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş "Sadələşdirilmiş verginin bəyannaməsinin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna sütununda eks etdirilmiş mal-material qalığının məbləği (3004 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə- fakturaların və alış aktlarının məbləği (11550.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) cəmi məbləğindən (14719.23 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (14719.23 manat) məbləğin müqayisəsi nəticəsində 87 005,85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********322000 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il GV bəyannaməsi üzrə 18 350,77 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********515200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bununla yanaşı, mübahisələndirilən digər qərarlarla bağlı əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatda olan şəxsin əldə etdiyi elektron vergi hesab-fakturaları (xx.xx.2020-ci il tarixdən etibarən elektron qaimə-fakturalar) üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr edildiyi halda ƏDVni əvəzləşdirmək hüququnun olmadığı hallara münasibətdə tətbiq edilir. Eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu səbəbdən vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınanadək əldə etdiyi halda malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixində elektron kabinet vasitəsilə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək iddia tələbinin həcmi artırılaraq, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 və xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********677400 nömrəli qərarına əsasən iyun 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 8.724,26, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.724,26 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219500 nömrəli qərarına əsasən iyul 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4.923,08, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 4.923,08 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********606800 nömrəli qərarına əsasən avqust 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2.737,23, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 2.737,23 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********58500 nömrəli qərarına əsasən sentyabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7.072,57, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 7.072,57 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********535200 nömrəli qərarına əsasən oktyabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 9.658,56, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 9.658,56 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********625500 nömrəli qərarına əsasən noyabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 8.930,59, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 8.930,59 manat müəyyən edilmişdir. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********176900 nömrəli qərarına əsasən dekabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 5.736,12, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.736,12 manat müəyyən edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarına əsasən ilə təsdiq olunmuş 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində gəlir vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 4.069,00, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 22.419,77, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.350,77 manat müəyyən edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı cavabdehin onun barəsində qəbul edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əliverişsiz inzibati aktlarını xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmiş və bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə geyimlərin pərakəndə satışı əsas fəaliyyət növü üzrə sadələşdirilmiş vergi ödəyicisi kimi, xx.xx.2022-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdən məcburi ƏDV qeydiyyatına alınmışdır. İddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarı ilə gəlir vergisi, xx.xx.2023-cü il tarixli qərarları ilə isə 2022-ci ilin iyun ayından-dekabr 2022-ci il daxil olmaqla əlavə dəyər vergisi hesablanmışdır. Gəlir vergisi üzrə: İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir verigisi bəyannaməsindən görünür ki, iddiaçı 2022-ci il üzrə malların təqdim edilməsindən ümumi gəliri 122 070,10 manat, malların təqdim edilməsi üzrə xərcləri 101 725, 08 manat, vergiyə cəlb olunan gəlir 20.345,02 manat, ödənilməli gəlir vergisi kimi 4.069,00 manat vergi bəyan etmişdir. Cavabdeh orqan vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində xərclər hissəsində (87005,85 manat) xərci sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc olaraq müəyyən etmiş və nəticədə mübahisələndirilən qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə əlavə vergi məbləği hesablamışdır. Hazırkı iş üzrə iddiaçı 2022-ci illər üzrə ümumi gəlirindən çıxılmalı xərcləri təsdiq edən sənədlər (malların alınmasına dair xərci təsdiq edən) olmadığından özü şərti rentabellik normasına əsasən vergi hesablayaraq bəyan etmiş, başqa sözlə, iddiaçı cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarını mübahisələndirir. Məhkəmə vergi orqanın ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; -16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; -71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Sadalanan normalardan görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci ili üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Məhkəmə işin bu halında iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti renatabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də eyni zamanda vergi orqanının mübahisələndirilən dövrlər üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Belə ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Göründüyü kimi vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Başqa sözlə, qanunvericilik vergi orqanına:
1. vergi ödəyicisinin mənfəətini müəyyən etmək,
2. mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergi hesablanması səlahiyyətini həvalə etmişdir. Dolayısı ilə, vergi qanunvericiliyi vergi orqanına uçotunu aparmayan, alış sənədləri olmasa da lakin satışı olan vergi ödəyicisinə münasibətdə VM-nin 67-ci maddəsində sadalanan metodlardan istifadə etmədən birbaşa vergi hesablaması qaydasını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə tətbiq edilmiş bu dəyişiklik onu ifadə edir ki, bu qayda 2024-cü il yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Əvvəlki dövrlərə aid olan vergi yoxlamaları zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi, mühasibat uçotunun aparılmaması və digər səbəblərdən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanları ödənilməli olan verginin məbləğini VM-nin 67.1, 67.14, 83.9-cu maddələri əsasında hesablaya bilər. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçının alış sənədləri olmadığı lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasdan mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan həmin hissədə iddia tələbi əsaslıdır. ƏDV üzrə. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. -154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. -155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. -157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. -157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. -157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir - 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. -85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Sadalanan normalardan müəyyən olunur ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisi növbəti ayın 1-dən ƏDV ödəyicisi kimi qeydiyyata alınması ilə bağlı vergi orqanlarına 10 gün müddət ərzində ərizə verməli və həmin ayın 1-dən ƏDV məqsədləri üçün qeydiyyatdan keçməlidir. Başqa sözlə, qanunvericilik ƏDV qeydiyyatına alınma üçün müraciət etməyi ilkin və bilavasitə olaraq vergi ödəyicisinin özünə vəzifə olaraq həvalə etmişdir. Eyni zamanda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmək üçün ərizə verməyən vergi ödəyicisini isə vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata almaq hüququna malikdir və bu hüququn həyata keçirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət məhdudiyyəti olmadığından qeydiyyatın tarixini vergi orqanı VM-nin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla əvvələ çəkə bilər. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilkin olaraq sadaləşdirilmiş vergi ödəyicisi olmuş, ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200 000,00 manatdan çox olmuş, vergi ödəyicisi könüllü qeydiyyat üçün vergi orqanına ərizə təqdim etməmiş, nəticədə vergi orqanı tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdən məcburi ƏDV qeydiyyatına alınmış, bu zaman ƏDV qeydiyyatının vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İddiaçının ƏDV qeydiyyatı mübahisələndirilməmiş, ləğv edilməmişdir. Bundan sonra vergi orqanı iddiaçının 2022-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim etməməsini kənarlaşmanın yaranması kimi qiymətləndirilmiş və nəticədə həmin aylar üzrə iddiaçıya əlavə ƏDV vergisi hesablamışdır. Vergi Məcəlləsinin: -159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. -159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır -159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Hazırkı iş üzrə iddiaçının ƏDV ödəyicisi kimi uçota alınmaq üçün müraciət etmək vəzifəsi xx.xx.2022-ci il tarixdən yaranmış, lakin iyun 2022-dekabr 2022-ci il üzrə təqdim etdiyi malları sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə etmişdir. İddiaçı satmış olduğu mallara ƏDV tətbiq etmədiyini, malları alarkən ödədiyi ƏDV-nin əvəzləşdirmək hüququ mövcud olmadığını əsas gətirərək satış əməliyyatının ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilə bilmədiyinə istinad etsə də məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin müddəaları ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir və şəxsin sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə ƏDV daxil ödədiyi malların ƏDV-nin məqsədləri üçün qeydiyyatda alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır. Başqa sözlə, sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə həmin mallara ƏDV tətbiq edilə bilər. Məhkəmə o halı da nəzərə alır ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən (6% dərəcəsi ilə vergi ödəyənlər) pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şərait yaradılmışdır ki, vergi orqanlarına təqdim etdikləri məlumatlara əsasən, 1 aprel 2019-cu ilədək ƏDV-ni yalnız malların satış və alış qiymətindəki fərqə hesablasınlar. Başqa sözlə, iddiaçı könüllü qeydiyyatla bağlı müraciət etməli olduğu halda ƏDV qeydiyyatına durmaması onu sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə etdiyi malların sonradan ƏDV qeydiyyatının qüvvədə olduğu dövrdə təqdim edildiyi halda belə həmin malların uçotunu aparmaq, ən azından malın alışı ilə satış dəyəri arasında fərqə münasibətdə ƏDV hesablayaraq bəyan etmək imkanı olmuşdur. İş üzrə iddiaçı ƏDV bəyannamələrini boş təqdim etmiş, tətbiq edilməli olan ƏDV ilə bağlı 3 nömrəli əlavəsində bununla bağlı müvafiq bənddə qeydlərini daxil etməmişdir. Bəllidir ki, iddiaçı malı aldığı qiymətə təqdim etməmişdir. ƏDV qeydiyyatına durmaq vəzifəsi yarandığı vaxtdan sonra əldə etdikləri mala ƏDV tətbiq etməli olduğu halda vergi ödəyicisinin qeydiyyatla bağlı belə bir ərizəni təqdim etməməsi, ərizə təqdim etmək vəzifəsini bilavasitə cavabdeh vergi orqanının bu barədə məlumat verməməsi, vergi orqanının nəzarəti ilə şərtləndirməsi hüquqdan sui-istifadə halına gətirib çıxarır ki, bu hal da vergi qanunvericiliyinə əsasən vergidən yayınma hesab olunmaqla yolverilməzdir. VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: - 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarı ləğv edilməli, iddia tələbi ƏDV-nin hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 qərarların ləğv edilməsi hissəsində təmin edilməməlir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarı ləğv edisin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova