Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2730/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, ”Expressbank” ASC) “mənzilə paylı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 (yüzdə doxsan doqquz) hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, ona bu barədə çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2(103)-1565/2023 saylı 10 aprel 2023 - cü il tarixli, ər və arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakda payların müəyyən edilməsi barədə (qətnamə əsasında verilmiş) icra sənədinə əsasən keçmiş arvadı ilə birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 hissəsinə İddiaçı, 1/100 hissəsinə Həsənova (Yusifzadə) Günay Mətləb qızının payları (paya hüquqları) müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün icra məmuru tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəs icra sənədini icra etmək əvəzinə birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak "xxxx" ASC - də ipoteka ilə yüklü olduğuna görə, qətnaməni icra etməsinə - yəni payların miqdarının qeydə alınmasına Bakı Apellyasiya Məhkəməsinin münasibət bildirməsini zəruri hesab etmişdir. Qətnamə və onun əsasında verilmiş icra sənədi tam aydındır və icra edilməlidir. Həmçinin 1 saylı Bakı Ərazi İdarəsinin “narahatlığına” aşağıdakılara görə əsas yoxdur: 1.Əmlak alınıb ipoteka ilə yüklü edilərkən ailə mövcud idi - yəni əmlak ümumi birgə mülkiyyətə alınıb. 2.İpoteka ilə yüklü olan ümumi birgə mülkiyyətdə payların miqdarının müəyyən edilməsi "xxxx" ASC - nin ipoteka hüququna heç bir xələl gətirmir, çünki əmlak bütövlükdə (bütün paylar) ipoteka ilə yüklülükdə qalmaqda davam edir. 3.İpoteka saxlayan "xxxx" ASC pay bölgüsünə dair ər - arvad arasındakı məhkəmə mübahisəsi üzrə işdə maraqlarına toxunulan 3- cü şəxs qismində cəlb edilmiş və dəfələrlə, qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışlar. Lakin pay bölgüsü onların mənafeyinə toxunmadığı üçün (çünki əmlak bütövlükdə ipoteka ilə yüklülükdə qalır) məhkəmə prosesində iştirak etməmişlər. 4.Qətnamə ipoteka saxlayan "xxxx" ASC - nin mənafeyinə xələl gətirsə idi, onlar həmin qətnamədən kassasiya şikayəti verərdilər. "xxxx" ASC nə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, nə də apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Çünki pay bölgüsü onların mənafeyinə xələl gətirmir (əmlak bütövlükdə ipoteka ilə yüklülükdə qalır). 1 saylı Bakı Ərazi İdarəsinin “narahatlığına” səbəb ola biləcək məsələlər məhkəmə baxışı zamanı, nəzərə alınmış və bu məsələlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə hüquqi qiymətini almışdır. 1 saylı Bakı Ərazi İdarəsinin qətnamənin icrasına yaratdığı mane əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, ümumi birgə mülkiyyətdə olmaqla ipoteka ilə yüklü edilmiş əmlakın yüklüyüyünün qalmaqla (saxlanmaqla) qətnamənin icra edilməsinin yəni müəyyən edilmiş pay nisbətinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının təmin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 və ”Expressbank” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 1565/2023 saylı icra vərəqəsinin icra edilməsi barədə ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2023-cü il tarixli, **********50 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1565/2023 saylı icra vərəqəsi ilə İddiaçı qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 hissəsinə İddiaçı, 1/100 hissəsinə X3 paylarının (paya hüquqları) müəyyən edilməsi qət edilmişdir. İcra vərəqəsində qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu 1A ünvanında yerləşən 25 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Odur ki, müvafiq əmlak üzərində ipoteka yüklülüyünün saxlanaraq payların müəyyən edilməsinə dair icra vərəqəsinin icra edilməsinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixli, **********58 (3-21-3- 30/2-28258/2023) qeydiyyat nömrəli məktub ünvanlanmışdır. Qeyd olunan icra vərəqəsinin icrasına Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirildikdən sonra qanunamüvafiq qaydada baxılacağı barədə məktub ünvanlanmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirilməsi ilə bağlı hər hansı məktub daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1565/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı X3 və cavabdeh İddiaçı apellyasiya şikayətlərinin qismən təmin edilməsi, (.....) İddiaçı qarşılıqlı iddiasının qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 hissəsinə İddiaçı, 1/100 hissəsinə X3 paylarının (paya hüquqlarının) müəyyən edilməsi (.....) qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-3367/2025 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: - xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X4 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzili X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********50 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1565/2023 saylı icra vərəqəsi ilə İddiaçı qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 hissəsinə İddiaçı, 1/100 hissəsinə X3 paylarının (paya hüquqları) müəyyən edilməsi qət edilmişdir. İcra vərəqəsində qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu 1A ünvanında yerləşən 25 saylı mənzil “Expressbank" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Odur ki, müvafiq əmlak üzərində ipoteka yüklülüyünün saxlanaraq payların müəyyən edilməsinə dair icra vərəqəsinin icra edilməsinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixli, **********58 (3-21-3-30/2.-28258/2023) qeydiyyat nömrəli məktub ünvanlanmışdır. Qeyd olunan icra vərəqəsinin icrasına Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirildikdən sonra qanunamüvafiq qaydada baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında X2, sonuncunun adına tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1565/2023 nömrəli qətnaməsinə əsasən həmin mənzilin 99/100 hissəsinə İddiaçı, 1/100 hissəsinə X3 paylarının (paya hüquqlarının) müəyyən edilməsi (.....) qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1565/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir. Hazırkı iş üzrə iddiaçı məhkəmənin qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 hissəsinə onun adına mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsini mübahisələndirir. Cavabdeh müvafiq əmlak üzərində ipoteka yüklülüyünün saxlanaraq payların müəyyən edilməsinə dair icra vərəqəsinin icra edilməsinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixli, **********58 (3-21-3-30/2.-28258/2023) qeydiyyat nömrəli məktub ünvanlanması, qeyd olunan icra vərəqəsinin icrasına Bakı Apellyasiya Məhkəməsi tərəfindən münasibət bildirildikdən sonra qanunamüvafiq qaydada baxılmasını qeyd etməklə müracətin təminindən imtina edir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Mülki Məcəllənin 139.1-ci maddəsiə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: -15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. “İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən “məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş ər-arvadın əmlakın bölünməsi barədə qətnaməni də ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlar, eləcə də qətnamələr məcburi hüquqi qüvvəyə malikdir, qətnamə ilə öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Hazırkı iş üzrə iddia predmeti olan əmlak mülki məhkəmə icraatında tərəflər arasında əmlak bölgüsünə dair mübahisənin predmeti olmuş və mübahisə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1565/2023 nömrəli qətnaməsi ilə öz həllini tapmışdır. Qeyd edilən qətnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 hissəsinə İddiaçı, 1/100 hissəsinə X3 payları (paya hüquqları) müəyyən edilmişdir. Nəticə etibarı ilə məhkəmə qətnaməsi ilə hazırkı inzibati orqanın iddiaçının sözügedən əmlaka 99/100 hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq öhdəliyi yaranmışdır. Sözügedən mənzilin üçüncü şəxs "xxxx" ASC-nin xeyrinə yüklü olmasına gəlincə qeyd edilən dəlil mülkiyyət hüququnun qeydiyyata alınmasınadan imtinaya əsas vermir. Belə ki, iddia tələbi qeydiyyata alınmış əmlakın məhkəmə qətnaməsinə əsasən paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınması ilə bağlıdır. Əmlaka dair pay bölgüsünün aparılması və paylı mülkiyyət üzrə qeydiyyata alınması ipoteka saxlayanın hər hansı hüququnu pozmur, əmlak yenə də bütövlükdə ipoteka ilə bankın xeyrinə yüklü olaraq qalır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 (yüzdə doxsan doqquz) hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq İddiaçı adına çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, ev 1A, 25 nömrəli mənzilin 99/100 (yüzdə doxsan doqquz) hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2730/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2730/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver