Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2748/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü ƏYYƏNETDİ: İddiaçı “X3 Azərbaycan” QSC cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddiaçı “X3 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin tələblərinin ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindəın iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qeyd olunan Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin bu Məcəllə ilə nəzərdə tutulmuş nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №e-2-1(112)-2748/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2748/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver