Məhkəmə qərarları › İş №e-2-1(112)-2777/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2777/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2777/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli 194 saylı sərəncamının ləğv edilməsi, ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi barədə öhdəliyin cavabdeh Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyası alır və cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli 194 saylı sərəncamı ilə həmin orqanın 25 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ləğv edilmiş və o, ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsindən çıxarılmışdır. O, 1980-ci il tarixindən 2002-ci il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işləmişdir. İşlədiyi müddətdə o və keçmiş həyat yoldaşı güzəştli mənzil növbəsində olmuşdur. Mənzillə təmin edilsə də həmin mənzildən onun istifadə hüququ pozulmuş, mənzil məhkəmə qətnaməsi ilə keçmiş həyat yoldaşına verilmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh onun ərizəsi ilə imtina xarakterli inzibati akt qəbul etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tələb edilən məsələ onun səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunub-olunmaması barədə müraciət edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 855 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edildiyindən Bakı Şəhəri Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli 194 saylı sərəncam ilə 25 nömrəli xx.xx.2007-ci il tarixli sərəncam ləğv edilmiş, o, ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Qeyd edilən səbbədən iddia tələbi əsassızdır və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 194 saylı sərəncamının ləğv edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdr. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Cavabdeh xx.xx.2004-cü il tarixli 312 saylı sərəncamına əsasən İddiaçı 1 nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil uçotuna götürülmüş və ehtiyatda olan zabitlər siyahısına daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Cavabdeh xx.xx.2007-cü il tarixli 52 saylı sərəncamına əsasən Bakı Şəhəri Cavabdehnə qarşı xx.xx.2004-cü il tarixli 312 saylı sərəncamında qismən dəyişiklik edilmiş İddiaçı ehtiyatda olan zabit kimi 2 nəfər ailə tərkibi ilə /özü, arvadı/ mənzil uçotunda hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli 194 saylı sərəncamına əsasən İddiaçı və onun həyat yoldaşı Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh 25 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 855 saylı məktubundan görünür ki, İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 1395/2002 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsi Bakı Şəhəri, B.Bağırova küçəsi, 5 “D” saylı evin, 19 saylı mənzilinin X5 ilə onun ümumi birgə mülkiyyəti ehsab edilməsi, həmin mənzilin ½ hissəsinin onun payı hesab edilməsi və həmin mənzilin ½ hissəsi üzərində mülkiyyət hüququnun tanınması barəsində iddiası rədd edilmişdir. Qarşılıqlı iddia təmin edilmiş, Bakı Şəhəri, B.Bağırova küçəsi, 5 “D” saylı evin, 19 saylı mənzilinin özəlləşdirilməsi və həmin mənzilə dair xx.xx.2001-ci il tarixdə İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, İddiaçı həmin mənzilin yaşayış sahəsinə hüququ itirilmiş, mənzilə dair İddiaçı ilə bağlanmış mənzil kirayə müqaviləsi pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1395/2002 nömrəli xx.xx.2002-ci il tarixli icra vərəqəsində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri, B.Bağırova küçəsi, 5 «D» saylı evin, 19 saylı mənzilinin özəlləşdirilməsi və və həmin mənzilə dair 19 iyul 2001-ci il tarixdə X2 adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilsin. İddiaçı - Bakı şəhəri, B.Bağırova küçəsi, 5 «D» saylı evin, 19 saylı mənzilinin yaşayış sahəsinə hüququ itirilsin. Bakı şəhəri, B.Bağırova küçəsi, 5 «D» saylı evin, 19 saylı mənzilinə dair İddiaçı ilə bağlanmış mənzil kirayə müqaviləsi pozulsun. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-4/2-2356/25 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin Şəxsi X4 Sistemində İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti (xx.xx.1992-xx.xx.2002) təqvim ili ilə 10 il 08 ay 25 gün təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti 20 (iyirmi) il təşkil etmədiyi üçün onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 167918 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı Şəhəri, B.Bağırova küçəsi, 5 “D” saylı ev, 19 saylı mənzil X3 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçriilmişdir və bu barədə 1165 saylı reyetsr kitabında 175056-cı səhifədə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığı nəzərə alınaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlinir. Qeyd edilən səbəbdən iddia xüsusi mümkünlük şərtinə də cavab verir. İddia mahiyyət üzrə əsaslı iddiadır. “İnzibati icarat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -51.2-ci maddəsinə görə bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. -51.5-ci maddəsinə əsasən inzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər; - 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 55.1-ci maddəyə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: .... - 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; - 55.2-ci maddsinə əsasən vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq Mənzil Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mənzil növbəsinə götürülmüş şəxsin uçotdan çıxarılması qanunvericilikdə xüsusi qaydada tənzimlənmişdir. Belə ki, Mənzil Məcəlləsinin 55.2-ci maddəsinin tələblərinə əsasən uçotdan çıxarılma üçün əsaslar müəyyən edildiyi gündən otuz iş günündən gec olmayaraq vətəndaşın uçotdan çıxarılması barədə qərar qəbul edilməlidir. İş materiallaından görünür ki, cavabdeh inzibati orqana ən son bu barədə məlumat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli 855 saylı məktubu ilə verilmişdir. Cavabdeh inzibati orqan isə həmin məktubun ona daha gec təqdim edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən məktubdan 30 iş günü keçdikdən sonra bu barədə qərar qəbul edilməsi Mənzil Məcəlləsinin 55.2-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Digər tərəfdən mübahisələndirilən inzibati aktda Mənzil Məcəlləsinin 55.1-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Halbuki, qanunvericilik uçotdan çıxarılmanın əsasının göstərilməsini məcburi şərt kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsinə yeganə əsas iddiaçının daha əvvəl mənzillə təmin edilməsi olmuşdur ki, iş materiallarından həmin mənzilin artıq 20 ildən çoxdur iddiaçının yox, digər şəxsin mülkiyyətində olması təsdiqini tapır. Bu baxımdan cavabdeh inzibati orqan bu əsasla iddiaçını mənzil növbəsindən çıxararkən hərtərəfli və obyektiv araşdırma aparmamış, mübahisləndirilən inzibati aktın qəbul edilməsi zaman qanunvericilikdə inzibati aktın ləğv edilməsi bağlı nəzərdə tutulmuş müddət və şərtlərə riayət etməmişdir. Belə ki, xx.xx.2007-ci il tarixdə cavabdeh inzibati orqanın özü tərəfindən qəbul edilmiş əlverişli inzibati akt 17 il sonra cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı ilə ləğv edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci və 68.4-cü maddələri inzibati aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində ləğv edilməsini imperativ norma kimi müəyyən etmişdir. İşdən görünür ki, iddiaçıya məxsus olan mənzil 2003-cü il tarixdən onun mülkiyyətindən çıxmışdır. Bu halda, qeyd edilən fakt 2007-ci ildə sərəncamın verilməsi zamanı da məlum idi, iddiaçı orqan bunu bilirdi (və ya bilməli idi) və cavabdeh inzibati orqan tərəfindən həmin vaxt hər hansı irad bildirilmədən iddiaçının mənzil növbəsinə götürülməsi barədə qərar qəbul etmişdir. Lakin sonradan eyni faktiki hallar əsasında iddiaçının xeyrinə olan inzibati akt faktiki və hüquqi əsas olmadan ləğv edilmişdir. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncam qanunsuz olduğundan və həmin sərəncamın qəbul edilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyə uyğun aparılması təmin edilmədiyindən ləğv edilməlidir. Aparılan icraat zamanı iddiaçını məlumatlandırmadan, onun maraqlı şəxs kimi bilavasitə iştirakı, dinlənilmə hüququ təmin edilmədən, mülkiyyətində hər hansı yaşayış sahəsinin olması və ya hər hansı mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olduğu, daha əvvəl ona dövlət vəsaiti hesabına təmin edilmiş mənzilin sonrakı hüquqi taleyi və digər hallar araşdırılmadan barəsində əliverişli nzibati aktın ləğv edilməsi əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş sərəncam iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən sərəncam ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 194 saylı sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar